Psixoloq.az xəbər verir ki tanlnmış həkim reanimatoloq Şahin Məmmədov koronovirusdan qorunmaq üçün diqqət yetirməli olduğumuz məqamlarla bağlı özünün sosial hesabında paylaşım etmişdir.Həmin yazını oxuyucularımıza olduğu kimi təqdim edirik.
Əl ilə üzə toxunmaq virusa yoluxmamaq üçün etdiyiniz bütün tədbirləri məhv edir.Amma demək olar ki bütün insanlarda vərdiş var. Mütləq gündə 50-60 dəfə üzümüzə toxunuruq. Özümüzdən asılı olmadan. Bəzi insanlarda isə xususi tiklər var, məsələn lazımsız yerə danişdıqca qaşına, toxunur, gözünü sanki silir, bəziləri isə yanağını qaşıyır ya dirnağını yeyir və s.Bəzi məsləhətlər verim, bunları etsəniz əl ilə üzünüzə toxunmaq ehtimalınız azalacaq.
1. Nəyə görə və üzün hansı nahiyəsinə toxunursuzsa əvvəlcə bunu müəyyənləşdirin. Qaşınmaniz varmi? Ya gözlərinizdən yaş axırmi? Burun axirmı və s. Bunları dedim ki bəlkə toxunmaga məcbursuz. Əgər belədirsə üzə kağız salfet ya təmiz qulaq çöpləri ilə toxunun.
2. Sizdə sadəcə vərdişdirsə evdə və işdə bütün divarlara, stolların üzərınə ÜZÜNƏ TOXUNMA! yazıb yapışdırın.İş yoldaşlarınızdan və ailə üzvlərindən xahiş edin sizə bunu tez tez xatırlatsınlar.Divanda oturarkən əllərinizin üzərində oturun.
Əgər səbəbsiz yerə əliniz mütləq üzünüzə gedirsə həmin vaxt qolunuza toxunmaqla, qolunuzu sığallamaqla özünüzü "sakitləşdirin".Telefonda müxtəlif xatırlatma proqramları var. Onu yükləyin və elə quraşdırın ki hər saat sizə bildiriş gəlsin: Üzünə, sifətinə, ağzına, burnuna TOXUNMAAA!!)Telefon demişkən onu da üzünüzə toxundurmayın. Danışmaq üçün qulaqcıqlardan istifadə edin.