Vəlvələ pozuntusu (panik pozuntu, epizodik paroksizmal həyəcanlılıq (F41.0)
Pozuntunun xarakter əlaməti, konkret olaraq hər hansı xüsusi situasiya ilə və ya şərait kompleksi ilə məhdudlaşmayan, buna görə də qabaqcadan deyilə bilməyən residivləşən kəskin ifadə olunmuş həyəcan (vəlvələ) tutmalarıdır. Digər həyəcan pozuntularda olduğu kimi, əsas simptomatikaya, qəflətən meydana çıxan ürək döyünmə, döş sümüyü arxasında ağrı, boğulma, ürəkbulanma hissiyatı, qeyri – reallıq hissi (depersonalizasiya və ya derealizasiya) daxildir. Bundan əlavə, ikincili, olaraq tez – tez ölümdən, özü üzərində kontrolu itirməkdən və ya dəli olmaqdan qorxu müşahidə olunur. Əgər pasientdə vəlvələ tutmasının əvvəlində depressiv pozuntu vardırsa, vəlvələ pozuntusu əsas diaqnoz kimi istifadə edilə bilməz. Bu halda vəlvələ tutması, depressiyaya nəzərən ikincilidir.