Xəyalınızda canlandırdığınız meşə gəzintisində özünüz haqqında hansı maraqlı şeylər öyrənə bilərsiniz? Sizi məşəni gəzməyə dəvət edirəm, yalnız təxəyyülünüzdəki meşənı... 1.Təsəvvürünüzdə ağacları, heyvanları və insanları meşədə canlandırın. (üzr istəyirəm, yaxınlıqda yaşayış var) İndi isə bütün bu pulsuz fantaziyaların nə demək olduğunu sizə izah edəcəyəm.
2.Təsəvvür edin ki, meşədə gedirsiniz. Meşənin necə olduğunu nəzərinizdə canlandırın. Günəşli və ya buludludu, orada hansı ağaclar böyüyür, aralarındakı məsafə nə qədərdı?
3.Meşədə özünü necə hiss edirsən? İlin hansı fəslində, günün hansı saatında buradasınız? Təksiniz? Yeri gəlmişkən siz meşədə nə edirsiniz? Hansı məqsədlə gəlmisiniz?
Qəflətən yerdə parlayan əşya nəzərinizi cəlb edir. Əyilirib baxanda açar olduğunu görürsünüz. O nəyin açarıdı? Siz onunla nə edəcəksiniz? Açar yerdən qaldıracaqsınız , ya əhəmiyyət verməyib ötüb geçəcəksiniz?
.Qəflətən nəzərinizi ayı cəlb edəcək. Ayını təsvir edin. O nə edir. Gördüyünüz an nə hisslər keçirdiniz. O sizə necə təsir bağışladl? Siz ona əhəmiyyət verdiniz?
4.Qarşıda bulaq görünür. Ondan su içib üzünüzü yuyacaqsınız?
5.Daha irəli gedib bir hasarın qarşısında dincəlırsiniz. Şənin fikrincə divar hündürdü, nazikdi ya hansı materialdandı?
6.Hasarın o biri tərəfində olmalısan. Bunu öhdəsindən necə gələ bilərsən? Keçməyiniz asandır? 7.Yolunuza davam edirsiniz və çuxur nəzərinizi cəlb edir. O böyükdür ya kiçik? Çuxura baxacaqsınız? Hansı heyvanın onu qazdığı sizə maraqlandırır? Orada oturan heyvana baxmaq istərdiniz?
8.Qəflətən haradansa cırtdan adam peyda olur. Diqqətizi özünə cəlb etməyə çalışır, ayaqlarınız altında bükülür. Sizin reaksiya necə olar? Əsəbləşərsiniz? Ona yazığınız gələr? Sizi incitməyə davam edərsə, nə edərsiniz?
9.Yolun səmti çay sahilinə çıxır. Çayın təsvirini dəqiq söyləyin. Su orada necədi, suyun axarı, günün vaxtı, dibində daş var, ya yoxdu? Sahildə gəzmək sizin xoşunuza gəlir?10.Siz çaya tərəf gəldiniz. O biri sahildə isə ev görürsünüz? O necə evdi?
11. Sizi məmnun etmək istəyirəm, bu sizin evinizdir, qapılarda bunu bildirən bir işarə var.Qapıdakı lövhənin üzərində bu barədə məlumat var. Lövhə necə görünür və konkret olaraq orada nə yazılıb?
12. Qapıdakı lövhənin üzərində nə yazılıb? Qapını açıb içəri daxil oldunuz. Hər tərəfə nəzər yetirirsiniz. Ev sizi qane edir? Hər tərəfdə səliqəlilik hökm sürür, ya əksinə təsir bağışladı, qarmaqarışırlıqdı? Bu evdə necə otaq var? Sayını deyin və bir- bir təsvir edin.
13. Zirzəmiyə nəzər salın. Nə görürsünüz? Siz ora girəcəksiniz? Orada qalardınız, ya o dəqiqə çıxarardınız?
14. Siz çardağa qalxmısınız. Orada nə saxlanılır? Çardaq səliqəli təsir bağışlayır yoxsa hər tərəf parakəndədi. Siz orada nə qədər zaman keçirdiniz?
15. Siz evi tərk edirsiniz.Təəssüflə, yoxsa sevinclə? Tezliklə ora qayıtmaq istərdinizmi?
16. Daha irəli gedirsən və təpənin üstündən dənizə baxırsan.
17. Dənizi təsvir edin. Hava sakitdi, ya fırtınalı, günəş, külək var? Qağayılar dənizin üstündən uçur. Yüksək, aşağı, sizə yaxın və ya uzaq? Onların səsini eşidirsən?Sizdə hansı hissləri oyadır?
18. Siz gəmi görürsünüz. O necə gəmidi? Sahildən nə qədər uzaqlıqdadı? Siz ona çata bilərsiniz? Siz bunu edəcəksiniz? Oyunun formasına baxmayaraq bu həqiqətən psixoloqların tez-tez istifadə etdikləri çox ciddi testdirAssosiativ təfəkkürə əsaslanır, yəni testlərdə "düzgün" cavabları "uyğunlaşdırmaq" istəyənləri burada aldatmırlar. Burada yalnız şüuraltı təfəkkür işləyir, bildiyimiz kimi o da müstəsna hallarda belə hiyləgərlik bacarmır.Bəzi nəticələr sizin üçün əsassız görünsə də, hər şeyi bir anda inkar etməməyə, şüuraltının səsinə qulaq asmağa çalışın. Çox sayda faydalı məlumat şüuraltında gizlənir, unytmayın
Beləlikllə indi nəticələrə baxaq
Meşə sizin uşaqlığınızı və uşaqlıq haqqındakı fikirlərinizi simvolik olaraq əks etdirir. Meşədə nə qədər xoşbəxt olsanız, uşaqlığınız haqqındakı təəssüratlarıniz bir o qədər müsbət olar. Xəyalınızın canlandırdığı şəkil nə qədər qorxunc olarsa .məsələn tutqun sıx ağaclar, qalın vahiməli meşə təsəvvürünüzə gətirmisinizsə, deməli uşaqlığınızın çətin keçməsi aydın olur və bəlkə də əvvəlki fikirlərinizdə yetkinlərin həyatını təsvir edirsiniz.
Əgər sizə meşənin həddən artıq izdiham olduğu görünsə, çox güman ki, yaxınlarınızın əhatəsindən, metronun izdihamından, ofisdən, evdən bezmisiniz.
Açar isə həyatın sizə gətirdiyi nə yenilik varsa ona münasibətinizi əks etdirir. Sizin açarı qaldırdığınız və ya atdığınız, tapdığınızda sevindiyiniz və ya əksinə təsir bağışlamağınız dəyişiklikləri qəbul etməyə hazır olub olmamağınızı göstərir.
Ayı, potensial təhlükəyə reaksiyanizi simvollaşdırır. Əgər siz gizlənərək qorxudan donmuş vəziyyətdəsinizsə həyatda çox passivsiniz, ayıya tərəf atılırsınızsa çox aktiv mövqedəsiniz. Tanış olmayan bulaqdan su içirkən zövq almağınız sevgiyə doğru getmək istəyinizi göstərir. Həqiqi, əsl və saf sevginin həyatınızda olmasına hazırsınız?
Yoxsa çirkli bir kanalizasiya lyukuna rast gəlmisinizYeri gəlmişkən, dəniz sevginin həssas, emosional tərəfini təmsil edir. O nə qədər təlatümlü görünsə, dəbdə olan hansı əlaqələri mühakimə etməklə sizi necəcəlb etdiyini göstərir.Hasar hər hansı bir həyat yolunda mövcud olan maneələrin simvoludur.
Hasarınıza diqqət edin. Simvolik bir hasar və ya Böyük Çin Divarı olduğuna diqqət yetirin.Bir hasarın üstündən dırmaşıb çayı keçməyiniz, maneələrin öhdəsindən gəlməyin nə qədər asan olduğunu göstərir. Dürüst cavab vermiş olsanız və heç bir xüsusi qorxu (su və ya yüksəklik) yoxdursa, hər iki maneəni aşmaq təbiətinizə uyğundur. Təsəvvürünüzdə heç bir şey görünməyibsə və ya bunun öhdəsindən gəlməyinizdə sizə kömək edən nə isə, kim isə ola bilərsə, özünüzə çox güvənmədiyiniz deməkdir, Səbəbi əslində həmişə kimdənsə kömək və dəstək almağa öyrəşməyinizdi. Yeri gəlmişkən, kimsəsiz meşədə qohumlarınız və dostlarınız hər dəfə sizi o sahildən bu sahilə keçirmək üçün gözləməyəcək. Diqqət yetirin ki, özünüz keçə biləsiniz. Əgər mümkün deyilsə ola bilsin o zaman təsəvvürünüzdə həll etməyin müşkül ola biləcəyi problemlə üzləşmisiniz.
Çuxur - gizli təhlükə barədə qavrayışınızdı. Cəsarətlə çuxura dürtülmüşsinizsə - cəsarətli, ehtiyatsız və ya çox maraqlı bir insansan.
Cırtdana münasibətiniz mərhəmətli olduğunuzun göstəricisidi. Onu təpikləyənlər də, çiyinlərində gəzdirənlər də var.
Çay həyatınızın gedişatının simvoludur. Axın sizə nə qədər sürətli göründüyünü, suyun nə qədər təmiz olduğunu xatırlayın. Dibi və üzərindəki daşlar da həyat çətinliklərini göstərir. Ev sənsən. Orada özünü necə hiss edirsənsə özünə qarşı münasibətin də elədir.
Zirzəmi - öz şüursuz hisslərinizin qəbulu. Zirzəmidə özünüzü pis hiss edirsinizsə, bəlkə də buna qarşısınız. Xəyallarınızdan qorxursunuz, keçmişin bir çox məqamlarını xatırlamaq istəmirsiniz, gələcəyə baxmaqdan da qorxursunuz. Və bu çox da yaxşı hal deyil, çünki şüursuz qorxular narahatlıq, gərginlik yaradır.
Çardaq bütün təhsil, mədəniyyət, zəka - sizə aşılanmış bütün sosial bacarıqlar üçün bir məcazdır. Təsəvvürünüzdə canlandırdığınız çardağın tör- töküntülü, qarmaqarışıq olmasının mənası-bir zamanlar diplom almaq üçün nə səbəbə bu qədər səy göstərmisiniz?
Qağayılar sizin qohumlarınızdı. Səsləri, münasibətləri, asılılıqları , yaxınlıqları ilə şərhinizi siz verin.Gəmi sənin xəyalındır. Xəyalında olan hansı məsafədədi, nə qədər gözəldi və onu hansı məsafədə gördüyünə görə asanlıqla qiymətləndirmək olar. Ümumiyyətlə ona çatmaq mümkündürmü? Özünüz qərar verin.
İskəndərova Yeganə.