"Xoxanlar"filmi məhkəməyə veriləcək-Rejissor Samir Kərimoğlu

Psixoloq.az xəbər verir ki,tanınmış rejissor Samir Kərimoğlu özünün sosial hesabında paylaşım edərək ideya müəllifi olduğu və hər kəs tərəfindən sevilən "Xoxan" filminin,bu gün premyerası olan Xoxanlar filmi ilə heç bir əlaqəsi olmadığının eləcədə obrazları və  adlarını istifadə etməklə "lar" şəkilçisi artırmaqla orijinal adın dəyişməsinə dəlalət etmədiyini bildirib.Rejissor müəllif hüquqlarını pozan "Xoxanlar" filmini«Müəllif hüququ və Əlaqəli Hüquqlar haqqında »Azərbaycan respublikasının qanunu əsasında müəlliflik hüquqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət olunacağını bildirib.

Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik

Bu günCasian Creative iab' istehsali'Xoxan'lar filminin primerası idi

Bu filmin- 2014 ci ildə Azərbaycan kinoməkanında kommersiya filmlərinin ilki olan,tamaşıcılar arasında boyük ajiotaja səbəb olaraq ən cox gəlir gətirən,yaradıcı insanlarda güvən yaradaraq kommersiya filmlərin istehsalına stimul verən ,prodüserləri Zaur Mirzəzadə və Orxan Mərdan (müəllif grupuna daxil olan quruluşcu operator Soltan Abdullayev,quruluşcu rəssam Səbuhi Atababayev) Quruluşcu rejissoru və ən əsası ideya müəllifi mən olan 'Xoxan filmi ilə ,eyni obrazları (və obrazların adlarını) istifadə etməklə və filmə eyni adı qoymaqla (lar şəkilçisi orjinal adın deyişməsinə dəlalət etmir) müəlliflik hüququmuzu pozan 'Xoxan'lar filminin hec bir əlaqəsi yoxdu.

Bununla bağlı«MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR HAQQINDA»AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUəsasında müəlliflik hüquqlarını qoruma məgsədi ilə məhkəməyə müraciət olunacaq.

7bf8916620f9e62f598996ae138fc355.png

Mənbə:Psixoloq.az

Xəbərə istinad etməniz xahiş olunur