Düşünmək insanın ən böyük bacarığıdır. Bəzi şəxsi mənafeyə uyğun şərtlər, təməl inanclar sayəsində həqiqi olmayan və sübut oluna bilməyən bu düşüncələr nəticəsində insanlar həqiqəti fərqli anlayırlar. Əsasən də sıxıntılı zamanlarımızda ağlımıza gələn bu tərz düşüncələr gündəlik həyatımıza o qədər yerləşir ki, bəzən ayırd etmək çətinləşir ancaq, bir çox mənfi duygulara və psixoloji sıxıntılara səbəb ola bildiyi üçün bu cür düşüncələrin fərqində olmaq çox əhəmiyyətlidir. Bu yazıda isə məhz yeməklə bağlı xətalı düşüncələrə dair nümunələr oxuyacaqsınız.
• Yemək düşməndir.
• Yemək kökəldir.
• Yemək ən yaxşı istirahət üsuludur.
• Yemək üzərində bir idarənin olması lazımdır.
Heç vaxt kifayət qədər doya bilmərəm .
• Yalnız sağlamlığımıza faydalı yeməkləri yeməliyik.
• Əsla az yeməklə doymağı öyrənə bilmiyəcəm
• Heç vaxt yağlı yeməklər yeməməliyəm.
• Yemək bütün problemlərimi həll edəcək.
• Az kalorili yeməklər yeməyi vərdiş halına gətirməsəm, çox şişmanlayacam .
• Qarşıma qoyulan yeməyi doymuş olsam belə mütləq bitirməliyəm.
• Yemək mənim ən yaxşı yoldaşımdır.
Yeməklər yaxşı (aşağı kalorili və yağsız) və pis (yüksək kalorili və yağlı) olaraq 2 yerə bölünür.
Yemək ən yaxşı mükafatdır.
•İndi yeməsəm və sürətlə yeməsəm başqaları yeyə bilər və mənə qalmaz.
• Yeməklər məni kökəldir.
• Nə yediyim haqqında düşünməsəm, zərər görə bilərəm.
• Kaş ki ac qalmağa dözə bilsəydim.
• Ac qalmaq və həddindən artıq zəif olmaq kök olmaqdan daha yaxşıdır.
• Qayğısız və qorxusuz yemək yeməyi xəyal edə bilmirəm.
• Sevdiyim bir şeyi yeməyə başlasam özümü durdura bilmərəm.
• Yemək yemək mənəvi əzab çəkməkdən daha yaxşıdır.
• Digər insanların yanında yemək yeməyə dözə bilmirəm .
• Çox miqdarda yemək pis davranışdır yemək yemə tərzimdən utanıram.
• Aclıq dəhşətdir.
• Ac hiss etməməliyəm ,elə etməliyəm ki acmayım.
• Başqalarının nə yeməyimi istəyirsə onu ya da başqalarının yediyini yeməliyəm.
• Sosiallaşıramsa, bunun içində yemək yemək də olmalıdır.
• Yemək yemə davranışlarım utandırıcıdır. Buna görə yeyərkən məni heç kim görməməlidir.
• Yemək içimdəki boşluğu doldurur.
• Yemək həyatda zövq aldığım tək şeydir.
• Yaxşı ya da pis hiss etməyim, nə yeyib yemədiyimlə əlaqəlidir.
• Yeməyi rədd etmək iradəmin güclü olduğunu göstərir. Ancaq bu vəziyyətdə məhrum olmuş və əngəllənmiş hiss edirəm.
Çəki ilə əlaqəli xətalı düşüncələr
• Zəif olmaq məcburiyyətindəyəm.
• Zəif olmaq; xoşbəxt, müvəffəqiyyətli və mükəmməl bir həyata sahib olmaq deməkdir.
• Çəki itirmədiyim zaman özümü xoşbəxt hiss edə bilmərəm.
• Kök olmaq bədbəxt və zövq alınmayan bir həyat yaşamaq deməkdir.
• Hər gün tərəziyə çıxmalıyam.
• Əsla özümü çəkməməliyəm.
• Zəif olmaq həyatda istədiyim bütün yaxşı şeylərin ilk şərtidir.
• Arıqlar köklərə nisbətən daha çox sevilir.
• Maqazin jurnallarının göstərdiyi çəkiyə sahib olmalıyam.
• Arıq insanlar şanslıdır və nə istəsələr yeyə bilərlər.
• Artıq çəkili insanlar yalnız aşağı kalorili və az yağlı qidalar istifadə etməlidir.
• Xoşbəxt olmağımın tək yolu incəbel olmaqdan ya da arıq qalmaqdan keçər.
• Çox şişmanam.
• Gözəl görünmək xoşbəxt hiss etməkdən daha əhəmiyyətlidir.
• Özümlə qürur duymağım ya da utanmağım neçə kilo olmağıma bağlıdır.
• Ən böyük müvəffəqiyyətim arıq olmağımdır.
• Bir neçə qram da olsa kilo almaq çox qorxuncdur.
• Bir neçə kq çəkim artarsa , daha kökəlməyi durdura bilmərəm.