Zeyqarnik effekti ilk dəfə Rus psixoloqu Bluma Zeyqarnik tərəfindən kəşf edilib və yarımçıq, tamamlanmamış hadisələrin daha asanlıqla xatırlandığını ifadə edir. Bu effekt bizə tamamlanmamış məhəbbət macəralarımızı unutmamağımızın, yarımçıq qalan işlərimizi tez-tez xatırlamağımızın səbəbini aydın şəkildə izah edir. Eyni zamanda, “Davam edəcək” yazısı ilə ən maraqlı hissəsində dayandırılan seriallar da bu psixoloji təsirin nümunəsidir.Bir dəfə psixoloq, tədqiqatçılar Levin ve Zeyqarnik qəlyanaltı etmək üçün işlədikləri Berlin Universitetinin yaxılığındakı izdihamlı bir kafeyə daxil olurlar. Psixoloqlar verdikləri sifarişə ofisiantın heç bir qeyd aparmadan onlarla sifariş arasında dəqiqliklə yerinə yetirdiyini diqqətlə müşahidə edirlər. Levin və Zeyqarnik ofisiantın hansısa sifarişi unuda biləcəyindən çəkinmədiyi haqda maraqlanırlar, cavabında isə ofisiant heç bir sifarişi səhv salmadığını bildirir. Onlar buna inanmırlar və qonşu stolların nə sifariş etdikləri barədə onu sorğu-sual etməyə başlayırlar. Və bu zaman pərtlik: ofisiant doğurdan da hər stolun nə sifariş verdiyi xırdalığına kimi xatırlayırdı, ancaq… yalnız hesabı ödənməmiş stolların. Lakin 1 dəqiqə əvvəl hesabı ödəyərək kafeni tərk edən müştərilərin nə sifariş etdiklərini o xatırlamırdı.Bu hadisədən sonra Zeyqarnik tamam və natamam hadisə və fəaliyyətlərin onun yaddaşına müxtəlif cür təsir etdiyini təxmin edir. Psixoloq sınaq silsiləsi həyata keçirir və məlum olur ki, insanın bu və ya digər fəaliyyəti zamanı onda müəyyən emosional gərginlik meydana gəlir.Fəaliyyət sona çatmırsa, məsələn, yarımçıq kəsilirsə, gərginlik müvafiq olaraq boşalmır və nəticədə yerinə yetirilməyən fəaliyyət uzun müddət yaddaşda qalır. Zeyqarnik müəyyən edir ki, insan natamam fəaliyyəti tamam fəaliyyətə nisbətdə 1,8 dəfə daha yaxşı yadda saxlayır.Bu metodikadan mütəmadi olaraq həm də kinematoqraflar və televiziyaçılar istifadə edir: məsələn, tamaşaçını daim intizarda saxlamaq üçün hər bir seriyanı ən maraqlı hissəsində bitirmək, yəni qəhramanların fəaliyyətini yarımçıq saxlamaq kifayətdir.
Aybəniz Rəsullu