Testi cavablandırarkən hisslərinizi və beyninizə gələn ilk cavabı əsas götürün. Əgər müxtəlif suallara sizin eyni cavabınız olsa narahat olmayın. Sıraları bir – bir oxuyun və kağıza qeyd edin.
1. Sən dənizə baxırsan (nə hiss etdiyini yaz, daha yaxşı hiss etmək üçün gözlərini bağlaya bilərsən).
2. Sən meşə ilə gedirsən və yerə baxırsan (nə hiss etdiyini yaz, 30 - 40 saniyədən artıq düşünmürük).
3. Qağayıların uçuşuna baxırsan (nə hiss etdiyini yaz, cavab hazırdırsa davam edirik).
4. At sürüsü ( nə hiss etdiyini yaz, çox düşünmə).
5. Səhrada çıxıntısı olan bir divar var, bu divarın arxasında oazis var. (burada hiss etmək lazım deyil, necə hərəkət edəcəyini yaz).
6. Səhrada yorğun halda su ilə dolu bir səhəng görürsən (necə hərəkət edəcəyini yaz).
7. Meşədə azmısan, qaranlıq düşüb, ev görürsən,işığı yanır (necə hərəkət edəcəyini yaz).
8. Sən dumanlıqdasan (necə hərəkət edəcəyini yaz).
İndi isə Ziqmund Freydə görə testinin nəticələrini yoxlayaq:
1. Sənin həyata münasibətin, emosiyalarındır.
2. Sənin ailədə özünü necə hiss etməyindir.
3. Sənin qadınlara olan münasibətindir.
4. Sənin kişilərə olan münasibətindir.
5. Sənin əsas strategiyandır, həyat pozisiyandır, öz problemlərini necə həll etməyini göstərir.
6. Sənin seksual seçimindir, partnyor seçimini göstərir.
7. Sənin evliliyə nə dərəcədə hazır olduğunu göstərir.
8. Sənin ölümə münasibətini göstərir...
Psixoloq.az