Münaqişələrə rəvac verməyin - Günün ulduz falı, 10 sentyabr

Qoç - eyni vaxtda bir neçə mühüm mövzuda və ya istiqamətdə yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın ətrafınızdakı insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli davranın.Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən artıq narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal tələbkarlıq göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə münaqişə qaçılmazdır.Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli nəticələr çıxarın.Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir. Buğa - qarışıq, laübəli gündür. Yaşanan olayların təfərrüatları aydın olmasa da, onların zahiri axarı uğur vəd edir.Maraqlarınızın təminatı istiqamətində yetərincə irəliləyə bilərsiniz. Çətinliklər yaransa da, onları qət edin. Nüfuzlu insanın yardımı sizə kömək edəcək.Bilik və bacarınığınızı nümayiş etdirin. Fəqət, əlahiddə illüziyalara qapılmayın.Emosional gərginlikdən qurtulmağa, sakitləşməyə çalışın. Mövcud vəziyyət sizdən soyuqqanlı, aram davranış tələb edir. Dostlarla görüşdən imtina etməyin.Onlar sizin üçün faydalı dəyişikliklərə təkan verə bilərlər.Günün emosional fonu yüksəkdir. Aktiv olun, hisslərə qapılmayın, irəliləyişə mane olan sədləri aradan qaldırın. Xırda işlərə etinasız yanaşmayın.Günün ikinci yarısında qəza və nasazlıq riski artır. Səhhətinizə fikir verin. Əkizlər - əvvəlki günün ruhu və təmayülləri davam edir. Lakin keçmişin energetikasından qurtulun.Sürətlə aktivləşən və planlaşdırılmamış şəkiddə məğzini dəyişə biləcək ünsürü kontrolda saxlayın.Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin ritminə uyğun hərəkət edin.Olayların axarı qəflətən dəyişə bilər. Mühüm prosesin cərəyan etdiyi məkana gedin. Adətən sizə sərfəli məsləhət verən insanı dinləyin.Önəmli qərarlar, açıqlamalar, araşdırmalar və alış-veriş üçün uğurlu gün deyil. Xərçəng - planlarınız dəyişə bilər. Hansısa mövzu aktuallaşacaq, sürətli müdaxilə və aktiv fəaliyyət tələb edəcək. Təşkili işə ehtiyac var.Yaxın ətrafınızdakı insanlardan birini birgə fəaliyyətə dəvət edin. Emosiyalar və hisslərə nəzarət edin. Birgə çalışacağınız insana təzyiq göstərməyin, onunla sərt danışmayın.Sifarişin yerinə yetirilməsinə ayrılmış vaxtın başa çatmasına az qalıb. Lakin başqa işləri kənara qoyaraq mütləq şəkildə bir işlə məşğul olmayın. Özünüzü həddən ziyadə yormayın.Günün ikinci yarısında mübahisə, qəza, nasazlıq, ağrı riskləri var.Baş verənlər arasında bəzi olayların ciddi təhlilə və sonradan təfərrüatlı şəkildə nəzərdən keçirilməsinə ehtiyacı var.Aktiv olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün əlinizdən gələni edin. Şir - maraqlarınızı reallaşdırmağa çalışın. Süst və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar atmaq üçün şans yaranıb.Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın.Günün ikinci yarısında problemlərdən birini asanlıqla həll edə bilərsiniz. Nikbin ehtimalların olduğu yöndə çətinliklər yaranacaq. Önəmli münasibətlərdə sərinləşmə meylləri müşahidə olunur.Əsəblərinizi tarıma çəkməyin. Sadəcə, bəzi illüziya və xam xəyallarla vidalaşmaq zamanıdır. Qız - hövsələsizlik və tələskənlik etməyin. İşdə və şəxsi həyatda dəyişikliklərlə yenilikləri mümkün qədər sürətlə həyata keçirməyə can atmayın. Səhv riski çoxdur.Yaxın ətrafınızdakı insanlardan biri sizdən öz məqsədləri üçün yararlanmaq niyyətindədir. Məlumat və informasiya toplayın. Həmkarların sözlərinə qulaq asın.Situasiyanı uyğun istiqamətə yönəltmək üçün fürsət gözləyin. İşin tam başa çatmayacağını nəzərə alaraq fəaliyyət göstərin. İndi təcili həll etməyə can atdığınız məsələlərin bəzilərini sonradan bitirmək ehtiyacı yaranacaq.Evdəki duruma nəzarət edin.Günün ikinci yarısında müzakirə və ya münasibətlərin aydınlaşdırılmasına başlamayın.Axşam saatlarında aktiv istirahəti seçin. Tərəzi - səhər saatlarına effektiv çalışaraq başlayın. Əməyinizin məhsuldar olmasına can atın. Amma özünüzü çox yormayın.Prioritetləri müəyyənləşdirin, daha mühüm saydığınız işi seçərək onu yerinə yetirməyə başlayın. Vədlər və öhdəliklərə əməl edin, sifarişi vaxtında başa vurun. Yeni işə yalnız o zaman razılaşın ki, həmin işin müqabilində sizə yaxşı pul vəd etsinlər.Səhhətinizə fikir verin.Alış-verişdə bədxərclik etməyin. Şəxsi münasibətlərdə gərginlik yaranıbsa, müzakirəni sabaha saxlayın. Tərəfdaşın iddiaları əssasız emosiyalar və sözlər deyil.Problemli məqamları aydınlaşdırmağa çalışın. Əqrəb - bu gün emosional və parlaq hadisə baş verəcək. Romantika, güclü hisslər və həyəcanlar, gözləntilər ola bilər. Xərclərə, məsrəflərə, bir sıra insanlarla təmasların qurulmasına hazırlaşın.Sizin üçün önəmli şəxslərin davranışlarını diqqətlə izləyin. Ehtiyatlı, fəndgir olun, düşünülmüş qərarlar verin. Sınmayan nəsnəni güclə sındırmayın. Ehtiyac yaranarsa, təmirlə məşğul olun. Zəif mövqedə olarkən münaqişəyə başlamayın.Mövqeləriniz güclənəcək, amma mübahisələrə başlamayın. Özünüzə və başqalarına nəyisə sübut etməyə çalışsanız, məğlubiyyətinizin ilkin mərhələsi başlanacaq.Şəxsi münasibətlər müstəvisində asan və xoş məqamlar olmayacaq.Çətin məsələləri həll etmək şansı var. Münasibət və təmaslarda gərginləşmə, dərinləşmə, təəssüf və ya qarşılıqlı anlaşmanın keyfiyyətcə yeni səviyyəsinə yüksəlmə var.Çalışsanız, istənilən situasiyadan faydalana bilərsiniz. Yaranan şanslardan bəhrələnin. Oxatan - qapalı danışıqlar, intriqalardan imtina edin. Ailə üzvləriniz, şərik və dostunuzdan gizli iş görməyə can atmayın.Məxfi, sirli, mübhəm məqamlara marağınız çox olsa da, emosiyalarınızı cilovlayın. İntriqalar və şayiə yayanlar aktivləşiblər. Ehtiyatlı olun, gərəksiz və mənasız etiraflara, səmimiyyətə ehtiyac yoxdur.Səhhətinizə fikir verin. İtki, düşünülməmiş addımlar, gərəksiz xərclər riski var.Müxtəlif ehtimal, siqnal və nişanələrə layiq olduğundan artıq önəm verməyin.Yeni tanışlıqlar güclü emosiyalar yarada bilər, amma həmin təmasların perspektivləri yoxdur.Yaradıcılıq potensialının artırılması, yaşam arealınızın qaydaya salınması üçün gərəkli tədbirləri görün.Axşam saatlarında istirahət edin. Oğlaq - böyük emosional gərginlik yaşayacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizdən yardım və diqqət gözləyirlər.Aqressiv və sərt olmayın. Mümkün qədər çox işlər görün, həyəcana və nigaranlığa vaxt qoymayın. Təkbaşına çalışmaqda fayda var.Problemlər yaranmağa başlayarsa, şəraiti rəvan edin, müşkülü tələsmədən çözün. Başqalarının işinə müdaxilə etməyin, hamilik etməyə can atmayın.Günün ikinci yarısında yarımçıq işləri başa vurun.Axşam saatlarında istirahət edin. Dolça - emosional olmayın, hisslərinizin əsiri olmayın. Konstruktiv və zəruri hesab etdiyiniz addımları atın. Bitkin qərarlar qəbul edin.Hadisələrin axarına sərt müdaxilə etməyin.Səhər saatlarından etibarən aktiv çalışın. Bəlirlədiyiniz plan çərçivəsindən gün ərzində çıxmamağa, yeni işlərə başlamamağa can atın.Yaşananlara praktisizm və mütənasiblik müstəvisindən baxın. Yaşamın qarşınızda qoyduğu məsələlər çevrəsindən çıxmayın.Təşvişə düşməyin, başladığınız işi başa çatdırın. Görüləsi işlərin sayı bir müddət sonra artacaq.Həyatınızda qayda və nizamı artırın. Balıqlar - yaxın ətrafınızdakı insanların hiss və həyəcanlarını anlamağa, onların problemlərini dərk etməyə çalışın.Yeni planlar və əlaqələrin formalaşması, danışıqların aparılması, ideyaların təqdimatı üçün uğurlu vaxtdır. Cari problemlərin həlli yaradıcı potensialınızı artıra bilər. Bununla bahəm narahatlıq, nevroz laübələr, bir neçə işdə eyni vaxtda çalışmaq istəyi yaranacaq.Dostlarla münasibətlər intensivləşir. Sizə təzyiq göstəriləcək, kimlərinsə maraq dairəsinə çəkməyə çalışacaqlar. Narahatlıq yaradan məsələlərdə aydınlıq yaranmayacaq.Sevdiyiniz insan sorğularınıza, suallarınıza, zənglərinizə cavab vermir. Lakin indi hər şeyə rəğmən bir sıra məsələlərdə pozitiv məqamlar və nüanslar tapmaq imkanları yaranıb. Milli.Az

Qələbə qazana bilərsiniz - Günün ulduz falı, 8 sentyabr

Qoç - İstənilən birgə fəaliyyətdə ehtiyatlılıq lazımdır. Bu gün hətta adətən asanlıqla dil tapdığınız adamlarla da yola getmək çətin olacaq.Yaxınlarınızı sevindirmək üçün bəhanəniz olacaq. Köhnə dostlarınızda xoş xəbərlər mümkündür, sevgiliniz tərəfindən sürprizlər də istisna deyil. Lakin olduqca çox şey gözləməməlisiniz - ətrafdakılara qarşı həddindən artıq tələb ciddi problemlərə səbəb ola bilər. Buğa - Düzgün seçilmiş taktika nəticəsində rəqibləriniz üzərində qələbə qazana bilərsiniz. Lakin müttəfiqlərinizə həddindən artıq inamınız üzündən itkilər də istisna deyil. Onların fəaliyyətlərinə nəzarət etməyə çalışın, dəqiq tapışırıqlar verin: qarşılıqlı anlaşmanın çatışmazlığı ağır nəticələr verə bilər.Şəxsi xarakterli problemlər istisna deyil. Lakin bu çətinliklərin öhdəsindən gəlməkdə sizə valideynləriniz yardım edə bilərlər. Sevdiyiniz şəxsin tənqidi fikirlərinə qullaq asmağa dəyər: onlar tamamilə konstruktivdirlər. Əkizlər - Qeyri-populyar qərarlar qəbul etməli olacaqsınız. Lakin yəqin ki, onları dəstəkləməyə hazır olan adamlar tapılacaq.  Adi, yeknəsək işlər çox vaxtınızı alacaq.Günün əhəmiyyətli hissəsi keçmişlə bağlı xatirələr və düşüncələrə həsr olunacaq. Bu gün sizin əhval-ruhiyyənizi konstruktiv adlandırmaq olmaz. Səhvləri təhlil etmək və nəticə çıxarmaq əvəzinə, özünüzü söyür və tənqid edirsiniz. Bu, yaxınlarınızla rahat ünsiyyətə mane olur, ruhi tarazlığı pozur. Xərçəng - Nəzərə çarpan olmasa da, xoş gündür. O, nə iləsə keçmişə qayıdışla yadda qalacaq. Lakin bu, indini unutduracaq qədər güclü olmayacaq. Gün birgə layihələr üçün çox münasibdir - ailəvi, kommersiya və ya yaradıcı layihələr.Axşam saatları elmi ədəbiyyat oxumaq, xarici dil öyrənmək və ya tədqiqat işləri üçün əlverişlidir. Şir - Günün ahəngdar və sakit gedişi əsas məsələni sizin diqqətinizdən qaçıra bilməz: böyük ümidlər bəslədiyiniz başlanğıclar təəssüf ki, uğursuzluğa məhkumdur. Əməkdaşlıq, istənilən birgə fəaliyyət çoxsaylı problemlərlə müşayiət olunacaq. Xoşbəxtlikdən yanınızda sizə köməyə gəlməyə hazır olan adam var.Yaradıcılıq potensialının həyata keçirilməsi, müsiqi, rəsm və ədəbiyyatla məşğul olmaq üçün çox əlverişli gündür. İstedadınız diqqətdən kənarda qalmayacaq, ünvanınıza çoxsaylı xoş sözlər eşidəcəksiniz. Qız - Asan və gözəl gün olduğunu demək olmaz. Lakin hadisələrin inkişaf məcrası sizin üçün münasib görünəcək. Müsbət tendensiyalar tezliklə güclənəcək. Hələlik isə sakitcə işləmək, cari məsələləri həll etmək lazımdır.İstər işgüzar, istərsə də dostluq ünsiyyəti üçün əlverişli gündür. Maraqlı təkliflər mümkündür. Həyatınızı dəyişməkdən qorxmayın - sağlam düşüncə və ulduzlar sizi səhvlərdən qoruyacaq. Tərəzi - Prinsiplərinizə sadiq qalın. Bü, çox vacibdir. Çünki bəzən sizə elə gələ bilər ki, şərait zidd nəsə tələb edir. Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Mümkün olan yerdə məsuliyyəti bölüşün.Yaxınlarınızla münasibətlər kifayət qədər gərgin olacaq. Bu günü "itkisiz" keçirmək şansı var. Bunun üçün yalnız ehtiyat və ağıl lazımdır. Əqrəb - Səy göstərməklə uğur əldə etmək olar. Lakin sürprizlər və gözlənilməz dönüşlərə də hazır olmaq lazımdır. Bu gün həyat qəbul edilməsi asan olmayan hədiyyələr gətirəcək. Əgər yenilikdən qorxmursunuzsa, irəliyə vacib addımı ata bilərsiniz. Maliyyə çətinlikləri mümkünür. Cərimələr və başqa xoşagəlməz xərclər istisna deyil.Şəxsi münasibətlərdəki problemlər ciddi yanaşma, başqalarının məsuliyyətini öz üzərinə götürmək bacarığı sayəsində həll oluna bilər. Sonradan peşimanlığını çəkəcəyiniz hərəkətlər istisna deyil. Oxatan - Əgər əvvəlcədən müstəqil şəkildə fəaliyyət göstərməyə qərar versəniz və ətrafdakıların təqdirini, yardımını gözləməsəniz, gün kifayət qədər uğurlu olacaq. Düzdür, "bir nəfər hamıya qarşı" vəziyyətinə qibtə etmək və komfortlu adlandırmaq olmaz. Lakin o, sizə irəliləməyə və öz maraqlarınızı müdafiə etməyə imkan verəcək.Bu gün zərərli vərdişlərdən imtina etmək sağlamlığınız üçün zərərli olan zəifliklərə yol verməmək tövsiyə olunur. Sevdiyiniz adamla fikir ayrılıqları mümkündür. Oğlaq - Naz, flirt və xoş ünsiyyət günüdür. Rəhbərlik xatırladacaq ki, işləmək də pis olmazdı. Amma siz işləmək həvəsində deyilsiniz. Günü danışıqlara, o cümlədən, potensial işəgötürənlə görüşə, gələcəklə bağlı planların müzakirəsinə, yaradıcılıq fəaliyyətinə həsr etmək olar. Bir sözlə, adi darıxdırıcı işlərdən başqa istənilən şeylə məşğul olmaq mümkündür.İndi siz çox zəifsiniz və mənfi təsirə məruz qalmısınız, xoş mühitə ehtiyacınız var. Yanınızda dostcanlı, istənilən an kömək əlini uzatmağa hazır adamlar olmalıdır. Bu mühit sayəsində ovqatınız yüksələcək. Dolça - Diqqəti cari işlərə yönəldin. Bu gün keçmişin və ya uzaq gələcəyin hadisələri yox, məhz onlar diqqətə layiqdir. Müstəqil fəaliyyət üçün çox əlverişli gündür. Nəzərə alsaq ki, indi kimin dost, kimin düşmən olduğunu müəyyənləşdirmək çox çətindir, sadəcə olaraq, əlaqələri azaltmaq daha məqsədəuyğundur.Sizdən planlarınızı dəyişməyi, çeviklik və güzəşt tələb edən çətin vəziyyətlər mümkündür. Balıqlar - Əmr vermək, rəhbərlik etmək istəyi var və bu, alınır. Bədbəxtlikdən, uğur üçün bu kifayət deyil: özünüz də işləməlisiniz. Bu gün bir çox Balıqlar anlayacaqlar ki, yalnız əmək şücaətinə qadir deyillər, həm də bundan zövq alırlar. Bu, son vaxtlar düz yol seçdiyinə şübhə edənlər üçün xüsusilə xoşagələn kəşf olacaq.Şəxsi həyatda hər şey əla gedəcək. Yaxınlarınız sizin diqqətinizdən məmnun qalacaqlar. Milli.Az

Mühüm işləri təxirə salın - Ulduz falı, 7 sentyabr

Qoç - Mars, Saturn və Demos arasındakı münasibətlər şəraitin energetikasını dəyişir. Emosiyalara nəzarət edin, əsas məsələdən diqqəti yayındırmayın. Uğurlu qarşılıqlı münasibətlər və birgə fəaliyyət üçün şərik, iş yoldaşı, tanış və ya dostunuzun emosional durumunu anlamağa çalışın. Seçim problemi sizi düşündürürsə, bu gün həmin tapmacaya cavab tapmağa vaxt sərf etməyin, bu istiqamətdə konkret addım atmayın. Daha neytral işlə məşğul olun. Əmr və göstərişlərin sayını azaldın, maraqlarınızı bölüşən insanlarla münasibətləri səmimiləşdirin. Həyatınızdakı intriqa gərginləşəcək. Buğa - Venera və Saturn arasındakı münasibətlər gərginləşir, dəyərlərin mənzərəsi dəyişir. Maraq və diqqət obyektinin dəyişməsi çox sürətlə baş verə bilər. Hansısa nəsnədən əl çəkərək yeni avantüra, macəraya qatıla bilərsiniz. Gün sizdən aktivlik, çeviklik, qıvraqlıq, hər şeyə ani reaksiya, şərik və tərəfdaş, dost və həmkarla əlbir iş tələb edir. Münaqişə, gərgin diskussiya, mübahisə istisna deyil. Axşam saatları romantik ola bilərsiniz. Yeni ideya və istəklər, şövq və optimizm yarana bilər. Nə qədər ehtiyatlı olsanız da, hansısa romantik səbəbdən hisslər burulğanına qərq olacaqsınız. Həyatın qarşınıza çıxardığı seçimdə "hə" və ya "yox" deməyə çox az vaxt olacaq. Tanıdığınız adamla iş görsəniz, orada risk daha az olacaq. Əks təqdirdə yeni öhdəliklərdən uzaq durun. Əkizlər - Mühüm işləri sabaha qədər təxirə salın. Rəsmi olmayan şəraitdə spontan tədbirlər işgüzar perspektivlərinizi yaxşılaşdıra bilər. Emosiyalar çıxış yolu, tətbiq müstəvisi tələb edir. Hadisələrin aktiv inkişafı, səmimiyyət, açıqlıq, əlaqə və maraqların genişlənməsi mərhələsi başlanır. Mənasız arzulardan əl çəkin, real işlə məşğul olun. Hansısa mühüm münasibətlərdən biri ağrılı olsa da, kəsilməkdədir. Daha çox müəyyənlik istəyirsinizsə, görüş və danışıqları təxirə salmayın. İndi yaranan imkanlar sıçrayış və sürətlənmə imkanları yaratmaqla yanaşı, narazılığa da səbəb ola bilər. Hər şey sizin yeniliklərə nə qədər hazır olmağınızdan asılıdır. Xərçəng - Pluton və Marsın münasibətləri həyatınızda daha ciddi nizam yaradılmasını, müəyyənliyin artırılmasını tələb edir. Ola bilsin ki, ciddi, çətin seçimlə qarşılaşasınız. Saat 13:00-dan sonra mühüm məlumat alacaqsınız. Vaxtdan səmərəli istifadə edin. Tələsmədən, narahatlıq hissi keçirmədən hərəkət edin. Mühüm hadisələrin yaxınlaşmasını hiss edirsinizmi? Sizin üçün aktual olan mövzunun təfərrüatlarının aşkarlanmasına imkan verin, bütün ehtiyatlarınızdan istifadə edib-etmədiyinizi yoxlayın. Şəxsi münasibətlərdə yenidənqurma mümkündür. Sevdiyiniz insanlarla təmaslarda intellektual zəmində mübahisə yaranırsa, bir qədər fasilə edin. Şəraitdə nəyisə dərhal dəyişməyə can atmayın, çünki hesablarınız və gümanlarınız yanlış ola bilər. Sizə mühüm olan ünsürü müəyyənləşdirmək, seçmək üçün ətrafdakı insanların məsləhətlərinə yox, qəlbinizin səsinə qulaq asın. Şir - Günün sizə verdiyi işarələrə və nişanələrə diqqətlə fikir verin. Ay və Fobosun münasibətləri paradoksa, hadisələrin dalana dirənməsinə səbəb ola bilər. Heç bir olayı, işi və ya problemi dərhal, tələsik həll etməyə çalışmayın. Tərəfdaşlıq, şəriklik, birgə fəaliyyət və əməkdaşlıq müstəvisində ayıq davranın. Hansısa variantı aktiv müzakirə etdiyiniz vaxtda başqa bir istiqamətdə önəm səviyyəsi heç az olmayan hadisə formalaşmaqdadır. Qətiyyətli və inadkar olun, mənfəət və gəlir hiss etdiyiniz yerdə mövqelərinizi möhkəmləndirin, maraqlarınızı qoruyun. Şəxsi münasibətlərdə müəyyən süjetin inkişafında maraqlısınızsa, hələlik tələsməyin. Bir qədər kölgəyə çəkilin, tək qalın. Narahat olmayın, az sonra sürətlə irəliləyəcəksiniz. Qız - Yaxın ayla bağlı planlarınızı müəyyənləşdirin, şəraitin amplitudasını dəqiqləşdirin və duruma uyğun hərəkət edin. Soyuqqanlı, hətta ifrat dərəcədə soyuq olun. Hər şeyi hesaba alın, emosiyaları unudaraq yalnız işlə məşğul olun. Yeni nəyinsə yarandığını hiss etdiyiniz situasiyaya həssas olun. Bu günün hadisələri sınaqlardır və onların sayəsində diqqət mərkəzinizdə olan insanlarla nəsnələrin əsl dəyərinə vaqif olacaqsınız. Vücudunuza diqqət ayırın, idmanla məşğul olun. Axşam saatlarında təmiz havada gəzintiyə çıxın. Faydalı məşğuliyyət təcili həllini tələb edən məsələlərin öhdəsindən gəlməyə imkan verəcək. Tərəzi - Ətrafınızdakı insanların təxribatlarına kəskin reaksiya verməyin, sizə əsla xas olmayan hərəkətləri etməyin. Lakin bu günün enerjisi, xüsusilə də Ay və Saturnun münasibətləri sizdən həyatınızda əvvəlki təki qalmamalı nəsnələrlə hadisələrə aktiv müdaxiləni tələb edir. Vildalaşmalı olduğunuz nəsnə və ya adamı intuitiv olaraq müəyyənləşdirin ki, daha vacib işlə məşğul olmağa vaxtınız qalsın. Çətindir, amma vacibdir - bunu etməlisiniz. Bu yaxınlaradək fikirlərinizdə və həyatınızda mühüm yer tutan münasibətdə romantizm çalarları sönükləşə bilər. Qəmlənməyin, yeni istiqamətin seçim anını buraxmayın. Gündəlik məhsuldarlığa yaradıcılıq əmsalını əlavə edin. Axşam saatlarında maraqlı tapıntıya sevinə bilərsiniz. Əqrəb - Birmənalı olmayan situasiyaya düşə bilərsiniz. İmkanlar yetərincə artsa da, məqsədə aparan yolda ciddi maneələr yaranır. İstəyinizə dərhal çatmaq alınmayacaq. Ruhdan düşməyin, nigaran qalmayın. İlk baxışdan böyük çətinlik təsiri bağışlayan problemlər sonradan çox önəmli pozitiv nəticələrə səbəb ola bilər. Müdrik olun, addımlarınızı düşünüb atın. Yaxın ətrafla münasibətlərin ümumi fonu və qarmaqarışıq olması, sevdiyiniz insanla təmaslarda yaranmış anlaşılmazlıqlar sizdə pərişanlıq yaratmasın. Söhbətlərə, sözlərə ifrat dərəcədə həssas olmayın, intriqalara baş qoşmayın. Emosional davranış sizə olan münasibətə pis təsir edə bilər. Axşam saatlarında bir qədər tək qalın, maraqlarınızın təminatı yollarını düşünün. Oxatan - Dəqiqlik, səliqə və sürətli, ani reaksiya tələb edən məsuliyyətli gündür. Cari işlərin çərçivəsində qalın. Qəfil problemlər, pis xəbərlər, səhhətin kəskin pisləşməsi, qohumlardan birinin əhvalının xarab olması istisna deyil. Səfər və ya gəzinti üçün sərfəli, düşərli gün deyil. Daxili gərginlik məişət texnikasının sınması, avadanlığın sıradan çıxması və yaxın ətrafdakı neqativ situasiya ilə müşaiyət olunacaq. İmkanların genişlənməsi hansısa səbəblərdən sizi narazı sala bilər. Ya istədiyiniz işlə məşğul olmayacaqsınız, ya da qarşıda sizi çətinliklərin gözlədiyini anlayacaqsınız. İmkan varsa, mühüm tədbir və görüşləri təxirə salın. Problemlər yalnız bilavasitə sizə təsir edərsə, aktivliyə haqq qazandırmaq olar. Belə deyilsə, aktivliyi sabaha qədər təxirə salın. Oğlaq - Hərəkətlərinizə diqqət edin, soyuqqanlı olun və işlərin tam əksəriyyətini plan üzrə edin. Daxili gərginlik səhhətinizə təsir edə bilər. Emosiyalarınıza nəzarət edin, sakitləşin. Əks təqdirdə orqanizminizdə xroniki proseslər güclənəcək, travmatizm riski arta bilər. İmkan varsa, saat 12-də bir qədər taym-aut götürün və sizdən həddən ziyadə məsuliyyət ilə konkret, ağır zəhmət tələb etməyən işlərlə məşğul olun. İşdə və ya münasibətlərdə önəmli yeniliyə səbəb ola biləcək spontan situasiya yarana bilər. Sözün bütün mənalarında formada olmağa çalışın. Nəyisə mürəkkəbləşdirməyin, çətinləşdirməyin. Hadisələrə doğru reaksiya verin, situasiyaya məcra axınında düzəlişlər edin. Müşahidə edin, informasiya toplayın, nəticə çıxarın. Dolça - Gələcəkdəki hadisələrlə bağlı güclü rezonansa malik problemlərin həllinə başlayın. Ani problemlər və tələsik istəkləri arxa plana atın, işlə məşğul olun. Cari situasiya və ünsiyyət rəvan olmayacaq. Maddi məsələlər və tərəfdaşlarla qarşılıqlı münasibətlər yeni mərhələyə keçə bilər. Qərar və atacağınız addımlarla bağlı tələskənliyə yol verməyin. Kəskin mübahisələr aparmayın, fikrinizi kiməsə təlqin etməyə çalışmayın, yalnız günün işləri ilə məşğul olun. Vəziyyəti sakitləşdirməyə çalışın. Əks təqdirdə, arzu edilənləri olanlar kimi anlayaraq çoxsaylı səhvlər edə bilərsiniz. Alış-verişi günün ilk yarısında edin. Günün ikinci yarısında ekstremallıq etməyin, macəra axtarmayın. Balıqlar - Bu gün təcili şəkildə nə isə etmək istəyi çox pis nəticə verə bilər. Yüz dəfə ölçün, bir dəfə biçin. Hansısa situativ maraqlar və ya xəbərlər hadisələrin məntiqi axarını poza bilər. Hərəkət koordinasiyasında problemlər yaranarsa, qərarlarınıza bir daha nəzər salın. Nə baş verməsindən asılı olmayaraq tələsməyin, ilkin impulsu yaşayın, sonra təmkinli şəkildə hərəkət edin. Ola bilər ki, məsələnin həllində iştirakınıza ehtiyac qalmasın. Sağlam məntiq, təmkin və soyuqqanlı davranış yeniliklərlə dəyişikliklərin məğzini anlamağa imkan verəcək. Sadəcə, qəza durumu yarananda təcili qərarlar qəbul edin. Yerdə qalan bütün işlər gözləyə bilər. Avtomobildən çox istifadə etməyin.  Milli.Az

Ev qayğıları günüdür - Günün ulduz falı, 6 sentyabr

Qoç - Mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qoçlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir. Buğa - Yaradıcılıq potensialı və özünüzə inam yüksəkdir. Sizin üçün qeyri-mümkün heç nə yoxdur. Cəsur planlar qurmaqdan qorxmayın, başqalarının bacarmadığı işlərə cəsarətlə girişin. Vacib məsələlərin müzakirəsi üçün münasib gündür.Təəssüf ki, gün təhlükələrdən də xali deyil. Bunlardan ən əsası odur ki, başqalarının təsiri altına həmişəkindən daha çox düşə bilərsiniz.    Əkizlər - Ev qayğıları günüdür. O qədər də məhsuldar deyil, bununla belə, xoşdur. Xırda işlərlə məşğul olacaq, onları sona çatdırmaqdan zövq alacaqsınız. Qadınlarla, xüsusilə, yaşlı qohumlarınızla ünsiyyət üçün əlverişli gündür. Pul gələ bilər.Bazarlıq etmək, əyləncəyə iri pullar xərcləməyə tələsməyin. İndi bunun üçün münasib vaxt deyil. Qərar qəbul edərkən ənənə və stereotiplərə yox, şəraitlə bağlı öz təsəvvürlərinizə əsaslanın. Xərçəng - Asan gün deyil. Özünüzü sərt, demək olar ki, aqressiv aparırsınız. Sizinlə iş görmək çətindir. Bir çox Xərçənglər düşünülməmiş hərəkətlərə yol verəcək və yəqin ki, sonra buna görə peşiman olacaqlar. Bürcün nümayəndələri tez-tez mübarizəyə girişsələr də, ondan qalib kimi çıxıb-çıxmayacaqlarını bilmirlər. Kişi Xərçənglər çətin məsələləri güc yolu ilə həll etməyə meyllidirlər. Amma bu, xeyir gətirməyəcək.Yaxınlarınızla ünsiyyətdə yumşaq olmağa çalışın, öz iradənizi sevdiklərinizə sırımağa cəhd etməyin. Müstəqillik hüququ tələb edən uşaqlarla münasibətlərdə gərginlik mümkündür. Xərcləri azaltmaq tövsiyə olunur. Şir - Təəssüf ki, bu gün mənfi tendensiyaların təsiri güclü olacaq. Siz yeni təəssüratlar və müsbət emosiyalar təşnəsindəsiniz. Yaxınlarınız sizə gözlədiyiniz diqqəti göstərməyəcəklər. Buna çox əsəbiləşəcəksiniz.İstənilən xırda şeyi ürəyinizə salır, boş şeylərə görə həyəcanlanırsınız. Fırıldaq qurbanı olmaq və ya bədxahlarınızın intriqası üzündən zərər çəkmək təhlükəsi var. Odla ehtiyatlı olun. Qız - Çətin və dolaşıq işlərə girişməyə dəyməz. Ən yaxşısı, sadə və aydın işlərlə kifayətlənməkdir. Gücünüzdən yeni sahədə istifadə etmək, riskə getmək üçün münasib gün deyil. Qadınların məsləhətinə qulaq asın. Bu, düzəldilməsi mümkün olmayan səhvlərdən yayınmağa kömək edəcək.Ətrafdakılarla harmonik münasibətləri qorumaq çətindir. Sevdiyiniz adamla ciddi inciklik mümkündür. Romantik görüşlər üçün əlverişli gün deyil. Tərəzi - Sakitliyi qorumaq çətindir. Tərəzilər emosiya ilə hərəkət edəcək, xeyli artıq şey danışacaq, sonradan peşman olacaqları hərəkətlərə yol verəcəklər. Yaxınlarla münasibətlər korlanacaq. Düşünmədən verdiyiniz sözləri unudacaq və istənilən tənqidə çox ağrılı reaksiya verəcəksiniz.Hətta, xırda problemlər də bəzən həlli qeyri-mümkün görünə, istənilən xırda şey sizi çıxılmaz vəziyyətə sala bilər. Yeni tanışlıqlar üçün münasib gün deyil. Tənhalıqda özünüzü heç həmişə rahat hiss etməyəcəksiniz, xoşagəlməz fikirlərə yeniləcəksiniz. Əqrəb - Çətin, amma məhsuldar gündür. Siz məqsədə çatmaq üçün səy göstərməyə hazırsınız və əməyiniz hədər getməyəcək. Təşəbbüs göstərmək, ideya və planları bölüşmək, birbaşa və açıq danışmaq olar. Yeni tanışlar etibarınızı asanlıqla qazanacaq, yaxınlarınızla çətinlik çəkmədən dil tapacaqsınız.Əvvəlcədən tutduğunuz qrafikdən çıxmamağa çalışın, planlaşdırdığınız işləri təxirə salmayın. Xırda itkilər, əsassız xərclər mümkündür. Maliyyə məsələləri ilə məşğul olmaq, valyuta və xarici şirkətlərin qiymətli kağızlarını almaq tövsiyə olunmur. Oxatan - Xırda xoşagəlməzliklər, əhəmyyətsiz, amma çoxsaylı çətinliklər günüdür. Ətrafdakılar sizə pis heç nə etməyəcəklər. Amma inciməyə, hətta, kin saxlamağa bəhanə tapacaqsınız. Siz üzdə sülh və harmoniyaya can atsanız da, nəzakətsiz sözlərdən, bəzən isə sərt iradlardan istifadə edirsiniz.Bir çox Oxatanlar bu gün lazım olduğundan çox xərcləyirlər və bunun mümkün nəticəsi barədə düşünmürlər. Yeni tanışlarınızla yaxşı təəssürat yaratmağa çalışarkən ciddi səhvlərə yol verə bilərsiniz. Oğlaq - Günü əlverişli hesab etmək olmaz. Amma ilk baxışdan göründüyü qədər də pis deyil. Yaxınlarınızla yaranan fikir ayrılıqlarına sakit yanaşın, diskussiyaları konstruktiv məcrada aparın. Əgər səmimi şəkildə istəsəniz, razılığa gəlmək olar. İri xərclər, planlaşdırılmamış böyük baxarlıqlar tövsiyə olunmur.Nə qədər güclü olsalar da, arzularınıza əsasən hərəkət etməyin. Bu gün sağlam düşüncə intuisiyadan yaxşı köməkçidir. Dolça - Bu gün əvvəlki ilə müqayisədə daha əlverişli və asandır. Siz işlərin öhdəsindən asanlıqla gələcək, qeyri-standart qərarlar qəbul edəcək və aldığınız informasiyadan düzgün istifadə edəcəksiniz. Son vaxtlar aldığınız həyat təcrübəsi faydalı olacaq. Ən ağıllı Dolçalar başqalarının səhvlərindən öyrənəcəklər.Xeyriyyə aksiyalarında iştirak etmək, ehtiyacı olanlara əl tutmaq tövsiyə olunur. Başqalarına görə məsuliyyəti üzərinizə götürməyə, ailədə və ya dostların arasında liderə çevrilməyə hazır olun. Gün hüquqi məsələlərin həlli üçün münasibdir. Balıqlar - Bu gün əlverişsiz tendensiyaların təsiri güclü olacaq. Amma məyus olmayın. Nə baş verməsindən asılı olmayaraq, vəziyyəti nəzarət altına almaq gücündəsiniz. Maliyyə məsələləri ehtiyat tələb edir. Hədər xərclərdən və düşünülməmiş bazarlıqlardan çəkinin. Əyləncə və asudə vaxtın təşkilinə çəkilən xərcləri minimuma endirməyə çalışın.Günün ortası xırda ev işləri, mənzildə qayda yaratmaq üçün münasibdir. Milli.Az

Vəziyyət xeyrinizə dəyişəcək - Günün ulduz falı

Qoç – Fenomenal iş qabiliyyətiniz sizin uğurunuzun açarıdır. Enerji və inadkarlıq tələb edən işlərdə sizin rəqibiniz yoxdur. Yorulmaq nə olduğunu bilmirsiniz, eyni işlə uzun müddət məşğul olsanız da, bezmirsiniz. Hərəkətsiz işlərə tez-tez yaradıcı nöqteyi-nəzərdən yanaşırsınız. Gəlirlərinizi artıra biləcək yaxşı ideyalar fikirləşə bilərsiniz. Yüngül fikirlər və özünüzə həddən artıq güvənməyiniz sizi pis vəziyyətdə qoya bilər. Vacib işləri axırıncı ana saxlamayın. Ümid etməyin ki, həmin işlərlə tez bacara bilərsiniz. Hər işdə ehtiyatlı olmaq tövsiyə olunur. Buğa – Bu gün hansısa qeyri-adi təcrübə qazanmağınızla bağlı ola bilər. Sizin həyatınızda baş verən hadisələri məntiqlə və sağlam düşüncə ilə izah etmək olmur. Bu bürcün ən həssas nümayəndələri belə hiss edəcəklər ki, həyat məcrasından çıxır, harasa aparan şiddətli bir axına düşür. Lakin yadda saxlayın ki, baş verənlərə görə məsuliyyət sizin üzərinizə düşəcək. Tələsik hərəkətlər yolverilməzdir, hər bir addımınızı diqqətlə düşünməlisiniz. Böyüklərin məsləhətlərinə qulaq asmağa dəyər. Əkizlər – Xarici təsir qarşısında həssassınız və arada sizə təzyiq göstərmək istəyən insanlar qarşısında müdafiəsizsiniz. Yanınızda çox yumşaqlıq etməyə, güzəştə getməyə yol verməyən insan olsa yaxşıdır. Çünki bu yumşaqlıq və güzəştlər sizin üçün mənfi nəticələnə bilər. Gün incəsənətə, şou-biznesə marağın artması ilə də bağlıdır. Əntiq əşyalar və ya bəzək əşyaları almağınız mümkündür. Siz öz həyatınızı daha parlaq və qeyri-adi etmək istəyəcəksiniz. Bürcün bəzi nümayəndələri yaşadıqları məkanı ekstravaqant etmək üçün dəyişikliklər etmək istəyəcəklər. Xərçəng – Bütün vacib işlərinizi günün birinci yarısında başa vurmağa çalışın, çünki günün ikinci yarısı daha faydalı olacaq. İşgüzar münasibətlər həddən artıq qeyri-sabitdir. Ayırd etmək çətindir ki, kim doğrudan da sizin müttəfiqinizdir, kim sizdən, sadəcə olaraq, öz məqsədinə çatmaq üçün istifadə edir. Anlaşılmazlıqlar da ola bilər. Onlar xırda və əhəmiyyətsiz olacaq, ancaq sayı çox olacaq. Bu xırda anlaşılmazlıqlar sizin yolunuzda maneəyə çevrilə bilər. Nüfuzlu insanın vaxtında müdaxiləsi vəziyyəti yaxşılığa doğru dəyişəcək. Şir – Ev qayğıları o qədər çox olacaq ki, şirlərin bəzi nümayəndələrinin fikri işdən yayınacaq. Bəzi pis niyyətli insanlar bu vəziyyətdən yararlanmaq istəyəcəklər. Bundan başqa, özünüzə qarşı rəhbərliyin hiddətini cəlb edə bilərsiniz, nəticələr isə pis olacaq. Ətrafda baş verən hər şeyə həddən artıq emosional yanaşırsınız. Bu da bəzən ətrafınızdakıları çıxılmaz vəziyyətə sala bilər. Bir qədər səbirli olsanız, vəziyyətin sizin xeyrinizə dəyişdiyini hiss edəcəksiniz. Qız – Günün birinci yarısı işlə məşğul olmaq üçün əla vaxtdır. Siz vaxtında təşəbbüslər göstərəcəksiniz, enerjinizi doğru istiqamətdə sərf edəcəksiniz və tərəfdaşlarınızla münasibətlərdə özünüzü müdrik aparacaqsınız. Ən çətin anlarda belə sakitliyinizi qoruya biləcəksiniz. Ətrafınızdakılar məsləhət üçün sizə müraciət edəcəklər. Şəxsi məsələlərin və ev işlərinin həlli üçün yaxşı gündür. Siz nəinki öz emosiyalarınızı, o cümlədən başqalarının emosiyalarını da nəzarətdə saxlayırsınız. Tərəzi – Əlverişli gündür. Həm işgüzar, həm də şəxsi məsələlərdə yaranmış problemlərin öhdəsindən asanlıqla gəlirsiniz. Əks cinsin nümayəndələri sizə yüksək maraq göstərirlər. Bu gün romantik münasibətlərin başlanğıcı üçün uyğundur. Şəxsi cazibəniz işgüzar görüşlərdə işinizə yaraya bilər. Öz xarakterinizin ən gözəl cəhətləri nümayiş olunan bu gündə sizə qarşı rəğbətlər anlaşılandır. Yaxın səyahətlər sizi xoş sürprizlərlə sevindirə bilər. Gözlənilməz pul gəlirləri də istisna olunmur. Əqrəb – Bu gün bir qədər uğursuzdur. Neqativ tendensiyalar sizi axşama qədər izləyə bilər. Ətrafdakıların diqqətini özünüzə cəlb etməyə çalışırsınız, lakin bu, baş verəndə sizin xoşunuza gəlmir. Münaqişələr və uzun müddət sizin gizli düşməniniz olan insanla açıq qarşıdurmalar ola bilər. Maliyyə vəziyyətiniz o qədər də ürəkaçan deyil. Qənaətcil olmağınız tövsiyə olunur. Öz ünvanınıza tənqidlər də eşidə bilərsiniz. Oxatan – Bu gün özünüz haqda daha çox düşünəcəksiniz. Qarşıda qoyulmuş məqsədlərə çatırsınız, bu isə sizi daha da ruhlandırır. Yaradıcılıq imkanlarınız geniş olduğuna görə, gözəl ideyalar baxımından çatışmazlıq olmayacaq. Sərmayələr, alış-veriş və maliyyə məsələlərinin həlli üçün münasib gündür. Yeni bir şeylər öyrənmək imkanını əldən verməyin. Bu, sizin üçün çox faydalı olacaq. Zövq almaq üçün daha çox cəhd göstərəcəksiniz ki, bu da cari işlərdən yayınmağınıza səbəb olacaq. Oğlaq – İnsanlarla qarşılıqlı anlayışa nail olmaq, lazım olan sözləri demək çətin olacaq. Məhz bu hal əvvəlcədən əldə olunmuş razılaşmaların ləğv olunmasına, işgüzar və şəxsi münasibətlərin pozulmasına səbəb ola bilər. Şəxsi mənafelərinizi qorumağa cəhd göstərərkən, özünüzü çox sərt aparırsınız. O qədər əhəmiyyətsiz güzəştlərə gedirsiniz ki, qarşı tərəf bunu hiss edə bilmir. Bu gün lazımsız xərclər də çox ola bilər. Sizin üçün qiymətli olan əşyanı itirmək ehtimalı da var. İşgüzar aktivliyi aşağı salmaq tövsiyə olunur. Sevdiyiniz insanları danlamaqdan çəkinin və nəzərə alın ki, hər bir zarafatınız insanların xətrinə dəyə bilər. Dolça – Uğurların asanlıqla qazanıldığı, heç bir problem üzərində uzun müddət düşünməyə ehtiyac olmadığı xoş bir gündür. Demək olmaz ki, bu gün mühüm qələbələrlə yadda qalacaq, lakin siz baş verənlərdən razı qalacaqsınız. Öz maraqlarınızı qorumağa hazır olun və yaxınlarınız sizin şəxsi və ya iş həyatınıza müdaxilə etmək istəsələr, bu müdaxilələri dəf edin. İşdə əlverişli emosional situasiya formalaşacaq. Pis niyyətli adamlar sizin sakitliyinizi görüb təsim olacaqlar. Balıqlar – Həyat potensialının yüksəlməsi ilə bağlı bir gündür. Bu da sizə xoş əhval, işgüzarlılıq və enerji bəxş edəcək. Qələbə çaldığınızda belə, narahatlığınız sona çatmayacaq və emosional dəstəyə ehtiyac duyacaqsınız. Belə olan halda pis niyyətli insanlar yaltaqlıqla sizin etimadınızı qazanmağa çalışacaqlar. Siz pullara qarşı düşüncəsiz münasibət bəsləyirsiniz, bəzən onları lazımsız yerlərə xərcləyirsiniz. Biletlər və səyahət üçün əşyalar almaq tövsiyə olunmur. Milli.Az

Vacib xəbərlər alacaqsınız - Günün ulduz falı: 4 sentyabr, 2018

Qoç – Sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur. Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək. Buğa – Bu gün çox maraqlı olacağını vəd edir. Siz kənar təsirlərə çox həssassınız, istənilən şəraitə uyğun əhval-ruhiyyəyə ildırım sürətilə düşürsünüz. Bir çox Buğalar özlərində gözlənilməz istedad və qabiliyyətlər aşkarlayacaqlar. Lakin yaxınlarla münasibətlər baxımından o qədər də asan gün deyil. Sizin başa düşməyəcək, tənqid edəcək, xətrinizə dəyəcəklər. Siz isə bunun cavabında nəinki müdafiə olunacaq, əks-hücuma keçəcəksiniz. Vaxtında dayanmağa çalışın. Yoxsa, özünüzü çıxılmaz vəziyyətə sala bilərsiniz. Əkizlər – Əqli əmək, maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də, dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla. Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq, ətrafdakıların rəğbətini qazanacaqsınız. Xərçəng – Vacib adamlarla görüş üçün münbit gündür. İş adamları sərfəli sövdələşmələrə gedə bilərlər. Bu gün çətinlikləri asanlıqla dəf edəcək, istənilən sınaqdan uğurla çıxacaqsınız. Yeni nəyisə sınamaq və əvvəllər bacarmadığınız şeylər öyrənmək üçün yaxşı gündür. Günün ortasında əbəs xərclər mümkündür. Üstəlik, günün bu vaxtı hər şeyə daha tez inanacaqsınız. Bədxahlarınız bundan istifadə edə bilərlər. Şir – Bu gün daha çox romantik görüşlər üçün münasibdir. Ulduzlar tənha Şirlərə sevgi macəraları vəd edirlər. Artıq sevənlər isə münasibətlərə yeni və hər iki tərəf üçün xoş nəsə əlavə edə bilərlər. Həyat potensialı yüksəkdir. Gün nə qədər zəngin olsa da, axşam yorğunluq hiss etməyəcəksiniz. Bununla belə, bu gün faydalı işlərlə məşğul olmaq alınmayacaq. Bekarçılığa meyllilik çox güclü olacaq. Şirlər pulla asanlıqla vidalaşırlar. Odur ki, əbəs xərclər ehtimalı yüksəkdir. Qız – Əgər sağlam düşüncə ilə hərəkət etsəniz və enerjinizi dinc məcraya yönəltsəniz, gün çox məhsuldar keçəcək. Ailə üzvləri ilə mübahisələr mümkündür. Nədənsə ətrafdakıları öz ideyalarınıza “yoluxdurmaq” o dəqiqə alınmır. Bəla burasındadır ki, siz çox tez “qaynayır”sınız: soyuqqanlılığı qorumaq daha yaxşı olardı. Ziddiyyət ruhu çox güclüdür. Bu, şəxsi həyatdakı hadisələrə təsir edəcək. Bir çox Qızlar bu gün bilə-bilə ümidsiz münasibətlərə başlamağa meyllidirlər. Tərəzi – Gün uğursuz olacaq. Bunun əsas səbəblərindən biri impulsivliyinizdir. Siz olduqca tez-tez, özü də vaxtsız şəkildə emosiyalarınıza azadlıq verirsiniz, ətrafdakılarla münasibətlər göz görə-görə korlanıb. Bürcün bir sıra nümayəndələri kəskin, ürək sındıran ifadələr işlədir, sonra isə peşiman olurlar. Sizin bu davranışınız ətrafdakıları çıxılmaz vəziyyətə salır. Diqqəti hansısa faydalı işə yönəltmək çox çətindir. Bəzi Tərəzilər düşünülməmiş addımlar atırlar. Məsələn, onlar bir qədər əvvəl üstündə əsdikləri münasibətlərə son qoyurlar. Əqrəb – Kifayət qədər uğursuz gündür. Təəssüf ki, buna görə yalnız özünüzü günahlandıra bilərsiniz. Problem olmayan yerə onu yaradan məhz sizsiniz. Özünüz həyatınızı çətinləşdirir, əməkdaşlıq etməli olduğunuz adamlarla münasibətləri korlayırsınız. Buna görə sizə yalnız bir şeydə haqq qazandırmaq olar: siz öz prinsipləriniz və həyata baxışınıza uyğun hərəkət edirsiniz. Bu günün yaxşı cəhəti yaxınınızla sizi çoxdandır narahat edən məsələ barədə açıq danışmaq imkanıdır. Alacağınız cavablar sizi tamamilə qane edəcək, hətta, sevindirəcək. Oxatan – Əlverişsiz mərhələ davam edir. Mənfi tendensiyaların təsirini yumşatmağın yolları barədə düşünməyin vaxtıdır. Ulduzlar cari işlərdən daha qlobal məsələlərə keçməyi məsləhət görürlər: planlar nə qədər möhtəşəm, hədəflər nə qə yüksək olsa, o qədər yaxşıdır. Elə bir təklif almağınız mümkündür ki, onu qəbul etməklə həyatanınız köklü şəkildə dəyişə bilər. Bu, bir çox Oxatanlar üçün dalandan çıxış yolu olacaq. İntuisiyanıza yox, sağlam düşüncəyə üstünlük verməyiniz tövsiyə olunur. Əgər nəyisə məntiqlə izah edə bilmirsinizsə, suallar verin, özünüzdən nəsə uydurmağa çalışmayın. Oğlaq – Sövdələşmələr və kommersiya fəaliyyəti üçün əlverişli gündür. Qadınlarla işləmək tövsiyə olunur: onlarla razılığa gəlmək daha asandır. Gün istənlən irimiqyaslı layihələr, o cümlədən, başqa yerə köçmək və ya tikinti üçün münasibdir. İnadkarlıq nümayiş etdirməklə istədiyiniz hər şeyə nail ola bilərsiniz. Bir çox Oğlaqları bu gün şəxsi xarakterli xoş sürprizlər gözləyir. Bürcün bir sıra nümayəndələri evlənməyə qərar verəcəklər və buna görə peşiman olmayacaqlar. Dolça – Gün çox sakit keçəcək. Gözlənilməzliklər planlarınızı pozmayacaq. Çoxdandır əliniz qalxmayan işlərlə məşğul ola bilərsiniz. Dostların əhatəsində istirahət sevinc bəxş edəcək. Yaxınlarınız ideyalarınızı bəyənəcəklər. Əgər təşəbbüs göstərsəniz, dəstək qazanacaq. Bu gün ictimai tədbirlər iştirak etmək, kübar qəbullarda parlamaq olar. Yeni tanışlarınızın rəğbətini qazanmaqda çətinlik çəkməyəcəksiniz. Balıqlar – Uğursuz gündür. Siz öz ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz. Bir çox Balıqlar sonradan peşiman olacaqları hərəkətlərə yol verəcəklər. Sizin üçün şirnikdirici şeylərə müqavimət göstərmək çətindir. Kələk gəlməyi və intriqa yaratmağı bacaran adamlara isə sizi idarət etmək çox asandır. Özünüzü qoruyun. Bu gün xəsarət və xəstəlik təhlükəsi var, xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Əsassız xərclərdən uzaq durun. Tezliklə pul sizin üçün daha vacib və lazımlı şeylərə lazım olacaq. Milli.Az

Emosiyalar burulğanına düşməyin - Günün ulduz falı: 3 sentyabr, 2018

Qoç – Uğurlu gündür. Hadisələrin normal axarı sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz.Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Romantikaya qapılaraq düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz insanlarla münasibətlərinizi korlamayın.İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb aramayın. Buğa – Bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın. Günün ilk yarısı danışıqlar, toplantılar, tələsik işlərlə zəngin olacaq.Ötən həftədən qalmış işi başa vurun.Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın.Axşam saatları qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş üçün uğurludur.Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Simiclik etməyin. Əkizlər – Sürətli, qətiyyətli olun. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələrdən çəkinməyin. Uzun-uzadı müzakirələr və illüziyalara qapılmaq sizə yalnız zərər verə bilər.Sağlam məntiqi unutmayın.Günün ikinci yarısında təmkinli, səbrli davranın. Hisslər və emosiyalar burulğanına düşməyin.Planları aramla, eyni zamanda iradə ilə reallaşdırın. Dostlar və qohumlarla münasibətdə harmoniyaya riayət edin. Xərçəng – Oyun qaydaları sizi təmin etmirsə, onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən işlərdən imtina edin.Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla izləyin. Planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə qarşılaşacaqsınız.Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin.Axşam saatlarında dincəlin. Açıq havada gəzinti, sevimli işlə məşğul olmaqda fayda var. Şir – Yaxın gələcəklə bağlı planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Peşəkar fəaliyyət müstəvisində irəliləyişi prioritet sayın. Karyera çox önəmli məsələdir. İşdə rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin, laqeyd və soyuqqanlı olmayın.Günün ikinci yarısında peşə məziyyətlərinizi keyfiyyətcə yeni səviyyəyə qaldırın. Bunun üçün daha aktiv olun, səlahiyyətlərinizi genişləndirin. Maaş artımını tələb edə bilərsiniz.Axşam saatlarını aiənizə həsr edin. Sevdiyiniz insanın maraqlarını qulaqardına vurmayın. Qız – Yetərincə məhsuldar və uğurlu gündür. Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları reallaşdırmaq üçün maksimum səy göstərin. Mühüm və məsuliyyəti qərar qəbul etməkdən qorxmayın. Həmin qərar bundan sonrakı yaşamınıza təsir edəcək.Günün ikinci yarısında çətin qərarlar vermək zərurəti ilə üzləşəcəksiniz. Müəyyən qurbanlar olmadan irəliləyiş olmaz. Dəyər verdiyiniz insanlarla daha çox vaxt keçirin.Səmimi, qayğıkeş olun. Tərəzi – Xarizmatik, aktiv və müdrik insanla çalışsanız, məqsədə daha sürətlə çatacaqsınız. Həmkarlar, həmfikirlərlə işləmək məsləhətdir. Radikal layihə və ya ekstravaqant ideyaların reallaşması üçün yaxşı zaman deyil.Günün ikinci yarısında başqalarının uğurlarına paxıllıq etməyin. Əksinə, rəqiblərin nailiyyətlərini öz nöqsanlarınızdan, apatiyanızdan qurtulmaq üçün əlavə stimul qismində qəbul edin.Çətin vəziyyətdə, birmənalı olmayan situasiyada yaxınınız sizə yardım edəcək. Onun məsləhətlərini dinləyin, yardımlarından imtina etməyin. Əqrəb – Günün ilk yarısında karyera ilə bağlı məsələlər ön plana çıxacaq. İşdə rəhbərliklə münaqişə etməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Emosiyalara qapılmayın, düşünülməmiş addımlar atmayın.Günün ikinci yarısında təcrübəli insanla birgə fəaliyyət əlavə impuls rolunu oynaya bilər. Fəaliyyətinizlə bağlı köhnə metodları yeniləyin. İnnovasiyalardan qorxmayın.Bəzi problemlərin həllində nəticələr sizi çəkindirə bilər.Etibar etdiyiniz insanla axşam saatlarında bir sıra məsələləri müzakirə etmək olar. Oxatan – Birmənalı olmayan gündür. Yaxşı xəbərlərlə yanaşı, əsəblərinizi gərə biləcək məlumatlar da ala bilərsiniz. İndinin hadisələri ötənlərdə yaşanmışlarla sıx bağlıdır. Bir qədər əvvəl çəkdiyiniz zəhmət məntiqi nəticəsini verəcək.Unudulmaqda olan münasibətlərdən biri günün ikinci yarısında spontan şəkildə bərpa oluna bilər. Sizi çoxdan bəri narahat edən suallara cavab arayın.Axşam saatlarını ailənizə sərf edin. Bunu dəyərləndirəcəklər. Oğlaq – Karyeranızı düşünürsünüzsə, inkişaf etmək və daha çox qazanmaqla bağlı planlar hazırlayırsınızsa, peşəkar fəaliyyət müstəvisindəki problemləri həll edin. İşdə rəhbərlik təkliflərinizi dinləmək istəməyəcək. Maaş artımının zərurəti barədə ümumiyyətlə, danışmayın.Günün ikinci yarısında aktual problemləri etibar etdiyiniz insanlarla müzakirə edin. Təklif və iradlarınızı aşkar şəkildə bildirin. Yeni işə başlamağa tələsməyin. Məişət problemlərinizi ailə üzvləri ilə həll etməyiniz məsləhətdir.İradlarınızı və tənqidizi səmimi, etik şəkildə bildirin. Dolça – Günün ilk yarısından ən çətin problemləri izafi zəhmət çəkmədən həll edə biləcəksiniz. Aktiv olun, rəqiblərin sizi üstələməsinə, geridə qoymasına imkan verməyin. Məqsədə doğru aparan yolda çeşidli problemlər yarana bilər.Günün ikinci yarısında bütün planları realaşdırmaq mümkün deyil. Yeni, maraqlı irsanlarla tanış olacaqsınız. Onların maraqları, istəkləri və planlarından agah olun. Axşam saatları romantik görüş və ya etiraf üçün əlverişlidir. Balıqlar – Ailə işləri və evlə bağlı qayğıları çözməyə başlayın. Ailə üzvlərinin tələblərini, istəklərini nəzərə alın.Yaxın gələcəklə bağlı planları müzakirə edin, mümkün perspektivləri nəzərdən keçirin. Yaşam arealınızda nizam və qayda yaradın.Səfər və ya dar çərçivədə görüş əsnasında gözlənilməz, xoş tanışlıq mümkündür. Planlar dəyişir, istəklər artır. Aktiv olun, emosional problemlərinizi həll edin.Ehtiyatlı və sayıq davranın. Çətin situasiyada güzəştə getməyi bacarın.Gəlişigözəl sözlərə və vədlərə inanmayın. Milli.Az

Planlaşdırılmamış pul xərcləməyin - Günün qoroskopu, 1 sentyabr

Qoç - planlarda ciddi dəyişiklik etmək gərəkdir. Sinirlənməyin, qıcınqlanmayın. Zəruri işləri yerinə yetirin. Günün ikinci yarısına qədər işlərin böyük qisminin öhdəsindən gəlməyə çalışın.Kiçik səhv edən iş yoldaşı və ya yaxınınıza hirslənməyin. Səbrli, soyuqqanlı olun.İstənilən iş bu gün ehtiyatlı və sərvaxt davranışı tələb edir.Çalışdığınız texnikada nasazlıqlar yarana bilər. Maliyyə itkiləri riski var. Alış-veriş üçün əlverişli gün deyil. Buğa - bütün işlər dərhal alınmasa da, geri çəkilməyin, ruhdan düşməyin. Bacarıqlarınızı nümayiş etdirin, qətiyyətli olun və belədə danışıqlarda uğur əldə edə bilərsiniz.Şəxsi məsələləri iş obyekti ilə qarışdırmayın.Zahiri görünüşünüzə xüsusi fikir verin.Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edin.Alış-verişdə bədxərclik etməyin, gərək olduğundan artıq pul xərcləməyin. Bu gün bir qədər qənaətli davranın. Əkizlər - qəfil hadisələr, gözlənilməz olaylara hazır olsanız, məhsuldar çalışa biləcəksiniz.Planlarınızı korrektə edin. Həmkarlar, rəhbərlik və tərəf-müqabillə münasibətlər yaxşılığa doğru dəyişir. Peşəkar mövqeləriniz daha da səbatlı olur.Uzunmüddətli müqavilələr imzalamaq, yeni sifariş götürmək və ya fərqli işə başlamaq olar.Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin sizə təklif etdiyi yardımdan bəhrələnin.Maliyyə məsələlərində sayıq və dəqiq olun. Planlaşdırılmamış xərclər etməyin. Xərçəng - işlə bağlı məsələlərin, o cümlədən çətin problemlərin həlli üçün uğurlu gündür. İşgüzar intuisiyanız çox kəsərli və iti olacaq.Dürüst qərarları tez qəbul edin. Bədxah və rəqiblərinizə məkrli planları həyata keçirməkdə "yardımçı" olmayın: sərvaxt davranın, sadəlövh addımlar atmayın.Danışıqlar və sövdələşmələr, müzakirə və təhlillər uğurlu alınacaq.Yeni tanışlarda xoş təəssürat yaradırsınız. Maraqlı təkliflər alacaqsınız. Maliyyə situasiyası stabil deyil. Planlaşdırılmamış məsrəflər ola bilər.Məişət və ofis texnikasının nasazlığı, sıradan çıxması mümkündür. Şir - günün emosinal fonu o qədər də uğurlu deyil və bu səbəbdən də ehtiyatlı olun. Sayıq, sərfat davranın, təmkinli və soyuqqanlı rəftar edin.Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə müəyyən sərinlik yarana bilər. Özünüzdən də narazısınız. Lakin elə hərəkət edin ki, münaqişə və ya anlaşılmazlıq üçün səbəb yaranmasın.Günün ikinci yarısında hadisələrin məcrası dəyişəcək, pozitiv təmayüllərin təsir gücü artacaq. Yaşamınızda nəyisə dəyişməyin vaxtı çatıb.Aktiv işə başlayın. Fantaziyalar və xülyalarınızla vidalaşın, real planlar qurun.Yaşam arealınızı qaydaya salın. Qız - uğurlu, işlər üçün düşərli gündür. Sizi məcradan çıxara biləcək, pərişan edəcək hadisələr yoxdur. Planlara çox kiçik düzəlişlər tələb olunur.Narahat olmayın və yaranmış situasiyadan maksimal xeyir götürməyin yollarını düşünün. İşgüzar danışıqlar uğurlu olacaq. Müzakirələr, sövdələşmə və anlaşmalar da pis nəticələr verməyəcək.Romantik görüş, hisslərin etirafı üçün əlverişli vaxtdır. Emosiyaların və yaşantılarınızla bağlı ciddi düşünə bilərsiniz.Maliyyə fonu yaxşıdır. Gəlir, görülən işə görə ödəniş istisna deyil.Alış-verişdə simiclik etməyin. Alacağınız əşyalar xeyirlidir. Tərəzi - üstün cəhətlərinizi, bilik və bacarıqlarınızı nümayiş etdirin. Birmənalı qarşılanmamaq təhlükəsindən çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizə şübhə ilə yanaşmayacaqlar.Alış-veriş üçün əlverişli gündür. Təhsil, tədris, bilgi və informasiyanın əldə olunmasında nailiyyətlər əldə oluna bilər. Ən müxtəlif insanlarla dil tapmağa çalışın. Münaqişələri yatırın, müttəfiq qazanın.Yeni işə, sifarişin yerinə yetirilməsinə, fərqli istiqamətdə çalışmağa başlamaq olar. Əqrəb - kiçik uğurlara rəğmən, gün xoşagələn məcrada deyil. Düşmən və bədxahlarınızı olduqlarından zəif qiymətləndirməyin.Sadəlövh olmayın, yalan təriflərə və yaltaqlara inanmayın. Maliyyə itkiləri ola bilər. İşdə ciddi problemin yaranması istisna deyil.İşə başdansovdu yanaşmayın, qeyri-ciddi insanlarla ümumi iş görməyə çalışmayın. Belə insanlarla ünsiyyət zahirən asan və xoş ola bilər.Lakin ciddi nəticələrə əsla bel bağlamayın. Oxatan - gün uğursuz başlanır, ciddi problemlər yaşanır. Ruhdan düşməyin, irəliyə doğru hərəkətdə fasilə yaratmayın.Özünüzə inamınızı itirməyin. Çətinliklər qarşısında təslim olmayın. İlk dəfədən nə isə alınmasa, yenidən o işi görün, təkrarlayın.Bədxahlarınız düşündüyünüzdən də qüvvətli çıxarsa, onlara doğru irəliləyin. Ənənəvi, adət etdiyiniz metodlarla məqsədə çatacağınızı düşünməyin.Romantik münasibtlərə başlamaq üçün uğurlu gün deyil. İşdə emosiyaları cilovlayın, təmkinli və səbrli davranın.Təsadüfi tanışlıqların heç bir perspektivi yoxdur. Sizi yanlış anlaya bilərlər. Oğlaq - böyük qələbələr əldə etməyin çətinliyini dərk edirsiniz. İntuisiyanız sizi aldatmır.Lakin hər şeyin asan və rahatlıqla alınacağını düşünməyin. Bir qədər çalışmaq, səy göstərmək, qətiyyət nümayiş etdirmək gərəkdir.Bilik və bacarıqlarınızdan tam istifadə edin, məqsədə çatmaq üçün imkanınız çatan bütün vasitələrdən yararlanın.Eyni vaxtda bir neçə istiqamətdə çalışmayın. Bir yönü, bir hədəfi seçin və irəliləyin. Prioritetləri müəyyənləşdirin, seçimə uyğun hərəkət edin. Dolça - uğur üçün mübarizə aparmaq gərəkdir. Rəqib və ya bədxahınız güclüdür. Geri çəkilməyin, ruhdan düşməyin.Qələbə şansları az deyil. Yaxın ətrafınızdakı insanlardan yardım və ya yaxşı məsləhət gözləməyin. Bu günün sınağından təkbaşına, müstəqil şəkildə keçməlisiniz.İşdə münaqişə istisna deyil. Fikrinizi elə sərt deyirsiniz ki, hətta ən mülayim və sakit təbiətli insanların səbr kasası daşır.Yaxınlarınızla mümkün qədər həssas, zərif və səmimi davranın. Şəxsi münasibətlər müstəvisində gərginlik yaratmayın. Balıqlar - çətin gündür. Problemlərdan qaçmağa çalışsanız da, onlar sizi haqlayacaq və həll tələb edəcəklər. Yaxın ətrafınızdakı  insanlardan yardım gözləməyə dəyməz və bunu əla anlayırısınız. Hər kəs yalnız öz maraqlarını təmin etməyə çalışır.Rəhbərliklə xoşagəlməz söhbət olacaq. İşgüzar tərəfdaşların sizə qarşı ciddi iradları ola bilər.Unutmayın ki, qətiyyətli və ciddi işlər görməzdən əvvəl yaranmış situasiyanı dəqiq dəyərləndirmək gərəkdir. Qəfil anlayışlara bel bağlamayın.Necə hərəkət etmək gərəkdiyini yalnız məntiq və sağlam düşüncə deyəcək. Milli.Az

Pul gələ bilər - Qoroskopunuzu öyrənin, 31 avqust

Qoç - Mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qoçlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir. Buğa - Yaradıcılıq potensialı və özünüzə inam yüksəkdir. Sizin üçün qeyri-mümkün heç nə yoxdur. Cəsur planlar qurmaqdan qorxmayın, başqalarının bacarmadığı işlərə cəsarətlə girişin. Vacib məsələlərin müzakirəsi üçün münasib gündür.Təəssüf ki, gün təhlükələrdən də xali deyil. Bunlardan ən əsası odur ki, başqalarının təsiri altına həmişəkindən daha çox düşə bilərsiniz.  Əkizlər - Ev qayğıları günüdür. O qədər də məhsuldar deyil, bununla belə, xoşdur. Xırda işlərlə məşğul olacaq, onları sona çatdırmaqdan zövq alacaqsınız. Qadınlarla, xüsusilə, yaşlı qohumlarınızla ünsiyyət üçün əlverişli gündür. Pul gələ bilər.Bazarlıq etmək, əyləncəyə iri pullar xərcləməyə tələsməyin. İndi bunun üçün münasib vaxt deyil. Qərar qəbul edərkən ənənə və stereotiplərə yox, şəraitlə bağlı öz təsəvvürlərinizə əsaslanın. Xərçəng - Asan gün deyil. Özünüzü sərt, demək olar ki, aqressiv aparırsınız. Sizinlə iş görmək çətindir. Bir çox Xərçənglər düşünülməmiş hərəkətlərə yol verəcək və yəqin ki, sonra buna görə peşiman olacaqlar. Bürcün nümayəndələri tez-tez mübarizəyə girişsələr də, ondan qalib kimi çıxıb-çıxmayacaqlarını bilmirlər. Kişi Xərçənglər çətin məsələləri güc yolu ilə həll etməyə meyllidirlər. Amma bu, xeyir gətirməyəcək.Yaxınlarınızla ünsiyyətdə yumşaq olmağa çalışın, öz iradənizi sevdiklərinizə sırımağa cəhd etməyin. Müstəqillik hüququ tələb edən uşaqlarla münasibətlərdə gərginlik mümkündür. Xərcləri azaltmaq tövsiyə olunur. Şir - Təəssüf ki, bu gün mənfi tendensiyaların təsiri güclü olacaq. Siz yeni təəssüratlar və müsbət emosiyalar təşnəsindəsiniz. Yaxınlarınız sizə gözlədiyiniz diqqəti göstərməyəcəklər. Buna çox əsəbiləşəcəksiniz.İstənilən xırda şeyi ürəyinizə salır, boş şeylərə görə həyəcanlanırsınız. Fırıldaq qurbanı olmaq və ya bədxahlarınızın intriqası üzündən zərər çəkmək təhlükəsi var. Odla ehtiyatlı olun. Qız - Çətin və dolaşıq işlərə girişməyə dəyməz. Ən yaxşısı, sadə və aydın işlərlə kifayətlənməkdir. Gücünüzdən yeni sahədə istifadə etmək, riskə getmək üçün münasib gün deyil. Qadınların məsləhətinə qulaq asın. Bu, düzəldilməsi mümkün olmayan səhvlərdən yayınmağa kömək edəcək.Ətrafdakılarla harmonik münasibətləri qorumaq çətindir. Sevdiyiniz adamla ciddi inciklik mümkündür. Romantik görüşlər üçün əlverişli gün deyil. Tərəzi - Sakitliyi qorumaq çətindir. Tərəzilər emosiya ilə hərəkət edəcək, xeyli artıq şey danışacaq, sonradan peşman olacaqları hərəkətlərə yol verəcəklər. Yaxınlarla münasibətlər korlanacaq. Düşünmədən verdiyiniz sözləri unudacaq və istənilən tənqidə çox ağrılı reaksiya verəcəksiniz.Hətta, xırda problemlər də bəzən həlli qeyri-mümkün görünə, istənilən xırda şey sizi çıxılmaz vəziyyətə sala bilər. Yeni tanışlıqlar üçün münasib gün deyil. Tənhalıqda özünüzü heç həmişə rahat hiss etməyəcəksiniz, xoşagəlməz fikirlərə yeniləcəksiniz. Əqrəb - Çətin, amma məhsuldar gündür. Siz məqsədə çatmaq üçün səy göstərməyə hazırsınız və əməyiniz hədər getməyəcək. Təşəbbüs göstərmək, ideya və planları bölüşmək, birbaşa və açıq danışmaq olar. Yeni tanışlar etibarınızı asanlıqla qazanacaq, yaxınlarınızla çətinlik çəkmədən dil tapacaqsınız.Əvvəlcədən tutduğunuz qrafikdən çıxmamağa çalışın, planlaşdırdığınız işləri təxirə salmayın. Xırda itkilər, əsassız xərclər mümkündür. Maliyyə məsələləri ilə məşğul olmaq, valyuta və xarici şirkətlərin qiymətli kağızlarını almaq tövsiyə olunmur. Oxatan - Xırda xoşagəlməzliklər, əhəmyyətsiz, amma çoxsaylı çətinliklər günüdür. Ətrafdakılar sizə pis heç nə etməyəcəklər. Amma inciməyə, hətta, kin saxlamağa bəhanə tapacaqsınız. Siz üzdə sülh və harmoniyaya can atsanız da, nəzakətsiz sözlərdən, bəzən isə sərt iradlardan istifadə edirsiniz.Bir çox Oxatanlar bu gün lazım olduğundan çox xərcləyirlər və bunun mümkün nəticəsi barədə düşünmürlər. Yeni tanışlarınızla yaxşı təəssürat yaratmağa çalışarkən ciddi səhvlərə yol verə bilərsiniz. Oğlaq - Günü əlverişli hesab etmək olmaz. Amma ilk baxışdan göründüyü qədər də pis deyil. Yaxınlarınızla yaranan fikir ayrılıqlarına sakit yanaşın, diskussiyaları konstruktiv məcrada aparın. Əgər səmimi şəkildə istəsəniz, razılığa gəlmək olar. İri xərclər, planlaşdırılmamış böyük baxarlıqlar tövsiyə olunmur.Nə qədər güclü olsalar da, arzularınıza əsasən hərəkət etməyin. Bu gün sağlam düşüncə intuisiyadan yaxşı köməkçidir. Dolça - Bu gün əvvəlki ilə müqayisədə daha əlverişli və asandır. Siz işlərin öhdəsindən asanlıqla gələcək, qeyri-standart qərarlar qəbul edəcək və aldığınız informasiyadan düzgün istifadə edəcəksiniz. Son vaxtlar aldığınız həyat təcrübəsi faydalı olacaq. Ən ağıllı Dolçalar başqalarının səhvlərindən öyrənəcəklər.Xeyriyyə aksiyalarında iştirak etmək, ehtiyacı olanlara əl tutmaq tövsiyə olunur. Başqalarına görə məsuliyyəti üzərinizə götürməyə, ailədə və ya dostların arasında liderə çevrilməyə hazır olun. Gün hüquqi məsələlərin həlli üçün münasibdir. Balıqlar - Bu gün əlverişsiz tendensiyaların təsiri güclü olacaq. Amma məyus olmayın. Nə baş verməsindən asılı olmayaraq, vəziyyəti nəzarət altına almaq gücündəsiniz. Maliyyə məsələləri ehtiyat tələb edir. Hədər xərclərdən və düşünülməmiş bazarlıqlardan çəkinin. Əyləncə və asudə vaxtın təşkilinə çəkilən xərcləri minimuma endirməyə çalışın.Günün ortası xırda ev işləri, mənzildə qayda yaratmaq üçün münasibdir. Milli.Az

Günə qoroskopunuzu oxuyaraq başlayın

Qoç - bu gün özünüz də hiss etmədən emosiyalarınızın qurbanına çevrilə bilərsiniz. Əks cinsin mənsubu ağlınızı başınızdan almasın.Hisslər sizin soyuqqanlı davranışınızı pozaraq arzuolunmaz hərəkətlərə vadar edə bilər.Bu gün birgə əmlak, fəaliyyət və düşüncə təkbaşına çalışmaqdan və düşünməkdən daha üstündür.Günün ikinci yarısında hisslər sizi maliyyə itkilərinə və ya izafi xərclərə vadar edə bilər.Zəifləşməyin, emosiyaların zəruri ehtiyacları və görüləsi işlərlə bağlı planları üstələməsinə imkan verməyin.Mümkün təhlükəni real dəyərləndirin.Axşam saatlarında çox yeməyin. Buğa - bu gün bir qədər xaotik təsir bağışlasa da, irəliyə doğru hərəkətdə müvazinəti itirməyin. Çətinliklər yaranacaq, amma düşünün: bu problemlərin mövcudluq səbəbləri arasında sizin konkret hərəkətiniz yoxdur ki?!İşdəsizə, pul təklif oluna bilər. Rəqiblər daha rahat iş və ya böyuk perspektivlər vəd etsələr, inanmayın.Ailədə və ya işdə kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə edərək öz məramlarının gerçəkləşməsinə nail olsun.İmkan düşdükcə imicinizi yaxşılaşdırın.Günün ikinci yarısında yorğunluq hissi yaranacaq. Bir qədər dincəlin. Əkizlər - yaşam və iş taktikatınızın dəyişdirilməsinin vaxtı çatıb. Bədbin fikirləri unudun, nikbin davranın. Yaşananlar, baş verənlərdən faydalanmağa çalışın.Fəqət, çox tələsməyin, həyatınızda köklü dəyişikliklərə can atmayın. İndiki dövr gələcəyə inamın güclənməsi ilə yanaşı, dumanlı illüziyalar, inandırıcı təsir bağışlayan yalanlar və puç xəyallar dönəmidir.Ötənlərdən bəri gələn arzular və istəklər daha təhlükəli ola bilər.Əks cinsin mənsubu bu gün sizi də xüsusilə maraqlanacaq. Xərçəng - bilik və bacarıqlarınız bu gün diqqətdən kənarda qalmayacaq. İşdə rəhbərlik məhz bacarığınıza görə sizə yeni tapşırıq verə bilər.Günün ilk yarısında tanışların və dostların yardımına bel bağlaya bilərsiniz.Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, sərvaxt olun. Bəzi cəhdləriniz uğursuzluqla nəticələnə bilər. Amma buna görə qəmlənməyə dəyməz.Axşam saatlarına yaxın bir işdə uğur əldə edəcəksiniz.Ağır fiziki işlərə bir qədər ara verin, ictimai yerlərdə çox görünməyin. Şir - ailə ilə bağlı məsələlər bu gun ön plana keçəcək. Onların arasında ciddi problemin ola biləcəyi də istisna deyil.Hisslərin qeyri-adekvat izharına yol verməyin. Qısqanclıq və ya psixoloji asılılığın çox pis məziyyət olduğunu unutmayın.Nöqsanlarınızdan bədxahlarınızın dəyərlənə biləcəyini unutmayın.Eqoistlik etməyin, baş verən hadisələri və situasiyanı dəqiq dəyərləndirin.Axşam saatlarında bir qədər istirahət edin. Əylənə də bilərsiniz: niyə də yox, siz buna layiqsiniz. Qız - yaşayış yeri, qohumluq əlaqələri, qeydiyyat, məişətin nizama salınması ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edəcək.Təhsil və biliklə bağlı məsələlərin həllində tənbəllik etməyin.Bu günün payına düşən işlər çox olsa da, ruhdan düşməyin və aramla çalışın.Xəyallar aləmində qalaraq reallıqdan uzaqlaşmayın, gerçəyin acısını fantaziyanın şirin məhsullarından üstün tutun.İş yerində gözlənilməz situasiya yaranarsa, narazılıq etmək əvəzinə problemin həllində iştirak edin. Tərəzi - maddi durumunuz yaxşılaşa bilər. Maliyyə vəziyyətinizin səviyyəsini artırmaq və bəzi problemləri həll etmək üçün şanslı gündür.Sərfəli və cazibədar təklif ala bilərsiniz. Həmin təklifi dəyərləndirin, mənfi və müsbət yönlərini nəzərdən keçirin.Günün ilk yarısında görməli olduğunuz işlərin hamısını başa vurun, axşam saatlarına yarımçıq işlər saxlamayın. Yeni fikirlər və ideyalarınızı reallaşdırmaq üçün yaxşı gündür. Lakin bu ideyaları müzakirə edin, mənfi yönlərinin çətinliklər yaratmasının qarşısını almaq üçün preventiv tədbirlər görün.Yaxşı tanımadığnız və bələd olmadığınız insanlarla ünsiyyət zamanı onlar barədə nə düşündüyünüzü söyləməyin. Bunulda hansısa dəyişiklikliyə nail olmaq şansları çox azdır.Tələbatlarınızı və cari istəklərinizi təmin etmək üçün müəyyən imkanlardan yararlana bilərsiniz.Axşam saatlarını özünüzə həsr edin. Əqrəb - bu gün zahirən üzüyumşaq olun, əsl diplomat təki davranın. İşdə bacarıq və təcrübənizi artırın. Stil, zövq və intusiya sahibi olduğunuzu nümayiş etdirin. Bütün bunlar yaxın perspektivdəki məqsədinizə çatmağa sizə yardım edə bilər.Yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana bilərsiniz.Maliyyə məsələləri, şəxsi həyat, ailə qayğıları bu gün xüsusi önəm kəsb edir.Günün ikinci yarısında tənbəllik etməyin, hisslərinizin əsirinə çevrilməyin, bədxərclik etməyin. Oxatan - bu gün bütün istək və arzularınızı reallaşdırmağa çalışacaqsınız. Fiziki qüvvəniz, yaxud da bilikləriniz və intellektual qabiliyyətlərinizi nümayiş etdirmək istəyirsinizsə, bu niyyətinizi təxirə salın.Emosiyalar və hisslərin əsirisinizsə, bunu özünüzə etiraf edin.İş saatlarında diqqətli olun. Ofisdəki fəaliyyətin kənar işlərlə əvəzlənməsinə, söhbət və müzakirələrin konkret əməlləri üstələməsinə imkan verin.Tamah, paxıllıq, intriqanlıq, şorgözlük və ifrat iştah kimi pis xüsusiyyətlərin, həqiqətən də, yaramaz əməllər olduğunu unutmayın.Bütün bunlar psixoloji asılılıq və xroniki xəstəliklərin rəhnidir. Oğlaq - bu gün yaşanacaq hadisələrin zahiri görüntüsünə aldanmayın, yaşananların mahiyyətinə varmağa çalışın.Zahirən buz dağına bənzəyib içəridə yanıb qovrulmayın. Təmkinli, ehtiyatlı, sayıq olun.Təmaslarda və ünsiyyətlərdə düşünüb-daşınmadan qərar qəbul etməyin. Emosiyalarınızı sözlərlə izhar etməyə çalışmayın: nəticə xoşagəlməz ola bilər.Konkret insan barədə əldə etdyiniz məlumatın dəqiq və danılmaz olduğuna əmin deyilsinizsə, nəzərdə tutduğunuz addımı atmaqdan çəkinin.Yox, əgər hər şey aydındırsa, onda özünüzü saxlamayın.Bədxah insan cəzalanmalı, Şər yerini bilməlidir. Dolça - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maliyyə məsələlərinə aydınlıq gətirin, mövcud problemləri dərhal, təxirə salmadan, təcili şəkildə çözün. Yaxın ətrafınızdakı insanlar, dostlar və ya iş yoldaşınız yardım etməyə can atsalar, imtina etməyin.Ailə üzvləri ilə münasibətlərdə gərəksiz sərtliyi və qabalığı unudun. Onların istəklərini və tələblərini nəzərə alın.Problemlərin sürətli həllinin intensivliyinə aldanaraq qanundan kənar yollara əl atmayın. Belə yol nə qədər cazibədar olsa da, cəzası ağırdır.Gün səhhətiniz üçün harmonik deyil.Emosional durumunuzu pozacaq, hisslərinizin rəvanlığını alt-üst edərək diskomfort yarada biləcək hər şeydən uzaq olun. Balıqlar - bu gün istənilən əksliklər və ziddiyyətlər yumşalacaq, qarşıdurmalar xəfif mübahisələrə çevriləcək. Ən uzaq məqsəd və xəyallarınızdakı hədəf real obyekt təsiri bağışlayacaq. Bir çox məsələləri qətiyyət və əzm hesabına həll edin.Romantik xislətiniz mümkün qədər aktiv davranış tələb etsə də, soyuqqanlı olun, fürsətdən dərhal yararlanmağa can atmayın.Çatmaq istədiyiniz məqsəd nə qədər uzaqda olarsa, inadınız bir o qədər artıq olmalıdır.Yaradıcılıqla məşğulsunuzsa, ideyalarınızı həyata keçirin, onları zərif və qəbul olunan formaya salın.Maliyyə yardımı və təşkilati dəstəyin alınması istisna deyil.Günün ikinci yarısında daha fəal olun. İşinizi sizdən savayı kimsə görən deyil.Milli.Az

Gün sakit deyil, əhvalınız dəyişə bilər - Günün qoroskopu, 29 avqust

Qoç - Cari problemləri tərəfdaşlarınızla müzakirə edin. İşdəki ağırlıq və yükü bölüşdürün. Əvvəllər dilə gətirilməyən, sirli saxlanan məsələlər gündəmə gələ bilər.Maddi və fiziki resurslarınızı tükətməyin.Çətin qərarı təxirə salmayın.Əsas işi seçin, ikinci dərəcəli məsələləri təxirə salın.Məntiqli və soyuqqanlı olsanız, daha çox iş görə bilərsiniz.Məhsuldarlığınız çalışdığınız şəraitdən asılıdır. Gərəkli vasitələr və avadanlıq əl altında olmalıdır. Ətrafınızdakı insanlarla yalnız zərurət yarananda təmasda olun. Buğa - Səfər, səyahət və ezamiyyət üçün uğurlu gündür. Yeni işə başlamaq, yaşam arealında yeniliklər etmək olar. Şəxsi məsələlərin həlli, dostlarla görüş, sevdiyiniz insanla görüşü təxirə salmayın.Dükanlara baş çəkin, alış-veriş edin.Gərginlik hiss edirsinizsə, yaşanan problemlərin istisnasız olaraq hamısının sizinlə bağlı olduğunu düşünməyin. Tərəfdaşlarınız və ya iş yoldaşlarınızdan gözləntilərinizə tam uyğun davranmağı tələb etməyin.Problem və səhvlərə qapanmayın. Sədləri aşmaq, maneələri dəf etmək mümkündür.Bir mövzuya diqqətinizi yönəldin.Gəlir və ya mənfəət hiss etdiyiniz yerdə, mövzunun perspektivdə inkişaf edə biləcəyi müstəvidə qətiyyətli olun. Əkizlər - Oxşar maraqlar, məqsədlər və planlarınız olan insanlarla bir araya gəlmək pis olmaz. Gün sakit deyil, əhvalınız dəyişə bilər. Olayların axarı təmasda olduğunuz insanlar və gördüyünüz işlərdən asılıdır.Zamandan məqsədə çatmaq üçün maksimum istifadə edin.Hər problemin həlli üçün birbaşa müdaxilə yaramır.Təmkinli və soyuqqanlı davranış gərəksiz problemlərdən qurtulmağa yardım edə bilər.Kommersiya işlərində uğurlu gündür.Axşam saatlarında romantki şəraitdə görüşü reallaşdıra bilərsiniz.Birgə planları müzakirə edin. Xərçəng - Təmaslar, əlaqələr, gələn məlumatların sayı sürətlə artır. Səhər saatlarından etibarən qətiyyətli və inamlı olun.Kiçik problemlərlə qarşılaşanda ruhdan düşməyin, geri çəkilməyin.Əhvalınız yaxşılaşacaq. Amma praktiki olun, hər addımı ölçüb-biçin, diqqətli davranın.Yaşamınızda şüurlu dəyişikliklərə başlaya bilərsiniz. Ehtiyac yaranarsa, sərt davranın. Şəxsi münasibətlərdə həssas olun, maliyyə məsələlərinin çözümündə hesabı unutmayın.Ev işləri ilə məşğul olun.Ailə üzvlərinin maraqlarını yaddan çıxarmayın. Onlar sizdən diqqət və qayğı gözləyirlər. Şir - Aktivliyinizi artırın. Görüş, müzakirələr, yaradıcılıq aktivliyinizin izharı uğurlu olacaq. Ətrafınızdakı insanların maraqlarına zidd olarsa, niyyətinizi açıqlamayın.Yaxın gələcəkdə işlərinizə ciddi təsir edə biləcək yeniliklər ola bilər.Hansısa mövzunu hərəkətə gətirin. Stereotip anlamlardan qurtulun. Şərtlərin təsiri ilə planlarınızı dəyişmək ehtiyacına bir qədər sadə baxın.Axşam saatlarında dəvət aldığınız yerə gedin.Tələsməyin, kəmhövsələ olmayın. Maraqlarınızı bölüşən insanla söhbətləşin. Qız - Yaxın günlərdə dürüst hərəkət etmək üçün prioritetləri yanlış müəyyənləşdirməyin. Gerçəkdən də mühüm məsələləri həll etmək şansı yaranır. İşgüzar fəaliyyətlə bağlı maraqlı imkanlar yaranarsa, istirahəti təxirə salın.Bir çox mövzunu fərqli yollarla enerji ilə zənginləşdirə bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birindən dəstək və ya yardım almaq istəyirsinizsə, məsləhətləri qulaqardına vurmayın. Əks təqdirdə həmin insanın sizə olan marağı itəcək.Maraqlandığınız məsələ işə məşğul olun, həmfikirləri ətrafınıza toplayın, müxtəlif mövzuları müzakirə edin.Sözügedən proses bilavasitə, praktiki xeyir verə bilər. Əks cins mənsubu ilə təmaslar xoş olacaq. Tərəzi - Ayın ən effektiv və məhsuldar günüdür. Sizin üçün təxirəsalınmaz, ciddi məziyyətə malik işlə məşğul olun.Enerji potensialı yüksək olduğundan problemlərin və məsələlərin sürətli həllinə çalışın. Yerdəyişmə, ünsiyyət, əlaqələrin bərpası, yeni tanışlıqlara ehtiyac duyula bilər.Sonradan önəmli rol oynaya biləcək nüanslarla xırdalıqlara fikir verin. Çoxdan tanıdığınız, bələd olduğunuzu düşündüyünüz insanla münasibətlərdə yeni məqam aşkarlanır.Axşam saatlarını evdən kənarda, dostlar və ya sevdiyiniz insanla keçirə bilərsiniz. Əqrəb - Emosiyaların işə və effektiv fəaliyyətə mane olmaması üçün gərəkli balansı məyyənləşdirin. Uzunmüddətli mübahisələrə qatılmayın. Ətrafınızdakı insanlardan biri sizə maraqlı məsləhət verəcək.Bu gün ciddi anlaşma və ya razılaşma əldə etmək çətindir. Müstəqil fəaliyyət daha yaxşı, əhəmiyyətli nəticələr verə bilər.Romantik münasibətlərdə mütləq şəkildə ənənəvi davranış modelinə, rəğbət və diqqət izharının formatına riayət edin.Axşam saatlarında gözəl məkanda dincəlməyə çalışın. Oxatan - Görüş və danışıqlar hansısa məsələnin maliyyə yönlərini ön plana çəkəcək. Həmsöhbətin şirin dilinə, vədlərinə uymayın. Fəaliyyətlə işdəki rol bölgüsünü məntiqi baxımdan araşdırın, problemli məqamları nəzərdən keçirin. Bilik və bacarıqlarınızı nümayiş etdirin.Perspektivlərinizi genişləndirin.Günün ikinci yarısında aktiv olun. Plana riayət edərək mümkün qədər çox iş görməyə çalışın. Sabaha yarımçıq iş saxlamayın.İstirahəti unutmayın, əks təqdirdə ertəsi günə yorğun başlayacaqsınız. Oğlaq - Ailənin maraqlarını hər şeydən üstün tutun. Sevdiyiniz insanların qayğısına qalın. İşlərin düzgün təşkilatı və qayda indi önəmli məsələdir. Hadisələrin məcrasına təsir etmək istəyirsinizsə, düşünülməmiş addımlar atmayın.Tərəfdaşın tempini anlayın. Onun aktivliyi, ambisiyaları və qətiyyəti ümumi işin xeyrinədir. Məqsədə doğru dinamik hərəkət edin.İdeyalarınız imkanlarınızın spektrini genişləndirəcək. Cari məsələlərlə bağlı tələskənliyə yol verməyin.Axşam saatlarında zahiri görünüşünüzə fikir verin. Dolça - Sakit gün olmayacaq. Yeni ideya və təşəbbüsləriniz var. Bir yerdə oturmaq çətindir.Əlaqələr, təmaslar, yerdəyişmələr çoxdur. Ünsiyyət və təmaslarda rəvanlıq olmayacaq. Sözlərinizə fikir verin. Ətrafınızdakı insanların qəlbinə toxunmamaq üçün sayıq davranın.Aktivlik pozitiv səciyyəli olmalıdır.Axşam saatları ünsiyyət, yeni əlaqələr və tanışlıqların yaradılması üçün əlverişlidir. Şəxsi münasibətlər müstəvisində etiraflar, birgə planların müzakirəsi və sirlərin bəzilərinin faş edilməsi üçün əlverişli zamandır.Səfər və ya səyahətə çıxmaq olar. Daxili tarazlığı qorumaq üçün sinirlənməyin.Yaşam arealı və iş yerinizdə qayda yaradın. Balıqlar - Səbirli və uzaqgörən olun. Böyük planlar və gözləntilər problemlərlə qarşılaşa bilər. Soyuqqanlı olun, kiçik və xırda məsələlərə sinirlənməyin.Çətinliklər situativ səciyyəli olduğundan onları asanlıqla dəf edə bilərsiniz.Əks cins mənsubuna qarşı diqqətli olun. Ünsiyyətdə şəxsi məsələləri müzakirə etməkdən yayının.Axşam saatlarında sakit istirahəti seçin. Təbiət qoynunda, dostlarla birlikdə vaxt keçirin.Romantik görüş stressdən qurtulmağa yardım edər. Milli.Az

Günün qoroskopu: verdiyiniz vədləri, öhdəlikləri unutmayın

Qoç - yaradıcılıq üçün yaxşı zamandır. Refleksiya, hisslərə qapılmaq pis nəticələr verə bilər. Sizə təsir etmək istəyən insanın sözlərinə uymayın, vədlərinə aldanmayın. Ən müxtəlif, hətta gözlənilməz mənbələrdən informasiya əldə edə bilərsiniz. Günün ikinci yarısında ailədəki durum yaxınlarınızın əhvalından, onların emosional durumlarından asılıdır. Sərt sözə aqressiya ilə cavab vermək optimal davranış deyil. Vacib işə yetərincə diqqət ayırmamağınız qıcıqlanmaya səbəb ola bilər. Axşam saatlarını təklikdə keçirməyə çalışın. Buğa - maliyyə məsələləri ilə bağlı qayğılarınız arta bilər. İrəliyə doğru hərəkətinizi əngəlləmək istəyən insanların qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin. Köhnə dostlardan birinin məsləhətindən yararlanın. Günün ikinci yarısında durumda dəyişikliklər olacaq. Ailə üzvlərindən birinin qayğıya ehtiyacı var. Onu diqqətlə dinləyin, mütləq şəkildə yardım edin. Axşam saatlarında yola çıxmaq, səyahətə yollanmaq məsləhət deyil. Rasionunuza fikir verin. Nikbin olun. Əkizlər - yaxın gələcəklə bağlı strategiyanı hazırlamaq üçün münasib zamandır. Emosiyalarınıza hakim olun, soyuqqanlı davranın. İntuisiyanıza güvənə bilərsiniz. Vəziyyəti təhlil edərək problemlərin həll yollarını arayın. Dəqiq plan hazırlayın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dedikləri davranışınıza və əhvalınıza ifrat təsir etməməlidir. İrəliləmək üçün gərəkli metodlardan yararlanın. Əməllərinizlə bağlı gözlənilən reaksiya olmazsa, hisslərə qapılmayın. Axşam saatlarında süst olmayın, bədbinləşməyin. Xərçəng - planlaşdırdığınızdan artıq maliyyə vəsaiti xərcləməkdən çəkinin. Kənar şəxslərin problemlərini həll etməli olacaqsınız. Cərimə və ya cəza istisna deyil. Ehtiyatlı davranın. Sükan arxasında sayıq olun. Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə ənənələri pozmayın. Müstəqilliyə can ataraq azadlıq istəyirsinizsə, başqasının maraqlarını da nəzərə almalısınız. Prinsiplərinizə xəyanət etməyin. Dəyər verdiyiniz insanları sürəkli tənqid etməyin. İradlar ağır, sərt olmamalıdır. Şir - yaşanan situasiya planlara ciddi dəyişikliklər tələb edir. Qəfil yaranmış problemləri dərhal həll etməyə çalışın. Çətinliklərin həllini təxirə salmayın, əsla ertələməyin. Dost və ya qohumları yardıma çağıra bilərsiniz. Belədə ən ciddi sədləri dəf edə bilərsiniz. Günün ikinci yarısı kollektiv fəaliyyət üçün əlverişlidir. Birgə layihəyə başlayın. Bir müddət sonra yaşamınıza ciddi təsir edə biləcək insanla qarşılaşa bilərsiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın. Qız - günün ilk yarısından etibarən aktiv çalışsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Problemlərin həllində orijinal metodları seçin. Rutinlikdən uzaqlaşın, başqalarını təkrarlamayın. Karyera inkişafınızın asılı olduğu insan cəhdlərinizi görəcək, zəhmətinizi dəyərləndirəcək. Günün ikinci yarısında birgə layihə və ya müştərək işdə irəliləyişlər istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini anlamağınız şərtdir. Axşam saatlarını ailənizə həsr edin. Tərəzi - maraqlandığınız işə, xoşladığınız məşğuliyyətə vaxt ayırmaq üçün münasib zamandır. Yaşama fəlsəfi yanaşmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərsiniz. Enerji potensialınız yüksəkdir. Adi saydığınız işləri qulaqardına vurmayın. Günün ikinci yarısında önəmli məsələnin həllinə başlayın. Yaxınlarınız sizi anlayacaqlar. Ailə təmaslarının harmonikliyinə can atın. Çoxdan bəri görmədiyiniz qohumlarınızdan biri qonaq gələ bilər. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin. Əqrəb - baş verən olayları yanlış anlamayın. Hadisələri olduğu kimi qəbul edin. Situasiya yaşamın məcrasını kəskin şəkildə dəyişə bilər. Yeni tanışlıqlara can atmayın. Belə cəhdlərdə pozitiv heç nə yoxdur. Maliyyə məsələləri ilə bağlı problemlər yarana bilər. Günün ikinci yarısında ailə üzvləri və yaxınlarınızla münasibətlərinizdə sərinliyin formalaşmasına imkan verməyin. Yaxşı tanımadığınız insanla ünsiyyətdə sayıq olun. Maraqlarınızı ani hisslərə qurban verməyin. Hisslərə qapılmayın, emosiyaların qurbanı olmayın. Tərəfdaşla təmasları gərginləşdirməyin. Oxatan - yaxın ətrafınızdakı insanlarla normal əlaqələr qurmağa çalışın. Haqqınızda deyilənlərə diqqətlə qulaq asın. Yeni tanışlıqlar üçün yaxşı zamandır. Dostlarla söhbətlərdə səmimi, tərəfdaşlarla müzakirələrdə sayıq olun. Yeni əlaqələrin yaxşı perspektivləri var. Günün ikinci yarısında sevdiyiniz insanla münasibətləri möhkəmlətməyə çalışın. Əyləncə və ya istirahəti bir qədər təxirə salın. Axşam saatlarında normal istirahət edin. Oğlaq - situasiya planlarınızdan da yaxşı ola bilər. Ən çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Əlverişli şəraitdən yararlanmağı bacarın. Şansı əldən verməyin. İntuisiyanıza güvənə bilərsiniz. Dürüst addımlar atmağa çalışın. Günün ikinci yarısında çözümünü tələb edən məsələləri qulaqardına vurmayın. Zərərli vərdiş və ya adətlərdən birini unutmaq olar. Rasionununuzu daha faydalı etməyə çalışın. Axşam saatlarını açıq havada keçirin. Dolça - günün ilk yarısında mövcud problemlərin həllinə başlayın. Rutin işlər sizi yora bilər. Geri çəkilməyin. Əyləncə və ya istirahəti unudun. Təcili həllini tələb edən məsələlər var. Günün ikinci yarısında yaxınlarınız və qohumlarınız xüsusi diqqət tələb edəcəklər. Onlar sizi uğurları ilə sevindirəcəklər. Axşam saatları problemlər və qayğılar vəd edir. Verdiyiniz vədləri, öhdəlikləri unutmayın. Balıqlar - informasiya axtarışı və yeni məlumatların əldə olunması üçün əlverişli zaman deyil. Dəyərli heç nə tapa bilməyəcəksiniz. Cari işlərlə məşğul olun. Rutinlikdən qaçmayın. Günün ikinci yarısında kiçik təmir, yerdəyişmə zərurəti yaranacaq. Yaşlı qohumlardan birinə baş çəkmək olar. Ailədə sürəkli olaraq mübahisələr yaradan mövzulardan birinə qayıtsanız, güclü emosional diskomfort hiss edəcəksiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın.(Milli.az)