Qoç- yaxınlarınızdan birinin təcili məsləhətə və ya köməyə ehtiyacı var. Diqqətinizi, qayğınızı bu şəxsdən əsirgəməyin. Əlavə gəlir vəd edən yeni layihəyə başlamaq olar.Yaradıcılıq potensialınız yaxşı səviyyədədir. Perspektivli layihəni qiymətləndirəndə bütün detalları nəzərə alın.Günün ikinci yarısı təmir, yaşam arealının yenilənməsi üçün materialların alınması üçün əlverişlidir. Sevdiyiniz insanı tərifləyin, onun könlünü xoş edin. Bütün diqqətinizi məşğul olduğunuz işə yönəldin. Buğa- maraqlı zamandır. Bütün şanslardan yararlana bilməsəniz də, əlverişli imkanlar arasında daha real olanı seçin. Fəaliyyət müstəvisini genişləndirə bilərsiniz. Ünsiyyət istədiyiniz kimi alınmasa da, sönük deyil.Günün ikinci yarısında bəzi işlərin nəs gətirməsi istisna deyil. Kommunikasiya və rabitə vasitələri ilə bağlı sporadik çətinliklər olacaq. Planlarınızı reallaşdırmaq istiqamətində düşünülmüş addımlar atın. Şayiələrə inanmayın, dedi-qodulara fikir verməyin. Əkizlər- özünüzü olduğunuzdan pis qiymətləndirməyin. Zahiri görünüşə aldanmayın, batinə fikir verin. Qarşınıza ifrat ambisioz hədəflər qoymayın, məqsədlərin praqmat olmasına çalışın. Daha çox fayda əldə edə biləcəyiniz ünsiyyət çevrəsini müəyyənləşdirin.Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Yaradıcılıq potensialınız yüksəkdir. Ən rutin, cansıxıcı işlərə maraqlı detalları və ya təfərrüatları əlavə edərək normal nəticə əldə etmək olar. Aktivliyinizi artıranda ehtiyatda əlavə variant, alternativ olmalıdır.Vaxt darlığı problemlər vəd edir. Xərçəng- dəyər verdiyiniz insanla münasibətləri kəskinləşdirməyin. Səbrli olun, sizi maraqlandıran prsoesi sürətləndirmək üçün müdaxilələrdən çəkinin. Problemlərin həllinin maraqlı yolu var.Günün ikinci yarısında şərik, həmkar və ya tərəfdaşla qarşılıqlı anlaşmaya nail olun. Axşam saatları travma risklidir. Səhhətinizə fikir verin.Gəzintiyə yollanmaq olar. Şir- yaşanan proseslərə həssas olun, olayları sayıqlıqla dəyərləndirin. Proseslərə sürətli reaksiya verin. Təmkinli olun. Nagahani yaşananan hansısa olayla bağlı tələsik qərar verməyin. Hisslərin, impulsların əsiri olmayın.Günün ikinci yarısında kollektiv fəaliyyətə üstünlük verin. Uğursuzluqlar, alınan məlumatlar sizdə əsla ruh düşkünlüyü yaratmamalıdır. Cari işlərlə məşğul olun. Tərəfdaşlarla müzakirələr, danışıqlar, yazışmalarda aktiv olun. Yaxın gələcəkdəki perspektivləriniz indi müəyyənləşir. Qız- günün ilk yarısı dinamikdir. Emosional zamandır. Ambisiyalarınız və maliyyə gözləntiləriniz qəflətən mənfi impuls ala bilər. Rəqabət güclənəcək, şəxsi münasibətlər işgüzar əlaqələrə təsir edəcək. Kompromis tapmaq, hissləri cilovlamaq, soyuqqanlı olmaq asan deyil.Günün ikinci yarısında illüziyalardan əl çəkərək reallığı dəqiq qiymətləndirin. Yeni hədəflər və orientirlər seçin. Dəyişikliklər üçün münasib zamandır.Axşam saatlarında alış-verişə yollanmaq olar. Tərəzi- fəaliyyət prosesini rasionallaşdıra bilərsiniz. Bəzi hadisələr qəflətən, gözlənilməz şəkildə baş verir. Hərdəmxəyal olmayın, başladığınız işləri başa vurun. Yeni marağın yaranması istisna deyil. Təkliflərdən birini dəyərləndirməyə hazırlaşırsınızsa, bilin ki, yeni layihə xərclər, hətta itkilər vəd edir.Günün ikinci yarısı tanışlıq və yazışmalar üçün münasibdir. Ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Uğur vəd edən şansı dəyərləndirin. Yaxın saatlarda baş verəcək olay ötənlərdə məruz qaldığınız itkinin acısını unutdura bilər. Dostlarla sıx təmaslarda olun.Axşam saatlarında gəzintiyə çıxmaq olar. Əqrəb- situasiyanın inkişaf məcrasına kobud müdaxilələr etməyin. Vəziyyəti müşahidə edin, amma spontan müdaxilələrə imkan verməyin. Narazılıq, əndişə, nigaranlıq hissləri yarana bilər. Məlumatlar və informasiyaların mübadiləsi prosesi sürətləndirə bilər.Günün ikinci yarısında önəmli hadisə baş verəcək. Sizi çoxdan bəri narahat edən məsələni həll etmək üçün qəti addımlar atmaq zamanıdır. Sərmayə üçün münasib zamandır. Nikbin olun, çətinliklərin sizi ruhdan salmasına rəvac verməyin.Axşam saatlarını faydalı məşğuliyyətə həsr edin. Oxatan- yaxın gələcəkdə planlarınızın normal məcrada inkişafını təmin etmək üçün aktiv çalışın. Müzakirələr, danışıqlar aparın. Müxtəlif sahələrdə və işlərdə ön mövqelər tutmağa can atın. Bir müddət sonra bütün bunları yerinə yetirmək çox çətin olacaq.Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, tələsik qərarlar verməyin. Fərqli ideyalarınız üçün yeni məkan formalaşdırın. Güclü maqnetizminiz yaşamınıza yeni insanı cəlb edə bilər.Axşam saatları alış-veriş üçün əverişlidir. Dostları, qohumları qonaq çağırmaq olar. Oğlaq- yeni işlər, layihələr barədə düşünmək zamanıdır. İndiyədək məşğul olmadığınız sahədə özünüzü sınayın. Ünsiyyət çevrənizi genişləndirin.Önəmli qərarlar vaxtıdır. Diqqət mərkəzində olduğunuzdan sözlərinizə və hərəkətlərinizə maksimum diqqət yetirin. Maddi uğur, gəlir, hədiyyə və ya dəvət istisna deyil.Günün ikinci yarısında dostlardan biri sizi hadisələrə təsir imkanlarına malik şəxslə tanış edəcək. Təşəbbüskar olun. Axşam saatları şəxsi münasibətlərdə mürəkkəb, qarışıq vaxt olacaq. Gözləntiləriniz adekvat təsir bağışlamalıdır. Dolça- yeni tanışlıqlar, ideyalar, məşğuliyyət üçün əlverişli zamandır. Ehtiyatlı olun, risklərə qapılaraq eksperimentlərin sayını artırmayın. Təkliflərin səbatlılıq dərəcəsini sınayın. Yaxşı tanımadığınız insana inanmayın.Günün ikinci yarısında yeni informasiya əldə etmək istəyi, tamah vaxtın qeyri-rasional sərfiyyatı ilə yanaşı, maliyyə itkiləri riski də yaradacaq. Alış-verişdə bədxərclik etməyin.Axşam saatlarında bir sıra planları müzakirə etmək olar. Çətinlikləri yaxınlarınızla əl-ələ verərək dəf edə bilərsiniz. Balıqlar- tənha qalmaq, müstəqil çalışmaq istəyi yeni çətinliklər yarada bilər. Gün yeni tanışlıqlar, maraqlı ünsiyyət, cazibədar təkliflər vəd edir.Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. İşçi sxemlərlə yanaşı, münasibətlərə də önəm verin. İndi bir sıra məsələlər sırf şəxsi təmaslar səviyyəsində həll olunur.Dostları unutmayın.Günün ikinci yarısında rəqiblərin fəallığı artacaq. Yalan, fırıldaq, məkr güclənir. Zəifləməyinizi, geri düşməyinizi istəyən insanın niyyətini puç edin. Yaxın ətrafınızdakı insanlarla ümumi maraqlarınız varsa, ortaq mənfəət də aşkarlana bilər.
Qoç - ifrat tələbkar və hər şeyin məğzinə varmağa çalışan insan olmasanız, xeyli sayda maraqlı məqamları öyrənə bilərsiniz. İşdə həmkarlarınızla ünsiyyətdə anlaşılmazlıq yarana bilər. Şərik və ya tərəfdaş "oyundan çıxmaq" fikrinə düşə bilər. İşgüzar həyatda və şəxsi münasibətlərdə yaranan boşluğu doldurmağa tələsməyin. Sabahdan etibarən işlərdə dəqiqlik yaranacaq. Qəti qərarları sabaha qədər təxirə salın. Buğa - yaxın gələcəkdə sizi gözləyəcək işlərlə bağlı planlar qura bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan dəstək arayın. Fəaliyyəti planlaşdırmaq üçün imkan və vaxt tapmağın böyük önəmi var. Əkizlər - cari məsələləri dərhal həll edə, ruh yüksəkliyi hiss edə bilərsiniz. Əsas odur ki, işləri qarışdırmayın, növbə ilə görün, heç nəyi təxirə salmayın. Nəzərdə tutulmamış yeniliklər, xəbərlər ola bilər. Reaksiyanızı nəzarətdə saxlayın, kimsənin xətrinə dəyməyin. Həddən ziyadə təşəbbüskarlıq və inad mənfi nəticə verə bilər. Ən yaxşı nəticəni səy göstərmədən əldə edəcəksiniz. Xərçəng - dağı dağ üstünə qoya bilərsiniz. Amma səylərinizin predmeti barədə əvvəlcədən düşünün. Günün əksər olaylarına epataj xas olacaq. İndi çox işin öhdəsindən gələ bilərsiniz. Lakin günün tələblərini yerinə yetirin, situativ qatılma və ya müdaxilə tələb edən məsələlərlə məşğul olun. Şir - enerjinin bir istiqamətdə axması yaşamın digər mühüm aspektlərini müdafiəsiz edə bilər. Belədə problemlər dərhal üzə çıxacaq, iş yoldaşlarınızın davranışınızdan narazı qaldıqlarını görəcəksiniz. Bu günün bütün mövzuları və məqamları dinamik, yüksək emosional yüksələn səviyyədə inkişaf edəcəklər. Qız - bu gün tək qalmayın, yaxın tanışlar və dostlar arasıda olun. Böyük gözləntilərə qapılmayın, mühüm məsələlərin həllini planlaşırmayın. Gün sakit işlər üçün yararlıdır. Başqasının faydalı təcrübəsindən bəhrələnmək, öz təcrübənizi bölüşmək üçün əlverişli vaxtdır. Tərəzi - işlərin bəzilərini axşama saxlamayın. Qıcıq və narazlıq hisslərini aradan qaldırmaq olar. Daxili təlatüm, hisslər və ya istəklər dəyərlərlə münasibətlərə yenidən baxmağa vadar edə bilər. Axşam saatlarında yaxşı dincəlin. Əqrəb - Emosional yaşantılar güclənə bilər. Ümumiyyətlə asudəliyin yoxa çıxmasına, münaqişə və incikliyin yaranmasına imkan verməyin. Yanınızda etibar etdiyiniz, inandığınız insanlar olsun. Axşam saatlarında açıq havada gəzintiyə çıxın. Oxatan - həyati önəm daşıyan yeniliklər və dəyişikliklər üçün məkanı təmizləyin, səhmana salın. Lakin hadisələri tələsdirməyin, hamını özünüzə bənzətməyə çalışmayın. Düşünülməmiş sözlər qərarlaşmış əlaqələr və münasibətləri poza bilər. Hələlik yalnız özünüzə, öz qüvvənizə bel bağlayın. Oğlaq - günün energetikası çox yüksək səviyyədədir. Çoxlu faydalı işlər görərək maraqlı məqamları nəzərdən qaçırmaya bilərsiniz. Dostlarla planlaşdırılmamış görüş, evə qonaq gəlməsi mümkündür. İdeyalar, unikal həllər, problemlərin yaradıcı həlli baxımından gün əlverişli və məhsuldar ola bilər. Dolça - işləri qaydaya salmaq üçü əlverişli gündür. Axşam saatlarında ünsiyyətdə diqqətli olun, artıq sözlər deməyin. İnciklik hissi çox asanlıqla yarana bilər. Planlarınız, gözləntiləriniz, məlumatlar və istəklərinizi bölüşməyə tələsməyin. Balıqlar - çoxsaylı tədbirlər planlaşdırmayın. Sakit, aram gündür. İşlərinizi soyuqqanlı şəkildə, tələsmədən görün. Yaxşı tanıdığınız insanların məclisini seçin ki, qarşı tərəfdəki insanlara necə təsir bağışladığınıza görə narahatlıq keçirməyəsiniz.
Qoç Işdə çətinliklər olacaq. Işdə son günlər ağırlıq sizin çiyinlərinizdədir. Səhhətinizə qarşı diqqətli olun ki, yorğunluq sizə baha başa gəlməsin. Təəssüf ki, zəhmətinizin bəhrəsini görmürsünüz. Buğa Qənaətcil olun. Hər bəyəndiyiniz əşyaya pul xərcləməyin. Evdə səliqəlik yaratmaq üçün münasib zamandır. Axşam saatlarında ailə üzvlərinizlə birlikdə gəzintiyə çıxın. Bunun həm sizə faydası var, həm də yaxınlarınız sevinəcək. Əkizlər Pozitiv enerjidən səmərəli istifadə edin. Gümrah olacaqsınız. Yeni təklifləri analiz edin. Münasib olanına “bəli” cavabı vermək olar. Yeniliklər həyatınızı dəyişəcək. Xərçəng Işlər qaydasında olacaq. Hamı ilə xoş ünsiyyət qurmaq imkanı yaranacaq. Hətta zəhlətökən adamlarla belə dil tapacaqsınız. Maraqlarınız üçün fürsətdən bəhrələnin. Şir Təhsil, yeni informasiya qəbulu baxımından əlverişli gündür. Qarşınızda yeni imkanlar açılacaq. Ilk fürsəti dəyərləndirməyi bacarın. Sonra gec olar. Perspektivli gündür. Qız Soyuq havalarda geyiminizə diqqət yetirin, xəstələnmək ehtimalı var. Bir sıraçətinlikləriniz ola bilər. Ancaq bunlar keçici olacaq. Tərəzi Yaxınlarınız sizdən küsəcəyi istisna deyil. Yaxşı olar ki, son günlər qayğıdan məhrum olan yaxın ətrafınıza qarşı diqqətli olasınız. Əqrəb Qonağınız olacaq. Bundan məmnun olmayacaqsınız. Başınızın şəxsi problemlərə qarışdığı bir zamanda kiminləsə rahat şəkildə ünsiyyət qurmaq sizə görə deyil. Yaxşı olar ki, səbirli olasınız. Çünki sizə təşrif buyuran adamdan zərər görməyəcəksiniz. Oxatan Son günlər qaçhaqaçdasınız. Bir işi tamamlayan kimi digər problem qapınızı döyür. Təmkinlə hərəkət etsəniz hamısının öhdəsindən gələ bilərsiniz. Oğlaq Bu gün sizdən inciyən ən yaxın adamla barışa bilərsiniz. Ulduzlar qarşı tərəfdən xoş sozü əsirgəməməyə səsləyir. Bu mövzuda qürura çox önəm verməklə ailədə artıq problemlər yaradırsınız. Dolça Bürcün ailəli nümayəndələri övladlarının təhsilinə diqqət yetirməlidirlər. Son günlər ailədə diqqətsizlik üzündən bir sıra xoşagəlməyən hallar yaşanır. Bunun qarşısını vaxtında almağa çalışın. Balıqlar Qarderobunuzda dəyişiklik etmək olar. Bundan xüsusi zövq alacaqsınız. Əks cinsin mənsublarını cəlb edəcəksiniz. Artıq problemlər yaşanmasın deyə, münasibətləri süzgəcdən keçirin.
Qoç - səhər saatlarından etibarən aktiv olun, rəqibləri üstələməyə çalışın. Çətin, həlli ağır təsir bağışlayan problemlərin çözülməsində təşəbbüs və qeyri-adi variantlar məsləhətli davranışdır. Yaxın ətrafınızdakı insanların dəstəyi sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz.Günün ikinci yarısında tanışlardan biri yardım təklif edəcək. Təklifi müsbət cavablandırın. Eqoist və müştəbeh insan təsiri bağışlamayın. Təcrübə və imkanlarınıza şübhəniz varsa, yeni işə başlamayın. Axşam saatlarına yaxın təəssüratların ilkin izharlarına aldanmayın. Yaxınlarınızla ünsiyyət xoş saatlar bəxş edəcək. Buğa - səhər saatlarından etibarən yalan ümid və vədlərə aldanmayın. Əsas planınıza riayət edin. Səhər işə gedəndə evdəki elektrik əşyaların söndürüldüyünü yoxlayın.Günün ikinci yarısı gözlənilməz görüş, qəfil informasiya və ya həyəcan vəd edir.Qətiyyət və əminliyin çətinlik yaratdığı problemlər ünsiyyət, məsələlərinin müzakirəsi, ən pis halda yazışma ilə çözülməlidir.Nizamlı işdəki qəfil sapıntılar və nöqsanlar, texnika və avadanlığın sıradan çıxması sizi qorxutmasın. Çətinliyi çözməyə çalışın. Əkizlər - günün ilk yarısı uğur vəd edir. Pozitiv olun. Ən kiçik çətinlik və cüzi problemlər sizdə bədbinlik yaratmasın. Əhvalınızdakı harmoniyanın pozulmasına imkan verməyin. İşlərdə zəhmətkeş olsanız, səyləriniz yaxşı nəticə verəcək.Günün ikinci yarısında məişət qayğıları vaxtınızı alacaq. Ailə üzvlərinin tələblərini nəzərə alın, deyilən sözləri qulaqardına vurmayın. Yardıma ehtiyacı olan insana kömək edin.Axşam saatlarında evdən kənarda istirahət etmək olar. Dəvət aldığınız yerə gedin. Xərçəng - yeni işlərə başlamazdan əvvəl əvvəlki işləri tamamən başa vurun. Yarımçıq qalmış işlər arzuolunmaz ballast rolunu oynaya bilər. Böyük fiziki və intellektual gərginlik tələb edən layihədə tələsmədən irəliləyin. Düşünülmüş addımlar atın.Günün ikinci yarısında aramla çalışın, tələskənliyə yol verməyin. Köhnə əlaqələrin bəzilərini bərpa etmək mümkündür. Soyuqqanlı olun, amma laqeydlik etməyin.Axşam saatlarına yaxın intuisiyanız güclənəcək. Romantik görüş üçün münasib zamandır. Şir - kollektivdə mühit gərginləşə bilər. Münasibətlərin aydınlaşdırılmasına çalışmayın. Xüsusilə də qadınlarla dartışmayın. Fiziki işlə məşğul olmaq, əşya daşımaq, məşq etmək, piyada gəzmək çox xeyirdir.Mənzil-kommunal sahəsi ilə bağlı problemlər yarana bilər. Ərzaq məhsullarının kefiyyətini yoxlayın.İstirahətin sakit variantını seçin.Əhvalınız qəflətən dəyişə bilər. Daha doğrusu, əhvalınızı bir adam korlayacaq. Qız - bu gün az qala hər addımda sürpriz, qəfil hadisə və ya gözlənilməz söz ilə qarşılaşa bilərsiniz. Durumun təhlükəsizliyi kiminlə işləməyinizdən və münasibətlərinizin hansı səviyyədə tənzimlənməsindən asılıdır.Yollarda, insanların çox olduğu yerdə təhlükə riskinin dolaşdığı gündür.Əyləncələri təxirə salın, özünüzü təhlükəsiz hiss etdiyiniz yerdə qalın.Danışıqlar və müzakirələr nəzarətdən çıxa bilər. İnadkar olun, güzəştə getməyin.Fiziki işlə məşğul olmaq məsləhətdir. Tərəzi - günün ilk yarısında süst davranmayın, aktiv olun. Daxili şübhələrinizi səsləndirməyin. Hansısa insandan bədgüman olsanız, fikrinizi və ya mövqeyinizi bəyan etməyin. Yaxın ətrafınızdakı insanlara boş vədlər verməyin. Əks halda nüfuzunuza zərbə dəyə bilər.Günün ikinci yarısında etibar etmədiyiniz insanlara mübhəmlərinizi etibar etməyin.Hisslərə qapılaraq alış-verişdə bədxərclik etməyin. Maliyyə məsələləri ilə bağlı yaxınlarınızla kəskin mübahisələrə başlamayın. Güzəştlərə meylli olun. Əqrəb - adət etdiyiniz işlərlə məşğul olun, ənənəvi proseslərə üstünlük verin. Sürətli qərarlar, kreativ yanaşma, böyük zaman və ya maliyyə tələb edən işlərə başlamayın. Faydalı əlaqələr, indiyədək nail olduğunuz təmaslar dadınıza çata bilər.Günün ikinci yarısında çalışdığınız məkanda rəhbərliklə və həmkarlarınızla münaqişəli situasiyanın yaranmasının təşəbbüskarı olmayın. Əks halda gərgin ab-hava bütün planlarınızı alt-üst edə bilər. Axşam saatlarında normal istirahət etməyə çalışın. Oxatan - səhər saatlarında qarşınızda çox yollar açılacaq. Şansları yetərincə dəyərləndirməyə çalışın. Məqsədlərə çatmaq, niyyətləri reallaşdırmaq üçün imkanlar var. Günün ikinci yarısında gərginlik, daxili təbəddülatlar istisna deyil. Ötən günləri xatırlayıb köks ötürməyin, nisgilə qapılmayın. Uzun müddət dəyər verdiyiniz insanla qəfil görüş güclü emosiyalar yaradacaq. Hisslərinizi anlamağa cəhd göstərin. Oğlaq - səhər saatlarından etibarən aktiv çalışın. Yaradıcı olun, problemlərin həllində orijinal variantlardan yararlanın. İş yerində təşəbbüskar olun. Belədə rəhbərlik sizi yetərincə dəyərləndirəcək, məqsədə doğru daha sürətlə irəliləmək imkanları qazanacaqsınız.Günün ikinci yarısında mümkün qədər çox çalışaraq maksimal nəticələr əldə etməyə can atmayın. Çox iş çox uğur demək deyil.Karyeranızı düşünün, planları təftiş edin.Axşam saatlarında gərginlikdən qurtulun. Stresslər səbr kasanızı daşdırmamalıdır. Romantik görüş, yaxşı ünsiyyət ola bilər. Dolça - təmkinli, səbrli olun. Emosiyaların əsirinə çevrilməyin. Fəaliyyət müstəvisində formalaşa biləcək ən ağır situasiyada belə, düşünülməmiş addım atmayın. Müstəqil işləsəniz, cəhdləriniz yaxşı bəhrə verəcək.Günün ikinci yarısında kollektiv fəaliyyət diqqətinizi yayındıra bilər. Ən optimal strategiyanı seçin. Hisslərin məntiqi üstələməsinə imkan verməyin. Yaxın ətrafınızdakı insanların dediklərinə çox fikir verməyin. Hər sözü ürəyinizə salmayın. Balıqlar - günün ilk yarısında ətrafınızdakı situasiyaya diqqətlə nəzər salın. Zəruri fəaliyyət planını hazırlayın. Az danışın, daha çox iş görün. Günün ikinci yarısında səbrli və təmkinli davrsanız, qarşınıza çıxacaq problemləri asanlıqla həll edə bilərsiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin.Axşam saatları maraqlı və xoş insanla təmaslar, ünsiyyət üçün əlverişlidir. milli.az
Qoç - əvvəlki günün ruhu və təmayülləri davam edir. Lakin keçmişin energetikasından qurtulun.Sürətlə aktivləşən və planlaşdırılmamış şəkildə məğzini dəyişə biləcək ünsürü kontrolda saxlayın.Yaşam arealınızda, işgüzar münasibətlərinizdə qayda yaradın.Həmkarlar və ailə üzvləri ilə münaqişələrə rəvac verməyin.Yaranan ideyalar toplusundan birini, ən vacibini, sərfəli və maraqlısını seçin. Bir mövzunun çərçivəsində qalmayın, hadisələrin ritminə uyğun hərəkət edin. Buğa - nevroz, əsəbi gündür. Daxili narahatlıq, gərginlik hiss edəcəksiniz. Hisslərə qapılmayın, emosional olmayın. Düşünülməmiş qərarlar verməyin. Nəzərdə tutduğunuz işləri kənardan yardım gözləmədən həyata keçirin.Yaxşı tanımadığınız insanlara bel bağlamayın.Günün ikinci yarısında rutin məsələlərin həlli sizi qıcıqlandırmamalıdır.Axşam saatlarında əhvalınız yaxşılaşacaq. Əkizlər - maraqlarınızı reallaşdırmağa çalışın. Süst və ətalətli olsanız, mühüm məqamı əldən buraxa bilərsiniz. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz plan çərçivəsində konkret addımlar atmaq üçün şans yaranıb.Böyük ümid və gözləntiləriniz olduğu məsələdə, layihədə və ya işdə baş verənləri diqqətlə izləyin. Kimsə yaşamınıza müdaxilə etməyə çalışır. Belə siqnalları gözdən qaçırmayın. Hətta ən qəribə və qeyri-adi hadisələrin səbəblərini anlamağa can atın. Xərçəng - səhər saatları yeni işə başlamaq üçün münasib zaman deyil. Yarımçıq qalmış işi tamamlayın. Diqqətiniz dağınıq olmamalıdır. Ən adi məsələlərin həllində aciz qalmayın. Yalnız özünüzə güvənin. Günün ikinci yarısında bəzi problemlərin çözümündə həmkarların təcrübəsindən yararlana bilərsiniz. Tələbatınızı təmin etmək üçün zəruri addımları atın.Axşam saatlarında qonaq getmək, yaxud maraqlı məkanlardan birinə baş çəkmək olar. Şir - ən aktual məsələlərin həllinə başlaya bilərsiniz. Saatlar keçdikcə enerjiniz azalacaq. Bu səbəbdən imkanlarınızdan maksimum istifadə edin. Az qala dahiyanə saydığınız ideyalar, əslində, illüziyalardır. Xəyallara qapılaraq yanlış addımlar atmayın.Günün ikinci yarısında pərişanlığa düçar olmamaq üçün çevik və aktiv olun. Məsuliyyətin etirafından qorxmayın. Axşam saatlarında tərəfdaşlar və ya dostlarla ünsiyyət alınmaya bilər. Maliyyə məsələləri ön plana çıxacaq. Qız - günün ilk yarısı uğurlu zamandır. Planlarınızı reallaşdırın. Hadisələrin axarına təsir imkanlarınız var. Niyyət və istəklərinizin məcmusunu bir daha dəyərləndirin.Günün ikinci yarısında ideyalarınız nə qədər cazibədar da olsa, məsləhətləşməyi unutmayın. Ailə üzvləri və qohumlarla ünsiyyətdə aqressivliyə yol verməyin. Əks təqdirdə münaqişə, qarşılıqlı inciklik yarana bilər.Axşam saatlarını evdən kənarda keçirin, istirahət edin. Tərəzi - səhər saatlarından etibarən əhvalınız yaxşı olacaq. Hər şeyə rəğmən, nikbin davranın. Hadisələrin məcrası pozitiv deyil. Ruhdan düşməyin, bədbinliyə qapılmayın.Günün ikinci yarısında yeni şərtlər və qəfil hadisə bəzi planlarda dəyişiklikləri qaçılmaz edəcək. Cari problemlərin həlli üçün istirahəti, əyləncəni unudun.Axşam saatlarını ailə üzvlərinizə həsr edin. Əqrəb - məsuliyyətli və genişmiqyaslı layihənin icrasına başlamaq olar. Əvvəllər başladığınız işləri, təbii ki, başa vurmağı unutmayın. Diqqətli olun, ətrafınızda baş verən hadisələri izləyin.Günün ikinci yarısında məqsədə çatmaq üçün ən optimal yolu seçin. Problemlərin effektiv həll yollarını arayın.Çətinliklərin öhdəsindən kreativ, qeyri-trivial yolla gələ bilərsiniz.Axşam saatlarında dostlarınızın, dəyər verdiyiniz insanların qayğısına qalın. Oxatan - bildiyiniz kimi hərəkət edin. Kənar məsləhətlərə çox aludə olmayın. Bununla belə, situasiyanın tələblərini, günün şərtlərini nəzərə alın. Sizə dəyər verən insanlarla qaba davranmayın.Günün ikinci yarısında qarşılıqlı sayğı və anlaşma varsa, komanda fəaliyyəti əla nəticə verəcək. Yaşlı qohumlardan birinin sözlərindən faydalanmaq zamanıdır.Axşam saatları üçün nəzərdə tutduğunuz görüş sizdən asılı olmayan səbəblərə görə təxirə salına bilər. Oğlaq - eyni vaxtda bir neçə mühüm mövzuda və ya istiqamətdə yeniliklər yaşana bilər. Planlar dəyişə bilər. Yaxın ətrafınızdakı insanlara qıcıqlanmayın. Səbrli olun, təmkinli davranın.Bu gün təşkilatçılıq bacarığınızın olub-olmadığı bilinəcək. Həddən artıq narahatlıq nümayiş etdirməyin. İşdə və ailədə maksimal tələbkarlıq göstərməyin, xırdaçılığa varmayın. Əks təqdirdə münaqişə qaçılmazdır.Cari işlərlə məşğul olun və hadisələrin intensivləşməsindən gərəkli nəticələr çıxarın.Axşam saatlarında maraqlı ünsiyyət məsləhətdir. Dolça - rahat və adi günlərdən biri deyil. Bəzi nüanslar sizi saatlarla gərginlikdə saxlayacaq. Çevik və mütəhərrik olun. Yaranan problemləri ən qısa zamanda çözməyə can atın. Günün ikinci yarısında işgüzar təmasları aktivləşdirin. Karyeranız həmkarlarınız və tərəfdaşlarınızın sizə münasibətlərindən əhəmiyyətli dərəcədə asılı olmamalıdır. İşdə rəhbərliklə, həmkarlarla rəvan münasibətləri qoruyun. Axşam saatlarında normal istirahət edin. Əyləncəyə yollana bilərsiniz. Balıqlar - günün ilk yarısında qarşınızda duran məqsədlərə çatmaq üçün aktiv çalışın. Fəal olun, süstlük etməyin. Eyni zamanda, tələskənlik də yaramaz. Düşünülmüş qərarlar verin.Günün ikinci yarısında aramla irəliləyiş sürətli sıçrayışlarla müqayisədə daha yaxşı nəticələr verəcək. İşdə rəhbərliklə danışmaq üçün münasib zamandır. Yaxın ətrafınızdakı anlaşılmazlığı aradan qaldırın.Qarşılıqlı güzəştlər və qayğı daha yaxşı sonuclar verəcək. Milli.Az
Qoç - İntuisiyanız kəskindir. Məhz bu səbəbdən ətrafdakı insanları anlayır, əvvəllər sərin münasibətlərdə olduğunuz şəxslərlə dil tapırsınız. Unutmayın ki, bu gün insanlarla manipulyasiya etmək, onlardan öz maraqlarınızın təminatı üçün yararlanmağa çalışmaq olmaz. Bütün bunlar yaxşı heç nə vəd etmir. Danışıqlar və müzakirələrdə ümumi dil tapmaq asan deyil. Müttəfiqlərlə söhbətlərdə həssas olun. Çətin durumda etibar etdiyiniz insana yardım üçün müraciət edin. Günün ikinci yarısında hövsələsiz olmayın. Bir qədər gözləyin, fasilə verin. Sinirlənməyin, qıcıqlanmayın. Mühüm görüş üçün yaxşı vaxt deyil. Qarşı tərəfdə xoş təəssürat yarada bilməyəcəksiniz. Alış-veriş məsləhət deyil. Buğa - Planları reallaşdırmaq çətinləşir. Şərtlər dəyişdiyindən yeni situasiyaya uyğunlaşmaq gərəkdir. Yeni tapşırıqlar peyda olur. Onlar yorucu, maraqsız, usandırıcıdır. Hər işi tam başa vurmağa, bitirməyə çalışın. Mümkün olmayan yerdə parlaq nəticələrə nail olmağa can atmayın. Alış-veriş, sövdələşmə, anlaşmalar üçün əlverişli gün deyil. Yeni işdə fəaliyyətə başlamaq asan deyil. Çox yəqin ki, ümidləriniz doğrulmayacaq. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclüdür. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək. Əkizlər - Stabil olmayan gündür. Günün ilk yarısında hadisələrin inkişaf tempi sizi sevindirəcək. Lakin saatlar keçdikcə işin intensivliyi sizi yormağa başlayacaq. Bir qədər durun, nəfəs dərin. Bütün işləri yerinə yetirməyə imkan yoxdur. Yaradıcılıq potensialı səviyyəsi yüksək olduğundan fantaziya, təxəyyül, duruma qeyri-standart baxış tələb edən işlərlə məşğul ola bilərsiniz. Günün ikinci yarısı fiziki iş üçün əlverişlidir. Yaxınlarınızla münasibətləri gərməyin, münaqişə etməyin. Kiçik məsələyə görə yaranmış mübahisəyə son qoyun. Xərçəng - Tələsik yanaşma və qısa müddət tələb etməyən işlərlə məşğul olmaq üçün əlverişli zamandır. Bütün diqqəti mühüm işə yönəldərək önəmsiz və xırda təfərrüatlara baş qoşmayın. Vaxtınızı boş söhbətlərə sərf etməyin. Sizə birbaşa dəxli olmayan mövzudakı diskussiyada iştirak usandırıcıdır. Konkret məsələnin həllində maraqlı ideya yarana bilər. Dəqiq müşahidələrinizi bölüşün. İşdə nüfuzunuz arta bilər. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından uğurlu deyil. Emosional fon stabil deyil, kiçik və əhəmiyyətsiz olaylara görə sinirlənirsiniz. Əsassız şübhələrlə sevdiyiniz insanın qəlbini qırmayın. Şir - Ən çətin problemlərin həlli, yorucu və usandırıcı işi görmək üçün əlverişli zamandır. Fəaliyyət potensialınızın səviyyəsi yüksəkdir. Məqsədlərin bəlirlənməsi və onlara çatmaqla bağlı müşküllər yoxdur. Yeni işlərə, birgə layihələrin gerçəkləşdirilməsinə başlamaq olar. İşgüzar xislətinizi nümayiş etdirin. Günün ikinci yarısında xırdalıqlara ifrat önəm verməyin. Məişət zəminində fikir ayrılıqları ciddi münaqişəyə çevrilə bilər. Axşam saatlarında qayğılardan qurtulun, gəzinti və istirahətə vaxt tapın. Dostlarla görüşün, əylənin. Qız - Müsbət təmayüllərin təsiri güclüdür. Kəskin zərurət olmadığı hallarda risk etməyin. Amma uğura şübhə etmirsinizsə, sürətli və qətiyyətli addımlar atın. Yeni iş yerində çalışmağa başlamaq üçün əlverişli zamandır. Müttəfiq və həmfikirlərlə yanaşı, dostlar da tapacaqsınız. Təcrübəli insanların məsləhətlərinə qulaq assanız, səhvlərə yol verməyəcək, başqalarının sürəkli təkrarladığı yanlışlıqlardan qurtulacaqsınız. Günün ikinci yarısı yeni münasibətlər üçün əlverişlidir. İnsanları dürüst qiymətləndirin və onlar ən yaxşı məziyyətlərinizi görəcəklər. İmicdə yeniliklər etmək olar. Başqalarının fikirləri əvəzinə, öz mövqeyinizi üstün tutun. Tərəzi - Fəndgir və aktiv olun, təxəyyülünüzü işə salın. Məhz bu məziyyətlərinizin sayəsində uğur əldə etmək, mürəkkəb məsələləri çözmək, rəqibləri geridə qoymaq şanslarına yiyələnəcəksiniz. Müstəqil çalışın. Bu, heç pis deyil. Məqsədə çatmaq üçün gərəkli hərəkət azadlığına qovuşacaqsınız. Qeyri-standart metodlardan yararlanın, etiraf və izahatlara vaxt sərf etməyin. Şəraitin dəyişməsində xeyir var. Yaxınlarınıza qayğı və diqqətlə yanaşın. Lakin mərhəmət, şəfqət və səmimiyyət adı ilə təzyiq göstərməyin. Təmirə başlamaq, yaşam yerini yeniləmək, interyer əşyaları almaq üçün yaxşı vaxtdır. Əqrəb - Kiçik işlər çox vaxt alır. Onların sayı o qədərdir ki, ciddi, genişmiqyaslı və mühüm işlə məşğul olmağa vaxt qalmır. Üstəlik, işdə həmkarlar və rəhbərliklə ünsiyyətdə problemlər yaranır. Yaxınlarınızla təmaslarda aqressiv olmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Belədə, gələcəkdə pərişan olmazsınız. Günün ikinci yarısında maliyyə məsələlərini təkbaşına həll edin. Ətrafınızdakı insanların məsləhətləri faydalı deyil. Gəlir ola bilər. İş yeri və yaşam arealını qaydaya salın. Axşam saatlarında aktiv istirahəti seçin. Oxatan - Günün ilk yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Çətinliklərin öhdəsindən gəlmək asan deyil. İşdə problemlər var. Rəhbərlik iradlarını bildirəcək. Gündəlik işin icrası qıcıq yarada bilər. Rutin əməllər sizi bezdirir. Yeni iş aramağa tələsməyin. Az sonra hər şey qaydasına düşəcək, adi fəaliyyət rejimi bərpa olunacaq. Günün ikinci yarısında maliyyə durumu əlverişlidir. Planlaşdırılmamış alış-verişə varmaq olar. Yaxınlarınıza hədiyyələr verin. Seçimdə səhv etməyəcəksiniz. İntellektual mübarizədən qalib çıxa bilərsiniz. Oğlaq - Yeni müttəfiq və həmfikir tapmaq çətin deyil. Yanınızdakı insanlar mövqeyinizi bölüşməsələr də, maneçilik etmirlər. İndiyədək sizə rəğbət bəsləməyən insan fikrini dəyişə bilər. Yeni romantik münasibət sürətlə, dinamik şəkildə inkişaf edərək ciddi təmasa çevrilə bilər. Günün ikinci yarısında maliyyə fonu uğurludur. Əhəmiyyətli gəlir əldə edə bilərsiniz. Alış-veriş üçün yaxşı gündür. Təhsil və iş üçün zəruri nəsnələri almaq olar. Səfər və ya səyahət yaxşı nəticə verəcək. Dolça - Müsbət təmayüllərin təsiri güclüdür. Xoş gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizi dəstəkləyəcək, kömək göstərəcəklər. Yeni əməkdaşlığa başlamaq, tərəfdaşlar aramaq, yeni işə çıxmaq zamanıdır. Günün ikinci yarısında ətrafınızdakı insanlara yardım edin, xeyriyyə aksiyasına qatılın. Yeni bilik, təcrübə və informasiya əldə etmək olar. Dəvət olunduğunuz tədbirdə iştirak edin. Balıqlar - Hər şey rəvan olmasa da, sakit və soyuqqanlı olun, dürüst qərarlar verin. Belə olarsa, bədxahlar bütün səylərinə rəğmən, sizə mane ola bilməyəcəklər. Seçdiyiniz istiqamət üzrə hərəkəti davam etdirin. Xoş sürprizlər, qəfil hədiyyələr istisna deyil. Böyük gəlirlər olmasa da, günün maliyyə fonu stabildir. Əks cins mənsubları ilə ünsiyyət üçün əlverişli vaxtdır. Romantik münasibətlərin başlanğıcı üçün yaxşı gün deyil. Başqalarının emosiyalarının girovu və qurbanı ola bilərsiniz. Milli.Az
Qoç - Günün ilk yarısında hücum taktikası seçməyin. Mümkün qədər təmkinli, ehtiyatlı davranın. Məqsədə çatmaq üçün gərəyindən artıq vaxt və qüvvə sərf etməyin. Hədəfə doğru aparan yolda ikinci şans olmayacaq. İmkanları real dəyərləndirin. Dəyər verdiyiniz insanla ünsiyyətdə aqressiv və sərt olmayın. Qısqanc davranmayın, kinli insan təsiri bağışlamayın. Konkret məsələ ilə bağlı prioritetləri müəyyənləşdirin. Danışıqlarla müzakirədə məsələni tam nəzərdən keçirin. Buğa - Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin. Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın. Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün. Əkizlər - Günün ilk yarısında yaranmış situasiyanı diqqətlə təhlil edin. Arzulara və xəyallara qapılmayın, illüziyalar aləmində dolaşmayın. Baş verənlərə realist münasibət bəsləyin. Hadisələrin axarı sizdə narahatlıq yaradarsa, böhranlı durumu təcrübəniz hesabına çözə bilərsiniz. Günün ikinci yarısında istənilən problemi həll edə bilərsiniz. Məqsədi dəqiqləşdirin. Saatlar keçdikcə ünsiyyət çevrənizi məhdudlaşdırın. Maliyyə, texniki və fiziki təhlükəsizliyinizi təmin edin. Diqqətli, sərvaxt olun. Xərçəng - Çoxdankı rəqiblərlə münasibətlərin gərginləşməsi istisna deyil. Dostlar və ya qohumlardan birinin sizə qarşı ambisioz iddiaları var. Yaxın ətrafınızdakı insanların tələbləri ilə istəklərini nəzərə alın. Günün ikinci yarısında situasiya yeni problemlər yaradacaq. Etibar etdiyiniz insanla səmimi söhbət bir sıra məqamlara aydınlıq gətirəcək. Müəmmalı məsələlərin çözülməsində intuisiyanıza güvənin. Şir - Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun. İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır. Günün ikinci yarısında hadisələrin axarı sizi təmin edirsə, proseslərə süni təkan verməyə can atmayın. Yaxın gələcəklə bağlı planları quranda praqmat olun. Həmkarlarınız və ya tərəfdaşlarınızla ümumi maraqlarınızı bir daha təhlil edin. Bir qədər sonra əməkdaşlığın yeni variasiyası formalaşmağa başlayacaq. Qız - Günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Yeni simalar sizi stereotipləri dağıtmağa vadar edə bilər. Çoxdan bəri əlaqə saxlamadığınız insanlarla təmaslara yenidən nəzər salın. Günün ikinci yarısında uzun-uzadı söhbətlər və müzakirələr effektiv olmayacaq. Nisgilə qapılmayın. Dəyər verdiyiniz insanla sərinləşmiş münasibətləri inkişaf etdirmək istəyirsinizsə, aktiv olun. Ötənləri geri qaytarmaq olmaz, amma kiçik səhvləri və yanlışlıqları bağışlamaq mümkündür. Axşam saatlarında normal istirahət etməyə çalışın. Tərəzi - Günün ilk yarısında hadisələrin axarı qəfil məcraya yönələ bilər. Səbrli davranın, atacağınız addımları əvvəlcədən planlaşdırın. Ağır durumlarda neqativ hisslər sizi bədbinləşdirməsin. Yaşananlar sınaqdır. Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərdə sərinlik yarana bilər. Tərəfdaş və ya şəriklə birgə fəaliyyətdə iş bölgüsü prinsiplərini pozmayın. Emosional davranaraq sonradan ağır fəsadlara səbəb ola biləcək qərarlar verməyin. Axşam saatlarında evdən kənarda əylənə, istirahət edə bilərsiniz. Əqrəb - Yaranmış problemləri vaxtında həll etsəniz, olayların axarında ciddi dəyişikliklər olmayacaq. Səbrli davranın, kəmhövsələlik etməyin. Sürprizlər və yeniliklər olacaq. Öhdəliklərlə vədlərinizə laqeyd qalmayın. Unutqan insan təsiri bağışlamayın. Günün ikinci yarısında risklər istisna deyil. Yaşamınızda mərhələləri qarışdırmayın. Başladığınız işi yarımçıq qoymayın. Sözlərinizə fikir verin. Axşam saatları hobbi və ya sevdiyiniz məşğuliyyət üçün əlverişlidir. Oxatan - Əvvəlcədən tərtib olunmuş fəaliyyət proqramı pozulacaq. Maliyyə imkanlarınızı stress-testə məruz qoymayın. Qənaətli olun, hər manatın hesabını bilin. Çox istədiyiniz, əldə etmək istədiyiniz nəsnənin alınmasını ertələyin. Çətin olsa da, bunu edin. Günün ikinci yarısında təkliflərə kor-koranə razılıq verməyin. Manipulyasiyaya can atan insanın məramlarından xəbərdar olun. Dostlar və ya tərəfdaşlarla yeni işə başlamaq olar. Axşam saatlarına yaxın məqsədə çatmaq üçün radikal tədbirlərə əl atmaq da olar. Ehtiyatlarınızdan, potensialınızdan bəhrələnin. Oğlaq - Hisslərinizi nəzarətdə saxlayın. Fikir mübadiləsini qarşıdurmaya və davaya çevirməyin. Məqsədə çatmaq üçün operativ hərəkət edin. Problemli situasiyada sərt tədbirlərə əl atmayın. Adekvat yolu seçin. Günün ikinci yarısında eyham və ya işarə alandan sonra hərəkətə keçin. Xahiş və təvəqqeləri qulaqardına vurmayın. Texniki manipulyasiyalar zamanı mövqeləriniz səbatlı, hərəkətləriniz dəqiq olmalıdır. Yeni texnika, yaxud da avadanlıqla ehtiyatla çalışın. Təlimatlara, göstərişlərə əməl edin. Dolça - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin. Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji diskomforta qapılmayın. Axşam saatlarında diqqətli olun. Balıqlar - Günün ilk yarısında yaşanan hadisələri diqqətlə izləyin. Qarşı tərəfin dediklərinin fərqinə varın. Bir qədər passiv davranın. Yalnız fövqəladə hallarda, o da ki qısa müddətdə hiperaktiv ola bilərsiniz. Yeni əlaqələr yaradın, köhnə təmasları bərpa edin. Günün ikinci yarısında ötənlərlə bağlı faydalı məlumat əldə olunacaq. Özəl istəyə malik şəxs sizə yardım üçün müraciət edəcək. Yardıma sizin ehtiyacınız varsa, bununla bağlı etibarlı insana üz tutmaq olar. Axşam saatlarında normal istirahət edin. Milli.Az
Qoç - Günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Dialoqa meylli insan təsiri bağışlayın. Çətin problemləri emosiyaları gərmədən həll etmək olar. Müşavirələr, ünsiyyət, hüquqşünasla məsləhətləşmə üçün yaxşı zamandır. Günün ikinci yarısında eqosentrist olmayın, rəsmiyyətçiliyə ikrahla baxmayın. Yaşlı qohumlarla təmaslarda aqressiv davranmayın. Dövlət qurumlarının mənsubları ilə danışıqlarda diqqətli olsun. Vaxtından əvvəl təşəbbüslərlə çıxış etməyin. Qarşı tərəfi dinləməyə çalışın. Buğa - Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə ünsiyyət ön plana çıxacaq. İşdə rəhbərliklə müzakirələr aparın. Peşəkar etiketin tələblərinə diqqətlə yanaşın. Günün ikinci yarısında işgüzar prosesi poza biləcək addımlar atmayın. Gərəkli korrektivlərdən, zəruri düzəlişlərdən yayınmayın. Hansısa sənədin dəqiqləşdirilməsinə, təcili müzakirəyə ehtiyac duyulur. Əkizlər - Faydalı məlumat əldə etməyə can atın. İnformasiya axını intensiv olacaq. İrəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin. Günün ikinci yarısında uzunmüddətli tərəfdaşlığa başlamaq olar. Fərqli təmaslar riskli olsa da, qısamüddətli avantüraya başlamaq olar. Yaradıcılıq arealını genişləndirin. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Fərdi seçimdə dürüst olun. Vicdanınızla sövdələşməyə çalışmayın. Xərçəng - İşlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Daşınmaz əmlak məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar. Variantları arayın, rieltorlarla görüşün, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın. Günün ikinci yarısında təməl prinsipləri qulaqardına vurmayın. Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün məqsədləri konkretləşdirin. Axşam saatlarında gəzintiyə çıxın. Şir - Yaxın ətrafınızdakı insanlarla aktiv təmaslarda olun. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi strukturların və kommersiya təşkilatlarının mənsubları ilə əməkdaşlığa başlamaq olar. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla yeni layihəyə başlaya bilərsiniz. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin. Axşam saatlarını ailə üzvlərinə ayırın. Qız - Faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron servislərdən istifadə edin. Günün ikinci yarısında alış-verişə yollananda nə alacağınızı dəqiq bilin. Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər. Axşam saatlarında normal istirahət edin. Tərəzi - Tarazlığı qoruyun, mütənasibliyi poza biləcək radikal addımlar atmayın. Müstəqilliyə ifrat dərəcədə can atsanız, situasiyaya kobud müdaxilələrə rəvac verəcəksiniz. Pedant olun, amma aradabir yaradıcılıq axtarışlarına çıxın. Hakim, qiymətləndirici, vasitəçi və ya müşavir rollarından birini oynamaq məcburiyyətində qala bilərsiniz. Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə ən zəif yeriniz nəzakətdir. Yaxın ətrafınızdakı insanlardan birinin sizin ehtiyaclarınızı tam anlayacağını düşünməyin. Eqoist, təşəxxüslü olmayın. İstəklərinizi pərdələməyin. Niyyət və arzularınızı dilə gətirin. Əqrəb - Danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sənədləşdirmədə dəqiq olun, səhvlərə yol verməyin. Birgə layihələrin həyata keçirilməsində detallara fikir verin. Aqressiv olmayın. Sərt ritorika heç bir nəticə verməyəcək. Günün ikinci yarısında ilkin razılaşdırmalar olmadan yeni layihəyə başlamayın. Mühüm məsələləri götür-qoy etmədən təhlilə uğratmayın. Bəzi məqamları maraqlı tərəflə təklikdə danışmaq daha yaxşıdır. Fərdi məlumatların təhlükəsizliyini yoxlayın. Mühüm infomasiyanı əldə etmək üçün bütün vasitələrdən yararlanın. Kiminsə sizə etibar etdiyi sirri yaymayın. Oxatan - Məhsuldar və yaxşı gündür. Ünsiyyət əvəzinə işə üstünlük verin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Hər şeyi şəxsi mənafeyə qurban verməyin. Ambisiyalarınızda ifrata varmayın. Dəyər verdiyiniz insanların təməl istəklərini və ehtiyaclarını nəzərə alın. Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmaslarda həddi aşmayın. Səmimi, nəzakətli olun. Təfərrüatlarına bələd olmadığınız situasiyalarda düşünülməmiş atılan addımlar sonradan ağır fəsadlara səbəb ola bilər. Perspektiv əlaqələrə üstünlük verin. Oğlaq - Məqsədləri konkretləşdirin, hədəfləri təftişə uğradın. Karyera müstəvisində inkişaf, gərəkli çevrələrdə əlaqələrin möhkəmlənməsi, peşəkar biliklərlə bacarıqların artırılması, ümumi informatik səviyyənin yüksəldilməsi - bütün bunlar aktualdır. İş yerində toplantı, rəhbərliklə müzakirə, rəsmi instansiyalardan birində aktiv təmaslar və müqavilələrə yenidən baxılması istisna deyil. Günün ikinci yarısında layihəni genişləndirin. Mövcud qaydalar çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılmayın. Sərf etdiyiniz enerji ilə gördüyünüz işin sonucları arasında ədalətli nisbət olmalıdır. Dolça - Bilikləriniz, bacarıqlarınız, məlumatlarınızdan yararlanın. Uzunmüddətli tərəfdaşlığa, yeni layihəyə başlamaq olar. Dünyagörüşünüzü artırın, təcrübənizi genişləndirin. Təhsil, hüquq, elm, proqramlaşdırma, turizm, səhiyyə sahəsində fəaliyyət göstərənlər üçün əlverişli zamandır. Günün ikinci yarısında indiyədək əldə etdiyiniz təcrübədən və baza materiallardan yararlanın. Elektron ödənişlərə üstünlük verin. Belədə daha maraqlı işlər üçün vaxtınıza qənaət edə bilərsiniz. Tərəfdaş və şəriklərlə təmaslarda ədalətli, vicdanlı davranışın ən yaxşı siyasət olduğunu unutmayın. Balıqlar - İntizamlı olmasanız, görəcəyiniz işlə bağlı yetərincə məlumatlar əldə etməsəniz, gün pis başlayacaq. Uğursuzluğa düçar olmamaq üçün diqqətli və sayıq davranın. Hər şey ani qaydada əldə olunmur. Sizdən tələb olunanları anlayın və yaranmış durumdakı şərtləri çək-çevirsiz qəbul edin. Günün ikinci yarısında intuisiya işlək deyil. Qaydalara, situativ modellərə, təlimatlara əməl edin. Ağır və çətin şəraitdə ifrat dərəcə müstəqil olmağa can atmayın. Mütəxəssisdən yardım istəməkdə qəbahət yoxdur. Dövlət qurumlarına baş çəkməyi ertələməyin. Bu minvalla çoxsaylı suallara cavab tapmaqla yanaşı, səhvlərdən də sığortalana bilərsiniz. Milli.Az
Qoç - günün ilk yarısı darıxdırıcı təsir bağışlaya bilər. Situasiyanın zahiri təzahürlərinə aldanmayın. Rutin işlərlə məşğul olun. Yasaqları pozanda, qadağalara məhəl qoymayanda sonucları və fəsadları düşünün. Ənənəvi, sınanmış metodları avantüra ilə əvəzləməyin. Sərt tənqid və etirazlarla qarşılaşa bilərsiniz. Sizə qaydaları, təlimatları və habelə işlərin başa çatdırılması gərəkən vaxtı xatırladacaqlar. Yeni ideylarınız dəstəklənməyəcək. Səbrli olun. Ailə üzvlərinə təzyiq etməyin. Nə isə etmək istəyirsinizsə, yalnız öz qüvvənizə bel bağlayın. Yaşamınızı çətinləşdirən imkanlardan faydalanın. Buğa - günün ilk yarısında sizi çox iş gözləyir. İşdə və ailədə "lokomotiv" rolunu oynamalı olacaqsınız. Yeni hədəf, fərqli məqsəd əla stimuldur. Köhnə planlardan birini reallaşdırmaq üçün əlverişli zamandır. Ətalətli olmayın, passiv davranmayın. Başladığınız işi yarımçıq qoymayın. Günün ikinci yarısında sərhədləri keçməyin, oyun qaydalarını pozmayın. Səhhətinizin qeydinə qalın. Travma və xəstəlik riskləri artır. Texnika ilə çalışanda ehtiyatlı olun. Əkizlər - asan gəlir etmək ideyalarını unudun. İşlər artır, fəaliyyətdə gərginlik motivləri çoxalır. İdeyaların reallaşdırılması üçün maliyyə dəstəyi gərəkdir. Ruhdan düşməyin. Maneələr və sədlər sizi passivləşdirməməlidir. Günün ikinci yarısında hədəf və məqsədlərinizi təftiş edin. Yaxın ətrafınızdakı bəzi insanların aşkar rəqabət istəklərinə fikir verin. Dostlardan biri rəqibə çevrilə bilər. Unutmayın: maliyyə məsələləri, pul hərisliyi çoxlarını korlayır. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Xərçəng - adi günlərdən biridir. Heç bir ekstraordinar hadisə baş verməyəcək. Ev işləri ilə məşğul olmaq mümkündür. Alış-verişdə bədxərclik etməyin. Qəfil təklif olarsa, gəlir istisna deyilsə, razılaşın. Maliyyə əməliyyatları üçün uğurlu zamandır. Günün ikinci yarısında müstəqil çalışmaq daha sərfəlidir. Kimsə sizi qıcıqlandırırsa, belə adamdan uzaq olun. İradlar mübadiləsi münaqişəyə səbəb ola bilər. Nə qədər gec deyil, maraqlarınızı və qərarlarınızın fəsadlarını dəyərləndirin. Nə istədiyinizi müəyyənləşdirin. Axşam saatları səhhətinizin qeydinə qalın. Profilaktika üçün pis zaman deyil. Şir - yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Aqressiv və eqoist olmayın. Tərəfdaşlarla əlaqələrdə müvazinəti pozmayın. Qarşılıqlı güzəştlərə hazır olun. Bəzi imkanlara və imtiyazlara görə mübarizə aparmanız gərəkdir. Günün ikinci yarısında işdə maliyyə və ya ideoloji məsələlərə görə rəhbərliklə münasibətlər korlana bilər. Anlaşmalar, müzakirələr üçün əlverişli zaman deyil. Sərtlik əlaqələri korlaya bilər. Fərdi təşəbbüsləri ertələyin. Aktivliyiniz ciddi müqavimətlə üzləşəcək. Qız - günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın. Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar. İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda passivlik etməyin. Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya torpaqla bağlı problemləri həll etmək olar. Tərəzi - haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir. Günün ikinci yarısında sizi narahat edən problem barədə ailə üzvlərinə danışa bilərsiniz. Axşam saatlarında yolda olsanız, gəvəzə insanın dediklərinə qulaq asmayın. Təxribatlara uymayın. Axşam saatlarına yaxın gərginlik artacaq. Əqrəb - başqalarının maraqları və mənafeləri arasında qala bilərsiniz. Ailədə və ya işdəki situasiyanın girovuna çevrilməyin. İqtisadi və siyasi prosesləri diqqətlə izləyin. Hadisələrə təsir imkanlarına malik insan sizə maneələr yaratmağa çalışacaq. Günün ikinci yarısında nüfuzunuza və ya mövqelərinizə zərbələr vurmaq istəyən bədxahın qarşısını qətiyyətlə alın. Mübarizəsiz geri çəkilməyin. Daşınmaz əmlak, maddi məsələlərdə inadkarlıq edin. Yaradıcılıqla məşğul olmağa vaxt tapın, karyera inkişafını düşünün. Uzunmüddətli rəqabətə hazır deyilsinizsə, mübarizə meydanını tez tərk edin. Məişətdə genişmiqyaslı islahatlara başlamayın. Ailə üzvlərinin qəlbini qırmayın. Oxatan - rutin məsələlələrin çoxluğu sizi əsas məqsəddən yayındırmamalıdır. Maddi məqamlar, xidməti öhdəliklər çox vaxt aparacaq. Yaxın dostlardan biri və ya qohumun yardıma ehtiyacı ola bilər. Günün ikinci yarısında əsas yolla irəliləyin. Bütün işlərlə müstəqil məşğul olun. Başqalarının yardımlarından izafi istifadə etməyin. Əks halda artan gərginliyə dözməyə bilərsiniz. Həddən artıq güc və vaxt tələb edən işi ertələyin. Axşam saatlarında fiziki travma almamaq üçün diqqətli davranın. Normal istirahət etməyə çalışın. Oğlaq - maliyyə məsələlərində təmkinli davranın, emosiyalara uyaraq düşünülməmiş qərarlar verməyin. Həddən artıq sərt qənaətə zərurət duyulmur. Bununla belə, israfçılıq etməyin. Mənasız eksperimentlər aparmayın, bütün qüvvənizi və diqqətinizi real məqsədlərə yönəldin. Günün ikinci yarısında hədəfləri təftiş etsəniz, real nəticələr əldə edəcəksiniz. Yaradıcılıq layihəsinə başlamaq, yaxın perspektivin planlarını yeniləmək olar. Risk etməkdən qorxmayın. Bununla bahəm illüziyalara qapılmayın, xam xəyallara aldanmayın. Dolça - məqsədlərinizə çatmaq üçün xeyli çətinlikləri dəf etməli olacaqsınız. Sədlər və maneələrin sayı artacaq. Texniki, xidməti və məişət problemlərinin sayı artacaq. İradlar çoxalacaq, tələbat güclənəcək. Günün ikinci yarısında ambisioz insan təsiri bağışlamayın. Haqlı olduğunuzu nəyin bahasına olursa-olsun göstərməyə çalışmayın. Rəqibləri haqlayın və onları geridə qoyun. Başqasının fəaliyyət arealında ehtiyatlı davranın. Qələbələr asan başa gəlməyəcək. Axşam saatlarında travma və ya mənəvi məğlubiyyət riski var. Balıqlar - ikinci dərəcəli işlərə diqqətiniz yayılmasın. Cari işlərlə məşğul olun, rutin məsələlərdən usanmayın. Əsas məqsədə doğru aparan yolda qətiyyətlə irəliləyin. İşlər nə qədər artırsa, ödəniş və gəlirlərlə bağlı problemlər sizi daha çox narahat edəcək. Günün ikinci yarısında bilik və bacarıqlarınızı bilərəkdən az göstərməyə çalışmayın. Artıq heç nə istəməyin. Tələblərin zamanı deyil. Aradığınız məlumatı internetdə tapa bilərsiniz. İşdə rəhbərliklə mübahisə etməyin. Heç bir real səbəb olmadan həmkarlarla münasibətləri korlamayın. Səhhətinizə fikir verin. Milli.Az
Qoç - Enerjinizin həddi-hüdudu yoxdur. Amma bir dənə də olsun, dəyərli və maraqlı bir iş tapa bilmirsiniz ki, həmin qaynayan enerjinizi ona sərf edəsiniz. Nəticədə vaxtınızı boşuna sərf edirsiniz. Başqalarının layihələrində iştirak edən, ümumi maraqlara xidmət edən işləri həll edən Qoçlar isə bu baxımdan istisna təşkil edirlər. Əməkdaşlıq sizə faydalıdır, bu gününüzü daha maraqlı edir.Şəxsi həyatda dəyişikliklərin təşəbbüskarları bu gün məhz Qoçlardır. Bəziləri öz partnyorlarını cəsarətli və qeyri-adi təklifləri ilə təəccübləndirir, bəziləri isə düşünürlər ki, artıq yeni bir mərhələyə adlamaq vaxtıdır və əvvəlki əlaqələrini heç bir şübhə etmədən, tərəddüdsüz, birdəfəlik kəsirlər. Buğa - Gün maraqlı və uğurludur. Onu nəyə həsr etmək qərarını özünüz verə bilərsiniz. Tamamilə yeni bir işə başlasanız, ilk uğurların bu qədər tez alınmasına təəccüblənəcəksiniz. Əvvəllər başladıqları işi davam etdirməkdə olan Buğalar qabaq onlara burada çox çətin görünən problemləri tezliklə həll edəcəklər.Bu gün dəyərli bir hədiyyə ala bilərsiniz. Sahibkarlar üçün öz biznesləri üçün investorlar cəlb etmək çətinlik törətməyəcək. Şəxsi münasibətləriniz də üzünüzü güldürəcək: əgər burada nə isə dəyişirsə, yalnız yaxşılığa doğru dəyişir. Əkizlər - Bu gün göylərin xüsusi himayə göstərdiyi şəxslər arasındasınız. Günün birinci yarısı buna tam əmin olacaqsınız. Hansı işdən yapışsanız, alınacaq. Yeniliklərə, həyatınızı dəyişməyə nə qədər çox can atırsınızsa, bir o qədər bu işdə uğur qazanırsınız. Həyatınızı çətinləşdirən stereotip və vərdişlərdən qurtulmaq bu gün sizə asan olacaq.Enerjiniz çoxdur, həyat eşqiniz coşub-daşır, yorulmaq bilmirsiniz. Bu gün romantik tanışlıqlar üçün çox münasibdir: davamı ancaq xoşbəxtlik vəd edir. Xərçəng - Tamamilə yeni, daha maraqlı bir işlə məşğul olmaq arzusundasınız. Ancaq məsuliyyət və vədləriniz sizi sərbəstlikdən məhrum edir: əvvəlki işlərinizi bitirmədən irəli gedə bilməyəcəksiniz. Bu gün çox işləməli olacaqsınız, entuziazmınız kifayət qədər olsa da, çox cüzi yardım alacaqsınız.Günün ikinci yarısı yaxınlarınızla münasibətlərdə ahəngdarlıq və qarşılıqlı anlaşma vəd edir. Əvvəlki incikliklərdən əsər-əlamət qalmayacaq və siz anlayacaqsınız ki, doğrudan da, sizi sevən insanlarla əhatə olunmusunuz. Şir - Bu gün öz qayğınıza özünüz qalın, "yuxarılar" məşğuldur. Maliyyə vəziyyətiniz zərbə altındadır: pullar gah bilinməyən istiqamətdə yoxa çıxır, ya da dəhşətli dərəcədə azalır. Planlarınızı gözdən keçirin, xeyli pul tələb edən işləri bir qədər gözlədin.Şəxsi münasibətlər baxımından gün o qədər də pis deyil: ciddi səhvlər buraxmır, münaqişələrdən qaçır, hətta vaxtaşırı güzəşt yollarını da arayırsınız. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa biləcəklər. Qız - Əla gündür. Həm gücünüz, həm də həmişəki kimi, inadınız çoxdur. Yəni sizin üçün görülməsi mümkün olmayan iş yoxdur. Üstəlik, qarşınızda gözlənilməz imkanlar açılır və siz onlardan lazımi qaydada istifadə edirsiniz. Kommersiya fəaliyyəti üçün uyğun gündür. Bu gün bağlanan sövdələr yaxşı gəlir gətirəcək.Gün, sizin üçün vacib olan münasibətlərin və insanların həyatınıza qayıdışı ilə əlamətdar olacaq. Ulduzlar sizə ikinci şans verir: keçmiş səhvlərinizi təkrarlamadan bu şansdan istifadə edin. Yaxınlarınızın məsləhətinə qulaq verin. Tərəzi - Sizə bir qədər dözüm gərəkdir, çünki gün ərzində bəzi xırda-para xoşagəlməzlik yaşayacaqsınız. Sadəcə, gözləmə mövqeyi tutun. Özünüzdən çıxmaq məsləhət deyil: neqativ emosiyalar sizi düşünülməmş hərəkətlərə təhrik edə bilər. Yaxşı olar ki, bu günü sizi tanıyan, anlayan, həyata baxışınızı dəstəkləyən insanlara həsr edəsiniz. Ən azından elələrini seçin ki, sizə aydın görünən məsələləri onlara ikinci dəfə izah etmək məcburiyyətində olmayasınız.İşləriniz başınızdan aşır, enerjiniz isə azdır. Bu o deməkdir ki, axşama doğru güclü yorğunluq hiss edə bilərsiniz. Səhhətinizə vaxt ayırın. Əqrəb - Köhnə bir probleminizin yenidən baş qaldırması ehtimalı var. Bu dəfə problemin heç olmadığı kimi davranmaq karınıza gəlməyəcək. Ümumiyyətlə, siz artıq reallığa dönərək hər şeyi olduğu kimi görməyə hazırsınız. Çətinlikləri aşmaq üçün sərtlik tələb olunacaq, sözləriniz və hərəkətləriniz ətafdakıları qıcıqlandıra bilər.İstənilən yenilənmə üçün uyğun gündür. Həm imicinizdə, həm evinizdə dəyişikliklərə ehtyiacınız var. Lazım olmayan hər şeydən imtina edin: bu, sizə uğur gətirəcək. Oxatan - Həftənin ən anlaşılmaz günüdür. Bu gün alacağınız bir xəbər sizi çaşdıracaq. Bir çox Oxatanlar planlarını tələsik dəyişməli, başqalarının mənafeyi naminə nəyisə qurban verməli olacaqlar. Xərcə düşəcəksiniz, amma xəsislik etməyin, bu xərclər özünü doğruldacaq.Yeni münasibətlərə başlaya bilərsiniz, amma ehtiyatlı olun. Bu gün insanlara dəyərindən artıq qiymət verirsiniz, hətta buna haqqı çatmayanlara da. Yaxınlarızla və ümumiyyətlə, yaşda sizdən cavanlarla ünsiyyət sizi sevindirəcək: onların nikbinliyi və həyatsevərliyi sizi də qanadlandırır. Oğlaq - Sizin üçün çox dəyərli bir insana görə narahatlıq keçirəcəksiniz: onun hərəkətləri sizə düşünülməmiş və təhlükəli görünür. Öz işləriniz barədə düşünməyə vaxt qalmır, baxmayaraq ki, onlar da özlərinə qarşı ciddi diqqət tələb edir. Əgər kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı olun, sövdələşmələr heç nədən korlana bilər.Vaxtınızın çox hissəsini təmiz havada keçirməyə çalışın. Əgər gününüzü istirahətə həsr etmək fikrindəsinizsə, aktiv istirahəti seçin. İdman, rəqs, uşaqlarla oyunlar məsləhətdir. Əgər kitab-dəftərlə işiniz varsa, gözlərinizə diqqət edin. Dolça - Bu gün baş verən hadisələr sizi sevindirəcək. Hər işiniz alınacaq. Pullarla bağlı istənilən əməliyyat uğurlu olacaq, işgüzar hissiyyatınız sizi aldatmayacaq. Alış-veriş, sövdələr məsləhətlidir. Bəzi Dolçalar öz gəlirlərini artırmaq üçün gözlənilməz imkanlar qazanacaqlar.Sizi anlayan və dəstək olan insanları asanlıqla tapırsınız. Fantaziyasına korluq verməyənlər isə maraqlı layihələr, təkliflər irəli sürə bilərlər. Bu gün başlanan romantik münasibətlər xoş gələcək vəd edir. Balıqlar - Aza qane olmayın: bu gün, doğrudan da, böyük qələbələr qazana bilərsiniz. Düzgün qərarlar vermək üçün bilik və təcrübəniz yetərincədir. Öz imkanlarınıza şübhə etməyi bir kənara qoyun. İstənilən yaradıcı münasibət tələb edən layihənin həyata keçirilməsi, həmçinin özünüdərk üçün əla gündür.İntuisiyanıza güvənin, o, sizə pis adamları yaxşılardan seçməyə kömək edəcək. Dostlarınızın vasitəçi olacaqları tanışlıqlar sizin üçün faydalı olacaq. Milli.Az
Qoç - çox uğurlu gündür. Müsbət tendensiyaların təsiri əvvəlkitək güclüdür. Hiss edirsiniz ki, sizin üçün mümkünsüz heç nə yoxdur və bu, doğrudan da, belədir. İşgüzar danışıqlar üçün əla gündür, kimi istəsəniz, özünüzün haqlı olduğunuza inandıracaqsınız. Maliyyə perspektivləri yaxşıdır. Əlinizə vaxtında pullar gələcək. Əla əşyalar əldə etmək şanslarınız var. Bunların siyahısı qarderobdan tutmuş, məişət texnikası və avtomobilədək dəyişə bilər. Buğa - bu günün sizi sevindirəcəyi şübhə altındadır. Problemləriniz çox və mürəkkəbdir. Hamısının öhdəsindən tezliklə gələcəyinizə ümid etməyin. Bəzi işgüzar məsələləri vaxtında həll edə bilmirsiniz, bu səbəbdən peşəkar mövqeyiniz təhlükədədir. Həmkarlarınız və rəhbərliklə ciddi fikir ayrılıqları yarana bilər. Təəssüf ki, işdəki problemləri özünüzlə evinizə də daşıyırsınız. Bu isə yaxınlarınızın narazılığına səbəb olur. Əkizlər - günün ilk yarısı əsla nəzərdə tutulmamış, qəfil işin görülməsi zərurəti ilə başlaya bilər. Əhvalınızı korlamağa çalışacaqlar. Emosiyalara uymayın, diqqətli olun. Biznesdə tərəfdaşlarınıza, fəaliyyətinizdəki insanlara diqqətlə yanaşın. Qayğıkeş, səmimi olun. Günün ikinci yarısında bəzi anlaşılmaz məsələləri həll etmək olar. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələri dəf etməyincə irəliləyiş mümkün olmaycaq. Baş verən hadisələrə rəğmən emosiyalara qapılmayın. Sakit, soyuqqanlı olsanız, situasiyanı obyektiv dəyərləndirərək böhranın ən optimal həll variantını tapa biləcəksiniz. Axşam saatlarında normal istirahət edin. Xərçəng - kiçik, amma dərhal həll olunması gərəkən məsələlər var. İşçi məqamların çözülməsində aramla çalışın. İşdə həmkarlarınızın fikirlərini nəzərə alın. İnzibati məsələlərin həllində yaxın dostlarınız, tərəfdaşlarınız və ya şəriklərinizin köməyindən faydalana bilərsiniz. Günün ikinci yarısında dövlət qurumlarından birinə baş çəkmək, rəhbərliklə müzakirələrə başlamaq, hesabatlar hazırlamaq olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə bəlli həddi keçməyin. Kommunikasiyalar və təmaslar qarşılıqlı sayğı, anlaşma üzərində qurulmalıdır. Axşam saatlarınızda vücudunuzda ağrılar hiss etsəniz, dərhal mütəxəssisə üz tutun. Şir - gününüz asan olmasa da, həm qarşınıza qoyduğunuz məqsədlərə çata, həm də rəqiblərinizi ötüb keçə bilirsiniz. Peşəkar sahədə əməlli-başlı irəliyə sıçrayış edə bilərsiniz. Öz gücünüzə inanır və çətinliklər yaranarkən geri çəkilmirsiniz. Qələbə qazanmaq üçün də elə bu lazımdır. Günün ikinci yarısı planlaşdırılmamış, amma çox maraqlı görüşlər mümkündür. Bir çox Qoçlar ünsiyyətdən xeyli zövq aldıqları insanlarla yenidən görüşəcəklər. Qız - məhsuldar fəaliyyətin naminə müəyyən məsələləri qurban vermək olar. Təcili həllini gözləyən problemləri sıralayın. Ən önəmli məqamları seçərək ön plana çıxarın. Situasiyadakı qəfil dəyişikliklərə psixoloji baxımdan hazır olun. Günün ikinci yarısında işdə rəhbərliklə danışmalı olacaqsınız. Gərəkli tonu seçin, ehtiyatlı olun. Sakin və məntiqli olun. Belədə mühüm məsələləri öz xeyrinizə həll edə bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Tərəzi - günün ilk yarısında maddi məsələlərin həllinə yetərincə vaxt ayırın. İkinci dərəcəli məsələlərin həllini ertələmək də olar. Aldığınız informasiyaları və məlumatları təhlil etmədən fikir yürütməyin. Qərar qəbul edəndə təmkinli olun. Günün ikinci yarısında sizi aldatmağa çalışacaqlar. Şirnikləndirici vədlər sizi uğursuz plana və ya layihəyə qatmaq məqsədi daşıyır. Yaxın ətrafınızdakı insanlardan biri sizi bilərəkdən yanlış məlumatlar vasitəsilə səhv addım atmağa sövq etməyə çalışır. Ümumi qaydaları pozmayın, ilkin plan çərçivəsindən kənara çıxmayın. Həmkarlarla sıx tərəfdaşlıq xeyrinizə ola bilər. Əqrəb - maliyyə məsələlərində sayıq olun. Mühüm sənədlərin imzalanmasında, işgüzar yazışmalarda təfərrüatları nəzərdən qaçırmayın. Hansısa proseslərlə bağlı şübhələriniz yaranarsa, bir qədər nəfəs dərin. Amma yerinizdə saymayın, irəliləməyə can atın. Günün ikinci yarısında təklifləri dəyərləndirmədən qərar verməyin. Bəzi məsələlərdə tələskənlik ciddi fəsadlar yarada bilər. Hadisələrin pərdəarxasındakı məzmunu anlamasanız, yanlış addım atacaqsınız. Uzaq qohumlardan birinə yardım gərəkdir. Ona kömək etməyi unutmayın. Oxatan - təcili işlərin həllinə yetərincə vaxt ayırın. Diqqətli olun, detallara fikir verin. Bəzi nüanslar fikrinizdən yayınarsa, tələsməyin, onları nəzərdən keçirin. İkinci dərəcəli məsələlərə bütün diqqətinizi ayıraraq vaxtınızı fövtə verməyin. Günün ikinci yarısında cari işlərin həllində təmkinli olun. Emosiyaların tarıma çəkildiyi anlarda soyuqqanlı davranın. Yaxınlarınızın mövqelərinə fikir verin, onların nə istədiklərini anlayın. Sözlərinizdə neytral olun, dəyər verdiyiniz insanların xətrinə dəyməyin. Bədxahları izləyin, onların əməllərini müşahidə edin. Oğlaq - günün ilk yarısı yeni bilik və məlumatların əldə edilməsi, dünyagörüşünün artırılması, hadisələrin mahiyyətinin anlaşılması üçün əlverişlidir. Yaşanan vəziyyətin təkanverici məqamlarını araşdırın. Hadisələrin məğzini anlamağa can atın. Belədə sizi narahat edən məsələlərin həllini tapa bilərsiniz. Günün ikinci yarısında sirlərinizi kimsə ilə bölüşməyin. Yaxşı tanımadığınız insanları niyyətlərinizdən xəbərdar etməyin. Gerçək niyyətləri sizə tam bəlli olmayan insanlarla tərəfdaş olmayın. Axşam saatlarını özünüzə həsr edin. Dolça - günün ilk yarısı mühüm işlərin çözülməsi üçün yararlıdır. Təşkilati və inzibati problemləri həll edərkən məhsuldar çalışın. Toplantıya qatılsanız, həmkarları və ya tərəfdaşları sərt tənqid etməyin. Lider olmaq istəyirsinizsə, ətrafınızdakı insanları arxanızca aparmağı bacarın. Günün ikinci yarısındakı çətin situasiyada məntiqli davranın. Nüfuzunuza zərbə dəyməsini istəmirsinizsə, aktual hadisələrin axarını izləyin. Axşam saatlarında gərəkli məlumatı internetdən araya bilərsiniz. Balıqlar - səhər saatlarını cari məsələlərin həllinə, məişət problemlərinin çözülməsinə və peşə fəaliyyətinizlə bağlı xırda nüansların aradan qaldırılmasına həsr edin. Gün ərzində maksimum dərəcədə təmkinli, səbrli olun. Emosional davranmayın. Hisslərinizə hakim olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla ünsiyyət sizdən konstruktivlik, hər sözünüzə cavabdeh olmağı tələb edəcək. Yaşam arealı və daşınmaz əmlakla bağlı məsələlərin həllində tələskənliyə yol verməyin. Yeni layihəyə başlamağa tələsməyin. Milli.Az
Qoç - çox mürəkkəb, ağır gündür. Sizə birbaşa dəxli olmayan münaqişəli situasiya yaranacaq. Məğlub tərəfi dəstəkləsəniz, itkilər verə bilərsiniz. Maliyyə maraqlarınızı müdafiə edin. Şübhəli layihələrə, avantüralara qatılmayın. Pulla və ya əmlakla risk etməyin. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla mübahisələr adi günlərlə müqayisədə daha çox olacaq. Neqativ emosiyaların təsiri altına düşməyin. Sadəlövh insanların təkliflərinə aldanmayın. Axşam saatlarında normal istirahət edin. Buğa - asan olmayan, qarışıq və laübəli gündür. Məqsədə aparan yolda ciddi problemlər və çətinliklərlə qarşlaşmağınız istisna deyil. İradəli və qətiyyətli olmaqla bahəm, inadkar olun. Tərəfdaşlarla müttəfiqlər sizi dilə tutaraq optimal variant təklif etsələr də, məqbul bildiyiniz yolu seçin. Maraqlarınız və sizə bel bağlayan insanların istəkləri arasında seçim məcburiyyətində qala bilərsiniz. Günün ikinci yarısında qərarlarınızla əməlləriniz yaxın ətrafınızdakı insanlara qəribə təsir bağışlaya bilər. Axşam saatlarında aktiv olun. Əkizlər - gün maraqlı görüşlər vəd edir. Sizi tez anlayacaq, hisslərinizi dərk edəcək insanla qarşılaşa bilərsiniz. Bu gün başlayacaq romantik münasibətlər harmonik inkişaf edə bilər. Bunun üçün hadisələrə süni təkan verməyin, təzyiq və ya pressinqə əl atmayın. Günün ikinci yarısında enerjiniz dağıdıcı səciyyə daşımamalıdır. Texnika və ya avadanlıq sıradan çıxa bilər. Sükan arxasında çox vaxt keçirməyə dəyməz. Axşam saatlarında gəzintiyə çıxın. Xərçəng - diqqətli, sayıq, sərvaxt olun. Xırdalıqlara və ilk baxışdan önəmsiz təsir bağışlayan detallara fikir verin. Yaxın gələcəklə bağlı qayğılar, təlaş sizdə narahatlıq yarada bilər. Bütün diqqəti mühüm, aktual işlərə yönəldin. Maraqlı təkliflər alsanız da, tələsməyin. Tələsik qərar ziyanlıdır. Amma süst və astagəl də olmayın. Geciksəniz, bədxah və ya rəqiblərdən biri sizi mütləq şəkildə qabaqlayacaq. Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Problemlərin həllində orijinal olun. Yardım istəməkdən çəkinməyin. Şir - sənədlərlə iş və ya hesablamalarla müqayisədə ünsiyyət, təmaslar daha xoş keçəcək. Dəqiq və səliqəli olun. Sayıq davranmağınız gərəkən yerdə düşünülməmiş addımlar atsanız, çox ağır fəsadlarla qarşılaşa bilərsiniz. Yaradıcı yanaşma tələb edən işlərdə isə irəliləyişlər ola bilər. İntuisiya sizə dürüst yolu göstərəcək. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Günün ikinci yarısında səfər və ya səyahətə çıxmaq fikriniz varsa, bunun düşündüyünüzdən artıq vaxt aparacağına hazır olun. Şəxsi münasibətlərdə yaranmış problemin həlli ilə bağlı mühüm xəbər ala bilərsiniz. Ehtiyatlı olun, düşünülməmiş addım atmayın. Qız - həyatınızda köklü dəyişikliklərə nail olmaq istəyirsiniz? Bu gün işə başlayın. Situasiyanı dərindən hiss etməyə çalışın. Mövqeyinizi məntiqi arqumentlərlə dəstəkləyə bilməsəniz də, irəliləyin, aktiv olun. Boş dayanmayın. İntuisiyanız güclüdür. Az sonra baş verə biləcək hadisələri qismən də olsa, təxminləməyə çalışın. Günün ikinci yarısında orijinal ideyaları, maraqlı təklifləri olan insanlar sizə müraciət edəcəklər. Səfər və səyahətlər üçün əlverişli zamandır. Yolda xoş təəssüratlarla qarşılaşa bilərsiniz. Tərəzi - yaxşı çalışa bilərsiniz. Peşəkar məsələlərin öhdəsindən gəlmək üçün var gücünüzlə çalışın. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri azdır. Sevdiyiniz insanla təmaslarda ciddi fikir ayrılığı və ya ixtilaf yarana bilər. Güzəşt əldə etmək, ortaq məxrəcə gəlmək çətinləşir. Günün ikinci yarısında hadisələrə süni təkan verməyin. Az sonra yeni şərtlər yaranacaq, yeni məlumat əldə edəcəksiniz. Sövdələşmə və ya razılaşmaya nail olmaq mümkündür. Alış-veriş üçün münasib vaxtdır. Bədxərclik etməyin, pullarınızı ağılla xərcləyin. Uzaq perspektivlə bağlı planlar qurmaq olar. Situasiyanı ciddi təhlil edin, durumun mənfi və müsbət yönlərini dəyərləndirin. Əqrəb - şəxsi münasibətlərdə pozitiv dəyişikliklər ola bilər. Yaxınlarınızla təmaslarda harmoniyaya can atın. Sevdiyiniz insanları anlamağa, onları dinləməyə çalışın. İşlərinizdə ertələmə və ya təxirəsalmalara yol verməyin. Ev işləri, yaşam arealında yenilikliklər üçün əlverişli zamandır. Kulinar eksperimentlər uğurlu olacaq. Günün ikinci yarısında fəaliyyətinizdə ciddi irəliləyişlər olmayacaq. Hətta ən kiçik uğurlarınız belə yaxın ətrafınızdakı insanlardan birində hədsiz paxıllığa səbəb olacaq. İşdə rəhbərliklə mübahisə etməyin. Oxatan - ehtiyatlı olun. Travmalar, zədələr riski var. İtkilər, xoşagəlməz hadisələr istisna deyil. Təkbaşına çalışmaqdan, şübhəli işlərə, aşkar avantüralara qoşulmaq ideyasından çəkinin. Məhkəmə çəkişmələri, hüquqşünaslarla məsləhətləşmə, əmlak məsələlərinin həlli üçün əlverişsiz zamandır. Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar əldə edə bilərsiniz. Şəxsi münasibətlərdəki problemi həll etmək üçün özünüzə kənardan baxın, davranışınızda dəyişikliklər edin. Axşam saatlarında aktiv istirahəti seçin. Oğlaq - başqalarının problemlərini həll etmək üçün izafi səylər göstərməyin. Öz çətinliklərinizin aradan qaldırılmasının yollarını düşünün. Çoxdan bəri sizə qarşı məkrli planlar quran bədxahlardan birinin öhdəsindən gələ bilərsiniz. Sürəkli mübarizə apardığınız insanı tərksilah edin. Aktiv, enerjili, iradəli olun. Günün ikinci yarısında rəqiblərinizi üstələməyin variantlarını hesablayın. Dəvət olunduğunuz yerə qatılmaq üçün pis vaxt deyil. Maraqlı tanışlıq və yaddaqalan görüş sizi gözləyir. Dolça - yaşamınızı çətinləşdirməyin, həyatınızda əlavə problemlər yaratmayın. Dəqiq və sərrast qərarlar göz qarşısındadır. Çətinliklərin həlli üçün baş sındırmayın. Sadəcə, istədiyiniz variant seçin. Qeyri-formal şəraitdə həmkarlarla görüş və müzakirə üçün münasib zamandır. Şaiyə və iddialardan faydalı məlumat əldə etmək olar. Dəyər verdiyiniz insandan günün ikinci yarısında maraqlı xəbər alacaqsınız. Qəfil dəvət ola bilər. Sadə, səmimi, təvazökar davranın. Belədə ətrafınızdakı insanların diqqətini cəlb edə bilərsiniz. Balıqlar - mürəkkəb, ziddiyyətli, qarışıq və gərgin gündür. Əhvalınız tez-tez dəyişəcək. Hər şeyə rəğmən nikbin davranın, özünüzə əmin olun. Bədbinliyə qapılmayın, ruhdan düşməyin. Maraqlana biləcəyiniz işi tapmaq asan deyil. Günün ikinci yarısında macəra, yaddaqalan istirahət istəyi yarana bilər. Fəqət bu arzular çin olmayacaq. Axşam saatlarında gəzintiyə çıxın. Bir qədər fiziki iş pis olmaz. Milli.Az