narmin-mushfiqzadeh

Narmin Mushfiqzadə

Kotara sindromu nədir?

“Kotara sindromu” – insanın öz bədəninin bir hissəsinin, yaxud bütünlükdə orqanizminin məhv olduğu və artıq mövcud olmadığını zənn etməsi ilə xarakterizə edilən nadir xəstəlikdir. Kotara sindromu, yaxud sayıqlaması – özünüzün mövcud olmadığınızı zənn etdiyiniz andır. Bəzən beyin öz mövcudluğunu inkar edir. Bunu radikal özünüinkar adlandırmaq olar. Bu nadir psixoloji pozuntuya sahib olan insanlar əmindirlər ki, onlar ölmüşlər və yaxud onların bədənlərinin bir hissəsi mövcud deyil. Onlar həmçinin ətrafda canlı heç bir insanın olmadığına və dünyanın ümumiyyətlə mövcud olmadığına da inana bilirlər. Bu xəstəlikdən əziyyət çəkən insanlar beyin və yaxud ürək kimi həyati vacib orqanlarının mövcud olmadığını iddia edə, bəzən də bədənlərinin böyüyərək bütün kainata bərabər olduğunu zənn edə bilərlər. Bu insanlar intihara meyillidirlər və nə qədər təəccüblü görünsə də, bəzən özlərini ölümsüz esab edərlər. Kotara sindromu depressiv vəziyyət, hallusinasiya və yaddaşın itirilməsi ilə bağlıdır. Bəzən şizofreniyada da rast gəlinə bilər. Bu sindrom xəstələrdə ilk dəfə onun əlamətlərini təsvir etmiş fransız psixiatr Jül Kotara-nın adı ilə bağlıdır. İnsanlar istənilən yaşda olarkən bu sindrom ilə üzləşə bilərlər və sindrom qadınlarda daha çox rast gəlinir. Onu da qeyd edək ki, tutmalar heç bir psixi pozuntu olmadan baş verir. Müəllif:Nərmin Müşviqzadə