Nərmin Fərzəliyeva.
Ailə kiçik bir qrupdur. Kiçik bir qrup olmağına baxmayaraq, ən dərin münasibətlərin, hörmətin, sevginin, qayğının ilk toxumları əkilən, əkilən toxumların ilk tumurcuqları açılan bir ağacdır. Tərbiyəvi əsərlərdən biri olan " Qabusnamə" əsərində deyildiyi kimi, "Ata- Ana ağac, övlad isə həmin ağacın meyvələridir, ağaca nə qədər yaxşı baxsan meyvələridə bir o qədər yaxşı olar".Ailə münasibətləri və ailə yaxşı şəkildə qurulmalıdır ki, həmin ailənin davamçıları adət- ənənələri davam etdirən, vətəninə sadiq, cəmiyyətinə xeyirli bir vətəndaş ola bilsin. Ailə ilk sosiallaşma institutu, Ata və Ana isə ilk tərbiyəçilər hesab olunur. Qarşılıqlı hörmət və anlayış şəkilində qurulan ailə, gələcək nəsilin təminatçısıdır. Ailə kiçik bir dövlətdir, bu dövlətin xoşbəxt olması üçün, tarixdə dərin bir iz buraxması üçün diqqətli və ehtiyatlı olmaq lazımdır. Hər bir nəsil, sonrakı nəsilin əvvəlki nəsildən yaxşı olması üçün çalışmalıdır. Ailə anlayışın, mədəniyyətin, adət- ənənin, əmək- sevərliyin, sadiqliyin birləşdiyi bir mühitdir. Hər bir ailənin öz sirri, ailədaxili münasibətləri, ünsiyyət tərzi, davranış qaydaları, münaqişələri, adət- ənənələri vardır və əsas məsələ bunu qoruyub saxlamaqdır. Ana- Atanın saçının rəngi, gözünün rəngi, danışıq tərzi, səsi, xarakteri övladında müşahidə olduğu kimi onun hörmət anlayışı, məhəbbəti, sevgisi, qayğısı, mərhəmət hissi, xeyirxahlığıda ötürülür. Hətta sənin yanında olamadıqlarında belə onların sənin yanında olduğunu hiss etmək və hiss etməyə ehtiyac duymaq, qəlbinin o dərin boşluğunda hiss etdiyimizdir ailə. Ìlk əlindən tutaraq adımlamağı öyrədən, sənin saf şəkildə və daimi yaxşılığını düşünən o isti mühitdir. Heç bir yerdə hiss edə bilmədiyin, heç bir şeyin əvəz edə bilməyəcəyi və yerini doldura bilməyəcəyi bir ailənin olduğunu hər kəs dərk etməlidir. Ìlk ünsiyyətdə olduğun, ilk kəlmələrini söylədiyin, özünü ifadə etməyə çalışdığın, körpəlik vaxtlarının keçdiyi, hər narahat olduğunda, hər xoşbəxt hiss etdiyində səni oxşayan məskəndir, çiçəkli bir bağçadır. Çiçəkli bağda hər rəngdə və göz oxşayan minlərlə çiçəklərin olmasına baxmayaraq ailə oradakı bağda, çiçəklər arasında seçilən ən saf, təravətli çiçəkdir. Ailə ilmək ilmək hörülən, ən incəlikləri ilə toxunuluna bir evdir. O evin işıqsız, divarlarının rəngsiz olmağına baxmayaraq o evi isidən, rəngsiz divarlarına belə rəng qatan, bir arada olan ailə üzvləri, xoşbəxt olmağın və yalnız hiss etməməyin yolunu axtarmaz çünki orada ki, insanlar bunun fərqindədir ki, ailənin yanında olmaq və onların yanında güvəndə hiss etmək belə o rəngsiz divarlardan çiçək açdırar, qaranlıq evə belə işıq saçdırar. Səni qoruyacaq daimi qalxanın olmasını bilmək həmin ailəyə olan güvənin göstəricisidir. Bu hisslərlə və anlayışlarla böyüyən uşaq isə həmin bağın ən rəngarəng çiçəyi olar. Ata və ananın ona aşıladıqlarının daha yaxşısını etməyə çalışar övlad. Amma təəssüfki, müasir dövrdə ailə anlayışına və ifadəsinə önəm verməyən və həssaslıq göstərməyən ailələrə də rast gəlirik. Hər bir insan ailə məsuliyətini öz üzərinə götürəcəyini və bunun öhdəsindən gələ biləcəyinin fərqində olduqda ailə qurmalıdır. Çünki, hər bir uşaq qayğıkeş və sevgidolu ailədə böyüməlidir. Və hər bir ailə övladının bütün tələbatlarını ödəməli və ona xoşbəxt bir ailə mühiti yaratmağa borcludur. Ailələr arasında mübahisələr və fikir ayrılıqları da olur ki, bunlar da ailədaxili münasibətləri gərginləşdirir və hətta boşanmaya belə gətirə bilir. Ailə münasibətlərinin pozulmasına gətirən səbəblərə siyasi, iqtisadi, maddi və mənəvi səbəblər də aiddir. Bəzi ailələr arasında ailənin mahiyyətini dərindən dərk etməyən və ailə münasibətlərinə dəyər verməyən ailələrədə rast gəlinir. Onlar kifayət qədər məlumatlı olmaya bilərlər. Onları maarifləndirmək, məllumatlandırmaq, onlara dəstək olmaq isə müəllimlərin və psixoloqların və,s üzərinə düşür. Onlar seminarlar və tədbirlər təşkil etməli, onları dəvət etməlidirlər. Ata və Ana öz aralarında ki, hər hansı bir kiçicik belə olsa mübahisələri övladlarının yanında həll etməməlidirlər. Əgər həll edərlərsə bu uşaqlarda çox böyük travmalara səbəb olur. Övladının da yaxşılığını düşünən ailə buna heç vaxt yol verməz və övladının gələcəyini düşünər. Onlar ən incə çiçəkdirlər və ən incə duyğular və xoşbəxtliklərlə böyüdülməlidirlər. Onların sevgiyə və güvənə olan tələbatlarını ödəməlidirlər. Ata və Ana rəsm dəftərlərini (uşaqlarını) istədikləri kimi boyaya bilməzlər! Bəzən boşanma dövründə belə Ata və ana övladlarından yaxşı məqsədlər üçün istifadə etmir, onları bir birlərinə qarşı doldurular. Bu ailə bağlarına belə zərər vurur, övladlarının onlara qarşı güvən hissini sarsıdır. Əgər bir ailə həqiqətən boşanmaq istəyir və yollarını ayırmaq istəyirlərsə bunu qanuni yolla sonlandırmalı və övladları üçün Ata və Ana olaraq vəzifələrini yerinə yetirməlidirlər. Hətta yeri gəldikdə onlar övladları üçün eyni mühitdə olmalı, onlarla unudulmaz vaxt keçirməlidirlər. Hətta onların yanında xoşbəxt belə görünməlidirlər.Gələcək yaş böhranların da, gələcək həyati əhəmiyyət daşıyan qərarlarında, həyatının çətin dönəmlərində, imtahan dövrlərində, akademik streslərində, peşə seçimində, xoş və çətin günlərində yanlarında olmalıdırlar. Ailə ən həzin musiqidir, qəlbin incəliklərinə toxunan, hər dərdə dərman olan məlhəmdir. Övladlarınızın hər çətinlikdə onu qoruyacaq, onun əlindən tutub ona dəstək verən bir ailənin olduğunu bilmələri üçün çalışın. Onları həyat kitabının rəngli səyifələri ilə tanış edin. Ìndinin və gələcəyin ailələri, övladlarınızı məhkəmə kolidorları ilə tanış etməyin, övladlarınızın həftənin hər hansı günü çatdıqda digər ailə üzvü ilə görüşməyi həsrətlə gözləmələrinə şərait yaratmayın, yaxşı örnək olun!!! Nərmin Fərzəliyeva.