nurcan

Nurcan Ələkbərova

Rəqəmsal mühitin yeniyetmələrin psixi sağlamlığına təsiri

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin bütün sahələrinə təsir göstərmişdir. Xüsusilə inteenetin və rəqəmsal platformaların gündəlik həyata inteqrasiyası yeniyetmələrin həyat tərzində ciddi dəyişikliklər yaratmışdır. Bugünkü yeniyetmələr təhsil almaq, ünsiyyət qurmaq, əylənmək və məlumat əldə etmək üçün rəqəmsal vasitələrdən geniş istifadə edirlər. Bununla yanaşı, rəqəmsal mühitin yeniyetmələrin psixi sağlamlığına göstərdiyi təsirlər psixologiya sahəsində aktual tədqiqat mövzularından biri hesab olunur. Rəqəmsal mühit dedikdə internet,sosial şəbəkələr,mobil tətbiqlər,elektron oyunlar,onlayn platformalar və texnoloji vasitələrlə formalaşan virtual məkan nəzərdə tutulur. Bu mühit yeniyetmələrə geniş imkanlar təqdim etsə də, onun istifadəsi zamanı müəyyən psixoloji risklər də meydana çıxır. Yeniyetməlik dövrü insan həyatında emosional,bioloji və sosial dəyişikliklərin intensiv yaşandığı mərhələdir. Bu dövrdə fərd öz şəxsiyyətini formalaşdırır, sosial münasibətlər qurur və cəmiyyətdə öz yerini müəyyən etməyə çalışır. Eyni zamanda emosional həssaslıq, özünüqiymətləndirmə və başqalarının fikirlərinə bağlılıq artır. Bu səbəbdən rəqəmsal mühitin təsiri yeniyetmələr üzərində daha güclü müşahidə olunur. Rəqəmsal mühitin yeniyetmələrin psixi sağlamlığına müsbət təsirləri də mövcuddur. İlk növbədə,bu mühit geniş informasiya əldə etmək imkanları yaradır. Yeniyetmələr müxtəlif təhsil resurslarından istifafə etməklə bilik və bacarıqlarını inkişaf etdirə bilirlər. Onlayn kurslar, elektron kitablar və tədris platformaları öyrənmə prosesini daha əlçatan edir.  Digər mühüm üstünlük sosial əlaqələrin inkişafıdır. Sosial şəbəkələr vasitəsilə yeniyetmələr dostları ilə əlaqə saxlaya, fikir mübadiləsi apara və sosial çevrələrini genişləndirə bilirlər. Bundan əlavə, rəqəmsal platformalar yaradıcılığın inkişafına da şərait yaradır. Foto,video,yazı və digər yaradıcı fəaliyyətlər vasitəsilə yeniyetmələr özlərini ifadə etmək imkanı əldə edirlər. Rəqəmsal mühitin həddindən artıq istifadəsi psixi sağlamlıq baxımından bir sıra problemlərə səbəb ola bilər. Son illərdə aparılan müşahidələr göstərir ki, sosial şəbəkələrdə uzun müddət vaxt keçirmək narahatlıq və emosional gərginliyin artmasına səbəb ola bilər. Yeniyetmələr tez-tez özlərini digər insanlarla müqayisə edir və onların paylaşdıqları ideal həyat görüntüləri əsasında özlərini qiymətləndirirlər. Bu isə özünəinamən azalmasına və özünü dəyərsiz hiss etməyə gətirib çıxara bilir. Yeniyetmələrin rəqəmsal mühitdən sağlam şəkildə istifadə etməsi üçün ailə,məktəb və psixoloji xidmətlərin rolu böyükdür. Valideynlər uşaqlarla açıq ünsiyyət qurmalı, ekran vaxtına nəzarət etməli və rəqəmsal savadlılığı dəstəkləməlidirlər. Məktəblərdə isə psixoloji maarifləndirmə tədbirləri təşkil edilməli, təhlükəsiz internet istifadəsi barədə məlumatlandırma aparılmalıdır. Nəticə etibarilə,rəqəmsal mühit yeniyetmələrin psixi sağlamlığına həm müsbət, həm mənfi təsirlər göstərir. Texnologiyanın tam məhdudlaşdırılması deyil,onun balanslı və məqasədyönlü istifadəsinin təşviqi daha səmərəli yanaşma hesab olunur. Sağlam rəqəmsal davranışların formalaşdırılması yeniyetmələrin emosional rifahının qorunmasına və şəxsiyyət inkişafının dəstəklənməsinə mühüm töhfə verə bilər.