Qeyri-müəyyənlik insanı panikaya gətirib çıxarır-Psixoloqdan tövsiyyələr

Uzunmüddətli məcburi karantin insanın psixoloji vəziyyətinə ciddi zərər verə bilər. Lakin bunun müvəqqəti olduğunu düşünmək ,bizim ruh halımızı yüngülləşdirə bilər.İnsan psixikası elə qurulub ki o, istənilən hansısa bir məhdudiyyətin öhdəsindən gələ bilir.İnsan qeyri –müəyyən vəziyyətdə psixoloji olaraq əziyyət çəkir. Qeyri-müəyyənlik insanı panikaya gətirib çıxarır. Pankia isə insanın daxili psixoloji resurslarını tükəndirir. Covid 19 pandemiyası ilə əlaqədar olaraq yaranmış özünü təcrid insanların təkcə fiziki deyil , həmçinin psixoloji təhlükəsizliyini qoruyur. Bu səbəbdən, psixoloji dəstək almaq zəruridir. Mən bir psixoloq kimi məsləhət görürəm ki, bu təcrid müddətində gələcəklə bağlı qısa müddətli planlar, gələcəkdə reallaşdırmaq istədikləri lahiyələr haqqında düşünsünlər.Çünki ,bu bizim psixikamıza müsbət təsir edəcək. Hal –hazırdakı bu həyəcan, təşviş,daxili diskomfort hissinin həll yoludur.Bu müddət ərzində sosial şəbəkələrdə ünsiyyət qurmaq vacib amillərdən biridir . Müəyyən fərqli müzakirə mövzuları seçmək lazımdır .Müxtəlif xeyriyyəçilik və.s tədbirlərə qoşulmaq sizə stimul və motivasiya verə bilər. Qeyd edim ki,neqativ yoxlanılmamış informasiyalardan da uzaq durulmalıdır. Bu müddət ərzində qorxunun və həyəcanın sizi idarə etməsinə izn verməyin.Insan həyəcan keçirərkən onun gücü ,enerjisi tükənin və bu halda o özünü yorğun , tükənmiş və çarəsiz hiss edir. Buna görə də insanın immun sisteminə böyük bir ziyan dəyir. Xatırladım ki ,sizin sağlamlığınız çox dəyərlidir . Sağlamlıq deyərkən təkcə fizialoji deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Unutmayın ki, karantin həyatımızda müvəqqəti bir haldır.Vacib amillərdən biri də budur ki , daxili resurslarımız karantindən sonrakı adaptasiya dövründən sonrakı dönəmdə bizə lazım olacaq.