Arıqlamaq, formada qalmaq qadınlar üçün psixoloji sağlamlıqdır. Bu səbəbdən "köksən" düşüncəsi üçün xanımlar yas belə qura bilərlər. Psixoloq.az xəbər verir ki, fitoterapevt Elnur bəy sağlam arıqlamağın izahını verib. 1-ci gün Nahar yeməyi:1 Portağal Bir qaynadılmış yumurta Qatıq 250-300 qram Axşam yeməyi:iki pomidor bir xiyar kraker çubuq iki ədəd 2-ci günNahar yeməyi:1 Portağal Bir qaynadılmış yumurta Qatıq 250-300 qram Axşam yeməyi:Bişmiş dana 125 qramBir pomidorBir portağal 1 dənə kraker çubuqHər hansı bir şəkər və ya dadlandırıcı olmadan qəhvə və ya çay 3-cü gün1 portağalBir qaynadılmış yumurtaQatıq 250-300 qramKahı və ya xiyar salatı Axşam yeməyi:Bişmiş dana 125 qramBir portağalKraker tek parçaHər hansı bir şəkər və ya dadlandırıcı olmadan çay ve ya qehve 4-cü günNahar yeməyi:Inək pendiri 125 qramBir pomidorKraker Tek parça Axşam yeməyi:Bişmiş dana 125 qramİki pomidorBir almaKraker Tek parça 5-ci günNahar yeməyi:Bişmiş ət və ya balıq200 qramBir pomidorBir kraker Axşam yeməyi:1 su stəkanı qaynadılmış kökBrokoli ve ya noxudBir qaynadılmış yumurtaBir pomidor QEYD: Tez və sürətli arıqlamaq sağlamlığa ziyandır! Müəllif: Fitoterapevt Elnur Rəhimov
Adəti qəbizlik günümüzdə qida və həyat rejimindən asılı olaraq çoxumuzun rastlaşdığı problemdir. Bəzən yanaşı xəstəliklər olmasa da qəbizlik özü elə bir sıra xəstəliklərin mənbəyi sayıla bilir. Qəbizlikdən əziyyət çəkən bir çox insanlar öz xəstəliklərindən uzun müddət şikayət etməyə və özlərini diskomfort hiss etməyə bilərlər. Məhz bunun nəticəsidir ki, onlar adəti qəbizliklə əlaqədar olaraq heç vaxt həkimə müraciət etmək barədə düşünmürlər. Lakin onu da unutmaq olmaz ki, adəti qəbizlik zamanı insanın həyat fəaliyyəti nəticəsində yaranmış lazımsız məhsul və şlaklarla orqanizmin autointoksikasiyası baş verir. Qəbizlik zamanı bağırsaqda gedən çürümə prosesləri nəticəsində hətta orqanizmə çox lazım və vacib olan məhsullar da bağırsağın selikli qişasında aşınmaya səbəb olur. Bunun da nəticəsi olaraq bağırsaq mikroflorasında balans pozulur, disbakterioz inkişaf edir. Hətta gündəlik defekasiya aktının zəifləməsi özünü izahı olmayan baş ağrıları, bozumtul-torpaq rəngli bənizin olması, ürək-damar sistemi ilə əlaqəsi olmayan təngnəfəslik, səbəbsiz yorğunluq, zəiflik, yuxuculluq və sevimli yeməklərə qarşı marağın azalması büruzə verir. Nəcisin qeyri-müntəzəmliyi, konsistensiyasının, rənginin dəyişməsi, iyinin kəskin olması artıq bağırsaq fəaliyyətində ciddi dəyişikliklərdən xəbər verir. Tənbəl mədə-bağırsaq sistemi elə uşaqlıqdan formalaşmağa başlayır. Belə ki, yemək süfrəsi arxasında uzun müddət əyləşən və yeməyə gec başlayan uşağın mədə-bağırsaq sistemi ləng işləməyə alışır. Normada hər qida qəbuluna 15 dəqiqədən çox vaxt ayrılmamalıdır.Adəti qəbizlik zamanı istifadə edilən bəzi xalq təbabəti üsulları. 1-2 ədəd alma sürtgəcdən keçirilir, üzərinə 1/3 stəkan süd və 1/2 çay qaşığı bal əlavə edilib qarışdırılır. Bir neçə ay müddətinə səhərlər yemək lazımdır. Xüsusilə ahıl yaşlı insanlara məsləhətdirEmallı qazana 0.5-0.8 litr turşumuş süd (kefir) tökülüb isti su hamamına qoyulur və kəsmik konsistensiyası alınanadək saxlanılır. Daha sonra isə içərisinə xırdalanmış tərəvəzlər, təzə və ya qurudulmuş bitkilər əlavə edilir: 5-10 ədəd soğan və sarımsaq, kələm, gicitkən, cəfəri, kərəviz, bağayarpağı, nanə, çuğundur budaqları, qırmızı turp. Daha 5 dəqiqə saxlanılır və südün zərdab hissəsi süzülür, səhərlər acqarına 1 stəkan içilir. Sadə üsul. Bir litrlik bankaya 0.5 litr turşumuş süd (kefir) əlavə edilir. Daha sonra isə yuxarıda sadalanan xırdalanmış tərəvəzlər, təzə və ya qurudulmuş bitkilər bura əlavə edilir. Bankaya qaynar su üzə çıxana qədər əlavə edilir. 5-10 dəqiqədən sonra isə üzə çıxan mayenin üst qatı içilir. Daha sonra yenidən 300 qr qaynar su əlavə edilir və qarışdırılır. Qarışdırıldıqdan sonra süzülür, alınmış süd zərdabı içilir, lakin yerdə qalan süzüntü kütləsi qida qəbulu zamanı yeməkarası yeyilir.Qəbizliyin yarma kəpəyi ilə müalicəsi. I sikl – 10-12 gün. 1 çay qaşığı kəpəyin üzərinə 1/3 stəkan qaynar su əlavə edilir. Soyudulub süzüldükdən sonra yerdə qalan yumşaq kütlə 3 yerə bölünərək gündə 3 dəfə - səhər, günorta və axşam yeməkarası qəbul edilir.II sikl – 2 həftə. 2 xörək qaşığı kəpəyin üzərinə 1/2 stəkan qaynar su əlavə edilib soyuduqdan sonra süzülür. Alınmış yumşaq kütlə 3 yerə bölünərək gündə 3 dəfə - səhər, günorta və axşam yeməkarası qəbul edilir.III sikl – 2 ay. Gündə 2-3 dəfə yemək zamanı 2 çay qaşığı quru kəpək qəbul edilir.Bu üsulların tətbiq edilməsinə olan əks göstəriş: Həzm traktının istənilən şöbəsində olan iltihabi proses. Bu vəziyyətlərdə yaxşı olar ki, kobud üyüdülmüş undan hazırlanan çörək yeyilsin. Müəllif: Fitoterapevt Elnur Rəhimov
Diaqrafmal yırtıq (dy), xronik, residivverən (tez-tez qayıdan) xəstəlikdir. Diafraqma deşiyindən yemək borusunun qarın hissəsinin, mədənin və hətta bəzi hallarda bağırsağın döş boşluğuna keçməsi baş verir. Normal halda döş və qarın boşluğu diafraqma adlanan zarlı-membranoz-əzələvi arakəsmə ilə bib-birindən ayrılılır. Qarın boşluğunda təzyiq döş boşluğundan çoxdur. Xəstəlik 50% halda klinik əlamətsiz keçir. Problemin aktuallığı nədir? Ürək və ağciyərdə, yemək borusunun özündə, mədədə ağırlaşmalar verə bilər. Uzunmüddət davam edib müalicə olunmadıqda isə yemək borusunun xərçənginə səbəb ola bilər. Belə ki, əgər bu xəstəliyin mövcud olduğu 5 – 12 il ərzində heç bir müalicə aparılmırsa, yemək borusunun xərçənginin başvermə riski 5 ildən sonra 2-3 dəfə, 12 ildən sonra isə 4-5 dəfə artır. Səbəbləri: ·Birləşdirici toxuma zəifliyi (60 yaşdan yuxarı, fiziki zəif, asteniklər) - diafraqmal deşik xeyli böyüyə bilər. ·Qarın boşluğunda təzyiqin artması (köp, hamiləlik, arasıkəsilməz qusma, ağciyərlərin xronik obstruktiv xəstəlikləri (50 %-də DY olur) davamlı öskürək, assit, güclü kökəlmə) ·Yeməkborusunun xəstəlikləri və diskineziyasında yemək borusunun yuxarı dartılması. DY ilk vaxtlar "sürüşkən” olur –özbaşına geri qayıdır. Yemək borusunun qarın hisəsinin döş boşluğuna keçməsi yemək borusunun aşağı sfinkterinin zəifləməsinə, bu isə refluks- özefaqitə (mədənin turş sirəsinin geriyə, yemək borusuna atılmasına və yemək borusunu zədələməsinə) səbəb olur. Əlamətlər: ·30-35 % halda aritmiyalar(ürəkdöyünmə, ürək ritminin pozulması), ürək nahiyəsində ağrılar ola bilər. ·Ağrı (əsasən yeməkdən, xüsusən çox yeməkdən sonra, fiziki gərginlik, ağırlıq qaldırma, öskürək, köp, uzanıqlı vəziyyətdə artır, önə əyiləndə artır) – döş sümüyünün arxasında yerləşməsir, ürək nahiyəsinə, boynun yan tərəflərinə yayılır. ·Reflüks özefaqitlə bağlı əlamətlər: qıcqırma, gəyirmə, yeməyin geri qayıtması; duru yeməyin keçməsinin çətinləşməsi və çox isti və çox soyuq su içərkən udmanın ağrılı olması, bir neçə saat, hətta bəzən bir neçə gün davam edən hıçqıraq, dilin yanması və göynəməsi, traxeit. Bronxit, astma, aspirasion pnevmoniya baş verə bilər. ·Qan azlığı Xəstəliyin diaqnozu Rentgen, Fibroezofaqoskopiya vasitəsilə qoyulur. Ağırlaşmalar: Xr. qastrit və mədə yarası, qanaxma və anemiya,yırtğın boğulması (ciddi ağırlaşmadır), reflüks ezofaqit Nə etməli? • Tütünü tərgitməli • Az yeməli, yeyən kimi uzanmamalı, axşam çox gec saatlarda yeməməli • Yatağın baş tərəfinin 15 dərəcə qaldırılması • Sıx paltar, kəmər, korset geyməməli. Müalicə: Konservativ(dərman), cərrahi, Manual terapiya. Manual terapiya effektlidir.
Mədə-bağırsağından əziyyət çəkənlər zeytun və ənciri bir arada yeməlidirlər. Psixoloq.az xəbər verir ki, bu barədə həkim naturopat Füzuli Hüseynov məlumat verib. Bəs bu şəfalı qidaların başqa hansı faydaları mövcuddur? 7 zeytun 1 əncir yeməyin orqanizmə təsirləri: – Babasildən əziyyət çəkənlər üçün çox faydalıdır; – Ürək əzələsini gücləndirir, damarları elastik edər, xolesterini salar, damarları kirəclənmələrdən qoruyar; – Tərkibindəki minerallar və zəngin kalsium olduğuna görə sümük boşluğu problemləri olanlara faydalıdır; – Dəmir, mis və sink mənbəyidir, qanazlığını götürər, mineralların yaxşı sovrulmasına səbəb olar; – Xroniki bronxit və allergiyadan əziyyət çəkənlər üçün faydalıdır; – Nəfəs çatışmazlığı, infarkt olanlar üçün və ən əsası bol antioksidant mənbəyi olduğundan xərçəng xəstəliyin müalicə və profilaktikasında əvəzolumaz bir nemətdir.