Fırıldaqçı psixoloqların sayı artıb – Məşhurluq üçün yüksək məbləğdə...

Məlum olduğu üzrə xüsusilə də son zamanlar psixoloq adı altında işləyən  qeyri-peşəkarların sayı artıb. Bəzi fırıldaqçılar biznesləri üçün insan əməyindən, pulundan istifadə edirlər.  Bundan əlavə bəzi saytlara da yüksək məbləğlərdə pullar verərək reklamlarını edirlər ki bu zaman da insanlar onların “peşəkarlığına” daha çox inanırlar. Bununla da fırıldaqçıların məşhurluğu ikiqat artır. Psixoloq.az portalı isə onların yalan üzərində qurulan bizneslərini dağıtmağa və professional olaraq psixoloqları vahid mərkəzdə tutmaq məqsədini daşıyır. Saytın direktoru Aytən Hidayətovanın sözlərinə görə, istənilən psixoloq, savadını, peşəkarlığını portal vasitəsilə nümayiş etdirə bilər: “Digər saytlar, kanalllar bunun üçün yüksək məbləğ tələb etdiyi halda bu bizdə tam olaraq pulsuzdur. Biz istəyirik ki bütün mərkəzlər, psixoloqlar vahid mərkəzdə birləşsinlər. Bəziləri elə bilir ki biz də mərkəzik. Xeyr. Biz sadəcə insanlara, savadlı psixoloq, psixoloji mərkəz tapmaqda körpü rolunu oynayırıq. İnsanlar üçün şəffaf şərait yaradırıq ki, onlar psixoloqların savadının nə yerdə olduğunu, təhsili barədə tam olaraq məlumatlana bilsinlər. Zəhmət çəkən hər bir psixoloqa tanınması üçün şərait yaradırıq”. Portalın redaktoru Şəhanə Quliyeva, son zamanlar insanların saytlarda axtardığı açar sözün məhz psixoloqlar olduğunu diqqətə çatdırıb. “Loqopedlər, defektoloqlar, psixoloq və s. barədə bütün məlumatları da insanlar bizim sayt vasitəsilə əldə edə bilərlər. Biz hər psixoloqa eyni şəraiti yaradırıq. Saytımızda psixoloqlarla yanaşı gənc tələbələrimiz də özləri barədə məlumatları yerləşdirə bilərlər. Bununla yanaşı məqalələr yazmaqla həm insanları maarifləndirə, həm də özlərini tanıtdırmaqları mümkündür. Psixologiya elminin daha çox tanınması üçün bu sahənin insanları daha çox əziyyət sərf etməlidirlər. Biz də bu sahəyə portal olaraq dəstəyik. Bir çox mütəxəssislər var ki tək seminarlar edir ki, bu da onları insanlara tam olaraq tanıtdırmır. Bizim sayt onlar üçün əla fürsət yeridir”,-deyə Quliyeva vurğulayıb.

İnkişafda ləngimə... - "Anormal (qeyri -tipik) uşaq" anlayışı nədir?

Normal uşaqlarla yanaşı, inkişafında ləngimə və ya çatışmazlıq olan uşaqlar da var. Belə uşaqlar "anomal uşaqlar" adlanır. Yunanca “Anomalas” normadan kənar, düzgün olmayan mənalarını verib, ümumi inkişafı fiziki və ya əqli çatışmazlıqlar səbəbindən pozulmuş uşaqları müəyyən edir. Hər hansı bir qüsur həmişə inkişaf çatışmazlığına gətirib çıxarmır. Məsələn: İnsanın bir qulağının digərindən balaca olması, gözünün bir qədər zəif olması, ayağının bir qədər qısa olması kimi çatışmazlıqlar bir şəxsin ümumi inkişafının pozulmasına səbəb olmur. Çünki eşitmə və görmə ilə informasiyanı qəbul edir. Qeyri-tipik uşaqlarda isə bu imkanın məhdudluğu onların kütləvi məktəblərdə təlim-tərbiyə almasına imkan vermir. "Anomal uşaqlar"ın tərbiyəsi dedikdə uşaq anadan olduğu gündən ta həddi buluğa çatana qədər psixoloji üsul və vasitələrlə onun tərbiyə edilməsi, inkişaf qüsurlarının uşağın psixi inkişafına təsir göstərməməsi üçün təşkil edilən xüsusi tədbirlər sisteminin təşkili həyata keçirilir. Tipik uşaqda tərbiyə işi “Korreksiya tərbiyə işi” adlanır. Həm qüsurların korreksiyası, həm də onun korreksiya prosesində tərbiyə işi başa düşülür. "Anomal uşaqlar"ın korreksiyası - Latınca “karreksio” sözündən olub düzəliş etmək mənasını verib, tibbi-pedaqoji vasitələrdən istifadə etməklə qüsurun zəiflədilməsi və ya tamamilə aradan qaldırılması prosesi başa düşülür. Korreksiya prosesi zamanı nəinki inkişaf qüsurları, həmçinin şəxsiyyət çatışmazlıqları da ya tam, ya da qismən aradan qaldırılır. Korreksiya 2 yerə ayrılır: tibbi və pedaqoji Qüsurların tibbi yolla aradan qaldırılması Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən uşaq poliklinikası, dispanser və sanatoriyalar tərəfindən təşkil cdilir. Pedaqoji korreksiya isə Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər, məktəb, yardımçı sinif, qrup, internat məktəb tərəfindən təşkil edilir. "Anomal uşaqlar"ın sosial adaptasiyası nədir? Latınca uyğunlaşma demekdir. Fərdi və qrup şəklində ictimai dəyərlərə yiyələnmək və sosial mühitə uyğunlaşmaqdır. Anomal uşaq özünü qeyri-adekvat, aqressiv aparır. Bu da münaqişəyə səbəb olur. Bu defektologiyada əsas anlayışlardandır. Belə uşaqlar birinci ailədə təlim-tərbiyə alır, bilik bacarığa yiyələnir, sonar isə qüsurun aradan qaldırılması istiqamətində korreksiya, kompensasiya mühüm götürülür və uşaq cəmiyyətə uyğunlaşdırılır. Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az