Psixoloji Testlər

Evliliyiniz təhlükə qarşısındadır? - Test edin

Kişiyə aid isuallar:1. Siz bütün həyatınızı dəyişmək və hər bir şeyi yenidən başlamağı düşünürsünüz? 2. Siz həyat yoldaşınızın o qədər də zövqlə geyinmədiyini düşünürsünüz? 3. Pis yatırsınız? 4. Evdə boş vaxtlarınızı keçirmək xoşunuza gəlir? 5. Yoldaşınızın hansı rəngdən və hansı kitabdan xoşu gəldiyini bilirsiniz? 6. Subay olduğunuz zamanları tez-tez yadınıza salırsınız? 7. Düşünürsünüzmü ki, boş vaxtlarınızı keçirmək üçün hərənizin öz seçimi olmalıdır? 8 Həyat yoldaşınızı başqa qadınlar ilə müqayisə edirsiniz? 9. Evdən kənarda tez-tez dostlarınız ilə görüşürsünüz? 10. İşdən evə pis əhval-ruhiyyəni tez-tez “gətirirsiniz”? Testin suallarına cavab Bəli Bəzən Xeyr Bəli cavabları üstünlük təşkil edirsə: Ailə həyatında Siz o qədər də xoşbəxt deyilsiniz. Qismən də olsa günah sizdədir. Çalışın yoldaşınıza daha çox vaxt ayırasınız, ona qarşı diqqətli olun, əlbəttə ki, artıq gec deyilsə. İstənilən halda ailə həyatınızı daha xoşbəxt və möhkəm etməyiniz haqda fikirləşmə dəyər. Çünki ailəni dağıtmaq asan olsa da, onu yenidən bərpa etmək çox çətindir. Bəzən cavabları çoxluq təşkil edirsə: Siz evliliyinizdən razısınız. Sakit və gözəl ev şəraitini xoşlayırsınız. Hərdən dostlarınızla görüşürsünüz və keçmiş günlərinizi yada salırsınız, lakin bu sadəcə gözəl xatirələrdi, qətiyyən sizin ailə şəraitinizindən narazı olduğunuz demək deyil. Xeyr cavabları çoxluq təşkil edirsə: Bəzən həyat yoldaşınız ilə bir balaca anlaşılmamazlıq olur, ancaq bütövlükdə sizin evliliyiniz uğurludur. Siz razı və xoşbəxt həyat yoldaşısınız. Qadına aid suallar:1. Yoldaşınızın sizə qarşı diqqətli və səmimi olduğunu düşünürsünüz? 2. Yoldaşınızın sizinlə iş problemləri ilə bölüşməyini istəyərdiniz? 3. Sizin bütün ailənin əhval-ruhiyyəsini pozduğunuz hallar olur? 4. Əgər sizin əhval-ruhiyyəniz pisdirsə, bu halı xüsusi, sevdiyiniz bir xörək dəyişə bilər? 5. Sizin tanışlarınızın həyat yoldaşları sizin yoldaşınızdan yaxşı olduğunu düşünürsünüz? 6. İstirahət günləri özünüzə (geyiminizə və s.) fikir vermədiyiniz zamanlar olur? 7. Yoldaşınızın hobbisi sizi əsəbiləşdirir? 8. Yoldaşınızın uğurlarına sevinirsiniz? 9. Sizin işinizdən yoldaşınızın işi vacib olduğunu düşünürsünüz? 10. Uşaqlara qarşı yoldaşınızdan çox sevgi göstərirsiniz? Testin suallarına cavab Bəli Bəzən Xeyr Bəli cavabları çoxluq təşkil edirsə: Siz əminsiz ki, evliliyiniz uğurlu deyil. Bu vəziyyətdə, siz ilk növbədə yoldaşınızı günahlandırırsınız. Lakin günah sizin özünüzdə də ola bilər. Ümid edirik ki, sizin bu vəziyyəti yaxşı tərəfə yönləndirməyə hələdə vaxtınız var. Sizə uğurlar. Bəzən cavbları çoxluq təşkil edirsə: Siz bilirsiniz ki, ideal evlilik olmur. Ailədə olan yaxşı münasibətlər hər ikinizdən asılı olduğunu yaxşı bilirsiniz. Siz problemlərinizi asan yolla həll edə bilirsiniz. Bəzi zamanlar sizdə şübhə yaranır: bu problemlərin öhdəsindən gələ biləcəksinizmi? Lakin bu hisslərə qapılmaq lazım deyil. Xeyr cavabları çoxluq təşkil edirsə: Sizdə hər bir şey əladır, uğurlu ailə münasibətləri qura bilmisiniz. Siz – çox yaxşı həyat yoldaşısınız, sizdən yaxşısını yoldaşınız xəyal edə bilməz. Hər bir ailəyə uğurlar arzulayırıq. Bir-birinizin qədrini bilin, bir-birinizə qarşı hər zaman diqqətli olun.

Səbrinizin nə qədər olduğunu test edin

Ətrafdakıların hərəkət və vərdişlərinə qatlaşmaq asan iş deyil. Lakin unutmayın ki, eyni zamanda sizə də kimsə dözür.  Təqdim etdiyimiz sualları tez və çox düşünmədən cavablandırsanız səbrinizin sərhəddini öyrənə bilərsiniz.1. Ağlınıza maraqlı fikir gəldi, lakin əməkdaşlarınız bunu dəstəkləmədilər. Onları ağılsızlıqda təqsirləndirməyə dəyərmi?a) bəli, onlar buna layiqdirlərb) xeyr, ola bilsin, onlar düz deyirlər2. Dostlarınızdan biri istirahət etdiyiniz vaxt voleybol komandası yığmaq fikrinə gəldi. Komandada oynamağa siz bir şərtlə razı olarsınız...a) orada yalnız güclü oyunçular olacaqb) kim istəsə, oynaya bilər3. Əgər iş yoldaşlarınızdan biri hansısa insan haqqında sizə pis məlumat çatdırsa, o insana qarşı münasibətiniz dəyişəcək?a) bəli, özü də mənfi istiqamətdəb) ümumiyyətlə dəyişməyəcək4. Qeyri-adi makiyaj və saç düzümü olan, olduqca cəsarətli geyimlərə üstünlük verən insanlar sizi qıcıqlandırırmı?a) söhbət ictimai yerlərdən gedirsə, bəlib) xeyr, ictimai yerlər məhz insanların fərqini hiss etmək üçündür5. Nəqliyyatda ayağınızı bassalar, özünüzü idarə edə biləcəksiniz?a) məncə, bu gərəksizdirb) əlbəttə ki, dözmək lazımdır6. Yol-nəqliyyat hadisəsi baş verdiyi zaman panikaya qapılırsınızmı?a) bəli, buna ixtiyarım varb) xeyr, bu onsuz da heç nəyi dəyişməyəcək7. Əgər Allahın təkliyinə inanırsınızsa, sizi ateist və digər dinə qulluq edən insanlar qıcıqlandırırmı?a) bəli, onlar mühüm şeyləri başa düşmürlərb) xeyr, bu hər kəsin öz işidir8. İş yoldaşınız sizdən daha üstün vəzifəni tutsa, neyləyəcəksiniz?a) rəhbərliyin qarşısında ona səhvlərini göstərəcəyəmb) öz səviyyəmə endirəcəyəm9. Yaşlı insan öz keçmiş dövrünü tərifləyir. Siz onunla mübahisə edəcəksinizmi?a) bəli, belə məqamlarda susmaq olmazb) xeyr, bu ağılsızlıqdır10. Yeni qonaq gəldikdə hər kəs fikrini ona yönəldir. Sizin reaksiyanız...a) yenidən diqqət mərkəzində olmağa çalışacağamb) fürsətdən istifadə edərək istirahət edəcəyəmYekunƏgər "A" cavabları üstünlük təşkil edirsə:Gərək özünüzə diqqət yetirəsiniz və ideal xüsusiyyətlərinizi yox səviyyəsinə endirən əlamətləri üzə çıxarasınız. Ola bislin ki, o zaman psixoloqun yanına getməyə ehtiyac qalmayacaq.Əgər "B" cavabları üstünlük təşkil edirsə:Həqiqətən, sizin səbr etmək bacarığınız xoşbəxtlik əlamətidir. Lakin siz çox sakit deyilsiniz? Bəlkə bu, ətrafdakılara laqeyd yanaşdığınızdan irəli gəlir? Əgər o baxımdan problem yoxdursa, bu cür davam edi.

Daxilinizin neçə yaşı var? - Psixoloji yaşınızı test edin

Tam razısınızsa – 4 bal.Qismən razısınızsa – 3 bal.O qədər də razı deyiləm – 2 bal.Qəti razı deyiləm – 1 bal. 1.Məncə,gözəl yumor hissim var. 2.Mənim intuisiyam pis deyil,hər zaman da digərlərinin nə nəzərdə tutduğunu anlayıram. 3.Ümid edirəm ki,gələcəkdə məni çoxlu yaxşı şeylər gözləyir. 4.Məncə insanlara mənimlə ünsiyyət saxlamaq xoşdur. 5.İnsan mənə oxşamasa və baxışları mənim baxışlarımla üst-üstə düşməsə də o insan mənə simpatik ola bilər. 6.Mən uşaqları sevirəm. 7.Mən müxtəlif vəzifələri həll etməyi xoşlayıram. 8.Hansısa işi görəndə,onu yaxşı etmək üsulu tapmağa çalışıram. 9.Məni müxtəlif hadisələrin səbəbi maraqlandırır. 10.İşlə yanaşı mənim bir çox əyləncələrim var. 11.İstənilən dəyişiklikləri yaxşılığa doğru kimi qəbul etməyə çalışıram. 12.İşim digərlərinə xeyir gətirir. 13.Mən hərdən arzu etməyi xoşlayıram. 14.Xoşladığım mahnı əhval-ruhiyyəmi qaldırır.1 5.Mən yeni ideyaları böyük maraqla qarşılayıram. 16.Bir qayda olaraq çətinliklər və maneələrlə rastlaşarkən təslim olmuram. 17.Uğurlu zarafata səmimiyyətlə gülməyə hazıram. 18.Mənim sirlərimi bölüşə biləcəyim,bir nəfər də olsa yaxın insanım var. 19.Mən fiziki fəallıqdan həzz alıram. 20.Yeni insanlarla görüşməyi xoşlayıram. 21.Mən hələ də bacara bilmədiklərimi öyrənmək istərdim. 22.Cazibəli görünməyə çalışıram,deyəsən bu məndə alınır. 23.Məni darıxdıran xoşagəlməz xırda hallara imkan yaratmıram. 24.Mənim yaşadığım zaman xoşuma gəlmir. 25.Elə düşünürəm ki,imkanlarımı göstərə biləcəyim hal olacaq. N Ə T I C Ə L Ə R. 75 baldan yuxarı-Doğum ilindən asılı olmayaraq siz həyat qüvvəsi və özünəinamla dolusuz.Siz ünsiyyətcil,optimist,xeyirxahsınız.Gec qocalacaqsınız. 50-75 bal- Yetkinliyə gedən yolda gəncliyin bəzi dəyərlərini qurban etməli olmusunuz.Qayğılar və stresslər sizin sevinmək qabiliyyətinizi zəiflədib,amma ciddilik və cavabdehliyi öyrətdi.Siz "orta" yaşlısınız.Ancaq sizə bir qədər gümrahlıq və optimizm mane olmaz. 50 baldan yuxarı-Sizin kimi insanlardan adətən belə deyirlər ki,onlar çox görüblər,sınaqdan keçiriblər,hər şeyin dəyərini bilirlər.Ancaq bu an tez baş verməyib ki?O qədər çox şey görmək,bilmək,yaşamaq olar ki.

Sizi sevir ya sevmir? - Testlə yoxla

Sevir ya sevmir? Testlə yoxlayın. Ancaq unutmayın ki yenə də bu testlər hissləri dəqiq öyrənməyə kifayət etmir. Test -1 Onu vərəqə sizin adınızdan nəsə yazmağa məcbur edin. Məsələn, sizin iş yoldaşınız və ya rəfiqəniz üçün təbrik məktubu yazmağını xahiş edin.* Əgər onun yazdığı təbrik məktubuda sözlər bir-birinə yaxındırsa və məktub səliqə ilə yazılıbsa o zaman siz eyni fikirli, eyni düşüncə tərzinı malik adamlarsınız. Sizdən yaxşı dost olar.* Əgər yazılan məktubda sizin adınız xırda və əyri xəttlərlə yazılıbsda o zaman deməli o sizinlə yanlız sekslə məşğul olmaq üçün görüşür.* Məktubda öz adını səliqə ilə sizin adınızı isə pis xətlə yazıbsa deməli o zaman o heç vaxt sizi sevməyib və sevməyəcək.* Əgər yazıda sizin adınızı iri hərflərlə yazıbsa deməli sizi ürəkdən sevir və sizə sadiqdir.Test - 2O öz tanışlarının arasında dayanarkən sizi gördükdə nə edər?* Əgər sizi görməməzdən gələrsə o zaman sizinlə əlaqələrini kəsmək istəyir.* Ayaqlarını oynadarsa, özünü məşğul göstərəsə deməli onun yeganə məqsədi sizinlə yatmaqdır.* Əgər o əllərini sinəsinin üstünə qoyaraq dayanarsa sizinlə görüşmək onun üçün xoşdur.* Əllərini qaldıraraq sizə salam verir və yaxınlaşdıqda qolunuzdan və ya əlinizdən tutarsa deməli sizi ürəkdən sevir.Test - 3Sizinlə bir yerdə şəkil çəkdirməyini xahiş edin və şəkildə necə durduğuna diqqət yetirin.* Şəkil çəkdirdiyiniz zaman əgər çiyninizdən qucaqlayırsa deməli sizi dost kimi sevir.* Çiynizizə yüngül toxunursa o zaman sizə toxunmaqdan qorxur.* Əgər saçlarınıza toxunaraq şəkil çəkdirirsə sizi əldə etmək istəyir.* Əgər sizə toxunmadan şəkil çəkdirisə deməli sizdən uzaq durmaq istəyir.* Əgər şəkil çəkdirərkən əllərini sizin budunuza və ya bel hissənizə toxundurarsa deməli ilk fürsətdə sizi yatağa çəkmək istəyir.

Birini sevdiyi meyvələrlə də tanımaq olar - Necə?...

Qarşılıqlı münasibətlərdə ən çətin məsələ insanı tanımaqdır. Bəzən bunun üçün uzun illər tələb olunur. Gündəlik ünsiyyətdə olduğumuz şəxsi daha yaxşı tanımaq üçün onun davranışına, həyat tərzinə, əxlaqına, yaxın ətrafına və sair bu kimi faktorlara diqqət yetirib nəticə çıxarmağa çalışırıq. Bunlarla yanaşı, insanın xarakterini müəyyənləşdirməyin daha rahat bir üsulu da var. Bunun üçün sadəcə tanımaq istədiyiniz adamın hansı meyvəni daha çox xoşladığını bilmək kifayətdir.Almaya üstünlük verənlər zəhmətkeş, əməyi sevən, heç bir çətinlikdən qorxmayan insanlardır. Belə insanlar dara düşən adamlardan köməklərini əsirgəmirlər. Almanı sevənlər özlərinə inamlı, ətrafdakılara etibarlı olurlar. Bu meyvəni xoşlayanlar nikbindirlər, gələcəyə böyük ümidlə baxırlar.Armudu xoşlayanlar münasibətlərə yüksək qiymət verirlər, dostluqda etibarlı olurlar, təkliyi sevmirlər, məclislərdə şən olmaları ilə fərqlənirlər. Bu meyvəyə üstünlük verənlər zövqlü olurlar, alış-veriş zamanı seçimlərinə xüsusi diqqət yetirirlər.Üzümü xoşlayanlar sözünün üstündə durmağı, sirr saxlamağı bacaran insanlardır. Onlar açıq olmağı, özləri haqqında danışmağı çox da xoşlamırlar. Qapalılığı sevən bu insanlar sadə həyat tərzinə üstünlük verirlər və onlara həvalə olunan işə çox ciddi və məsuliyyətlə yanaşırlar.Çiyələyi sevənlər ünsiyyətcil, ən çətin adamlarla belə dil tapmağı bacarırlar. Çiyələk dadından zövq alanlar problemlərini şirin dillə, mülayimliklə həll etməyə üstünlük verirlər. Onları özlərindən çıxarmaq çətin olur, daxilən sakit olmaları baş verən hadisələrə soyuq başla yanaşmağa imkan verir.Qarpızı xoşlayanlar həyatın reallıqları ilə barışmağı bacaran insanlardır. Bu insanlar mübahisələri, şikayətlənməyi, fikirləri ilə kimi isə bezdirməyi, nəyi isə inandırmağı sevmirlər. Qarpıza üstünlük verənlərin öz həyat fəlsəfəsi olur və onlar həyatda istədiklərinə nail olmağı bacarırlar.Banan güclü və mərd insanların sevdiyi meyvədir. Bu meyvəni sevənlər xeyirxah, xoş niyyətli olurlar. Onlar güclü olsalar da sadəlövhlükləri ucbatından ətrafdakılara tez inanırlar. Bu səbəbdən də arzularının həyata keçirilməsində problemlərlə tez-tez üzləşirlər.Şaftalını sevənlər geniş ürəyə malik olurlar. Bu insanlar ilk baxışdan qətiyyətsiz insan təəssüratı yaratsalar da qısa ünsiyyətdən sonra özlərini tanıda bilirlər. Onlar üçün həyatlarında ən önəmli insan azadlığı, fikirlərinin sərbəst ifadə etməsidir. Şaftalı həvəskarları istədiklərinə asanlıqla nail ola bilirlər.Gilas və gilənarı sevənlər uşaqlıq dövrlərini unutmayanlardır. Bu meyvələrə üstünlük verənlər zarafatı, şıltaqlığı sevən insanlardır. Bu seçimdə olanlar həmçinin səmimiyyətləri ilə fərqlənirlər. Onlar öz doğmaları üçün həyatlarındakı hər şeyi qurban verməyə hazırdırlar.Kivi şən insanların meyvəsidir. Onlar heç vaxt deyinmirlər, yerli-yersiz şikayətlənməyi, narazı qalmağı sevmirlər. Həmişə bayram əhvalında olan kivi sevərlər ətrafdakılara xoş ovqat bəxş etməkdən zövq alırlar.Moruq özünə güvənənlərin seçimidir. Onlar gördükləri işi elə-belə həyata keçirmirlər. Moruğu sevənlər onlara olan ehtiyacın ifadə olunmasını sevirlər. Eqoistlikləri ilə seçilən bu insanlar adətən həyatdakı bütün işlərin icrasında mükəmməl olurlar.Limon həvəskarlarının işləri çətinlikdən keçsə də onlar problemlərinin həllində mübariz olmağa qadir olan insanlardır. Limonu sevən insanlarla hətta kəşfiyyata da getmək olar. Turş zövqlü bu insanlara ən çətin məqamlarda belə etibar etmək olar.Ananas gözəllik aşiqlərinin meyvəsidir. Onlar bütün məsələlərdə gözəllik axtaranlardır. Bu meyvənin həvəskarları sevməyi və sevilməyi, ətrafdakı insanları özlərinə cəlb etməyi bacarırlar.

Rənglərin sevgiyə təsirini öyrənin

Qırmızı rəngQırmızı sevginin və arzunun rəngidir. Sevinci təmsil edir və insanların iştahını qaldırır. Ən diqqət çəkən rəng olduğu üçün insanların üzərində canlı və həyacan verici təsir bağışlayır. Təzyiqi yüksəldir və qan dövranını yüksəldir. Nə qədər parlaq olsa da, heç bir rəng qırmızı qədər diqqət çəkə bilməz. Bu rəngi sevənlər, özünə inamlı, çılğın, bəzən isə ehtiyatsız davranmaq kimi xarakterləri var. Sevgiyə və məhəbbətə ehtirasla bağlanırlar. Lakin yeni bir sevgiyə hər zaman hazır vəziyyətdə olurlar. Yaşıl rəng İnam və hüzur verir. Buna görə də bankaların qapağında çox zaman yaşıl rəngdən istifadə olunur. Yataq otağı üçün ideal rəngdir. Yaşıl həm də insanların yaradıcılıq qabiliyyətini artırır. Həmçinin yaşıl rəng olan yerdə insanların mədə ağrıları daha az olur. Sakitləşdirici təsirlə yanaşı, dostluq və şəfqət hissini də aşılayır. Həmçinin insanlara ümid bəxş edir. Yaşıla vurğun insanlar, durğun, ağırbaşlı və sabitliyə əhəmiyyət verir. Sevgidə azadlıq axtarırlar. Qara rəng Gücü və qüvvəti təmsil edir. Qərbdə qara rəng matəmi təmsil edir, Orta Asiyada isə qara rəng sevinc deməkdir. Qara rəng fonda istifadə edilən zaman pissimistliyi əks etdirir. Qara rəngi bəyənənlər, arzulu, ehtiraslı, dominant və iqtidara sahib olan bir partniyor olurlar. Sevgini ürəkdən və səmimi şəkildə yaşayırlar. Lakin onlar üçün monotonluq dözülməz bir haldır. Sevgidə monotonluq onları bezdirir. Mavi rəngSakitliyi təmsil edir. Sakitləçdirici və sərinləşdici təsiri var. Ərəblər mavi rəngin qan dövranını azaltdığına inanırlar. Hüzur verir və gərginliyi yox edir. Xüsusən də açıq mavi tonları evdə mütləq istifadə edilməlidir. Bu rəngi sevənlər inam və sədaqət həyatlarının əvəzolunmaz üsnsürləridir. Sevgi dolu bir eşq yaşayırlar. Uğuru təmsil etməklərinə baxmayaraq, ən kiçik şübhə və inamsızlıq sevgilərinə mənfi təsir edir.Göy rəngKosmik rəng kimi istifadə edilir. Sonsuzluğu, nüfuzu və məhsuldarlığı təmsil edir. Xüxusən də vacib iş görüşlərinə gedərkən bu rəngdən istifadə etmək məsləhətdir. Göy rəng geyinən insanlar özlərini daha xarizmatik və inamlı hiss edir. Buna görə də bir çox şirkətlərin loqosu göy rəngdə olur. Həzm sistemini gücləndirir. Özünü xüsusi hiss etdirir. Göy rəngi sevənlər çox danışılan və sensasiyalı sevgi axtarır. Sevgidə dəyişkən və cəlbedicdilər. Bənövşəyi rəngSinirləri və əsəbləri üzə çıxardığına görə, insanların şüur altında qorxu hissi yaradır. Hafizəni yeniləyən bir hiss yaradır. Təntənə və dəbdəbənin ən son zirvəsidir. Bu rəngi sevənlər, səmimiyyətini ön plana çıxaran, xəyal dünyası zəngin, sənətə düşkün xarakterə malik olurlar. Sevgidə ruh əkizlərini axtarırlar. Çəhrayı rəngİnsanları rahat hiss etdirən və sakitləşdirən bir rəngdir. Buna görə də mağazaların önündə bu rəngdən istifadə edilir. Sevgi və uşaqlıq rəngidir, eyni zamanda şəfqət duyğularını da hərəkətə gətirir. Şirinliyi və sevgini bildirir. Çəhrayı rəngi sevənlər əyləncəli və həyəcan verici həyatları olur. Diqqət görmək istəyirlər. Sarı rəng Gəncliyin və cəlbediciliyin simvoludur. Sarı günəş rəngi olduğu üçün insanların gündəlik həyatına hakim rəngdir. Xüsusən də açıq sarı insana rahatlıq gətirir. Əsəbləri korlanmış insanlar sarı rəngin hakim olduğu bir məkanda özlərini daha yaxşı hiss edir. Sevgiləri sarı rəngdə olanlar, mübariz, ağıllı, intellektual bəzən isə inadcıl xarakterə malik olurlar. Sevgidə həmişə ümidli olurlar. Şən və istiqanlı insanılardır. Xəyanətə meylli olurlar. Ağ rəng Nüfuzu, təmizliyi simvolizə edir. Ağ rəng insanı tarazlaşdırır. Həmçinin ağ məsuluğun və saflığın rəngidir. Ağı rəngi sevənlər sevgidə mümkün qədər səmimi və mehriban olmağa çalışırlar. Qəhvəyi rəng İnsan xarakterini sürətləndirir. Qəhvəyi rəngin hakim olduğu yerdə uzun müddət oturmaq çətin olur. Bu rəngi sevənlərin sevgiləri çox təbii olur və paylaşmağı sevirlər. Narıncı rəng Şən olurlar. Sosiallaşmağı və yardım etməyi sevirlər. Bu rəngi sevənlər duyğusal və həssas xarakterə malik olur. Sevgidə yaradıcılıq qabiliyyəti yüksəkdir.

Realist insansınız ya romantik... - Romantik zəkanızı ölçün

Realist insansınız, yoxsa daha romantik hərəkət edirsiniz? Bu test vasitəsilə romantik zəkanızı ölçə bilərsiniz.1. Hansı fikri özünüzə daha yaxın görürsünüz?a) Həyatdan zövq al, daim sürprizlərə hazır ol! Sabah nə olacağını heç kəs bilə bilməz. b) Dürüstlük ən qalıcı şeydir. Yalanlar uçub gedir. c) Əsla problemləri təxirə salma! Yoxsa daha da böyüyüb qarışıq hala gələcək. d) Hamı özünə cavabdehdir. Kimsə başqasına güvənsə, böyük bir xəyal qırıqlığı yaşaya bilər.2. Sizdə qısqanclıq hissinə nə səbəb olur?a) Bir dostunuz xəyalını qurduğunuz hər şeyə sahibdirsə, üstəlik bununla öyünürsə. b) Çox çalışqan olduğunuz halda, yarıtmaz görünən iş yoldaşınız sizdən daha uğurludursa. c) Dost qrupunuzdakı insanlar bir dostunuzla çox maraqlandığı halda, sizin heç kefinizi soruşmursa. d) Ən yaxın dostunuz insanlarla asanlıqla dostluq qura bildiyi halda, sizin bunu bacarmamağınız.3. Hansı vəziyyətlərdə narahat görünürsünüz?a) İlk dəfə sevgilinizin ailəsi ilə tanış olanda. b) Kütlə qarşısında çıxış edərkən. c) Sizə borcu olan birindən borcunuzu geri almaq istədikdə. d) Bir dostunuz sizə eşitməyi istəmədiyiniz sirlərini açdıqda.4. Pis gün keçirirsiniz. Bu gün sizi ən çox nə əsəbləşdirə bilər?a) Qəbul saatı aldığınız halda, getdiyiniz iş yerində heç kəsin olmaması. b) Qaça-qaça avtobusa çatırsınız və tam qapıya çatdığınız an sürücü qapıları bağlayır. c) Saxlatdırdığınız paltarı almağa getdiyiniz zaman onun satıldığını görmək. d) Küçədə uşağa qışqırıb, onu döyən ana.5. Hansı rəng sizə daha xoş gəlir?a) Firuzəyi. Xoş əhval-ruhiyyə yaradır. b) Çəhrayı. Ən sevdiyiniz rəng olmasa da, sizi sakitləşdirir. c) Açıq mavi. Dəniz kimi rahatlaşdırıcıdır. d) Bənövşəyi. Çünki son günlərdə dəbdədir.6. Aşağıda göstərilənlərdən hansı sizi stressə sala bilər?a) Borclarınızla bağlı xəbərdarlıq aldıqda. b) Müdiriniz etmək istəmədiyiniz bir iş üçün sizi məcbur etdikdə. c) Bir dostunuz prinsiplərinizə əks bir şey istədikdə. d) Yatıb qaldığınız üçün bir dostunuzu çətin vəziyyətdə qoyduqda.7. Saata baxmadan onun neçə olduğunu təxmin etməyə çalışın. Nə qədər yaxınlaşdınız?a) Az qala düz tapmısınız. b) Yarım saata qədər səhv etdiniz. c) 15 dəqiqə fərq var. d) Saat istifadə etmirsiniz.8. Vacib qərarlar verərkən sizə kim kömək edir?a) Falçıya gedərsiniz. b) Vəziyyətdən xəbərdar olan insanlardan məsləhət alarsınız. c) Özünüz vəziyyəti analiz edərsiniz. d) Hisslərinizlə hərəkət edərsiniz.9. Evlənməyə qərar verdiniz. Ən çox nəyə diqqət edərsiniz?a) Heç nəyin monotonlaşmamasına diqqət edərsiniz. b) Tez maddi vəziyyətə baxarsınız. c) Dava çıxmaması üçün əvvəlcədən əlinizdən gələni edərsiniz. d) Bundan sonra evin içində əsla ev paltarı ilə gəzməzsiniz.10. Komanda ruhu müxtəlif fikirlərə açıq olmaq deməkdir. Bəs insanlar sizinlə asanlıqla müzakirələr apara bilərmi?a) Əgər mövzu sizin üçün maraqlı deyilsə, istəksiz görünərsiniz. b) Müzakirələri mənasız görürsünüz. c) Müzakirələri sevirsiniz. Özünüzü yarışmada kimi hiss edərsiniz. d) Bütün əks fikirləri sakitcə dinləyərsiniz.11. Diqqətcilsinizmi?a) İnsanların ruhunu ən dərinə qədər oxuya bilirəm. b) Diqqətciləm. Çünki məndən daim kömək istəyirlər. c) Çox da pis deyiləm. d) Qərarsızam. Qiymətləndirmə: Cavablar:95 bala qədər: Realistsiniz Realist biri olaraq hərəkətlərinizi əvvəlcədən yaxşı ölçüb-biçirsiniz. Sevgi və dostluqda problemləri mümkün qədər tez aradan qaldırırsınız. İş həyatınızda stressi soyuq qanlılıqla qarşılayırsınız. Bir az soyuq görünməyiniz sizə sərf edir. Beləliklə güclü görünürsünüz.95-160 bal arası: Həssas və məsafəlisiniz İnsanları və vəziyyətləri sürətli və doğru dəyərləndirə bilirsiniz. Bir baxışdan daha çoxunun olub-olmayacağını, iş müsahibəsinin müsbət nəticələnib-nəticələnməyəcəyini, bir dostunuzun dürüst olub-olmadığını hiss edirsiniz. Ancaq öz iç dünyanızı hiss etdirmirsiniz.160 baldan yüksək: Düzgün yoldasınız Tanış olduğunuz insanların haqqındakı ilk təəssüratlarınız, adətən, daha sonralar təsdiqini tapır. Eyni şəkildə yeni bir işə başladığınız zaman hələ ilk gündən oradakı karyera şansınızı düzgün təxmin edə bilirsiniz. İnsanlar sizinlə tez yaxınlıq qururlar. Bunun səbəbi isə ağlınızla hislərinizi tarazlıqda saxlamağı bacarmağınızdır.(feat.az)

Əyləncəli PSİXOLOJİ TEST - Sonunda güləcəksiniz

Testin sonunda güləcəksiniz. Yazılanları sırası ilə oxuyub, tətbiq edin. Aşağıdakı yazıları sırası gəlmədən oxumayın. Əgər bir ad yazacaqsınızsa, həmin şəxsi həqiqətən tanıdığınıza əmin olaraq yazın. Oyun 3 dəqiqənizi alacaq. Diqqətli olun və sualları hisslərinizlə cavablamağa çalışın. Bir kağız və qələm götürün. Sıra ilə oxuyaraq yazılan tapşırıqları kağızda qeyd edin.1) Kağıza yuxarıdan aşağıya doğru 1-dən 11-ə qədər rəqəmləri yazın.2) 1 ilə 2-nin qarşısına hər hansı bir rəqəm yazın.3) 3 ilə 7-nin qarşısına fərqli adlar yazın. (Qarşı cinsdən)4) 4, 5 və 6-nın qarşısına ailə üzvlərindən və ya dostlarından olan insanların adlarını yazın.5) 8,9,10 və 11-in qarşısına mahnı adları qeyd edin.AÇIQLAMA:1) Bu testi bir neçə şəxslə paylaşın. Neçə nəfərlə paylaşmalı olduğunuz 2 nömrənin qarşısında yazılıb.2) 3 nömrənin qarşısına yazdığınız insan çox sevdiyiniz bir insandır.3) 7-nin qarşısına yazdığınız insan sevdiyiniz biridir, lakin aranız düzəlmir.4) 5-in qarşısına yazdığınız insanı çox yaxşı tanıyırsınız.5) 4-ün qarşısına yazdığınız insan ayrıla bilmədiyiniz insandır.6) 6 nömrənin qarşısında adı yazılmış şəxs sizə uğur gətirən biridir.7) 8-in qarşısına yazdığınız mahnı 3 nömrədəki insana aiddir.8) 9-un qarşısına yazdığınız mahnı 7 nömrədəki insan üçündür.10) 10 nömrənin qarşısındakı mahnı sizinlə bağlıdır.11) 11 nömrədəki mahnı həyatla bağlı hisslərinizi ifadə edir.

Üzüyü hansı barmağınıza taxırsınız? - Xarakteristika

Üzük əksər xanımların ən çox sevdiyi bəzək əşyalarından biridir. Mütəxəssislər isə üzüyü hansı barmağınıza taxmağınızdan asılı olaraq xarakterinizin məlum ola biləcəyini qeyd ediblər. Bəs üzük  sizin xarakterinizi müəyyənləşdirir? - Əgər siz üzüyü baş barmağınıza taxırsınızsa, bu, özünü təsdiqi bildirir.Baş barmaqdakı üzük onun sahibinin özünü təsdiqetmə cəhdini bildirir. Əgər bunu xanımlar edirsə, bu zaman ehtimal ki, onlara kişi xarakterinin bəzi xüsusiyyətləri məxsusdur (məsələn, inad, hirslilik və s.). Çox vaxt qeyri-ənənəvi seksual oriyentasiyası olan qadınlar da üzüyü baş barmağa taxırlar.- Şəhadət barmağındakı üzük hakimiyyət və gücün rəmzidir.Sağ əlin şəhadət barmağındakı üzük öz sahibinin iradəli xarakterini, onun hakimiyyətə cəhdini bildirir, həmçinin onun müsbət keyfiyyəti olan düşüncəsi haqqında xəbər verir. Sol əlin şəhadət barmağındakı üzük isə olduğundan fərqli görünməyə işarə edir. Bu insanlar həyatda göründükləri kimi deyil, bir az fərqli olur, özlərini daha yaxşı tərəfdən göstərməyə cəhd edirlər.- Orta barmaqdakı üzük eqoistlik rəmzidir.Psixoloqlar hesab edirlər ki, bu barmağına üzük taxan insanlar özləri ilə lovğalanmağa meyllidirlər. Üzük nə qədər effektiv olarsa, siz bir o qədər daha dəfedilməz görünəcək və özünüzdən daha əmin olacaqsınız.- Adsız barmaqdakı üzük sevgi və ailə rəmzidir.Bu barmaqdakı üzük hər kəsə bəlli məlumatı bildirir – ailə vəziyyətinə işarə edir. Hələ qədim misirlilərin fikrincə, adsız barmaqdan ürəyə sevgi damarı gedir. Həmçinin bu barmaqdakı üzük romantiklik, xəyalpərəstlik, zərif hisslər, incəsənətə sevgini bildirir. Yeri gəlmişkən, sol əlin adsız barmağına üzüyü dul və ya boşanmış qadınlar taxırlar.Xristian adətlərinə görə isə, sol əlin 4-cü barmağı özəl bir önəm daşıyır. Qədimdə xristian toylarında gəlinin ortadakı 3 barmağına - şəhadət, böyük (orta) və adsız (nişan) barmaqlarına üzüklər taxılırdı. Bunun mənası da 3 müqəddəs - ata, oğul və müqəddəs ruh demək idi. Gəlin toydan sonra digər iki barmağındakı üzükləri çıxarırdı, nişan barmağındakı üzük isə evli olduğu müddətdə barmağında qalırdı.- Çeçələ barmaqdakı üzük qeyri-adi insanlara işarə edir.Bu barmaqdakı üzük onun sahibəsinin son dərəcə qeyri-adi şəxsiyyət olduğunu bildirir. Bu, inandırmaq bacarığına malik olan mahir və yaradıcı təbiətli insanlardır. Bundan başqa çeçələ barmaqdakı üzük həmçinin hiyləyə və diribaşlığa da işarə edə bilər. Həmçinin hesab edilir ki, çeçələ barmağına üzük taxan insanlar hamı ilə ümumi dil tapa, işgüzar əlaqələr qura bilir.Ayaq barmağına üzük taxan xanımlar isə qeyri-adi, maraqlı olmağa, camaatdan seçilməyə cəhd edir. Həmçinin bu məqam xanımların özündən razı olmasına işarə edir.

Necə birisiniz? - Özünüzü kəşf edin

Özünüzü bir daha kəşf edin.  Psixoloq.az həmin testlərdən birini oxucularına təqdim edir: 1 - Favorit rənginiz hansıdır : Qırmızı - Qara - Mavi - Yaşıl - Sarı2 - Adınızın ilk hərfi?3 - Doğduğunuz ay?4 - Hansını daha çox sevirsiniz? Qara yoxsa Ağ?5 - Sizinlə eyni cinsiyyətdə birinin adı?6 - Favorit rəqəmin?7 - Hansını daha cok sevirsiniz? Kaliforniya - Floruda ?8 - Gölmü sevirsiniz Okeanmı? Cavablar: 1.Əgər seçtiyiniz rəng;Qırmızı : Həyəcan vəziyyətindəsiniz və həyatiniz sevgiylə doludur.Qara : Qapalı və hirsli birisiniz.Yaşıl : Ruhunuz dincdir və rahatsınız.Mavi : Spontane ask opucukleri və qayğıkeş birisiniz.Sarı : Xoşbəxt bir insansınız.. Pis rejimdə olanlara yaxşı tövsiyələr verirsiniz. 2.Əgər baş hərfiniz;A-K Həyatinizdə bolca sevgi və dostluq var.L-R Həyatınızı maksimumda yasamaya çalışırsınız,yaxınlardahəyatınız yenidən canlanacaq.S-Z Basqalarına kömək etməyi sevirsiniz. . Gələcəyiniz gözəlgörünür. 3.Əgər doğulduğunuz ay;Yanvar - Fevral - Mart : İl sizin üçün gözəl keçəcək. Heç gözləmədiyinizbirinə aşıq olacağınızı keşf edəcəksiniz.Aprel - May - İyun : Sonsuza qədər davam edəcək bir sevgiyə sahib olacaqsınızİyul - Avqust - Sentyabr : Çox gözəl bir il yaşayacaqsınz və həyatinizdə köklü dəyişikliklərə səbəb olacaq təcrübələr yasayacaksiniz.Oktyabr - Noyabr - Dekabr : Eşq həyatınız möhtəşəm olacak,ruh ekizinizi tapacaqsınız. 4.Əgər seçdiyinizQara : Həyatiniz bambasqa bir tərəfə doğru hərəkət edəcək. Sizin üçün ənyaxşı sey bu olacaq və bu dəyişimdən xoşbəxt olacaqsınız.Ağ : Sizi tamamlayan və sizin üçün hər şeyi edə biləcək dostlara sahibsiniz,amma bunun fərqinə çatmaya bilərsiniz.5.Bu insan sizin ən yaxşı dostunuz.6.Bu rəqəm həyatınızda sahib olduğunuz ən yaxın dostlarınızın sayını göstərir. 7. Əgər seçdiyiniz;Kaliforniya : Macera sevirsiniz.Floruda : Yan gəl yat bir tipsiniz. 8.Əgər seçdiyiniz;Göl : Siz dostlarına,sevgilisinə tamamilə bağlılıq göstərən birisiniz.Okean : insanları xoşbəxt etməyi sevən birisiniz.

Adlarımızın baş hərfi nə deyir?

Adlarımızın baş hərfi bizi əks etdirirmi ? A hərfi: yoldaşınız çox cazibədar olmalı. Çünki bir Eşq düşkünü olaraq buna əhəmiyyət verirsiniz. B hərfi: Romantiklik və romantizm xüsusiyyətiniz. Sevginizi ifadə etmə qabiliyyətiniz qüvvətlidir. C/Ç hərfi: Eqoistsiniz. Eşqi sevmənizə baxmayaraq uzunmüddət eşq olmadan yaşaya bilərsiniz. D hərfi: İstədiyiniz adamı əldə edirsiniz. Sifətləriniz isə, aşiq, sadiq, qısqanc və eqoist. E hərfi: Əsla duyğunuzu tamamilə itirmirsiniz.  Ə hərfi: Cazibədar və asan insansınız. Sevgilinizi hər şeyin üstündə tutursunuz. F hərfi: Sevimlinizi ilahlaşdırmaqdan zövq alırsınız. İsti və romantik bir insansınız. G hərfi: Sizin üçün deyiləcək əsas söz çox incə detallara diqqət edirsiniz.  H hərfi: Sizi hər baxımdan zənginləşdirəcək birini axtarırsınız. Onun üçün hər şeyi edə bilərsiniz. X hərfi: Asanlıqla əldə olunursunuz. Romantikanı çox sevirsiniz, xəyalpərəstsiniz. İ hərfi: Sevilmək icin yaradılmısınız. Amma hər şeyi həmişə ondan gözləyirsiniz. Bu da əlaqələrinizin qısa sürməsinə səbəb olur. J hərfi: Romantik olduğunuz deyilə bilər amma sizi əsl maraqlandıran onu başdan çıxarmaqdır. K hərfi: Utancaq görünsəniz də çox xaricə dönüksünüz. Aldatmaqdan nifrət edərsiniz. L hərfi: Sevilməkdən çox sevməyə əhəmiyyət verirsiniz. Bir az meymun iştahlısınız. M hərfi: Çox romantiksiniz. Birlikdə olduğunuz insanı uşaq kimi qoruyub, gözləyirsiniz. N hərfi: Mükəmməlliyətçi olduğunuz üçün standartlarınıza uyğun birini tapmağınız çox çətin. O/Ö hərfi: Pul və güc sizin icin çox əhəmiyyətlidir. Həmçinin eşqə çox düşkünsünüz. P hərfi: Sizin üçün həyatın mənası ideallıq. Biriylə birlikdə ola bilməyiniz bu səbəblə çətindir. R hərfi: Sizin özünüz kimi intellektual və ağıllı birinə ehtiyacınız var. Eşq, sizin bir çox şeydən əvvəl gəlir. S hərfi: Bir dəfə ürəyinizi qapdırdığınız zaman dünyanın ən sadiq insanı olursunuz. Ş hərfi: Düşünmədən hərəkət edirsiniz. Sevgilinizə böyük hörmət edirsiniz.Hamını özünüz kimi bilirsiniz T hərfi: Eşqbazlıq üçün ideal bir tipsiniz. Aşiq olduğunuzda dərhal qırılırsınız. U/Ü hərfi: Dəyər verəcək birini axtarırsınız. Sevgilinizi hər şeyin üstündə tutursunuz. V hərfi: Azadlıq və həyəcanı çox sevirsiniz. Buna görə bütün əlaqələriniz təhlükəlidir,amma çox xoşbəxtsiniz. Bütün gününüzün əyləncəli etmək istəyirsiniz. Sevsəniz bunlardan heç biri olmayacaq romantika başlayacaq. Y hərfi: Müstəqillik, şüarınızdır. Sevgiyə əhəmiyyət verirsiniz. Amma pul daha əhəmiyyətlidir. Z hərfi: Eşqın acı olduğunu bilirsiniz. Səmimi, həssas, romantik və xəyalpərəstsiniz.

Xarakter analizi testi

1. Ənənəvi sağlam fikirli düşüncəlisiniz. Özünüzdən əvvəl başqalarını düşünərsiniz həmişə. Müasir dünyagörüşü sizə olduqca uzaq. Ananızın sözünə qulaq asar, təcrübənin gücünə inanırsınız. Dinc bir quruluşunuz var. Bir qərar vermədən əvvəl dərininə düşünərsiniz. Bəzən tələsikçi davranarsınız, bir az yavaşlayın. Nəzakətli və həssas quruluşunuz ətrafınız tərəfindən təqdir edilir, sizə xal qazandırır. Sizə tövsiyəmiz, bu yanlarınızı qoruyun. 2. Təbii simpatik, canayaxınsınız. Kimsəyə bənzəmək kimi bir dərdiniz yoxdur. Siz yalnız 'siz'ə bənzəyirsiniz. Hər kəs tərəfindən sevilən bir insansınız. Olduğunuz mühitə sevinc gətirərsiniz, buna görə yoldaş görüşmələr sizsiz olmaz. Dərt ortağım, çətinliyi olan sizə qaçar. Ön mühakimələr qurbanı deyilsiniz, sizin üçün könüllər bir olsun, yetər. Bəzən sizdən heç gözlənilməyən dəliliklər edirsiniz, tarazlığı qoruyun deyərik. 3. Qeyri-adi, xəyalpərəst, təbiətə düşkünsünüz. Həyata bağlısınız, yaşamağı çox sevirsiniz. Xüsusilə təbiətə, heyvanlara və bitkilərə düşkünsünüz. Köhnəyə və ənənələrə bağlısınız. Ədəbiyyata maraqlıdır. Təfərrüatlar sizin üçün əhəmiyyətlidir. Sizə tövsiyəmiz, bir az daha elastik olun. 4. Sərhədlərin xaricində gəzməyi sevirsiniz. Enerjinizə çatmaq çox çətin. Ani çıxışlar edərsiniz. Diliniz də bir az iti, nə vaxt nə deyəcəyinizi kəsdirmək çətindir. Olduğunuz mühitə sevinc qatırsınız. Zarafatlı bir quruluşunuz var. Bütün bunların yanında romantik və həssas bir quruluşunuz var. Orta yolu tapmağa çalışmalısınız. 5. Sosial, şən, yaşamaqdan böyük zövq alırsınız. Yerində dayana bilməyən, bir şəxsiyyətiniz var.  Bir dəstədə dərhal yoldaş əldə edər, ictimai mühitlərdə hərəkətli rəftarlarınızla özünüzü müəyyən edərsiniz. Sizin yanınızda darıxmaq nə mümkün! Sənətə maraqlısınız, xüsusilə vizual sənətlərdə qabiliyyətinizi heç etməyin deyərik.  6. Balanslı, qərarlı, təcrübəlisiniz. Siz bacarmaq üçün yaradılmısınız. Başınıza qoyduğunuzu edərsiniz. Fəlsəfəyə və elmə maraqlıdır. Düşünməyi və çıxarmağı sevirsiniz. Planlı proqramlı çalışar, bu günün işini sabaha buraxmazsınız. Tarazlıq və uyğunlaşma insanısınız. Yalnız ehtiraslı quruluşunuz bəzən sizi yora bilər. Bəzi hallarda həyatı axışına buraxmağı öyrənməlisiniz.