Psixoloji Testlər

Sizə yaxın olan 3 xarakteri seçin-Blob ağacı psixoloji test

Gördüyünüz  şəkili diqqətlə incələyin. Şəkili incələdikdən sonra sizə ən yaxın olan üç xarakeri seçin. Bu xarakterlə həyatınızın bu dönəmində sizi təsvir edir. 1,3,6 və 7 rəqəmi Bu rəqəmlərdəki xarakterlərin hamısının motivasiyası yüksəkdir və mübarizədən qaçmırlar. Aralarındaki fərq çətinliklər qarşısında həyata və özlərinə hiss etdikləri güvənin dərəcəsidir. 1 rəqəmi yerinin güvəndə olduğunu hiss etmir. Hər işi özü etdiyi üçün sıx-sıx çətinlik çəkə bilər. Onun imtahanı başqalarına güvənmək və kömək almağı qəbul etməkdir. 3 rəqəmi başqalarından aldığı dəstək nəticəsində sağlam bir başlanğıc etdiyini hiss edir. Getməli olduğu yolun çox uzun olduğunu bilir. Ehtiyacı olan tək şey təcrübədir. 6 rəqəmi özünə güvənli və təcrübəlidir. Onun öyrənməsi gərəkən şey yeni perspektvlərə açıq olmaq və hər şeyi bildiyi xəyalına qapılmamasıdır. 7 rəqəmi özünə güvənən və motivasiya baxımından tarazlığını qoruyan şəxsdir. Onun sınağı etibarlı mövqeyini tutmamağı seçmək və bu mövzuda təcrübəsiz olmağın həyəcanı ilə özünü itirməkdir.   2,11,12,18 və 19 rəqəmi Bu rəqəmləri seçmisinizsə güclü ünsiyyət bacarıqlarınız var deməkdir. Ayrıca dostlarınıza, ailənizə, yaxın çevrənizə yardım əli uzatmaqdan çəkinmirsiniz. 2 rəqəmi sadəcə yaxşılıq etməyin həzzini almaq üçün insanlara yardım edə bilər. 11 və 12 rəqəminin dost şevrəsi genişdir. İş münasibətlərində belə dostluq qurduğu insanlarla daha yaxşı çalışır. 18 rəqəmi tipik bir dəstəkləyici ailə başçısı xususiyyətini daşıyır. Ailənin xoşbəxtliyi hər şeydən üstündür. 19 rəqəmi tam bir dar gün dostudur. Çətin günləri aşma mövzusunda təcrübəlidir. 4 və 5 rəqəmi Bu  rəqəmləri seşən insanlar həyatları çox hərəkətli olmayan və az riskli insanlardır. 4 rəqəmi həyatın tarazlığını diqqətlə müşahidə edir. Uğurlu biri olmaq istəsə də, bunun gətirəcəyi risk və çətinliklərin öhtəsindən gələ biləcəyini düşünmür. Onun öyənməsi lazım olan həyatın çətinlikləri qarşısında keyfini pozmamaq və hər enişin bir yüksəlişi olduğunu xatırlamaqdır. 5 rəqəmi özünü yorğun və motivasiyası aşağı hiss edir. Həyat enerjisini bərpa etmək üçün istirahətə və özünü dinləməyə ehtiyacı var. O, bu vəziyyətin keçici olduğunu və həyatının bu dönəmində yenidən ayağa qalxacaq gücü toplamaq üçün gözlədiyini bilməlidir. 9,13 və 21 rəqəmi 13 və 21 rəqəmi mənfi düşüncələrə daha çox yer verən bir quruluşa sahibdir. Bu xüsusiyyətləri olan insanlar özünü xarici dünyaya qapalı tutmağa meyilli insanlardır. Bir yerdən sonra tamaşaçı olmağı bir kənara qoyub xoşbəxt olmağı öyrənməlidirlər. 9 rəqəmi də 13 və 21 kimi öz dünyası var. Amma o xoşbəxtdir və özünə yetəcək bir məkana sahibdir.  O böyük gözləntilər insanı deyil. Onun sınağı içindəki xoşbəxtliyi başqalarıyla paylaşaraq artırmağı öyrənməkdir. 16 və 17 rəqəmi Bu rəqəmləri seçən insanlar istər ailə, istər həyat yoldaşı olsun yaxın münasibətlərdə ortaya çıxan çətinlikləri incələməli və özlərini dəyişdirməlidirlər. 16 rəqəmini seçən insanlar şantajlardan qorunma mövzusunda özünü inkişaf etdirməlidir. Xeyirxah xüsusiyyətindən sui-istifadə edilməməsi üçün diqqətli olmalıdır. 17 rəqəmi öz ayaqları üzərində durma gücünə sahibdir. Yanın münasibətlərdən gözləntisi çiçirdilməməli və insanlara azadlıq və özünü ifadə üçün fürsət yaratmalıdır. Onun sınağı özünə yetəcək bir fərq olmalı və yetərli durumda münasibət qurmağı öyrənməlidir. 14 və 20 rəqəmi 14 və 20 rəqəmini seçən insanlar çox emosional insanlardır. Hər ikisinin özünəməxsus bir yalnızlığı var. 14 rəqəmi emosional cəhətdən həssas olduqda tək qalmaq istəyər. Həyatının bu dönəmində özünü incinə bilə kimi hiss edir. O özünə uzadılan kömək əlini qəbul etməli və bu vəziyyətin keçici olduğunu bilməlidir. 20 rəqəmi zirvədə olmanın verdiyi yalnızlığı yaşayır. Amma özünü halından məmnun və uğurlu hesab edir. Özünü yaxşı hissetse belə vəziyyəti gözdən keçirməlidir. İnadkarlıq göstərməməli və başqalarının fikirlərinə də önəm verməlidir. 10 və 15 rəqəmi 10 və 15 rəqəmini seçən insanlar dünya ilə barışmış və xoşbəxt həyatları olan insanlardır. 10 rəqəmi öz dünyasının sərhədlərini tam olaraq müəyyən edib. O insanlarda uzaq durmasına baxmayaraq yaxşı bir müəllim və tərəfsiz bir müşahidəçidir. 15 rəqəmi Həyatın tam ortasında xoşbəxt olamağı öyrənmişdir. Əlindəkilərin qiymətini bilir. Yaxın çevrəsi ilə ünsiyyət halındadır. 8 rəqəmi özünə qapanmağı üstünlük verir. Heç kəsin baxmadığı uzaqlara baxdığı üçün bənzərsiz bir perspektivə sahibdir. Özünə ayırdığı yalnızlıq zamanı bitdiyi zaman çox gözəl işlər görə bilər. 

Qayğı ve Stressdən qurtulmaq üçün maraqlı oyun

5-4-3-2-1  Metodu  Bu metodun ilk addımı gördüyünüz 5 şeyi tamamlamaqla başlayır.  Daha sonra eşitdiyiniz 4 şeyin fərqində olmağa çalışırsınız. Ardından toxunduğunuz və hiss etdiyiniz 3 şeyə dəqqətinizi vermək lazımdır.  Bu ayaqqabılarınızın içindəki ayaqlarınız və ya üzüyünüzün içindəki barmağınızı hiss etməyə qədər bir çox fərqli şeylər ola bilər. Daha sonra qoxusunu aldığınız 2 şeyi və dadını aldığınız 1 şeyin fərqində olmaqla çalışmanı tamamlayırıq.  Bunun üçün dərin bir nəfəs aldıqdan sonra sırayla, 5 əşya təsvir et. Ətrafında gördüyün 5 əşyanı təsvir edərək adlarını demək kifayətdir. 4 səs eşit.  Əgər musiqi dinləyirsənsə musiqini dayandır və eşitdiyin 4 səsi təsvir et. Musiqi səsindən uzqlaşa bilmirsənsə bu instrument də ola bilər. 4 instrument təsvir et. 3 şey hiss et. Burada toxunma hissini təsvir edirsən. Məsələn ayaqqabılarının içindəki ayaqlarını, stula oturan vücüd bölgəni, üzünə dəyən küləyi vs. hiss et. 2 şey qoxla.  Ətrafdan aldığın fərqli qoxuları təsvir et. Burnuna o anda tək bir qoxu gəlirsə, fərqli bir şeyi qoxlayaraq da təsvir edə bilərsən.  Əgər burnun tutulubsa sevdiyin bir çiçəyi və ya yeməyi xəyalında canlandıra bilərsən. 1 şeyin dadına bax.   Ağzının içində o ankı dadı təsvir edə bilər və ya bir yudum su içə bilərsən.  Diqqətimizi duyğulara vermək indiki ana qayıtmağımızı təmin edir, əşyaları saymaq mənfi düşüncələrimizin arasına girərək, sıxıntılarımızdan uzaqlaşmağa kömək edir. 

Xəyalən meşəyə gəzintiyə çıxın -Psixoloji Test

Xəyalınızda canlandırdığınız meşə gəzintisində özünüz haqqında hansı maraqlı şeylər öyrənə bilərsiniz? Sizi məşəni gəzməyə dəvət edirəm, yalnız təxəyyülünüzdəki meşənı... 1.Təsəvvürünüzdə ağacları, heyvanları və insanları meşədə canlandırın. (üzr istəyirəm, yaxınlıqda yaşayış var) İndi isə bütün bu pulsuz fantaziyaların nə demək olduğunu sizə izah edəcəyəm. 2.Təsəvvür edin ki, meşədə gedirsiniz. Meşənin necə olduğunu nəzərinizdə canlandırın. Günəşli və ya buludludu, orada hansı ağaclar böyüyür, aralarındakı məsafə nə qədərdı? 3.Meşədə özünü necə hiss edirsən? İlin hansı fəslində, günün hansı saatında buradasınız? Təksiniz? Yeri gəlmişkən siz meşədə nə edirsiniz? Hansı məqsədlə gəlmisiniz? Qəflətən yerdə parlayan əşya nəzərinizi cəlb edir. Əyilirib baxanda açar olduğunu görürsünüz. O nəyin açarıdı? Siz onunla nə edəcəksiniz? Açar yerdən qaldıracaqsınız , ya əhəmiyyət verməyib ötüb geçəcəksiniz? .Qəflətən nəzərinizi ayı cəlb edəcək. Ayını təsvir edin. O nə edir. Gördüyünüz an nə hisslər keçirdiniz. O sizə necə təsir bağışladl? Siz ona əhəmiyyət verdiniz? 4.Qarşıda bulaq görünür. Ondan su içib üzünüzü yuyacaqsınız? 5.Daha irəli gedib bir hasarın qarşısında dincəlırsiniz. Şənin fikrincə divar hündürdü, nazikdi ya hansı materialdandı? 6.Hasarın o biri tərəfində olmalısan. Bunu öhdəsindən necə gələ bilərsən? Keçməyiniz asandır? 7.Yolunuza davam edirsiniz və çuxur nəzərinizi cəlb edir. O böyükdür ya kiçik? Çuxura baxacaqsınız? Hansı heyvanın onu qazdığı sizə maraqlandırır? Orada oturan heyvana baxmaq istərdiniz? 8.Qəflətən haradansa cırtdan adam peyda olur. Diqqətizi özünə cəlb etməyə çalışır, ayaqlarınız altında bükülür. Sizin reaksiya necə olar? Əsəbləşərsiniz? Ona yazığınız gələr? Sizi incitməyə davam edərsə, nə edərsiniz? 9.Yolun səmti çay sahilinə çıxır. Çayın təsvirini dəqiq söyləyin. Su orada necədi, suyun axarı, günün vaxtı, dibində daş var, ya yoxdu? Sahildə gəzmək sizin xoşunuza gəlir?10.Siz çaya tərəf gəldiniz. O biri sahildə isə ev görürsünüz? O necə evdi? 11. Sizi məmnun etmək istəyirəm, bu sizin evinizdir, qapılarda bunu bildirən bir işarə var.Qapıdakı lövhənin üzərində bu barədə məlumat var. Lövhə necə görünür və konkret olaraq orada nə yazılıb? 12. Qapıdakı lövhənin üzərində nə yazılıb? Qapını açıb içəri daxil oldunuz. Hər tərəfə nəzər yetirirsiniz. Ev sizi qane edir? Hər tərəfdə səliqəlilik hökm sürür, ya əksinə təsir bağışladı, qarmaqarışırlıqdı? Bu evdə necə otaq var? Sayını deyin və bir- bir təsvir edin. 13. Zirzəmiyə nəzər salın. Nə görürsünüz? Siz ora girəcəksiniz? Orada qalardınız, ya o dəqiqə çıxarardınız? 14. Siz çardağa qalxmısınız. Orada nə saxlanılır? Çardaq səliqəli təsir bağışlayır yoxsa hər tərəf parakəndədi. Siz orada nə qədər zaman keçirdiniz? 15. Siz evi tərk edirsiniz.Təəssüflə, yoxsa sevinclə? Tezliklə ora qayıtmaq istərdinizmi? 16. Daha irəli gedirsən və təpənin üstündən dənizə baxırsan. 17. Dənizi təsvir edin. Hava sakitdi, ya fırtınalı, günəş, külək var? Qağayılar dənizin üstündən uçur. Yüksək, aşağı, sizə yaxın və ya uzaq? Onların səsini eşidirsən?Sizdə hansı hissləri oyadır? 18. Siz gəmi görürsünüz. O necə gəmidi? Sahildən nə qədər uzaqlıqdadı? Siz ona çata bilərsiniz? Siz bunu edəcəksiniz? Oyunun formasına baxmayaraq bu həqiqətən psixoloqların tez-tez istifadə etdikləri çox ciddi testdirAssosiativ təfəkkürə əsaslanır, yəni testlərdə "düzgün" cavabları "uyğunlaşdırmaq" istəyənləri burada aldatmırlar. Burada yalnız şüuraltı təfəkkür işləyir, bildiyimiz kimi o da müstəsna hallarda belə hiyləgərlik bacarmır.Bəzi nəticələr sizin üçün əsassız görünsə də, hər şeyi bir anda inkar etməməyə, şüuraltının səsinə qulaq asmağa çalışın. Çox sayda faydalı məlumat şüuraltında gizlənir, unytmayın Beləlikllə indi nəticələrə baxaq Meşə sizin uşaqlığınızı və uşaqlıq haqqındakı fikirlərinizi simvolik olaraq əks etdirir. Meşədə nə qədər xoşbəxt olsanız, uşaqlığınız haqqındakı təəssüratlarıniz bir o qədər müsbət olar. Xəyalınızın canlandırdığı şəkil nə qədər qorxunc olarsa .məsələn tutqun sıx ağaclar, qalın vahiməli meşə təsəvvürünüzə gətirmisinizsə, deməli uşaqlığınızın çətin keçməsi aydın olur və bəlkə də əvvəlki fikirlərinizdə yetkinlərin həyatını təsvir edirsiniz. Əgər sizə meşənin həddən artıq izdiham olduğu görünsə, çox güman ki, yaxınlarınızın əhatəsindən, metronun izdihamından, ofisdən, evdən bezmisiniz. Açar isə həyatın sizə gətirdiyi nə yenilik varsa ona münasibətinizi əks etdirir. Sizin açarı qaldırdığınız və ya atdığınız, tapdığınızda sevindiyiniz və ya əksinə təsir bağışlamağınız dəyişiklikləri qəbul etməyə hazır olub olmamağınızı göstərir. Ayı, potensial təhlükəyə reaksiyanizi simvollaşdırır. Əgər siz gizlənərək qorxudan donmuş vəziyyətdəsinizsə həyatda çox passivsiniz, ayıya tərəf atılırsınızsa çox aktiv mövqedəsiniz. Tanış olmayan bulaqdan su içirkən zövq almağınız sevgiyə doğru getmək istəyinizi göstərir. Həqiqi, əsl və saf sevginin həyatınızda olmasına hazırsınız? Yoxsa çirkli bir kanalizasiya lyukuna rast gəlmisinizYeri gəlmişkən, dəniz sevginin həssas, emosional tərəfini təmsil edir. O nə qədər təlatümlü görünsə, dəbdə olan hansı əlaqələri mühakimə etməklə sizi necəcəlb etdiyini göstərir.Hasar hər hansı bir həyat yolunda mövcud olan maneələrin simvoludur. Hasarınıza diqqət edin. Simvolik bir hasar və ya Böyük Çin Divarı olduğuna diqqət yetirin.Bir hasarın üstündən dırmaşıb çayı keçməyiniz, maneələrin öhdəsindən gəlməyin nə qədər asan olduğunu göstərir. Dürüst cavab vermiş olsanız və heç bir xüsusi qorxu (su və ya yüksəklik) yoxdursa, hər iki maneəni aşmaq təbiətinizə uyğundur. Təsəvvürünüzdə heç bir şey görünməyibsə və ya bunun öhdəsindən gəlməyinizdə sizə kömək edən nə isə, kim isə ola bilərsə, özünüzə çox güvənmədiyiniz deməkdir, Səbəbi əslində həmişə kimdənsə kömək və dəstək almağa öyrəşməyinizdi. Yeri gəlmişkən, kimsəsiz meşədə qohumlarınız və dostlarınız hər dəfə sizi o sahildən bu sahilə keçirmək üçün gözləməyəcək. Diqqət yetirin ki, özünüz keçə biləsiniz. Əgər mümkün deyilsə ola bilsin o zaman təsəvvürünüzdə həll etməyin müşkül ola biləcəyi problemlə üzləşmisiniz. Çuxur - gizli təhlükə barədə qavrayışınızdı. Cəsarətlə çuxura dürtülmüşsinizsə - cəsarətli, ehtiyatsız və ya çox maraqlı bir insansan. Cırtdana münasibətiniz mərhəmətli olduğunuzun göstəricisidi. Onu təpikləyənlər də, çiyinlərində gəzdirənlər də var. Çay həyatınızın gedişatının simvoludur. Axın sizə nə qədər sürətli göründüyünü, suyun nə qədər təmiz olduğunu xatırlayın. Dibi və üzərindəki daşlar da həyat çətinliklərini göstərir. Ev sənsən. Orada özünü necə hiss edirsənsə özünə qarşı münasibətin də elədir. Zirzəmi - öz şüursuz hisslərinizin qəbulu. Zirzəmidə özünüzü pis hiss edirsinizsə, bəlkə də buna qarşısınız. Xəyallarınızdan qorxursunuz, keçmişin bir çox məqamlarını xatırlamaq istəmirsiniz, gələcəyə baxmaqdan da qorxursunuz. Və bu çox da yaxşı hal deyil, çünki şüursuz qorxular narahatlıq, gərginlik yaradır. Çardaq bütün təhsil, mədəniyyət, zəka - sizə aşılanmış bütün sosial bacarıqlar üçün bir məcazdır. Təsəvvürünüzdə canlandırdığınız çardağın tör- töküntülü, qarmaqarışıq olmasının mənası-bir zamanlar diplom almaq üçün nə səbəbə bu qədər səy göstərmisiniz? Qağayılar sizin qohumlarınızdı. Səsləri, münasibətləri, asılılıqları , yaxınlıqları ilə şərhinizi siz verin.Gəmi sənin xəyalındır. Xəyalında olan hansı məsafədədi, nə qədər gözəldi və onu hansı məsafədə gördüyünə görə asanlıqla qiymətləndirmək olar. Ümumiyyətlə ona çatmaq mümkündürmü? Özünüz qərar verin. İskəndərova Yeganə.

Nə qədər həyəcanlısız-Psixoloji test

Aşağıdakı suallara cavab verməklə əsəbi, tez həyəcanlanmağa meyilli və ya əksinə - sakit təbiətli, təmkinli, istənilən vəziyyətdən asanlıqla çıxa bilmək qabiliyyətinə malik insan olduğunuzu aydınlaşdırın. Bütün sualların "bəli" cavabına 1 bal, "xeyr" cavabına 0 bal. 1.Səbriniz çox tez tükənir? 2.Əhvalınız tez-tez dəyişir? 3.Ətrafdakı insanların sizin haqqınızdakı fikirləri sizi maraqlandırır? 4.Ətrafdakılara qarşı aqressiv olursunuz? 5.Tez-tez fikriniz yayınır və siz hər şeyi unudursunuz? 6.Sizə elə gəlir ki, heç nəyə vaxtınız çatmır? 7.Nədənsə narahat olduğunuz zaman yuxunuz qacır? 8.Səslər sizi tez-tez qıcıqlandırır? 9.Telefon zəngi çalanda tez-tez diksinirsiniz? 10.Hətta kiçik, nəzərə carpmayacaq problemlər sizi hövsələdən çıxarır? 11.Səhhətiniz sizi düşündürür? 12.Nə vaxtsa sakitləşdirici preparatlardan istifadə etmisiniz? 13.Çox əsəbləşəndə və ya həyəcanlananda səsiniz titrəyir? 14.Nə vaxtsa hər şeyi atmaq və ya qaçmaq fikirləri ağlınıza gəlib? 15.Gecə yatmazdan əvvəl giriş qapısının bağlı olduğunu bir neçə dəfə yoxlayırsınız? 0-5 bal - sakit,təmkinli 5-10 bal - orta gərgin vəziyyət10-15 bal - çox səbirsiz, əsəbi

Körpü-Kokoloji Psixoloji Test

Kokologiya, özünü tanımaq üçün 50-dən çox test oyunudu. Sizə təqdim etdiyim növbəti test belə adlanır. "Körpü" (Yapon testi) Özünü tanıŞəkilə baxın. İki balaca bir sahildən o biri sahəyə keçmək istəyirlər. Siz uşaqlara kömək edin. Onlar üçün körpü çəkin. Bunun üçün hansı rəng seçərdiniz? Qırmızı Göy,maviQəhvəyi Yaşıl Boz QaraQırmızı Mavi Qəhvəyi Yaşıl Boz Qara Test Şərhi Test qısa bir insanın xarakteri və davranışının canlı xüsusiyyətlərini açır. 1. Seçiminiz QırmızıSiz son dərəcə inadkar insansınız. Bir işi sona çatdırmamaq taktikanız deyil. İnsanlarla münasibətlərdə birbaşa, açıq şəkildə fikirlırinizi deyir, rəftarınızda çox uzaqlara gedirsinizBəziləri ilə şirin, lütfkar, dostsasına, digərləri ilə kobud, sərt və təmkin gözləmədən rəftar edirsiniz. Lakin dostlarınız dürüst, özünüz olduğunuza görə sizi sevir və hörmət edirlər. 2. Seçiminiz göy, maviSiz nəcib, incə, romantik, xəyalpərəst bir insansınız. Bir çox hallarda arzularınızı yerinə yetirəcək axınla gedirsiniz. Ekstremal hallar sizi qurxudur. Sülh, harmoniya və yaxınların sevgisi xəyallarınızın arzusudu. Ətrafınızda baş verənlərdən daha çox öz şəxsi fikirləriniz və narahatlığınız Sizi həyəcanlandırır. 3. Seçiminiz Qəhvəyi Ciddi və çalışqan bir insansınız. Müəyyən edilmiş qaydaları pozmağı xoşlamırsınız, hər zaman sözlərinizə və öhdəliklərinizə görə məsuliyyət daşıyırsınız. Belə insanlar haqqında deyirlər: "Dürüst və layiqli bir insandır." Bəlkə rahatlıq, fikir genişliyi və müəyyən bir təsəvvürün olmaması sizi bir az narahat edir. 4. Seçiminiz Yaşıl Siz yaradıcı insansan. Qeyri-adi şeylər, inanılmaz hadisələr diqqətinizi cəlb edir. Sizi əhatə edən insanları ixtiraçılıq, böyük maraqlar, geniş dünya görüşləri və yaxşı zövq cəlb edir. Vəziyyətdən qeyri-standart bir çıxış yolu tapmaq, mənasız tövsiyələr vermək və dostlarınızı orijinal bir fikir ilə həvəsləndirmək Sizin üçün çətin olmur.5. Seçiminiz Boz Başqalarının düşüncələrinin yaxşılığına və saflığına inam - bunlar sizin fərqləndirici xüsusiyyətlərinizdir. Orada müəyyən bir özünə inam da varBəzən taleyə qarşı durmağı və əhvalınıza uyğun olaraq vəziyyəti dəyişdirməyi sevirsən. Bəzən isə əksinə, gözlənilməz özünə dəyən zərəri anlayana qədər sadəcə hər şeyi dəyişmək istərsən. Çox vaxt susmağa üstünlük verməyiniz isə başqaları tərəfindən təkəbbürlü olmağınız təsirini bağışlayır. 6. Seçiminiz QaraSimanızda laqeydlik, təmkinlilik maskası tez-tez taxılır. Bunu zəiflik kimi qəbul edəcəklərindən qorxaraq hisslərinizi başqalarından gizlətməyə çalışırsınız. Zarafat edib gülümsəsən də, heç kim bu anda hansı hissləri duyduğunu əminliklə söyləyə bilməz. Qapalılıq və təmkinlilik riayət etdiyiniz əsas prinsiplərinizdi.

Özünüzü kəşf edə biləcəksiniz-Kokoloji test

Kəlmənin mənası yapon sözüdü, ağıl və ruh mənalarını , nələr hiss edib düşündüyünü şüuraltında ortaya çıxarmaq anlamını ifadə edir. İlk olaraq kokologiyaya əsaslanan elm kimi 1998-ci ildə Yaponiyada professor Isamu Saito və Tadahiko Nagao tərəfindən yaradılmış kollektiv test nümunələrinə alddir. Bu testlərdə oxucunu istənilən fikri və ya şəkili vizual və ya məntiqi şəkildə olaraq şüuraltına yerləşdirdiyi düşüncələrini ortaya çıxarır, şəxsi özünü tanıtmaqda yardımçı olaraq yanlışlıqlarını kənardan izləməyə məcbur edir. Özünü tanıSəmimi olun, düşüncənizdən keçən İlk cavabı əsas götürün. Yağışın altında gəzirsiniz. Qəflətən fırtına baş verir. Tam sürətlə qaçsanız da, təyinat yerinizdən beş dəqiqəlik məsafədəsiniz. Aşağıdakı variantlardan hansı birinə əməl edirdiniz? A. Mən böyük bir ağac tapıram və yağışın kəsənədək onun altında gözləyirəm. B. Yağışın nə qədər davam edəcəyini bilmirəm, ona görə də getdiyim yerə tez çatmaq üçün addımlarımı sürətləndirirəm, qaçıram. C. Çətirini paylaşa biləcəyim birini tapmaq üçün ətrafıma nəzər yetirir və ya yaxınlıqda çətir ala biləcəyim bir mağazanın olub olmadığını soraqlayıram. D. Çantamda həmişə qatlanmış bir çətir daşıyıram ki, istifadə edəm. cavablar: Fırtına həyatda gözlənilməz, idarəolunmaz qüvvələri təmsil edir. Cavablarınız onu sevdiyiniz bir dostla müzakirə edərkən necə davranacağınızı xarakterizə edir. A. Siz aranızdakı münasibətləri həll etməzdən əvvəl qarşı tərəfin qəzəbinim səngiməsini gözləyənlərdən birisiniz. Onların kəskin mübahisələrinin bitməsini səbrlə izləyər, soyuqqanlılıqla fikirlərinizi bildirərsiniz. Bəziləri rəftarınızın ağıllı, bəziləri də düzgün olmayan münasibət kimi dəyərləndirə bilər. B. Qəzəbinızı tökdüyünüz sürəcə mübarizənin nə ilə bitəcəyi sizin üçün qətiyyən maraqlı deyil. Düşünürsünüz ki, siz haqlısınız və mübahisə bitməlidi. Taktikanız arasında heç bir mübadilə yoxdur. Qarşınızdakı əsəbləşirsə siz daha çox reaksiya verirsiniz, bağırırsa, siz hayqırırsınız. Bu, sizi müzakirə etmək üçün əlverişli bir insan yaratmasa da, həmin an dur deyəndə razılaşacağınızı anlamaq asandır. C. Ziddiyyətlər və mübahisələr sizin üçün deyil, buna görə də bir döyüş baş verəndə həmişə qarşı tərəfi sakitləşdirməyə çalışırsınız. Təəssüf ki, bu davranış bəzən işləri daha da çətinləşdirir. Zaman zaman fırtına ilə dayanıb üzləşməli olursunuz. D. Hər ittihama cavab verdiyinizi və hər səhv üçün üzr istədiyinizi düşünən birisiniz. Düşünürsünüz ki. bu mübahisə, münaqışə sizə görə deyil və rəftarınızla mədəniyyətinizi göstərsıniz də amma bu münasibət başqalar üçün süni,saxta görünür. Ancaq çox güman ki, bunun üçün sizin bir açıqlamanız var. Psixoloq Yeganə İskəndərova

Kokoloji şəxsiyyət testi

Kokoloji şəxsiyyət testinin əsası psixologiya professoru Isamu Saito və Tadahiko Nagao tərəfindən qoyulmuşdur. Bu testə təməli psioloji faktlara əsaslanan bir növ  özünü kəşf etmə oyunu da deyə bilərik. Başlamadan öncə kiçik bir xatırlatma,      Ağlınıza ilk gələn cavabı qeyd edin Cavabları təxmin etməyə çalışmayın Özünüzə qarşı dürüst olun Test 1.  Məhkəmə salonunda çəkilən bir filmdə aktyorsunuz. Aşağıdakılardan hansını oynayardınız? a. Vəkil b.Dedektiv c. Cinayətkar d. Şahid Cavablar Aktyor sizin sosyal mənliyinizi və ətrafa sərgilədiyin üzünüzü təmsil edir. Seçdiyiniz rol isə kriz anında necə reaksiya verdiyinizi izah edir. a.  Ən çətin vəziyyətdə belə soyuqqanlısınız və sizi tər tökən görmək mümkün deyil. Lakin gərgin durumlarda ortaya çıxan başqa bir mənliyiniz də var. Məhdudiyyətləri unudacaq qədər od püskürən və lazım gələrsə partlamağa hazır bir savaşçısınız.Bu soyuqqanlılıq və atəşlilik sizi hər zaman ən ümidsiz vəziyyətlərdə belə düzlüyə çıxarır. b. Xaos və qarışıqlıq sizə təsir etmir. Başqaları özünü itirəndə belə siz sakit düşünə bilirsiniz. Ətrafınızdakılar bu xüsusiyyətinizə hörmət edir və çətin vəziyyətdə qaldıqda sizdən kömək istəyirlər. c.  İlk baxışda güclü və laqeyd görünsəniz də, əslində mübarizəni sonuna qədər aparmaq üçün gücünüz kifayət etmir. İşlər çətinləşdikcə, təşvişə düşür vaxt itirirsiniz, problemləri həll etmək yerinə özünüzü danlamağa başlayırsınız. Edə biləcəyiniz ən yaxşı şey problemlərinizi praktik yolla həll edə bilən daha təcrübəli biri ilə əməkdaşlıq etməkdir. d. Hər vəziyyətdə uyumlu və yardımsevər olaraq görünsəniz də, başqalarını razı salmaq üçün sərf etdiyiniz enerji sizi bir o qədər yorur. Hər kəslə hər zaman yaxşı keçinmək istəyi tutarsız hətta güvənilməyəcək birinə çevirir. Hərəkətləriniz başqalarını xoşbəxt vəya bədbəxt edib etmədiyini düşünməyi bir kənara qoymalısınız. Özünüzü sübut etməniz gərəkən tək insan özünüzsünüz. Uzm Psixoloq Gülnarə Muxtarova

Zigmund Freydə görə siz- Psixoloji test

Testi cavablandırarkən hisslərinizi və beyninizə gələn ilk cavabı əsas götürün. Əgər müxtəlif suallara sizin eyni cavabınız olsa narahat olmayın. Sıraları bir – bir oxuyun və kağıza qeyd edin.  1. Sən dənizə baxırsan (nə hiss etdiyini yaz, daha yaxşı hiss etmək üçün gözlərini bağlaya bilərsən). 2. Sən meşə ilə gedirsən və yerə baxırsan (nə hiss etdiyini yaz, 30 - 40 saniyədən artıq düşünmürük). 3. Qağayıların uçuşuna baxırsan (nə hiss etdiyini yaz, cavab hazırdırsa davam edirik). 4. At sürüsü ( nə hiss etdiyini yaz, çox düşünmə). 5. Səhrada çıxıntısı olan bir divar var, bu divarın arxasında oazis var. (burada hiss etmək lazım deyil, necə hərəkət edəcəyini yaz). 6. Səhrada yorğun halda su ilə dolu bir səhəng görürsən (necə hərəkət edəcəyini yaz). 7. Meşədə azmısan, qaranlıq düşüb, ev görürsən,işığı yanır (necə hərəkət edəcəyini yaz). 8. Sən dumanlıqdasan (necə hərəkət edəcəyini yaz). İndi isə Ziqmund Freydə görə testinin nəticələrini yoxlayaq: 1. Sənin həyata münasibətin, emosiyalarındır. 2. Sənin ailədə özünü necə hiss etməyindir. 3. Sənin qadınlara olan münasibətindir. 4. Sənin kişilərə olan münasibətindir. 5. Sənin əsas strategiyandır, həyat pozisiyandır, öz problemlərini necə həll etməyini göstərir. 6. Sənin seksual seçimindir, partnyor seçimini göstərir. 7. Sənin evliliyə nə dərəcədə hazır olduğunu göstərir. 8. Sənin ölümə münasibətini göstərir... Psixoloq.az

Bu 700 illik test xarakterinizi ortaya çıxaracaq!

1. Gözlərinizi yumub bir çöllük xəyal edin. Sadə bir görünüşü olsun. Səma, qumlar və siz. İndi o çölün ortasında bir kub tapdınız. Nəyə bənzəyir? Böyüklüyü, rəngi, xüsusiyyətləri… 2. İndi isə bir at düşünün, o çöllüyün ortasında olsun. Kub kimi onun da xüsusiyyətlərini yazın. 3. Son olaraq çöldə bir nərdivan tapdınız. Necə bir nərdivan olduğunu yazın.İndi isə cavabları oxuyun. Kub:Böyük, sərt və qara bir kub sizin necə görünmək istədiyinizi göstərir. Bu kub sizin başqalarının yanında lider rolu oynamaq istədiyinizi ifadə edir. Görkəmli rəngi sizin güclü və bacarıqlı olmaq istəyinizi bildirir.Şəffaf bir kub gördünüzsə, bu, insanların görünüşünüzdən əlavə əsl sizi görməsini istəməyinizdən qaynaqlanır.Kiçik bir kub özünüzü tək hiss etdiyinizi bildirir. Sizə yaxın olan insanların ətrafınızda olmasını istəyirsiniz. At:Qəhvəyi at daim sizin yanınızda olan bir həyat yoldaşınızın olmasını istədiyinizi bildirir.Qara at təhlükə və romantikanı göstərir.Ağ at sakit və xoşbəxt bir evlilik istədiyiniz mənasına gəlir. Nərdivan:Köhnə bir nərdivan işinizdə xoşbəxt olmadığınızı göstərir.Yeni və taxta bir nərdivan işinizdə xoşbəxt olduğunuzu bildirir. İşinizi və iş yoldaşlarınızı sevirsiniz.Nərdivanı çox təzə görməyiniz səhv etməkdən qorxduğunuzu bildirir. Dəmir nərdivan isə istəyinizin daha güclü vəzifə olduğunu, irəliləmək istədiyinizi bildirir.

Sevdiyiniz insanın yalan danışıb-danışmadığını belə ayırd edin - Test

– Onun yalan danışdığını düşünürsünüzsə, heç vaxt itirmədən ona bu sualı verin: “Niyə belə etdin?” Sevgiliniz bu suala hirslənərək həddindən artıq kəskin reaksiya verirsə, bu, günahsız olduğunun dəlili ola bilər.Lakin cavab olaraq sizi nə qədər çox sevdiyini söyləyib duyğularını sıralamağa başlayırsa bu, sizi aldatdığının bir göstəricisi sayıla bilər. – Mütəxəssislər insanlar gülümsədiyi zaman bunun bədənlərinin hər bir hissəsində əks olunduğu fikirindədirlər. Sevgiliniz sizinlə bərabər olarkən gülümsəyir, lakin bədən dili, əslində, başqa şeylər hiss etdiyini söyləyir. Bu vəziyyətdə ona soruşacaq suallarınız ola bilər. – Yalan danışan insanlar bunu gizlətmək üçün çox səy sərf etmək məcburiyyətindədirlər. Bunun üçün də narahat görünən bir adamdan çox rahat görünən insanların yalan danışma ehtimalı daha yüksəkdir. – Amerikan Cəmiyyəti Məlumat və Texnologiyaları” jurnalında iştirak edən bir məqalədə yalan danışdığına əmin olan bir adamla telefon zəngi, yaxud SMS ilə deyil, üz-üzə ünsiyyət qurulması tövsiyə edilir.Bəs siz necə, sevgilinizin yalanını tutmusunuzmu? Sizcə, “dastan bir sevgi” yaşayırsınız, ya özünüzü aldadırsınız?! Onun yalan danışıb danışmadığını müəyyənləşdirmək üçün sizə təqdim etdiyimiz testi keçməyiniz məsləhətdir. 1. İlk görüşdüyünüz günü xatırlayırmı? 2. Sizə son 6 ay ərzində hədiyyə alıbmı? 3. Sevgiliniz xoşlamadığı, lakin sizin sevdiyiniz insanlara qarşı mehriban davranırmı? 4. Sizin ən çox sevdiyiniz yeməyin adını bilirmi? 5. Sizi ilk gördüyü günü necə geyindiyinizi xatırlayırmı? 6. Mübahisə edən zaman o, haqlı olsa belə, sizdən üzr istəyirmi? 7. Sizə olan sevgisini tez-tez dilə gətirirmi? 8. Aranızda olan söhbətlərdə ayrılıq kəlməsi keçən zaman təlaş keçirirmi? 9. Sizin ətrafınızdakı əks cinsin nümayəndələrini qısqanırmı? 10. Sizi tez-tez görmək istəyirmi? Suallara “Bəli” və ya “Xeyr” cavablarını verin. Daha sonra isə cavabların sayını hesablayın. “Bəli” cavabları çoxluq təşkil edirsə: Gözünüz aydın, sizi təbrik etmək olar! O, sizi dəlilər kimi sevir və buna görə də çox qısqanır. Çünki sizinlə bağlı olan bütün məlumatlardan xəbəri var. Sevginizi qoruyun və münasibətlərinizin hər zaman uğurlu davam etməsi üçün mübarizə aparın. “Xeyr” cavabı çoxluq təşkil edirsə: Sizin nəyi sevdiyinizi və nələrdən xoşlandığınızi bilmir. Sizi ayda bir dəfə görmək istəyən adamla münasibətləri davam etdirmək barədə yaxşı yaxşı düşünün və məsləhətdir ki, ciddi olaraq söhbətləşib münasibətlərinizi aydınlaşdırasınız. Yəni cavablardan belə aydın olur ki, siz onun həyatının mərkəzində deyilsiniz. Ayrılmağa hazır olun. Çünki həyatdır, sizi hər an tərk edə bilər.

Ətrinə görə xarakterini tanıyın - Test

Jan-Pol Qerlen belə deyirdi: "Mən əminəm ki, əgər kişi qadına ilk baxışdan aşiq olursa, deməli, onun ətir seçimi uğurlu olub". Çünki ətirlər qadın haqqında çox məlumat verə bilər. Bəs siz hansı ətirlərdən istifadə edirsiniz?  Yüngül qoxular Şən, gülməli, ciddi! Tənhalığa dözmür, gurultulu şənliklər təşkil etməyə üstünlük verir. Bu cür qoxuları sevənlər planlaşdırılmamış mərasimin eyni zamanda həm ssenaristi, həm rejissoru, həm də baş qəhrəmanı ola bilər. Bir qədər tərkidünyadır, çünki maddi dəyərlərə qiymət vermir, dostluq və insani münasibətlər onun üçün daha böyük əhəmiyyət kəsb edir. Sitrus tərkibli ətirlər Yəqin ki, onların planları on il əvvəlcədən yazılıb. Sitrus tərkibli ətirləri xoşlayanlar hər şeyi öyrənməyə və nəzarət etməyə can atırlar. Yeri gəlmişkən qeyd edək ki, bu cür ətirləri seçən qadınlar özünə qarşı çox tələbkardır. Ona görə də onlar təsadüfi səhvlərə və ya diqqətsizliyə dözmür. Bitkilər və otlar Belə qadınlar düzgün həyat tərzi yaşamağa çalışırlar. Sağlamlığına və qidalanmasına ciddi nəzarət edirlər, idmanla məşğul olur, həmçinin, təbii tərkibli kosmetik məhsullardan istifadə edirlər. Onlar divanda uzanıb istirahət etməkdənsə, ailə üzvləri ilə birlikdə şəhərdən kənarda gəzintiyə çıxırlar. Çiçəkləri sevir və həmişə pəncərənin qabağına gül qoyurlar. Zərif gül ətirləriÇox romantik və zərifdir. Evə çox bağlı insandır. Qarşılıqlı münasibətləri həmişə qorumağa çalışır, həmsöhbətini dinləmək, başa düşmək və təsəlli verməyə həmişə hazırdır. Bu qoxuları sevən qadınlar ev rahatlığını, səsli-küylü ailə bayramlarını, qonaqlı-qaralı axşam yeməklərini, ən əsası, uşaqları ilə əylənməyi çox sevirlər.

Dinlədiyiniz musiqi xarakterinizdən xəbər verir

İngiltərədə aparılan bir araşdırmaya görə dinlədiyiniz musiqi növü sizin daxili aləminizdən xəbər verir. Xarici mütəxəssislərin apardığı və təqdim etdiyi testi siz də yoxlayın: Klassik xoşlayanlar daha ağıllıdırlar. Caz sevənlər müsbət və məsuliyyətli eyni zamanda, digər musiqi növlərini seçənlərə nisbətən daha yoldaş canlı və romantikdirlər.  Elektronik musiqi sevənlər isə bir az hirsli və tez coşan tiplər olaraq tanınır. Rok musiqi sevənlər üsyankar ruhlular arasından çıxarkən, uzun müddət rok musiqi dinləmək adamı gündəlik həyatda qarşılaşdığı çox kiçik hadisələrə qarşı belə isyankar edir.  Rap musiqi sevənlər müxalif və özünə güvənən insanlar olaraq təyin olunarkən, bu kəslərin eyni zamanda digər musiqi növlərini xoşlayanlara nisbətən daha enerjili olduqları da təsbit edilib.  Pop musiqi sevənlər isə siyahının ən xoşbəxtləridir.  Araşdırmaya görə mahnı siyahısını pop musiqi ilə dolduranlar həm daha müsbət həm də daha xoşbəxt olurmuş. Fiziki cazibədarlığı ən az olanlar klassik musiqi dinləyərkən, ən yüksək olanlar pop musiqi dinləyir.