Wisc-4 wechsler Zəka Testi 6-16 yaş qrupuna aid olan ən ətraflı və ən güvənli zəka testidir. Bu test fərdi olaraq tətbiq olunur. Dünya üzərində istifadə edilən keçərliliyi və güvənirliliyi Avropa standartları səviyyəsində gerçəkləşdirilmiş olan ən məşhur tətbiqi zəka testidir. Zəka səviyəsini (İQ) təyin etməmizdə və lazımi istiqamətləri həyata keçirməyimizdə bizə köməkçi olurUşaqlarımız nə üçün Wisc- 4 zəka testindən keçməlidir?Wisc-4 zəka testi uşağın zəka səviyyəsini təyin etmək üçün keçirilir.Bundan əlavə ,bu test aşağıda sadalanan bacarıqların uşağın yaşının alt və ya üst səviyyədə olmasını müəyyənləşdirdikdən sonra doğru istiqamətləndirə bilmək üçün tətbiq olunur.Test hansı bacarıqları ölçür?Test 4 əsas bölmədən ibarətdir:1. Şifahi qavrama (5 ayrı alttestdən ibarətdir): fikir irəli sürmə, qavrama, anlayışların formalaşdırılması, şifahi məlumat və şifahi ifadə qabiliyyəti işlədilir. Hər tapşırıq xəbərdaredici səsi anlama, uzunmüddətli yaddaşda şifahi olaraq kodlanmış məlumatı xatırlama, reaksiyaları sözlə ifadə edəbilmək bacarıqlarını tələb edir. Bura öyrənilmiş informasiya və bacarıqları əks etdirən kristal fikir irəli sürmə də aiddir.2. Alqısal fikir irəli sürmə (4 ayrı alttestdən ibarətdir): axıcı və alqısal fikir irəli sürmə və alqısal təşkiletməni ölçür. Hər tapşırıq vizual qavrama və təşkiletmə, vizual olaraq təqdim olunan sözsüz vəsaitdən istifadə edərək fikir irəli sürmə, idarəetmə və rəhbərlikdə istifadə olunan bacarıqları tələb edir.3. Çalışma yaddaşı (3 ayrı alttestdən ibarətdir): qısamüddətli səs yaddaşı, diqqət, konsentrasiya, çalışma yaddaşını ölçür. Hər tapşırıq seçmə və izləmə diqqətini, zehni manipulyasiya bacarıqlarını tələb edir.4. İcraetmə sürəti (3 ayrı alttestdən ibarətdir): Zehni, hərf-motor tapşırıqlarını icraetmə sürətini ölçür. Hər tapşırıq vizual qavrama və təşkiletmə, vizual incələmə, diqqətin tam idarə edilməsi, cəhdetmənin davam etdirilməsi, sürət kimi çoxlu motor reaksiyaların məhsuldar istehsalını tələb edir.Testin bütün bu 4 istiqaməti ilə bərabər ümumi bir yoxlama da aparılır ki, bunun sayəsində yekun nəticə çıxarılır və uşağın zəka xəritəsi yaradılır.5. İSC-4-ün tətbiqetmə yaş aralığı 6 yaşdan 16 yaş 11 aya qədər uzadılmışdır.Testin keçirilmə müddəti nə qədərdir?Testin keçirilmə müddəti testdən keçən uşağın tapşırıqları yerinə yetirmə sürətindən asılı olaraq 65-115 dəqiqə arasında dəyişirTestə gəlmədən əvvəl nələrə diqqət etmək lazımdır?Uşağı testə dincəlmiş,yuxusunu almış,tox və motivasiyası yüksək vaxtda gətirmək lazımdır.Uşaq rahat geyimdə olmalıır.Həyəcan və gərginliyin yaranmamağı üçün uşağa testə aparıldığı deyilməməli,”test,zəka testi,imtahan”kimi ifadələr istifadə olunmamalıdır.Bundan əlavə,uşağa “diqqətli ol,düzgün elə”kimi təlimatlar verilməməlidir.Testdən öncə psixoloq tərəfindən lazımi açıqlamalar verilir.Testin sonunda hesabat verilirmi?Nə zaman?Testin nəticəsinə əsaslanaraq ən tez 2 gün ən gec 5 gün ərzində mütəxəssis tərəfindən ətraflı hesabat verilir.
Psixohəndəsə Amerikada idarəetmə sahəsində kadrların sosial-psixoloji hazırlığı üzrə mütəxəssis Syuzen Dellinger tərəfindən işlənilib. Test isə sizi maraqlandıran insanların şəxsiyyətini tez bir zamanda öyrənməyə imkan verir. Nə etmək lazımdır? Təlimat: Verilmiş 5 fiqura baxın. Öz formanızı hiss etməyə çalışın. Sizcə hansı fiqur daha çox sizə oxşayır ? Və ya hansı fiqura baxıb deyə bilərsiz ki, "bax bu mənəm". Əgər seçməkdə çətinlik çəkirsinizsə diqqətinizi birinci cəlb edən fiquru seçin. Seçdiyiniz fiqurları sıra nömrəsi ilə qeyd edin. Belə ki, birinci yerə seçdiyiniz fiqur sizin davranış xüsusiyyətlərinizi və üstünlük təşkil edən xarakter əlamətlərinizi öyrənməyə imkan verir. Axırıncı yerə qoyduğunuz fiqur sizin üçün qarşılıqlı münasibətlərdə çətinlik törədən adamları bildirir. Ola bilər ki, sizin heç bir fiqurdan xoşunuz gəlməsin. Belə olan halda bir neçə fiquru seçə bilərsiz. Lakin yaxşı olar ki, bir fiqura üstünlük verəsiz. Kvadrat - əgər siz ilk növbədə kvadratı seçmisinizsə deməli siz yorulmaq bilməyən zəhmətkeşsiniz. Kvadratın əlamətləri: təşkilatçılıq, başladığı işi sona çatdırmaq, inadkarlıq, zəhmətkeşlik, çalışqanlıq. Dözümlülük, səbr, sistemlilik adətən kvadratları öz sahəsində yüksək ixtisaslı mütəxəssis olmasına imkan verir. Əgər siz qəti olaraq kvadrat fiqurunu seçmisinizsə onda sizi solyarımkürəli insanlara aid etmək olar. Dördbucaqlı şəklin xüsusiyyətini daşıyan insanlar, hər xırdalığa həddən artıq diqqətli olanlardır. Onlar vərdiş edilmiş həyat tərzini dəyişməyi xoşlamırlar. Həmişə hər yerdə səliqə-səhmanı sevirlər. Planlaşdırılmış həyat onların idealıdır. Kvadratlardan yaxşı administrator, icraçı olur, nadir hallarda sərancamçı, menecer olurlar. Emosional quruluq və soyuqluq kvadratları müxtəlif insanlarla tez bir zamanda ünsiyyət yaratmaqdan məhrum edir. Kvadratın adətləri və maraqları:1. Ciddi gün rejimi2. Planlaşdırma3. Dəqiqlik4. Yazılı nitqə maraq5. Təmizkarlıq, səliqəlilik6. Qənaətcillik7. Nigaha və valideyn vəzifəsinə ciddi münasibət8. Dostların azlığı9. Kolleksiya toplamaqBu fikirdə olan kişilər geyimdə ciddi stilə üstünlük verirlər. Tünd rəngli kostyum, ağ köynək və gözəçarpmayan qalstuk. Əgər işlədikləri yerdə uniforma geymək tələb olunursa, onlar heç vaxt bu qaydanı pozmurlar. Ayaqqabıları həmişə təmiz olur. Onlar özləri ilə burun dəsmalı və daraq götürməyi unutmurlar. Heç bir zərgərlik və ya bəzək əşyasından istifadə etmirlər. Həmişə özləri ilə hər ehtimala qarşı müəyyən qədər pul götürürlər, ancaq boş yerə xərcləmirlər. Onlar bir qayda olaraq kökəlməyə meylli deyillər.Qadın isə son dəblə geyinməkdən qaçırlar. Daha çox mavi, qəhvəyi, zoğalı, böz və qara rənglərə üstünlük veririlər. Adətən saçları qısa vurulmuş olur, əgər uzun saçları varsa səliqə ilə yığılmış olur.Kvadratlar öz fikirlərini aydın çatdıra bilirlər, halbuki onlardan heç vaxt auditoriyanı özünə cəlb etməyə qadir olan natiq ola bilməz. Analitik nitq və xırdalıqlara meyl onun nitqini ağırlaşdırır. Üçbucaq - bu forma liderlik əlamətidir. Onların başlıca xarakterik xüsusiyyəti əsas məqsəd üzərində diqqəti cəmləməkdir. Üçbucaqlar qarşılarına aydın məqsəd qoyan və ona nail olan enerjili, güclü şəxsiyyətlərdir. Onlar da kvadratlar kimi solyarımkürəli insanlara aiddirlər və situasiyanı tez analiz edə bilirlər. Lakin kvadratlarlardan fərqli olaraq üçbucaqlar diqqəti xırdalıqlara yox, əsas məqsədə yönəldirlər. Onlar özlərinə inanan və hər şeydə haqlı olmaq istəyən adamlardır. Onlar tez-tez risk edirlər. Qərar qəbulunda tərəddüd edənlərə qarşı səbrsiz olurlar. Üçbucaqlar çox çətinliklə öz səhvlərini etiraf edirlər. Demək olar ki, onlar həmişə görmək istədiklərini görürlər, ona görə də öz qərarlarını dəyişməyi xoşlamırlar və əksər hallarda öz bildikləri kimi hərəkət edirlər. Onlar şöhrətpərəstdirlər. Üçbucaqlar yüksək mövqe tutmağa çalışırlar. Hər hansı işə boyun olmazdan əvvəl özlərinə sual verirlər: "Mənim bundan qazancım nə olacaq?" Onların əsas mənfi xüsusiyyəti eqosentrizmdir. Həmişə hər şeydə haqlı olmaq istəyinə görə üçbucaqlar başqaları ilə həmişə rəqabətdə olurlar. Hər bir işdə üçbucaqların üstünlük təşkil edən ustanovkası qələbə çalmaq, müvəffəqiyyət qazanmaqdır. Onlar hər şeyi və hamını öz ətraflarında fırlanmağa məcbur edirlər. Onlarsız həyat öz kəskinliyini itirərdi. Düzbucaqlı - bu fiquru seçən insanlar hazırda keçirdikləri həyat tərzindən narazı olub, daha yaxşı həyat şəraitinin axtarışı ilə məşğuldurlar. Ümumiyyətlə bu fiqur keçid və dəyişiklik simvoludur və bu fiquru seçən adam demək olar ki, problemləri içərisində başını itirib. Düzbucağın xarakterik əlamətləri: Onlar günbəgün, hətta bir gün içərisində anidən dəyişə bilərlər. Bir qayda olaraq özünüqiymətləndirmə səviyyəsi aşağı olur, lakin hər an yaxşı olmağa çalışır, yeni iş metodları axtarırlar. Düzbucaqlının davranışındakı sürətli, ani və gözlənilməz dəyişikliklər başqa insanları çaşdırır və onlar şüurlu olaraq onlarla əlaqədən yayınırlar. Onlara başqa insanlarla ünsiyyət sadəcə olaraq zəruridir. Digər tərəfdən üçbucaqların müsbət keyfiyyətləri də var. Bu keyfiyyətlər vasitəsilə onlar ətrafdakıları özlərinə cəlb edirlər. Bu hər şeydən əvvəl hər şeylə maraqlanmaq və cəsarətdir. Onlar əvvəllər heç vaxt görmədikləri işi görməyə çalışırlar. Hazırda onlar hər cür yeniliyi asanlıqla mənimsəyirlər. Həddən artıq tez inanan, təsirlənən, sadəlövh olurlar. Lakin bu keçici bir haldır. Dairə - Bu harmoniya simvoludur. Kim ki, tam əminliklə dairə fiqurunu seçir, o, müsbət şəxsiyyətlərarası münasibətlərdə maraqlıdır. Onlar üçün insanlar, onların firavanlığı ən yüksək dəyərdir. Dairə beş forma içərisində ən xeyirxahıdır. Ən yaxşı dinləyici olduqlarına görə, dairələr beş forma içərisində ən yaxşı ünsiyyətə girməyi bacaranlardır. Başqa sözlə yaxşı kommunikatordurlar. Yüksək həssaslığa malikdirlər. Onlarda başqalarının dərdinə şərik olmaq hissi güclüdür. Başqasının sevinc və kədərini doğmalaşdırırlar. Ona görə də insanlar onlara can atırlar. Dairələr insanları çox gözəl oxuya bilirlər və o dəqiqə yalançını ifşa edirlər. Biznes sahəsində zəif menecer və rəhbərdirlər. Onlar həmişə sülhü qorumağa çalışırlar, ona görə də bəzən qəti mövqe tutmaqdan qaçırlar. Onlar üçün şəxsiyyətlərarası münasibətlərdə konfliktə girməkdən ağır bir şey yoxdur. Əgər insanlar bir-biri ilə yaxşı münasibətlərdədirsə dairələr üçün bu xoşbəxtlikdir. Ona görə də dairələrlə konflikt olanda çox ehtimal ki, dairələr güzəştə gedirlər. Onlar qətiyyətsizdirlər, siyasi oyunlarda zəifdirlər. Dairələr sağyarımkürəli insanlara aiddirlər. Onlar dünyanı bilavasitə emosional dərk edib başa düşən adamlardır. Ziqzaqlar - ziqzaq yaradıcılıq simvoludur. Adətən onlarda estetik hisslər inkişaf etmiş olur. Sağyarımkürəli düşüncə tərzinə malikdirlər, yəni onlara məntiqdən çox intuisiya xasdır. Ziqzaqlar bir-birindən tamamilə fərqli ideyalardan yeni, orijinal bir şey yaratmağı xoşlayırlar. Dairələrdən fərqli olaraq konfliktdə güzəştə getmir, əksinə konflikti kəskinləşdirirlər. Onlar dünyanı daima dəyişən görməyə meyllidirlər. Ziqzaqlar müəyyən qaydaya salınmış şəraitdə məhsuldar işləməyi bacarmırlar. Dəqiq, qəti müəyyən edilmiş vəzifə və iş üsulları onları qıcıqlandırır. Onlar üçün iş yerində müxtəlifliyin olması zəruridir. İş fəaliyyəftində heç kimdən asılı olmağı xoşlamırlar. Onlar gələcəyə yönəlmiş olurlar və daha çox reallıqla deyil, imkanla maraqlanırlar. İdeyalar aləmi onlar üçün realdır. Həyatlarının müəyyən hissəsinin elə ideyalar dünyasında keçirirlər. Ona görə də onlar qeyri real, sadəlövh və qeyri işgüzardırlar. Onlarda yeni fikir əmələ gələndə az qalırlar ki, bütün dünyaya car çəksinlər. Səbrsiz, sözü üzə deyən olurlar. Başladıqları işi sona çatdırmaqda inadlaşmırlar. Belə ki, yeniliyin itməsi onlarda ideyaya marağın ölməsinə səbəb olur.
Müasir insanlar tez-tez psixoloji gərginlik yaşayırlar. Çünki cəmiyyətdə baş verən sosial-iqtisadi problemlər və həddindən artıq informasiyanın olması əsəb-psixoloji pozulmalar gətirib çıxarır. Bununla da insanda bir çox psixosomatik xəstəliklər yaranır. Daha çox ürək-damar xəstəliklərinə, habelə orqanizmin müqavimət sistemini zəiflədərək digər xəstəliklərə şərait yaradır. Alimlər uzun zamanlar apardıqları araşdırmalar əsasında həftə ərzində insanlara müxtəlif vaxtlarda təsir edən bəzi risk amillərinin siyahısını tərtib etmişdir. Təlimat: Cədvəl həftə ərzində hər gün axşam doldurulur. Siyahıda uyğun cavabların qarşısına işarə qoyun. Hər cavab bir baldır. Həftə sonu balları toplayın: Həftənin günləri Risk amilləri Bazar ertəsi Çərşənbə axşamı Çərşənbə Cümə axşamı Cümə Şənbə Bazar 1) Çatışmayan və pis yuxu --- --- --- --- --- --- --- 2) Yolda,işdə və evdə pozulan əhval --- --- --- --- --- --- --- 3) İşdə pozulmuş əhval --- --- --- --- --- --- --- 4) Xoşagəlməz iş --- --- --- --- --- --- --- 5) Həddən artıq olan səs --- --- --- --- --- --- --- 6) 3 fincandan artıq tünd kofe qəbulu --- --- --- --- --- --- --- 7) 10-dan artıq siqaret çəkmək --- --- --- --- --- --- --- 8) Daha çox alkaqol qəbulu --- --- --- --- --- --- --- 9) Çox az olan fiziki aktivlik --- --- --- --- --- --- --- 10) Daha çox yemək --- --- --- --- --- --- --- 11) çox şirniyat qəbulu --- --- --- --- --- --- --- 12) Şəxsi problemlər --- --- --- --- --- --- --- 13) İş vaxtından artıq işləmək --- --- --- --- --- --- --- 14)Evdə əhvalın pozulması --- --- --- --- --- --- --- 15) Öz işinin keyfiyyətinə şübhə --- --- --- --- --- --- --- 16)Baş ağrıları --- --- --- --- --- --- --- 17)Ürək zəifliyi --- --- --- --- --- --- --- 18) Mədədə ağrılar --- --- --- --- --- --- --- 1-20 bal. Vəziyyət normaldır. Hər ehtimala qarşı növbəti həftə bir daha yoxlayın.Bu çox və ya az dərəcədə olan subyektiv qavrayış və özünütənqidin olmaması da ola bilər. 21-40 bal. Hələlik şərait o qədər də həyəcanlandırıcı deyil, ancaq bəzi bəndlərə diqqət etmək lazımdır. Tez bir zamanda onlar artıb ciddi təhlükə yarada bilər. 41-60 bal. Təhlükə göz qabağındadır. Əgər ən tez vaxtda həyat tərzinizlə bağlı ciddi addımlar atmasanız sizi mürəkkəb və bunlardan da artıq xoşagəlməzliklər gözləyir. 60 baldan yuxarı. Sağlamlığınız ciddi təhlükədədir. Cədvəldə vacib bəndləri təhlil edin və təcili olaraq öz sağlamlığınıza diqqət yetirin. ÇALIŞIN STRESS VƏ STRESƏ SƏBƏB OLAN SİTUASİYALARDAN UZAQ OLUN. UNUTMAYIN, SAĞLAMLIĞINIZ HƏR ŞEYDƏN VACİBDİR.
1. İctimai nəqliyyatda yüksək səslə mübahisə başlayır. Sizin reaksiyanız? a) baş qoşmuram; b) haqlı tərəfi müdafiə edərək, qısaca sözümü deyirəm; c)aktiv olaraq qatışıram 2. İclasda çıxış edərək rəhbərliyi tənqid edirsiniz? a) xeyr; b) əgər bunun üçün əsas varsa, onda hə; c) səbəb varsa nəinki rəhbərliyi, hətta onu müdafiə edənləri də tənqid edirəm 3. Dostlarınızla tez-tez mübahisə edirsiniz? a) əgər inciməsələr; b) ancaq prinsipial məsələlərə görə; c) mübahisə mənim təbiətimdir 4. Əgər kimsə növbədə sizi keçsə, sizin reaksiyanız? a) daxilən hirslənirəm ancaq susuram; b) etiraz edirəm; c) irəli keçirəm və sıraya nəzarət edirəm 5. Evdə nahar vaxtı sizə şit yemək gətirirlər, sizin reaksiyanız? a) boş şeyə görə səs-küy qaldırmaram; b) sakitcə duz qabını götürürəm; c) böyük səs-küy qaldıraraq yeməkdən imtina edə bilərəm 6. Nəqliyyatda gedərkən kimsə ayağınızı tapdalasa, sizin reaksiyanız? a) acıqlı halda ayağımı tapdayana baxıram; b) soyuqqanlılıqla fikrimi deyirəm; c) nalayiq sözlər deyirəm 7. Yaxınlarınızdan kimsə sizə xoşunuz gəlməyən nə isə alıb, sizin reaksiyanız? a) susaram; b) dodaqaltı deyinib razılaşıram; c) qalmaqal salıram 8. Lotereyada bəxtiniz gətirməyəndə, münasibətiniz necə olur? a) özümü laqeyd göstərir, ancaq bir daha oynamayacağıma söz verirəm; b) kefimi pozmuram və zarafata salıb əvəzini çıxaracağımı deyirəm; c) uduzanda uzun müddət əhvalım korlanır. Nəticələrin hesablanması: a-4 bal; b-2 bal; c-0 bal: 22-32 bal. Siz mübahisədən və konfliktdən uzaqsınız, evdə və işdə çətin şəraitdən qaçırsınız. " Platon mənim dostumdur, ancaq həqiqət daha qiymətlidir" şüarı sizlik deyil. Buna görə hərdən sizi cəsarətsizlikdə ittiham edə bilərlər. Əgər nə iləsə razı deyilsizinsə cəsarətli olun. 12-20 bal. Siz konfiliktə meyillisiniz. Bu ancaq başqa çıxış yolu olmadıqda baş verir. Siz qəti şəkildə öz fikrinizdə qalırsınız, fikirləşmirsiniz ki, xidməti mövqeyinizə və ya dostluq münasibətlərinizə xələl gələ bilər. Belə hallarda haşiyədən çıxmayın və təhqirə keçməyin. Onda sizə hörmət edəcəklər. 10 bala qədər. Mübahisəsiz və konfiliktsiz yaşaya bilmirsiniz. Əgər ünvanınıza kimsə nəsə desə, az qalır ki, həmin şəxsi "diri-diri" yeyəsiz. Sizin tənqid işin xeyrinə deyil, sadecə tənqid xatirinədir. Evdə və işdə sizin yanınızda olanlar üçün çox çətindir. Kobudluğunuz insanları sizdən uzaqlaşdırır. Bəlkə də buna görə əsl dostunuz yoxdur. Bir sözlə özünüzün davakar xarekterinizi dəyişin.
Verəcəyiniz qərarlar, atacağınız addımlar zamanı duyğularınızınmı, yoxsa məntiqinizinmi rol oynadığını bilmək istəyirsinizsə, aşağıdakı sualları cavablandırın. Cavablarınıza uyğun balları toplayın və sonda qərarlarınızı nəyə əsasən verdiyinizi öyrənin. 1. Səhər işə gələrkən yolda qəza olduğunu gördün... A) Çox kədərlənərəm, ona görə baxmadan keçərəm. (1 bal) B) Dərhal təcili yardıma zəng vurar, qəza haqqında məlumat verərəm. (2 bal) C) Əlimdən gələn ilkin yardımı edərəm. (3 bal) 2. Sevgilin sənə xəyanət etdiyi üçün ayrıldın. Amma o təkrar barışmaq istəyirsə... A) Onu hələ də çox sevirəm. Qəbul edərəm. (1 bal) B) Zamana buraxmaq ən doğrusudur. (2 bal) C) Təkrar xəyanət etməyəcəyini kim bilə bilər? Əsla olmaz. (3 bal) 3. Xoşuna gələn insanla yeni münasibətə başladın, amma dost-tanış ona çox bağlandığını söyləyir... A) Bu eşqdir! Özümü saxlaya bilmirəm. (1 bal) B) Bir az düşünər və hərəkətlərimə diqqət edərəm. (2 bal) C) Haqlı olduqlarını düşünərəm. Həyat yalnız ondan ibarət deyil. (3 bal) 4. Çox sevdiyin dostunla (rəfiqənlə) ziyafət verəcəksiniz. Amma dostun son dəqiqədə bir bəhanə gətirir... A) O mənim ən yaxşı dostumdur, yenə edərik. Qəlbini qırmağa dəyməz. (1 bal) B) Gələn qonaqlara zəng vurar, gələrkən şirniyyat almalarını söyləyərəm. (2 bal) C) Belə bir şey ola bilməz. Daha diqqətli olması lazım idi. (3 bal) 5. Xoşuna gələn insanla eyni layihədə vəzifə aldın... A) Birlikdə keçirdiyimiz bütün zamanı qiymətləndirər, layihəni unudaram. (1 bal) B) Bir az layihə ilə məşğul olduqdan sonra birlikdə vaxt keçirməyi təklif edərəm. (2 bal) C) Layihə mənim üçün çox əhəmiyyətlidir. Onu bitirməliyik. (3 bal) 6. Ən yaxın dostunun köhnə sevgilisinin səndən xoşu gəldiyini öyrəndin... A) Bu çox gözəl xəbərdir! Mənim də ona qarşı hisslərim var idi. (1 bal) B) Bu hadisə məni narahat edər. Yoldaşlarımdan kömək istəyərəm. (2 bal) C) Dostum(rəfiqəm) mənim üçün daha əhəmiyyətlidir. Xəbərim yox imiş kimi davrana bilmərəm. (3 bal) 7. Çox sevdiyin bir dostunun sevgilisinin ona xəyanət etdiyini öyrəndin... A) Bu çox pis vəziyyətdir! Dostum üçün kədərlənərəm, amma ona deyə bilmərəm. (1 bal) B) Sevgilisi ilə danışar, vəziyyəti anlamağa çalışaram. (2 bal) C) Nəticə nə olursa olsun bunu dostuma söyləməliyəm. (3 bal) 8. Sevgilin mübahisənizdə sənin xarakterində xoşuna gəlməyən davranışları söylədi... A) Çox inciyərəm . Amma sevirəm, onu itirməmək üçün bildirmərəm. (1 bal) B) Bir müddət ayrı qalsaq, dəyərimi anlayacaq. (2 bal) C) Söylədiklərini ciddi qəbul edərəm. Amma məni incitmək məqsədiylə söylədiyi üçün bir daha danışmaram. (3 bal) Duyğular öndədir (8-13 bal) Sən duyğularına əhəmiyyət verirsən. Hətta bəzən həddindən artıq əhəmiyyət verdiyin belə olur. Bir az məntiqinə üstünlük versən, çevrəndəkilərlə əlaqələrin daha yaxşı ola bilər. Çünki hər cür vəziyyətdə ən çox kədərlənən sən olursan. Məntiq (14-19 bal) Bəzən duyğuların, bəzən də məntiqin sənin üçün ön plandadır, Harada necə davranması lazım olduğunu bilən insanlardansan. Buna görə ətrafındakı insanlar sənə çox inanır. Onlarla yaxşı ünsiyyət qurmağı bacarırsan. Sırf məntiqə əsaslanırsan (20-24 bal) Sənin üçün hər zaman məntiq ön plandadır. Bu qədəri səncə də həddindən artıq deyilmi? İnsanlar sənin haqqında “aysberq” deyirlər. Ətrafa duyğusuz bir insan kimi görünməkdən çəkinməlisiniz. Çünki, sən də elə insan olmadığını çox yaxşı bilirsən.