Qoç - Günün ilk yarısında hücum taktikası seçməyin. Mümkün qədər təmkinli, ehtiyatlı davranın. Məqsədə çatmaq üçün gərəyindən artıq vaxt və qüvvə sərf etməyin. Hədəfə doğru aparan yolda ikinci şans olmayacaq. İmkanları real dəyərləndirin. Dəyər verdiyiniz insanla ünsiyyətdə aqressiv və sərt olmayın. Qısqanc davranmayın, kinli insan təsiri bağışlamayın. Konkret məsələ ilə bağlı prioritetləri müəyyənləşdirin. Danışıqlarla müzakirədə məsələni tam nəzərdən keçirin. Buğa - Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin. Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın. Günün ikinci yarısında ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün. Əkizlər - Günün ilk yarısında yaranmış situasiyanı diqqətlə təhlil edin. Arzulara və xəyallara qapılmayın, illüziyalar aləmində dolaşmayın. Baş verənlərə realist münasibət bəsləyin. Hadisələrin axarı sizdə narahatlıq yaradarsa, böhranlı durumu təcrübəniz hesabına çözə bilərsiniz. Günün ikinci yarısında istənilən problemi həll edə bilərsiniz. Məqsədi dəqiqləşdirin. Saatlar keçdikcə ünsiyyət çevrənizi məhdudlaşdırın. Maliyyə, texniki və fiziki təhlükəsizliyinizi təmin edin. Diqqətli, sərvaxt olun. Xərçəng - Çoxdankı rəqiblərlə münasibətlərin gərginləşməsi istisna deyil. Dostlar və ya qohumlardan birinin sizə qarşı ambisioz iddiaları var. Yaxın ətrafınızdakı insanların tələbləri ilə istəklərini nəzərə alın. Günün ikinci yarısında situasiya yeni problemlər yaradacaq. Etibar etdiyiniz insanla səmimi söhbət bir sıra məqamlara aydınlıq gətirəcək. Müəmmalı məsələlərin çözülməsində intuisiyanıza güvənin. Şir - Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun. İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır. Günün ikinci yarısında hadisələrin axarı sizi təmin edirsə, proseslərə süni təkan verməyə can atmayın. Yaxın gələcəklə bağlı planları quranda praqmat olun. Həmkarlarınız və ya tərəfdaşlarınızla ümumi maraqlarınızı bir daha təhlil edin. Bir qədər sonra əməkdaşlığın yeni variasiyası formalaşmağa başlayacaq. Qız - Günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Yeni simalar sizi stereotipləri dağıtmağa vadar edə bilər. Çoxdan bəri əlaqə saxlamadığınız insanlarla təmaslara yenidən nəzər salın. Günün ikinci yarısında uzun-uzadı söhbətlər və müzakirələr effektiv olmayacaq. Nisgilə qapılmayın. Dəyər verdiyiniz insanla sərinləşmiş münasibətləri inkişaf etdirmək istəyirsinizsə, aktiv olun. Ötənləri geri qaytarmaq olmaz, amma kiçik səhvləri və yanlışlıqları bağışlamaq mümkündür. Axşam saatlarında normal istirahət etməyə çalışın. Tərəzi - Günün ilk yarısında hadisələrin axarı qəfil məcraya yönələ bilər. Səbrli davranın, atacağınız addımları əvvəlcədən planlaşdırın. Ağır durumlarda neqativ hisslər sizi bədbinləşdirməsin. Yaşananlar sınaqdır. Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərdə sərinlik yarana bilər. Tərəfdaş və ya şəriklə birgə fəaliyyətdə iş bölgüsü prinsiplərini pozmayın. Emosional davranaraq sonradan ağır fəsadlara səbəb ola biləcək qərarlar verməyin. Axşam saatlarında evdən kənarda əylənə, istirahət edə bilərsiniz. Əqrəb - Yaranmış problemləri vaxtında həll etsəniz, olayların axarında ciddi dəyişikliklər olmayacaq. Səbrli davranın, kəmhövsələlik etməyin. Sürprizlər və yeniliklər olacaq. Öhdəliklərlə vədlərinizə laqeyd qalmayın. Unutqan insan təsiri bağışlamayın. Günün ikinci yarısında risklər istisna deyil. Yaşamınızda mərhələləri qarışdırmayın. Başladığınız işi yarımçıq qoymayın. Sözlərinizə fikir verin. Axşam saatları hobbi və ya sevdiyiniz məşğuliyyət üçün əlverişlidir. Oxatan - Əvvəlcədən tərtib olunmuş fəaliyyət proqramı pozulacaq. Maliyyə imkanlarınızı stress-testə məruz qoymayın. Qənaətli olun, hər manatın hesabını bilin. Çox istədiyiniz, əldə etmək istədiyiniz nəsnənin alınmasını ertələyin. Çətin olsa da, bunu edin. Günün ikinci yarısında təkliflərə kor-koranə razılıq verməyin. Manipulyasiyaya can atan insanın məramlarından xəbərdar olun. Dostlar və ya tərəfdaşlarla yeni işə başlamaq olar. Axşam saatlarına yaxın məqsədə çatmaq üçün radikal tədbirlərə əl atmaq da olar. Ehtiyatlarınızdan, potensialınızdan bəhrələnin. Oğlaq - Hisslərinizi nəzarətdə saxlayın. Fikir mübadiləsini qarşıdurmaya və davaya çevirməyin. Məqsədə çatmaq üçün operativ hərəkət edin. Problemli situasiyada sərt tədbirlərə əl atmayın. Adekvat yolu seçin. Günün ikinci yarısında eyham və ya işarə alandan sonra hərəkətə keçin. Xahiş və təvəqqeləri qulaqardına vurmayın. Texniki manipulyasiyalar zamanı mövqeləriniz səbatlı, hərəkətləriniz dəqiq olmalıdır. Yeni texnika, yaxud da avadanlıqla ehtiyatla çalışın. Təlimatlara, göstərişlərə əməl edin. Dolça - Günün ilk yarısında bütün işləri əvvəlcədən planlaşdırmağa çalışmayın. İntuitiv hərəkət etsəniz, ciddi reqlamentdən çıxaraq daha böyük və əhəmiyyətli uğurlara nail ola bilərsiniz. Fəaliyyət azadlığı mütləqdir. Zəruri saydığınız kimi hərəkət edin. Günün ikinci yarısında şəxsi həyatınızda proseslər həddən artıq intensiv olacaq. Özünüzü pərişan və tənha hiss etməyin. Psixoloji diskomforta qapılmayın. Axşam saatlarında diqqətli olun. Balıqlar - Günün ilk yarısında yaşanan hadisələri diqqətlə izləyin. Qarşı tərəfin dediklərinin fərqinə varın. Bir qədər passiv davranın. Yalnız fövqəladə hallarda, o da ki qısa müddətdə hiperaktiv ola bilərsiniz. Yeni əlaqələr yaradın, köhnə təmasları bərpa edin. Günün ikinci yarısında ötənlərlə bağlı faydalı məlumat əldə olunacaq. Özəl istəyə malik şəxs sizə yardım üçün müraciət edəcək. Yardıma sizin ehtiyacınız varsa, bununla bağlı etibarlı insana üz tutmaq olar. Axşam saatlarında normal istirahət edin. Milli.Az
Qoç - Günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Dialoqa meylli insan təsiri bağışlayın. Çətin problemləri emosiyaları gərmədən həll etmək olar. Müşavirələr, ünsiyyət, hüquqşünasla məsləhətləşmə üçün yaxşı zamandır. Günün ikinci yarısında eqosentrist olmayın, rəsmiyyətçiliyə ikrahla baxmayın. Yaşlı qohumlarla təmaslarda aqressiv davranmayın. Dövlət qurumlarının mənsubları ilə danışıqlarda diqqətli olsun. Vaxtından əvvəl təşəbbüslərlə çıxış etməyin. Qarşı tərəfi dinləməyə çalışın. Buğa - Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə ünsiyyət ön plana çıxacaq. İşdə rəhbərliklə müzakirələr aparın. Peşəkar etiketin tələblərinə diqqətlə yanaşın. Günün ikinci yarısında işgüzar prosesi poza biləcək addımlar atmayın. Gərəkli korrektivlərdən, zəruri düzəlişlərdən yayınmayın. Hansısa sənədin dəqiqləşdirilməsinə, təcili müzakirəyə ehtiyac duyulur. Əkizlər - Faydalı məlumat əldə etməyə can atın. İnformasiya axını intensiv olacaq. İrəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin. Günün ikinci yarısında uzunmüddətli tərəfdaşlığa başlamaq olar. Fərqli təmaslar riskli olsa da, qısamüddətli avantüraya başlamaq olar. Yaradıcılıq arealını genişləndirin. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Fərdi seçimdə dürüst olun. Vicdanınızla sövdələşməyə çalışmayın. Xərçəng - İşlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Daşınmaz əmlak məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar. Variantları arayın, rieltorlarla görüşün, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın. Günün ikinci yarısında təməl prinsipləri qulaqardına vurmayın. Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün məqsədləri konkretləşdirin. Axşam saatlarında gəzintiyə çıxın. Şir - Yaxın ətrafınızdakı insanlarla aktiv təmaslarda olun. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi strukturların və kommersiya təşkilatlarının mənsubları ilə əməkdaşlığa başlamaq olar. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla yeni layihəyə başlaya bilərsiniz. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin. Axşam saatlarını ailə üzvlərinə ayırın. Qız - Faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron servislərdən istifadə edin. Günün ikinci yarısında alış-verişə yollananda nə alacağınızı dəqiq bilin. Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər. Axşam saatlarında normal istirahət edin. Tərəzi - Tarazlığı qoruyun, mütənasibliyi poza biləcək radikal addımlar atmayın. Müstəqilliyə ifrat dərəcədə can atsanız, situasiyaya kobud müdaxilələrə rəvac verəcəksiniz. Pedant olun, amma aradabir yaradıcılıq axtarışlarına çıxın. Hakim, qiymətləndirici, vasitəçi və ya müşavir rollarından birini oynamaq məcburiyyətində qala bilərsiniz. Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə ən zəif yeriniz nəzakətdir. Yaxın ətrafınızdakı insanlardan birinin sizin ehtiyaclarınızı tam anlayacağını düşünməyin. Eqoist, təşəxxüslü olmayın. İstəklərinizi pərdələməyin. Niyyət və arzularınızı dilə gətirin. Əqrəb - Danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sənədləşdirmədə dəqiq olun, səhvlərə yol verməyin. Birgə layihələrin həyata keçirilməsində detallara fikir verin. Aqressiv olmayın. Sərt ritorika heç bir nəticə verməyəcək. Günün ikinci yarısında ilkin razılaşdırmalar olmadan yeni layihəyə başlamayın. Mühüm məsələləri götür-qoy etmədən təhlilə uğratmayın. Bəzi məqamları maraqlı tərəflə təklikdə danışmaq daha yaxşıdır. Fərdi məlumatların təhlükəsizliyini yoxlayın. Mühüm infomasiyanı əldə etmək üçün bütün vasitələrdən yararlanın. Kiminsə sizə etibar etdiyi sirri yaymayın. Oxatan - Məhsuldar və yaxşı gündür. Ünsiyyət əvəzinə işə üstünlük verin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Hər şeyi şəxsi mənafeyə qurban verməyin. Ambisiyalarınızda ifrata varmayın. Dəyər verdiyiniz insanların təməl istəklərini və ehtiyaclarını nəzərə alın. Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmaslarda həddi aşmayın. Səmimi, nəzakətli olun. Təfərrüatlarına bələd olmadığınız situasiyalarda düşünülməmiş atılan addımlar sonradan ağır fəsadlara səbəb ola bilər. Perspektiv əlaqələrə üstünlük verin. Oğlaq - Məqsədləri konkretləşdirin, hədəfləri təftişə uğradın. Karyera müstəvisində inkişaf, gərəkli çevrələrdə əlaqələrin möhkəmlənməsi, peşəkar biliklərlə bacarıqların artırılması, ümumi informatik səviyyənin yüksəldilməsi - bütün bunlar aktualdır. İş yerində toplantı, rəhbərliklə müzakirə, rəsmi instansiyalardan birində aktiv təmaslar və müqavilələrə yenidən baxılması istisna deyil. Günün ikinci yarısında layihəni genişləndirin. Mövcud qaydalar çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılmayın. Sərf etdiyiniz enerji ilə gördüyünüz işin sonucları arasında ədalətli nisbət olmalıdır. Dolça - Bilikləriniz, bacarıqlarınız, məlumatlarınızdan yararlanın. Uzunmüddətli tərəfdaşlığa, yeni layihəyə başlamaq olar. Dünyagörüşünüzü artırın, təcrübənizi genişləndirin. Təhsil, hüquq, elm, proqramlaşdırma, turizm, səhiyyə sahəsində fəaliyyət göstərənlər üçün əlverişli zamandır. Günün ikinci yarısında indiyədək əldə etdiyiniz təcrübədən və baza materiallardan yararlanın. Elektron ödənişlərə üstünlük verin. Belədə daha maraqlı işlər üçün vaxtınıza qənaət edə bilərsiniz. Tərəfdaş və şəriklərlə təmaslarda ədalətli, vicdanlı davranışın ən yaxşı siyasət olduğunu unutmayın. Balıqlar - İntizamlı olmasanız, görəcəyiniz işlə bağlı yetərincə məlumatlar əldə etməsəniz, gün pis başlayacaq. Uğursuzluğa düçar olmamaq üçün diqqətli və sayıq davranın. Hər şey ani qaydada əldə olunmur. Sizdən tələb olunanları anlayın və yaranmış durumdakı şərtləri çək-çevirsiz qəbul edin. Günün ikinci yarısında intuisiya işlək deyil. Qaydalara, situativ modellərə, təlimatlara əməl edin. Ağır və çətin şəraitdə ifrat dərəcə müstəqil olmağa can atmayın. Mütəxəssisdən yardım istəməkdə qəbahət yoxdur. Dövlət qurumlarına baş çəkməyi ertələməyin. Bu minvalla çoxsaylı suallara cavab tapmaqla yanaşı, səhvlərdən də sığortalana bilərsiniz. Milli.Az
Qoç - günün ilk yarısı darıxdırıcı təsir bağışlaya bilər. Situasiyanın zahiri təzahürlərinə aldanmayın. Rutin işlərlə məşğul olun. Yasaqları pozanda, qadağalara məhəl qoymayanda sonucları və fəsadları düşünün. Ənənəvi, sınanmış metodları avantüra ilə əvəzləməyin. Sərt tənqid və etirazlarla qarşılaşa bilərsiniz. Sizə qaydaları, təlimatları və habelə işlərin başa çatdırılması gərəkən vaxtı xatırladacaqlar. Yeni ideylarınız dəstəklənməyəcək. Səbrli olun. Ailə üzvlərinə təzyiq etməyin. Nə isə etmək istəyirsinizsə, yalnız öz qüvvənizə bel bağlayın. Yaşamınızı çətinləşdirən imkanlardan faydalanın. Buğa - günün ilk yarısında sizi çox iş gözləyir. İşdə və ailədə "lokomotiv" rolunu oynamalı olacaqsınız. Yeni hədəf, fərqli məqsəd əla stimuldur. Köhnə planlardan birini reallaşdırmaq üçün əlverişli zamandır. Ətalətli olmayın, passiv davranmayın. Başladığınız işi yarımçıq qoymayın. Günün ikinci yarısında sərhədləri keçməyin, oyun qaydalarını pozmayın. Səhhətinizin qeydinə qalın. Travma və xəstəlik riskləri artır. Texnika ilə çalışanda ehtiyatlı olun. Əkizlər - asan gəlir etmək ideyalarını unudun. İşlər artır, fəaliyyətdə gərginlik motivləri çoxalır. İdeyaların reallaşdırılması üçün maliyyə dəstəyi gərəkdir. Ruhdan düşməyin. Maneələr və sədlər sizi passivləşdirməməlidir. Günün ikinci yarısında hədəf və məqsədlərinizi təftiş edin. Yaxın ətrafınızdakı bəzi insanların aşkar rəqabət istəklərinə fikir verin. Dostlardan biri rəqibə çevrilə bilər. Unutmayın: maliyyə məsələləri, pul hərisliyi çoxlarını korlayır. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Xərçəng - adi günlərdən biridir. Heç bir ekstraordinar hadisə baş verməyəcək. Ev işləri ilə məşğul olmaq mümkündür. Alış-verişdə bədxərclik etməyin. Qəfil təklif olarsa, gəlir istisna deyilsə, razılaşın. Maliyyə əməliyyatları üçün uğurlu zamandır. Günün ikinci yarısında müstəqil çalışmaq daha sərfəlidir. Kimsə sizi qıcıqlandırırsa, belə adamdan uzaq olun. İradlar mübadiləsi münaqişəyə səbəb ola bilər. Nə qədər gec deyil, maraqlarınızı və qərarlarınızın fəsadlarını dəyərləndirin. Nə istədiyinizi müəyyənləşdirin. Axşam saatları səhhətinizin qeydinə qalın. Profilaktika üçün pis zaman deyil. Şir - yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Aqressiv və eqoist olmayın. Tərəfdaşlarla əlaqələrdə müvazinəti pozmayın. Qarşılıqlı güzəştlərə hazır olun. Bəzi imkanlara və imtiyazlara görə mübarizə aparmanız gərəkdir. Günün ikinci yarısında işdə maliyyə və ya ideoloji məsələlərə görə rəhbərliklə münasibətlər korlana bilər. Anlaşmalar, müzakirələr üçün əlverişli zaman deyil. Sərtlik əlaqələri korlaya bilər. Fərdi təşəbbüsləri ertələyin. Aktivliyiniz ciddi müqavimətlə üzləşəcək. Qız - günün ilk yarısını qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün fayda ilə keçirə bilərsiniz. Konkret material nəticəyə yönəlmiş iş xüsusilə yaxşı sonuclar verəcək. Abstrakt mənfəətlə maraqlanmayın. Günün ikinci yarısında ünsiyyəti birgə fəaliyyət və ya əməkdaşlıqla məhdudlaşdırın. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar. İşgüzar toplantılara qatılın, problemləri həll edin. Yazışmalarda passivlik etməyin. Axşam saatları ev işləri üçün sərfəlidir. Daşınmaz əmlak və ya torpaqla bağlı problemləri həll etmək olar. Tərəzi - haqqınızda deyilənlərlə yanaşı, situasiya ilə bağlı dəyərləndirmələrin yer aldığı sözlərə qulaq asın. Əsla gözləmədiyiniz mənbədən xəbər alacaqsınız. Şayiələr sürətlə yayılacaq. Gərəkli məlumatı əldə etmək çətindir. Günün ikinci yarısında sizi narahat edən problem barədə ailə üzvlərinə danışa bilərsiniz. Axşam saatlarında yolda olsanız, gəvəzə insanın dediklərinə qulaq asmayın. Təxribatlara uymayın. Axşam saatlarına yaxın gərginlik artacaq. Əqrəb - başqalarının maraqları və mənafeləri arasında qala bilərsiniz. Ailədə və ya işdəki situasiyanın girovuna çevrilməyin. İqtisadi və siyasi prosesləri diqqətlə izləyin. Hadisələrə təsir imkanlarına malik insan sizə maneələr yaratmağa çalışacaq. Günün ikinci yarısında nüfuzunuza və ya mövqelərinizə zərbələr vurmaq istəyən bədxahın qarşısını qətiyyətlə alın. Mübarizəsiz geri çəkilməyin. Daşınmaz əmlak, maddi məsələlərdə inadkarlıq edin. Yaradıcılıqla məşğul olmağa vaxt tapın, karyera inkişafını düşünün. Uzunmüddətli rəqabətə hazır deyilsinizsə, mübarizə meydanını tez tərk edin. Məişətdə genişmiqyaslı islahatlara başlamayın. Ailə üzvlərinin qəlbini qırmayın. Oxatan - rutin məsələlələrin çoxluğu sizi əsas məqsəddən yayındırmamalıdır. Maddi məqamlar, xidməti öhdəliklər çox vaxt aparacaq. Yaxın dostlardan biri və ya qohumun yardıma ehtiyacı ola bilər. Günün ikinci yarısında əsas yolla irəliləyin. Bütün işlərlə müstəqil məşğul olun. Başqalarının yardımlarından izafi istifadə etməyin. Əks halda artan gərginliyə dözməyə bilərsiniz. Həddən artıq güc və vaxt tələb edən işi ertələyin. Axşam saatlarında fiziki travma almamaq üçün diqqətli davranın. Normal istirahət etməyə çalışın. Oğlaq - maliyyə məsələlərində təmkinli davranın, emosiyalara uyaraq düşünülməmiş qərarlar verməyin. Həddən artıq sərt qənaətə zərurət duyulmur. Bununla belə, israfçılıq etməyin. Mənasız eksperimentlər aparmayın, bütün qüvvənizi və diqqətinizi real məqsədlərə yönəldin. Günün ikinci yarısında hədəfləri təftiş etsəniz, real nəticələr əldə edəcəksiniz. Yaradıcılıq layihəsinə başlamaq, yaxın perspektivin planlarını yeniləmək olar. Risk etməkdən qorxmayın. Bununla bahəm illüziyalara qapılmayın, xam xəyallara aldanmayın. Dolça - məqsədlərinizə çatmaq üçün xeyli çətinlikləri dəf etməli olacaqsınız. Sədlər və maneələrin sayı artacaq. Texniki, xidməti və məişət problemlərinin sayı artacaq. İradlar çoxalacaq, tələbat güclənəcək. Günün ikinci yarısında ambisioz insan təsiri bağışlamayın. Haqlı olduğunuzu nəyin bahasına olursa-olsun göstərməyə çalışmayın. Rəqibləri haqlayın və onları geridə qoyun. Başqasının fəaliyyət arealında ehtiyatlı davranın. Qələbələr asan başa gəlməyəcək. Axşam saatlarında travma və ya mənəvi məğlubiyyət riski var. Balıqlar - ikinci dərəcəli işlərə diqqətiniz yayılmasın. Cari işlərlə məşğul olun, rutin məsələlərdən usanmayın. Əsas məqsədə doğru aparan yolda qətiyyətlə irəliləyin. İşlər nə qədər artırsa, ödəniş və gəlirlərlə bağlı problemlər sizi daha çox narahat edəcək. Günün ikinci yarısında bilik və bacarıqlarınızı bilərəkdən az göstərməyə çalışmayın. Artıq heç nə istəməyin. Tələblərin zamanı deyil. Aradığınız məlumatı internetdə tapa bilərsiniz. İşdə rəhbərliklə mübahisə etməyin. Heç bir real səbəb olmadan həmkarlarla münasibətləri korlamayın. Səhhətinizə fikir verin. Milli.Az
Qoç - Enerjinizin həddi-hüdudu yoxdur. Amma bir dənə də olsun, dəyərli və maraqlı bir iş tapa bilmirsiniz ki, həmin qaynayan enerjinizi ona sərf edəsiniz. Nəticədə vaxtınızı boşuna sərf edirsiniz. Başqalarının layihələrində iştirak edən, ümumi maraqlara xidmət edən işləri həll edən Qoçlar isə bu baxımdan istisna təşkil edirlər. Əməkdaşlıq sizə faydalıdır, bu gününüzü daha maraqlı edir.Şəxsi həyatda dəyişikliklərin təşəbbüskarları bu gün məhz Qoçlardır. Bəziləri öz partnyorlarını cəsarətli və qeyri-adi təklifləri ilə təəccübləndirir, bəziləri isə düşünürlər ki, artıq yeni bir mərhələyə adlamaq vaxtıdır və əvvəlki əlaqələrini heç bir şübhə etmədən, tərəddüdsüz, birdəfəlik kəsirlər. Buğa - Gün maraqlı və uğurludur. Onu nəyə həsr etmək qərarını özünüz verə bilərsiniz. Tamamilə yeni bir işə başlasanız, ilk uğurların bu qədər tez alınmasına təəccüblənəcəksiniz. Əvvəllər başladıqları işi davam etdirməkdə olan Buğalar qabaq onlara burada çox çətin görünən problemləri tezliklə həll edəcəklər.Bu gün dəyərli bir hədiyyə ala bilərsiniz. Sahibkarlar üçün öz biznesləri üçün investorlar cəlb etmək çətinlik törətməyəcək. Şəxsi münasibətləriniz də üzünüzü güldürəcək: əgər burada nə isə dəyişirsə, yalnız yaxşılığa doğru dəyişir. Əkizlər - Bu gün göylərin xüsusi himayə göstərdiyi şəxslər arasındasınız. Günün birinci yarısı buna tam əmin olacaqsınız. Hansı işdən yapışsanız, alınacaq. Yeniliklərə, həyatınızı dəyişməyə nə qədər çox can atırsınızsa, bir o qədər bu işdə uğur qazanırsınız. Həyatınızı çətinləşdirən stereotip və vərdişlərdən qurtulmaq bu gün sizə asan olacaq.Enerjiniz çoxdur, həyat eşqiniz coşub-daşır, yorulmaq bilmirsiniz. Bu gün romantik tanışlıqlar üçün çox münasibdir: davamı ancaq xoşbəxtlik vəd edir. Xərçəng - Tamamilə yeni, daha maraqlı bir işlə məşğul olmaq arzusundasınız. Ancaq məsuliyyət və vədləriniz sizi sərbəstlikdən məhrum edir: əvvəlki işlərinizi bitirmədən irəli gedə bilməyəcəksiniz. Bu gün çox işləməli olacaqsınız, entuziazmınız kifayət qədər olsa da, çox cüzi yardım alacaqsınız.Günün ikinci yarısı yaxınlarınızla münasibətlərdə ahəngdarlıq və qarşılıqlı anlaşma vəd edir. Əvvəlki incikliklərdən əsər-əlamət qalmayacaq və siz anlayacaqsınız ki, doğrudan da, sizi sevən insanlarla əhatə olunmusunuz. Şir - Bu gün öz qayğınıza özünüz qalın, "yuxarılar" məşğuldur. Maliyyə vəziyyətiniz zərbə altındadır: pullar gah bilinməyən istiqamətdə yoxa çıxır, ya da dəhşətli dərəcədə azalır. Planlarınızı gözdən keçirin, xeyli pul tələb edən işləri bir qədər gözlədin.Şəxsi münasibətlər baxımından gün o qədər də pis deyil: ciddi səhvlər buraxmır, münaqişələrdən qaçır, hətta vaxtaşırı güzəşt yollarını da arayırsınız. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa biləcəklər. Qız - Əla gündür. Həm gücünüz, həm də həmişəki kimi, inadınız çoxdur. Yəni sizin üçün görülməsi mümkün olmayan iş yoxdur. Üstəlik, qarşınızda gözlənilməz imkanlar açılır və siz onlardan lazımi qaydada istifadə edirsiniz. Kommersiya fəaliyyəti üçün uyğun gündür. Bu gün bağlanan sövdələr yaxşı gəlir gətirəcək.Gün, sizin üçün vacib olan münasibətlərin və insanların həyatınıza qayıdışı ilə əlamətdar olacaq. Ulduzlar sizə ikinci şans verir: keçmiş səhvlərinizi təkrarlamadan bu şansdan istifadə edin. Yaxınlarınızın məsləhətinə qulaq verin. Tərəzi - Sizə bir qədər dözüm gərəkdir, çünki gün ərzində bəzi xırda-para xoşagəlməzlik yaşayacaqsınız. Sadəcə, gözləmə mövqeyi tutun. Özünüzdən çıxmaq məsləhət deyil: neqativ emosiyalar sizi düşünülməmş hərəkətlərə təhrik edə bilər. Yaxşı olar ki, bu günü sizi tanıyan, anlayan, həyata baxışınızı dəstəkləyən insanlara həsr edəsiniz. Ən azından elələrini seçin ki, sizə aydın görünən məsələləri onlara ikinci dəfə izah etmək məcburiyyətində olmayasınız.İşləriniz başınızdan aşır, enerjiniz isə azdır. Bu o deməkdir ki, axşama doğru güclü yorğunluq hiss edə bilərsiniz. Səhhətinizə vaxt ayırın. Əqrəb - Köhnə bir probleminizin yenidən baş qaldırması ehtimalı var. Bu dəfə problemin heç olmadığı kimi davranmaq karınıza gəlməyəcək. Ümumiyyətlə, siz artıq reallığa dönərək hər şeyi olduğu kimi görməyə hazırsınız. Çətinlikləri aşmaq üçün sərtlik tələb olunacaq, sözləriniz və hərəkətləriniz ətafdakıları qıcıqlandıra bilər.İstənilən yenilənmə üçün uyğun gündür. Həm imicinizdə, həm evinizdə dəyişikliklərə ehtyiacınız var. Lazım olmayan hər şeydən imtina edin: bu, sizə uğur gətirəcək. Oxatan - Həftənin ən anlaşılmaz günüdür. Bu gün alacağınız bir xəbər sizi çaşdıracaq. Bir çox Oxatanlar planlarını tələsik dəyişməli, başqalarının mənafeyi naminə nəyisə qurban verməli olacaqlar. Xərcə düşəcəksiniz, amma xəsislik etməyin, bu xərclər özünü doğruldacaq.Yeni münasibətlərə başlaya bilərsiniz, amma ehtiyatlı olun. Bu gün insanlara dəyərindən artıq qiymət verirsiniz, hətta buna haqqı çatmayanlara da. Yaxınlarızla və ümumiyyətlə, yaşda sizdən cavanlarla ünsiyyət sizi sevindirəcək: onların nikbinliyi və həyatsevərliyi sizi də qanadlandırır. Oğlaq - Sizin üçün çox dəyərli bir insana görə narahatlıq keçirəcəksiniz: onun hərəkətləri sizə düşünülməmiş və təhlükəli görünür. Öz işləriniz barədə düşünməyə vaxt qalmır, baxmayaraq ki, onlar da özlərinə qarşı ciddi diqqət tələb edir. Əgər kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, ehtiyatlı olun, sövdələşmələr heç nədən korlana bilər.Vaxtınızın çox hissəsini təmiz havada keçirməyə çalışın. Əgər gününüzü istirahətə həsr etmək fikrindəsinizsə, aktiv istirahəti seçin. İdman, rəqs, uşaqlarla oyunlar məsləhətdir. Əgər kitab-dəftərlə işiniz varsa, gözlərinizə diqqət edin. Dolça - Bu gün baş verən hadisələr sizi sevindirəcək. Hər işiniz alınacaq. Pullarla bağlı istənilən əməliyyat uğurlu olacaq, işgüzar hissiyyatınız sizi aldatmayacaq. Alış-veriş, sövdələr məsləhətlidir. Bəzi Dolçalar öz gəlirlərini artırmaq üçün gözlənilməz imkanlar qazanacaqlar.Sizi anlayan və dəstək olan insanları asanlıqla tapırsınız. Fantaziyasına korluq verməyənlər isə maraqlı layihələr, təkliflər irəli sürə bilərlər. Bu gün başlanan romantik münasibətlər xoş gələcək vəd edir. Balıqlar - Aza qane olmayın: bu gün, doğrudan da, böyük qələbələr qazana bilərsiniz. Düzgün qərarlar vermək üçün bilik və təcrübəniz yetərincədir. Öz imkanlarınıza şübhə etməyi bir kənara qoyun. İstənilən yaradıcı münasibət tələb edən layihənin həyata keçirilməsi, həmçinin özünüdərk üçün əla gündür.İntuisiyanıza güvənin, o, sizə pis adamları yaxşılardan seçməyə kömək edəcək. Dostlarınızın vasitəçi olacaqları tanışlıqlar sizin üçün faydalı olacaq. Milli.Az
Qoç - çox uğurlu gündür. Müsbət tendensiyaların təsiri əvvəlkitək güclüdür. Hiss edirsiniz ki, sizin üçün mümkünsüz heç nə yoxdur və bu, doğrudan da, belədir. İşgüzar danışıqlar üçün əla gündür, kimi istəsəniz, özünüzün haqlı olduğunuza inandıracaqsınız. Maliyyə perspektivləri yaxşıdır. Əlinizə vaxtında pullar gələcək. Əla əşyalar əldə etmək şanslarınız var. Bunların siyahısı qarderobdan tutmuş, məişət texnikası və avtomobilədək dəyişə bilər. Buğa - bu günün sizi sevindirəcəyi şübhə altındadır. Problemləriniz çox və mürəkkəbdir. Hamısının öhdəsindən tezliklə gələcəyinizə ümid etməyin. Bəzi işgüzar məsələləri vaxtında həll edə bilmirsiniz, bu səbəbdən peşəkar mövqeyiniz təhlükədədir. Həmkarlarınız və rəhbərliklə ciddi fikir ayrılıqları yarana bilər. Təəssüf ki, işdəki problemləri özünüzlə evinizə də daşıyırsınız. Bu isə yaxınlarınızın narazılığına səbəb olur. Əkizlər - günün ilk yarısı əsla nəzərdə tutulmamış, qəfil işin görülməsi zərurəti ilə başlaya bilər. Əhvalınızı korlamağa çalışacaqlar. Emosiyalara uymayın, diqqətli olun. Biznesdə tərəfdaşlarınıza, fəaliyyətinizdəki insanlara diqqətlə yanaşın. Qayğıkeş, səmimi olun. Günün ikinci yarısında bəzi anlaşılmaz məsələləri həll etmək olar. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələri dəf etməyincə irəliləyiş mümkün olmaycaq. Baş verən hadisələrə rəğmən emosiyalara qapılmayın. Sakit, soyuqqanlı olsanız, situasiyanı obyektiv dəyərləndirərək böhranın ən optimal həll variantını tapa biləcəksiniz. Axşam saatlarında normal istirahət edin. Xərçəng - kiçik, amma dərhal həll olunması gərəkən məsələlər var. İşçi məqamların çözülməsində aramla çalışın. İşdə həmkarlarınızın fikirlərini nəzərə alın. İnzibati məsələlərin həllində yaxın dostlarınız, tərəfdaşlarınız və ya şəriklərinizin köməyindən faydalana bilərsiniz. Günün ikinci yarısında dövlət qurumlarından birinə baş çəkmək, rəhbərliklə müzakirələrə başlamaq, hesabatlar hazırlamaq olar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə bəlli həddi keçməyin. Kommunikasiyalar və təmaslar qarşılıqlı sayğı, anlaşma üzərində qurulmalıdır. Axşam saatlarınızda vücudunuzda ağrılar hiss etsəniz, dərhal mütəxəssisə üz tutun. Şir - gününüz asan olmasa da, həm qarşınıza qoyduğunuz məqsədlərə çata, həm də rəqiblərinizi ötüb keçə bilirsiniz. Peşəkar sahədə əməlli-başlı irəliyə sıçrayış edə bilərsiniz. Öz gücünüzə inanır və çətinliklər yaranarkən geri çəkilmirsiniz. Qələbə qazanmaq üçün də elə bu lazımdır. Günün ikinci yarısı planlaşdırılmamış, amma çox maraqlı görüşlər mümkündür. Bir çox Qoçlar ünsiyyətdən xeyli zövq aldıqları insanlarla yenidən görüşəcəklər. Qız - məhsuldar fəaliyyətin naminə müəyyən məsələləri qurban vermək olar. Təcili həllini gözləyən problemləri sıralayın. Ən önəmli məqamları seçərək ön plana çıxarın. Situasiyadakı qəfil dəyişikliklərə psixoloji baxımdan hazır olun. Günün ikinci yarısında işdə rəhbərliklə danışmalı olacaqsınız. Gərəkli tonu seçin, ehtiyatlı olun. Sakin və məntiqli olun. Belədə mühüm məsələləri öz xeyrinizə həll edə bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Tərəzi - günün ilk yarısında maddi məsələlərin həllinə yetərincə vaxt ayırın. İkinci dərəcəli məsələlərin həllini ertələmək də olar. Aldığınız informasiyaları və məlumatları təhlil etmədən fikir yürütməyin. Qərar qəbul edəndə təmkinli olun. Günün ikinci yarısında sizi aldatmağa çalışacaqlar. Şirnikləndirici vədlər sizi uğursuz plana və ya layihəyə qatmaq məqsədi daşıyır. Yaxın ətrafınızdakı insanlardan biri sizi bilərəkdən yanlış məlumatlar vasitəsilə səhv addım atmağa sövq etməyə çalışır. Ümumi qaydaları pozmayın, ilkin plan çərçivəsindən kənara çıxmayın. Həmkarlarla sıx tərəfdaşlıq xeyrinizə ola bilər. Əqrəb - maliyyə məsələlərində sayıq olun. Mühüm sənədlərin imzalanmasında, işgüzar yazışmalarda təfərrüatları nəzərdən qaçırmayın. Hansısa proseslərlə bağlı şübhələriniz yaranarsa, bir qədər nəfəs dərin. Amma yerinizdə saymayın, irəliləməyə can atın. Günün ikinci yarısında təklifləri dəyərləndirmədən qərar verməyin. Bəzi məsələlərdə tələskənlik ciddi fəsadlar yarada bilər. Hadisələrin pərdəarxasındakı məzmunu anlamasanız, yanlış addım atacaqsınız. Uzaq qohumlardan birinə yardım gərəkdir. Ona kömək etməyi unutmayın. Oxatan - təcili işlərin həllinə yetərincə vaxt ayırın. Diqqətli olun, detallara fikir verin. Bəzi nüanslar fikrinizdən yayınarsa, tələsməyin, onları nəzərdən keçirin. İkinci dərəcəli məsələlərə bütün diqqətinizi ayıraraq vaxtınızı fövtə verməyin. Günün ikinci yarısında cari işlərin həllində təmkinli olun. Emosiyaların tarıma çəkildiyi anlarda soyuqqanlı davranın. Yaxınlarınızın mövqelərinə fikir verin, onların nə istədiklərini anlayın. Sözlərinizdə neytral olun, dəyər verdiyiniz insanların xətrinə dəyməyin. Bədxahları izləyin, onların əməllərini müşahidə edin. Oğlaq - günün ilk yarısı yeni bilik və məlumatların əldə edilməsi, dünyagörüşünün artırılması, hadisələrin mahiyyətinin anlaşılması üçün əlverişlidir. Yaşanan vəziyyətin təkanverici məqamlarını araşdırın. Hadisələrin məğzini anlamağa can atın. Belədə sizi narahat edən məsələlərin həllini tapa bilərsiniz. Günün ikinci yarısında sirlərinizi kimsə ilə bölüşməyin. Yaxşı tanımadığınız insanları niyyətlərinizdən xəbərdar etməyin. Gerçək niyyətləri sizə tam bəlli olmayan insanlarla tərəfdaş olmayın. Axşam saatlarını özünüzə həsr edin. Dolça - günün ilk yarısı mühüm işlərin çözülməsi üçün yararlıdır. Təşkilati və inzibati problemləri həll edərkən məhsuldar çalışın. Toplantıya qatılsanız, həmkarları və ya tərəfdaşları sərt tənqid etməyin. Lider olmaq istəyirsinizsə, ətrafınızdakı insanları arxanızca aparmağı bacarın. Günün ikinci yarısındakı çətin situasiyada məntiqli davranın. Nüfuzunuza zərbə dəyməsini istəmirsinizsə, aktual hadisələrin axarını izləyin. Axşam saatlarında gərəkli məlumatı internetdən araya bilərsiniz. Balıqlar - səhər saatlarını cari məsələlərin həllinə, məişət problemlərinin çözülməsinə və peşə fəaliyyətinizlə bağlı xırda nüansların aradan qaldırılmasına həsr edin. Gün ərzində maksimum dərəcədə təmkinli, səbrli olun. Emosional davranmayın. Hisslərinizə hakim olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla ünsiyyət sizdən konstruktivlik, hər sözünüzə cavabdeh olmağı tələb edəcək. Yaşam arealı və daşınmaz əmlakla bağlı məsələlərin həllində tələskənliyə yol verməyin. Yeni layihəyə başlamağa tələsməyin. Milli.Az
Qoç - çox mürəkkəb, ağır gündür. Sizə birbaşa dəxli olmayan münaqişəli situasiya yaranacaq. Məğlub tərəfi dəstəkləsəniz, itkilər verə bilərsiniz. Maliyyə maraqlarınızı müdafiə edin. Şübhəli layihələrə, avantüralara qatılmayın. Pulla və ya əmlakla risk etməyin. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla mübahisələr adi günlərlə müqayisədə daha çox olacaq. Neqativ emosiyaların təsiri altına düşməyin. Sadəlövh insanların təkliflərinə aldanmayın. Axşam saatlarında normal istirahət edin. Buğa - asan olmayan, qarışıq və laübəli gündür. Məqsədə aparan yolda ciddi problemlər və çətinliklərlə qarşlaşmağınız istisna deyil. İradəli və qətiyyətli olmaqla bahəm, inadkar olun. Tərəfdaşlarla müttəfiqlər sizi dilə tutaraq optimal variant təklif etsələr də, məqbul bildiyiniz yolu seçin. Maraqlarınız və sizə bel bağlayan insanların istəkləri arasında seçim məcburiyyətində qala bilərsiniz. Günün ikinci yarısında qərarlarınızla əməlləriniz yaxın ətrafınızdakı insanlara qəribə təsir bağışlaya bilər. Axşam saatlarında aktiv olun. Əkizlər - gün maraqlı görüşlər vəd edir. Sizi tez anlayacaq, hisslərinizi dərk edəcək insanla qarşılaşa bilərsiniz. Bu gün başlayacaq romantik münasibətlər harmonik inkişaf edə bilər. Bunun üçün hadisələrə süni təkan verməyin, təzyiq və ya pressinqə əl atmayın. Günün ikinci yarısında enerjiniz dağıdıcı səciyyə daşımamalıdır. Texnika və ya avadanlıq sıradan çıxa bilər. Sükan arxasında çox vaxt keçirməyə dəyməz. Axşam saatlarında gəzintiyə çıxın. Xərçəng - diqqətli, sayıq, sərvaxt olun. Xırdalıqlara və ilk baxışdan önəmsiz təsir bağışlayan detallara fikir verin. Yaxın gələcəklə bağlı qayğılar, təlaş sizdə narahatlıq yarada bilər. Bütün diqqəti mühüm, aktual işlərə yönəldin. Maraqlı təkliflər alsanız da, tələsməyin. Tələsik qərar ziyanlıdır. Amma süst və astagəl də olmayın. Geciksəniz, bədxah və ya rəqiblərdən biri sizi mütləq şəkildə qabaqlayacaq. Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Problemlərin həllində orijinal olun. Yardım istəməkdən çəkinməyin. Şir - sənədlərlə iş və ya hesablamalarla müqayisədə ünsiyyət, təmaslar daha xoş keçəcək. Dəqiq və səliqəli olun. Sayıq davranmağınız gərəkən yerdə düşünülməmiş addımlar atsanız, çox ağır fəsadlarla qarşılaşa bilərsiniz. Yaradıcı yanaşma tələb edən işlərdə isə irəliləyişlər ola bilər. İntuisiya sizə dürüst yolu göstərəcək. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Günün ikinci yarısında səfər və ya səyahətə çıxmaq fikriniz varsa, bunun düşündüyünüzdən artıq vaxt aparacağına hazır olun. Şəxsi münasibətlərdə yaranmış problemin həlli ilə bağlı mühüm xəbər ala bilərsiniz. Ehtiyatlı olun, düşünülməmiş addım atmayın. Qız - həyatınızda köklü dəyişikliklərə nail olmaq istəyirsiniz? Bu gün işə başlayın. Situasiyanı dərindən hiss etməyə çalışın. Mövqeyinizi məntiqi arqumentlərlə dəstəkləyə bilməsəniz də, irəliləyin, aktiv olun. Boş dayanmayın. İntuisiyanız güclüdür. Az sonra baş verə biləcək hadisələri qismən də olsa, təxminləməyə çalışın. Günün ikinci yarısında orijinal ideyaları, maraqlı təklifləri olan insanlar sizə müraciət edəcəklər. Səfər və səyahətlər üçün əlverişli zamandır. Yolda xoş təəssüratlarla qarşılaşa bilərsiniz. Tərəzi - yaxşı çalışa bilərsiniz. Peşəkar məsələlərin öhdəsindən gəlmək üçün var gücünüzlə çalışın. Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri azdır. Sevdiyiniz insanla təmaslarda ciddi fikir ayrılığı və ya ixtilaf yarana bilər. Güzəşt əldə etmək, ortaq məxrəcə gəlmək çətinləşir. Günün ikinci yarısında hadisələrə süni təkan verməyin. Az sonra yeni şərtlər yaranacaq, yeni məlumat əldə edəcəksiniz. Sövdələşmə və ya razılaşmaya nail olmaq mümkündür. Alış-veriş üçün münasib vaxtdır. Bədxərclik etməyin, pullarınızı ağılla xərcləyin. Uzaq perspektivlə bağlı planlar qurmaq olar. Situasiyanı ciddi təhlil edin, durumun mənfi və müsbət yönlərini dəyərləndirin. Əqrəb - şəxsi münasibətlərdə pozitiv dəyişikliklər ola bilər. Yaxınlarınızla təmaslarda harmoniyaya can atın. Sevdiyiniz insanları anlamağa, onları dinləməyə çalışın. İşlərinizdə ertələmə və ya təxirəsalmalara yol verməyin. Ev işləri, yaşam arealında yenilikliklər üçün əlverişli zamandır. Kulinar eksperimentlər uğurlu olacaq. Günün ikinci yarısında fəaliyyətinizdə ciddi irəliləyişlər olmayacaq. Hətta ən kiçik uğurlarınız belə yaxın ətrafınızdakı insanlardan birində hədsiz paxıllığa səbəb olacaq. İşdə rəhbərliklə mübahisə etməyin. Oxatan - ehtiyatlı olun. Travmalar, zədələr riski var. İtkilər, xoşagəlməz hadisələr istisna deyil. Təkbaşına çalışmaqdan, şübhəli işlərə, aşkar avantüralara qoşulmaq ideyasından çəkinin. Məhkəmə çəkişmələri, hüquqşünaslarla məsləhətləşmə, əmlak məsələlərinin həlli üçün əlverişsiz zamandır. Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar əldə edə bilərsiniz. Şəxsi münasibətlərdəki problemi həll etmək üçün özünüzə kənardan baxın, davranışınızda dəyişikliklər edin. Axşam saatlarında aktiv istirahəti seçin. Oğlaq - başqalarının problemlərini həll etmək üçün izafi səylər göstərməyin. Öz çətinliklərinizin aradan qaldırılmasının yollarını düşünün. Çoxdan bəri sizə qarşı məkrli planlar quran bədxahlardan birinin öhdəsindən gələ bilərsiniz. Sürəkli mübarizə apardığınız insanı tərksilah edin. Aktiv, enerjili, iradəli olun. Günün ikinci yarısında rəqiblərinizi üstələməyin variantlarını hesablayın. Dəvət olunduğunuz yerə qatılmaq üçün pis vaxt deyil. Maraqlı tanışlıq və yaddaqalan görüş sizi gözləyir. Dolça - yaşamınızı çətinləşdirməyin, həyatınızda əlavə problemlər yaratmayın. Dəqiq və sərrast qərarlar göz qarşısındadır. Çətinliklərin həlli üçün baş sındırmayın. Sadəcə, istədiyiniz variant seçin. Qeyri-formal şəraitdə həmkarlarla görüş və müzakirə üçün münasib zamandır. Şaiyə və iddialardan faydalı məlumat əldə etmək olar. Dəyər verdiyiniz insandan günün ikinci yarısında maraqlı xəbər alacaqsınız. Qəfil dəvət ola bilər. Sadə, səmimi, təvazökar davranın. Belədə ətrafınızdakı insanların diqqətini cəlb edə bilərsiniz. Balıqlar - mürəkkəb, ziddiyyətli, qarışıq və gərgin gündür. Əhvalınız tez-tez dəyişəcək. Hər şeyə rəğmən nikbin davranın, özünüzə əmin olun. Bədbinliyə qapılmayın, ruhdan düşməyin. Maraqlana biləcəyiniz işi tapmaq asan deyil. Günün ikinci yarısında macəra, yaddaqalan istirahət istəyi yarana bilər. Fəqət bu arzular çin olmayacaq. Axşam saatlarında gəzintiyə çıxın. Bir qədər fiziki iş pis olmaz. Milli.Az
Qoç - günün ilk yarısından etibarən yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Dialoqa meylli insan təsiri bağışlayın. Çətin problemləri emosiyaları gərmədən həll etmək olar. Müşavirələr, ünsiyyət, hüquqşünasla məsləhətləşmə üçün yaxşı zamandır. Günün ikinci yarısında eqosentrist olmayın, rəsmiyyətçiliyə ikrahla baxmayın. Yaşlı qohumlarla təmaslarda aqressiv davranmayın. Dövlət qurumlarının mənsubları ilə danışıqlarda diqqətli olsun. Vaxtından əvvəl təşəbbüslərlə çıxış etməyin. Qarşı tərəfi dinləməyə çalışın. Buğa - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə ünsiyyət ön plana çıxacaq. İşdə rəhbərliklə müzakirələr aparın. Peşəkar etiketin tələblərinə diqqətlə yanaşın. Günün ikinci yarısında işgüzar prosesi poza biləcək addımlar atmayın. Gərəkli korrektivlərdən, zəruri düzəlişlərdən yayınmayın. Hansısa sənədin dəqiqləşdirilməsinə, təcili müzakirəyə ehtiyac duyulur. Əkizlər - faydalı məlumat əldə etməyə can atın. İnformasiya axını intensiv olacaq. İrəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin. Günün ikinci yarısında uzunmüddətli tərəfdaşlığa başlamaq olar. Fərqli təmaslar riskli olsa da, qısamüddətli avantüraya başlamaq olar. Yaradıcılıq arealını genişləndirin. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Fərdi seçimdə dürüst olun. Vicdanınızla sövdələşməyə çalışmayın. Xərçəng - işlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Daşınmaz əmlak məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar. Variantları arayın, rieltorlarla görüşün, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın. Günün ikinci yarısında təməl prinsipləri qulaqardına vurmayın. Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün məqsədləri konkretləşdirin. Axşam saatlarında gəzintiyə çıxın. Şir - yaxın ətrafınızdakı insanlarla aktiv təmaslarda olun. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi strukturların və kommersiya təşkilatlarının mənsubları ilə əməkdaşlığa başlamaq olar. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla yeni layihəyə başlaya bilərsiniz. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin. Axşam saatlarını ailə üzvlərinə ayırın. Qız - faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron servislərdən istifadə edin. Günün ikinci yarısında alış-verişə yollananda nə alacağınızı dəqiq bilin. Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər. Axşam saatlarında normal istirahət edin. Tərəzi - tarazlığı qoruyun, mütənasibliyi poza biləcək radikal addımlar atmayın. Müstəqilliyə ifrat dərəcədə can atsanız, situasiyaya kobud müdaxilələrə rəvac verəcəksiniz. Pedant olun, amma aradabir yaradıcılıq axtarışlarına çıxın. Hakim, qiymətləndirici, vasitəçi və ya müşavir rollarından birini oynamaq məcburiyyətində qala bilərsiniz. Günün ikinci yarısında tərəfdaşlarla münasibətlərdə ən zəif yeriniz nəzakətdir. Yaxın ətrafınızdakı insanlardan birinin sizin ehtiyaclarınızı tam anlayacağını düşünməyin. Eqoist, təşəxxüslü olmayın. İstəklərinizi pərdələməyin. Niyyət və arzularınızı dilə gətirin. Əqrəb - danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sənədləşdirmədə dəqiq olun, səhvlərə yol verməyin. Birgə layihələrin həyata keçirilməsində detallara fikir verin. Aqressiv olmayın. Sərt ritorika heç bir nəticə verməyəcək. Günün ikinci yarısında ilkin razılaşdırmalar olmadan yeni layihəyə başlamayın. Mühüm məsələləri götür-qoy etmədən təhlilə uğratmayın. Bəzi məqamları maraqlı tərəflə təklikdə danışmaq daha yaxşıdır. Fərdi məlumatların təhlükəsizliyini yoxlayın. Mühüm infomasiyanı əldə etmək üçün bütün vasitələrdən yararlanın. Kiminsə sizə etibar etdiyi sirri yaymayın. Oxatan - məhsuldar və yaxşı gündür. Ünsiyyət əvəzinə işə üstünlük verin. Yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın. Hər şeyi şəxsi mənafeyə qurban verməyin. Ambisiyalarınızda ifrata varmayın. Dəyər verdiyiniz insanların təməl istəklərini və ehtiyaclarını nəzərə alın. Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmaslarda həddi aşmayın. Səmimi, nəzakətli olun. Təfərrüatlarına bələd olmadığınız situasiyalarda düşünülməmiş atılan addımlar sonradan ağır fəsadlara səbəb ola bilər. Perspektiv əlaqələrə üstünlük verin. Oğlaq - məqsədləri konkretləşdirin, hədəfləri təftişə uğradın. Karyera müstəvisində inkişaf, gərəkli çevrələrdə əlaqələrin möhkəmlənməsi, peşəkar biliklərlə bacarıqların artırılması, ümumi informatik səviyyənin yüksəldilməsi - bütün bunlar aktualdır. İş yerində toplantı, rəhbərliklə müzakirə, rəsmi instansiyalardan birində aktiv təmaslar və müqavilələrə yenidən baxılması istisna deyil. Günün ikinci yarısında layihəni genişləndirin. Mövcud qaydalar çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılmayın. Sərf etdiyiniz enerji ilə gördüyünüz işin sonucları arasında ədalətli nisbət olmalıdır. Dolça - bilikləriniz, bacarıqlarınız, məlumatlarınızdan yararlanın. Uzunmüddətli tərəfdaşlığa, yeni layihəyə başlamaq olar. Dünyagörüşünüzü artırın, təcrübənizi genişləndirin. Təhsil, hüquq, elm, proqramlaşdırma, turizm, səhiyyə sahəsində fəaliyyət göstərənlər üçün əlverişli zamandır. Günün ikinci yarısında indiyədək əldə etdiyiniz təcrübədən və baza materiallardan yararlanın. Elektron ödənişlərə üstünlük verin. Belədə daha maraqlı işlər üçün vaxtınıza qənaət edə bilərsiniz. Tərəfdaş və şəriklərlə təmaslarda ədalətli, vicdanlı davranışın ən yaxşı siyasət olduğunu unutmayın. Balıqlar - intizamlı olmasanız, görəcəyiniz işlə bağlı yetərincə məlumatlar əldə etməsəniz, gün pis başlayacaq. Uğursuzluğa düçar olmamaq üçün diqqətli və sayıq davranın. Hər şey ani qaydada əldə olunmur. Sizdən tələb olunanları anlayın və yaranmış durumdakı şərtləri çək-çevirsiz qəbul edin. Günün ikinci yarısında intuisiya işlək deyil. Qaydalara, situativ modellərə, təlimatlara əməl edin. Ağır və çətin şəraitdə ifrat dərəcə müstəqil olmağa can atmayın. Mütəxəssisdən yardım istəməkdə qəbahət yoxdur. Dövlət qurumlarına baş çəkməyi ertələməyin. Bu minvalla çoxsaylı suallara cavab tapmaqla yanaşı, səhvlərdən də sığortalana bilərsiniz. Milli.Az
Qoç – Bu gün baş verən hadisələr sizi sevindirir və ruhlandırır. Qarşınızda duran məqsədlər nə qədər çətindirsə, siz bir o qədər həvəs və entuziazmla o işlərə yanaşırsınız. Qeyri-standart hərəkətləriniz, orijinallıq nümayiş etdirməyiniz bütün diqqətlərin sizə cəlb olunması ilə nəticələnir. Güclü müttəfiqlər tapmaq şanslarınız var. Bu gün başlatdığınız işgüzar münasibətlər davamlı və məhsuldar olacaq. Müxtəlif avatntüralara doğru meyllisiniz. Yeni eksperimentlərə həvəslə yanaşırsınız. Bu isə o deməkdir ki, yeni təəssüratlar cəhətdən kasadlıq olmayacaq. Buğa – İşgüzar tərəfdaşlarınızla danışıqlarınız proqreslə nəticələnəcək. Birgə fəaliyyət olduqca məhsuldar alınacaq. Sizin kimi düşünən insanlarla işləməkdən zövq alırsınız. Rəhbərliklə münasibətləriniz qaydasına düşür. Yaxınlarınızla münasibətlərdə olduqca ədəblisiniz. Bu səbəbdən məişət çətinlikləri mübahisələrə səbəb olmur. Alış-veriş etmək olar, zövqünüz sizi aldatmayacaq. Əkizlər – Qarşıda qoyulan məqsədləri doğru anlamaq və öz imkanlarınızı düzgün qiymətləndirməklə yaranmış çətinlikləri aşa biləcəksiniz. Həddən artıq emosional insanlarla qarşılaşdıqda belə sakitliyinizi və soyuqqanlılığınızı qoruyursunuz. Gün təhsil və ixtisas artırmaq üçün münasibdir. Bununla yanaşı, istirahət üçün də vaxt tapırsınız. Romantik görüşlər ümidlərinizi doğruldur. Xərçəng – Diqqətinizi işə cəmləsəniz, hər şeyi çatdıra biləcəksiniz. Özünüintizam ilə bağlı problem yaşamırsınız. Bir neçə iş görməli olsanız belə, dağınıqlıq yaranmır. Vacib imtahanlar vermək, iş görüşləri keçirmək olar. Vacib informasiya daxil olması ehtimalı da yüksəkdir. Nəzərdə tutulmayan səfərə çıxmaq ehtimalınız da var. Şir – Fikriniz bir qədər dağınıqdır, lakin bu, işləməyinizə, qarşıda duran məsələləri həll etməyinizə mane olmur. Vaxtında sakitləşə və gərginləşmiş vəziyyəti zarafatlarınızla yumşaltmağa qadirsiniz. Təsərrüfat işləri ilə, məişət problemlərinin həlli ilə məşğul olmaq olar. İş prosesində yeni ideyalarınız yaranacaq. Qız – Vəziyyəti nəzarətdə saxlamaq üçün bir qədər güc itirirsiniz. Bununla yanaşı, bu gün bir qədər sakitləşmək və axın istiqamətində üzmək olar. Hadisələr sizin üçün əlverişli olan şəkildə cərəyan edir. Sizin maraqlarınızın qeydinə qalan insanlar da var ətrafınızda. Özünəgüvən hissi artır. Başa düşürsünüz ki, həm işgüzar, həm də şəxsi məsələlərdə uğur qazana bilərsiniz. Tərəzi – Dolğun və məhsuldar bir gündür. Sizin energetik potensialınız olduqca yüksəkdir. Bu səbəbdən də, çoxsaylı işlərin olmasına baxmayaraq, özünüzdə yorğunluq hiss etmirsiniz. Hər şeyi düzgün qiymətləndirib doğru qərar verə bilirsiniz. Ekzotika və mistikaya marağınız artır. Öz gələcəyiniz barədə proqnozlar vermək istəyirsiniz. Əqrəb – Günün birinci yarısında qeyri-adi mənəvi yüksəliş hiss edirsiniz. Bu, sizin gün ərzində uğur qazanmağınız üçün mühüm rol oynayır. Qarşınızda hansı işin olmasından asılı olmayaraq, hər bir işin öhdəsindən rahatlıqla gəlirsiniz. Gün rahat və xoş ünsiyyət, yeni tanışlıqlar üçün yararlıdır. Qarşı cinsin nümayəndələri ilə ünsiyyətdə səmimi olmağa çalışın. Oxatan – Gərgin və məhsuldar danışıqlarla dolu, işgüzar anlaşılmazlıqların yoluna qoyulduğu bir gündür. Yeni müttəfiqlər qazanmaq ümidi ilə yeni layihələrə başlaya bilərsiniz. Qarşınızda maraqlı məqsədlər dayanır. İlk baxışdan bu məqsədlərə necə yanaşmaq lazım olduğunu bilməkdə çətinlik çəkəcəksiniz. Uzunmüddətli planlar qurmaq olar. Onların reallaşması şansı çoxdur. Uzaqdan xoş xəbərlər eşidəcəksiniz. Oğlaq – Bu gün çox işləmək lazım gələcək, lakin bu, sizi qorxutmayacaq. Bir neçə məsələni eyni vaxtda həll etmək imkanınız var. Düzgünlük və səmimilik danışıqlarda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün köməkçi olacaq. Yaxınlarınız sizi dəstəkləməyə hazırdırlar, bu səbəbdən hətta ən cəsur ideyalarınızı da onlarla bölüşün. Təşəbbüslər göstərmək, köhnə münasibətlərin bərpası və romantik görüşlər üçün uyğun bir gündür. Dolça – Sakit və harmonik bir gündür. Bu gün tər töküb işləmədən hadisələrin gedişini izləmək olar. Sizin səmimiliyiniz diqqətdən kənarda qalmır. Bu gün sizi dəstəkləyən insanları tapmaq çətin olmayacaq. Bu gün əyləncə, kübar məclislərinin ziyarəti və aktiv istirahət üçün münasib bir gündür. Həyat potensialınız olduqca yüksəkdir. Bahalı hədiyyələr və uğurlu alış-verişlər də ola bilər. Balıqlar – Bu gün həddən artıq uğurlu olacağı vəd olunur. Bir çox işlərin öhdəsindən gələ bilirsiniz və siz bunu gözəl başa düşürsünüz. Həyat eşqiniz və nikbinliyinizlə ətrafdakıların rəğbətini qazana bilirsiniz. Gün nüfuzlu şəxslərlə görüşlər üçün də münasibdir. Hüquqi və maliyyə məsələlərini həll etmək olar. Bununla yanaşı, şəxsi məsələlərə də vaxt ayırmaq lazımdır. Öz arzularınızı bəyan etməkdən çəkinməyin. Bu, uğura doğru ilk addımınız olacaq. Milli.Az
Qoç - dostlarla ünsiyyət və birgə fəaliyyətin intensivləşdirilməsi üçün yaxşı gündür. İşləmək əvəzinə düşünməyə və xəyallara üstünlük verməyin. Fəaliyyətinizə bir qədər ara verin, amma istirahət uzun çəkməsin. İşgüzar səfərlər üçün əlverişli vaxtdır. Evdən uzaqda əlverişli alış-veriş edə bilərsiniz. Qohumlarınız arasında bir şəxsin təcili yardıma ehtiyacı var. Köməyinizi əsirgəməyin. Məsləhətlərin sayını artırmayın. Əks təqdirdə ətrafınızdakı şəxslərdə qıcıq yarada bilərsiniz. Buğa - yaranmış problemlərin həllini uzatmayın. Cari məsələlərin çözümündə diqqətli olun, sayıq davranın. Yaxınlarınızdan biri ilə münasibətlərdə problemlərin formalaşması istisna deyil. Mübahisəli məsələlərdə qarşılıqlı anlaşmaya nail olun. Mühüm söhbəti daha əlverişli saydığınız vaxtadək ertələməyin. Günün ikinci yarısında önəmli görüş və ya danışıqlar ola bilər. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə intonasiyanın xüsusi əhəmiyyəti var. Bədgüman və şübhəli olmayın. Neqativ sözlər durumu daha da ağırlaşdıra bilər. Əkizlər - həftənin ən uğurlu günlərindən biri deyil. Cəhdləriniz və əməyinizin məhsuldarlığı planlarınızın reallığından asılıdır. Diqqətli olun, emosiyalara qapılmayın. Yaxın ətrafınızdakı insanlardan biri etimadı doğrultmaya bilər. Rutin işlərdən usanma, yaradıcılıq durğunluğu da istisna deyil. İşgüzar sənədlərdə, yazışmalarda kobud səhvlərə yol verməyin. Axşam saatlarına yaxın yola çıxsanız, gecikmələr və təxirəsalmalar istisna deyil. Eyni vaxtda bir neçə işə başlamağa çalışmayın. Əks təqdirdə ifrat yorğunluğa qapıla bilərsiniz. Xərçəng - təmkinli və sayıq olun. Düşünülməmiş addımlar atmayın. Radikallıq, aqressivlik zamanı deyil. Səbrli davranın. Cari işləri və rutin problemləri həll etmədən irəliləmək mümkün deyil. Ona görə də yarımçıq işlər qoymayın. Əks təqdirdə sabahkı gündə görüləsi işlərin sayı artacaq. Günün ikinci yarısında maraqlı işlər olacaq. Alış-verişdə bədxərclik etməyin. Maliyyə vəsaitinizin qədrini bilin. Pulları xərcləmək əvəzinə yığın. Qətiyyətli olun, kiçik problemlərin qarşısında geri çəkilməyin. Şir - günün ilk yarısında əhvalınız pisləşə bilər. Neqativ hisslərin əsiri olmayın. Kiçik diskomfort sizi təbdən çıxarmasın. Yaxın ətrafınızdakı insanları narahat edən məsələlərin fərqinə varın. Situasiyaya maksimum dərəcədə uyğunlaşın. Günün ikinci yarısında fəaliyyət və yaşam arealını qaydaya salın. Dəyər verdiyiniz insana ünvanladığınız iradların sayını artırmayın. Yaşananlarda sizin günahınız da var. Qız - həmkarlar və işgüzar tərəfdaşlarla bir sıra məsələləri həll etmək, münasibətləri rəvanlaşdırmaq üçün əlverişli gündür. Gün asan deyil. Lakin vaxtınızı hədər itirməsəniz, məhsuldar ola bilər. Diqqət və sayıq davranış tələb edən işlər müxtəlifdir. Onları həll edə bilərsiniz. Müstəqil şəkildə düşünməli, hərəkət etməli və suallara cavab tapmalı olacaqsınız. Yaxın ətrafınızdakı insanlarla münasibətlər normal olacaq. Haqlı olduğunuzu sübut etməyə lüzum yoxdur. İdeyalarınız rəğbətlə qarşılanacaq. Qətiyyətli və təşəbbüskar olun. Tərəzi - işgüzar məsələlərin həlli üçün uğurlu gündür. Yaşam potensialının səviyyəsi yüksəkdir, enerjiniz və ruhi qüvvəniz çoxdur. Uğura nail olmaq üçün bütün komponentlər var. Yeni, çətin və mürəkkəb işlər peyda olur. Fəqət, çəkinməyin və narahat olmayın: həmin işlərin öhdəsindən gələcəksiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Hansısa şəxs, hadisə və ya nəsnə sizə mane olmamalıdır. Köçmək, təmirə başlamaq, şəraiti dəyişmək olar. Əqrəb - aqressiv, davakar olmayın. Sərt danışıqlar zərər verə bilər. Güzəştlərə meylli olun. Açıq hücum heç də həmişə qələbənin rəhni deyil. Kobud taktika, izafi sərtlik qarşı tərəfdə də qeyri-adekvat davranışa səbəb olacaq. Günün ikinci yarısında dəyər verdiyiniz insanlarla münasibətlərdə düşünülmüş taktikaya üstünlük verin. Riskli sövdələşmələrdən və anlaşmalardan uzaq olun. Qanunsuzluq təsiri bağışlayan əməliyyatlar heç bir xeyir verməyəcək. Oxatan - günün ilk yarısında işlərdə çətinliklər yaranacaq. Ən kiçik uğurun önəmi artacaq. Texniki detallar və təfərrüatlar hədəfə doğru irəliləyişinizi çətinləşdirə bilər. Diqqətli olun, bədxahların məkrli planlarına aldanmayın. Günün ikinci yarısında səhhətinizə fikir verin. Orqanizminizdəki kiçik ağrı sonradan ciddi fəsad yarada bilər. Yarımçıq işləri tamamlamadan yeni layihəyə başlamayın. Oğlaq - günün ilk yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maksimal sürət və intensivliklə çalışın. Ən yaxın insanlardan biri sizi sərt tənqid edə bilər. Sizi narahat edən məsələni çözmək üçün təcrübəli, bilikli insanla məsləhətləşin. Günün ikinci yarısında qohumlardan və ya dostlardan biri sizdən yardım istəyə bilər. Bütün hallarda situasiyanın mozaikalarını ayrıd etməyə çalışın. Profiliniz üzrə mütəxəssisləri işə cəlb edə bilərsiniz. Fəaliyyətinizin effektiv olmasına çalışın. Axşam saatlarını açıq havada keçirin. Dolça - günün ilk yarısında yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə çətinliklər yaranacaq. Davranışınıza nəzarət edin. Həmkarlarınız sizinlə danışıqlarda izafi kəlmələr söyləyə bilərlər. Günün ikinci yarısında yeni təmaslar və əlaqələr qurmaq olar. Yaranmaqda olan münaqişənin böyüməməsi üçün qarşı tərəfin əsla xoşlamadığı mövzulara toxunmayın. Daşınmaz əmlak, maliyyə və ya texniki avadanlıqlar, vasitələrlə bağlı məsələnin həllini bir qədər ertələyin. Axşam saatlarını dostlarla keçirin. Balıqlar - günün ilk yarısı asan olmayacaq. Cari problemlərin həllində ciddi çətinliklərlə qarşılaşa bilərsiniz. Hətta ən adi, "alışdığınız" məişət problemlərinin çözümündə yeni maneələr və sədlər yaranacaq. Aktiv olun, süst davranmayın. Günün ikinci yarısında yolda problemlər yarana bilər. Nəqliyyat vasitəsində texniki nasazlıq, marşrutun nəzərdə tutulmamış dəyişikliyi istisna deyil. Adi günlərdən fərqli olaraq intellektual fəaliyyətdə çətinliklər yaranacaq. İşdə həmkarlar və rəhbərliklə təmaslarda diqqətli, eyni zamanda nəzakətli olun. Axşam saatlarında əylənə bilərsiniz. Milli.Az
Qoç - Cari işlərlə məşğul olun, rutin məsələləri çözün. Faydalı biliklər və bacarıqlar əldə edin. Çətinlikləri kimsədən yardım gözləmədən özünüz aradan qaldırın. Hadisələrin standart axarından kənara çıxan məqamlarda səbrli olun. Günün ikinci yarısında fəaliyyətiniz üçün real stimul olacaq. İşlər uğurlu olacaq. Sizi tələsdirsələr də, tələyə düşməyin. İşlədiyiniz kollektivdəki yeni intriqa və şayiələrin ömrü uzun olmayacaq. Aktivlərinizə fikir verin. Etibarlı gəlir mənbəyi əldə edin. Buğa - Maraqlandığınız işləri yarımçıq qoymayın. Qətiyyətli olun, ən cüzi səhvdən və kiçik problemdən sonra geri çəkilməyin. Gərəkli proseslərə təkan verə bilərsiniz. Tələsmədən, ahəstə şəkildə çalışın. Şanslarınızdan yararlanın. Günün ikinci yarısında işdə rəhbərliklə müzakirələrdə irəliləyişə nail olun. Ağır fiziki işdən qaçmayın. Bilik və bacarıqlarınızı real qiymətləndirin. Qarşı tərəfin imkanlarını heç bir halda aşağılamayın. Axşam saatlarında normal istirahət edin. Əkizlər - Yaşam arealını qaydaya salın. Fəaliyyət müstəvisindəki problemləri tədricən həll etməyə aludə olmayın. Çətinlikləri ən qısa zamanda aradan qaldırmağa can atın. Maliyyə vəsaitlərinin uzunmüddətli saxlanması və ya qorunması ilə bağlı məsələlər aktuallaşır. Günün ikinci yarısında hədəflərlə məqsədlərdən asılı olmayaraq mövqelərinizi səbatlı edin. Maliyyə və daşınmaz əmlakla bağlı məsələlərin çözülməsi üçün əlverişli zamandır. Ailə üzvləri ilə münasibətləri gərməyin. İşgüzar tərəfdaşlıqda qarşılıqlı anlaşma xüsusi əhəmiyyət kəsb edəcək. Birgə səylərin əhəmiyyəti artır. Nəticələr pis olmayacaq. Xərçəng - Valideynlərlə münasibətlərə diqqət yetirin. Bu gün onlarla anlaşılmazlıqlar yaranarsa, sonradan sərinliyi aradan qaldırmaq asan olmayacaq. Ümumi mülkiyyət, planlaşdırılmış alış-verişlə bağlı mübahisələr mümkündür. Digər tərəfdən, məhz bu gün məntiqli addımlar atılarsa, plaşdırılmış işləri başa vurmaq olar. Yeni maraqların yaranması, dünyagörüşünün artması mümkündür. Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. Ehtiyatlı olun, tanış olduğunuz insan sizinlə səmimi olmaya bilər. Şir - Təsərrüfat işləri ilə məşğul olmaq mümkündür. Pullarınızın qədrini bilin. Maliyyə vəsaitinizi yalnız real zərurətlərə, praqmat ehtiyaclara ödəyin. Önəmli saydığınız məsələ ilə bağlı qərar verməzdən əvvəl vəziyyəti araşdırın, imkanları götür-qoy edin. Borclarınızı qaytarmağa başlayın. Kredit götürməyə tələsməyin. Günün ikinci yarısında yeni layihəyə başlamaq olar. Tərəfdaşları aldatmayın. Etimadı doğruldun. Sizdən sui-istifadə etmək istəyənlərə aldanmayın. Qız - Günün ilk yarısı xoş, münasib zamandır. Səhvlər etsəniz də, onların fəsadları ağır olmayacaq. Yanlışlıqları müstəqil şəkildə aradan qaldırın. Kimsədən yardım gözləməyin. Seçimdə başqalarının məsləhətlərini aprior həqiqət saymayın. Günün ikinci yarısında gəlirin artması və ya maliyyə yardımı istisna deyil. Əks cinsin mənsubu ilə mükalimələrdə diqqətli olun. Ünsiyyət zamanı sərt və qaba davranmayın. Ziddiyyətləri danışıqlar, müzakirələr vasitəsilə həll etmək olar. Tərəzi - Gün ciddi problemlərin təhlili, mürəkkəb məsələlərin həlli ilə bağlıdır. Sadə olmayan analitik işlə məşğul olaraq mürəkkəb durumu çözə bilərsiniz. Yaxşı məsləhətlər verə bilərsiniz, amma niyyət və planlarınızı ətrafınızdakı insanlara açıqlamayın. Yeni arzular, istəklər və planlar yarana bilər. Bu istəkləriniz hətta sizi əla tanıyan insanlara da qəribə gələ bilər. Emosional fon stabil deyil. Əhvalınız qəflətən dəyişə bilər. İnadkar olmayın, gərəksiz mübahisələr etməyin. Əqrəb - Məqsədə doğru aramla, amma yolunuzdan əsla sapmadan hərəkət edin. Situasiya sizdən bəzi xam xəyallardan və illüziyalardan qurtulmağı tələb edir. Ayıq olun. Nə qədər çevik davransanız, bir o qədər yaxşıdır. Maliyyə imkanlarınızı realist qiymətiləndirin. Ani hisslərə qapılmayın. Günün ikinci yarısında birgə fəaliyyətinizdə tərəfdaşların və şəriklərin rolları ilə yerlərini dəqiqləşdirin. Konkretlik vəziyyətin tələbidir. Axşam saatlarına yaxın şəxsi problemlərinizin həllini başa vurun. Sevdiyiniz insanlarla münasibətləri qorumaq istəyirsinizsə, güzəştə getməyi bacarmalısınız. Oxatan - Peşəkar bacarıqlarınızı artırın, tutduğunuz mövqeləri möhkəmləndirməyə çalışın. İş yerində rəhbərlik və həmkarlarla münasibətləri kəskinləşdirməyin. Gərgin, əsəblərin tarıma çəkiləcəyi situasiyalarda səbrli davranın. Məqsədə çatmaq üçün ilk baxışdan kiçik, önəmsiz təsir bağışlayan problemləri sürətlə həll etməkdən çəkinməyin. Günün ikinci yarısında aldığınız sifarişlər və ya tapşırıqları vaxtında yerinə yetirin. Tərəfdaşın fərdi yox, işgüzar məziyyətlərini önə çəkin. İşlərinizdə inadkar, qətiyyətli olun. Oğlaq - Az danışın, çox iş görün. Bəzi hallarda ifrata vararaq tələskənlik etməyin. Müvəqqəti passiv gözləntidə fayda var. Vaxtınızdan səmərəli istifadə edin. Alış-verişdə bədxərclik etməyin. Atacağınız addımları əvvəlcədən təhlil edərək hazırlayın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Maraqlandığınız nəsnə ilə bağlı mümkün qədər çox informasiya əldə etməyə çalışın. Hadisələrə təsir imkanlarına malik insanlarla təmasları fəallaşdırın. Yaşananlara ayıq münasibət bəsləyin. İllüziyalara qapılmasanız, uzunmüddətli, möhkəm, qarşılıqlı faydalı əməkdaşlıq mümkündür. Dolça - Xırdalıqlara və mənasız olaylara həddən artıq diqqət yetirməyin. Sizi sinirləndirəcək, qıcıqlandıracaq məqamlar olacaq. Gördüyünüz işə verilən qiymətdən, habelə yeni tapşırıqdan narazı qala bilərsiniz. Konkret işə köklənin. Çətinliklərdən qorxmayın, problemlərdən yan keçməyin. Günün ikinci yarısında fəaliyyət və yaşam arealındakı maneələri aşkarlayın. Daşınmaz əmlak, torpaq, mənzil və ya istehsalat məkanları ilə bağlı məsələlərlə məşğul olmaq üçün əlverişli zamandır. Axşam saatlarını qiymətli saydığınız insanlarla keçirin. Balıqlar - Günün ilk yarısında kollektiv fəaliyyət üçün tərəfdaşı diqqətlə seçin. İşgüzar münasibətlərə fərdi əlaqələr və emosiyalar müdaxilə etməməlidir. Qarşı tərəfi tam anlamaq üçün sayıq olun, sərvaxt davranın. Dəyər verdiyiniz insanın kiçik nöqsanlarına, cüzi səhvlərinə göz yummaq da olar. Günün ikinci yarısında rəqibləri üstələməyə çalışın. Ciddi rəqabət olacaq. Barrikadaların müxtəlif tərəflərindəki insanların asanlıqla dil tapa biləcəyini düşünməyin. Səbrli, təmkinli olun. Axşam saatlarında normal istirahət etməyə çalışın. Milli.Az
Qoç - yaxın gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol verməyin. İndinin özündəki vəziyyət tam aydın deyilsə, qərarlar çiy və natamam təsir bağışlaya bilər. Məhsuldarlığın, gördüyünüz işin effektinin azalmaması üçün diqqətli davranın. Problemlərin çoxluğu sizdə bədgümanlıq hissi yaratmamalıdır. Günün ikinci yarısında şansı əldən verməyin. Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz insanın əməli sizi təəssüfləndirə bilər. Axşam saatlarında stressdən qurtulmağın yollarını arayın. Buğa - günün ilk yarısı problemlər situasiyanın gərginləşməsini vəd edir. Maneələri dəf etmək üçün maksimum səviyyədə çalışmağa hazır olun. Xərcləriniz nəzərdə tutduğunuzdan artıq ola bilər. Bədxərclik etməyin. Günün ikinci yarısında hadisələrin nəzərdə tutduğunuz ssenari üzrə inkişaf etməməsi sizi pərişan etməməlidir. Önəm verdiyiniz insanın sevincini paylaşmağı unutmayın. Hisslərinizi aşkarlamayın, izhar etməyin. Axşam saatlarında yetərincə istirahət etməlisiniz. Əkizlər - günün ilk yarısında fəaliyyət tempini qorumaq üçün aktiv çalışın. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək üçün bütün vasitələrdən yararlanmağa can atmayın. Qaydaları pozmayın. Məntiqli olun. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri sərinləşdirməyin. Emosiyalara qapılmayın. Dəyər verdiyiniz insanların maraqlarını mütləq şəkildə nəzərə alın. Əks təqdirdə axşam saatlarına yaxın, ümümiyyətlə, tək qala bilərsiniz. Xərçəng - birgə fəaliyyət, fikir mübadiləsi önəmli məsələlərdir. Problemləriniz və çətinliklərinizlə bağlı inandığınız insana, tərəfdaşa xəbər verə bilərsiniz. Mənasız söhbətlərə qatılmayın. İlk baxışda yaranan təəssürat sizi yanıltmasın. Günün ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin. Qeyri-ciddi insanlarla mükalimələrdən effekt gözləməyin. Axşam saatlarında normal istirahət edin. Şir - formada olmağa can atın. Planlaşdırılmamış görüşlər, spontan təmaslar istisna deyil. Danışıqlar və müzakirələr nəzərdə tutduğunuz müddətdən artıq çəkə bilər. Yeni işə başlamazdan əvvəl maliyyə resurslarınız və imkanlarınızın gərəkli səviyyədə olduğunu yoxlayın. Günün ikinci yarısında ehtiyatlı, sayıq olun. Düşünülməmiş addımlar atmayın. Yaxın ətrafınızdakı insanları vədlərinə və şirnikləndirici təkliflərinə çox aldanmayın. Sizi aldatmağa, tələyə salmağa can atanlar var. Axşam saatlarında gəzintiyə çıxın. Qız - avantüralara aldanmayın, riskli işlərə başlamayın. Tərəfdaş və şəriklərlərlə yeni laiyhələrə başlamaq olar. Emosiyaların təsiri altına düşərək düşünülməmiş addımlar atmayın. Soyuqqanlı və məntiqli davranın. Günün ikinci yarısında səlis davranın, başqalarının hərəkətlərinə diqqət yetirin. Tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Axşam saatlarını evdən kənarda keçirməyə hazır olun. Xərclər arta bilər. Əyləncə və istirahət zamanı deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv çalışın. Tərəzi - günün ilk yarısında insanların gur olduqları məkanlara yollanmayın. Sevdiyiniz, daha doğrusu, yaxşı bacardığınız işlərlə məşğul olun. Əyləncə və istirahət planlarınızı bir qədər təxirə salın. Günün ikinci yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün effektiv vasitələrə əl atın. Köhnə metodlardan yararlanmaq istəyiniz gözlənlən effekti verməyəcək. Axşam saatlarına yaxın normal istirahət etməyə çalışın. Maliyyə imkanlarınızı dəqiq qiymətləndirin. Real resurslardan yararlanın. Əqrəb - günün ilk yarısında vəziyyət stabillik və sakitlikdən çox uzaqdır. Əlavə işlər, qəfil tapşırıqlar olacaq. Səlahiyyət dairənizə bilavasitə daxil olmayan işləri həvalə etsələr, yaxşıca düşünün. Birgə çalışacağınız insanları yoxlayın, təftiş edin. Vədlər verməzdən və ya sənədləri imzalamazdan əvvəl situasiyanı təhlil edin, təklifi araşdırın. Günün ikinci yarısında yeni layihəni ertələyin. Vəziyyət kimin dost, kimin xoş münasibətə dəyməyən şəxs olduğunu göstərəcək. Əsəblərin gərilməsi yuxusuzluq yarada bilər. Oxatan - günün ilk yarısında hisslərə qapılmayın. Adi günlərdən fərqli davranış nümayiş etdirməyin. Özünüzə qapanmayın. Cari məsələlərin həlli, rutin işlərin görülməsi ilə məşğul olun. Yaxın ətrafınızdakı insanlardan birinin dediklərii xətrinizə dəyə bilər. Günün ikinci yarısında ani çətinliklərə hədən artıq önəm verməyin. Yaxın ətrafınızdakı insanlarla qısamüddətli anlaşılmazlıq yarana bilər. Bilin ki, istənilən maneəni dəf edə bilərsiniz. Sədləri dəf edin. Əzmli və qətiyyətli olun. Oğlaq - günün ilk yarısı genişmiqyaslı laiyhələrin həyata keçirilməsi üçün əlverişli deyil. Bəzi məsələləri təxirə salmaq gərəkdir. Cari məsələlərin həlli ilə məşğul olun. Məqsəd və hədəfləri təftiş etmək olar. Günün ikinci yarısında dostlarla təmaslarda səmimi, amma diqqətli davranın. Onların hisslərini, istəklərini anlamağa çalışın. Yeni qüvvə, enerji istisna deyil. Maraqlandığınız məsələnin reallaşdırılmasına başlaya bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Dolça - çoxdan bəri yığılan işlər, hisslər və emosiyalarda güclü irəliləyiş olacaq. Hissləriniz dayanıqlı deyil.Kənar təsir planlarınızı alt-üst edə bilər. Qəfil addım, etiraf, yaxın insanla mühüm söhbət ola bilər. Ətrafınızdakı insanların qayğısına qalın.Əlavə işlərlə ifrat dərəcədə məşğul olmayın. İkinci dərəcəli işləri təxirə salın.Gözlənilməz hadisə, emosiyaların partlayışı gərginliyin kritik həddə çatdığını göstərir.İşlərin intensivliyini bir qədər azaldın. Təhlükəli dönəmdə diqqətli davranın. Balıqlar - günün ilk yarısından etibarən fəaliyyətinizə kənar təsirlər olacaq. Bir sıra amilləri mütləq şəkildə nəzərə almalısınız. Mütəhərrik olun, çevik davranın. Eyni vaxtda bir neçə işlə məşğul olmalısınız. Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Sənədləşdirmədə kobud səhvlərə yol verməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün tutmayın. Kənardan təzyiqlərə boyun əyməyin. Milli.Az
Qoç - liderlik məziyyətlərinizi göstərin. Uğur əldə etmək istəyirsinizsə, yaradıcılıq potensialınızdan bəhrələnin. Zəhmətkeş olun, diqqətinizi konkret işə cəmləyin. Praqmat, soyuqqanlı olun. Ən xırda təfərrüatları diqqətdən qaçırmayın. Günün ikinci yarısında maddi durumunuz pis olmayacaq. Əlavə gəlir mənbələri var. Münasibətlərin inkişafını istəyirsinizsə, emosional olmaq, qarşı tərəfin hisslərini anlamaq vacibdir. Axşam saatları aktiv istirahət üçündür. Buğa - günün ilk yarısında münaqişə riski artacaq. İnciklik, günah hissi, arzulanmamış arzular və ümidlər istisna deyil. Hər şey çox sərt, aqressiv, dar çərçivədə olan nəsnələr təsiri bağışlamasın. Günün ikinci yarısında təkbaşına çalışın, müstəqil olun və fəaliyyət arealınızı kənar müdaxilələrdən qoruyun. Hadisələri, sözləri, işarələri yanlış qiymətləndirməyin. Sirlərinizi yaxşı bələd olmadığınız insanlarla bölüşməyin. Axşam saatlarında normal dincəlin. Əkizlər - günün ilk yarısı qarışıq və gərgin vaxtdır. Mühüm olaylar diqqət tələb edir. Dəyişikliklər və yeniliklərdən qorxmayın. Fəaliyyət obyektinizin rekonstruksiyaya ehtiyacı var. Səhvləri aşkarlayın, dürüst qərarların məntiqi ardıcıllığını hazırlayın. Günün ikinci yarısında məhsuldar əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Köhnə layihələrdən birinin tamamlanması və uğurla başa çatdırılması üçün münasib zamandır. İndiki dəyişikliklər pespektivdə yaxşı nəticələr verə bilər. Şərik və ya tərəfdaşları diqqətlə dinləyin. Axşam saatlarına yaxın yaxşı məsləhətlər ala bilərsiniz. Xərçəng - nüfuzlu insanlarla münasibətlərdə sərtlik yaratmayın. Təzyiqə məruz qala bilərsiniz. Yaxın ətrafınızdakı insanların tələbkarlığı sizin rahat çalışmağınıza maneələr yaradacaq. Səbrli, təmkinli davranıb vəziyyətdən çıxış yolu arayın. Günün ikinci yarısında güzəştlərə meylli olun, tam müstəqilliyə can atmayın. İmicdə zəruri dəyişikliklər barədə düşünməyin vaxtıdır. Zərərli vərdişlərinizdən birindən əl çəkin. Bütün müşküllərə, problemlərə rəğmən pozitiv olun. Maliyyə məsələləri izafi diqqət tələb edir. Şir - adi günlərdən fərqli olaraq problemləri çözmək asan deyil. Ən kiçik uğursuzluq əhvalınızı korlaya bilər. Səbrli və təmkinli olun. Həyata praktik nəzər salın. Potensial tərəfdaşlarla danışıqlarda yaxın gələcəklə bağlı planları müzakirə etməyə dəyər. Birgə fəaliyyət ən ağır problemin həllini mümkün edir. Günün ikinci yarısında şəxsi münasibətlərdə durum yaxşı olacaq. Yaxınlarınız və dostlarınızla ünsiyyət faydalı, həm də xoş olacaq. Axşam saatlarında qəfil görüş ola bilər. Qız - uğurlu, yaxşı zamandır. Hadisələrin axarına azacıq da olsa, təsir imkanlarınız var. İşlərinizi yaxşı planlaşdırın, boşuna vaxt itirməyin. Yaxşı nəticələrə nail olmaq üçün səy göstərmək gərəkdir. İnadınız və iradəniz sonucsuz qalmayacaq. Günün ikinci yarısında yaxınlarınızla təmaslarda daha diqqətli olun. Ünsiyyətinizin harmoniyaya ehtiyacı var. Ailə üzvləriniz və yaxınlarınızla səmimi olun. Məişət qayğılarının əhəmiyyətli hissəsinin çözümünü öz üzərinizə götürün. Tərəzi - maddi məsələlərdə realist olun, illüziyalara qapılmayın. Bu yaxınlara qədər maraqlandığınız məsələ artıq ikinci dərəcəli məqam təsiri bağışlaya bilər. Tələsik qərarlar, yanılmalar sonradan ağır fəsadlar yarada bilər. Günün ikinci yarısında inandığınız insanın müdrik məsləhətindən yararlanın. Daxili durumunuz stressdən qurtulmağınızı tələb edir. Axşam saatları sadə olmayacaq. Normal istirahət etməyə çalışın. Qüvvələrinizi maksimal dərəcədə bərpa edin. Əqrəb - fəaliyyətinizdə rasional olun. Hisslərinizdəki laübələr işlərinizə təsir etməməlidir. Mümkün qədər tez həll etməyə çalışdığınız məsələlələrin çözümü ilə məşğul olun. Əvvəlki günlərlə müqayisədə daha çox güzəştlər etməli olacaqsınız. Günün ikinci yarısında hadisələrə təsir imkanlarınız məhdudlaşacaq. Dəyişikliklərin mənasını, proseslərin məğzini anlayın. Qərarlarla yanaşı, informasiya alınmasında aktiv olun. Maddi məsələlərdə gözləntiləriniz doğrulmayacaq. Perspektivlər tam aydın deyil. Oxatan - günün ilk yarısında yaşananlar sizdə gərginlik hissi yarada bilər. Rəqiblər bütün qaydaları pozacaq, məqsədlərinə çatmaq üçün istənilən vasitədən istifadə edəcəklər. Cavab tədbirləri hazırlayın. Vicdanınıza xilaf çıxmayın, ədalətli olun. Günün ikinci yarısı yaxşı şanslar vəd edir. Amma bununla belə, bəzi problemlərin həllində çətinliklər yarana bilər. Gördüyünüz işlərdə ciddi, fəsadlı nöqsanlara yol verməyin. Təfərrüatlara və detallara barmaqarası baxmayın. Oğlaq - hadisələrə təsir imkanlarına malik insanlarla əlaqələri yenidən qiymətləndirin. İnandığınız insanla yeni layihənin icrasına başlamaq olar. Cari proseslərə təsir etməklə hadisələrin məcrasına korrektələr edin. Planlara riayət edin. Yaranan insanları və aldığınız təklifləri dəyərləndirin. Günün ikinci yarısında avantüralara qatılmayın. Konstruktiv məsələlərin müzakirəsi üçün yaxşı zamandır. Əlaqələri bərpa edin. Maliyyə məsələləri aktuallaşacaq. Yardıma ehtiyacı olan insanlara diqqətlə yanaşın. Emosional travmaya uğramayın. Dolça - yeni ideyalar, qüvvələr və dəstək olacaq. Başladığınız işdə uğur qazana bilərsiniz. İndiyədək tam sürətlə hərəkət etdiyiniz sahələrdə aktivliyinizi bir qədər azaldın. Zəif mövqeləri gücləndirin. Günün ikinci yarısında situasiya sizdən qəti qərar, vidalaşma, bəzən isə niyyətlərdən əl çəkməyi tələb edə bilər. Asılılıqlarınızın birindən qurtulun. Rasionunuzun sağlam olmasına çalışın. Şəxsi münasibətlərdə vəziyyət pis deyil. Axşam saatlarında nisgilli hisslər yarana bilər. Balıqlar - mühüm saydığınız məsələlərdən biri ilə bağlı danışıqlar aparın. Emosional gərginliyə rəğmən sakit, təmkinli olun. Təxribatlara uymayın. Sizi münaqişəyə cəlb etmək istəyəcəklər. Gərəksiz məqamlardan imtina edin, lazımsız əlaqələrə son qoyun. Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri ilə mühüm söhbət olacaq. Münasibətlərdə dəqiqləşdirmələrə ehtiyac var. Ev işlərinin sayı adi günlərlə müqayisədə artacaq. Alış-verişdə çox pul xərcləməyin. Milli.Az