Qoç – Sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur. Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək. Buğa – Bu gün çox maraqlı olacağını vəd edir. Siz kənar təsirlərə çox həssassınız, istənilən şəraitə uyğun əhval-ruhiyyəyə ildırım sürətilə düşürsünüz. Bir çox Buğalar özlərində gözlənilməz istedad və qabiliyyətlər aşkarlayacaqlar. Lakin yaxınlarla münasibətlər baxımından o qədər də asan gün deyil. Sizin başa düşməyəcək, tənqid edəcək, xətrinizə dəyəcəklər. Siz isə bunun cavabında nəinki müdafiə olunacaq, əks-hücuma keçəcəksiniz. Vaxtında dayanmağa çalışın. Yoxsa, özünüzü çıxılmaz vəziyyətə sala bilərsiniz. Əkizlər – Əqli əmək, maraqlı fəlsəfi mövzularda düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də, dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyyə olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız olaraq ağıllı, erudit, yaxşı təhsilli adamlarla. Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq, ətrafdakıların rəğbətini qazanacaqsınız. Xərçəng – Vacib adamlarla görüş üçün münbit gündür. İş adamları sərfəli sövdələşmələrə gedə bilərlər. Bu gün çətinlikləri asanlıqla dəf edəcək, istənilən sınaqdan uğurla çıxacaqsınız. Yeni nəyisə sınamaq və əvvəllər bacarmadığınız şeylər öyrənmək üçün yaxşı gündür. Günün ortasında əbəs xərclər mümkündür. Üstəlik, günün bu vaxtı hər şeyə daha tez inanacaqsınız. Bədxahlarınız bundan istifadə edə bilərlər. Şir – Bu gün daha çox romantik görüşlər üçün münasibdir. Ulduzlar tənha Şirlərə sevgi macəraları vəd edirlər. Artıq sevənlər isə münasibətlərə yeni və hər iki tərəf üçün xoş nəsə əlavə edə bilərlər. Həyat potensialı yüksəkdir. Gün nə qədər zəngin olsa da, axşam yorğunluq hiss etməyəcəksiniz. Bununla belə, bu gün faydalı işlərlə məşğul olmaq alınmayacaq. Bekarçılığa meyllilik çox güclü olacaq. Şirlər pulla asanlıqla vidalaşırlar. Odur ki, əbəs xərclər ehtimalı yüksəkdir. Qız – Əgər sağlam düşüncə ilə hərəkət etsəniz və enerjinizi dinc məcraya yönəltsəniz, gün çox məhsuldar keçəcək. Ailə üzvləri ilə mübahisələr mümkündür. Nədənsə ətrafdakıları öz ideyalarınıza “yoluxdurmaq” o dəqiqə alınmır. Bəla burasındadır ki, siz çox tez “qaynayır”sınız: soyuqqanlılığı qorumaq daha yaxşı olardı. Ziddiyyət ruhu çox güclüdür. Bu, şəxsi həyatdakı hadisələrə təsir edəcək. Bir çox Qızlar bu gün bilə-bilə ümidsiz münasibətlərə başlamağa meyllidirlər. Tərəzi – Gün uğursuz olacaq. Bunun əsas səbəblərindən biri impulsivliyinizdir. Siz olduqca tez-tez, özü də vaxtsız şəkildə emosiyalarınıza azadlıq verirsiniz, ətrafdakılarla münasibətlər göz görə-görə korlanıb. Bürcün bir sıra nümayəndələri kəskin, ürək sındıran ifadələr işlədir, sonra isə peşiman olurlar. Sizin bu davranışınız ətrafdakıları çıxılmaz vəziyyətə salır. Diqqəti hansısa faydalı işə yönəltmək çox çətindir. Bəzi Tərəzilər düşünülməmiş addımlar atırlar. Məsələn, onlar bir qədər əvvəl üstündə əsdikləri münasibətlərə son qoyurlar. Əqrəb – Kifayət qədər uğursuz gündür. Təəssüf ki, buna görə yalnız özünüzü günahlandıra bilərsiniz. Problem olmayan yerə onu yaradan məhz sizsiniz. Özünüz həyatınızı çətinləşdirir, əməkdaşlıq etməli olduğunuz adamlarla münasibətləri korlayırsınız. Buna görə sizə yalnız bir şeydə haqq qazandırmaq olar: siz öz prinsipləriniz və həyata baxışınıza uyğun hərəkət edirsiniz. Bu günün yaxşı cəhəti yaxınınızla sizi çoxdandır narahat edən məsələ barədə açıq danışmaq imkanıdır. Alacağınız cavablar sizi tamamilə qane edəcək, hətta, sevindirəcək. Oxatan – Əlverişsiz mərhələ davam edir. Mənfi tendensiyaların təsirini yumşatmağın yolları barədə düşünməyin vaxtıdır. Ulduzlar cari işlərdən daha qlobal məsələlərə keçməyi məsləhət görürlər: planlar nə qədər möhtəşəm, hədəflər nə qə yüksək olsa, o qədər yaxşıdır. Elə bir təklif almağınız mümkündür ki, onu qəbul etməklə həyatanınız köklü şəkildə dəyişə bilər. Bu, bir çox Oxatanlar üçün dalandan çıxış yolu olacaq. İntuisiyanıza yox, sağlam düşüncəyə üstünlük verməyiniz tövsiyə olunur. Əgər nəyisə məntiqlə izah edə bilmirsinizsə, suallar verin, özünüzdən nəsə uydurmağa çalışmayın. Oğlaq – Sövdələşmələr və kommersiya fəaliyyəti üçün əlverişli gündür. Qadınlarla işləmək tövsiyə olunur: onlarla razılığa gəlmək daha asandır. Gün istənlən irimiqyaslı layihələr, o cümlədən, başqa yerə köçmək və ya tikinti üçün münasibdir. İnadkarlıq nümayiş etdirməklə istədiyiniz hər şeyə nail ola bilərsiniz. Bir çox Oğlaqları bu gün şəxsi xarakterli xoş sürprizlər gözləyir. Bürcün bir sıra nümayəndələri evlənməyə qərar verəcəklər və buna görə peşiman olmayacaqlar. Dolça – Gün çox sakit keçəcək. Gözlənilməzliklər planlarınızı pozmayacaq. Çoxdandır əliniz qalxmayan işlərlə məşğul ola bilərsiniz. Dostların əhatəsində istirahət sevinc bəxş edəcək. Yaxınlarınız ideyalarınızı bəyənəcəklər. Əgər təşəbbüs göstərsəniz, dəstək qazanacaq. Bu gün ictimai tədbirlər iştirak etmək, kübar qəbullarda parlamaq olar. Yeni tanışlarınızın rəğbətini qazanmaqda çətinlik çəkməyəcəksiniz. Balıqlar – Uğursuz gündür. Siz öz ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz. Bir çox Balıqlar sonradan peşiman olacaqları hərəkətlərə yol verəcəklər. Sizin üçün şirnikdirici şeylərə müqavimət göstərmək çətindir. Kələk gəlməyi və intriqa yaratmağı bacaran adamlara isə sizi idarət etmək çox asandır. Özünüzü qoruyun. Bu gün xəsarət və xəstəlik təhlükəsi var, xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Əsassız xərclərdən uzaq durun. Tezliklə pul sizin üçün daha vacib və lazımlı şeylərə lazım olacaq. Milli.Az
Qoç – Uğurlu gündür. Hadisələrin normal axarı sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz.Günün ikinci yarısında problemlərin həllinə yaradıcı yanaşın. Romantikaya qapılaraq düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz insanlarla münasibətlərinizi korlamayın.İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb aramayın. Buğa – Bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın. Günün ilk yarısı danışıqlar, toplantılar, tələsik işlərlə zəngin olacaq.Ötən həftədən qalmış işi başa vurun.Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın.Axşam saatları qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş üçün uğurludur.Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Simiclik etməyin. Əkizlər – Sürətli, qətiyyətli olun. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələrdən çəkinməyin. Uzun-uzadı müzakirələr və illüziyalara qapılmaq sizə yalnız zərər verə bilər.Sağlam məntiqi unutmayın.Günün ikinci yarısında təmkinli, səbrli davranın. Hisslər və emosiyalar burulğanına düşməyin.Planları aramla, eyni zamanda iradə ilə reallaşdırın. Dostlar və qohumlarla münasibətdə harmoniyaya riayət edin. Xərçəng – Oyun qaydaları sizi təmin etmirsə, onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən işlərdən imtina edin.Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla izləyin. Planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə qarşılaşacaqsınız.Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin.Axşam saatlarında dincəlin. Açıq havada gəzinti, sevimli işlə məşğul olmaqda fayda var. Şir – Yaxın gələcəklə bağlı planlarınızda zəruri dəqiqləşdirmələr aparın. Peşəkar fəaliyyət müstəvisində irəliləyişi prioritet sayın. Karyera çox önəmli məsələdir. İşdə rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin, laqeyd və soyuqqanlı olmayın.Günün ikinci yarısında peşə məziyyətlərinizi keyfiyyətcə yeni səviyyəyə qaldırın. Bunun üçün daha aktiv olun, səlahiyyətlərinizi genişləndirin. Maaş artımını tələb edə bilərsiniz.Axşam saatlarını aiənizə həsr edin. Sevdiyiniz insanın maraqlarını qulaqardına vurmayın. Qız – Yetərincə məhsuldar və uğurlu gündür. Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları reallaşdırmaq üçün maksimum səy göstərin. Mühüm və məsuliyyəti qərar qəbul etməkdən qorxmayın. Həmin qərar bundan sonrakı yaşamınıza təsir edəcək.Günün ikinci yarısında çətin qərarlar vermək zərurəti ilə üzləşəcəksiniz. Müəyyən qurbanlar olmadan irəliləyiş olmaz. Dəyər verdiyiniz insanlarla daha çox vaxt keçirin.Səmimi, qayğıkeş olun. Tərəzi – Xarizmatik, aktiv və müdrik insanla çalışsanız, məqsədə daha sürətlə çatacaqsınız. Həmkarlar, həmfikirlərlə işləmək məsləhətdir. Radikal layihə və ya ekstravaqant ideyaların reallaşması üçün yaxşı zaman deyil.Günün ikinci yarısında başqalarının uğurlarına paxıllıq etməyin. Əksinə, rəqiblərin nailiyyətlərini öz nöqsanlarınızdan, apatiyanızdan qurtulmaq üçün əlavə stimul qismində qəbul edin.Çətin vəziyyətdə, birmənalı olmayan situasiyada yaxınınız sizə yardım edəcək. Onun məsləhətlərini dinləyin, yardımlarından imtina etməyin. Əqrəb – Günün ilk yarısında karyera ilə bağlı məsələlər ön plana çıxacaq. İşdə rəhbərliklə münaqişə etməyin. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Emosiyalara qapılmayın, düşünülməmiş addımlar atmayın.Günün ikinci yarısında təcrübəli insanla birgə fəaliyyət əlavə impuls rolunu oynaya bilər. Fəaliyyətinizlə bağlı köhnə metodları yeniləyin. İnnovasiyalardan qorxmayın.Bəzi problemlərin həllində nəticələr sizi çəkindirə bilər.Etibar etdiyiniz insanla axşam saatlarında bir sıra məsələləri müzakirə etmək olar. Oxatan – Birmənalı olmayan gündür. Yaxşı xəbərlərlə yanaşı, əsəblərinizi gərə biləcək məlumatlar da ala bilərsiniz. İndinin hadisələri ötənlərdə yaşanmışlarla sıx bağlıdır. Bir qədər əvvəl çəkdiyiniz zəhmət məntiqi nəticəsini verəcək.Unudulmaqda olan münasibətlərdən biri günün ikinci yarısında spontan şəkildə bərpa oluna bilər. Sizi çoxdan bəri narahat edən suallara cavab arayın.Axşam saatlarını ailənizə sərf edin. Bunu dəyərləndirəcəklər. Oğlaq – Karyeranızı düşünürsünüzsə, inkişaf etmək və daha çox qazanmaqla bağlı planlar hazırlayırsınızsa, peşəkar fəaliyyət müstəvisindəki problemləri həll edin. İşdə rəhbərlik təkliflərinizi dinləmək istəməyəcək. Maaş artımının zərurəti barədə ümumiyyətlə, danışmayın.Günün ikinci yarısında aktual problemləri etibar etdiyiniz insanlarla müzakirə edin. Təklif və iradlarınızı aşkar şəkildə bildirin. Yeni işə başlamağa tələsməyin. Məişət problemlərinizi ailə üzvləri ilə həll etməyiniz məsləhətdir.İradlarınızı və tənqidizi səmimi, etik şəkildə bildirin. Dolça – Günün ilk yarısından ən çətin problemləri izafi zəhmət çəkmədən həll edə biləcəksiniz. Aktiv olun, rəqiblərin sizi üstələməsinə, geridə qoymasına imkan verməyin. Məqsədə doğru aparan yolda çeşidli problemlər yarana bilər.Günün ikinci yarısında bütün planları realaşdırmaq mümkün deyil. Yeni, maraqlı irsanlarla tanış olacaqsınız. Onların maraqları, istəkləri və planlarından agah olun. Axşam saatları romantik görüş və ya etiraf üçün əlverişlidir. Balıqlar – Ailə işləri və evlə bağlı qayğıları çözməyə başlayın. Ailə üzvlərinin tələblərini, istəklərini nəzərə alın.Yaxın gələcəklə bağlı planları müzakirə edin, mümkün perspektivləri nəzərdən keçirin. Yaşam arealınızda nizam və qayda yaradın.Səfər və ya dar çərçivədə görüş əsnasında gözlənilməz, xoş tanışlıq mümkündür. Planlar dəyişir, istəklər artır. Aktiv olun, emosional problemlərinizi həll edin.Ehtiyatlı və sayıq davranın. Çətin situasiyada güzəştə getməyi bacarın.Gəlişigözəl sözlərə və vədlərə inanmayın. Milli.Az
Qoç - planlarda ciddi dəyişiklik etmək gərəkdir. Sinirlənməyin, qıcınqlanmayın. Zəruri işləri yerinə yetirin. Günün ikinci yarısına qədər işlərin böyük qisminin öhdəsindən gəlməyə çalışın.Kiçik səhv edən iş yoldaşı və ya yaxınınıza hirslənməyin. Səbrli, soyuqqanlı olun.İstənilən iş bu gün ehtiyatlı və sərvaxt davranışı tələb edir.Çalışdığınız texnikada nasazlıqlar yarana bilər. Maliyyə itkiləri riski var. Alış-veriş üçün əlverişli gün deyil. Buğa - bütün işlər dərhal alınmasa da, geri çəkilməyin, ruhdan düşməyin. Bacarıqlarınızı nümayiş etdirin, qətiyyətli olun və belədə danışıqlarda uğur əldə edə bilərsiniz.Şəxsi məsələləri iş obyekti ilə qarışdırmayın.Zahiri görünüşünüzə xüsusi fikir verin.Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edin.Alış-verişdə bədxərclik etməyin, gərək olduğundan artıq pul xərcləməyin. Bu gün bir qədər qənaətli davranın. Əkizlər - qəfil hadisələr, gözlənilməz olaylara hazır olsanız, məhsuldar çalışa biləcəksiniz.Planlarınızı korrektə edin. Həmkarlar, rəhbərlik və tərəf-müqabillə münasibətlər yaxşılığa doğru dəyişir. Peşəkar mövqeləriniz daha da səbatlı olur.Uzunmüddətli müqavilələr imzalamaq, yeni sifariş götürmək və ya fərqli işə başlamaq olar.Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin sizə təklif etdiyi yardımdan bəhrələnin.Maliyyə məsələlərində sayıq və dəqiq olun. Planlaşdırılmamış xərclər etməyin. Xərçəng - işlə bağlı məsələlərin, o cümlədən çətin problemlərin həlli üçün uğurlu gündür. İşgüzar intuisiyanız çox kəsərli və iti olacaq.Dürüst qərarları tez qəbul edin. Bədxah və rəqiblərinizə məkrli planları həyata keçirməkdə "yardımçı" olmayın: sərvaxt davranın, sadəlövh addımlar atmayın.Danışıqlar və sövdələşmələr, müzakirə və təhlillər uğurlu alınacaq.Yeni tanışlarda xoş təəssürat yaradırsınız. Maraqlı təkliflər alacaqsınız. Maliyyə situasiyası stabil deyil. Planlaşdırılmamış məsrəflər ola bilər.Məişət və ofis texnikasının nasazlığı, sıradan çıxması mümkündür. Şir - günün emosinal fonu o qədər də uğurlu deyil və bu səbəbdən də ehtiyatlı olun. Sayıq, sərfat davranın, təmkinli və soyuqqanlı rəftar edin.Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə müəyyən sərinlik yarana bilər. Özünüzdən də narazısınız. Lakin elə hərəkət edin ki, münaqişə və ya anlaşılmazlıq üçün səbəb yaranmasın.Günün ikinci yarısında hadisələrin məcrası dəyişəcək, pozitiv təmayüllərin təsir gücü artacaq. Yaşamınızda nəyisə dəyişməyin vaxtı çatıb.Aktiv işə başlayın. Fantaziyalar və xülyalarınızla vidalaşın, real planlar qurun.Yaşam arealınızı qaydaya salın. Qız - uğurlu, işlər üçün düşərli gündür. Sizi məcradan çıxara biləcək, pərişan edəcək hadisələr yoxdur. Planlara çox kiçik düzəlişlər tələb olunur.Narahat olmayın və yaranmış situasiyadan maksimal xeyir götürməyin yollarını düşünün. İşgüzar danışıqlar uğurlu olacaq. Müzakirələr, sövdələşmə və anlaşmalar da pis nəticələr verməyəcək.Romantik görüş, hisslərin etirafı üçün əlverişli vaxtdır. Emosiyaların və yaşantılarınızla bağlı ciddi düşünə bilərsiniz.Maliyyə fonu yaxşıdır. Gəlir, görülən işə görə ödəniş istisna deyil.Alış-verişdə simiclik etməyin. Alacağınız əşyalar xeyirlidir. Tərəzi - üstün cəhətlərinizi, bilik və bacarıqlarınızı nümayiş etdirin. Birmənalı qarşılanmamaq təhlükəsindən çəkinməyin. Yaxın ətrafınızdakı insanlar sizə şübhə ilə yanaşmayacaqlar.Alış-veriş üçün əlverişli gündür. Təhsil, tədris, bilgi və informasiyanın əldə olunmasında nailiyyətlər əldə oluna bilər. Ən müxtəlif insanlarla dil tapmağa çalışın. Münaqişələri yatırın, müttəfiq qazanın.Yeni işə, sifarişin yerinə yetirilməsinə, fərqli istiqamətdə çalışmağa başlamaq olar. Əqrəb - kiçik uğurlara rəğmən, gün xoşagələn məcrada deyil. Düşmən və bədxahlarınızı olduqlarından zəif qiymətləndirməyin.Sadəlövh olmayın, yalan təriflərə və yaltaqlara inanmayın. Maliyyə itkiləri ola bilər. İşdə ciddi problemin yaranması istisna deyil.İşə başdansovdu yanaşmayın, qeyri-ciddi insanlarla ümumi iş görməyə çalışmayın. Belə insanlarla ünsiyyət zahirən asan və xoş ola bilər.Lakin ciddi nəticələrə əsla bel bağlamayın. Oxatan - gün uğursuz başlanır, ciddi problemlər yaşanır. Ruhdan düşməyin, irəliyə doğru hərəkətdə fasilə yaratmayın.Özünüzə inamınızı itirməyin. Çətinliklər qarşısında təslim olmayın. İlk dəfədən nə isə alınmasa, yenidən o işi görün, təkrarlayın.Bədxahlarınız düşündüyünüzdən də qüvvətli çıxarsa, onlara doğru irəliləyin. Ənənəvi, adət etdiyiniz metodlarla məqsədə çatacağınızı düşünməyin.Romantik münasibtlərə başlamaq üçün uğurlu gün deyil. İşdə emosiyaları cilovlayın, təmkinli və səbrli davranın.Təsadüfi tanışlıqların heç bir perspektivi yoxdur. Sizi yanlış anlaya bilərlər. Oğlaq - böyük qələbələr əldə etməyin çətinliyini dərk edirsiniz. İntuisiyanız sizi aldatmır.Lakin hər şeyin asan və rahatlıqla alınacağını düşünməyin. Bir qədər çalışmaq, səy göstərmək, qətiyyət nümayiş etdirmək gərəkdir.Bilik və bacarıqlarınızdan tam istifadə edin, məqsədə çatmaq üçün imkanınız çatan bütün vasitələrdən yararlanın.Eyni vaxtda bir neçə istiqamətdə çalışmayın. Bir yönü, bir hədəfi seçin və irəliləyin. Prioritetləri müəyyənləşdirin, seçimə uyğun hərəkət edin. Dolça - uğur üçün mübarizə aparmaq gərəkdir. Rəqib və ya bədxahınız güclüdür. Geri çəkilməyin, ruhdan düşməyin.Qələbə şansları az deyil. Yaxın ətrafınızdakı insanlardan yardım və ya yaxşı məsləhət gözləməyin. Bu günün sınağından təkbaşına, müstəqil şəkildə keçməlisiniz.İşdə münaqişə istisna deyil. Fikrinizi elə sərt deyirsiniz ki, hətta ən mülayim və sakit təbiətli insanların səbr kasası daşır.Yaxınlarınızla mümkün qədər həssas, zərif və səmimi davranın. Şəxsi münasibətlər müstəvisində gərginlik yaratmayın. Balıqlar - çətin gündür. Problemlərdan qaçmağa çalışsanız da, onlar sizi haqlayacaq və həll tələb edəcəklər. Yaxın ətrafınızdakı insanlardan yardım gözləməyə dəyməz və bunu əla anlayırısınız. Hər kəs yalnız öz maraqlarını təmin etməyə çalışır.Rəhbərliklə xoşagəlməz söhbət olacaq. İşgüzar tərəfdaşların sizə qarşı ciddi iradları ola bilər.Unutmayın ki, qətiyyətli və ciddi işlər görməzdən əvvəl yaranmış situasiyanı dəqiq dəyərləndirmək gərəkdir. Qəfil anlayışlara bel bağlamayın.Necə hərəkət etmək gərəkdiyini yalnız məntiq və sağlam düşüncə deyəcək. Milli.Az
Qoç - Mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qoçlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir. Buğa - Yaradıcılıq potensialı və özünüzə inam yüksəkdir. Sizin üçün qeyri-mümkün heç nə yoxdur. Cəsur planlar qurmaqdan qorxmayın, başqalarının bacarmadığı işlərə cəsarətlə girişin. Vacib məsələlərin müzakirəsi üçün münasib gündür.Təəssüf ki, gün təhlükələrdən də xali deyil. Bunlardan ən əsası odur ki, başqalarının təsiri altına həmişəkindən daha çox düşə bilərsiniz. Əkizlər - Ev qayğıları günüdür. O qədər də məhsuldar deyil, bununla belə, xoşdur. Xırda işlərlə məşğul olacaq, onları sona çatdırmaqdan zövq alacaqsınız. Qadınlarla, xüsusilə, yaşlı qohumlarınızla ünsiyyət üçün əlverişli gündür. Pul gələ bilər.Bazarlıq etmək, əyləncəyə iri pullar xərcləməyə tələsməyin. İndi bunun üçün münasib vaxt deyil. Qərar qəbul edərkən ənənə və stereotiplərə yox, şəraitlə bağlı öz təsəvvürlərinizə əsaslanın. Xərçəng - Asan gün deyil. Özünüzü sərt, demək olar ki, aqressiv aparırsınız. Sizinlə iş görmək çətindir. Bir çox Xərçənglər düşünülməmiş hərəkətlərə yol verəcək və yəqin ki, sonra buna görə peşiman olacaqlar. Bürcün nümayəndələri tez-tez mübarizəyə girişsələr də, ondan qalib kimi çıxıb-çıxmayacaqlarını bilmirlər. Kişi Xərçənglər çətin məsələləri güc yolu ilə həll etməyə meyllidirlər. Amma bu, xeyir gətirməyəcək.Yaxınlarınızla ünsiyyətdə yumşaq olmağa çalışın, öz iradənizi sevdiklərinizə sırımağa cəhd etməyin. Müstəqillik hüququ tələb edən uşaqlarla münasibətlərdə gərginlik mümkündür. Xərcləri azaltmaq tövsiyə olunur. Şir - Təəssüf ki, bu gün mənfi tendensiyaların təsiri güclü olacaq. Siz yeni təəssüratlar və müsbət emosiyalar təşnəsindəsiniz. Yaxınlarınız sizə gözlədiyiniz diqqəti göstərməyəcəklər. Buna çox əsəbiləşəcəksiniz.İstənilən xırda şeyi ürəyinizə salır, boş şeylərə görə həyəcanlanırsınız. Fırıldaq qurbanı olmaq və ya bədxahlarınızın intriqası üzündən zərər çəkmək təhlükəsi var. Odla ehtiyatlı olun. Qız - Çətin və dolaşıq işlərə girişməyə dəyməz. Ən yaxşısı, sadə və aydın işlərlə kifayətlənməkdir. Gücünüzdən yeni sahədə istifadə etmək, riskə getmək üçün münasib gün deyil. Qadınların məsləhətinə qulaq asın. Bu, düzəldilməsi mümkün olmayan səhvlərdən yayınmağa kömək edəcək.Ətrafdakılarla harmonik münasibətləri qorumaq çətindir. Sevdiyiniz adamla ciddi inciklik mümkündür. Romantik görüşlər üçün əlverişli gün deyil. Tərəzi - Sakitliyi qorumaq çətindir. Tərəzilər emosiya ilə hərəkət edəcək, xeyli artıq şey danışacaq, sonradan peşman olacaqları hərəkətlərə yol verəcəklər. Yaxınlarla münasibətlər korlanacaq. Düşünmədən verdiyiniz sözləri unudacaq və istənilən tənqidə çox ağrılı reaksiya verəcəksiniz.Hətta, xırda problemlər də bəzən həlli qeyri-mümkün görünə, istənilən xırda şey sizi çıxılmaz vəziyyətə sala bilər. Yeni tanışlıqlar üçün münasib gün deyil. Tənhalıqda özünüzü heç həmişə rahat hiss etməyəcəksiniz, xoşagəlməz fikirlərə yeniləcəksiniz. Əqrəb - Çətin, amma məhsuldar gündür. Siz məqsədə çatmaq üçün səy göstərməyə hazırsınız və əməyiniz hədər getməyəcək. Təşəbbüs göstərmək, ideya və planları bölüşmək, birbaşa və açıq danışmaq olar. Yeni tanışlar etibarınızı asanlıqla qazanacaq, yaxınlarınızla çətinlik çəkmədən dil tapacaqsınız.Əvvəlcədən tutduğunuz qrafikdən çıxmamağa çalışın, planlaşdırdığınız işləri təxirə salmayın. Xırda itkilər, əsassız xərclər mümkündür. Maliyyə məsələləri ilə məşğul olmaq, valyuta və xarici şirkətlərin qiymətli kağızlarını almaq tövsiyə olunmur. Oxatan - Xırda xoşagəlməzliklər, əhəmyyətsiz, amma çoxsaylı çətinliklər günüdür. Ətrafdakılar sizə pis heç nə etməyəcəklər. Amma inciməyə, hətta, kin saxlamağa bəhanə tapacaqsınız. Siz üzdə sülh və harmoniyaya can atsanız da, nəzakətsiz sözlərdən, bəzən isə sərt iradlardan istifadə edirsiniz.Bir çox Oxatanlar bu gün lazım olduğundan çox xərcləyirlər və bunun mümkün nəticəsi barədə düşünmürlər. Yeni tanışlarınızla yaxşı təəssürat yaratmağa çalışarkən ciddi səhvlərə yol verə bilərsiniz. Oğlaq - Günü əlverişli hesab etmək olmaz. Amma ilk baxışdan göründüyü qədər də pis deyil. Yaxınlarınızla yaranan fikir ayrılıqlarına sakit yanaşın, diskussiyaları konstruktiv məcrada aparın. Əgər səmimi şəkildə istəsəniz, razılığa gəlmək olar. İri xərclər, planlaşdırılmamış böyük baxarlıqlar tövsiyə olunmur.Nə qədər güclü olsalar da, arzularınıza əsasən hərəkət etməyin. Bu gün sağlam düşüncə intuisiyadan yaxşı köməkçidir. Dolça - Bu gün əvvəlki ilə müqayisədə daha əlverişli və asandır. Siz işlərin öhdəsindən asanlıqla gələcək, qeyri-standart qərarlar qəbul edəcək və aldığınız informasiyadan düzgün istifadə edəcəksiniz. Son vaxtlar aldığınız həyat təcrübəsi faydalı olacaq. Ən ağıllı Dolçalar başqalarının səhvlərindən öyrənəcəklər.Xeyriyyə aksiyalarında iştirak etmək, ehtiyacı olanlara əl tutmaq tövsiyə olunur. Başqalarına görə məsuliyyəti üzərinizə götürməyə, ailədə və ya dostların arasında liderə çevrilməyə hazır olun. Gün hüquqi məsələlərin həlli üçün münasibdir. Balıqlar - Bu gün əlverişsiz tendensiyaların təsiri güclü olacaq. Amma məyus olmayın. Nə baş verməsindən asılı olmayaraq, vəziyyəti nəzarət altına almaq gücündəsiniz. Maliyyə məsələləri ehtiyat tələb edir. Hədər xərclərdən və düşünülməmiş bazarlıqlardan çəkinin. Əyləncə və asudə vaxtın təşkilinə çəkilən xərcləri minimuma endirməyə çalışın.Günün ortası xırda ev işləri, mənzildə qayda yaratmaq üçün münasibdir. Milli.Az
Qoç - bu gün özünüz də hiss etmədən emosiyalarınızın qurbanına çevrilə bilərsiniz. Əks cinsin mənsubu ağlınızı başınızdan almasın.Hisslər sizin soyuqqanlı davranışınızı pozaraq arzuolunmaz hərəkətlərə vadar edə bilər.Bu gün birgə əmlak, fəaliyyət və düşüncə təkbaşına çalışmaqdan və düşünməkdən daha üstündür.Günün ikinci yarısında hisslər sizi maliyyə itkilərinə və ya izafi xərclərə vadar edə bilər.Zəifləşməyin, emosiyaların zəruri ehtiyacları və görüləsi işlərlə bağlı planları üstələməsinə imkan verməyin.Mümkün təhlükəni real dəyərləndirin.Axşam saatlarında çox yeməyin. Buğa - bu gün bir qədər xaotik təsir bağışlasa da, irəliyə doğru hərəkətdə müvazinəti itirməyin. Çətinliklər yaranacaq, amma düşünün: bu problemlərin mövcudluq səbəbləri arasında sizin konkret hərəkətiniz yoxdur ki?!İşdəsizə, pul təklif oluna bilər. Rəqiblər daha rahat iş və ya böyuk perspektivlər vəd etsələr, inanmayın.Ailədə və ya işdə kimsəyə imkan verməyin ki, sizdən sui-istifadə edərək öz məramlarının gerçəkləşməsinə nail olsun.İmkan düşdükcə imicinizi yaxşılaşdırın.Günün ikinci yarısında yorğunluq hissi yaranacaq. Bir qədər dincəlin. Əkizlər - yaşam və iş taktikatınızın dəyişdirilməsinin vaxtı çatıb. Bədbin fikirləri unudun, nikbin davranın. Yaşananlar, baş verənlərdən faydalanmağa çalışın.Fəqət, çox tələsməyin, həyatınızda köklü dəyişikliklərə can atmayın. İndiki dövr gələcəyə inamın güclənməsi ilə yanaşı, dumanlı illüziyalar, inandırıcı təsir bağışlayan yalanlar və puç xəyallar dönəmidir.Ötənlərdən bəri gələn arzular və istəklər daha təhlükəli ola bilər.Əks cinsin mənsubu bu gün sizi də xüsusilə maraqlanacaq. Xərçəng - bilik və bacarıqlarınız bu gün diqqətdən kənarda qalmayacaq. İşdə rəhbərlik məhz bacarığınıza görə sizə yeni tapşırıq verə bilər.Günün ilk yarısında tanışların və dostların yardımına bel bağlaya bilərsiniz.Günün ikinci yarısında düşünülməmiş addımlar atmayın, sərvaxt olun. Bəzi cəhdləriniz uğursuzluqla nəticələnə bilər. Amma buna görə qəmlənməyə dəyməz.Axşam saatlarına yaxın bir işdə uğur əldə edəcəksiniz.Ağır fiziki işlərə bir qədər ara verin, ictimai yerlərdə çox görünməyin. Şir - ailə ilə bağlı məsələlər bu gun ön plana keçəcək. Onların arasında ciddi problemin ola biləcəyi də istisna deyil.Hisslərin qeyri-adekvat izharına yol verməyin. Qısqanclıq və ya psixoloji asılılığın çox pis məziyyət olduğunu unutmayın.Nöqsanlarınızdan bədxahlarınızın dəyərlənə biləcəyini unutmayın.Eqoistlik etməyin, baş verən hadisələri və situasiyanı dəqiq dəyərləndirin.Axşam saatlarında bir qədər istirahət edin. Əylənə də bilərsiniz: niyə də yox, siz buna layiqsiniz. Qız - yaşayış yeri, qohumluq əlaqələri, qeydiyyat, məişətin nizama salınması ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edəcək.Təhsil və biliklə bağlı məsələlərin həllində tənbəllik etməyin.Bu günün payına düşən işlər çox olsa da, ruhdan düşməyin və aramla çalışın.Xəyallar aləmində qalaraq reallıqdan uzaqlaşmayın, gerçəyin acısını fantaziyanın şirin məhsullarından üstün tutun.İş yerində gözlənilməz situasiya yaranarsa, narazılıq etmək əvəzinə problemin həllində iştirak edin. Tərəzi - maddi durumunuz yaxşılaşa bilər. Maliyyə vəziyyətinizin səviyyəsini artırmaq və bəzi problemləri həll etmək üçün şanslı gündür.Sərfəli və cazibədar təklif ala bilərsiniz. Həmin təklifi dəyərləndirin, mənfi və müsbət yönlərini nəzərdən keçirin.Günün ilk yarısında görməli olduğunuz işlərin hamısını başa vurun, axşam saatlarına yarımçıq işlər saxlamayın. Yeni fikirlər və ideyalarınızı reallaşdırmaq üçün yaxşı gündür. Lakin bu ideyaları müzakirə edin, mənfi yönlərinin çətinliklər yaratmasının qarşısını almaq üçün preventiv tədbirlər görün.Yaxşı tanımadığnız və bələd olmadığınız insanlarla ünsiyyət zamanı onlar barədə nə düşündüyünüzü söyləməyin. Bunulda hansısa dəyişiklikliyə nail olmaq şansları çox azdır.Tələbatlarınızı və cari istəklərinizi təmin etmək üçün müəyyən imkanlardan yararlana bilərsiniz.Axşam saatlarını özünüzə həsr edin. Əqrəb - bu gün zahirən üzüyumşaq olun, əsl diplomat təki davranın. İşdə bacarıq və təcrübənizi artırın. Stil, zövq və intusiya sahibi olduğunuzu nümayiş etdirin. Bütün bunlar yaxın perspektivdəki məqsədinizə çatmağa sizə yardım edə bilər.Yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana bilərsiniz.Maliyyə məsələləri, şəxsi həyat, ailə qayğıları bu gün xüsusi önəm kəsb edir.Günün ikinci yarısında tənbəllik etməyin, hisslərinizin əsirinə çevrilməyin, bədxərclik etməyin. Oxatan - bu gün bütün istək və arzularınızı reallaşdırmağa çalışacaqsınız. Fiziki qüvvəniz, yaxud da bilikləriniz və intellektual qabiliyyətlərinizi nümayiş etdirmək istəyirsinizsə, bu niyyətinizi təxirə salın.Emosiyalar və hisslərin əsirisinizsə, bunu özünüzə etiraf edin.İş saatlarında diqqətli olun. Ofisdəki fəaliyyətin kənar işlərlə əvəzlənməsinə, söhbət və müzakirələrin konkret əməlləri üstələməsinə imkan verin.Tamah, paxıllıq, intriqanlıq, şorgözlük və ifrat iştah kimi pis xüsusiyyətlərin, həqiqətən də, yaramaz əməllər olduğunu unutmayın.Bütün bunlar psixoloji asılılıq və xroniki xəstəliklərin rəhnidir. Oğlaq - bu gün yaşanacaq hadisələrin zahiri görüntüsünə aldanmayın, yaşananların mahiyyətinə varmağa çalışın.Zahirən buz dağına bənzəyib içəridə yanıb qovrulmayın. Təmkinli, ehtiyatlı, sayıq olun.Təmaslarda və ünsiyyətlərdə düşünüb-daşınmadan qərar qəbul etməyin. Emosiyalarınızı sözlərlə izhar etməyə çalışmayın: nəticə xoşagəlməz ola bilər.Konkret insan barədə əldə etdyiniz məlumatın dəqiq və danılmaz olduğuna əmin deyilsinizsə, nəzərdə tutduğunuz addımı atmaqdan çəkinin.Yox, əgər hər şey aydındırsa, onda özünüzü saxlamayın.Bədxah insan cəzalanmalı, Şər yerini bilməlidir. Dolça - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maliyyə məsələlərinə aydınlıq gətirin, mövcud problemləri dərhal, təxirə salmadan, təcili şəkildə çözün. Yaxın ətrafınızdakı insanlar, dostlar və ya iş yoldaşınız yardım etməyə can atsalar, imtina etməyin.Ailə üzvləri ilə münasibətlərdə gərəksiz sərtliyi və qabalığı unudun. Onların istəklərini və tələblərini nəzərə alın.Problemlərin sürətli həllinin intensivliyinə aldanaraq qanundan kənar yollara əl atmayın. Belə yol nə qədər cazibədar olsa da, cəzası ağırdır.Gün səhhətiniz üçün harmonik deyil.Emosional durumunuzu pozacaq, hisslərinizin rəvanlığını alt-üst edərək diskomfort yarada biləcək hər şeydən uzaq olun. Balıqlar - bu gün istənilən əksliklər və ziddiyyətlər yumşalacaq, qarşıdurmalar xəfif mübahisələrə çevriləcək. Ən uzaq məqsəd və xəyallarınızdakı hədəf real obyekt təsiri bağışlayacaq. Bir çox məsələləri qətiyyət və əzm hesabına həll edin.Romantik xislətiniz mümkün qədər aktiv davranış tələb etsə də, soyuqqanlı olun, fürsətdən dərhal yararlanmağa can atmayın.Çatmaq istədiyiniz məqsəd nə qədər uzaqda olarsa, inadınız bir o qədər artıq olmalıdır.Yaradıcılıqla məşğulsunuzsa, ideyalarınızı həyata keçirin, onları zərif və qəbul olunan formaya salın.Maliyyə yardımı və təşkilati dəstəyin alınması istisna deyil.Günün ikinci yarısında daha fəal olun. İşinizi sizdən savayı kimsə görən deyil.Milli.Az
Qoç - Cari problemləri tərəfdaşlarınızla müzakirə edin. İşdəki ağırlıq və yükü bölüşdürün. Əvvəllər dilə gətirilməyən, sirli saxlanan məsələlər gündəmə gələ bilər.Maddi və fiziki resurslarınızı tükətməyin.Çətin qərarı təxirə salmayın.Əsas işi seçin, ikinci dərəcəli məsələləri təxirə salın.Məntiqli və soyuqqanlı olsanız, daha çox iş görə bilərsiniz.Məhsuldarlığınız çalışdığınız şəraitdən asılıdır. Gərəkli vasitələr və avadanlıq əl altında olmalıdır. Ətrafınızdakı insanlarla yalnız zərurət yarananda təmasda olun. Buğa - Səfər, səyahət və ezamiyyət üçün uğurlu gündür. Yeni işə başlamaq, yaşam arealında yeniliklər etmək olar. Şəxsi məsələlərin həlli, dostlarla görüş, sevdiyiniz insanla görüşü təxirə salmayın.Dükanlara baş çəkin, alış-veriş edin.Gərginlik hiss edirsinizsə, yaşanan problemlərin istisnasız olaraq hamısının sizinlə bağlı olduğunu düşünməyin. Tərəfdaşlarınız və ya iş yoldaşlarınızdan gözləntilərinizə tam uyğun davranmağı tələb etməyin.Problem və səhvlərə qapanmayın. Sədləri aşmaq, maneələri dəf etmək mümkündür.Bir mövzuya diqqətinizi yönəldin.Gəlir və ya mənfəət hiss etdiyiniz yerdə, mövzunun perspektivdə inkişaf edə biləcəyi müstəvidə qətiyyətli olun. Əkizlər - Oxşar maraqlar, məqsədlər və planlarınız olan insanlarla bir araya gəlmək pis olmaz. Gün sakit deyil, əhvalınız dəyişə bilər. Olayların axarı təmasda olduğunuz insanlar və gördüyünüz işlərdən asılıdır.Zamandan məqsədə çatmaq üçün maksimum istifadə edin.Hər problemin həlli üçün birbaşa müdaxilə yaramır.Təmkinli və soyuqqanlı davranış gərəksiz problemlərdən qurtulmağa yardım edə bilər.Kommersiya işlərində uğurlu gündür.Axşam saatlarında romantki şəraitdə görüşü reallaşdıra bilərsiniz.Birgə planları müzakirə edin. Xərçəng - Təmaslar, əlaqələr, gələn məlumatların sayı sürətlə artır. Səhər saatlarından etibarən qətiyyətli və inamlı olun.Kiçik problemlərlə qarşılaşanda ruhdan düşməyin, geri çəkilməyin.Əhvalınız yaxşılaşacaq. Amma praktiki olun, hər addımı ölçüb-biçin, diqqətli davranın.Yaşamınızda şüurlu dəyişikliklərə başlaya bilərsiniz. Ehtiyac yaranarsa, sərt davranın. Şəxsi münasibətlərdə həssas olun, maliyyə məsələlərinin çözümündə hesabı unutmayın.Ev işləri ilə məşğul olun.Ailə üzvlərinin maraqlarını yaddan çıxarmayın. Onlar sizdən diqqət və qayğı gözləyirlər. Şir - Aktivliyinizi artırın. Görüş, müzakirələr, yaradıcılıq aktivliyinizin izharı uğurlu olacaq. Ətrafınızdakı insanların maraqlarına zidd olarsa, niyyətinizi açıqlamayın.Yaxın gələcəkdə işlərinizə ciddi təsir edə biləcək yeniliklər ola bilər.Hansısa mövzunu hərəkətə gətirin. Stereotip anlamlardan qurtulun. Şərtlərin təsiri ilə planlarınızı dəyişmək ehtiyacına bir qədər sadə baxın.Axşam saatlarında dəvət aldığınız yerə gedin.Tələsməyin, kəmhövsələ olmayın. Maraqlarınızı bölüşən insanla söhbətləşin. Qız - Yaxın günlərdə dürüst hərəkət etmək üçün prioritetləri yanlış müəyyənləşdirməyin. Gerçəkdən də mühüm məsələləri həll etmək şansı yaranır. İşgüzar fəaliyyətlə bağlı maraqlı imkanlar yaranarsa, istirahəti təxirə salın.Bir çox mövzunu fərqli yollarla enerji ilə zənginləşdirə bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birindən dəstək və ya yardım almaq istəyirsinizsə, məsləhətləri qulaqardına vurmayın. Əks təqdirdə həmin insanın sizə olan marağı itəcək.Maraqlandığınız məsələ işə məşğul olun, həmfikirləri ətrafınıza toplayın, müxtəlif mövzuları müzakirə edin.Sözügedən proses bilavasitə, praktiki xeyir verə bilər. Əks cins mənsubu ilə təmaslar xoş olacaq. Tərəzi - Ayın ən effektiv və məhsuldar günüdür. Sizin üçün təxirəsalınmaz, ciddi məziyyətə malik işlə məşğul olun.Enerji potensialı yüksək olduğundan problemlərin və məsələlərin sürətli həllinə çalışın. Yerdəyişmə, ünsiyyət, əlaqələrin bərpası, yeni tanışlıqlara ehtiyac duyula bilər.Sonradan önəmli rol oynaya biləcək nüanslarla xırdalıqlara fikir verin. Çoxdan tanıdığınız, bələd olduğunuzu düşündüyünüz insanla münasibətlərdə yeni məqam aşkarlanır.Axşam saatlarını evdən kənarda, dostlar və ya sevdiyiniz insanla keçirə bilərsiniz. Əqrəb - Emosiyaların işə və effektiv fəaliyyətə mane olmaması üçün gərəkli balansı məyyənləşdirin. Uzunmüddətli mübahisələrə qatılmayın. Ətrafınızdakı insanlardan biri sizə maraqlı məsləhət verəcək.Bu gün ciddi anlaşma və ya razılaşma əldə etmək çətindir. Müstəqil fəaliyyət daha yaxşı, əhəmiyyətli nəticələr verə bilər.Romantik münasibətlərdə mütləq şəkildə ənənəvi davranış modelinə, rəğbət və diqqət izharının formatına riayət edin.Axşam saatlarında gözəl məkanda dincəlməyə çalışın. Oxatan - Görüş və danışıqlar hansısa məsələnin maliyyə yönlərini ön plana çəkəcək. Həmsöhbətin şirin dilinə, vədlərinə uymayın. Fəaliyyətlə işdəki rol bölgüsünü məntiqi baxımdan araşdırın, problemli məqamları nəzərdən keçirin. Bilik və bacarıqlarınızı nümayiş etdirin.Perspektivlərinizi genişləndirin.Günün ikinci yarısında aktiv olun. Plana riayət edərək mümkün qədər çox iş görməyə çalışın. Sabaha yarımçıq iş saxlamayın.İstirahəti unutmayın, əks təqdirdə ertəsi günə yorğun başlayacaqsınız. Oğlaq - Ailənin maraqlarını hər şeydən üstün tutun. Sevdiyiniz insanların qayğısına qalın. İşlərin düzgün təşkilatı və qayda indi önəmli məsələdir. Hadisələrin məcrasına təsir etmək istəyirsinizsə, düşünülməmiş addımlar atmayın.Tərəfdaşın tempini anlayın. Onun aktivliyi, ambisiyaları və qətiyyəti ümumi işin xeyrinədir. Məqsədə doğru dinamik hərəkət edin.İdeyalarınız imkanlarınızın spektrini genişləndirəcək. Cari məsələlərlə bağlı tələskənliyə yol verməyin.Axşam saatlarında zahiri görünüşünüzə fikir verin. Dolça - Sakit gün olmayacaq. Yeni ideya və təşəbbüsləriniz var. Bir yerdə oturmaq çətindir.Əlaqələr, təmaslar, yerdəyişmələr çoxdur. Ünsiyyət və təmaslarda rəvanlıq olmayacaq. Sözlərinizə fikir verin. Ətrafınızdakı insanların qəlbinə toxunmamaq üçün sayıq davranın.Aktivlik pozitiv səciyyəli olmalıdır.Axşam saatları ünsiyyət, yeni əlaqələr və tanışlıqların yaradılması üçün əlverişlidir. Şəxsi münasibətlər müstəvisində etiraflar, birgə planların müzakirəsi və sirlərin bəzilərinin faş edilməsi üçün əlverişli zamandır.Səfər və ya səyahətə çıxmaq olar. Daxili tarazlığı qorumaq üçün sinirlənməyin.Yaşam arealı və iş yerinizdə qayda yaradın. Balıqlar - Səbirli və uzaqgörən olun. Böyük planlar və gözləntilər problemlərlə qarşılaşa bilər. Soyuqqanlı olun, kiçik və xırda məsələlərə sinirlənməyin.Çətinliklər situativ səciyyəli olduğundan onları asanlıqla dəf edə bilərsiniz.Əks cins mənsubuna qarşı diqqətli olun. Ünsiyyətdə şəxsi məsələləri müzakirə etməkdən yayının.Axşam saatlarında sakit istirahəti seçin. Təbiət qoynunda, dostlarla birlikdə vaxt keçirin.Romantik görüş stressdən qurtulmağa yardım edər. Milli.Az
Qoç - yaradıcılıq üçün yaxşı zamandır. Refleksiya, hisslərə qapılmaq pis nəticələr verə bilər. Sizə təsir etmək istəyən insanın sözlərinə uymayın, vədlərinə aldanmayın. Ən müxtəlif, hətta gözlənilməz mənbələrdən informasiya əldə edə bilərsiniz. Günün ikinci yarısında ailədəki durum yaxınlarınızın əhvalından, onların emosional durumlarından asılıdır. Sərt sözə aqressiya ilə cavab vermək optimal davranış deyil. Vacib işə yetərincə diqqət ayırmamağınız qıcıqlanmaya səbəb ola bilər. Axşam saatlarını təklikdə keçirməyə çalışın. Buğa - maliyyə məsələləri ilə bağlı qayğılarınız arta bilər. İrəliyə doğru hərəkətinizi əngəlləmək istəyən insanların qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin. Köhnə dostlardan birinin məsləhətindən yararlanın. Günün ikinci yarısında durumda dəyişikliklər olacaq. Ailə üzvlərindən birinin qayğıya ehtiyacı var. Onu diqqətlə dinləyin, mütləq şəkildə yardım edin. Axşam saatlarında yola çıxmaq, səyahətə yollanmaq məsləhət deyil. Rasionunuza fikir verin. Nikbin olun. Əkizlər - yaxın gələcəklə bağlı strategiyanı hazırlamaq üçün münasib zamandır. Emosiyalarınıza hakim olun, soyuqqanlı davranın. İntuisiyanıza güvənə bilərsiniz. Vəziyyəti təhlil edərək problemlərin həll yollarını arayın. Dəqiq plan hazırlayın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların dedikləri davranışınıza və əhvalınıza ifrat təsir etməməlidir. İrəliləmək üçün gərəkli metodlardan yararlanın. Əməllərinizlə bağlı gözlənilən reaksiya olmazsa, hisslərə qapılmayın. Axşam saatlarında süst olmayın, bədbinləşməyin. Xərçəng - planlaşdırdığınızdan artıq maliyyə vəsaiti xərcləməkdən çəkinin. Kənar şəxslərin problemlərini həll etməli olacaqsınız. Cərimə və ya cəza istisna deyil. Ehtiyatlı davranın. Sükan arxasında sayıq olun. Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə ənənələri pozmayın. Müstəqilliyə can ataraq azadlıq istəyirsinizsə, başqasının maraqlarını da nəzərə almalısınız. Prinsiplərinizə xəyanət etməyin. Dəyər verdiyiniz insanları sürəkli tənqid etməyin. İradlar ağır, sərt olmamalıdır. Şir - yaşanan situasiya planlara ciddi dəyişikliklər tələb edir. Qəfil yaranmış problemləri dərhal həll etməyə çalışın. Çətinliklərin həllini təxirə salmayın, əsla ertələməyin. Dost və ya qohumları yardıma çağıra bilərsiniz. Belədə ən ciddi sədləri dəf edə bilərsiniz. Günün ikinci yarısı kollektiv fəaliyyət üçün əlverişlidir. Birgə layihəyə başlayın. Bir müddət sonra yaşamınıza ciddi təsir edə biləcək insanla qarşılaşa bilərsiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın. Qız - günün ilk yarısından etibarən aktiv çalışsanız, yaxşı nəticələrə nail ola bilərsiniz. Problemlərin həllində orijinal metodları seçin. Rutinlikdən uzaqlaşın, başqalarını təkrarlamayın. Karyera inkişafınızın asılı olduğu insan cəhdlərinizi görəcək, zəhmətinizi dəyərləndirəcək. Günün ikinci yarısında birgə layihə və ya müştərək işdə irəliləyişlər istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini anlamağınız şərtdir. Axşam saatlarını ailənizə həsr edin. Tərəzi - maraqlandığınız işə, xoşladığınız məşğuliyyətə vaxt ayırmaq üçün münasib zamandır. Yaşama fəlsəfi yanaşmayın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərsiniz. Enerji potensialınız yüksəkdir. Adi saydığınız işləri qulaqardına vurmayın. Günün ikinci yarısında önəmli məsələnin həllinə başlayın. Yaxınlarınız sizi anlayacaqlar. Ailə təmaslarının harmonikliyinə can atın. Çoxdan bəri görmədiyiniz qohumlarınızdan biri qonaq gələ bilər. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin. Əqrəb - baş verən olayları yanlış anlamayın. Hadisələri olduğu kimi qəbul edin. Situasiya yaşamın məcrasını kəskin şəkildə dəyişə bilər. Yeni tanışlıqlara can atmayın. Belə cəhdlərdə pozitiv heç nə yoxdur. Maliyyə məsələləri ilə bağlı problemlər yarana bilər. Günün ikinci yarısında ailə üzvləri və yaxınlarınızla münasibətlərinizdə sərinliyin formalaşmasına imkan verməyin. Yaxşı tanımadığınız insanla ünsiyyətdə sayıq olun. Maraqlarınızı ani hisslərə qurban verməyin. Hisslərə qapılmayın, emosiyaların qurbanı olmayın. Tərəfdaşla təmasları gərginləşdirməyin. Oxatan - yaxın ətrafınızdakı insanlarla normal əlaqələr qurmağa çalışın. Haqqınızda deyilənlərə diqqətlə qulaq asın. Yeni tanışlıqlar üçün yaxşı zamandır. Dostlarla söhbətlərdə səmimi, tərəfdaşlarla müzakirələrdə sayıq olun. Yeni əlaqələrin yaxşı perspektivləri var. Günün ikinci yarısında sevdiyiniz insanla münasibətləri möhkəmlətməyə çalışın. Əyləncə və ya istirahəti bir qədər təxirə salın. Axşam saatlarında normal istirahət edin. Oğlaq - situasiya planlarınızdan da yaxşı ola bilər. Ən çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Əlverişli şəraitdən yararlanmağı bacarın. Şansı əldən verməyin. İntuisiyanıza güvənə bilərsiniz. Dürüst addımlar atmağa çalışın. Günün ikinci yarısında çözümünü tələb edən məsələləri qulaqardına vurmayın. Zərərli vərdiş və ya adətlərdən birini unutmaq olar. Rasionununuzu daha faydalı etməyə çalışın. Axşam saatlarını açıq havada keçirin. Dolça - günün ilk yarısında mövcud problemlərin həllinə başlayın. Rutin işlər sizi yora bilər. Geri çəkilməyin. Əyləncə və ya istirahəti unudun. Təcili həllini tələb edən məsələlər var. Günün ikinci yarısında yaxınlarınız və qohumlarınız xüsusi diqqət tələb edəcəklər. Onlar sizi uğurları ilə sevindirəcəklər. Axşam saatları problemlər və qayğılar vəd edir. Verdiyiniz vədləri, öhdəlikləri unutmayın. Balıqlar - informasiya axtarışı və yeni məlumatların əldə olunması üçün əlverişli zaman deyil. Dəyərli heç nə tapa bilməyəcəksiniz. Cari işlərlə məşğul olun. Rutinlikdən qaçmayın. Günün ikinci yarısında kiçik təmir, yerdəyişmə zərurəti yaranacaq. Yaşlı qohumlardan birinə baş çəkmək olar. Ailədə sürəkli olaraq mübahisələr yaradan mövzulardan birinə qayıtsanız, güclü emosional diskomfort hiss edəcəksiniz. Axşam saatlarında normal istirahət etməyə çalışın.(Milli.az)
Qoç – cari işlərdə müsbət irəliləyişlər baş verə bilər. Qəfil və orijinal həllər istisna deyil. Yaşamın vadar etdiyi işlərlə məşğul olun. Kənar siqnallar, təkliflər, xəbərlərə tez reaksiya verin. Problemlər yaranarsa, diqqət və qüvvələrin səfərbər olunması üçün əlverişli zamandır. Günün ikinci yarısında mühüm görüş olacaq. Bununla belə, rutin təmaslarda da yeniliklər, yeni məqsədlərə yönlənmə istisna deyil. Qarşılıqlı münasibətlərə yeni stimullar və ideyalar gətirə biləcək insanları axşam saatlarında evə qonaq dəvət edə bilərsiniz. Buğa – ünsiyyətdən həzz alın, imici dəyişin. Praktiki işlərlə tapşırıqlar və romantik təmayüllər yaşamınıza rəng qatır. Alış-verişdə hədsiz simiclik etməyin. Fəaliyyət sahəniz üçün gərəkli avadanlıq alın. Məlumat axtarışı və təhlili, işə gərəkli materiallar və avadanlıqlar almaq üçün münasib gündür. Deyilənlərə diqqətlə qulaq asın, həmsöhbətinizin davranışını və emosiyalarını müşahidə edin. İşlərin öhdəsindən gəlin, səylə çalışın. Görüşün, bədxahların məkrli niyyətlərinin qarşısını alın. Axşam saatları aktiv istirahəti seçin. Əkizlər – aktiv mövqe tutmağınız gərəkdir. Yeni ideyalara diqqətlə yanaşın. Hadisələrin qəfil istiqamət dönüşü istisna deyil. Sizdən heç nə asılı olmasa da, əlverişli situasiyadan dərhal yararlanın. Bununla belə, ehtiyatlı olun. Şübhə etdiyiniz, amma mühüm məsələnin və ya işin reallaşdırılmasında tələsməyin. İndi başqalarının hiss və emosiyalarına daha çox diqqət yetirməli olacaqsınız. Belə davranış şəxsi planlarınız və niyyətinizə zidd olsa da, məqsədə dərhal çatmağa can atmayın. Səhhətinizə fikir verin. Fiziki işdə xeyir var. Xərçəng – görülən işlərin nəticələrini təhlil etmək və konkret sonuclara nail olmaq zamanıdır. Bir işdə müəyyənlik əldə etməyə çalışın. Eyni zamanda gələcək işlərin əsasını qoyun. Hər şey şəxsi təşəbbüsdən asılı deyil. Əsas məsələ odur ki, seçim vəziyyətinə düşəndə çaş-baş qalmayın və qətiyyətli, fəndgir davranın. Qəfil görüş, münasibətlərin və işgüzar əlaqələrin bərpası mümkündür. Zahiri şərtlər hadisələrin uğurlu inkişafına rəvac verir. Tələsməyin, həmsöhbətinizi diqqətlə dinləyin. Əlavə tapşırıq və ya işdən qaçmayın. Ev və ailə ilə bağlı qayğıların, problemlərin həllində unutqan olmayın. Vədlərinizə əməl edin. Şir – problemlər və qayğıları keçmişdə qoymağa çalışın. Yeni formada düşünün, tamamilə yenidən başlamaq istədiyiniz işləri planlaşdırın. Yazışmalarda aktiv olun, borcları qaytarın. Günün ortalarına yaxın alacağınız yeni məlumat yaşananlara fərqli prizmadan baxmağa vadar edə bilər. Sonuclar yeni planların düzəninə təsir edəcək. Məsləhətlər və məşvərətlərdən uzaq durmayın.Plan və maraqlarınızın uyğun olduğu insanlarla görüşün. Axşam saatlarında ifrat dərəcədə işlərlə məşğul olmayın. Sevdiyiniz, sizə maraqlı gələn işlərlə məşğul olun. Qız – bütün diqqətinizi yarımçıq qalmış işlərin başa çatdırılmasına yönəldin. Tələsməyin, hövsələsizlik etməyin. Cari işləri ən yaxşı halda bitirib effektiv və konkret nəticə almağa çalışın. Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın. Perspektivləriniz üçün önəmli sayıla biləcək məlumat alacaqsınız. Dostlar və maraqları bölüşdürdüyünüz tərəfdaşlarla görüşləri planlaşdırmaq olar. Niyyətinizi aktiv şəkildə həyata keçirməzdən əvvəl yekun danışıqlar aparın. Günün ikinci yarısında imici təzələyin. Geyim, ayaqqabı, aksessuar almaq olar. Səhhətiniz üçün faydalı əməllərdən birini edin. Tərəzi – fəal olun, praktik işlərə üstünlük verin. Yaşam arealınızı qaydaya salaraq yaxın gələcəkdəki işlərin təməlini qoyun. Uğurulu alış-veriş etmək olar. Yaşamınızda hansı yeni mövzuların yarandığını araşdırın. Əvvəllər hazır olmadığınız işi sizə yenidən təklif edə bilərlər. Günün ikinci yarısında təşəbbüs qıtlığı olmayacaq. Lakin real uğurlar əldə etmək üçün yetərincə səbrə malik olan insanın yardımına ehtiyacınız var. Təşəbbüs sizdədir, amma dəstək və kömək olmadan yeni işə başlamaq mümkün deyil. Axşam saatları xoş ünsiyyətli məclisdə istirahət etməyə çalışın. Əqrəb – uzaqdan gələcək xəbərlər güclü emosional əks-səda yaradacaq, münasibətlərdəki, xüsusilə də uzunmüddətli əlaqələrdəki rolunuzu bir daha dəyərləndirməyə vadar edəcək. Aktiv olun, hisslərinizi ayırd edin. Bir çox məqamlar və nüanslar aşkarlanır. Uzun müddətdən bəri göz yumduğunuz həqiqəti etiraf etməli, yeni təcrübə qazanmalısınız. Təmaslarla əlaqələrin köhnə formalarından imtina edərək yenilər, daha faydalıları seçin. Nə isə dəyişməlidir. Sizi təmin edən nəsnəni arayın. Gələcəyə ümidlərinizlə bağlı arealda qayda yaradın, gərəkli məlumatı əldə etməyə çalışın. Oxatan – sizi çoxdan bəri narahat edən məsələyə aydınlıq gətirmək və ya hadisələrin bundan sonra da gərəkli istiqamətdə inkişafını təmin etmək üçün əlverişli gündür. Borcları qaytarın. Tərəfdaşlarınızla qarşılıqlı maraqlarınızın olduğu işləri müzakirə edin. Günün ikinci yarısında işlər çoxdur. Planlaşdırılmış işlərin bəzilərini mütləq bitirmək və yaxın ətrafınızdakı insanlara verilmiş vədləri yerinə yetirmək gərəkdir. Aktivliyinizi qarşılıqlı fəaliyyəti nəzərə alaraq tənzimləyin. Tənhalığa can atmayın, görüş və dəvətlərdən boyun qaçırmayın. Romantik görüşlər əhvalınızı yaxşılaşdıracaq. Oğlaq – işləri qaydaya salın, konkret nəticəyə nail olun. Bitirilməsi mümkün işi başa vurun. Əhvalınız rəvan və işgüzardır. Bütün fikri işə yönəldin, çünki fəaliyyətinizdə diqqət və konsentrasiya tələb olunur. Mühüm suallara cavab tapmaq imkanını itirməyin. Son vaxtlar oynamalı olduğunuz rolu və ən başlıcası, bu rolun nəyə gərəkdiyini, səbəbini anlamağa çalışın. Axşam saatlarını dostlar və ya sevdiyiniz insanla keçirin. Ailə üzvlərinə diqqət ayırın. Onların özlərini əmin hiss etmədikləri, dəstək aradıqları məqamda yardıma tələsin. Dolça – gün yeniliklər və dəyişikliklər vəd edir. Yaşam arealının keyfiyyətinin yüksəldilməsi, başladığınız işin intensivləşdirilməsi ilə məşğul olun. Eyni zamanda bir neçə layihə ilə məşğul ola bilərsiniz. Dəstək və yeni tərəfdaşlıq istisna deyil. Görüş, məktub və danışıqlara önəm verin. Baş çəkmək istədiyiniz yerləri təhlil edin. İnformasiya axını kanallarını qapatmayın. Sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın. Səhhətinizə fikir verin. Pəhrizə və ya trenajor zalında məşqlərə başlamaq olar. Axşam saatlarında normal istirahət edin. Balıqlar – istirahət, sadə və xoşagələn işlər, qonaq qəbulu üçün əlverişli gündür. Zərurət yaranarsa, işgüzar məsələləri də həll etmək olar. Bir çox məsələləri qeyri-formal şəraitdə çözün. İstənilən halda həmsöhbətin əhvalına diqqət yetirin. Görüş və müzakirələrdə təmkinli olun. Pozitiv davranış, məntiqli açıqlamalar söhbəti gərəkli istiqamətə yönəldə bilər. Günün ikinci yarısında zahiri görüntülərin xüsusi əhəmiyyəti var. Çoxdan gözlədiyiniz təəssüratlara axşam saatlarında evdə nail ola bilərsiniz. Yaşamınıza yeni stimullar daxil olur, hansısa mühüm mövzu inkişaf edir. Milli.Az
Qoç – imkan və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Situasiya təhlükəli vəziyyət həddinə çatarsa, dayanın, irəli getməyin. Emosional, konkret məqsədi olmayan söhbətlərə həddən ziyadə vaxt ayırmayın. Enerjinizi işə ayırın.Fiziki işdə fayda var. Münasibətlərdə illüziyalara və puç xəyallara qapılmayın. Əks təqdirdə peşmançılıq və təəssüf hissi qaçılmazdır. Narahat olmayın. Darmadağın olmuş illüziyaların yerində yeni maraq formalaşacaq. Buğa – emosional fonu ağır gündür. İndiyədək təxirə salınan məsələyə diqqət yetirməli olacaqsınız. Ağrılı suala cavab vermək, seçim etmək zamanıdır. Bezdirici münasibətlər, asılılıq və ya zərərli vərdişdən qurtulmaq vaxtıdır. Belədə sonrakı fəaliyyət üçün asudə müstəvi hissi yaranacaq. Sizə əziz olan insanlarla təmaslarda həssas olun. Səhhətinizin qayğısına qalın. Travma riski var.Yolda diqqətli olun. Əkizlər – sözlərinizdə ehtiyatlı olun. Böhran formalaşmaqdadır. Situasiyanın sizin üçün arzuolunmaz istiqamətdə inkişafının qarşısını alın. Yoxlanmamış informasiya mənbələrinə etibar etməyin. Öz axarında olan situasiyalarda sakit, təmkinli, amma sayıq davranın. Olayların digər iştirakçılarının hövsələsiz və dözümsüz davranışlarına aldanmayın. İnsanlar və hadisələr tam aşkarlanmayınca addım atmayın. Hər şey əyan olandan sonra nəticələr çıxararaq qərar qəbul etmək olar. Daxili yön dəyişdirmə, prinsip etibarilə yeni mövqeyə keçid və yeni məqsədin seçimi üçün əlverişli gündür. Xərçəng – mübahisələrə qatılmayın. Qarşısı alınmayan emosiyalar sizi münaqişəyə apara bilər. İnformasiya məkanındakı gərginlik və nevroz vəziyyət pis nəticələr verə bilər. Mənfi təsirdən özünüzü qorumasanız, ciddi problemlə üzləşməyiniz istisna deyil.Psixikanızın müdafiə funksiyalarından yararlanın. Əldə etdiyiniz mövqeləri və mühüm əlaqələrdəki müvazinəti qoruyun. Özünüz və sevdiyiniz insanlar üçün daha çox xoş işlər görün. Gün sizi razı salacaq. Şir – hadisələr sürətlə inkişaf edir. Fəqət situasiyada aşkar hiss olunan xaos var. Durumu dəyərləndirin, yeni aşkarlanan olaylara ciddi fikir verərək planlarda fərqli vasitələrə əl atmaq olar. Yaşananları diqqətlə müşahidə edin, ətrafınızdakı insanların dediklərinə qulaq asın.Mövqeləriniz həmişəki kimi güclü deyil. Sınaqlar və imtinalar mərhələsindən keçirsiniz. Baş verməyəcək hadisəni reallaşdırmaq üçün səy göstərməyin. İntuitiv olaraq yeni orientirlər seçin. Qız – qorxu, qeyri-müəyyənlik, addım və qərarlarınızda təbəddülat, yaxın ətrafınızdakı insanlardan birindən kəskin narazılıq ola bilər. Kənar şərtlər və olaylar baş verənlərin mənzərəsini dəyişir. Stress istisna deyil. Qarşılaşdığınız problemi və aldığınız xəbərləri təhlil edin. Nevroz situasiyadır, amma iki gün sonra hər şey normallaşacaq. Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyətinizi, atacağınız addımları diqqətlə fikirləşin. Fəaliyyəti dayandırmayın, önəm verdiyiniz münasibətləri kəsməyin. Tərəzi – emosiyalar və hisslər enerjinizin konstruktiv olmayan işlərə sərfinə səbəb ola bilər. İzafi hisslər dramatik mərhələyə keçməsin, kəskin və proqnozlaşdırılmayan münaqişələr yaratmasın. Sizə rəğbəti olan insanın müdrik məsləhətinə qulaq asın. Özünüzü hirsləndirməyin, yaşananları dramatikləşdirməyin. Bilavasitə iştirakınızı tələb edən işlərlə məşğul olun. Axşam saatlarında əyləncə və bu kimi istirahət istəyə bilərsiniz. Evdən çox uzaqlaşmayın. Əqrəb – aktiv olun, təxirəsalınmaz işləri başa çatdırın. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Tam etibar etmədiyiniz insanla səmimi olmayın. Görmək istədiyiniz iş barədə vaxtından əvvəl açıqlamalar verməyin. Prioritet və planlara yenidən baxın. Bu gün nədənsə imtina etməli olacaqsınız. Hansısa ümid puç olacaq. Fəqət paralel olaraq sizi sevindirəcək hadisə yaşanacaq. Fəaliyyətin maliyyə yönlərinə diqqət yetirin.Axşam saatlarında aktiv istirahəti seçin. Oxatan – başladığınız işi və ya reallaşdırmağa çalışdığınız layihəni yarımçıq qoymayın. Maraqlarınızın ümumi olduğu insanlarla vaxt keçirmək faydalıdır. Hadisələri öz axarına buraxmayın. Dəqiq və konkret məramlarınız, fəaliyyət prinsipləriniz olmalıdır. Münaqişələr, emosional diskussiyalar istisna deyil. Şərik və ya tərəfdaşla ümumi tapşırıq, sifariş və ya layihəni təhlil edin. Yaxın ətrafınızdakı insanlardan birinin inciməsi, küsməsi istisna deyil. Səhhətinizə fikir verin.Müəyyən mövzu ilə bağlı baxışlarınızı dəyişə biləcək önəmli söhbət baş tuta bilər. Oğlaq – çətin gündür. Planlar dəyişəcək, planlar və işlərdə qəfil dəyişikliklər olacaq. Yaşananları süni şəkildə mürəkkəbləşdirməyə çalışmayın. Qərarların qəbul olunması zamanı astagəllik etməyin, çevik tərpənin. Yeni ideyalar arasında maraqlı olanı var. Evdə məişət texnikasının işində fasilələr və ya problemlər yarana bilər. Evi nəzarətsiz qoymayın. Xüsusi ehtiyac olmadan heç bir təmir işi aparmayın.Köhnə hisslər, sınıq və yararsız avadanlıq, etibarınızı itirmiş insanla əlaqələrdən qurtulun. Gərginlikdən qurtulmağın yollarını tapın.Axşam saatlarında istirahət edin. Dolça – yaşamın öz qaydalarını diqtə etdiyi sahədə və müstəvidə təzyiqlərə əl atmayın. Əsas planı həyata keçirmək, ideyanı gerçəkləşdirmək üçün bəzi məsələlərdə güzəştə getmək olar. Kənardan alınan rəğbət impulsları əhvalınızı yaxşılaşdıra bilər. Ev işlərinin həcmini azaldın. Görüş və ünsiyyətlərdə aktiv olun. Proses əsnasında planların dəyişməsi istisna deyil. Qətiyyətli olsanız, pozitiv nəticəyə nail olacaqsınız. Cəlb olunduğunuz situasiyaların sərfəli yönlərindən istifadə etməyə çalışın. Bəzi məqamlar sürətlə yenilənməyə başlayıb. Yaradıcılıq, şəxsi münasibətlərdə aktivlik, səhvlərin aradan qaldırılması üçün əlverişli vaxtdır. Balıqlar – yaşamınızda taleyüklü dəyişikliklər başlanır. Görüşlər və vidalaşmalar həyatınızın yenilikliklərini artırır. Sizə yada çevrilən insanla sağollaşmaq vaxtı çatıbsa, onu saxlamayın.Hiss və emosiyalarınıza hakim olun. Pozitiv dəyişikliklər ərəfəsindəsiniz. Planlar qurun, ideyaları nəzərdən keçirin, faydalı əlaqələrin çevrəsini artırın. Bütün bunlar karınıza gələ bilər. Lakin həddən ziyadə səmimi olmayın, etiraflara qapılmayın. Yaxın ətrafınızdakı insanların sizin mövqeyinizi qəbul etməsinə nail olmağı arzulamayın. Şəraitlər sizə xas olmayan addım atmağa vadar edə bilər. Milli.Az
Qoç – əmr vermək, rəhbərlik etmək, kiməsə nəyisə tapşırmaq istəyirsiniz. Lakin uğur üçün bütün bunlar yetərli deyil. İşinizi özünüz görməlisiniz. İşləyin və əməyinizdən həzz almağa başlayacaqsınız.Son vaxtlar doğru istiqamət seçdiyinizlə bağlı müəyyən şübhələr vardı. Bu gün həmin şübhələrə qəti cavab alacaqsınız. Qətiyyətli, zəhmətkeş, məntiqli davransanız, seçdiyiniz yöndə uğur qazana bilərsiniz.İşdəki problemləri evə daşımayın. Ailə üzvlərinizlə amiranə şəkildə danışmayın. Onlarla səmimi, həlim olun. Buğa – narahat olmayın, təşvişə düşməyin. Əsassız və səbəbsiz həyəcan pis olmayan günü korlaya bilər. Mühüm məsələləri özünüz həll etsəniz, ikinci dərəcəli və xırda problemlərin həllini etibar etdiyiniz insana tapşırsanız, işdə uğur əldə edə bilərsiniz. Sənədləşdirmədə problemlər yarana bilər. Bürokratik əngəlləri və məmurların uydurma bəhanələrini qət etmək asan deyil. Axşam saatları xoş sürpriz, maraqlı görüş vəd edir. Qəfil vizit ola bilər. Qonaqlar sizi sevindirəcək.Kulinar eksperimentlər əhvalınızı yaxşılaşdıra bilər. Əkizlər – gün asan və sadə olmasa da, uğurdan xali deyil.Başladığınız işləri yarımçıq qoymayın. Hansısa istiqamətdə məqsədinizə nail ola bilməsəniz, inad etməyin. Yaşamın özü bundan sonra hansı istiqamətdə hərəkət etməyin gərəkdiyini və nə etmək lazım olduğunu bildirəcək. Sizə qalan intuisiyanın dediklərini dinləməkdir. Huşyar olun. Valideynlərlə uşaqlar arasında anlaşılmazlıq olarsa, səbrli davranın, münaqişəyə imkan verməyin. Axşam saatlarında sakit olmağa çalışsanız da, dəvət aldığınız yerə getmək lazımdır. Xərçəng – həddən ziyadə ətalətli və astagəl olmayın. Nə etdiyinizi, nəyə can atdığınızı, hansı planı reallaşdırdığınızı dəqiqləşdirin. Az sonra hadisələrin axarı göstərəcək ki, tələsmək gərək deyilmiş. İşlərə məsuliyyətli və diqqətli yanaşın, tələsən insanların yol verdikləri səhvləri təkrarlamayın. Gəlir, mənfəət istisna deyil.Alış-verişdə simiclik etməyin. Axşam saatları romantik münasibətlər və təmaslar üçün əlverişlidir. Bir qədər tənha qalmaqda da xeyir var. Şir – başqalarının bacarmadıqları işin öhdəsindən gələ bilərsiniz. Amma eyforiyaya qatılmayın, qəhrəmanlıq etmək, “dünyanı qurtaran adam” kimi görünməyə çalşımayın. Başa vuracağınıza ümid etmədiyiniz işlərdə ciddi irəliləyiş ola bilər. Yaxın ətrafınızdakı insanlardan birinin gerçək siması sizə əyan olacaq. Şəxsi münasibətlər müstəvisində düşərli gündür. Təmaslarınızdakı rəvanlığı və harmoniyanı pozan müşkülü bu gün çözə bilərsiniz. İstənilən situasiyada təbii olun, yalan danışmayın. Qız – nə istədiyinizi dəqiq müəyyənləşdirin. Günün hadisələri nə vaxtdan bəri qəlbinizdə gəzdirdiyiniz istəyin gerçəkləşməsinə rəvac verir. Amma istəklər çox olmamalıdır. Səhər saatlarında vəziyyət bir qədər əsəbi və nevrozdur. Yaranan problemlər o qədər ciddi deyil ki, təbdən çıxaraq sinirlənəsiniz, həyəcanlı addımlar atasınız. Nikbin olun. Belədə bir çox sədləri dəf edə bilərsiniz.Bədbin, özünə əmin olmayan insanlar sizdən yardım gözləyirlər. Onları dəstəkləyin, amma müftəxorluq edərək sizdən sui-istifadə etmələrinə imkan verməyin. Nüfuzlu şəxslərlə təmaslarda həssas və diqqətli olun. Maraqlar toqquşması riski var. Tərəzi – gün xoş görüşlər vəd edir. Köhnə dostla səmimi söhbət yaşananlara fərqli aspektdən baxmağa imkan verəcək. Problemlərin həlli üçün düzgün qərar verin, çətin situasiyadan çıxış yolu arayarkən hövsələsiz olmayın. İşlə bağlı məsələlərin çözümündə naqolay təzyiqlərin qarşısını alın.Sərfəli anlaşma və ya gəlirli sifariş istisna deyil. Səyahət və ya səfər məsləhət deyil. Yolda tez yorula bilərsiniz.Axşam saatlarında evdə keçirəcəyiniz vaxtda istirahət edin, əhvalınız və səhhətiniz normal vəziyyətə düşsün. Alış-verişdə iri məbləğdə pul xərcləməyin. Əqrəb – səhər saatlarında günün uğursuz olacağını düşünə bilərsiniz. Amma az sonra situasiya dəyişəcək. Vaxt keçdikcə pozitiv təmayüllərin təsir gücü artır. Günün ilk yarısından müstəqil fəaliyyət və təkbaşına iş üçün istifadə edin. Günün ikinci yarısında isə işgüzar məsələlər, birgə layihələrdə iştirakla bağlı məsləhətləşmələr və müzakirələr olacaq. Qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Yerinə yetirə biləcəyiniz işə başlayın, qüvvənizi qənaətlə sərf edin. Emosional olmayın, hisslərin əsarətinə düşməyin. Əks cins mənsubu ilə ciddi münasibətlərin təməlinin qoyulacağına bel bağlamayın. Oxatan – hər sahədə və hər işdə hamıdan yaxşı olmağa çalışsanız da, bu, mümkün deyil. Əslində belə vəziyyətə ehtiyac da yoxdur. Təbii davranın və bu, günün ən məhsuldar, ən effektiv variantıdır. İndiyədək mübhəm bildiyiniz məsələnin təfərrüatları bilinəcək.Çoxdan bəri görüşmək istədiyiniz, darıxdığınız insanla günün ikinci yarısında görüş istisna deyil.Səfər, yaşam məkanının dəyişdirilməsində fayda var. Belə dəyişikliklər insanı ruhlandırır, işdə və yaradıcılıqda uğurlar qazanmağa imkan verir. Yaxınlarınızla münasibətlər qaydasına düşür, fikir ayrılıqları və incikliklər keçmişdə qalır. Oğlaq – xırda məsələlərə və önəmsiz detallara həddən artıq fikir verməyin. Aktiv olun, qətiyyətli addımlar atın. Son vaxtlar sizi narahat edən məsələləri nüfuzlu insanla müzakirə etmək və problemin həll yollarını tapmaq imkanı yaranıb. Ambisioz, eqoist, xudpəsənd olmayın. Bununla yanaşı, ağıllı, fəndgir və məntiqli davranın, karyera pilləkənində yüksəlməyə çalışın. Şəxsi münasibətlər müstəvisində ciddi dəyişikliklər gözləməyə dəyməz. Təşəbbüslər nəticə verməyəcək. Yaranmış situsiyanı təhlil edin, davranmağın yollarını ayırd edin.Axşam saatlarında istirahət edin. Dolça – improvizə etməkdən çəkinməyin. Bu gün qəflətən atacağınız addımlar və qəbul edəcəyiniz qərarlar uğurlu ola bilər. İşdə həmkarlarla fikir ayrılığı, münaqişə istisna deyil. Mövqeyinizi müdafiə edin. Yanınızdakı insanlardan biri davranışızı bəyənməyə bilər, amma qəti və sərt olun.Nüfuzlu şəxs sizi müdafiə edəcək. Günün ikinci yarısı yaşam tonusunuzun səviyyəsinin aşağı düşməsi ilə bağlıdır. Səhhətdə problem istisna deyil.Ağır və yağlı yeməklər yeməyin. Axşam saatlarında açıq havada gəzintiyə vaxt tapın. Balıqlar – qəfil uğurlar günüdür. Bu nailiyyətlər əhəmiyyətli olmasa da, həddən ziyadə xoşdur. Peşəkar və fərdi məziyyətlərinizə şübhələnən insanlar indi bacarıqlarınızı etiraf etmək məcburiyyətində qalıblar. Gözlənilmədən işgüzar təklif ala bilərsiniz. Böyük, ya da gəlirliyi layihədə birgə işə və ya əməkdaşlığa cəlb oluna bilərsiniz.Tanışlıqlar asan baş tutur. Bunun üçün təşəbbüs gərək deyil – ətrafınızdakı insanlara maraqlısınız. Ailə üzvlərindən birinə problemi həll etməkdə yardım göstərin. Milli.Az
Qoç – İşlərin yeni ritmi üçün təkanları təmin edən dəyişikliklərə izafi diqqət gərəkdir. Reaksiyanız iti olmalıdır. Əməkdaşlığı dürüst planlaşdırın, görüləsi işi dəqiq paylaşdırın.İşdə dominant mövqe tutmağa çalışmayın. Təvazökar olun, sadəliyə üstünlük verin.Bəzi hadisələri əvvəlcədən təxminləyə biləcəksiniz.Situasiyaya təmir rıçaqlarını zəiflətməyin.Şəxsi münasibətlərdə təşəbbüskar olun. Belə şans spontan da yarana bilər. Buğa – İşlər və münasibətlər ciddi yanaşma tələb edir. İdeyanızı təkmilləşdirərək reallıq ehtimalı yüksək səviyyəyə gətirə bilsəniz, uğur qazanacaqsınız. Təfərrüatlara fikir verin.Günün ikinci yarısında əldə edəcəyiniz məlumat faydalı və məzmunlu olacaq.Görüş və danışıqlar üçün sərfəli gündür. Aydınlaşdırmaq və sonra da unutmaq istədiyiniz problemləri müzakirə edin.Yaxın gələcəklə bağlı planları səbatlı hala salın.Alış-veriş üçün uğurlu vaxtdır.Ev işləri ilə məşğul olun, ailə üzvlərinə qayğı göstərin.Axşam saatlarında evdə istirahət edin. Əkizlər – Cari işlərlə məhdudlaşsanız da, mümkün qədər çox iş görməyə çalışın. Səliqəli çalışın, hər işi sona çatdırın.Hərəkət aktivliyində xeyir var. Amma əlavə işlərin sayını artıraraq özünüzü yormayın.Bəzi məqamlar stressə səbəb olsa belə, səylərinizin nəticəsi pozitiv olacaq. Problemlərlə yanaşı, yeni, maraqlı ideyalar və bu ideyaları gerçəkləşdirmək istəyən insanlar yaşam arealınızda peyda olacaqlar.Boş vaxtınız olarsa, dincəlin.Axşam saatlarında aktiv istirahəti seçin. Xərçəng – Ətalətli və tənbəl olmayın. Böyük işə başlamaq üçün yetərincə enerjiniz var. Qəfil xəbər, ideya, diqqətin yeni detallara yönəlməsi və hətta planlarda dəyişikliklər ola bilər.Yaradıcı insanlar, maraqlı ideyanı reallaşdırmaq istəyən şəxslər üçün yaxşı gündür.Təkrarsız fikir, təbiilik, qərarlardakı spontanlıq təəssüratları artıra bilər.Həmfikirlərinizlə birlikdə bir tədbirə qatıla bilərsiniz.Emosiyaların dalğalanması istisna deyil. Hisslərin izharından yararlanmağa çalışın.Günün ikinci yarısında problemin həllini intuitiv olaraq aşkarlayacaqsınız.Problemli sahəni aşkarlasanız, bu barədə tərəfdaşa da məlumat verin. Şir – Maddi perspektivlər yaxşılaşır, imkanlar artır. Diqqətli, səliqəli və qətiyyətli olun. Bir işi yarımçıq qoyaraq başqasına başlamayın. Prioritetləri müəyyənləşdirin.Ehtiyac yaranarsa, həmkar və ya yaxınlarınızdan birini yardıma çağırın. İşləriniz və problemlərinizin bir hissəsini onlara həvalə edə bilmək üçün diplomatik qabiliyyətlərinizi işə salın.Günün ikinci yarısında ən faydalı məqam işlərdə fəndgir davranmaq, sərfəli məqamlardan istifadə etmək və sırf maddi dəyərləri təhlil etməkdir.Münaqişələrə qatılmayın, ailə üzvləri ilə mübahisə etməyin.Dostlar maraqlı ideyalar səsləndirərək sərfəli məsləhətlər verə bilərlər. Qız – Mühüm olay vəd edən gündür. Dəyişikliklər və ya fəaliyyət obyektinin rekonstruksiyasına başlayın. Münasibətlərdəki yeniliklər perspektivlərinizə də müsbət təsir edəcək.Faydalı əməkdaşlıq, əvvəllər həyata keçirilmiş layihələrdən dividendlərin əldə edilməsi istisna deyil.Günün ikinci yarısında səhvlər aşkarlanacaq və siz dürüst addımların məntiqi ardıcıllığını anlayacaqsınız. Məhsuldar tərəfdaşlıq üçün yeni imkanlar yaranır.Çoxdan başladığınız layihəni və ya indi gördüyünüz işi təkmilləşdirin.Dəyişikliklər perspektivdə yüksək nəticələrə səbəb ola bilər. Tərəzi – Yaşam və fəaliyyətlə bağlı mövqelərinizlə dünyagörüşünüzdə dəyişikliklər etmək zamanıdır. Yeni perspektivlər var, hiss edirsiniz?!Hadisələrin axarı təşəbbüs və istəklərinizdən asılı deyil.Əsas odur ki, seçim zərurəti ilə qarşılaşsanız, təlaşa düşməyin və düşünülmüş addım atın.Gözlənilməz görüş, münasibətlərlə işgüzar əlaqələrin bərpası mümkündür.Kənar şərtlər olayların uğurlu inkişafına təkan verə bilər. Bir şərtlə ki, tələsməyəsiniz, həmsöhbətinizə diqqətlə qulaq asasınız.Əlavə işdən boyun qaçırmayın.Poçtu yoxlayın – uzaqdan xəbərlər gələ bilər.Ev işləri və ailə qarşısındakı öhdəliklərin yerinə yetirilməsində diqqətli olun. Əqrəb – Gün dəyişikliklər vəd edir. Yaşam arealınızın keyfiyyətini artırın. Artıq başladığınız işin rekonstruksiyası ilə məşğul olun.Təşəbbüsünüz bir neçə istiqamətə yönəlməlidir. Eyni vaxtda, fərqli layihələrə qatılmaq olar. Dəstək almaq, yeni tərəfdaş qazanmaq şansları var.İlk baxışdan təsadüf təsiri bağışlayan görüş, məktub və danışıqlara fikir verin.Baş çəkməyi arzuladığınız yer varmı?İnformasiya gələn kanalları açıq saxlayın, sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın.Səhhətinizə fikir verin.Pəhrizə başlamaq olar. Oxatan – Yeni işə başlamaq üçün əlverişli zamandır. Qıcıq, səbəbsiz təşviş, işlərin cari vəziyyəti ilə bağlı narazılıq hissləri yarana bilər.Kiçik və önəmsiz detallara izafi fikir verərək diqqətinizi yayındırmayın. Mövqelərinizi daha səbatlı, daha möhkəm edin.Yaxın gələcəkdə özünüzü daha qətiyyətli hiss etməyiniz üçün usanmadan irəliləyin.Tərəfdaşlardan biri mühüm dəyişikliklərə başlayacaq. Əməkdaşlığın genişləndirilməsi üçün konkret addımlar atmaqda fayda var.Fəaliyyətinizi səhih təşkil edin. Toplantılara qatılın, faydalı əlaqələrin sayını artırın.Səhhətinizi qoruyun. İnfeksiya, zökəm istisna deyil. Oğlaq – Yerinə yetirdiyiniz iş nəzərdə tutduğunuzdan artıq vaxt tələb edə bilər. Fəqət sizi maraqlandıracaq yeni nüanslar aşkarlanır.Əlavə işə başlamaq, unudulmuş planları xatırlamaq olar. İstəklərinizdə və tələblərinizdə intuisiyanıza güvənin. Ünsiyyətə ehtiyac yaranarsa, bələd olduğunuz çevrəni seçin.Günün ikinci yarısında dostlarla görüş uzunmüddətli, perspektiv planlardan birinin əsasını qoya bilər. Dəyişikliklərdən xəbər verən məqamlara diqqət yetirin.Alış-veriş etmək olar.Axşam saatlarını xoş məclisdə keçirin. Dolça – İşdə rəhbəriliklə söhbət və problemlərin müzakirəsi üçün əlverişli vaxtdır. Qarşılıqlı maraqlarınızın olduğu insanlarla təmaslarda səmimi olun, sirləri gizləməyə çalışmayın.Gərginlikdən tam qurtulmaq mümkün deyil. Problemli situasiyanın çözülməsi maraqlarınıza cavab verir.Zərərli və təhlükəli təsirlərə, təzyiqlərə müqavimət göstərin.Emosiyaların qərarlarınıza diqtəsinə imkan verməyin.Uzaqgörən və soyuqqanlı olun.Çətin məsələlərin həllində mütərəqqi metodlardan istifadə edin. Səbr və təmkin bugünkü fəaliyyətinizdə əsas amillər olmalıdır. Balıqlar – Yaşam arealınızın genişləndirilməsinə ehtiyac duyulur. Yaranan imkanlardan faydalanın. Səfər və ya ezamiyyət rutin hisslərdən qurtulmağınıza yardım edə bilər.Mühüm əhəmiyyət daşıyan mövzuları inkişaf etdirin. Uzaqdakı tərəfdaş və ya qohumla söhbət zamanı dilə gətirilən önəmli məqam potensialınızın izharına təkan verəcək.Hansısa önəmli tapşırığın və ya sifarişin öhdəsindən gələ bilmirsinizsə, dayağa və yardıma ehtiyacınız var. Yaxşı bacardığınız işi görün.Yaradıcılıq fəaliyyəti üçün obyekt arayın. Hələlik öhdəsindən gələ bilmədiyiniz işə çox fikir verməyin. Milli.Az
Qoç – cari problemləri tərəfdaşlarla müzakirə edərək işin ağırlığını onlarla bölüşə bilərsiniz. İndiyədək gündəmə gətirilməyən və söylənməyən suallar səslənəcək.Maddi və fiziki resurslarınızı tükətməyin.Asan olmayan qərar qəbul edərək əsas məsələni seçərək ikinci dərəcəli məqamları təxirə salın. Məntiqli, soyuqqanlı davranışla böyük uğurlara nail ola bilərsiniz.Məhsuldarlıq aktivliyiniz və əzminizdən asılıdır.Gərəkli nəsnələrin hamısı əl altında olmalıdır. Yaxın ətrafdakı insanlarla yalnız zərurət yarandığı təqdirdə ünsiyyətdə olun. Buğa – günün ilk yarısı fəaliyyət sahəsini seçməyə imkan verir. İşgüzar prosesə kənardan müdaxilələrə imkan verməyin. İşlərinizə qarışmaq istəyən insan sizə ziyan vuracaq. Fəaliyyət prosesində kiçik problemlərin yarada biləcəyi ləngimələri əvvəlcədən proqnozlaşdıra bilsəniz, sürətlə irəliləyəcəksiniz.Günün ikinci yarısında diqqətli olun. Mühüm işin həllində yardım təkliflərini adekvat dəyərləndirin. Gərəkli informasiyanı ən qısa zamanda əldə etmək üçün bütün zəruri vasitələrdən yararlanın.Çətinliklərin sayı artarsa, ruhdan düşməyin. Maneələri qət etməyin yollarını arayın. Əkizlər – günün ilk yarısında həyatınızda köklü dəyişikliklər olmayacaq. Situasiyanın inkişaf perspektivlərini dəqiqləşdirin və yalnız bundan sonra qərar qəbul edin. Diqqətli olun, kobud səhvlərə yol verməyin. Sərt çərçivələrdən bir qədər kənara çıxmaq olar.Günün ikinci yarısında önəmli maliyyə məsələlərindən birini çözmək olar. Xırda məsələlərə görə yaxınlarınızla mübahisə etməyin. Əhvalınızın pis olduğu durumda nəyinsə müzakirələrinə başlamayın. Gərəksiz sözlər deməyinizin riski artıb.Axşam saatlarında səhhətinizin qeydinə qalın. Xərçəng – uğurlu zamandır. Azad fəaliyyət qrafikini seçibsinizsə, məqsədə doğru inamla irəliləyin. Hədəfləri dəyərləndirin və təhlil edin. Tənbəllik etməyin, süstlüyə qapılmayın. Əsas işi qulaqardına vuraraq ikinci dərəcəli məsələlərin həlli ilə məşğul olmayın.Günün ikinci yarısında tələskənliyə yol verməyin. Gördüyünüz işdən həzz almağı bacarın. Kənar təsirləri zərərsizləşdirmək üçün planlarınızı sürətlə reallaşdırın. Sirlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin.Fiziki təmrinlərdə xeyir var.Axşam saatlarını yarımçıq işlərin başa çatdırılmasına həsr edin. Şir – daxili gərginlik sizi bir işi yarımçıq qoyaraq başqa işə başlamağa vadar edəcək. Qayda yaratmağa başlamaq istəyirsinizsə, başlanan işi mütləq başa çatdırın.Bütün diqqəti aktual mövzuya yönəldin. Amma situasiyaların heç bir səbəb və motivasiya olmadan dəyişməsinə hazır olun.İşdə rəhbərlik və həmkarlarla mübahisə etməyin, amma çətin situasiyalarda həll axtarışlarından da yayınmayın. Mövcud şəraitdə yeganə doğru çözüm variantı tapıla bilər.Axşam saatlarında açıq havada gəzintinin xeyri var.Səhhətinizə diqqət verin.Ənənəvi, faydalı vərdişlərinizi unutmayın. Qız – ənənəvi fəaliyyət müstəvisindən bir qədər kənara çıxmaq, yeni təəssüratlar əldə etmək olar. Mürəkkəb prosesdə çaşqın qalmayın. İradəli, qətiyyətli olun. Uğurun sirri təmkinlə yanaşı, zəhmətkeş olmaqdadır. Sizi son vaxtlarda narahat edən problemlərin həlli çətin deyil.Günün ikinci yarısında imkanlarınızı yenidən qiymətləndirin. Təftiş zəruridir. Ağır fiziki işlə məşğul olmayın. İntellektual yükü azaltmaq olar. Bunun yolları da bəllidir.Səhhətiniz əhvalınıza, əhvalınız da sağlıq durumunuza təsir edəcək.Axşam saatlarını açıq havada keçirin. Tərəzi – ünsiyyətdə aktiv olun. Təkliyə can atmayın, tənhalığa qapılmayın. Sakit və aramla çalışmaq hamıdan kənar qalmaq deyil. Səs-küylü ortamda başınız ağrıyacaq.Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün zəruri saydığınız bütün vasitələrdən istifadə edin. Maksimum dərəcədə sürətlə çalışın. Səhhətinizin qeydinə qalın. Rəqibləri üstələmək üçün yeni yollar arayın. Həyat məğlubları sevmir.Axşam saatlarını sevdiyiniz insana həsr edin. Əqrəb – maraqlı işlər zamanıdır. Qarşınıza çıxan müşküllərin çözülməsində qeyri-ordinar vasitələr və ya metodlardan yararlana bilərsiniz. İntuisiyanız güclü, hissləriniz kəskin olmalıdır. Hadisələrin yaxın perspektivdəki inkişaf istiqamətini müəyyənləşdirmək üçün aldığınız informasiyalardan istifadə edin.Günün ikinci yarısında maraq dairəsində dəyişikliklər istisna deyil. Tərəfdaşlardan birinin iddiasını dinləyin. Nəticələr çıxarmağa tələsməyin. Avantüralara həvəs, risk istəyi sizi fəsadlı addımlara sövq etməməlidir.Axşam saatlarında normal istirahət etməyə çalışın. Oxatan – tələsik qərarlar verməyin, ilkin təəssüratlara aldanmayın. Maliyyə və əmlak məsələlərində diqqətli davranın. Mühüm saydığınız məsələnin həllinə başlamazdan əvvəl bütün detallardan hali olun. Taktikanızın praqmatik olmasına can atın.Günün ikinci yarısında potensial tərəfdaşların sayını artıra bilərsiniz. Qıcıqlı, aqressiv olmayın. Sərtliyi çıxış yolu seçməyin. Həmkarlarınız və rəhbərliklə təmaslarda “qızıl orta”nı gözləyin. Neqativ hissləriniz önəmli işlərin gedişatına mənfi təsir edə bilər. Oğlaq – günün ilk yarısı önəmli hadisələr vəd etmir. İşgüzar fəaliyyətinizdə yön dəyişdirməyə çalışmayın. Şəxsi həyatınızda bəzi hadisələr sizi təbdən çıxarmasın. Bəzi dolaşıq məişət və ya maliyyə məsələlərini həll etmək şansları yaranıb.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan biri ilə münasibətlərdə sərinləşmə yarana bilər. Qısamüddətli müzakirələr, intensiv məsləhətləşmələr faydalıdır. Cari problemləri tərəfdaşlarla nəzərdən keçirin. Həmkarlarınızın rəylərini nəzərə alın. Dolça – ənənəvi işlərlə məşğul olanda diqqətli və ehtiyatlı davranın. Məişət işlərini qulaqardına vurmayın. Texnika ilə işləyəndə bəzi nüansları mütləq nəzərə almalısınız. Səliqəli olun, təfərrüatları görməməzliyə vurmayın.Günün ikinci yarısında hansısa asılılığın əsirinə çevrilməyin. Zərərli vərdişlərdən qurtulmağa çalışın. Problemlərin həllində qeyri-standart yolları seçin. Səhhətinizə fikir verin. Əhvalınızı pisləşdirə biləcək nüanslardan və insanlardan uzaq durun. Axşam saatlarını şən keçirin. Balıqlar – günün ilk yarısından etibarən cari işlərin yerinə yetirilməsi ilə məşğul olun. Verdiyiniz vədləri yerinə yetirin. Mühüm danışıqlar, müzakirələr, görüşlərdə məntiqi davranın. Qarşı tərəfi anlamaq üçün müəyyən səylərin göstərilməsinə zərurət duyulur.Günün ikinci yarısında diplomat olun. Görüşə gecikməyin. Tərəfdaş və ya şəriklərlə birgə öhdəliklərinizi yerinə yetirəndə astagəllik etməyin. Sevdiyiniz insanla münasibətləri gərginləşdirməyin. Yanlış qərar və ya səhvlərinizə reaksiya adekvatdır. Kimsədən inciməyin. Milli.Az