Ailə Psixologiyası

Xoşbəxt münasibətlərin əsas əlaməti AÇIQLANDI

Kaliforniya universitetinin mütəxəssisləri xoşbəxt və uğurlu münasibətlərin əsas əlamətini açıqlayıblar. Psixoloq.az xəbər verir ki, alimlərin fikrinə əsasən, partnyorların danışıq əsnasında “biz” şəxs əvəzliyindən istifadə etməsi uğurlu və xoşbəxt münasibətlərin əsas amilidir. Tədqiqat aparan alimlərdən biri, Meqan Robbins bildirib ki, “biz” şəxs əvəzliyi insanların sıx münasibətlərindən xəbər verir. Bu münasibətlər eqoizmə məruz qalmayıb və tərəflər partnyorluğu daha da inkişaf etdirməyə can atırlar. Tədqiqatçılar bildirirlər ki, belə bir vəziyyət təkcə cavanlar üçün yox, yaşlı cütlüklər üçün də aktualdır. Bununla yanaşı, “biz” şəxs əvəzliyinin hansısa münaqişə və ya çətinliklər zamanı işlədilməsi çox vacibdir: “Bu sözlər insanların münasibətini dəyişə bilər və onları daha yaxın və etibarlı edə bilər”.(ölkə.az)

Evlilərin diqqətinə - Bu cümlələlər evlilik həyatınıza son qoya bilər

Bu sözlər dildə adət halını aldığı üçün bəzən o mənada demək istəmirsiniz, ancaq qarşınızdakı o mənada anlayır. Sevdiyiniz insanları bu sözlər ilə yaralayırsınız və aradakı hörmətə xələl gətirirsiniz.  Psixoloq.az bildirir ki, çalışın bu sözlərdən istifadə etməyin ki, evliliyinizə xələl gəlməsin. Boşanmağa gətirib çıxardan 27 söz: 1) Sən həmişə beləsən, hər yerə gecikirsən. 2) Sən nə qədər çox danışırsan? Artıq sənə qulaq asmaq istəmirəm! 3) Sən necə insansan? 4) Ailən gəlməsin! 5) Sən yenə kökəlmisən? Bu qarına bax! 6) Sən daha qocalmısan. 7) Bu nə cür geyimdir? Sənə heç yaraşmır. 8) Bu uşaqdan heçnə olmaz, özünə oxşatmısan. 9) Sən nə qədər yalan danışırsan, eyni yalanları danışmaqdan bezmədin? Daha bəsdir. 10) Ayağının altını görmürsən, yenə nəyi qırdın? 11) Eyni şeyləri nə qədər təkrarlayırsan? Bunu dünən demişdin! 12) Çox tənbəlsən. 13) Gecə gəlmədiyinə görə kimin yanında idin? 14) Sən etibarsız insansan. 15) Yemək bişirməyi hələ də öyrənməmisən, anamın yeməkləri kimisi yoxdur. 16) Məni kimlər istədi, mən səninlə evlənərək ən böyük səhvi etdim. 17) Sus bir dəqiqə, mən danışım. 18) Nə vaxt baxsam, nəsə alırsan, sən pul xərcləməyin yolunu belə bilmirsən! 19) Sən necə pinti insansan, nə vaxt baxsam, hər yer dağınıqdır. 20) Sən sevgidən nə anlayırsan ki?! 21) İnsanda biraz düşüncə yaxşı şeydir. 22) Səninlə keçən illərimə heyif! 23) Çox kobudsan, səndən incəllik gözləmək ən böyük səhvdir. İncəlik hara sən hara! 24) Yenə nəyə gülürsən? Gülünəcək nə var ki, burda? 25) Səninlə evlənərək ən böyük səhvi etmişəm. 26) Nə var, yenə nəyə zəng eləmisən, yenə nə istəyəcəksən? 27) Mən olmasam, sən heç kimsən. (unikal.org)