Süpürgəçiləri əvəz edən texnika Bakıya gətirilib

Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prosesində onların təhlükəsizliyinin təmin olunması üçün alınması nəzərədə tutulmuş xüsusi texnikanın bir qismi artıq paytaxta gətirilib. Bakı şəhər İcra Hakimiyyətindən oxu.az-a verilən məlumata görə, MAN markalı 10 ədəd texnika artıq təsərrüfat birliklərinə təhvil verilib. Yeni, müxtəlif təyinatlı texnikaların alınması istiqamətində işlər davam edir.

Dəmir Yolları gücləndirilmiş iş rejimində işləyir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi müqəddəs Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. “Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanınpublika.az-a verdiyi məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. Qurban bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

Qurban bayramına görə bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə iribuynuzlu və xırdabuynuzlu heyvanların satış yarmarkası keçiriləcək. Nazirlikdən Modern.az-a verilən məlumata görə, yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur. 21-23 avqust tarixlərində keçiriləcək yarmarkalarda ümumilikdə 35 minə yaxın qurbanlıq heyvanın satışa çıxarılması nəzərdə tutulub. Satış üçün nəzərdə tutulan 20 min baş heyvan Kənd Təsərrüfatı Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstan Respublikasından gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir. Bundan başqa Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara ümumilikdə 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara təxminən 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.  Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək: Bakı şəhəri üzrə Nərimanov rayonu 1.    Əliyar Əliyev küçəsi, 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)2.    Əlyar Əliyev küçəsi, 36a (“Təbriz” KM, Keşlə bazarı)3.    Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı) Suraxanı rayonu 1.    Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı2.    Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, “V” massivi Binəqədi rayonu 1.    Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)2.    Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (“Dördyol” adlanan yer)3.    Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı)4.    Cəfər Xəndan küçəsi, 54, “Oazis”  restoranının  yanı (“Ət pavilyonu” adlanan ərazi) Xətai rayonu 1.     Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında) Yasamal rayonu 1.    Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 72.    Xiyabani küçəsi, 10c3.    Şərifzadə küçəsi 196, “İdeal” şadlıq sarayının həyəti Nizami raronu 1.    Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi2.    Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi Səbail rayonu 1.    20-ci sahə (Badamdar şosesi)2.    Bayıl bazarı, Gülbala Əliyev küçəsi Xəzər rayonu 1.    Qala-Pirallahı yolu, “Lambir“ müəssisənin arxası Qaradağ rayonu 1. Lökbatan qəsəbəsi (“Meyvəli” MMC-nin ərazisi) Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)“Qoç-ət” MMC , Lökbatan qəsəbəsi Sabunçu rayonu 1. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, “Arzu” şadlıq sarayının yanı 2. Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, “Sabunçu” mərasim evinin yanı 3. Ramana qəsəbəsi, Şuşa şəhərciyi, “Pətək” marketin yanı 4. Zabrat qəsəbəsi,” Azmeat” MMC 5. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi 6. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, “Araz” marketin yanı 7. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6 8. Maştağa qəsəbəsi “Kanal” marketin yanı 9. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi 10. Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107 11. Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş “Sərhan” marketin yanı Bölgələr Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, 2№-li məktəbin yanı Neftçala rayonu 1.      Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi2.      Xili qəsəbəsi3.      Bankə qəsəbəsi4.      Həsənabad qəsəbəsi 1)  Şamaxı rayonu 1.      Şamaxı şəhər stadionun yanı 2)  Göyçay rayonu Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi) 3)  İsmayıllı rayonu 1.    “Yaşıl market” 4)  Lənkəran şəhəri 1.    Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz. 5)    Ağdaş rayonu 1.    Zeynəddin kəndi, mal bazarı 6)    Quba rayonu 1.    Heydər Əliyev prospekti, “Ət bazarı” deyilən ərazidə 7)    Şirvan rayonu 1.      18 №-li məktəbin həyəti2.      16№-li məktəbin həyəti 10)  Şəki şəhəri Şəki şəhərinin “Çöl yolu” adlanan ərazisində yerləşən heyvan satışı bazarı

Məktəbli dəstlərinin satışı ilə bağlı yenilik

Builki tədris mövsümündə məktəbli formalarının qiymətində artım yoxdur, lakin valideynlərin istək və müraciətləri nəzərə alınaraq bəzi dəyişikliklər edilib. Bu barədə virtualaz.org saytına Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib. Onun sözlərinə görə, indiyədək məktəbli formaları yalnız dəst halında satılırdı, bu isə valideynlərin narazılığına səbəb olurdu. Məsələn, valideyn şalvar, yaxud pencək almaq istəyirdi, amma formanı dəst almağa məcbur idi. Bu ildən isə yalnız ehtiyacı olan geyimi ala biləcəklər. Eyni zamanda, bu ildən ibtidai sinif şagirdlərinə jiletlər satılmayacaq. Yuxarı sinif şagirdləri üçün jilet geymək məcburi deyil. E.Əzimov əlavə edib ki, valideynlərin əlavə pul xərcləməməsi üçün məktəbli formalarının modellərində, dizaynında dəyişiklik edilməyib. Hazırda tikiş evinin 10 satış məntəqəsində 4 model olmaqla ibtidai siniflər üzrə 40 manata, yuxarı siniflər üzrə 46 manata məktəbli dəstləri satışdadır. Həmçinin köynək 8 manata, şalvar 42 ölçüyədək 15 manata, 54 ölçüyə kimi 18 manata, pencək 25 manata, ibtidai sinif şagirdləri üçün yubka 15 manata, böyük siniflər üçün aşırma yubka 18 manata satılır. Etibar Əzimov saxta məktəbli formalarının satılması ilə bağlı problemlə üzləşdiklərini deyərək valideynləri ehtiyatlı olmağa çağırıb: “Bakı Tikiş Evinin həm parça, həm də hazır dəstlərlə bağlı sertifikatı var, geyimlərin təhlükəsizlik və keyfiyyətinə görə cavabdehdir. Bəzi işbazlar isə fabrikin forma və dizaynından istifadə edərək Çindən məktəbli dəstləri sifariş verirlər, üzərinə də fabrikin əmtəə nişanını yapışdırırlar”. Keyfiyyətsiz parçadan hazırlananan saxta məktəbli dəstləri bazarda 32-35 manat arası təklif olunur. E.Əzimov söyləyib ki, fabrikdə 800 qadın çalışır, işbazlar həm də bu qadınların əməyinə, dolanışığına mane olurlar. Valideynlər saxta formaların 5-6 manat ucuz olmasına aldanmasınlar.

Yeni Zellandiyanın qadın naziri doğuşa velosipedlə getdi

Yeni Zellandiyanın qadın naziri Juli Genter doğuş edəcəyi xəstəxanaya velosipedlə gedib. Psixoloq.az xəbər verir ki, “Yaşıl” partiyasının üzvü olan nazir ilk övladını dünyaya gətirmək üçün xəstəxanaya velosipedlə gedib və fotonu İnstaqram səhifəsində paylaşıb. Xanım nazir mesajında yazıb: “Mənə uğur diləyin. Partnyorum və mən avtomobildə yer olmadığı üçün velosipedlə getdik. Amma bu mənə xoş təsir bağışladı”. Elektriklə çalışan velosipedi ilə hərəkət etdiyini bildirən Genter “Doğuşu asanlaşdırmaq üçün son həftələr velosipedə minsəydim, daha yaxşı olardı” yazıb.Genter Yeni Zellandiyanın nəqliyyat naziridir. O, velosipedlə hərəkət etməyi dəstəkləyən nazirlərdəndir.

Azərbaycanda həkimlərin sayı azaldı

Bu il Azərbaycanda həkimlərin ümumi sayı azalıb. Psixoloq.az-ın məlumatına görə, 2018-ci ilin ötən dövründə həkimlərin ümumi sayı 31 min 900 nəfər təşkil edib. Bu rəqəm ötən il üçün 32 min 200 nəfər olub. Bu da 2017-ci illə müqayisədə 300 həkimin azalması deməkdir. Bundan başqa, orta tibb işçilərinin sayında da azalma qeydə alınıb. Belə ki, bu il üçün onların sayı 52 min 800 nəfər (keçən il 54 min 500 nəfər) təşkil edib. Xəstəxana müəssisələrinin sayı isə 3 ədəd azalaraq 566 (keçən il 569) olub. Xəstəxana çarpayılarının sayına gəlincə, onların sayı 44 min 100-ə (keçən il 45 min 300) enib.(unikal.org)

Banklar bayramda da işləyəcəklər

Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilmiş avqustun 22-23-də əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Psixoloq.az  Palataya istinadən xəbər verir ki, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 22 bankın 56 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək. Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət edilə bilər: Əlaqələndirici şəxs: Azər Quluyev E-mail: [email protected] Tel: (+994) 70 908 62 21 (ölkə.az)

"Bu gündə uşaqları tək qoymayın" - Xeyriyyə tədbiri keçiriləcək

Avqust ayının 21-i saat 16:30 Lido restoranında Qadın və uşaq sığınacağının xeyriyyə tədbiri keçiriləcək. Psixoloq.az xəbər verir ki, bu barədə təşkilatın sədri Mehriban Zeynalova məlumat verib. Zeynalova, vətəndaşlardan uşaqları tək qoymamağı rica edib. Qeyd edək ki, bu tədbir üçün toplanan vəsait sığınacaqda qalan sakinlərin ehtiyyaclarına xərclənəcək.

Tələbələr hansı halda təhsil haqqını ödəməkdən imtina edə bilər? – Nazirlikdən AÇIQLAMA

Hər il ali məktəblərə qəbul prosesi başa çatandan sonra, dərhal tələbə adını qazanmış abituriyentlərin hansı halda təhsil haqqını ödəməkdən imtina edilməsi məsələsi gündəmə gəlir. Bu il də istisna deyil. Xüsusilə, bu il bir çox universitetlərdə ödənişin yüksək olması ümumilikdə cəmiyyətdə çoxsaylı sualların yaranmasına gətirib çıxarıb. Hansı hallarda ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələr ödənişdən azad olunur? Psixoloq.az xəbər verir ki, Təhsil Nazirliyi məsələnin aktuallığını və ünvanlanan sualların çoxluğunu nəzərə alaraq münasibət bildirib. Nazirliyin sektor müdiri Cəsarət Valehov bildirib ki, mövcud qanunvericiliyə uyğun olaraq ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan aşağıdakı kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir: - dövlət ali təhsil müəssisələrində təhsil alan məcburi köçkün və şəhid ailəsi statusunu almış ailənin üzvlərindən olan tələbələr; - dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində əyani təhsil alan, 18 yaşına qədər hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya onlara bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və ya II qrup əlil olan) 23 yaşınadək tələbələr; 2014/2015-ci tədris ilindən başlayaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ali təhsil müəssisələrində təhsil alan övladları.(modern.az)

Tarif Şurasından Aİ 92 markalı benzinin qiyməti ilə bağlı — AÇIQLAMA

Sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda SOCAR-ın yanacaqdoldurma məntəqələrində Aİ 92 markalı benzinin bir litrinin 1 manata satıldığı barədə məlumat yayılıb. Psixoloq.az xəbər verir ki, Tarif Şurası yenicag.az-a açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Aİ 92 markalı benzin ilə bağlı qiymət dəyişikliyi yoxdur. Yayılan xəbərlər həqiqəti əks etdirmir. Yaxın günlərdə də Aİ 92 markalı benzinin qiymət artımı ilə bağlı müzakirə nəzərdə tutulmayıb.” Qeyd edək ki, avqustun 19-da axşam saatlarında Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Yeni tariflərə əsasən, “Premium Euro-95”in satış qiyməti 1,50 manat, “Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub.

Meteohəssas insanların diqqətinə

Sabaha olan tibbi meteoroloji proqnoz açıqlanıb. Psixoloq.az xəbər verir ki, avqustun 21-22-də Abşeron yarımadasında temperatur rejiminin və digər meteoroloji amillərin iqlim norması daxilində tərəddüd edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Sabah hava yağmursuz keçəcək - Hava proqnozu

Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 21-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Azərbaycanın rayonlarında avqustun 21-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təşkil edəcək.