MTRŞ-dan radiolarla bağlı xəbərdarlıq - Monitorinq keçiriləcək

Yaxın vaxtlarda radiolarda Azərbaycan ədəbi dilinin qorunması ilə bağlı monitorinqin keçirilməsi nəzərdə tutulur. Psixoloq.az xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. İndiyə qədər keçirilən monitorinqin nəticələri haqqında danışan N.Məhərrəmli bildirib ki, proseslər müsbətə doğru irəliləyir: “Özəl radio stansiyalarda isə gənc jurnalistlər arasında həddən artıq sərbəstlik, bəzən peşə etikasından kənara çıxmaq halları da var. Bu hal əsasən canlı bağlantılar zamanı hiss edilir və biraz narahatedici amildir”. Şura sədrinin sözlərinə görə, MTRŞ-nın radiolardan gözləntiləri odur ki, təkcə müsiqi ilə öz işlərini bitmiş hesab etməsinlər: “Yəni radio təkcə musiqi kanalı deyil, xəbərlər, maarifləndirici və digər verilişlər də olmalıdır. Biz radiolarla iş apararkən bu məsələni xüsusi qabardırıq ki, onlar maarifləndirici verilişlərə xüsusi diqqət yetirsinlər. Çünki biz onlara ayrıca ixtisaslaşmış musiqi kanalı statusu vermirik”.

II və III ixtisas qrup üzrə imtahan vermək istəyənlərin nəzərinə

Dövlət İmtahan Mərkəzi iyulun 26-da II və III ixtisas qrupları üzrə keçiriləcək qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib. Psixoloq.az xəbər verir ki, DİM-dən publika.az-a verilən məlumata görə, qəbul imtahanlarında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmalıdır. Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.

Doğulacaq körpənin görünüşünü dəyişmək mümkün olacaq

Gələcəkdə valideynlər övladlarının xarici görünüşünü özləri seçə biləcəklər. Psixoloq.az oxu.az-a istinadənxəbər verir ki, bu barədə Britaniya alimləri bildiriblər. Tələb olunan boyu, gözlərin və saçların rəngini genlərin redaktə edilməsi sayəsində tənzimləmək mümkün olacaq. Britaniyalı alimlər qeyd ediblər ki, insan rüşeyminin genetikasına istənilən müdaxilə rəsmi dövlət dairələrinin nəzarəti ilə həyata keçirilməlidir. Əvvəllər genlərin redaktə edilməsi mənəvi baxımdan yolverilməz hesab olunurdu və yalnız ağır irsi xəstəliklərin müalicəsi və yaxud xərçəngin profilaktikası zamanı istifadə edilirdi. Amma indi alimlər valideynlərin istəyi ilə körpənin xarici görünüşünü dəyişmək niyyətindədirlər. DNT-si dəyişmiş ilk uşaqlar artıq yaxın zamanlarda dünyaya gələ bilərlər.

Kondisionerlər ölüm səbəbiniz ola bilər

Kondisionerlərdən istifadə edilməsi insanları vaxtından əvvəl ölüm təhlükəsi ilə qarşı-qarşıya qoya bilər. Psixoloq.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Viskonsinsk Universitetinin alimləri bildirib. Məlumata görə, qlobal istiləşmə səbəbi ilə insanlar getdikcə kondisionerlərdən daha çox istifadə etməyə başlayacaqlar. Bunun nəticəsində isə çirklənmiş havanın səviyyəsi yüksələcək və bu da ölüm riskini artıracaq. Soyutma sistemləri energetika sahəsində yüklənməni artıracaq. Bu da öz növbəsində atmosferə daha çox aerozol və qazların buraxılmasına səbəb olacaq. Məlum olduğu kimi, temperaturun 3.5 dərəcə yüksəlməsi halında insanlara 30 faiz daha artıq elektrik enerjisi lazım olacaq. Kompüter modelləşdirməsi göstərir ki, ABŞ-da 2050-ci ildə artıq enerji istifadəsi illik 600 nəfərin ölümünə səbəb olacaq. Bu problemin fəsadlarından qaçmağın yeganə yolu isə bərpa oluna bilən enerji resurslarından istifadə etmək ola bilər.