Bakı şəhərində Qadın həmrəyliyi forumu keçiriləcəkdir

Psixoloq.az xəbər verir ki, "Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin" rəhbəri Psixoloq Vüsalə Əmiraslanovanın təşkilatçılığı ilə *13 oktyabr 2024-cü il tarixdə "QADIN HƏMRƏYLİYİ FORUMU - BAKI ZİRVƏSİ"* keçiriləcəkdir. Forumda spikerlər panel müzakirə şəklində öz fikirlərini iştirakçılarla bölüşəcəkdir.  Forumun mövzusu: - Sahibkarlıqda qadınlar - Təhsildə qadınlar - Mediada qadınlar - Tibbdə və psixologiyada qadınlar Forumda panel müzakirələri yer alacaq. Forumun spikerləri: Vüsalə Əmiraslanova - Ahəng Psixologiya Reabilitasiya İnkişaf Mərkəzinin təsisçi direktoru, ailə uşaq psixoloqu Pərvin Kərimzadə - Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Ələsgərova - Kiçik və Orta Biznes Subyektləri və Klublarının idarə heyətinin sədri Sevda Əlizadə - Məlhəm Beynəlxalq Hospitalın icraçı direktoru Aytən Hüseynova - İDA təsisçi direktoru Elnarə Dərziyeva- əməkdar jurnalist Nailə Mirzəyeva - PR menecer Günay Kazımova- Blink media şirkətinin təsisçisi Aysel Arastunqızı - təhsil eksperti , pedaqoq Leyla Həsənova - USM həkim Aytac Məmmədova - mentor kouç, sahibkar Nilufər Qara - Lunchef catering şirkətinin təsisçisi Nigar Cəbrayılova - Klinik psixoloq Proqram: 10:30-11:00 - qeydiyyat 11:00 açılış və panel müzakirə (I hissə) 12:30 - 13:00coffee-break  13:00- 14:00 panel müzakirə (II hissə) 14:00 sertifikatların təqdimatı. Ödəniş : 30 azn  +994 70 206 05 91 Ünvan : Bakı Gənclər evi (Bakıxanov) 2024-10-1310:30Bakı Gənclər Evi (Bakıxanov)

Tanınmış psixoloq Doğan Cüceloğli evində ölü tapıldı

Tanınmış Türkiyəli psixoloq və yazar Doğan Cüceloğlunun meyiti, İstanbulda yaşadığı evdə aşkar edilib. Psixoloq.az xəbər verir ki, 83 yaşlı psixoloqun ölüm səbəbi hələ bəlli deyil. Hadisə yerinə gələn polislər araşdırmaya başlayıblar. Qeyd edək ki, Doğan Cüceloğlu 1938-ci ildə Mersinin Silifke qəsəbəsində çoxuşaqlı ailənin 11-ci övladı olaraq dünyaya gəlib. İlk təhsilini Ankarada alan Doğan Cüceloğlu, daha sonra İstanbul Universitetinin Psixologiya Fakültəsindən məzun olub. ABŞ-da Doktoranturada təhsilini davam etdirən Doğan Cüceloğlu, dünyanın bir çox ölkəsində konfrans və seminarlarda çıxış edib. Mərhum alim "Yeniden insan insana", "Savaşçı", "Geliştiren Anne-Baba" İnsan və Davranışı və.s. kitabların müəllifidir.

"Sevincimiz Ramazan"-Musson Musiqi qrupundan möhtəşəm layihə

Psixoloq.az xəbər verir ki, Musson musiqi qrupunun Rəhbəri tanınmış musiqiçi  bəstəkar -aranjimançı Samir Şirinov mübarək Ramazan günlərində "Sevincimiz Ramazan"adlı maralı və uğurlu bir layihəyə imza atıb. Musiqisi Samir Şirinova ,Sözləri İkram Əliyeva məxsus olan musiqini tanınmış sənətçi Pərviz Aabdullayev və Seyyid Taleh tərəfindən ifa olunmuşdur.Musiqinin xüsusi peşəkarlıq ilə hazırlanması Sevincimiz Ramazan mahnısının bundan sonra  Ramazan Marşı kimidə yaddaşlarda qalacağından xəbər verir.Müəllif tərəfindən paylaşılan musiqili video süjet sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdır.Həmin musiqini sizlərə təqdim edir Musson qrupa isə Ramazan sevincini yaşayan hər kəs tərfindən təşəkkür və minnətdarlığımızı bildiririk. Psixoloq.az

Qeyri-müəyyənlik insanı panikaya gətirib çıxarır-Psixoloqdan tövsiyyələr

Uzunmüddətli məcburi karantin insanın psixoloji vəziyyətinə ciddi zərər verə bilər. Lakin bunun müvəqqəti olduğunu düşünmək ,bizim ruh halımızı yüngülləşdirə bilər.İnsan psixikası elə qurulub ki o, istənilən hansısa bir məhdudiyyətin öhdəsindən gələ bilir.İnsan qeyri –müəyyən vəziyyətdə psixoloji olaraq əziyyət çəkir. Qeyri-müəyyənlik insanı panikaya gətirib çıxarır. Pankia isə insanın daxili psixoloji resurslarını tükəndirir. Covid 19 pandemiyası ilə əlaqədar olaraq yaranmış özünü təcrid insanların təkcə fiziki deyil , həmçinin psixoloji təhlükəsizliyini qoruyur. Bu səbəbdən, psixoloji dəstək almaq zəruridir. Mən bir psixoloq kimi məsləhət görürəm ki, bu təcrid müddətində gələcəklə bağlı qısa müddətli planlar, gələcəkdə reallaşdırmaq istədikləri lahiyələr haqqında düşünsünlər.Çünki ,bu bizim psixikamıza müsbət təsir edəcək. Hal –hazırdakı bu həyəcan, təşviş,daxili diskomfort hissinin həll yoludur.Bu müddət ərzində sosial şəbəkələrdə ünsiyyət qurmaq vacib amillərdən biridir . Müəyyən fərqli müzakirə mövzuları seçmək lazımdır .Müxtəlif xeyriyyəçilik və.s tədbirlərə qoşulmaq sizə stimul və motivasiya verə bilər. Qeyd edim ki,neqativ yoxlanılmamış informasiyalardan da uzaq durulmalıdır. Bu müddət ərzində qorxunun və həyəcanın sizi idarə etməsinə izn verməyin.Insan həyəcan keçirərkən onun gücü ,enerjisi tükənin və bu halda o özünü yorğun , tükənmiş və çarəsiz hiss edir. Buna görə də insanın immun sisteminə böyük bir ziyan dəyir. Xatırladım ki ,sizin sağlamlığınız çox dəyərlidir . Sağlamlıq deyərkən təkcə fizialoji deyil, həmçinin psixoloji sağlamlıq nəzərdə tutulur. Unutmayın ki, karantin həyatımızda müvəqqəti bir haldır.Vacib amillərdən biri də budur ki , daxili resurslarımız karantindən sonrakı adaptasiya dövründən sonrakı dönəmdə bizə lazım olacaq.

Koronavirusun 3 ciddi psixoloji təsiri olacaq – Psixoloqdan mühüm açıqlama

“Pandemiya həm insan-insan münasibətinə, həm insan-cəmiyyət münasibətinə, həm də insan-dünya münasibətinə təsirini göstərəcək” Koronavirus pandemiyası səbəbilə evdə qalmaq və virusun yaratdığı qorxu getdikcə insanların psixoloji durumuna təsir göstərir. Bu səbəbdən vətəndaşlarda panik atak, depressiya, stres, müxtəlif fobiyalar müşahidə edilir.  Evə qapanmaq əsasən psixologiyası zəif insanlara daha çox təsir edir. Mütəxəssislərin fikrincə, bu vəziyyət bitdikdən sonra insanlarda müxtəlif psixi problemlər yarana bilər. Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Psixoloq.az “Sherg.az”a istinadən açıqlamasında bildirib ki, ölkəmizdə xüsusi karantin rejimi anidən tətbiq edilmədi, bu proses mərhələli şəkildə həyata keçirildi. Onun sözlərinə görə, karantin rejimi birdən tətbiq olunsaydı psixoloji fəsadları da böyük olardı: “Bu baxımdan qabaqlayıcı tədbirlər görülərkən bunun göstərə biləcəyi psixoloji təsir də nəzərə alınmışdı. Digər tərəfdən xüsusi karantin rejimi demək olar ki, əksər ölkələrdə tətbiq olundu. Bir çox dövlətlərdə isə bununla bağlı fövqəlada vəziyyət elan olundu. Görülən qabaqlayıcı tədbirlər Azərbaycan daxil bütün ölkələrə müsbət təsirini göstərir. Xüsusi karantin rejimi pandemiya ilə bağlı tətbiq olunub. Məqsəd insanları təhlükəli virusdan qorumaqdır. Müsbət nəticəni də virusa yoluxanların sayının azalmasında görə bilirik”.  Karantin rejiminin insanların psixoloji durumuna təsirinə gəlincə E.Rüstəmov bildirdi ki, pandemiya psixoloji təsirini göstərir, bundan sonra da göstərəcək: “Sadəcə bunun təsiri insandan insana, ailədən ailəyə, dövlətdən dövlətə fərqli formalarda olacaq. Nəzərə almaq lazımdır ki, insan psixologiyası həm də individualdı. Hər insanda ortaq psixoloji cəhətlərlə bərabər fərqli xüsusiyyətlər var. Ona görə psixoloji təsir konkret istiqamətdə olmayacaq. Bununla bərabər pandemiya həm insan-insan münasibətinə, həm insan-cəmiyyət münasibətinə, həm də insan-dünya münasibətinə öz təsirini göstərəcək”. Psixoloq qeyd edib ki, koronavirusa dair ən problemli məqam  xəstəliyin etimologiyası, gedişatla bağlı konkret fikrin olmaması, dolayısı ilə qeyri-müəyyən vəziyyətin hökm sürməsidir: “Nəzərə almaq lazımdır ki, insan psixologiyasına ən çox mənfi təsir göstərən məqam qeyri-müəyyən vəziyyətdir. Pandemiyanın nə zaman sona çatacağı, normal həyatın nə vaxt qaydaya düşəcəyi ilə bağlı konkret fikrin olmaması, digər tərəfdən bununla bağlı bir çox fərziyələrin irəli sürülməsi də insanlarda psixoloji gərginlik yaradır. Bugün internet üzərindən kifayət qədər təhrif edilmiş, həqiqəti əks etdirməyən müxtəlif video materiallar tirajlanır ki, bu da insanardakı qeyri-müəyyənliyi daha da dərinləşdirir. Ona görə də maksimal dərəcədə informasiya təhlükəsizliyimizi qorumalıyıq. Çünki, hazırkı məqamda psixoloji gərginliyin bir səbəbi də insanın ifrat informasiya ilə yüklənməyidir”. E.Rüstəmov pandemiyanın fərdi psixoloji təsirləri ilə bağlı məqama da toxunub: “Ailənin uzun müddət rejim şəraitində bir yerdə qalması yeni ailədaxili münasibətlərin yaranmasına səbəb olacaq. Artıq 1 aydan çoxdur ki, xüsusi karantin rejimi davam edir. İnsanların böyük bir qismi demək olar ki, günün böyük hissəsini evdə keçirirlər. Bu da öz növbəsində ailəni təşkil edən fərdlərin hər birinin psixoloji durumuna təsir göstərəcək. Psixoloji gərginlik fonunda psixoloji pozuntuların yaranmasına rəvac verəcək. Təşviş-həyəcan, panik atak, depressiya, obsessiv-kompulsiv pozuntu, yuxu, qida  və bu kimi psixoloji pozuntuların artmasına rəvac verə bilər. Eyni zamanda uşaqlarda müxtəlif psixoloji problemlərin artacağını da (davranış, ünsiyyət və s.) qeyd etmək olar. Bundan sığortalanmaq üçün görəcəyimiz iş xüsusi karantin rejiminin tələblərinə əməl etmək, evdə olduğumuz müddətdən səmərəli istifadə etməkdir. Əgər bunu edə biləriksə, istər indi, istərsə də postpandemiya dövründə özümüzü psixoloji pozuntulardan sığortalaya bilərik. Nəzərə almaq lazımdır ki, postpandemiya dövründə post travmatik stress pozuntusu da artacaq. Insanlar hələ uzun müddət virus qorxusu ilə yaşayaq, təkrar virusun ola biləcəyi ilə bağlı düşüncələrdən dolayı bir çox psixoloji problemlər yaşaya bilərlər. Bizi bu bəladan milli birlik, milli həmrəylik xilas edəcək. Cənab Prezindentin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük”.

Covid-19 Məktəblilərdə qorxuya səbəb ola bilər-Psixoloq Pəri Əhmədova

Psixoloq.az xəbər verir ki,bu barədə Emin Abdullayev adına Oğuz şəhər 2 saylı orta məktəbinpsixoloqu Pərvanə Əhmədova özünün facebook sosial hesabında paylaşım edərək valideynlərə maraqlı tövsiyyələr vermişdir.Həmin yazını sizlərə təqdim edirik. Bütün dünyada, o cümlədən Azərbaycanda yayılan COVİD-19 pandemiyası özü ilə bərabər bəşəriyyətə bir çox problemlər yaşatmaqda davam edir. Belə problemlərdən biri də məktəblərin bağlanması, məktəbli uşaqların sosial mühitdən təcrid olunması, evdə qalması, təhsildən kənarlaşmasıdır.Bəs bu kimi hallar uşaqların psixologiyasında hansı problemlərə səbəb ola bilər, onlarda psixoloji gərginlik, qorxu, stress, həyəcan yarada bilərmi? Burada valideynlərin üzərinə nə kimi məsuliyyər düşür?Bu suallara cavab tapmaq üçün əvvəlcə qorxunun nə olduğuna və onun hansı yaşda necə təzahür etdiyinə aydınlıq gətirək.Qorxu, yaxınlaşmaqda olan təhlükə səbəbi ilə ortaya çıxan və uzaqlaşmaq istəyi əmələ gətirən bir duyğudur. Qorxu uşaqların görünən və görunməyən təhlükələr qarşısında göstərdikləri təbii bir təsirdir. Qorxu bir əşyaya və hadisəyə bağlı bir haldır. Qorxunun ən vacib xüsusiyyəti gözlənilməz bir vəziyyətdə ortaya çıxmasıdır. Uşaqların qorxuları yaşa görə dəyişə bilər. Aparılmış tədqiqatlara görə :- 0-2 yaş arası uşaqlarda yüksək səs, yad şəxslər, ata-anadan ayrı qalma və böyük obyektlərlə əlaqədar olan qorxular; - 3-6 yaş arası: canavarlar, qarabasmalar, qaranlıq, tək yatmaq, tanımadıqları səslər ilə əlaqədar qorxular; - 7-16 yaş arası: yaralanma, xəstəlik, məktəb nailiyyəti, ölüm, təbii fəlakətlər, yaxınlarını itirmək kimi daha gerçək qorxular bir çox uşağın ortaq qorxusudur.Göründüyü kimi hal-hazırda yaşadığımız problemlər və onlardan yaranan həyəcan və təşviş halları ən çox məktəb yaşlı uşaqlara təsir edə bilər. Lakin, bu kimi hallar tez-tez təkrarlanarsa, yəni uşaq ətrafında valideynlərindən, yaxınlarından, kütləvi informasiya vasitələrindən eşitdikləri hadisələrdən dolayı təşvişə düşürsə bu, artıq problem sayıla və uşaqların stress halına gətirib çıxara bilər.Məlumdur ki, stress uşaqlarda daha ciddi fəsadlara gətirib çıxara bilər. Çünki uşaqlar yaşadıqları problem haqda bəzən məlumat verməyə çətinlik çəkir. Uşaqlar ailədə və cəmiyyətdə əhalinin daha çox qayğıya, köməyə və himayəyə ehtiyacı olan təbəqəsi sayılır. Bununla yanaşı onlar da böyüklər kimi fəlakət zonalarında xəstəliklər zamanı psixoloji sarsıntılara məruz qalır. Eyni zamanda xəstəliklər və müxtəlif səbəblərdən xəstəxanaya düşmək qorxusu onlarda travmatik simptomların yaranmasına səbəb ola bilər. Burada xüsusilə risk qrupuna aid olan uşaqlar özünə qapalı, həyəcanlı və emosional, melanxoliyaya meyli olanlardır. Bu amillər onların fərdi psixoloji xüsusiyyətlərindən və yaşadıqları ortamda olan gerçək vəziyyətdən, yəni ailədəki mühitdən asılıdır.Bu gün yaşanan hadisələrdən dolayı ailənin, valideynlərin üzərinə çox böyük məsuliyyət düşür. Valideynlər bu gün uşaqlara qarşı diqqəti və qayğını daha da artırmalı, onlarla daha çox vaxt keçirməli, uşaqların boş vaxtlarını evdə daha səmərəli təşkil etməlidirlər. Ətrafda və dünyada baş verən hadisələri onlara daha anlaşıqlı dildə başa salaraq onlardan gigiyena qaydalarına əməl etməyi tələb edərək gigiyenik mədəniyyət formalaşdırmalıdırlar. Həmçinin valideynlər uşaqların kompüter və televizor qarşısında normadan artıq vaxt keçirmələrinə şərait yaratmamalı, bunun əvəzinə onlarla intellektual oyunlar, söz oyunları keçirmək, idman etmək, mütaliə, şəkil çəkmək kimi vərdişlər formlaşdırmalıdırlar.Uşaqlar təcrübələrinin və düşünmə qabiliyyətinin məhdud olması səbəbilə gördükləri və eşitdiklərini düzgün qiymətləndirə bilmirlər. Onlar gördüklərini və eşitdiklərini şişirdərək təhrif edərək qorxulu nəticəyə gələ bilərlər.Əziz valideynlər, uşağınızdan qorxduğu şeyləri izah etməsini istəyin, onların şəklini çəkməsini deyin. Uşaqlar qorxduqlarını çəkdikdən sonra, onu daha rahat başa sala və məlumatlandıra bilərsiniz. Uşağınıza qorxmasının təbii olduğunu və keçəcəyini izah edə bilərsiniz. Bunun üçün özünüzdən və başqalarından nümunə göstərərək ”Bu qorxunu və həyəcanı hiss edən tək sən deyilsən, bir çox insanlar bu halı yaşayır və bu zamanla keçib gedəcək” deyərək onu başa salmağa çalışın.Uşaqlarda həyəcan, təşviş və stress halları müşahidə etsəniz sosial şəbəkələr vasitəsilə psixoloq məsləhəti almağa çalışın.Hamınıza sağlam və firavan həyat diləyilə Müəllif: Emin Abdullayev adına Oğuz şəhər 2 saylı orta məktəbin psixoloqu Pərvanə Əhmədova.

Dərs və əyləncəni əhatə edən proqram tərtib edilsin -Valideynlərə tövsiyyə- Video

Psixoloq.az xəbər verir ki,bu barədə Psixoloq Nİgar Cəbrayıl Xəzər xəbərə müsahibəsində danışıb.Həmin video süjeti sizlərə təqdim edirik.

Tanınmış pediatr Koronovirusla bağlı danışdı-Video

Psixoloq.az xəbər verir ki, Tanınmış pedatr dr Sevinc Əliyeva koronovirusla bağlı maraqlı bilgilər paylaşıb.Həmin video görüntünü sizlərə təqdim edirik.

Covid-19 və Dunning Kruqer Sindromu-Psixoloq Elnur Rüstəmov

Psixoloq.az xəbər verir ki, son günlər pandemiya ilə bağlı insanların karantin rejiminə riayət etməməsi ilə bağlı psixoloqlarda mediada və sosial şəbəkələrdə marifləndirmə işləri aparırlar.Tanınmış psixoloq Psixologiya Elmi Tədqiqat İnstitunun Sədri Elnur Rüstəmov özünün sosial hesabında maraqlı paylaşım edərək  qeyd edir ki, pandemiya rejiminə əməl etməmək psixikamızın Dunning-Kruqer sindromunun göstəriciləridir.Həmin paylaşımı olduğu kimi sizlərə təqdim edirik Dunning-Kruger sindromu Cornell Universitetinin 2 psixoloqu DavidDunning və Justin Kruger tərəfindən elmə gətirilib. Onlar bu sindroma görə məşhurlaşdılar və 2000-ci ildə Nobel mükafatına layiq görüldülər. Dunning-Kruger sindromunun digər adı “Cahil cəsarətidir”. Kitab, qəzet oxumayan, dünyada baş verən hadisələri öz bildikləri kimi şərh edən, sosial mühitdə özünü hər mövzuda məlumatlı biri kimi göstərən insanlar sindromun daşıyıcılarıdır. Onlar özlərini həddindən yüksək qiymətləndirirlər. Onlara görə hər şeyin yaxşısını özləri bilir, idarəetmə bacarığı da yalnız onlarda vardır. Bəs Koronavirusla Dunning-Kruger sindromunun əlaqəsi nədir?Yəqin ki, ətrafınızda bu virusun varlığına inanmayan, əhəmiyyətsiz yanaşan, özünün Koronavirusa tutulmayacağını əminliklə söyləyən insanlar var. Onlar deyilən heç bir məsləhətə əməl etmir, "ölərəmsə, heç bir dezinfeksiya, karantin bunun qarşısını ala bilməz"- deyə düşünürlər. Bunlar isə Dunning-Kruger sindromunun əlamətləridir.Ona görə də, əgər bu düşüncələr səndə və ya tanışında varsa, ilk növbədə bu düşüncələri ağlından çıxarmağa çalış. Rəsmi saytlardan Covid-19 la (koronavirus) bağlı məqalələr oxu. Qaydalara lazımi şəkildə riayət et. Əks təqdirdə Dunning-Kruger sindromu #evdə qal müddətində daha da arta, Sənin və ətrafın yaşam tərzini çətinləşdirə bilər. Bugün Covid-19-a inanmayacaqsan, sabah qohumun təhsilini sorğulayacaqsan, ananın yeməyindən daha gözəl yemək bişirə biləcəyinizi düşünəcəksən, istəsən, qardaşından daha yaxşı yerlərə gələbiləcəyinizi söyləyəcək, lazımsız yerə atanıın “səhv”lərini sorğulayacaqsan. Həyatını bu cür keçirməmək üçün Sən də bizə qoşul. Ailən üçün, sevdiklərin üçün#Evdə qal, sağlam qal.

Koronavirus və stres: Ruh sağlamlığımızı necə qoruyaq?-PSİXİATR YAZIR

Qeyri-müəyyənlik insanlarda narahatçılıq hissi yaradan və ya bu hissi həddindən çox artıran ən önəmli faktordur.  İnsan olaraq bizlər, hər şey təxmin edilə bilən, dəqiq və müəyyən olduğunda özümüzü daha rahat hiss edərik. Ola biləcək təhlükələri bilmək və onları kontrol etmək istəyərik, ancaq yaşadığımız dünyada bu hər zaman mümkün olmur. Xüsusilə həyatımızda ilk dəfə  qarşılaşdığımız, 100 ildə bir görülən pandemiya halı təbii olaraq böyük stres yaradır. Stres bədənimizin ruhi və fiziki bütünlüyünün pozulmasına qarşı verdiyi adaptasiya reaksiyasıdır. Təhlükə, qorxu  qarşısında bədənimiz 3F reaksiyası verir (fight, flight, freeze) Savaşmaq (fight)Qaçmaq (flight)Donub qalmaq (freeze) Təhlükə ilə qarşı-qarşıya qaldığımız vaxt, böyrəküstü vəzidən çox miqdarda adrenalin ifraz olunur. Damarlarımız adrenalinlə dolur və qan vasitəsi ilə bütün bədənimizə yayılır. Bədənimizdə dolaşan adrenalin hormonunun təsiri ilə ürək döyüntüsü  artar,  tərləmə artışı, titrəmə, istilik basması, ağız quruması, tez-tez nəfəs almağımıza,  həyəcan və qorxu hiss etməyimizə səbəb olar.Aylardır davam edən Covid-19 infeksiyası ilə əlaqəli qorxu və xroniki stres insanın ruh sağlığı üçün yorucu ola bilər. Xüsusi ilə nevrozun müxtəlif növləri olan insanlar bu periodda daha diqqətli olmalıdır. Obsessiv kompulsiv xəstəlik (sayrışan hallar nevrozu), ipoxondrix pozuntu, panik atak  xəstəliyi olan insanlarda əlamətlərdə artış görülə bilər.Məsələn, Türkiyə Psixiatriya Dərnəyinə görə, aşağıdakı qruplar stresə qarşı daha güclü reaksiya verə bilərlər:-Əvvəlcədən nevrotik problemləri və psixiatrik və psixolojik narahatçılıqları olanlar və mualicə alanlar-Uşaqlar və yeniyetmələr-Həkimlər və digər tibbi xidmət verən işçilər (xüsusilə virusa yoluxmuş insanlarla qarşılaşma riski ən yüksək olan tibb işçiləri) Stress reaksiyaları bunlar ola bilər:-Öz sağlamıq vəziyyəti  və ya yaxınlarına virus keçirməklə əlaqəli qorxu və təlaş-Yuxu və yemək rejiminin pozulması-Diqqəti toplamaqda çətinlik -Xroniki xəstəliklərin şiddətlənməsi (allergiya, ürək-damar xəstəlikləri, şəkər, təzyiq və s. kimi sistem xəstəlikləri)-Alkaqol, tütün və digər vasitələrdən istifadənin artmasıStressə qarşı dözümlülüyümüzü artırmaq üçün -COVID-19-la əlaqəli məlumatlara həddindən çox məruz qalmanın qarşısını almalıyıq. Özümüzə yaxşı qulluq etməliyik, sağlam qidalanmağa çalışmalı, mütəmadi hərəkətli olmaq və idman etməli, normal yatmalı, dincəlməli, spirtli içki, tütün və narkotik vasitələrdən uzaq olmalıyıq. -Rahatlamaq üçün özünüzə vaxt ayırın, bu narahatçılığın və güclü qorxunun keçəcəyini özünüzə xatırladın.-Bu halda mütəmadi xəbər və sosial media izləmək məyusluq, qəmginlik yarada bilər. Normal həyata qayıtmaq üçün sevdiyiniz şeylərə qayıtmağa, hobbilərinizlə məşğul olmağa çalışın.-Ümid hissini qoruyun və müsbət düşünməyə davam edin.-Hisslərinizi ailə üzvləriniz və yaxınlarınızla bölüşün.-Çox çətinlik yaşadığınız, çıxılmaz durumda olduğunuz hallarda ruhi xəstəliklər mütəxəssisinə müraciət edin. Azər Bağırov-Psixiatr, uzman həkim, Mənbə e-tibb.az 

"Müsbətə köklənin, bu halda immun sistemi də güclənir"-Psixoloq Əfsanə Rüstəmova

Dünyada, o cümlədən Azərbaycanda da koronavirusla mübarizə üçün görülən tədbirlərlə əlaqədar olaraq bir çox insan ya məcbur, ya da özləri istəyərək başqaları ilə təmasları minimuma endirməyi və evdə qalmağı üstün tutur. Yeni reallıqlar insanların həyat tərzini və vərdişlərini dəyişdirir. Psixoloq.az xəbər verir ki İnsanların müvəqqəti təcrid olunmasının sosial-psixoloji aspektləri barədə psixoloq Əfsanə Rüstəmova Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, hər kəsin vəziyyəti eyni deyil. Gündəlik qazanc (hər hansı bir məcburiyyət) üçün evdən çıxanları da nəzərə alıb ictimaiyyətə eyni şəkildə təsir edəcək çağırışlar etmək lazımdır:"Məsələn, panikanı azaltmaq üçün "yaşlılar, şəkəri və sairə xroniki xəstəliyi olanlar" risk qrupuna daha çox daxildir deyilir. Bunu deyəndə ekrandan bu göstəriciləri olan neçə adamın səni eşitdiyini düşünsən.. Və o adamların da hər birinin məlumatı dərk etmə şəkli fərqlidir. Sırf bu səbəbdən qorxan insanları təşvişə salmamaq üçün daha mülayim davranmaq əsas şərtdir. Anlamaq lazımdır ki, ölüm üçün zaman, məkan, yaş vəs. fərq etmir. Vaxtı çatıbsa, olacaq. Yeni statistika çıxdı ki, acından ölənlərin sayı koronavirusdan ölənlərin sayından 10 dəfə çoxdur. Bu mövzuda biz panika yaşayırıqmı?!Demək ki, "evdə qalmaq" çarə deyil. Əlbəttə ki, lazımı önləmləri alaraq məhdud həyat fəaliyyətini davam etdirməliyik. Bəlkə koronovirusdan 10 adam ölər, amma hərəkətsizlikdən, qorxudan, ifrat stresdən 10 minlərlə adam ölə bilər. Psixoloji olaraq özünüzə yaxın buraxmadığınız heç nəyi yaşamırsınız. Müsbətə köklənin. Çünki, bu halda immun sistemi də güclənir, şüuraltı da müqavimət qabiliyyətli olur. Müsbət tərəfdən baxsaq müxtəlif periodlarda yaşanan bu cür keçici panikalar insanları ayıldır. Əvvəllər də bu cür risk payı olan böyük xəstəliklər olub. Tv-də senzuralı verilən məhdud məlumatlar dönəmindən, sosial media vastəsilə bütün məlumatların tirajlanması dönəminə keçdiyimiz üçün məsələ bizim üçün bu qədər "qorxuludur".Fəridə Ağazadə sonxeber.az

Tanınmış həkim ÖPÜŞMƏNİN tibbi tərəflərindən danışdı

Psixoloq.az  xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə küçədə öpüşən gənclərin fotosunun paylaşılması bir qrup insanın tənqidinə, bir qrup isə onların müdafiə etməsinə səbəb olur.Bu  barədə son zamanlar korono virusla mübarizə ilə bağlı  maraqlı yazıları və paylaşımları ilə medianın diqqətində olan, tibb sahəsində peşəkar anestiozoloq, təcrübəli reanimatoloq kimi tanınmış həkim Şahin Məmmədov özünün sosial hesabında paylaşım etmişdir.Həmin paylaşımı sizlərə olduğu kimi təqdim edirik. Tibbi 18+Küçədə öpüşməyi gündəmə gətirir bəzi dostlar.)Düşünürəm düz edirlər, biraz karonavirus mövzusundan uzaqlaşmaq pis olmaz.Baxiram maraqli kommentler var.Komment yazanlarin ümumi  fikrini deyim sonra bu barədə  TIBB NƏ DEYIR yazacam.Bir qrup insan deyir öpüşməyə adi baxmaq lazımdir. Çünki bu seks sayılmır. Həm də cinayət işləmirlər ki pis baxasız? Adam öldürürlər ya rüşvət alırlar ? Bacarırsız  siz də edin. Sizi hec kim öpmür  deye qısqanırsız deyə olmaz  deyirsiz . Ikinci qrup insanların fikri belədir ki: Öpüşmək mini seksdir. Onlar instinktiv olaraq əmmək istəyirlər. Küçədə yalniz dodaqdan öpməyə yol verilir deye məcburən yarımçıq seks edirlər. Əlbəttə oğlana tam icazə verilsə çox şey edər.Tibbi tərəfini isə mən izah edim.Dodaqlar və dil sinir reseptorları ilə həddən artıq zəngin yerdir. Bu nahiyələr bədəndə çoxdur, erogen zonalar sayılır. Portnyorun üzəri açıq qalan sinir reseptorları ilə toxundurulduqda hər ikisinin beynində ildirımlar çaxır) Bu elektrik hadisəsi nəticəsində milyardlarla kimyəvi reaksiya surətlənir. Və beyində 3 biokimyəvi aktiv maddə ifraz edilir. Oksitosin, dofamin ve serotonin.Bu maddələr ne iş görür sizə deyim.1. Oksitosin. Bu həmçinin sevgi hormonu da adlanır. 2013 cu ildə aparılmış tədqiqata görə oksitosin partnyorları bir birinə bağlayır.  Yəni öpüşənlər hər ikisi monoqam olmağa meyilli olur. Öpüşməyən portnyorların gözləri başqa istiqamətlərə daha çox kayır) Oksitosinə sevgi hormonu adı niyə verilib? Çünki bu maddəyə görə,ana uşağı ilk dəfə əmizdirəndə körpəyə qarşı sevgi yaranır. Qeyd edim ki oksitosin süd vəzilərin giləsi qıcıqlananda daha çox artır. Oksitosin həmçinin uşaqlığı yığaraq qanaxmanı saxlayır deyə uşaq anadan olan kimi döşlə əmizdirilməsi tələb edilir. Nə isə qayidaq söhbətimizə. Oksitosinden basqa beyində çaxan ildirımların nəticəsində2. Dofamin ifrazı artır. Bu maddə hər iki portnyorda həddən artıq xoş hiss- eyforiya yaratmaq işinə baxir. Öpüşənlər bu maddənin təsirinə görə  gözlərini bağlayırlar, gözləri açanda isə başları qısa müddətli gicəllənir. Dofamin ürek döyüntüsünü, arterial təzyiqi artırmaqla əzələlərin qanla təchizatını yüksəldir. Hər iki portnyoru ağır fiziki işə - seksə hazırlayır. Və nəhayət3. Serotonin. Bu maddə isə portyorların hər ikisinə relaxing, dincəlmək, rahatlaşmaq, əhval ruhiyənin yuksəlməsi hissini verir. Serotonin stress hormonu olan kortizolu basqılayır. Stressin bədənə olan mənfi tesirlərini götürür. Öpüşmə vaxtı bu maddə çıxmasa idi beyində yaranan ildırımları bədənimiz stress kimi qəbul edərdi və orqanizm zərər görərdi. Serotonin mediatoru depressiya əleyhinə çox güclü vasitədir. Bildiyiniz kimi ən müasir antidepressantlar məhz serotoninin bədəndə parçalanmasının qarşısını alan maddələrdir. Bu antidepressantlara misal kimi Citalopram (Celexa)Escitalopram (Lexapro)Fluoxetine (Prozac)Paroxetine (Paxil, Pexeva)Sertraline (Zoloft) göstərmək olar. Tez -tez öpüşənlərin bu dermanları atmağa ehtiyacları yoxdur.Tez -tez öpüşənlər depressiyadan uzaq, optimist düşüncəli olurlar. Psixoloq.az