Qurban bayramında heyvan kəsimi və satışı bu ünvanlarda olacaq - SİYAHI

Qurban bayramında heyvan kəsimi və satışının həyata keçiriləcəyi ünvanlar açıqlanıb. Bu barədə XəzərXəbər-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.Bildirilib ki, Agentlik bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli İcra hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir.Bakı şəhəri üzrə həmin kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:S/sRayonlarHeyvan kəsimi və satışı məntəqələrinin ünvanları1Səbail rayonuGülbala Əliyev küçəsi (Bibiheybət Neft-Qazçıxarma İdarəsinin arxası)220-ci sahə (Badamdar şosesi)3Xətai rayonuZığ yolu ("Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)4Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi5Binəqədi rayonuBiləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (dördyol adlanan yer)6Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə, 15 (heyvan bazarının yanı)7Cəfər Xəndan küçəsi, 54 ("Ət pavilyonu")8Şərifzadə küçəsi, 1969Yasamal rayonuYeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 710M.Xiyabani küçəsi 10c11Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi)12Qaradağ rayonuAqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)13"Qoç-ət" MMC , Lökbatan qəsəbəsi14Nizami rayonuM.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi15"Azər-Aqro" MMC , Yeni Bakı Neftayırma Zavodu dairəsi16Əliyar Əliyev küçəsi 26 ("Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)17Nərimanov rayonuTəbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi ("Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı18Əlyar Əliyev küçəsi 36a ("Təbriz" KM, Keşlə bazarı)19Suraxanı rayonuHövsan Qəsəbəsi, Hövsan-Türkan yolu (Ticarət Mərkəzinin qarşısı)20Yeni Günəşli V massivi ("Günəş" Ticarət Mərkəzi)21Xəzər rayonuQala qəsəbəsi Dəmiryol stansiyası ("Lambir” müəssisənin arxası)22Binə qəsəbəsi, "Öz Fermamızdan" MMC23       Abşeron rayonu"Səhliyalı" MMC,Xırdalan şəhəri Quşçuluq massivi24Zabrat yolu "Azmeat" ət kəsimi məntəqəsinin qarşısındakı sahə25Zabrat-Kürdaxanı şossesinin sağ tərəfi26Zabrat-Maştağa şosesi ("Kanal" marketin yanı)27Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 7228Sabunçu rayonuNardaran qəsəbəsi, Mirzəfətəli Axundzadə küçəsi 10729Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 6 ("Sabunçu" mərasim evinin həyəti)30Ramana qəsəbəsi, Şuşa küçəsi31Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi32Sabunçu rayonu, Zabrat qəsəbəsi "Azmeat" MMC33Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6

Avropada nikah institutu dağılır və ölür - Maraqlı Statistika

Psixoloq.az maraqlı bir statistikanı oxucuların nəzərinə çatdırır.  Avropada nikah institutu ölür: nikahdan kənar doğulanların 2016-cı ildə faizi, nikahlı yeni doğulanlardan çox olub. Avropa Birliyində 2000 və 2016-cı illər arasında nikahdan kənar doğulan uşaqların sayı 15% artıb. Portuqaliyada 2016-cı ildə bu göstərici 53% təşkil edib, Fransada- 60%, Bolqarıstan və Sloveniyada -59%, Estoniyada -56%, İsveçdə -55%, Danimarkada- 54%. Əksinə, Yunanıstanda, Xorvatiyada, Kiprdə 80% yeni doğulan uşaqlar nikah dövründə dünyaya gəliblər.  Bundan başqa, qeyd olunur ki, AB ölkələrinin hamısında 2015-2016-da nikahdan kənar doğulanların sayı artıb, yalnız Estoniya, İtaliya, Latviya, Litva, Macarıstan, və Böyük Britaniyadan başqa. Bu ölkələrdə göstərici 0,2-dən -2% kimi azalıb. Bolqarıstan və İrlandiyada bu müddətdə göstərici dəyişməyib. Bununla bərabər qeyd olunur ki, tədqiqat nikahdan imtina edib birgə həyatın təşkili məqsədilə fiziki şəxslər arasında bağlanan vətəndaş həmrəyliyi müqaviləsini nəzərə almır. Bu da formal olaraq nikahdan kənar doğulan uşaqların sayına əhəmiyyətli dərəcədə təsir edir. “Qeydiyyata alınmış tərəfdaşlıq kimi nikaha hüquqi alternativlər daha geniş yayılmağa başlayıb və dövlət qanunları bununla əlaqədar dəyişdirilib ki, ərsiz cütlüklərə geniş hüquqlar verilsin”-Eurostatın tədqiqatında belə deyilir.  Fransada 2016-cı ildə 192 000 vətəndaş həmrəyliyi paktı imzalanıb, bu da 2015-dəkindən 3000 çoxdur. Bu cür müqavilələrin sayı 2002-dən artıb. 2016-da isə hər beş rəsmi nikaha dörd müqavilə düşüb. Əvvəllər İspaniya XİN-in başçısı və Avropa parlamentinin eks-sədri Jozep Baorrel bildirib ki, ölkədə qaçqınlarla bağlı situasiyanı kütləvi miqrasiya kimi dəyərləndirmək olmaz, çünki  indiki doğum faizinin aşağı olması ilə əlaqədar qaçqınlar Avropanı cavanlaşdıra bilərlər. “Avropanın demoqrafik inkişafı göstərir ki, əgər biz tədricən qocaların kontinentinə çevrilmək istəmiriksə bizə yeni qan lazımdır. Və bu yeni qanı bizim qoca yaşımızla artırmaq mümkün olmayacaq”-Borrel izah edib.(moderator.az)

“Tibbi optika haqqında” qanun layihəsi parlamentdə müzakirəyə çıxarılır

Milli Məclisin (MM) qarşıdan gələn 2018-cil payız sessiyasının qanunvercilik işləri planına daxil ediləcək qanun layihələri arasında parlamentin Səhiyyə komitəsi tərəfindən hazırlanan və sonuncu yaz sessiyasında komitənin ilkin müzakirələrindən keçən “Tibbi optika haqqında” yeni qanun layihəsi də var. Psixoloq.az xəbər verir ki, bu barədə MM-dən məlumat verilib. Qeyd olunub ki, ötən dövr ərzində qanun layihəsi üzərində İşçi Qrupu tərəfindən işlər davam etdirilib, ilkin ictimai müzakirələr, dinləmələr zamanı səsləndirilən təkliflər nəzərdən keçirilib və bəzilərinin sənədə daxil edilməsi qərara alınııb. “Bu məsələ neçə illər idi ki, müzakirə olunurdu. Hətta, bu yöndə ilkin məsləhətləşmələr zamanı belə bir fikir də səsləndirilmişdi ki, bəlkə optika ilə bağlı məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna əlavə kimi daxil edilsin. Amma müzakirələrin, məsləhətləşmələrin sonunda belə qərara gəlindi ki, bu məsələ ilə bağlı ayrıca qanuna ehtiyac var, o məsələləri başqa qanunla tənzimləmək olmur və ya da effektli olmaz. Ona görə də “Tibbi optika haqqında” qanunun hazırlanmasına başlanıldı”, -deyə MM-dən bildirilib. Eyni zamanda, bildirilib ki, bununla bağlı dünyanın bir sıra ölkələrində, o cümlədən, qardaş Türkiyədə də müvafiq qanun var. “Ona görə belə hesab edildi ki, Azərbaycanda da belə bir qanun olmalıdır”,-deyə MM-dən daha sonra qeyd edilib. Onu da xatırladaq ki, “Tibbi optika haqqında” qanun layihəsinin ilkin variantında- 8-ci maddədə qeyd olunur ki, optika mağazaları (və ya müəssisələri) hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliyə uyğun olaraq yaradılır. Əhaliyə optikaçılıq xidmətləri yalnız optika mağazaları vasitəsilə göstərilir.Optika mağazasının açılması müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında həyata keçirilir. Optika mağazasında tibbi optika məhsulları ilə yanaşı, qoruyucu və gün eynəklərinin, eynək sağanaqlarının və digər əlaqəli məmulatların və onların ehtiyat hissələrinin və aksessuarlarının satışı, hazırlanması, quraşdırılması, montajı, sazlanması, uyğunlaşdırılması, təmiri, servis-texniki xidməti həyata keçirilə bilər. Optika mağazasında bilavasitə əhaliyə optikaçılıq xidmətləri optikaçılıq və ya optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən, optometriya xidmətləri isə yalnız optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər tərəfindən göstərilir. Optika mağazasının müdiri optikaçı və ya optometrist olmaya bilər. Optika məhsullarının satışı pasiyentin şifarişi və ya təqdim olunan həkim resepti əsasında həyata keçirilir. Pasiyentin sifarişi əsasında satılan tibb optika məhsulunun ölçüsünün pasiyentin görmə dərəcəsinə uyğun olmamasına görə optika mağazası məsuliyyət daşımır. Optika mağazasında optometrist fəaliyyət göstərmirsə, orada müayinə üçün istifadə olunan tibbi optika avadanlığı saxlanıla bilməz.(oxu.az)

Hər kəsin gözündən yayınır — Təyyarədə insanı xilas edən 8 addım

Təyyarəyə bu gün minməyən adam tapılmaz. Amma təyyarələrin bir çox xüsusiyyətləri barədə ən kiçik təsəvvürümüz belə yoxdur. Psixoloq.az verir ki, bu günə qədər fərqinə varmadığımız, gözümüzdən yayınan 8 xüsusiyyət insan həyatını xilas edə bilər. Pəncərə dəliyi: Təyyarənin daxilindəki təzyiq ilə çöldəki təzyiq çox fərqlidir. Kabinadakı təzyiqi sərnişinlər üçün normal səviyyədə saxlamaq üçün təyyarə pəncərələri çöl, orta və iç olmaqla üç hissədən ibarətdir. Orta və çöl təbəqə arasında bir boşluq var. Bu isə təzyiqi normallaşdırmağa kömək edir.(ölkə.az)

Boş qalan yerlərə ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Dövlət İmtahan Mərkəzindən (DİM) publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur. Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub. İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin ixtisas kodunu seçib, onları http://eservices.dim.gov.az/erizebak/ixtisas2/ internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Abituriyent ali təhsil müəssisələrinin ixtisas kodlarını seçərkən dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd edir. Əgər abituriyent hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyirsə, bu halda həmin ixtisas kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. Orta ixtisas təhsili müəssisələrinin isə dövlət hesabına və ya ödənişli əsaslarla qəbul aparılan ixtisaslarının kodları fərqlidir. Hər bir ixtisas kodu ərizəyə ayrıca daxil edilməlidir. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Bakıda ana və oğlu eyni vaxtda tələbə oldu – Foto

Artıq ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Yüksək rəqabətlə müşahidə olunan imtahanlar maraqlı faktlarla yadda qalıb. Məsələn, builki qəbul imtahanlarında ana və oğlu tələbə adını qazanıblar. Belə ki, Bakı şəhəri 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Kifayət Cabbarova Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qəbul olunub. O, qiyabi formada təhsil alacaq. Oğlu Hüseyn Cabbarlı isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi adını qazanıb.(azedu.az)

Virus 49 nəfərin ölümünə səbəb olub

Konqo Demokratik Respublikasında Ebola virusu 49 nəfərin ölümünə səbəb olub. Pixoloq.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Konqonun səhiyyə nazirliyindən bildiriblər. Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı ölkədə Ebola virusundan 44 nəfərin öldüyünü bildirirdi. Səhiyyə nazirliyinin məlumatına əsasən, ölkədə 63 təsdiqlənmiş Ebola virusuna yoluxma halı qeydə alınıb.

Benzin bahalaşdı - FOTO

Azərbaycanda "Premium Euro-95” və "Super Euro-98” markalı yanacağın qiyməti qalxıb. Psixoloq.az xəbər verir ki, yeni tariflərə əsasən, "Premium Euro-95”in satış qiyməti 1,50 manat, "Super Euro-98” markalı benzinin qiyməti isə 1,60 manat olub. Hazırda ölkəyə idxal olunan "Premium Euro-95” markalı avtomobil benzininin hər litri orta hesabla, 1.35-1.4 AZN-ə başa gəlir. Araşdırmalar yanacaqdoldurma məntəqələrində bu markalı benzinin hər litrinin 1.25 AZN-ə satılması məhsulun idxal qiymətinin satış qiymətindən daha yüksək olduğunu aydın göstərir. Oxşar vəziyyət keçmiş müddətdə "Super Euro-98” markalı avtomobil benzinində də müşahidə olunurdu.

Qurban ətini ODUNDA BİŞİRMƏYİN - XƏBƏRDARLIQ

Niger Respublikası əhaliyə bu il Qurban bayramında ətlərin odunda bişirilməməsi ilə bağlı xəbərdarlıq edib. Psixoloq.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ölkədə yaşıllıqların ildən-ilə azalmasıdır. Məlumata görə, ölkənin paytaxtı Niameydə Qurban bayramı günü istifadə edilən odun illik istifadənin 1/5-ni təşkil edir. Bayram günü paytaxtda 400 min xırdabuynuzlu heyvan kəsilməsi gözlənilir. Onların bişirilməsi üçün isə 50 min ton odunun istifadə ediləcəyi təxmin edilir. Ekologiya müdiri Oumarou Alou xalqa müraciət edərək bayram günü kəsilən ətləri bişirmək üçün odun yerinə kömürdən istifadə etməyi tövsiyə edib. Rəsmi məlumata görə, maşın, eşşək arabaları və ya dəvələrlə normadan artıq odun gətirənlər şəhərə buraxılmayacaq. O.Alou ekologiyanı qorumaq üçün bu addımı atmağa məcbur olduqlarını bildirib.(Publika.az)

Azərbaycana qanunsuz keçirilən külli miqdarda dərman aşkarlanıb - FOTO

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili “HCVG vizual - Smiths Detection” yoxlama-baxış sistemindən keçirilib.  Bu barədə oxu.az-a- DGK-dan məlumat verilib. Baxış zamanı, monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb. Türkiyə vətəndaşının idarə etdiyi “VOLVO” markalı həmin nəqliyyat vasitəsinə təkrar baxış nəticəsində gömrük orqanına bəyan olunmayan 104 adda 10 min 110 qutu dərman preparatı, gömrük orqanına düzgün bəyan olunmayan 3 min ədəd “Eren” markalı müayinə masa ortüyü, 700 ədəd “Beybi Care” markalı yataq qoruyucu örtüyü, 554 min 400 ədəd “TentyFlex” markalı cərrahi əlcəyi aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Pivə haqqında bilmədiyiniz maraqlı faktlar

Tədqiqatçıların fikrinə əsasən, pivəni lazımi qədər içdikdə sağlamlıq üçün faydası toxuna bilər. Qəribədir? Psixoloq.az xəbər verir ki, dietoloq və məşqçi Ceymi Loci bildirir ki, aşağı kalorili pivələr bu məsələdə daha effektivdir.  Əgər siz pivənin təkcə susuzluğu yatırtmasını istəmir və fayda da əldə etmək istəyirsinizsə, “light” markalı və tərkibində 4-5 % spirt olanı seçməlisiniz. Eyni zamanda qazsız pivə də faydalıdır. Kalsium Bir qayda olaraq pivənin tərkibi kalsiumla zəngindir. Bu isə sümüklərin möhkəmlənməsinə kömək edir. Bu barədə 2009-cu ildə “American Journal of Clinical Nutrition” jurnalının tədqiqatında məlumat verilib. Alimlər məlum ediblər ki, lazımi dərəcədə pivə içmək sümük toxumasının qalınlığını artırır. Bununla da osteoporoz riskini azaldır. Alimlərin fikrinə əsasən pivənin tərkibində olan silisium vacib rol oynayır. B Vitamini Tünd pivənin tərkibində B qrupu vitaminləri (B12-dən başqa) daxil olmaqla qidalandırıcı maddələr var. Qərb tibb jurnalının məlumatına əsasən buğdanın tərkibində olan riboflavan maddəsinin miqdarı pivə bişirilməsi prosesində artır. Eyni zamanda nikotin turşusu, yəni B3 maddəsi pivənin tərkibində var və onun miqdarı pivənin növündən asılı olaraq dəyişir. Dəmir Bir stəkan pivənin tərkibində 0.3 milliqram dəmir var. Bu isə məsləhət görülən sutkalıq normanın 3%-i deməkdir. Təbii ki, qaraciyər, qırmızı ət və balqabaq tumunun tərkibində dəmir daha çoxdur. Amma pivənin də tərkibində dəmirin olması faktını oxuculara çatdırdıq. Dəmir orqanizm üçün çox vacib elementdir. Flavonoidlər Tünd pivənin tərkibi flavonoidlərlə zəngindir. Bu maddə isə mikrob əleyhinə xüsusiyyəti ilə məşhurdur. 2003-cü ildə Viskonsin universitetinin apardığı araşdırmaya əsasən pivənin tərkibindəki flavonoidlər ürək tutmasının və qan tərkibinin qatılaşmasının qarşısını alır. Amma nəzərə almaq lazımdır ki, təcrübə insan yox, köpəklər üzərində aparılıb. Ferul turşusu Pivə su, arpa, maya, mayaotu və pivə mayasından ibarətdir. Onun xarakterik dadını isə bişmiş arpa verir. Bu arpa pasterizə edilir və filtirdən süzülür. Dieoloqların fikrinə əsasən, arpanın tərkibində ferul turşusu var və bu soyuqdəymə və iltihabı, ürək-damar xəstəlikləri və onkoloji xəstəliklərə yoluxma riskini azaldır. Tünd pivələrin tərkibində ferul turşusunun miqdarı daha çoxdur.(oxu.az)

Çəkdiyiniz fotoları bizə göndərin - Oxucuların nəzərinə

Əziz oxucular, qarşılaşdığınız maraqlı hadisələrin şəkil və videolarını bizə göndərərək ictimailləşdirə bilərsiniz.  Bunun üçün əldə etdiyiniz məlumatları, şəkil və ya videoları ilə birlikdə [email protected] mail adresinə göndərə bilərsiniz. Həmin yazılar redaktə olunduqdan sonra saytda dərc ediləcək.  Məlumat üçün deyək ki, həmin faktların aşağısında ad və soyadınız qeyd ediləcək. Psixoloq.az