Qoç – yaxın ətrafınızdakı insanların planlarınıza müdaxilə etmələrinə imkan verməsəniz, çox işlər görmək olar. İşləriniz az deyil. Yığılıb qalmış məktublara cavab verin. Maraqlı məlumatlar ola bilər.Günün ikinci yarısında tək qalmaq istəyəcəksiniz.İdmanla məşğul olun. Bu zaman orqanizminizdəki endorfinlər sizə tam sakitlik qədər xoş təsir göstərəcək.Axşam saatlarında köhnə dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq. Buğa – intuisiyanızın səsinə qulaq asın. Cari məsələlərin həllində sınanmış metodlardan istifadə edin. Sağlam məntiq, praktiki hesabların önəmi artır. Avantüralar sizi dalana apara bilər.Yerinə yetirə bilməyəcəyiniz vədlərdən uzaq olun.Günün ikinci yarısında sayıq olun. Vəziyyəti ən xırda nüanslara qədər dəyərləndirməyi bacarın. Mənasız, əsassız illüziyalara qapılmayın. İşgüzar məsəslələrdə, maliyyə müstəvisində təklifləri real qiymətləndirin. Yekun qərarın qəbulunu ertələmək də olar. Əkizlər – önəmli, ciddi məsələlərdə tələskənliyə yorl verməyin. Rutin işlərlə kifayətlənin. Bəlirlənmiş çərçivədən kənara çıxmayın, qaydalara riayət edin.İş yerində narahatlıq hiss edə bilərsiniz. Başqalarının müzakirələrinə qatılmayın.Günün ikinci yarısında haqq-hesab çəkilən söhbətlərdən uzaq durun. Bilavasitə öhdənizə düşən, sizə tapşırılan işləri yerinə yetirin. Tapşırıqları qulaqardına vurmayın.Axşam saatlarında gəzintiyə çıxmaq olar. Xərçəng – dəyərlər sisteminiz bu gün problemlər yarada bilər. Dəqiq seçim etməlisiniz. Günün uğurları və uğursuzluqları məqsədə doğru irəliləyişdə seçdiyiniz kursun müəyyənləşdirilməsindən asılıdır.Günün ikinci yarısında seçim zərurəti yaranarsa, itki verəcəksiniz.Hadisələri bir qədər qabaqlayın ki, daha ciddi problemlərlə qarşılaşmayasınız.Dost məsləhəti faydalı ola bilər.Axşam saatlarında yaxşı tanıdığınız insanlarla birlikdə olun. Şir – qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Genişmiqyaslı layihələrə başlamaq üçün münasib zaman deyil. Əhvalınızın pisləşməsi istisna deyil. Real məsələlərin həllinə başlamaq əvəzinə illüziyalara qapılmayın.Günün ikinci yarısında nəzərdə tutulmamış problemlər, əngəllər yaranacaq. Səbrli olun, soyuqqanlı davranın. Xırdalıqları nəzərdən qaçırmayın. Hətta ən önəmsiz təsir bağışlayan detal işlərinizdə ləngimələr yarada bilər.Axşam saatlarını sevdiyiniz insanlara həsr edin. Qız – verdiyiniz sözlərə əməl edin, vədləri unutmayın. Tapşırıqları rəqiblərlə müqayisədə daha tez yerinə yetirməyə çalışın. Yeni vədlər verməyə tələsməyin. Şərtlər sürətlə dəyişəcək. Situasiyanı məntiqlə qiymətləndirin, şanslarınızdan istifadə edin.Günün ikinci yarısında maliyyə məsələlərində xüsusilə diqqətli olun. Mühüm sənədləri diqqətlə oxuyun, tələskənlik etməyin. Təcili olmayan işləri bir qədər təxirə salın.Astagəllik etməyin. Tərəzi – iş həyatınızın yeganə mənası deyil. Bunu anlayın və bilin ki, işlərin bir hissəsi bilavasitə nəzarətiniz olmadan da yerinə yetirilə bilər. Qüvvə və imkanlarınızı daha ciddi layihəyə qorumaq üçün bəzi planlardan imtina etmək gərəkdir.Günün ikinci yarısında hansısa məsələni həll edə bilmirsinizsə, situsiyaya kəskin müdaxilələr etməyin.Hadisələrin öz məcrasında inkişaf etməsinə şərait yaradın. Əqrəb – rutin, yeknsək işlər sizi usandıra bilər. Maraqlı məşğuliyyət arayırsınızsa, fantaziyanızı işə salın. Xırdalıqlar və detalları nəzərdən qaçırmayın. Qətiyyətli, iradəli olsanız yaxşı nəticələr əldə edə bilərsiniz.Günün ikinci yarısında təcrübənizdən yararlana bilərsiniz. Bilik və bacarıqlarınızdan maksimum dərəcədə istifadə edin. Şəxsi münasibətlərdə aqressiv olmayın. İntuisiyanıza güvənin. Hisslər və içgüdülər sizi aldatmayacaq.Axşam saatlarında stressdən qurtulmağa can atın. Oxatan – cari işlərlə məşğul olun. Əyləncə və istirahəti təxirə salmaq olar. Dostlarla görüşlərdən faydalanın. Yaşamınızda ən önəmli mərhələrərdən biridir. İşlərinizdə irəliləyişlərə nail olmaq istəyirsinizsə, aktiv olun.Günün ikinci yarısında çalışdığınız müstəvidə yaxşı nəticələrə nail ola bilərsiniz. Yaxın perspektivlə bağlı planlarınıza dəyişikliklər edin.Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Əhvalınız dəyişəcək, niyyətləriniz fərqli olacaq.Güc və imkanlarınıza qənaət edin. Başqalarının əvəzinə işləməyə həvəsli olmayın. Oğlaq – deyilən hər sözə kor-koranə inanmayın. Aldığınız informasiyanın yanlış və ya yalan olması istisna deyil. Hisslərə qapılaraq düşünülməmiş qərarlar verməyin. Çalşıdığınız kollektivdə müxtəlif intriqalar və ya dedi-qodulara qatılmayın.Günün ikinci yarısında sizə etiraz aksiyasına, lokal “üsyan”a qatılmaq təklif olunacaq. Yaxşı düşünün. İşdə həmkarlarla münasibətləri möhkəmləndirmək, rəhbərliklə aranızdakı anlaşılmazlığı aradan qaldırmaq olar. Nufuzunuz və mövqeləriniz barədə düşünün. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı münasibətləri möhkəmləndirin. Dolça – kollektivdəki şərait qarşılıqlı yardımlaşma və əməkdaşlıq tələb edir. Peşəkar fəaliyyət prosesində yaranan ləngimələr və məhdudiyyətləri aradan qaldırın. Əks təqdirdə onlar yaxın vaxtlarda ciddi problemlərə çevrilə bilər.Maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə toqquşursa, ehtiyatlı davranın. Münaqişələri, fikir ayrılıqlarını aradan qaldırın.Emosional olmayın.Axşam saatlarında ciddi məsələni həll etmək mümkün deyil. Aktivliyin yeni mərhələsi ərəfəsində normal istirahət etməyi unutmayın. Balıqlar – günün ilk yarısından etibarən baş verənləri anlamağa çətinlik çəkəcəksiniz. Qohumlar və ya dostların yardımlarına ehtiyac duya bilərsiniz. Dəyər verdiyiniz insanlarla təmaslarda diqqətli, qayğıkeş olun.Günün ikinci yarısında emosiyalarınızı cilovlayın. Çətin situasiyada hissə qapılmayın. Qarşılıqlı iradlar köhnə problemlərdən birini daha da ağırlaşdıra bilər. Qısqanclıq və inamsızlığın artmasına rəvac verməyin. Məişət məsələləri ilə bağlı kəskin mübahisələrə başlamayın.İstənilən mübahisənin kompromis həlli var. Milli.Az
Qoç – gözlənilməz hadisələr və xoş sürprizlərlə dolu gündür. Eksperimentlər, yeni planların reallaşması, qeyri-adi açıqlamaların mümkün olacağı zamandır. Karyera müstəvisində irəliləmək və ya çoxdan arzuladığınız işi, vəzifəni, sifarişi almaq imkanları var. Bunun üçün sürətlə hərəkət etmək, qətiyyətlə davranmaq gərəkdir. Günün ikinci yarısında emosiyalarınıza hakim olun. Ciddi tanışlıq ehtimalı azdır, amma ötəri münasibətlər olacaq. Maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik eləməyin. Borc almayın. Buğa – çətin gündür, lakin çətinliklərin öhdəsindən gələcəksiniz. Əsas məsələ, depressiv əhval-ruhiyyənin təsirində qalmayın. Doğrudur, yaxın ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Amma ümumi fəaliyyətlə bağlı razılığa gəlmək olar. Rəhbərlik sizdən çox iş tələb edir, qarşınıza yeni tapşırıqlar qoyur. Əlavə işlər görməli olacaqsınız. Günün ikinci yarısında maliyyə fonu əlverişli deyil. Sərfəli anlaşma, yaxşı sifariş və ya gəlirə bel bağlamayın. Bununla belə, ümidi kəsməyin. Hər şey yaxşı olacaq. Əkizlər – işdə və evdə yaşanan dəyişikliklər planları dəyişdirəcək. Buna sevinin, axı istifadə edə biləcəyiniz yeni imkanlar yaranır. İşdə rəhbərlik və həmkarlarla qeyri-formal şəraitdə ünsiyyət üçün yaxşı gündür. Önəmli danışıqları özünüzü rahat və yaxşı hiss edəcəyiniz yerdə keçirin. İş üçün gərəkli əşyalar, alətlər və texnika almaq olar. Günün ikinci yarısında intellektual potensial yüksəkdir. Dürüst qərarları sürətlə qəbul edin, qarışıq situasiyalarda doğru yolu seçin. Ağıllı insanlarla ünsiyyət sizə xoş emosiyalar bəxş edəcək. Xərçəng – yaşanan hadisələri dərhal adekvat dəyərləndirə bilməyəcəksiniz. İlk əvvəl narahat olacaq, təşvişə düşəcəksiniz. Lakin az sonra anlayacaqsınız ki, dəyişikliklər yaxşılığa doğrudur. İş yerini dəyişmək, qüvvə və potensialınızı fərqli sahədə yoxlamaq imkanları yaranır. Yeni ideya və planların reallaşması üçün əlverişli zamandır. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, şəxsi münasibətlərdə də təşəbbüskar ola bilərsiniz. Günün ikinci yarısında uzunmüddətli səfərə yollana bilərsiniz. Evdə qalsanız, darıxmayın. Sizi dostlarla görüş, ya da romantik macəra gözləyir. Şir – günün ilk yarısı çətindir. Problemlər var, günün emosional fonu əlverişli deyil. Bu səbəbdən də yaşanan hadisələri bədbin çalarlarda görürsünüz. İşlə müqayisədə şəxsi münasibətlər barədə çox düşünməyin. Belə olarsa ən sadə proseslərdə səhvlərə yol verəcəksiniz. Rəhbərliklə fikir ayrılıqları yarana bilər. Günün ikinci yarısında situasiya stabilləşəcək. Pozitiv təmayüllər güclənəcək, özünüzü daha rahat hiss edəcəksiniz. Axşam saatları qeyri-adi əyləncələr, maraqlı insanlarla görüş zamanıdır. Sevdiyiniz insanla münasibətləriniz qısqanclıqla korlanmasın. Soyuqqanlı, səmimi olun. Qız – günün ilk yarısında narahatlıq və təlaş ola bilər. Peşə fəaliyyəti sahəsində çətinliklər və maliyyə itkiləri istisna deyil. İşlər çoxdur, onları yerbəyer etmək asan deyil. Aktual olan işləri ikinci dərəcəli məsələlərdən ayırın. İşdə rəhbərlik və həmkarlarla anlaşılmaz situasiyaların yaranmasının təhəbbüskarı olmayın. Əks təqdirdə nüfuzu qorumaq asan olmayacaq. Söhbət və danışıqlarda ehtiyatlı olun. Sözlərinizə fikir verin. Günün ikinci yarısında pozitiv təmayüllərin təsiri artır. Çətinliklərin əksəriyyəti qət olunacaq, qarşınızda yeni imkanlar yaranacaq. Axşam saatları ailə üzvləri ilə xoş ünsiyyət, çoxdan bəri normal təmaslarınız olmayan insanlarla dil tapmaq üçün əlverişli zamandır. Tərəzi – diqqətli, huşyar olun. Ən müxtəlif işlər səlis yanaşma tələb edir. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Yeni ideyalar çoxdur. Amma onları reallaşdıra bilmədiniz deyə, sinirlənməyin. Sürətlə hərəkət edin, amma ifrata varmayın. Əks təqdirdə ətrafınızdakı insanlarda narazılıq yaranaraq münaqişəyə rəvac verə bilər. Günün ikinci yarısında əhvalınız pisləşə bilər. Axşam saatları xüsusilə əsəbi keçəcək. Əks cins mənsubu, xüsusilə də yaşlı qohumla dil tapmaq çox çətindir. Ən kiçik məsələ əsəbləri tarıma çəkə bilər. Əqrəb – peşəkar fəaliyyət sahəsində asan uğurlara bel bağlamayın. Nəyəsə nail olmaq istəyirsinizsə, zəhmət çəkməli olacaqsınız. Kimsə sizə yardım etmək, problemlərinizin bir qismini öz üzərinə götürmək niyyətində deyil. İş yoldaşları ilə dil tapmaq asan deyil. Günün ikinci yarısı araşdırmalar, tədqiqatlar, bilik və təcrübənin artırılması üçün əlverişli zamandır. Dəvət aldığınız bütün tədbirlərə qatılmayın. Yorulacaq, usanacaqsınız. Axşam saatları gəzinti və aktiv istirahət üçündür. Oxatan – günün ilk yarısı maraqlı və hadisələrlə zəngin olacaq. Qətiyyətli, inadkar, əzmli olsanız, məqsədlərinizə çata bilərsiniz. Tənbəllik etməyin, ətalətli davranmayın. Yeniliyi əxz etməyə, fəaliyyətinizdə innovasiyalara yer verməyə çalışın. Başqalarının səhvlərini təhlil edin ki, özünüz həmin səhvləri təkrarlamayasınız. İşgüzar danışıqlarda uğur əldə etmək istəyirsinizsə güzəştə getməyin, nəyə nail olmaq istədiyinizi müəyyənləşdirin. Günün ikinci yarısı ailə üzvləri ilə birlikdə çalışmaq, istirahətlə bağlı planları müzakirə etmək üçün əlverişlidir. Alış-veriş edin, simic davranmayın. Oğlaq – ən müxtəlif işlər üçün uğurlu və əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapacaqsınız. Əvvəllər anlamadığınız, başa düşmək istəmədiyiniz insanların problemlərini dərk edin. Əks cins mənsubu ilə söhbətdə ehtiyatlı olun. Qəfil hədiyyə, gəlir istisna deyil. Qarşınızda yeni işgüzar perspektivlər yaradan təklif alacaqsınız. Günün ikinci yarısında neqativ təmayüllər üzə çıxacaq. Əhvalınız pozulacaq, kiçik anlaşılmazlıqlar yaranacaq. Lakin ruhdan düşməyin, qətiyyətlə və inamla çalışın. Özünüzü sevindirməyin yollarını tapın. Dolça – sizi maraqlandıran sahələrdə əməkdaşlıq üçün əlverişli zamandır. Nikbin və qətiyyətli olun. Ətrafınızdakı insanlar sizin əzminizdən ruhlanmalıdır. Çoxdan bəri görmədiyiniz insanlarla görüşlər effektiv nəticə verəcək. Anlayacaqsınız ki, qarşılıqlı rəğbət və maraq yox olmayıb. Zəifləmiş romantik münasibətləri bərpa etmək şansı var. Lakin bu addımı atmazdan əvvəl düşünün: belə bərpaya ehtiyac duyulur? Günün ikinci yarısında əldə edilən razılaşma və sövdələşmə gəlir vəd edir. Yeni işə başlayırsınızsa, ümidləriniz doğrulacaq. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə səlis və diqqətli olun. Balıqlar – yaxın ətrafınızdakı insanlarla münaqişəyə rəvac verməyin. Mübahisə edənləri sakitləşdirin, küsənləri barışdırın. Yaxşı tanıdığınız insanlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin. İşgüzar danışıqlar yaxşı keçəcək. Həssas və diqqətli olun. Yeni işə başlamaq üçün əlverişli zamandır. İlk uğur tezliklə əldə olunacaq. Hətta ən çətin problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. Dəvət aldığınız tədbirə qatılın. Dostlarla görüşün, ailəvi istirahət edin. Pozitiv emosiyalar ala bilərsiniz. Milli.Az
Qoç - günün ilk yarısında yaranan problemlərin sayına və formalarına rəğmən onları dəf edə biləcəksiniz. Hətta sizə rəğbət bəsləməyən insanlarla belə, dil tapa biləcəksiniz. Səmimiyyət, dürüstlük və doğru danışmaq sizə dostlar, yaxınlar və həmfikirlərlə münasibətlərdə rəvanlığı qorumağa yardım edəcək. Günün ikinci yarısı uğurludur. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır. Yaşamınızı daha rahat edəcək, məişət problemlərinin həllində işinizi asanlaşdıracaq əşyalar almaq olar. Buğa - təmaslarda ehtiyatlı və sayıq olun. Ətrafınızdakı insanların hamısına kor-koranə etibar etməyin. Bədxahın intriqa və ya manipulyasiyalarının qurbanına çevrilə bilərsiniz. Huşyar davranın. Günün ikinci yarısında hətta ən yaxın bildiyiniz insanları çətinliklə anlayırsınız. Onların niyyət və istəklərini başa düşməyə çalışın. Yaranan problemləri ürəyinizə salmayın. Çətinlikləri dəf edərkən sonradan karınıza gələcək təcrübə qazanırsınız. Yardım istəyənə dəstək olun, müraciəti rədd etməyin. Çünki başqasının problemlərini həll edərkən fikir, niyyət və gözləntilərinizdə qayda yaradırsınız. Əkizlər - günün emosional fonu əlverişli deyil. Əhvalınız prisləşəcək, özünüzü yorğun və pərişan hiss edəcəksiniz. Yaşam enerjinizin tükəndiyini düşünəcəksiniz. Yaxın ətrafınızdakı insanlarla problemlər yaranacaq. Hətta ən yaxın insanlarla dil tapmaq çətindir. Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin. Təşvişə düşməyin, bədbinliyə qapılmayın. Yalnız bu minvalla mənfi təmayülərin öhdəsindən gələ bilərsiniz. Bilik və məlumatların əldə edilməsi ilə bağlı problemlər yaranır. Aldığınız məlumatları dərin təhlilə uğradın. Axşam saatlarında gəzintiyə çıxın. Səhhətinizə fikir verin. Xərçəng - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu başlanacaq. Başladığınız işi görmək asan olmasa da, onu tamamlayın. Tənbəl və ətalətli olmayın. Bütün diqqətinizi karyera və peşəkar nailiyyətlər müstəvisinə yönəltsəniz, qarşınızda açılan yeni üfüqləri görəcəksiniz. Günün ikinci yarısında faydalı tanışlıqlar yaratmaq, mövqelərinizi möhkəmləndirmək imkanları var. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Laqeyd olmadığınız insanlarda xoş ovqat yaradın. Vədlər verməyə tələsməyin. Onları yerinə yetirmək asan deyil. Şir - günün ilk yarısı uğurlu olacaq. Nüfuzlu şəxslə söhbətdə mövqelərinizi müdafiə edin. Planlarınızı reallaşdırın, başladığınız işləri başa vurun. Vaxtınızı hədər yerə sərf etməyin, çünki saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. Enerji resurslarınız isə tükənməyə başlayır. Günün ikinci yarısında ciddi, böyükmiqyaslı işə başlamayın. Yaxınlarınızla dil tapın. İşgüzar təmaslarda çətinliklər formalaşır. Axşam saatlarını istirahətə həsr edin. Qız - günün ilk yarısı uğursuz olacaq. Yaxın ətrafınızdakı insanlarla təmaslarda problemlər yaranacaq. Sərt və aqressiv davranmayın. Maliyyə çətinlikləri, planlaşdırılmamış xərclər istsina deyil. Günün ikinci yarısında maliyyə vəsaitindən məntiqlə yararlanın. Yaxın ətrafınızdakı insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin. Ailə üzvlərinizin problemlərini həll edin. İşlərinizdə qayda yaradın. Axşam saatlarında kiçik hədiyyələr, xoş sürprizlər ola bilər. Tərəzi - mənfi təmayüllərin təsiri güclü olsa da, gün ümidsiz deyil. Qarşınıza dürüst və real məqsədlər qoyun. Belədə vaxtınızla yanaşı, qüvvənizə də qənaət edə bilərsiniz. Planların bir qismini nüfuzlu şəxsin yardımı və ya təsiri ilə həll edə bilərsiniz. Amma həmin şəxs bundan sonra da işlərinizə müdaxilə edəcək. Çox xoşagəlməz, arzuolunmaz vəziyyətlər alınacaq. Günün ikinci yarısında alış-veriş etmək, şübhəli biznes layihələrə qatılmaq, pul yatırmaq məsləhət deyil. Planlaşdırılmamış gəlir istisna deyil. Əldə etdiyiniz pulu israf etməyin. İntuisiyanıza güvənin. Onun işarələri yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha tez və məntiqidir. Əqrəb - müsbət təmayüllərin təsirindən yararlanaraq başladığınız işləri başa vurun. İradə, qətiyyət və əzm önəmlidir. Onlar olmadan ciddi uğur əldə etməyəcəksiniz. İlkin işgüzar danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə etmək olar. Lakin yekun qərar qəbul etməyə tələsməyin. Az sonra niyyətlərinizdə dəyişikliklərə səbəb ola biləcək məlumat alacaqsınız. Günün ikinci yarısında ehtiyatlı olun. Alət və avadanlıqlarla çalışanda diqqətli davranın. Sükan arxasında uzaq səfərlərə yollanmaq məsləhət deyil. Oxatan - siyasi və ictimai prolseslərə maraq arta bilər. Əsl dəyərlər, ədalət uğrunda səylərinizi əsirgəmədən mübarizəyə başlamaq istəyirsiniz. Güclü rəqiblə qarşılaşanda belə, geri çəkilməyin. Ona qalib gələ bilərsiniz. Qələbəyə özünüz də təəccüblənəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün günün ikinci yarısında maksimum səy göstərin. İşdə və evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan verməyin, səmimi və soyuqqanlı olun. Yaşlı qohumlarla münasibətlərdə problemlər yaranacaq. Oğlaq - düşərli və məhsuldar gündür. Əvvəllər çözməyə cəsarət etmədiyiniz problemlərin öhdəsindən gələcəksiniz. Peşəkar fəaliyyət müstəvisində əməkdaşlıqla bağlı gözlənilməz təkliflər alacaqsınız. İş yerinizi dəyişmək barədə düşünə bilərsiniz. Daha maraqlı, maaşı çox olan iş arayırsınız. Günün ikinci yarısında cəsarətli ideya və fikirləri reallaşdırmaq, eksperimentlər aparmaq olar. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insana doğru ilk addım atsanız, yaxşılığa doğru köklü dəyişikliklərə başlaya bilərsiniz. Axşam saatlarını yaxınlarınızın yanında keçirin. Dolça - müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu alınacaq. İşgüzar danışıqlar məhsuldar olacaq. Sizi istənilən situasiyada dəstəkləməyə hazır insanla qarşılaşacaqsınız. Nüfuzlu hami də ola bilər. O, qarşılaşdığınız bir sıra prolemləri özü həll edəcək. Günün ikinci yarısında anlaşma və ya müqaviləyə nail olmaq, mühüm sənəd imzalamaq olar. Şəxsi münasibətlər baxımından da əlverişli zamandır. Planları, həyacanları və niyyətlərini sizinlə bölüşmək istəməyən insanla davranış modelindən intuisiyanız xəbər verəcək. Axşam saatlarını yaxınlarınızla keçirin. Balıqlar - gün gözlədiyinizdən də uğurlu olacaq. Bel bağlamadığınız işlərdə uğur əldə edə bilərsiniz. Xoş sürprizlər, qəfil kəşflər ola bilər. İşdə həmkarlarla fikir ayrılıqları və ixtilafları aradan qaldıracaq, son vaxtlar dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdıracaqsınız. Günün ikinci yarısında peşəkar mövqelərinizi möhkəmləndirməyi unutmayın. Gəlirlər, gəlir mənbələri arta bilər. Alış-veriş üçün əlverişli gündür. Axşam saatlarında xüsusilə diqqətli olun (Milli.Az).
Qoç – ətrafınızdakı insanların emosional durumu və əhvalı sizə də təsir edəcək. Sizi anlasınlar deyə, hər şeyi maksimal dərəcədə sadələşdirməyin. Qayğıkeş olun, laqeyd insan təsiri bağışlamayın. Nöqsanlarınızın tənqidi sizi ruhdan salmasın. Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Dartışmalar, çək-çevir, münasibətlərin aydınlaşdırılması üçün yaxşı zaman deyil. Səhhətinizi düşünün. Buğa – yaşamınızın kommunikativ yönlərinə xüsusi diqqət yetirin. Diplomat olun, sərt məqamlarda qarşı tərəfin maraqlarını nəzərə alın. Dialoqun yüksək səviyyədə olmasına can atın. Belədə zəruri məsələlərdə güzəştə asanlıqla nail ola bilərsiniz. Günün ikinci yarısında mübahisələri alovlandırmayın. Bundan sonrakı hərəkət və ya fəaliyyət istiqamətinizlə bağlı tərəddüdləriniz varsa, bir qədər nəfəs dərin. Düşünün, götür-qoy edin. Yaşananların məcrasını araşdırın. Daxili səsinizi dinləyin. İntuisiyanız sizi aldatmayacaq. Əkizlər – var gücünüzlə çalışmağa ehtiyac yoxdur. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çata bilərsiniz. Üstəlik, yanınızda olan insanlardan biri qayğı və işlərinizin hamısını olmasa da, əhəmiyyətli hissəsini boynuna götürməyə hazırdır. Planlarınızı müəyyənləşdirin. Şərtlər ilk əvvəl çox mürəkkəb və ağır təsir bağışlasa da, narahat olmayın. Optimal çözüm yolunu seçə bilərsiniz. Günün ikinci yarısı işgüzar danışıqlar və şəxsi münasibətlər müstəvisindəki görüşlər üçün əlverişlidir. Xərçəng – günün ilk yarısında yalnız öz qüvvənizə bel bağlamayın. Yaxın ətrafınızdakı insanlarla da tərəfdaşlığı gücləndirin. Belədə məqsədə daha tez çata bilərsiniz. Fəaliyyətinizin hansısa sahəsində problemlər yaranarsa, narahat olmayın. Yeni perspektivlər aşkarlanacaq. Günün ikinci yarısında romantik münasibətlərə aludə olmayın. Aktiv olun. Hərəkətdə fayda var. Qarşılıqlı anlaşmanızın olduğu insanla ünsiyyətdə yeni ideyalar əxz edə bilərsiniz. Yaxın gələcəklə bağlı ümumi planları təxirə salmayın. Axşam saatlarında normal istirahət edin. Şir – diqqətli və sayıq olun. Yaşanan olayları həssaslıqla izləyin. Parlayan hər şey qızıl deyil. Bununla belə, unutmayın ki, kölgədə qalan hər şey diqqətinizə dəyməz. Qəflətən nəzərinizə dəyən məsələləri araşdırın. Günün ikinci yarısında bilik və bacarıqlarınızı peşəkar fəaliyyət müstəvisində tam reallaşdırın. Qətiyyətli olun. Əzmkar insan təsiri bağışlayın. Anlaşmalarda şərtlərlə diqqətlə tanış olun. Maliyyə və əmlak sənədlərində səhvlərə yol verməyin. Qız – dostların yardımından, təcrübəli həmkarlarınızın məsləhətlərindən imtina etməyin. Hadisələrin axarından bixəbər qalmayın. Gərəkli informasiyanı, aradığınız məlumatı dostlardan ala bilərsiniz. İnternetin yaratdığı üstünlüklərdən istifadə edin. Günün ikinci yarısında diqqətli, təmkinli davranın. Yeni layihənin reallaşdırılması üçün yaxşı imkanlar yaranır. Peşəkar məziyyətlərinizi gücləndirin. Axşam saatlarında normal istirahət edin. Tərəzi – tərəfdaşlar və şəriklərlə əlaqələri intensivləşdirin. Görülən işlə bağlı vəzifə bölgüsünü dəqiqləşdirin. Ambisiyalarınız reallığı üstələməməlidir. Borcları qaytarın, bədxahların sevinməsinə imkan verməyin. Günün ikinci yarısında pullarınızı sovurmayın. Maliyyə vəsaitinizin qədrini bilin. Borc verdiyiniz insanlara ödənişlərin vacibliyini xatırladın. Sizi maraqlandıran məsələlərdə inadkar olun. Güzəştlərə izafi meylli olmağınız zəiflik kimi dəyərləndirilə bilər. Mühüm sənədlərin yenidən hazırlanması üçün əlverişli zamandır. Əqrəb – yaxın ətrafınızdakı insanlarla qarşılıqlı təmaslarda harmoniyaya nail olun. Sevdiyiniz insanla münasibətləri gərginləşdirməyin. Münasibətlərin sizə prinsipiallıqdan daha önəmli olduğunu qarşı tərəfə göstərin. Gəlir şanslarından yararlanın. Günün ikinci yarısında boşboğaz, intriqant, xudpəsənd insanlardan uzaq durun. Önəmli məsələni qulaqardına vuraraq ikinci dərəcəli problemlərin həllinə başlamayın. Müzakirələr və diskussiyalar üçün əlverişli zaman axşam saatlarıdır. Oxatan – sentimental olmayın, hisslərin əsirinə çevrilməyin. Əhvalınız stabilliklə fərqlənmir. Cari situasiyaya uyğun addımlar atın. İşdə və evdə təmkinli olun. Ailə üzvlərinin müraciətlərini cavabsız qoymayın. Günün ikinci yarısında çətin vəziyyətdən çıxış yolu mütləq var. Yalnız öz ehtiyaclarınızı düşünməyin. Doğmalara və dəyər verdiyiniz insanlara sözdə yox, əməldə yardımlar edin. Təsərrüfat problemlərinin əhəmiyyətli qismini həll etmək olar. Dövlət qurumlarının mənsubları ilə təmaslarınızın effektiv olmasına can atın. Sayıq davranın. Oğlaq – günün ilk yarısı qəfil hadisələr və təəssüratlar görüş və informasiyalarla zəngindir. Mühüm məsələ ilə bağlı çıxış yolunu tapa bilərsiniz. Uzun müddətdən bəri təhtəlşüur səviyyəsində gözlədiyiniz olay yaşanacaq. İndiyədək başlaya bilmədiyiniz, ağır sandığınız işə start verə bilərsiniz. Günün ikinci yarısındakı olaylarda dostlar aktiv rol oynayacaqlar. Yeni ideyalar və təkliflər səslənəcək. Gözləntilərin bəzilərinin doğrulmaması problemlər yaradacaq. Hisslərinizin köləsi olmayın. Yeni məqsədə doğru irəliləyin. Stimul aramayın. Dolça – süst və tənbəl olmayın. Qida rasionunuza fikir verin. Orqanizm üçün zərərli ərzaqlar və qidalar yeməyin. Daha çox hərəkət edin, aktiv olun. Başladığınız işləri yarımçıq qoymayın. İmkanlarınızı və potensialınızı dəqiq qiymətləndirərək yeni layihəyə başlayın. Tələskənliyə yol verməyin. Yeni mebel almaq, kosmetik təmirə başlamaq olar. Biznes, yaşam arealı, məişət problemlərinin həll yolları ilə bağlı yeni ideyaların yaranması istisna deyil. Bədxərclik etməyin, maliyyə vəsaitinizin qədrini bilin. Balıqlar – günün ilk yarısından etibarən qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə, iradə ilə irəliləyin. Nikbin olun, emosiyalara qapılmayın. Sizi nə isə narahat edirsə, bütün diqqəti işə yönəldin. Günün ikinci yarısında gərgin situasiyada düşünülməmiş addımlar atmayın. İştahın artması, hissiyatın güclənməsi olacaq. Önəmli məsələlərdə bütün detalları hesablayın, təfərrüatlara fikir verin. Milli.Az
Qoç – gözləntilərinizin sayını və səviyyəsini bir qədər azaldın. Diqqətə layiq olan işə başlayaraq çalışın. İnformasiyanın təhlili, təcrübənin artırılması, qısa səfərlər üçün əlverişli gündür. Cari məsələlərin həllinə yönəlmiş görüş keçirmək, sənəd və müqavilələrin hazırlanması ilə məşğul olmaq mümkündür. Günün ikinci yarısında emosional fon stabil deyil. İşlə bağlı ünsiyyət artarsa, diqqəti əsas məsələlərə yönəldin, yaşananlara və insanlara subyektiv qiymət verməyin. Axşam saatlarında söhbət zamanı həssas məqamlara toxunmayın. Yaşam arealını qaydaya salın. Buğa – cari situasiyada doğru istiqaməti müəyyənləşdirin. Perspektiv məsələləri seçin, fəaliyyətinizi müxtəlifləşdirin. Hər şansdan yararlanın. Çətin məsələləri həll edin, çoxdan bəri narazılığınıza səbəb olan yarımçıq işi başa vurun. İşdə kimə bel bağlaya biləcəyinizi müəyyənləşdirin. Alış-veriş üçün əlverişli zamandır. Yaşam arealını yaxşılaşdırın. Ailə müzakirəsi keçirərək yaxın gələcəklə bağlı planları müzakirə etmək olar. Qarşılıqlı anlaşmaya nail olmaq çətin deyil. Axşam saatlarında aktiv istirahətə üstünlük verin. Əkizlər – yorulmusunuzsa və yetərincə istirahət etmirsinizsə, maraqlandığınız, bəyəndiyiniz işlə məşğul olun. Belədə işlərinizin effektivliyi arta bilər. Lakin yeni planları gerçəkləşdirmək istəyirsinizsə, tələbatla qarşılaşacağınızı bilin. Sizə yeni tapşırıq və sifarişlər vermək istəyənlər az deyil. Bəzən özünüzə və ətrafınızdakı insanlara “yox” deməyi bacarın. İşlər, onsuz da, çoxdursa, əlavə sifarişlərlə işlərdən imtina edin. Günün ikinci yarısında impulsların təsiri altında çalışmayın, bəzi prosesləri dəqiq müəyyənləşdirin. Cari hadisələrin leytmotivini bəlirləyin. Axşam saatlarında işləri gərəkli istiqamətə yönəldin. Xərçəng – eyni vaxtda bir neçə iş görməyə hazırlaşın. Poçt “yeşik”ləri, kabinetlər və telefon zənglərinin arasında vaxtınızı bölüşdürmək istəyirsinizsə, alınmayacaq. Hər işə gərəkli vaxtı ayırın. Əks təqdirdə, gərginlik və yorğunluq yaranacaq. Usana bilərsiniz. Əsəblərin tarıma çəkilməsi nə qədər paradoksal olsa da, həlli uzanan problemin optimal çözümünə təkan verə bilər. Səfər, səyahət, romantik təmaslar, ümumi iş və ya maraq durğunluq vəziyyətindəki hisslərin bərpası ilə sonuclanacaq. Şəxsi münasibətlər səviyyəsində nəyisə və ya kimisə dəyişmək istəyirsinizsə, alternativ aramağa tələsməyin. Fikrinizi sonradan dəyişə bilərsiniz. Şir – vurnuxma, problem və çətinliklərin az olmayacağı gündür. Yerinizdə olun, çağırışlara tez cavab verin. Reaksiyanız süst olmasın. Ehtiyac yaranarsa, sürətli qərar verin. Heç nəyi mürəkkəbləşdirməyin. Günün ikinci yarısında yerdəyişmələrin sayı artacaq. Səylərinizin nəticələri yetərli deyil. Dövlət qurumlarının nümayəndələri ilə ünsiyyətdə hüquqlarınızı müdafiə edin. Amma bilin ki, bürokratik süründürmə və ya rüşvət tələbi ilə qarşılana bilərsiniz. Axşam saatlarında sakit, passiv istirahəti seçin. Xəbərlərin çoxluğundan başağrısı yarana bilər. Ancaq yeni təəssüratlara ehtiyac hissiniz var. Qız – təəssürat və xəbərlərin sürətlə dəyişməsinə rəğmən gün sizi sevindirəcək. Maddi məsələlərdə yaxşı perspektivlər var. Sadəcə, onları görərək dəyərləndirməyə çalışın. Ailədə mühüm müzakirə başlaya bilər. Yeni imkanlar və planların sayının artması ənənəvi situasiyanı dəyişir, hadisələrin rutin axarını başqa məcraya yönəldir. Etibar etdiyiniz, yaxınlarınıza müraciət edərək yardım istəyin. Ev işləri nəzərdə tutduğunuzdan da çox vaxt ala bilər. “Axın”la hərəkət edərək gözləmə mövqeyi tutmaq istəyirsinizsə, yanlışlıqlardan qorunun. Hədiyyə, gəlir, diqqət nişanələri, maraqlı xəbərlər istisna deyil. Axşam saatlarında passiv olmayın. İmkan yaranan kimi işlə bağlı problemi həll edin. Tərəzi – mütəhərrik, aktiv, ünsiyyətə meylli olun. Zərurət yaranarsa, alınan informasiyanı təhlil edin, rabitələrlə əlaqələri bərpa edin, məktublara cavab verin. Günün ilk yarısında formalaşan planlar gözlənilən nəticəni verəcək. Günün ikinci yarısında sərfəli maliyyə perspektivləri formalaşacaq. Fəqət, sizə həvalə etmək istədikləri işin həcmi artır. Dərhal prioritetlərlə məqsədləri müəyyənləşdirin ki, sonradan naçar qalıb yarımçıq işləri tələsik başa vurmağa çalışmayasanız. Ən sərfəli istiqaməti seçin və irəliləməyə başlayın. Şəxsi münasibətlər üçün yaxşı zamandır. Təşəbbüskar olsanız, yaşanan hadisələrə qərarlarınız və hərəkətlərinizlə təsir edə bilərsiniz. Əqrəb – enerjili, qətiyyətli, əzmli olsun. Niyyətlərlə maraqlar sizi fərqli istiqamətlərə apardığından fikirlərdə qarışıqlıq yarana bilər. Gərginlik artır, başladığınız işi normal şəkildə başa vura bilmirsiniz. Eyni vaxtda bir neçə işə başlasanız, yaşamınızda çətinliklər yarana bilər. Tələsməyin, kəmhövsələlik etməyin. Prioritetləri dəqiq müəyyənləşdirsəniz, daha çox iş görərək məqsədə daha tez çata bilərsiniz. Boş söhbətlərə qatılmayın, yaxşı işləmək fikrində olmayan insanlara qatılmayın. Mənasız hisslər, əsassız gözləntilərlə vidalaşın. Evdəki gərəksiz əşyalardan qurtulun. Oxatan – tərəfdaşlıq münasibətlərində yeniliklərin təşəbbüskarı olun. Qarşı tərəfi də daha aktiv davranmağa vadar edin. Yeni layihələr olacaq, amma onlar müzakirə və imkanların nəzərdən keçirilməsi mərhələsindədir. İnternetdə informasiya axtarışı, yazışma üçün yaxşı zamandır. Səyahət, ezamiyyət, səfər zərurəti yarana bilər. Enerjiniz çoxdur, aktivsiniz. Mümkün qədər çox iş görməyə çalışın. Günün ikinci yarısında bir qədər istirahət edin. Maliyyə vəsaitinizi normal gəlir vəd edən layihəyə və ya işə yatırın. Uzun müddətdən bəri təhlil etdiyiniz planı reallaşdırmağa başlayın. Oğlaq – günün ilk yarısı yetərincə effektiv deyil. Konkret nəticələr gözlədiyiniz layihə və ya işi planlaşdırmayın. Ünsiyyət və məlumatların alınmasında məhdudiyyətlərin sayını artırmayın. Təmaslarla əlaqələr perspektivlidir. Fəqət, vaxtınızı mənasız diskussiyalara və boş söhbətlərə sərf etməyin. Günün ikinci yarısında planlaşdırılmış ev işlərini görün, yaxınlarınıza verdiyiniz vədləri yerinə yetirin. Sevdiyiniz insan qətiyyətli və inadkarlı olarsa, həssas davranın, sərt olmayın. Axşam saatlarında ailəvi istirahəti seçin. Dolça – gərginlik azalır. Bir qədər “nəfəs almaq”, əldə olunmuş mövqelərdə möhkəmlənmək, cari işləri tələsmədən görmək olar. Qarşınızda duran məqsədləri dəyərləndirin, aldığınız təklifləri təhlil edin, planları yenidən nəzərdən keçirin. İlk növbədə, görüləcək işlərlə təxirə salına biləcək məsələləri seçin. Şəxsi münasibətlərdə məqsədlərlə niyyət uyğun gələrsə, irəliləyiş olacaq. Söhbətlər, müzakirələr və ünsiyyət faydalı ola bilər. Spontan aktivlik müsbət sonuc verəcək. Axşam saatları təmir və aktiv istirahət üçün əlverişlidir. Balıqlar – mühüm qərarların qəbulunu şərtləndirməyən kiçik işlərə və qayğılara xüsusi diqqət yetirin. Sizə təzyiq göstərilməsinə imkan verməyin. Başqasının əməllərinə görə məsuliyyət daşımayın, sənədləşdirmədə qaydaya riayət edin. Müstəqil, təkbaşına işləmək daha yaxşıdır. Söhbətlər vaxtınızı alır. Tərəfdaşlar vədlərinizi xatırladacaqlar. Aldığınızla verdikləriniz arasındakı müvazinətin qorunmasına çalışın. İşləri maddi maraqlarınızı nəzərə alaraq görün. Axşam saatlarında şəxsi işlərinizə vaxt ayırın. Ailə üzvləri və yaxınlarınızla məsləhətləşmək üçün yaxşı zamandır. Yeni birgə planlar yarana bilər. Milli.Az
Qoç – Ay və Merkurinin münasibətləri hadisələrin sakit, hətta bir qədər ləng inkişafına zəmin yaradır. İşlərdə gecikmə və təxirəsalmalar ola bilər.Gözlədiyiniz məlumatın gəlişi yubanır.Daxili harmoniyaya nail olaraq, bir qədər nəfəs alın və çoxdan çözüləsi problemin həlli üçün var gücünüzlə çalışın.İşin konkret, praktiki yönlərinə fikir verin. Maddi gəlir vəd edən və ya maliyyə vəziyyətinizin yaxşılaşmasına səbəb olacaq işi görün. Vədlər, yardım, psevdohumanizm vaxtı deyil.Xarici görkəminizin qayğısına qalın. Sizə lazım olduğunu düşündüyünüz, amma pul sərfindən başqa heç nə olmayan əşyanı bankların böyükfaizli kreditilə almayın. Belədə əşya sizə dəyərindən ikiqat baha başa gələcək.Boş vədlərə və şirin dilə aldanmayın.Məntiqli səylər nəticə verəcək. Buğa – Hiperion və Mimasın münasibətləri günün aramla, tələsmədən keçməsini gözləyənləri pərişan edə bilər. Yaxın həftələrin durumu bu gün müəyyənləşir. Tənbəllik etməyin, çalışın, pul qazanın.Ciddi işə hazırlaşın. Evdə qayda yaradın. İş yerində gərəksiz əşyalardan qurtulun.Bu gün alış-veriş üçün sərfəli deyil.Axşam saatlarında yaxşı istirahət üçün vaxt tapın. Sevdiyiniz adamın yanında olun, heç yerə tələsməyin. Axşamın xeyrindənsə səhərin şəri yaxşıdır. Əkizlər – Umbriel və Ledanın münasibətləri enerji ilə diqqətinizi işə cəlb edir. Mühüm məsələnin inkişafında geri qalmamaq üçün bütün bacarıq və imkanları işə salın.Yaxın günlərdə ciddi problem yarana bilər və onun qarşısını indidən almaq gərəkdir. Lazımi məlumatın əldə edilməsi üçün bütün vasitələri işə salın. Tərəfdaş, həmkar və ya iş yoldaşları ilə danışıqlar, məsləhətləşmələr aparıla bilər.Özünüzə vaxt ayırın. Axşam saatlarında sizə xoş insanlarla ünsiyyətdə olun. Xərçəng – Bir qədər asta çalışmaq istəsəniz də, gün sizdən fəallıq və əzm tələb edir. Kallisto və Titanın münasibətləri gəzinti, ezamiyyət, tapşırıqlarla bağlı şəraiti əlverişli edir.Risk etməyin, ekstremal şərtlərin yaranmasına təkan verməyin. İzafi işlərlə özünüzü yormayın.Günün ikinci yarısında nigaranlıq və gərginlik yarana bilər. Dəyər verdiyiniz insanın yanınızda olmasına çalışın. Sizi rahatlandıracaq işlə məşğul olun. Şir – Lisiteya və Enseladın münasibətləri sizdən qətiyyət, əzm istəyir. Məqsədlərinizə çatmaq üçün səyrlərinizi əsirgəməyin.Görüləcək işə başqalarını da cəlb edin, görəvli insanların tənbəllik edərək işdən yayınmalarına imkan verməyin.Əyləncə və istirahət bir qədər gözləyə bilər.Fikrinizdə ideya möhkəm yer tutubsa, onun gerçəkləşməsi üçün şərait yaradın.Ünsiyyət üçün düşərli gündür. Fəqət qarşı tərəfin yaşam maraqları məkanına müdaxilə etməyin. Qız – Oberon və Tefeyanın münasibətləri bu gün rahat dönəm vəd edir. Qüvvənizi bərpa edin, xarici görünüşünüzə fikir verin. Səhhətə diqqət yetirin.Alış-veriş günün ilk yarısında olarsa, məsləhətdir.Təəssüratlar bol olacaq və onlar sizin üçün mühüm mövzunun inkişafında stimul rolunu oynayacaq. Qəfil fikirlər, nişanələr və təkliflərə fikir verin.Aktiv olun, ətalətlə davranmayın. Tərəzi – Saturn və Veneranın münasibətəri bu gün yüksək iş qabiliyyətli olmağa, məsələlərin həllinə konstruktiv yanaşmağa imkan verir.Kiminsə fikrini və mövqeyini kökündən dəyişmək çətin olacaq. Aktual mövzunun həllinə və ya mövqelərin səbatlaşmasına yönəlmiş ideyalar dərhal müsbət dəyərləndiriləcək. Özünüzü əmin hiss etmək üçün ətraf mühitdə daha çox qayda yaradın.Evdəki kiçik təmiri başa vurun, problemləri çözün.Şəxsi münasibətlərdə yalnız konkret jestlər dəyərləndiriləcək. Bu gün daha az xəyal edərək daha çox iş görün. Əqrəb – Saturn və Marsın münasibətləri sakit, ciddi problemlərin yaşanmayacağı gün vəd edir. Bir qədər tənbəllik, ətalət hiss olunsa da, fikrinizi dağıdacaq və əsas işdən yayındıra biləcək məqamlara diqqət verməyin.Evdəki problemi həll edin, çünki ailə üzvləri sizin laqeydliyinizdən şikayətçidir.Böyük həcmdə iş görmək, müəyyən detalları önə çəkmək, planlara yenidən baxmaq olar.Yaxın ətrafınızdakı insanlardan biri pozitiv rol oynayaraq sizə yardım edə bilər.İşdə həmkarlarınıza təzyiq etməyin ki, qeyri-adekvat etirazla qarşılaşmayasınız. Oxatan – Makemake və Yerin münasibətləri maliyyə, maddi məsələlərlə məşğul olaraq həyatdan kam almağa imkan verir. İndi tələsməyə lüzum yoxdur.Rejimə riayət edin, səhhətinizə fikir verin.Fiziki məşğələlər və ya iş məsləhətdir. Görüləsi işlər həddən artıqdırsa, əlavə gəlir imkanına şirnikib daha bir işə başlamayın.Günün ikinci yarısında olayların tempi bir qədər aşağı düşəcək.Axşam saatlarında bir qədər açıq havada gəzişin. Amma özünüzü soyuğa verməyin.Boğazınızı gözləyin, çünki qripə yoluxmaq və ya zökəm riski çox güclüdür. Oğlaq – Serera və Merkurinin münasibətləri gərginliyi, nigaranlıq və narahatlığı müvəqqəti unudaraq bütün diqqəti işə, problemlərin həllinə cəlb etməyə imkan verəcək.Ailə qayğıları və əlaqələr ön plana çıxacaq, işdəki münasibətlərə aydınlıq gətirilməsinə ehtiyac yaranacaq.Praktiki olun, ayaq üstə möhkəm durun.Sizə əziz olan insanları sərt tənqid etməyin, onlardan sirr saxlamayın. Yaxınlarınızı tərifləyin. Rəğbət nümayişi böyük vədlərin verilməsinə çevrilməməlidir. Dolça – Erida və Veneranın münasibətləri gündən faydalanmağa imkan verir. Görüləcək işlərin formasını və həcmini müəyyənləşdirin, plan qurun, yükü həmkar, tərəfdaş və ya şəriklə bölüşün.Sizə önəmli olan insanla əlaqə saxlayın, narahat edən məsələni onunla müzakirə edin.İkinci dərəcəli işi təxirə salaraq konkret məkanda önəmli məsələ ilə məşğul olun.Kompüterinizdəki fayl və qovluqlarda qayda yaradın.Təmas və əlaqələrdə gərginlik yaratmayın. Ehtiyac duyanda təmas qurun.Axşam saatlarınızı sevdiyiniz əyləncə və ya marağa həsr edin. Balıqlar – Ay və Deymosun münasibətləri bu gün hər şeyi ciddi qəbul etməyi istəyir. Günün zahiri amilləri müsbətdir. Ünsiyyət, sizi maraqlandıran məlumatların alınması üçün məhdudiyyətlər yoxdur.Əgər kimsə və ya nəsə varlığını xatırladarsa, bu, təsadüfi olay deyil. Gərəkli zəngləri edin, məktublar yazın, sizdən diqqət nişanəsi gözləyən insanı pərişan etməyin.Vədləri yerinə yetirin.Şəxsi münasibətlərdə inadkar olmayın. Möhkəm fikirləşməyə vadar edən hadisə baş verə bilər.Axşam saatlarını maraqlı bir məkanda keçirmək məsləhətdir.Gec saatlarda görüşdən imtina edərək rahat istirahət üçün şərait yaradın. Milli.Az
Qoç – uzun müddətdən bəri təxirə saldığınız və ya başa vura bilmədiyiniz işləri bu gün sonuclandıra bilərsiniz. Fəaliyyət sahəsində qayda yaradın. Planlarınızı nizamlayın.Günün ikinci yarısında istənilən mühüm addımdan əvvəl yaxşıca düşünüb-daşının. Fərqli olmağa çalışın. İlkin impulsdan sonra məramlarınız dəyişə bilər. Yeniliklərdən çəkinmirsinizsə, gözlənilməz təklif ala bilərsiniz. Məqsəd və istəklərinizi dəqiqləşdirin.Yaxın gələcəklə bağlı perspektivləri cari durum müəyyənləşdirir. Buğa – səhər saatlarından etibarən fikriniz dağınıq olmasın. Vəzifə səlahiyyətlərinin icrasına və ya tapşırıqların yerinə yetirilməsinə səhlənkar yanaşmayın. Problemləri tədricən həll edin, eyni vaxtda bir neçə işi görməyə çalışmayın.Əvvəlcə həlli asan olan, daha sonra isə mürəkkəb müşkülləri çözməyə can atın.Günün ikinci yarısında münasibətlər daha rəvan, harmonik olacaq. Olayların məcrası sərfəlidir. Bundan maraqlarınızın təminatı üçün yararlanın.Saatlar keçdikcə şərait daha əlverişli, şərtlər daha sərfəli olacaq. Emosional davranmayın. Rahatlıq və komfort istəkləriniz artacaq.Axşam saatlarında evdə istirahət edin. Əkizlər – ağır işlər çoxdur. Onlar zəhmət, vaxt, intellektual və fiziki əmək tələb edirlər. İş qabiliyyətinizin ən yüksək olacağı zaman səhər saatlarıdır. Bundan istifadə edin, mühüm məqamları çözün. Aqressiv və sərt olmayın.Günün ikinci yarısında qarşınızdakı sədlərlə maneələri tədricən aradan qaldırın. Dostların və ya etibarlı şəriklərin dəstəyindən yararlana bilərsiniz. Köməyə ehtiyacı olan insanın yanında olmağı unutmayın.Axşam saatlarını əzizlərinizlə birlikdə keçirin. Belədə yaşamınızdakı hadisələri daha rahat qəbul edəcəksiniz. Xərçəng – şəxsi problemlərinizi həll etmək, məişət məsələlərini çözmək üçün günün ilk yarısı daha münasibdir. Yaşamın kiçik sevinclərinin qədrini bilin. Yaxın ətrafınızdakı insanlardan birinin sizə demək istədiyi sözlər var.Günün ikinci yarısında qohumlarınızdan və ya dostlarınızdan birindən xoş xəbərlər alacaqsınız. Köhnə tanış yada düşəcək. Maraqlı təklifləri dəyərləndirmək olar.Sevdiyiniz insanı axşam saatlarında kiçik hədiyyə ilə sevindirin. Şir – yeni işə və ya layihəyə başlamaq istəyirsinizsə, tələsməyin. Qərarlarınız düşünülmüş olmalıdır. Yaşamınızın yeni mərhələsinin konturları hələ formalaşmayıb. Kənardan gələcək istənilən impuls dəyişikliklərə səbəb ola bilər.Günün ikinci yarısında ətrafınıza diqqətlə baxın. Təcili məşğul olmağınız gərəkən məsələlər var. Fiziki iş, situasiyanın normallaşdırılması faydalıdır. Özünüzü həddən artıq yormayın.Əks təqdirdə axşam saatlarında başağrıları və yuxusuzluqla üzləşə bilərsiniz. Şəxsi münasibətlərdə düşüncə zamanıdır. Qız – aldığınız tapşırıqların yerinə yetirilməsinə daha diqqətlə yanaşın. Bacarıqlarınızı, biliklərizi və təcrübənizi yoxlamaq üçün sizə çətin iş həvalə oluna bilər. Sayıq olun, yaranmış imkanları fövtə verməyin. Vaxtınızın qədrini bilin. Şansları dəyərləndirin.Günün ikinci yarısında cari situasiyadakı maneələri dəf etmək üçün güc və imkanlarınızdan maksimum istifadə edin. Karyera inkişafınızı şərtləndirən məqamları bir daha təhlilə uğradın. Gəlirləri artırmağın yollarını arayın.Axşam saatlarını özünüzü həsr edin. Tərəzi – yerinə yetirməli olduğunuz işlər arasında ən mühümünü, önəmli saydığınızı seçin. Dərhal fəaliyyətə başlayın. Abstrakt ideyalara qapılaraq qeyri-praqmat addımlar atmayın. Gündəlik qayğılar ciddi yanaşma tələb edir.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Sevdiyiniz işi başa vurmaq olar. Kimsəni tələsdirməyin.Axşam saatlarında emosiyalarınızı məhdudlaşdırmayın. Alış-veriş etmək olar. Əqrəb – maliyyə resurslarının paylanması, zəruri informasiyaların əldə olunması ilə bağlı adekvat addımlar atın. Bir variantı yetərli saymayın. Məqsədə doğru aparan yolda irəliləyiş hiss etmirsinizsə, ruhdan düşməyin. Situasiyanı təhlil etsəniz, problemlərin həll yolunu asanlıqla tapa bilərsiniz.Günün ikinci yarısında hazır metodlardan və ənənəvi vasitələrdən istifadə əvəzinə alternativləri arayın.Axşam saatları dostlarla görüş, yaxud da ailəvi istirahət üçün yararlıdır. Hadisələrin axarı müsbət təmayüllərin gücləndiyini göstərəcək. Oxatan – günün ilk yarısında xoşagəlməz olaylar yaşanmayacaq. Hadisələrin məcrası pis deyil. Buna rəğmən, özünüzü bir qədər narahat hiss edəcəksiniz. Bir müddət əvvəl yaşanmış olayların fəsadları hələ də aradan qaldırılmayıb.Günün ikinci yarısında əmlak, maliyyə vəsaiti və karyera ilə bağlı durumu yaxşılaşdırmaq üçün əlinizdən gələni edin. Sürəkli olaraq sizi sinirləndirən, narahat edən insanlardan mümkün qədər uzaq olun. Bir zamanlar sıx münasibətlərdə olduğunuz, sonradan yollarınızı ayırdığınız insanlar üçün darıxa bilərsiniz. Səbrli olun, nisgilə qapılmayın. Sakitləşin. Oğlaq – rutin işlərə laqeyd yanaşmayın. Tapşırıqları yerinə yetirin, öhdəlikləri unutmayın. Vədlərə əməl edin. Yarımçıq işləri başa vurun, təcili həllini tələb edən məsələlərin çözümünü təxirə salmayın.Günlə bağlı dəqiq planlar tərtib etməyə çalışmayın, çünki ciddi dəyişikliklər olacaq.Günün ikinci yarısında yaşamın aram axarına müdaxilə etməyin. Tələsmədən, təmkinlə davranın. Axşam saatları romantik görüşlər üçün əlverişlidir.Dəyər verdiyiniz insanla təmaslarınızdakı problemləri aradan qaldırın. Dolça – günün ilk yarısında problemlərin həllinə kreativ yanaşma nümayiş etdirin. Enerji azlığı və yaşam tonusunu aşağı səviyyəsinin yaratdığı çətinlikləri aradan qaldıra bilərsiniz.Günün ikinci yarısı böyük planların reallaşdırılması üçün münasib deyil. Yaxın ətrafınızdakı insanlarla təmaslarda qeyri-format stilə üstünlük verin, rəsmiyyətçilikdən uzaq olun. Dəyər verdiyiniz insanla ünsiyyət xüsusi diqqət tələb edir. Onun yardımınıza və dəstəyinizə ehtiyacı var.Axşam saatlarını ailə üzvlərinə həsr edin. Balıqlar – günün ilk yarısında planlaşdırılmış işlərlə maneələr və əngəllər yarana bilər. Dünənədək aktual sayılan məsələlər indi önəmini itirməkdədir. Hətta onlar sizə mənasız təsir bağışlayacaqlar.Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə anlaşılmazlıqların yaranmasına imkan verməyin. Ziddiyyətlər yalnız ilk baxışdan çətin, çözülməz təsir bağışlayır.Yaşananları izafi emosiyalar olmadan qəbul edin. Cari işlərinizlə məşğul olun, ənənəvi çərçivələrdən kənara çıxmayın.Axşam saatlarında situasiyaya daha nikbin baxışlar istisna deyil. Romantik görüş üçün pis zaman deyil. Milli.Az
Qoç – ifrat dərəcədə əqli və emosional yük tələb etməyən işlərlə məşğul olun. Münasibətlərdə diqqətli davranın. Dəyər verdiyiniz insanın gözləntisini anlamağa çalışın. Təzyiq və ya izafi aşkarlıq bu insanla təmasların ssenarisini qəflətən poza bilər. Maliyyə məsələlərində astagəllik hadisələrin inkişafına mane ola bilər. Verilən vədin yerinə yetirilməsinə çalışın. Axşam saatlarında qayğıkeş olun. Buğa – işlərdə tam qarışıqlıq olsa da, rasional davranın. Günün ilk yarısında işlərin əksəriyyətini başa vurmağa çalışın. Bu gün istədiyinizdən artıq güzəştə getməli olacaqsınız. Hadisələrə təsir imkanı çox azdır. Dəyişikliklərin məğzini anlamağa çalışın. Əməllərdə yox, alınan xəbərlərin təhlilində aktiv olun. Maddi məsələlərdə problem yarana bilər. Pul yatırmayın, borc verməyin. Münasibətləri aydınaşdırmağa çalışsanız, münaqişə yarana bilər. Lazımsız əşyalardan qurtulun. Əkizlər – baş verən hər işdə bir məna var. Yeni əlaqələr yaradın, köhnə təmasları bərpa edin, perspektivlər barədə düşünün. Əvvəllər sizi çox maraqlandırmış suallara cavab tapmaq olar. İnformasiyanı müxtəlif mənbələrdə arayın, yazışmanı bərpa edin.Dostla görüşün, qonaq gedin və ya qonaq qəbul edin. Ailədə etimad hər şeydən üstündür. Qısqanclıq üçün səbəb yaratmayın. Əks təqdirdə başağrısı olacaq.Təmir üçün əlverişli gündür. Xərçəng – hadisələri özbaşına buraxmayın, işlərdə qaydaya nəzarət edin. Təmaslar, gələn informasiya perspektivləri artırmaq və yenilikləri sürətləndirmək potensialına malikdir. İşlərə məsuliyyətli yanaşın, nəticəyə istiqamətlənmiş konkret fəaliyyətə üstünlük verin. Şəxsi münasibətlər də çox önəmlidir. İtirilmiş hissləri geri qaytarmaq, baş tutmamış istəyi reabilitasiya etmək niyyəti yarana bilər. Heç bir nəticə verməyən niyyətdən əl çəkmək vaxtı gəlib çatıb. Axşam saatları ünsiyyət üçün əlverişlidir. Lakin hər şey qədərində olmalıdır. Mübahisə etməyin, münasibətləri aydınlaşdırmağa çalışıb haqq-hesab çəkməyin. Şir – yaranan çətinliklərə təmkinli reaksiya göstərin. Gərgin iş rejimində çalışmağınız istisna deyil. Yaxın ətrafınızdakı insanlardan biri sizə ötən vədini xatırladacaq. Borcları qaytarın, yardım edin. Böyük dəyişikliklərin astanasındasınız. Detalların aydınlaşdırılması, suallara cavab alınması gərginliyi azaldacaq. Hər şey istədiyiniz kimi olmasa da, irəliləmək olar. Axşam saatlarında artıq iş görməyin, dincəlin, açıq havada gəzişin. Qız – dəyişikliklər zamanıdır. Gələcəklə bağlı planları götür-qoy etmək, sakitcə düşünmək üçün vaxt tapın. Çoxdan planlaşdırdığınız niyyəti gerçəkləşdirmək, yeni mərhələyə keçmək, bezdiyiniz insan və ya nəsnədən qurtulmaq imkanınız var. Dünyanın ən bəxtəvər insanının kimsəyə möhtac olmayan adam olduğunu unutmayın.Bütün sahələrdə praqmat olun. Alınan informasiyalara laqeyd yanaşmayın. Baş verənlər diqqətə layiqdir. Tələsməyin, tərəfdaş, iş yoldaşı və dostların əhvalı ilə niyyətlərinə huşyar olun. Ətrafınızdakı insanlarla münasibətlərdə hansı yanlışlığa yol verdiyinizi düşünün. Əgər başqasını anlamaq fikriniz varsa, hissiyatınız sizi aldatmayacaq. Yaxınlardan birinə yardım gərəkdir. Tərəzi – bəzən güclü olmaq əslində heç nə etməmək, zəif təsir bağışlamaq isə güc tətbiq etməkdir. Güc sizin üçün bu gün müdriklik olsun. Yeri olan müdriklik. Heç nəyi mürəkkəbləşdirməyin, çünki həyatınızda, onsuz da, müxtəliflik yetərincədir. Maraqlı xəbər alacaqsınız. Ailədəki yeniliklər işə təsir edəcək. Ona görə qüvvələr balansını qoruyun və eyni vaxtda bir neçə işin öhdəsindən gəlməyə çalışın.Şəxsi münasibətlərdə gərginlik mənbəyinə toxunmayın. Kimsəni öz işinizi bölüşməyə vadar etməyin. Ünsiyyətdə ifrata varmayın.İstənilən fiziki iş, evdə çalışmaq fikrinizi dağıdacaq, sizə sakitlik verəcək. Nə zamansa verdiyiniz vədi yerinə yetirin. Əqrəb – depressiyadasınız? Narahat olmayın, həyatınızda ciddi dəyişiklik yaşanır. Hadisələrin inkişafını, hissiyatınızı izləyin. Hansı istiqamətin optimal olduğunu qəlbiniz pıçıldayacaq.Kitablarda olduğu kimi, istənilən işdə çoxlu pisdənsə, az yaxşı daha üstündür. Mövqelərinizi möhkəmlətmək üçün konkret addımlar atın. Tələsməyin, hər şeyi ələ keçirməyə can atmayın. Əvvəlcə müəyyənləşin. Yaradıcı məşğuliyyətdə maraqlı tapıntılar ola bilər. Maraqları dəyişmək və ətrafla qarşılıqlı əlaqənin çərçivələrini genişləndirmək üçün əlverişli gündür. Axşam saatlarında əməllicə istirahət edin. Oxatan – tələblərin bəzilərindən imtina etmədən yenilik, üstünlüklərin bəzilərindən əl çəkmədən irəliləyiş alınmayacaq. Bir insanla isə yollarınızı ayırmalı olacaqsınız. Qüvvə və enerjiniz yeni fəaliyyət sahəsi, yeni maraqlar tapacaq.İndi həyatda intizam və nizama, müxtəlifliyin azalmasına, seçilmiş yolda səbatlı olmağa ehtiyacınız var. Uzanan gözlənti məhz indi situasiyanı hansısa qurban vasitəsilə xilas etmək ehtiyacı yaradır. Diqqət fokusunu dəyişin, seçim edin, üstünlüyü dəqiq dəyərləndirin. Boş səylər göstərməyin. Onsuz da, dəlik kuzəni su ilə doldurmaq mümkün deyil. Oğlaq – qadınların iki silahı var: göz yaşı və göz boyası. Amma qadınlar bu silahların ikisindən də eyni vaxtda istifadə edə bilmirlər. Ona görə qadınlar bu gün sayıq, kişilər isə xanımlarla diqqətli olmalıdır.Bəzi məsələlərdəki yeniliklər sizin dəyişkən mərhələyə qədəm qoyduğunuzdan xəbər verir. Nəyin necə olduğunu bildiyinizi düşünürsünüz. Belədirsə, ətrafınızdakı insanlara qarşı çox tələbkar olmayın. İş yerində qaydaya riayət edin ki, həddən artıq işin olmasından dolayı stress keçirməyəsiniz.İşin xətrinə zəhləniz gedən insanla belə, danışın. Peşəkar aktivliyə maksimum diqqət ayırın. Şəxsi həyatda anlaşılmazlıqla qarşılaşmamaq üçün hadisələri tələsdirməyin. Dolça – bu gün faydalı işlə məşğul olmaq, yaradıcılıq ehtiyatlarından nəyisə əxz etmək olar. Ünsiyyəti yalnız onların yanında özünüzü rahat hiss etdiyiniz insanlarla məhdudlaşdırın. Maraqlandığınız ünsürün axtarışına vaxt sərf etməkdən çəkinməyin. Ehtimalınızı doğruldan, sizi nəyə isə sövq edən məsələni diqqətdən qaçırmayın. Hisslərdə simic olub bütün diqqəti sizin üçün indi çox mühüm olan işə ayırın. Qayğı, güzəşt, yardıma ehtiyacı olan insana dəstək günüdür. Orqanizmi tonusda saxlamağa çalışın. İdman məşqləri və təmrinlər, fiziki iş faydalıdır. Unutmayın ki, insan dünyanı dərk etdiyi miqyasda özünü anlayır. Balıqlar – işdə və evdəki münasibətlər, dostların biri ilə təmaslar indi hadisələrin sınağına çəkilib. Son günlər baş verənlər indi, bu gün daha da aktivləşəcək və transformasiya olaraq təsirlərə dönəcək. Səbəblər sizə “Mümkün deyil!” deyəcək, məntiq “Ağılsızlıqdır!” söyləyəcək, qürurunuz “Faydası yoxdur” bildirəcək və yalnız arzu sizə “Sına, bəlkə alındı!” pıçıldayacaq. Günün təmayülləri pozitivdir, amma müəyyən gərginlik hiss olunacaq.Planlaşdırdığınız bəzi işləri başa vurmaq, yaxın ətrafınızdakı insanlara verdiyiniz vədləri yerinə yetirmək məcburiyyətindəsiniz. Problemlər, yanlışlıqlar üzə çıxacaq. Onları sürətlə həll etməyə çalışsanız da, ətrafınızdakı insanlarla rəvan münasibətləri qorumaq asan olmayacaq. İşdəki münaqişə ciddiləşə bilər.Bu gün dostlarla toplantını və ya sevdiyiniz insanla görüşü təxirə salın. Milli.Az
Qoç – gərgin situasiyalar tədricən həllini tapır. Çətinlikləri inamla dəfn edin. Yaşam arealını qaydaya salın, informasiyanı saf-çürük edin. Görüş və ünsiyyətlər səbirsizliklə müşayiət olunacaq. Emosiyalarınıza hakim olun. Sonradan təəssüflənməmək və pərişan olmamaq üçün hisslərinizə nəzarət edin. Neytral mövzu ilə məşğul olun. Sizə mane olan ünsür və ya nəsnədən qurtulun. Heyfislənməyin, əks təqdirdə heç nəyə nail ola bilməyəcəksiniz. Buğa – sizdən asılı olmayan şərtlər narazılıq və gərginlik yaradacaq. Önəmli görüşü, vacib danışığı təxirə salmayın. Şəxsi münasibətlər müstəvisinə yaxın günlərdə önəmli yenilik yaşana bilər. Bir sıra məsələlərdə konkretlik yaranır. Kollektivdə yeniliklərin zəmini qoyulub. Enerjinizi elə bir istiqamətə yönəldin ki, problemlər və mübahisələr sonucda ümumi maraqların reallaşması ilə nəticələnsin. Neqativ fikirlər şüurunuzu zəbt etməsin. Maraqlı və işlərinizdə irəliləyişlər vəd edən işlərlə məşğul olun. Yaxın gələcəkdə sizi gözləyən işi tam yerinə yetirərək məqbul sonuca nail olmaq üçün gərəkli müstəvini təmizləyin. Qarşılaşdığınız problemləri aradan qaldıra bilmirsinizsə, yardımçı arayın, dəstək alın. Bütün işləri eyni vaxtda qaydaya salmaq, nizamlamaq mümkün deyil. Amma bu, ümumiyyətlə, iş görməmək üçün səbəb deyil. Əkizlər – zəifləmək, ruhdan düşmək vaxtı deyil. Böyük ümidlər bəslədiyiniz işlərlə bağlı problem yarana bilər. Çətinliklər ilkin mərhələdə olduğundan onları həll etmək imkanı var. İzafi gərginlikdən qurtulun, yardımları təşkil edin.Təmkinli, səbrli olun, emosiyalara uymayın. Bir qədər öncə yol verdiyiniz səhlənkarlıqla bağlı qəfil maneə ilə üzləşə bilərsiniz. Yaşam gücünüzü və potensialınızın emosiyalara qurban olmasına imkan verməyin. Sağlam məntiq və soyuqqanlı davranış sədləri keçməyə yardım edəcək. Xərçəng – yaşamda bir çox məqamlar dəyişəcək. Dərhal bir neçə istiqamətdə çalışmaq ehtiyacı yarana bilər və bu səbəbdən də istiqaməti sürətlə dəyişməyə hazır olun. İnformasiya çoxdur və onları təhlil etmək gərəkdir. Alınan məlumatları nəzarətdə saxlayın.Resurslar, təmaslar, əlaqələr, toplanan informasiyanı yenidən nəzərdən keçirmək gərəkdir. Hadisələrin dinamikası artır. Gələn xəbərlər arasında mühüm və ikinci dərəcəli məqamları ayırın. İşlərin effektiv olması üçün aktiv çalışın. Əsas hərəkət istiqamətini bəlirləyin, ikinci dərəcəli işləri yaxın ətrafınızdakı insanlarla paylaşın.Səhhətiniz barədə düşünün. Şir – qüvvələr balansı və diqqətin konsentrasiyasını təmin etmək olar. Yaşanan olaylarda, baş verən hadisələrdə xaos və gərginlik çoxdur. Hər şeyə rəğmən, günün ikinci yarısına yaxın bəzi məsələlər qəflətən, əlahiddə səylər olmadan həllini tapacaq. Bəzi sahədə uğur qazanıb müəyyən müstəvidə uğursuzluğa düçar olmaq mümkündür. Yaşananlara tez reaksiya verin, dürüst istiqaməti dərhal müəyyənləşdirin. Şəxsi münasibətlərdə sizə yaxın insanın əhvalını və istəklərini duymaq bacarığı əlahiddə əhəmiyyət kəsb edir. Sözlərin məna yükü azalır. Təmkinli və soyuqqanlı olun. Əks təqdirdə, inkişaf etdirmək istədiyiniz məsələni alt-üst edə bilərsiniz. Qız – həyəcan, nigaranlıq və emosiyaların bol olduğu gündür. Artıq sözlər deməmək üçün hisslərinizi cilovlayın. Bədxahlarınızdan biri bu vəziyyətdən yararlanaraq sizə qarşı yeni intriqa hazırlaya bilər. Ünsiyyət dairəsini düzgün seçməyə çalışın. İzafi dərəcədə səmimi olmayın, bütün sirlərinizi bölüşməyin. Planlarla bağlı kimsəyə açıqlama verməyin.Boynunuza götürdüyünüz öhdəlikləri yerinə yetirin. Daxili tabulara, sizin üçün önəmli olan yazılmamış qaydalara riayət edin. Pis vərdişlərdən və ya gərəksiz əlaqələrdən birindən qurtulmaq üçün əlverişli gündür. Lüzum yaranarsa, maliyyə və əmlak məsələlərini qohumlarla müzakirə etmək mümkündür.Axşam saatlarında istirahət edin. Tərəzi – emosional gündür. İndi əsas məsələ “arxa cəbhə”ni möhkəmləndirərək daxili müvazinəti qorumaqdır. Rəqib və bədxahlardan biri sizi üstələməyə çalışır. Bacarıq və biliklərinizi təkmilləşdirin. Aktivliyin yeni mərhələsinə hazırlaşın. Emosional durumun praktiki məna kəsb edən işlərə mane olmasına rəvac verməyin. Günün ikinci yarısında aktivliyinizin praktiki mənası olmalıdır. İmic də dəyişikliklər tələb edir. Yaşam tonusunu dəstəkləyən tədbirləri bir qədər məhdudlaşdırın.Axşam saatlarında yaxşıca istirahət edin. Əqrəb – gərgin və qarışıq gündür. Baş verənləri ifrat dərəcədə emosional qəbul etməyin. Hisslərinizə hakim olun. Hisslərinizi cilovlayın, yalnız ciddi düşünüb-daşınandan sonra qərar qəbul edin. Səfəri, mühüm danışıqların aparılmasını təxirə salın.Əldə edilmiş sövdələşmələrin təsdiqlənməsi və rəsmiləşdirilməsi ilə tələsməyin. Günün ikinci yarısında sənədlərin imzalanması, hansısa yeni öhdəliklərin götürülməsi məsləhət deyil. Şəxsi münasibətlər müstəvisində gərginlik çoxdur. Qarşılıqlı anlaşma və etimada mane olan hisslərin tarıma çəkilməsinə imkan verməyin. Oxatan – işdə, çalışdığınız yerdə və ya fəaliyyət göstərdiyiniz sahədə dəyişikliklər mümkündür. İnformasiyalar, təkliflər və hadisələri diqqətlə izləyin. Gərginləşməyə imkan verməyin. Yalnız cari işlərlə məşğul olun. Ciddi perspektivi olmayan məsələlərlə bağlı sövdələşmə və danışıqlar aparmayın.İşlərin gedişatı sizi narazı sala bilər. Yaranmış situasiyadan xeyrinizə faydalanmağın yollarını fikirləşin. Məntiqli və təmkinli olun, emosiyaların əsirinə çevrilməyin. Məqsədəuyğun şəkildə davranın. Boş söhbətlərə mümkün qədər az vaxt ayırın, şayiələrə qatılmayın.Axşam saatları əqli və fiziki aktivlik üçün yaxşı vaxtdır. Oğlaq – bəzi situasiyalarda qarşıdurma hiss oluna bilər. Təmkinli davranın, dəyişikliklər və yeniliklərə ifrat şəkildə can atmayın. Hadisələrin axarına kobud müdaxilələr etməyin. Problem və çətinliklərinizi sizin əvəzinizə kimsə həll edə bilər. Məsləhət almaqdan çəkinməyin.Dostların daha bilikli və məlumatlı olduqları məsələlərlə bağlı onlarla müzakirələr apara bilərsiniz. Şəxsi münasibətlər müstəvisində niyyət və planlarınızın reallaşmasına hələ çox var.Qarşılıqlı inamsızlıq və inadkarlıq müşahidə olunur. Problemi maneənin birgə dəf olunması həll edə bilər. Dolça – ailə və evlə bağlı işlər bu gün prioriet olmalıdır. Yaşam şəraiti ilə bağlı məsələlərin yaxşılaşdırılması gündəmdədir. Sizə yaxın insanlarla münasibətlərə dəyər verin. Kiçik məsələlərə görə tərəfdaş və ya ailə üzvlərindən biri ilə münaqişəyə başlamayın.Alış-verişdə iri məbləğin xərclənməsini təxirə salın. İşdə fəaliyyət məkanının bir sahəsi və ya layihənin sektorunu qaydaya salın.Axşam saatalarında hadisələr və hisslər şəxsi münasibətlər müstəvisi ilə bağlıdır. Sevdiyiniz insanla vaxt keçirin. Balıqlar – səhər saatlarından etibarən işlərlə aktiv məşğul olun. Günün ikinci yarısına yarımçıq işləri yığmayın. Tərəfdaş və ya iş yoldaşınızın passivliyi sizi sinirləndirə bilər. Cari proseslərlə məşğul olun, nəyisə araşdırmaq və ya sübut etməyə çalışmayın. İnad etsəniz, opponentin dediklərini eşitməsəniz, çox qısa zamanda münaqişə yaranacaq. Güzəştə getmək, geri çəkilmək, mövqelərinizin daha aydın olacağı vaxtı gözləmək olar.Əhvalınızı yaxşılaşdırmaq üçün yaşam arealınıza bir neçə parlaq cizgi əlavə edin. Axşam saatlarında dincəlin. Milli.Az
Qoç – Baş verənləri anlamaq üçün harmoniyaya ehtiyacınız var. Estetik, qastronomik, maliyyə tələblərinizin ödənməsinə can atacaqsınız. Yeni mərhələnin ilkin təzahürlərini ayırd etməyi bacarın. Ən əlverişli variantı seçin.Günün ikinci yarısında bəzi proseslərin rəsmi statusu olduğunu düşünməyin. Yaxşı tanımadığınız insana məram və niyyətlərinizdən danışmayın. Reklama, bəyanatlara, açıqlamalara heç bir zərurət duyulmur. Bir sıra işləri sakit, ahəstə şəkildə həll etmək olar. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin. Buğa – Rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də, mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə çalışmaq istəyəcəklər. Məhsuldar əməkdaşlıq başlana bilər.Səfər və səyahətə çıxmaq, əcnəbi dili öyrənməyə başlamaq, uzaqdan gəlmiş insanlarla görüşmək üçün əlverişli zamandır. Yeni ideya yarana bilər. Əkizlər – Emosional baxımdan zəngin gündür. Yaxın ətrafınızdakı insanlardan daha çox məlumat əldə edin. Situasiyanın təfərrüatlarına bələd olun. Tapşırıq və ya sifariş alsanız, detalları dəqiqləşdirmədən işə başlamayın.Günün ikinci yarısında məqsədə doğru aparan yolda qarşınızı kəsəcək maneələr və sədləri qətiyyətlə dəf edin. Fırıldaq, saxtakarlıq qurbanı olmamaq üçün həssas, diqqətli olun. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.Axşam saatlarında stressdən qurtulun. Əsəbləriz dincəlməlidir. Xərçəng – Olayların bəzilərini əvvəlcədən planlaşdırmaq mümkün deyil. Gözləntilər və ehtimallarda ifrat dərəcədə nikbin olmayın. Potensialınızı, imkanlarınızı dürüst qiymətləndirin. Xam xəyallara qapılmayın.Günün ikinci yarısında yeni biliklər və bacarıqlar əldə etmək mümkündür. Nəqliyyatda nasazlıq, yolda problemin yaranması istisna deyil. Başqalarının işlərində aktiv iştirak etməyin. Nə isə alınmasa, sizi suçlu biləcəklər. Aldığınız məlumatları diqqətlə yoxlayın. Şayiələrə və dedi-qoduya inanmayın.Axşam saatlarında səhhətinizə fikir verin. Şir – Günün ilk yarısında texniki nasazlıqlar, iş yerində qəfil problemlərin yaranması istisna deyil. Əvvəlcədən planlaşdırılmış görüşün baş tutmaması da mümkündür. Bunun səbəbi sözləşdiyiniz insanla məkan və zaman anlaşmasının şərtlərinə əməl olunmamasıdır.Günün ikinci yarısında başqalarının intriqalarına hədəf olmayın. Hədəfləri saf-çürük etmək gərəkdir. Maliyyə vəsaitinizin qədrini bilin. Bədxərclik etməyin.Zərurət varsa, planlarda dərhal dəyişikliklər edin. Qız – Maliyyə və maddi-texniki problemlərin həllində aktiv davranın. Nevroz olmayın. Bacardığınızdan artıq işləri görməyə başlasanız, ifrat yorğunluğa düçar olacaqsınız. Vaxtınızı mənasız işlərə sərf etməyin.Günün ikinci yarısında çalışdığınız kollektivdə uğursuzluqla qarşılaşmağınız, yaxınlarınız və qohumlarınızla münasibətlərdə anlaşılmazlıqların yaranması istisna deyil. İş və ya yaşam arealının dəyişdirilməsi üçün münasib zaman deyil. Hansısa işlərdə axsamalar, ləngimələr yaranırsa, səhvlərinizdə başqalarını suçlamayın.Günah yalnız sizdədir. Tərəzi – Səfərdə, yazışmada və ya söhbətdə anlaşılmazlıq yarana bilər. Maddi məsələləri vaxtında həll etmək istəyirsinizsə, yalnız öz qüvvənizə və potensialınıza bel bağlayın.Kiminsə gecikməsi və ya səhlənkarlığı planları poza bilər. Yalan qurbanı olmayın, deyilənlərə sidq-ürəkdən inanmayın.Günün ikinci yarısı yeni əlaqələrin formalaşması, müzakirələr, sövdələşmələr və seçim üçün əlverişli deyil. Özünüzlə çox pul gəzdirməyin. Yeni layihəyə başlamaq fikriniz varsa, ciddi düşünün.Tələsik addımlar atmayın. Əqrəb – Yaranmış situasiya sizdən çeviklik, sürət, mütəhərrik davranış tələb edir. Cari duruma uyğunlaşmağa çalışın. İşdə rəhbərliyin artan tələbkarlığı və ya əmək şərtlərinin dəyişməsi ilə bağlı müəyyən diskomfort istisna deyil.Günün ikinci yarısında yolda ehtiyatlı olun. Fors-major olayın səbəbkarına çevrilməyin. Məsuliyyətli və ağır iş görməlisinizsə, problemin həll yollarını əvvəlcədən düşünün. Ən optimal variantı seçin.Axşam saatlarını özünüzə həsr edin. Oxatan – Günün ilk yarısında yaranacaq mübahisədə təmkinli davranın. Başqalarının diskussiyasında müşahidəçi olsanız, eşitdikləriniz və ya gördükləriniz barədə yalnız obyektiv rəyinizi bildirin. Əsla yalan danışmayın.Günün ikinci yarısında kimsənin tərəfini tutmayın. Neytral qalmağa çalışın. Mübahisə zəmini olan predmet və ya hadisə ilə bağlı müfəssəl bilgiləriniz yoxdursa, çox danışmayın. Müstəqil fəaliyyət göstərin. Ailə üzvləri və ya qohumlarla ünsiyyətdə hakim rolunu oynamağa çalışmayın. Qayğıkeş, şəfqətli olun. Oğlaq – Yaşanan olayları diqqətlə müşahidə edin. Ayıq olun. Rəqiblərin sizi geridə qoymasına imkan verməyin. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Özünüzü az qala bütün situasiyalarda haqlı saymayın.Nöqsanlardan xali olduğunuzu unutmayın.Günün ikinci yarısında ideala can ataraq işlərin gedişatını uzatmayın. Eşitdiyiniz hər sözə kor-koranə inanmayın. Sizi aldatmağa, yanlış istiqamətə yönləndirməyə çalışırlar. Axşam saatlarında səhiyyə müəssisəsinə yollanmayın. Dolça – Mənasız illüziyalardan, əsassız fantaziyalardan qurtulun. Cari işləri yerinə yetirməkdən usanmayın. Yeknəsəqlikdən şikayətlənərək süstlüyə qapılmayın. Yaradıcılıqla da məşğul olmaq mümkündür.Günün ikinci yarısında sifariş və ya tapşırıqların yerinə yetirilməsi zamanı maksimum dərəcədə dəqiq olun. Hesablamalarda, məlumat bazaları ilə işdə, uzunmüddətli planlaşdırmada yanlışlıqlara yol verməyin.Axşam saatlarında kompüterdən, internetdən uzaq durun.Açıq havada gəzin. Balıqlar – Axınla hərəkət edin, hadisələrin məcrasında kəskin dəyişikliklərə can atmayın. Yaşam prosesləri üzərində nəzarəti tamamən itirməyin. Təmkinli və səbrli olun, emosiyalara uymayın.Günün ikinci yarısında yolda ehtiyatlı olun. Sükan arxasında diqqətiniz yayınmasın. İnformasiya ilə iş, hesablamalar səliqə tələb edir.Axşam saatlarına yaxın bir qədər dincəlin. Stressdən qurtulmağa çalışın. Milli.Az
Qoç – günün ilk yarısında yaranan problemlərin sayına və formalarına rəğmən onları dəf edə biləcəksiniz. Hətta sizə rəğbət bəsləməyən insanlarla belə, dil tapa biləcəksiniz. Səmimiyyət, dürüstlük və doğru danışmaq sizə dostlar, yaxınlar və həmfikirlərlə münasibətlərdə rəvanlığı qorumağa yardım edəcək. Günün ikinci yarısı uğurludur. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır. Yaşamınızı daha rahat edəcək, məişət problemlərinin həllində işinizi asanlaşdıracaq əşyalar almaq olar. Buğa – təmaslarda ehtiyatlı və sayıq olun. Ətrafınızdakı insanların hamısına kor-koranə etibar etməyin. Bədxahın intriqa və ya manipulyasiyalarının qurbanına çevrilə bilərsiniz. Huşyar davranın. Günün ikinci yarısında hətta ən yaxın bildiyiniz insanları çətinliklə anlayırsınız. Onların niyyət və istəklərini başa düşməyə çalışın. Yaranan problemləri ürəyinizə salmayın. Çətinlikləri dəf edərkən sonradan karınıza gələcək təcrübə qazanırsınız. Yardım istəyənə dəstək olun, müraciəti rədd etməyin. Çünki başqasının problemlərini həll edərkən fikir, niyyət və gözləntilərinizdə qayda yaradırsınız. Əkizlər – günün emosional fonu əlverişli deyil. Əhvalınız pisləşəcək, özünüzü yorğun və pərişan hiss edəcəksiniz. Yaşam enerjinizin tükəndiyini düşünəcəksiniz. Yaxın ətrafınızdakı insanlarla problemlər yaranacaq. Hətta ən yaxın insanlarla dil tapmaq çətindir. Günün ikinci yarısında əhvalınızı yaxşılaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edin. Təşvişə düşməyin, bədbinliyə qapılmayın. Yalnız bu minvalla mənfi təmayülərin öhdəsindən gələ bilərsiniz. Bilik və məlumatların əldə edilməsi ilə bağlı problemlər yaranır. Aldığınız məlumatları dərin təhlilə uğradın. Axşam saatlarında gəzintiyə çıxın. Səhhətinizə fikir verin. Xərçəng – müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu başlanacaq. Başladığınız işi görmək asan olmasa da, onu tamamlayın. Tənbəl və ətalətli olmayın. Bütün diqqətinizi karyera və peşəkar nailiyyətlər müstəvisinə yönəltsəniz, qarşınızda açılan yeni üfüqləri görəcəksiniz. Günün ikinci yarısında faydalı tanışlıqlar yaratmaq, mövqelərinizi möhkəmləndirmək imkanları var. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Laqeyd olmadığınız insanlarda xoş ovqat yaradın. Vədlər verməyə tələsməyin. Onları yerinə yetirmək asan deyil. Şir – günün ilk yarısı uğurlu olacaq. Nüfuzlu şəxslə söhbətdə mövqelərinizi müdafiə edin. Planlarınızı reallaşdırın, başladığınız işləri başa vurun. Vaxtınızı hədər yerə sərf etməyin, çünki saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. Enerji resurslarınız isə tükənməyə başlayır. Günün ikinci yarısında ciddi, böyük miqyaslı işə başlamayın. Yaxınlarınızla dil tapın. İşgüzar təmaslarda çətinliklər formalaşır. Axşam saatlarını istirahətə həsr edin. Qız – günün ilk yarısı uğursuz olacaq. Yaxın ətrafınızdakı insanlarla təmaslarda problemlər yaranacaq. Sərt və aqressiv davranmayın. Maliyyə çətinlikləri, planlaşdırılmamış xərclər istsina deyil. Günün ikinci yarısında maliyyə vəsaitindən məntiqlə yararlanın. Yaxın ətrafınızdakı insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin. Ailə üzvlərinizin problemlərini həll edin. İşlərinizdə qayda yaradın. Axşam saatlarında kiçik hədiyyələr, xoş sürprizlər ola bilər. Tərəzi – mənfi təmayüllərin təsiri güclü olsa da, gün ümidsiz deyil. Qarşınıza dürüst və real məqsədlər qoyun. Belədə vaxtınızla yanaşı, qüvvənizə də qənaət edə bilərsiniz. Planların bir qismini nüfuzlu şəxsin yardımı və ya təsiri ilə həll edə bilərsiniz. Amma həmin şəxs bundan sonra da işlərinizə müdaxilə edəcək. Çox xoşagəlməz, arzuolunmaz vəziyyətlər alınacaq. Günün ikinci yarısında alış-veriş etmək, şübhəli biznes layihələrə qatılmaq, pul yatırmaq məsləhət deyil. Planlaşdırılmamış gəlir istisna deyil. Əldə etdiyiniz pulu israf etməyin. İntuisiyanıza güvənin. Onun işarələri yaxın ətrafınızdakı insanların məsləhətlərindən daha tez və məntiqidir. Əqrəb – müsbət təmayüllərin təsirindən yararlanaraq başladığınız işləri başa vurun. İradə, qətiyyət və əzm önəmlidir. Onlar olmadan ciddi uğur əldə etməyəcəksiniz. İlkin işgüzar danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə etmək olar. Lakin yekun qərar qəbul etməyə tələsməyin. Az sonra niyyətlərinizdə dəyişikliklərə səbəb ola biləcək məlumat alacaqsınız. Günün ikinci yarısında ehtiyatlı olun. Alət və avadanlıqlarla çalışanda diqqətli davranın. Sükan arxasında uzaq səfərlərə yollanmaq məsləhət deyil. Oxatan – siyasi və ictimai prolseslərə maraq arta bilər. Əsl dəyərlər, ədalət uğrunda səylərinizi əsirgəmədən mübarizəyə başlamaq istəyirsiniz. Güclü rəqiblə qarşılaşanda belə, geri çəkilməyin. Ona qalib gələ bilərsiniz. Qələbəyə özünüz də təəccüblənəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün günün ikinci yarısında maksimum səy göstərin. İşdə və evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan verməyin, səmimi və soyuqqanlı olun. Yaşlı qohumlarla münasibətlərdə problemlər yaranacaq. Oğlaq – düşərli və məhsuldar gündür. Əvvəllər çözməyə cəsarət etmədiyiniz problemlərin öhdəsindən gələcəksiniz. Peşəkar fəaliyyət müstəvisində əməkdaşlıqla bağlı gözlənilməz təkliflər alacaqsınız. İş yerinizi dəyişmək barədə düşünə bilərsiniz. Daha maraqlı, maaşı çox olan iş arayırsınız. Günün ikinci yarısında cəsarətli ideya və fikirləri reallaşdırmaq, eksperimentlər aparmaq olar. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insana doğru ilk addım atsanız, yaxşılığa doğru köklü dəyişikliklərə başlaya bilərsiniz. Axşam saatlarını yaxınlarınızın yanında keçirin. Dolça – müsbət təmayüllərin təsiri güclüdür. Gün uğurlu alınacaq. İşgüzar danışıqlar məhsuldar olacaq. Sizi istənilən situasiyada dəstəkləməyə hazır insanla qarşılaşacaqsınız. Nüfuzlu hami də ola bilər. O, qarşılaşdığınız bir sıra prolemləri özü həll edəcək. Günün ikinci yarısında anlaşma və ya müqaviləyə nail olmaq, mühüm sənəd imzalamaq olar. Şəxsi münasibətlər baxımından da əlverişli zamandır. Planları, həyƏcanları və niyyətlərini sizinlə bölüşmək istəməyən insanla davranış modelindən intuisiyanız xəbər verəcək. Axşam saatlarını yaxınlarınızla keçirin. Balıqlar – gün gözlədiyinizdən də uğurlu olacaq. Bel bağlamadığınız işlərdə uğur əldə edə bilərsiniz. Xoş sürprizlər, qəfil kəşflər ola bilər. İşdə həmkarlarla fikir ayrılıqları və ixtilafları aradan qaldıracaq, son vaxtlar dil tapa bilmədiyiniz insanlarla münasibətləri normallaşdıracaqsınız. Günün ikinci yarısında peşəkar mövqelərinizi möhkəmləndirməyi unutmayın. Gəlirlər, gəlir mənbələri arta bilər. Alış-veriş üçün əlverişli gündür. Axşam saatlarında xüsusilə diqqətli olun. Milli.Az
Qoç – Heç də pis gün deyil. Hadisələrin nisbətən ləng axarından narahat olmayın, qıcıqlanmayın. Yaxın ətrafınızdakı insanları tələsdirməyin və olaylara süni təkan verməyin. Yaşamın aram ritminə uyğunlaşın. Bu minvalla anlayacaqsınız ki, qüvvələrinizə qənaət edə bilirsiniz. Səbrli, dözümlü olun, emosiyaların tələsinə düşməyin. Çətin məsələlərin həlli və müzakirəsi üçün yaxşı gündür. Mühüm görüşü günorta saatlarında keçirin. Məhz bu zaman həmsöhbətlə asanlıqla dil tapa bilərsiniz. Axşam saatlarında yaxşı istirahət edin. Buğa – Yeni perspektivlər və cazibədar imkanların yarandığı gündür. Vədlər verən və nələrdənsə bəhs edən insanlara asanlıqla inanmayın. İndi arxasınca getməyə hazır olduğunuz, inandığınız insandan əslində mümkün qədər uzaq durmalısınız. Maliyyənizlə risk etməyin. Səfərə yollanmaq fikrinə düşsəniz, ailə üzvlərinizi də unutmayın. Tənha iş və təkbaşına fəaliyyət üçün uğursuz gündür. Axşam saatlarında şəxsi münasibətlərlə bağlı əhəmiyyətli qərar qəbul etməyin. Əkizlər – Qarışıq, laübalı, mürəkkəb gündür. Hədsiz dərəcədə kəmhövsələ olmayın. Aqressiv davranmayın. Diqqətli, sayıq, həssas olun. Soyuqqanlı olsanız, bədxahlarınız pərişan qala bilər. Konstruktiv ideya hasil edərək onu gerçəkləşdirməyə çalışın. Ən maraqlı imkanlarla üzləşə bilərsiniz. Uğurlu olun, işgüzar əlaqələr və şəxsi münasibətlər sahələrində qayda yaradın. Günün ikinci yarısında alacağınız təklifi rədd etməyin.Gəlir istisna deyil. Çəkinməyin, risk edin. Xərçəng – Sakit gündür. Qüvvələrinizi toplayın, səylərinizi cəmləşdirin, yaşam arealı və işlərinizdə qayda yaradın.Sizdən xaruqələr tələb olunmur. Məsuliyyətli və yaxın perspektivdə işlərinizə ciddi təsir edəcək qərarlar qəbul etməyin. Cari işlərin öhdəsindən gəlin, gələcək barədə düşünün. Gərəkli insanlarla görüş, istənilən formalı ilkin razılaşmaların əldə edilməsi üçün yaxşı gündür.Alış-verişdə bədxərclik etməyin. Pullarla bu gün asanlıqla vidalaşsanız da, sonradan belə hərəkətlərinizə görə peşman ola bilərsiniz. Səfər və ya səyahət planlaşdırıbsınızsa, təşkilati məsələlərin həlli üçün vaxta qənaət etməyin. Ləngimə və təxirəsalmalar sizi təbdən çıxarmasın. Axşam saatlarında stressdən qurtulun. Şir – Diqqətli olun. Kiçik və ilk baxışdan önəmsiz təsir bağışlayan məsələlərə diqqətlə yanaşın. Yalnız belədə yalan və səhvlərin qarışığını aydın görə bilərsiniz. Sizə bəlli, hamının agah olduğu faktlar kimi təqdim olunan məsələlər əslində müəmmalı ünsürlər ola bilər. Bədxahların sizə qurduqları tələyə düşməmək üçün soyuqqanlı davranın. Yaşlı, təcrübəli dost və qohumların biliklərindən istifadə edin. Bu minvalla öz səhvləriniz bahasına təcrübə qazanmaq məcburiyyətindən qurtula bilərsiniz. Maliyyə itkiləri istisna deyil. Planlaşdırılmamış alış-verişdən, şübhəli layihələrə sərmayə yatırmaqdan qurtulun. Qız – Bu gün nüfuzlu şəxsdən dəstək almaq, ciddi uğura nail olmaq şanslarınız var.Mövqelərinizi möhkəmləndirin. İrəliyə doğru hərəkətə mane olan daxili sədləri dəf edin. Qətiyyət və enerjili davranış bir sıra problemlərin öhdəsindən gəlməyə yardım edə bilər. Şəxsi münasibətlərdə təşəbbüskar olun.Lakin bu gün bütün işlərin asanlıqla alınacağını düşünməyin. Müqavimət və ya dəf olunmayacaq güclə qarşılaşmaq şansınız az deyil. Günün ikinci yarısında diqqətli, sayıq olun. Xoşagəlməz hadisələri, proseslərin uğursuz axarını hiss edin. Tərəzi – Əlverişli, uğur vəd edən gündür. Enerjili və aktiv olun. Belədə çox işlərin öhdəsindən gələ bilərsiniz. Ən müxtəlif məsələləri həll edin, qətiyyətli olun. Çətinlik yaranarsa, köhnə dostlar və ya yaxşı tanışlardan birindən yardım istəyə bilərsiniz. Onlar yardımlarını əsirgəməyəcəklər.İstənilən mürəkkəb işin çözülməsi üçün günün ikinci yarısı daha əlverişlidir. Çətinliklər sizi qorxutmamalıdır.Ünsiyyətdə qəfil problemlər yarana bilər. Həddən ziyadə sərt, aqressiv olmayın. Gərəkdiyindən artıq təzyiqə əl atmayın. Əks cins mənsubuna inana bilərsiniz.Alış-veriş üçün uğurlu gündür. Tikintiyə, təmirə, köçə başlamaq olar. Əqrəb – Rutin, yeknəsəq gündür. Darıxa bilərsiniz. Yeni perspektivlər və imkanlar yaranmasa da, ötənlərdə yol verdiyiniz səhvləri xatırlayaraq onları saf-çürük edin.Yeni yanlışlıqlara yol verməmək üçün optimal davranış modelini seçin. Lakin bu işlə çox məşğul olaraq vaxtınızı təhlilə sərf etməyin. Yeni təəssüratların yoxluğundan depressiyaya qapılmayın. Yaxınlarınızla dil tapın, fikir ayrılıqlarını aradan qaldırın, mübahisələrə son qoyun. Sevdiyiniz insana xoş sürpriz edin. Axşam saatlarında romantik görüş ola bilər. Oxatan – Gün yeni üfüqlər, yeni imkanlar vəd edir. Gərəkli və faydalı işlər görməyə çalışın. İntuisiyanız o qədər güclənəcək ki, ehtimallarınızın dəqiqliyinə təəccüblənəcəksiniz. Ətrafınızdakı insanların məsləhətlərinə qulaq asın. Ezoterika, mistikaya marağınız arta bilər. Amma ifrata varmayın, təsadüflərə olduğundan artıq dəyər verməyin uğursuzluğu müxtəlif ehtimallarla izah etməyin. Aktiv, enerjili, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli olun. Planlarınızın asılı olduğu insanla münaqişəyə başlamayın. Oğlaq – Sakit təhlil və uzunmüddətli planlaşdırma üçün əlverişli, pis olmayan zamandır. Dəqiqlik, səliqə, səbir tələb edən işlərlə məşğul olmaq mümkündür.Yaradıcılıq məsələlərinin çözümündə böhran var. Müstəqil düşünün, qeyri-standart qərarlar verin. Başqalarına bənzəməyə çalışmayın. Xeyli vaxtdan bu yana diqqətinizi və birbaşa müdaxilənizi tələb edən ailə problemini çözün. Təşkilatçılıq bacarıqlarınızdan bəhrələnin. İştirakınız və maliyyə məsrəfləri olmadan həlli alınmayan işləri çözün.Axşam saatları günün stressindən qurtulun. Dolça – İşlə bağlı problemlərin öhdəsindən gələcəksiniz. Lakin ciddi və əhəmiyyətli uğur barədə düşünün. Kiçik nəticələrlə kifayətlənsəniz, rəqib və bədxahlar daha böyük nailiyyətlər əldə edəcəklər. Danışıqlar və sövdələşmələrdə ehtiyatlı olun. Sonradan yerinə yetirilməsi çətin vədlər verməyin. Günün ilk yarısında yaşam potensialı yüksək olmasa da, saatlar keçdikcə durum normaya düşəcək. Günün ikinci yarısında az qidalanın, tamahkarlıq etməyin. Yarımçıq qalmış işləri tamamlayın. Məntiqi nəticə hasil edin. Balıqlar – Günün əsas problemi davranışınızdır. Əvvəlcə addım atıb, sonra düşünməyin. Düşünülməmiş və planlaşdırılmamış əməlləriniz qəribə, ekstravaqant olmaqla yanaşı, çox pis fəsadlara səbəb ola bilər. Nüfuzlu və güclü düşmən qazana bilərsiniz. Sizə ən yaxın insanlarla münasibətlərdə də hər şey normal deyil. Yalnız istək və prioritetlərinizi düşünməyin. Ətrafınızdakı insanlar belə davranışdan inciyə bilərlər. Ailədə problemlərin yaranmasının qarşısını almaq üçün mülayim, həssas olun. Qaba davranmayın.Axşam saatlarında günün sonuclarını götür-qoy edin.(bizimyol.info)