Qoç – çox mürəkkəb gün olsa da, ondan faydalanmaq mümkündür. Əsas odur ki, əvvəlcədən uğursuz görünən layihələrə baş qoşmayasınız. Çalışın, heç olmazsa, nəzəri cəhətdən dəyərli nəticələr verə biləcək işlərə köklənəsiniz. Günün ikinci yarısı Xərçənglərin əksəriyyəti onları çox sevindirəcək bir xəbər alacaq.Bu ərəfədə, həmçinin ciddi maneələri aşmalı olacaqsınız. Sizdən yalnız inad tələb olunur. İlk uğursuzluqdan sonra qol-qanadınız həmən yanınıza düşməsin, yaxşı olar ki, kimisə köməyə çağırasınız. Buğa – yaxınlarınızla bahəm, həmkarlar və tərəfdaşlarla təmaslarda etibara, stabilliyə xüsusi fikir verin. Cari məsələlərin çözülməsində aktiv olun, süst davranmayın. Olaylar spontan inkişaf edəcək, bəzi məqamlarda isə problemlərin sayı artacaq.Günün ikinci yarısında kənardan müdaxilə və ya təsir planlarınızı alt-üst edə bilər.Ruhdan düşməyin. Çətinliklər sizi qorxutmasın. İstənilən situasiyada müsbət məqamları görməyə can atın.Peşəkar biliklərinizi və təcrübənizi artırın. Əkizlər – situasiyanı olduğundan artıq çətinləşdirməyin. Sayıq davranın, qəfil təkliflərə ehtiyatla yanaşın. Hadisələrin məcrasını süni şəkildə dəyişməyə çalışmayın. Yaxın ətrafınızdakı insanları təsiriniz altına salmağa cəhd göstərməyin. Realist olun, prosesləri praqmatcasına dəyərləndirin.Günün ikinci yarısında uzunmüddətli təşəbbüslərlə çıxış etməzdən əvvəl hadisələri yaxşıca təhlil edin. Əsassız ideyalar narahatlığa, gərginliyə səbəb olacaq.Axşam saatlarında normal istirahət edin. Fikir ayrılıqları qarşılıqlı anlaşmanın pozulmasına səbəb ola bilər. Xərçəng – hisslərin əsiri olmayın. Ünvanınıza söylənən kəlmələrə diqqətlə qulaq asın. Dəyər verdiyiniz insanların qayğısına qalın, onları düşünün. Soyuqqanlı və laqeyd davranış münasibətlərdə ciddi anlaşılmazlıqlara, umu-küsüyə səbəb ola bilər.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Təmasları inkişaf etdirmək üçün qarşı tərəfin istək və niyyətlərindən xəbərdar olun.Alış-veriş, eksperimentlər, imic dəyişiklikləri üçün əlverişli zaman deyil.Yaşayış yerinin dəyişdirilməsi və ya köçlə bağlı planları təxirə salın. Şir – hər şeyə rəğmən nikbin olun. Çətinliklər müvəqqətidir. Ruhdan düşməyin. Yaşananları növbəti sınaq kimi qəbul edin. Situasiyanı dərindən araşdırın ki, problemlərin həll yollarını ifrat çətinlik çəkmədən tapa biləsiniz.Günün ikinci yarısında məqsədə aparan yolda nəzərdə tutulmamış gecikmələr, təxirəsalmalar yarana bilər. İlk baxışdan əhəmiyyətsiz təsir bağışlayan detallara xüsusi fikir verin. Önəmsiz işləri təxirə də salmaq olar. Amma zahirən mənasız, əslində ciddi məqamı nəzərdən qaçırsanız, bu nüans sonradan işlərinizdə əhəmiyyətli əngəllər yaradacaq.Axşam saatlarında diqqətli olun. Qız – planlaşdırdığınızdan daha az iş görüb çatdıra bilirsiniz. Çünki bir çox məslələlər qəfil meydana çıxır və onları tez həll etmək lazım gəlir. Həmfikir və köməkçiləriniz çoxdur. Çifayda, heç biri təşəbbüs göstərmir və yalnız sizin əmr və göstərişlərinizi gözləyirlər.Günün ikinci yarısı ciddi pul xərcləri gözlənilir. Kədərlənməyin, bunun əvəzində daha dəyərli və faydalı bir şey əldə edəcəksiniz. Emosional fon pis deyil, heç xoşunuza gəlməyən adamlarla da yola gedirsiniz. Axşam vaxtı ünsiyyətlərinizdə diqqətli olun, yalnız yaxınlarınızla söhbətlə kifayətlənin. Tərəzi – şəxsi həyatınızdakı problemləri fəaliyyətinizdəki çətinliklərlə qarışdırmayın. Fəaliyyət istiqamətində sürətlə irəliləmək üçün konkret plana zərurət var. Yaxın ətrafınızdakı insanlarla kəskin mübahisələr etməyin. Yeni müttəfiqlər əvəzinə yeni rəqiblər qazanmağa tələsməyin.Dəyərli saydığınız insanlarla münasibətləri günün ikinci yarısında korlamamaq üçün bir qədər mülayim, güzəştlərə meylli olun. Təmaslarda harmoniyanın yaranmasına çalışın. Kobudluq və sərtlik etməyin. Əks təqdirdə ehtiyatsız davranışınıza görə az sonra peşman olacaqsınız. Əqrəb – səhər saatlarından etibarən gərgin dönəm başlanacaq. Önəmli işləri sürətlə həll edin. Enerji və qüvvənizdən yararlanın. Süst, ətalətli olmayın. Axşam saatlarına yaxın məhsuldarlıq səviyyəniz xeyli aşağı düşəcəyindən vaxtınızın qədrini bilin.Günün ikinci yarısında dostlar və ya ünsiyyəti sizə xoş təsir bağışlayan insanla əməkdaşlığı intensivləşdirmək olar. Bəzi işlərdə çətinliklər yaranacaq. Ruhdan düşməyin, geri çəkilməyin.Dövlət qurumlarına yollanmaq məsləhət deyil. Bürokratik əngəl, təxirəsalma, maneələrlə qarşılaşacaqsınız. Oxatan – günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Fəaliyyətinizlə bağlı önəmli məsələləri vaxtında həll edin. Layihələri yarımçıq qoymayın. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Maliyyə məsələlərində çətinliklər yarana bilər.Günün ikinci yarısında yaxınlarınızla əzizlərinizin problemlərindən hali olun. Təmkinli, diplomatik, səbrli olun. Yaşananları müşahidə edin.Ailə üzvlərindən biri sizi sevindirəcək. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin. Oğlaq – günün ilk yarısında uğurlar mühüm işlərə ayıra biləcəyiniz diqqətdən asılıdır. Detallara və təfərrüatlara fikir verin. İntizam, qaydalara riayət nə qədər yüksək səviyyədə olarsa, məqsədə bir o qədər tez çatacaqsınız. Tapşırıq və öhdəlikləri vaxtında yerinə yetirin.Günün ikinci yarısında metodlarla vasitələri diqqətlə seçin. Saatlar keçdikcə fiziki travma və məişət zəminində münaqişə riskləri artacaq.Axşam saatları təmir, habelə elektrotexniki işlərin aparılması üçün münasib deyil. Dolça – xüsusi bir planı olmayanlar üçün gün çox uğurludur. Amma əgər möhtəşəm ideyalarınız varsa, onları bir kənara qoyun. İş görüşləri sizin təxmin etdiyiniz kimi keçəcək, başgicəlləndirici təkliflər heç gözləməyin, amma qarşılıqlı sərfəli sövdələşmələr mümkündür.Dostlarınız və ailə üzvlərinizlə ünsiyyət, əyləncəli tədbirlərdə iştirak əhvalınızı yüksəldəcək. Həm özünüzün, həm də başqalarının qayğısına qalırsınız. Köhnə tanışlarınız sizi hədiyyə ilə sevindirəcəklər. Balıqlar – təslim olmaq fikrində deyilsiniz, bir cəngavər kimi mənfi tendensiyalarla savaşırsınız. İnadınız təqdirəlayiqdir. Amma bir düşünün, qüvvənizi nəyə sərf edirsiniz? Bu, o qədər vacibdir? Hələ ki, gec deyil, özünüzə gəlin.Əvalınız da sevindirmir. Yaxşı olar ki, ağır işdən çəkinəsiniz. Kompüter qarşısında çox oturmayın, alkoqol və yağlı yeməkdən uzaq durun. Amma eyni zamanda, bütün diqqəti sağlamlığa yönəltmək olmaz. Məsələn, bu gün arıqlamaq üçün ac qalmaq heç məsləhət deyil. Milli.Az
Qoç – İntellektual və enerji səviyyənizin yüksəlməsindən ailənizin maraqlarının təminatı üçün bəhrələnin. Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi çaşdırmasın. Hadisələrin ən uğursuz məcrasına hazır olun. Günün ikinci yarısında danışıqlarda sayıq olun. Əks təqdirdə qarşı tərəflə kəskin mübahisə edə bilərsiniz. Diqqətinizi işə yönəldin. Romantik görüşü ertələyin. Sabaha indidən hazırlaşın. Buğa – Situasiyanı sizə gərəkli istiqamətdə inkişaf etdirmək üçün stereotiplərdən qurtulun. Qarşı tərəfin əhvalını anlayın, emosiyaları hiss edin. Durum qəflətən dəyişə bilər. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün lazımi vasitələrdən istifadə edin. Günün ikinci yarısında işlərin emosiyalarla həllinə imkan verməyin. Yaxşı intuisiya diqqətə layiq məsələlərin həllində yardımçınız olacaq. Gələn informasiyalara fikir verin. Maraqlı ideyalar istisna deyil. Rasional olun. Mövqelərinizi möhkəmləndirin. Axşam saatlarında əylənin, gəzintiyə çıxın. Əkizlər – Dediklərinizi yanlış anlamamalıdırlar. Vəziyyət yönünü qəflətən dəyişir. Bir istiqamətdə hərəkəti çoxdan planlaşdırsanız da, yeni xəbərlər və gözlənilməz məlumatlar gündəmə başqa işləri gətirəcək. Ətrafınızdakı insanlarla təmaslar niyyətinizə təsir edəcək. Hadisələrə təsir imkanlarına malik insan günün ikinci yarısında sizə yardım edəcək. Təsadüfi nüanslar əhvalınıza pis təsir etməməlidir. Diqqətiniz dağınıq olmasın. Axına qarşı üzməyin. Yanınızdakı insanlara qarşı ifrat tələblərə söykənən mövqe tutmayın. Yardım istəyən insana kömək edin. Ailə üzvlərinizin qayğınıza ehtiyacı var. Səhhətinizin qeydinə qalın. Xərçəng – Emosional əlaqələri yenidən dəyərləndirin. Maliyyə münasibətlərini təftiş edin. Əlavə işlərə boyun olmayın, düşünülməmiş addımlar atmayın. İntuisiyanızı dinləyin. Riskli əməliyyatlara qatılmayın, kateqorik bəyanatlar verməyin. Günün ikinci yarısında virtual təmaslar, informasiya axtarışı, yenilik arayışları gözləntilərinizi doğruldacaq. Axşam saatlarını pəhrizə, rasionun nizamlanmasına həsr etmək olar. Harasa yollanmaq fikriniz varsa, münasibətlərdə tamahkarlıq etməyin. Eyni vaxtda bir neçə iş görmək mümkün deyil. Şir – Tələsmədən, aramla çalışın. Gərginlik səviyyəsi nə qədər artsa da, cari məsələləri nə qədər tez başa vurmaq istəsəniz də, təmkinli olun. Sizə deyilənlərə diqqətlə qulaq asın. Vəziyyəti müşahidə edin. Konkret situasiyadan asılı olaraq qarşı tərəflə əlaqələri yeniləmək mümkündür. Günün ikinci yarısında fəaliyyət müstəvisində sürətlənmə olacaq. Uğurlu şəraitdən yararlanın, ən ağır problemlərin asan və rahat həllərinin mümkünlüyünü təkzib etməyin. Qarşılıqlı fəaliyyətə xüsusi ehtiyac duyulur. Səhhətinizə fikir verin. Valideynlərinizin könlünü alın. Qız – Günün ilk yarısında problemləri həll etmək, yeni oriyentir və ya maraq dairəsi seçmək olar. Təklifləri diqqətlə qiymətləndirin, saf-çürük edin. Çətinliklərə rəğmən, irəliləməyə çalışın. Cari fəaliyyətinizin yeni, alternativ yanaşmaya ehtiyacı var. Gəlirlər və perspektiv sizi təmin etməməlidir. Mənasız ümidləri və boş xəyalları unudun, yeni layihədə, işdə, münasibətlərdə özünüzü sınayın. Axşam saatlarında sizə rəğbət bəsləyən insanı dinləyin. Hadisələri əsla tələsdirməin. Mühüm məsələlər təhlil ediləndə qarşı tərəfin də maraqlarını dərk etməyə can atın. Tərəzi – Münasibətlərin yeni mərhələsidir. Yaşamınızdakı bir neçə istiqamətdə hərəkətlərin fəallaşmağa ehtiyacı var. İşdə və şəxsi münasibətlərdə aqressiv olmayın. Etiraf və açıq danışıq gözləməyin. Yanınızdakı insanlar hansısa izahata ehtiyac duymadan çalışacaqlar. Günün ikinci yarısında situasiyanın təfərrüatlarını anlayın. Diqqət mərkəzində olacaqsınız. Tərəfdaşlar və şəriklərlə münasibətlərdə maliyyə məsələlərinə xüsusi diqqət ayırın. İndiyədək latent durumda qalan mövzular bu gün aktualdır. Qənaətcil olun. Əqrəb – İntensiv fəaliyyət, zəhmət tələb edən zamandır. Danışıqlar, planlaşdırma, işlərin bölüşdürülməsi pis alınmayacaq. Əlavə işlər cazibədar təsir bağışlasa da, onları ertələyin. Əks halda mühüm situasiya üzərində nəzarət imkanlarını itirəcək, önəmli işi yarımçıq qoymalı olacaqsınız. Günün ikinci yarısı ümumən pozitivdir. Sizi maraqlandıran xəbərləri əldə etməyə çalışın. Dəyər verdiyiniz insanların qayğısına qalın. Yardımlarınız unudulmayacaq. Axşam saatlarında açıq havada mümkün qədər çox vaxt keçirin. Təəssürat və fikir mübadiləsi ola bilər. Oxatan – Müstəqil şəkildə, kənar təsirlərə uymadan çalışmaq üçün əlverişli zamandır. Cari işlərlə məşğul olun. Geriləmə hiss olunan yerdəki çətinliyi aradan qaldırın. Münasibətlərdə ifrat emosionallığa varmayın. Günün ikinci yarısı yaxın gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi zamanıdır. Gərəkli informasiyaları toplayın, zəruri görüşlərlə bağlı vədələşin. İlkin razılaşma səbatlı deyilsə, yeni layihəyə başlamayın. Özünüzü çox yormayın. Səhhətinizə fikir verin, normal tonusda olun. Axşam saatlarında normal istirahət edin. Oğlaq – İctimai fəaliyyət üçün pis gün deyil. Ticarət və xidmət sahəsində çalışırsınızsa, irəliləyişə nail olacaqsınız. Rutin məsələlərin həllində nizam yaradın. Sənədləşdirmədə, ailə büdcəsinin həllində sayıq olmaqla yanaşı, yaxınlarınızın dediklərinə qulaq asın. Günün ikinci yarısında fəaliyyət arealını nizama salın. Ailə üzvləri sizi problemlərin həllindən yayındıra bilərlər. Məqsədə çatmağın optimal yollarını fikirləşin. İnsanların gur olduqları toplantılardan yayının. Dolça – Ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin. Gələn xəbərləri diqqətlə araşdırın. Zahiri görünüşünüzə fikir verin. Çətin problemi dostlarla birlikdə həll etmək olar. Yeniliklər zamanıdır. Cari işlərdəki sədlərlə maneələri dəf edə bilərsiniz. Günün ikinci yarısında qarşılıqlı fəaliyyətdə xeyir var. Zahiri görünüşə fikir verin. Qətiyyətli olsanız, cari işlərdə gözləntilərdən artığına nail ola bilərsiniz. Axşam saatlarına yaxın daxili gərginlikdən qurtulmaq üçün laübəli məsələlərə aydınlıq gətirin, sizi pərişan edəcək suallara cavab arayın. İrəliləmək üçün bütün vasitələrdən və imkanlardan istifadə edin. Balıqlar – Səciyyəvi çətinlikləri həddən ziyadə emosional qəbul etməyin. Maliyyə itkiləri, elektron qurğulardan birinin sıradan çıxması istisna deyil. Mümkün qədər diqqətli olun. Dövlət qurumlarının nümayəndələri ilə danışanda məğlubiyyətçi mövqe tutmayın. Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz işlərinizdə sizə dəstək verəcəklər. Uzaq yerdən gəlmiş insanla sıx ünsiyyət qurmağa dəyməz. Məkrli planın, avantüranın qurbanına çevrilməyin. Milli.Az
Qoç - günün ilk yarısı xeyli məhsuldar zamandır. Başladığınız işləri məhsuldar şəkildə yerinə yetirə bilərsiniz. Bununla belə, fəaliyyətinizdə ciddi dönüşə bel bağlamayın. Mübahisələrə qatılmayın. Dəyişə bilməyəcəyiniz situsiyalara emosiyalarınızı sərf etməyin. Günün ikinci yarısında tərəfdaşlarınız müxtəlif cəbhələrdə irəliləməyə çalışacaqlar. Fəqət, onların layihələrindən birini siz tamamlamalı olacaqsınız. İstənilən formada təzyiqə və kənar müdaxiləyə kəskin reaksiya verin. Rəqiblər sizi zəif saymasınlar.Axşam saatlarında enerjinizi faydalı məsələlərin həllinə yönəldin. Süst olmayın. Buğa - ev işləri yetərincədir. Səbrli, soyuqqanlı olun. Kəskin hərəkət etməyin, sərt danışmayın. Düşünülməmiş qərarlar verməyin. Kölgəyə çəkilmək, olayların episentrindən uzaqlaşmaq alınmayacaq. Fəaliyyət arealında qayda yaradın. İşləri nizamlayın. Alış-verişdə yalnız zəruri əşyaları alın. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Əkizlər - genişmiqyaslı layihəyə başlamaq üçün uğurlu zamandır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq mümkündür. Emosional baxımadan zəngin vaxtdır. Müxtəlif mənbələrdən yeni xəbərlər ala bilərsiniz. Müzakirələr üçün əlverişli zamandır. Günün ikinci yarısında məişət problemləri və ailə qayğılarının həlli vaxtınızı alacaq. Çətinlikləri aradan qaldırararkən rutin metodlardan, aktuallığını itirmiş taktikadan istifadə etməyin. Ümumi plan və ya maraqlarınız olan insanlarla aktiv ünsiyyətdə olun. Xərçəng - günün ilk yarısı məhsuldar olacaq. Problemlərin həllinə yaradıcı yanaşın. Yazışmalarda hisslərə qapılmayın. Proseslərin konkret kursu görünmür. Fəaliyyətinizin sonucları sizi tam razı salmayacaq. Emosiyalar çox, nəticə azdır. Münaqişə, mübahisə istisna deyil. Günün ikinci yarısında yersiz etiraflar baha başa gələ bilər. Olayların süjeti sizi təlaşa sala bilər. Bir yerdə problemi aradan qaldıran kimi digər məqamda çətinliklər formalaşmağa başlayacaq. Alış-verişdə çox pul xərcləməyin. Bədxərclik yolverilməzdir. Axşam saatlarında dostlarla birlikdə istirahət edin. Şir - xırdalıqlara fikir vermək asan olmasa da, detalları nəzərdən qaçırmayın. Qəfil xəbər və ya gələn informasiya narahatlıq, nigaranlıq yarada bilər. Ətrafınızda baş verənlərdən nəticə çıxarın. Yeni ideya və planları situasiyada maraqlı insanlarla bölüşə bilərsiniz. İşdə rəhbərliklə təmaslarda diqqətli olun. Maddi təminat və ya ödəniş olmadan əlavə tapşırıq ala bilərsiniz. Günün ikinci yarısında romantik hisslərə qapılaraq kobud səhvlərə yol verməyin. Şəxsi münasibətlərdə yaxşı zamandır. Yeni tanışlıqlarla bağlı ciddi gözləntiləriniz olmasın. Qız - retroqrad insanlardan uzaq durun. Yeni işlərə başlamaq istəyirsinizsə, onlara bel bağlamayın. Əvvəlcədən hazırlanmış plan çərçivəsində hərəkət edin. Ünsiyyət, danışıqlar, məlumat mübadiləsi, dostlara yardım, təkliflər olacaq. Sınanmış metodlardan istifadə edin. Aktiv, mütəhərrik olun. Danışıqlarda mövqelərinizi qoruyun. Günün ikinci yarısında tənqidlərə sərt reaksiya verməyin. Əks mövqeni dinləməyi bacarın. Dəyər verdiyiniz insanın diqqət izharına, pozitiv dəyərləndirməyə, tərifə ehtiyacı var. Tərəzi - önəmli istiqaməti intuitiv olaraq seçə bilərsiniz. Cari işlərə ciddi diqqət ayırın. Yeni layihəyə başlamaq, ciddi problemin həllinə start vermək üçün münasib zaman deyil. Günün ikinci yarısında əməkdaşlıq təklifini qəbul edin. Planları müzakirə etmək, məsləhətləşmələr aparmaq olar. Xəbərləri izləyin, reaksiyanızı nəzarətdə saxlayın. Şəxsi münasibətlərlə bağlı narahatlıq istisna deyil. Qəfil hadisələr, hətta vidalaşma ola bilər. Axşam saatlarında spontan yaradıcılıq həlləri mümkündür. Əqrəb - emosional olmayın, hisslərinizi cilovlayın. Narazılıq, təlaş və diskomfortun öhdəsindən gəlməyə çalışın. Hadisələr sürətlə inkişaf edir. Olaylarda müəyyən nizamsızlıq, hətta xaos ünsürləri müşahidə olunur. İstiqamətləri sürətlə müəyyənləşdirin. Dəyişikliklərin hamısı yaxşı deyil. Xoşagəlməz "kəşf"lərə qapılmayın. Günün ikinci yarısında həddən artıq aktivlik etməyin. Baş verənləri diqqətlə müşahidə edin, dəyər verdiyiniz insanların dediklərinə qulaq asın. Mövqeləriniz əvvəlki dövrlərlə müqayisədə o qədər də güclü deyil. Oxatan - günün məcrası səhər saatlarında müəyyənləşəcək. Dəyər verdiyiniz insanlarla aktiv ünsiyyətdə olun. Emosiyalarınıza nəzarət edin. Münasibətləri aydınlaşdırmağa çalışmayın. Güzəştlərə meylli olun. Gərginlik hiss olunan sahələrdə nizamlama və qaydaya salma əməliyyatlarına başlayın. Situasiya sizi sürətləndirəcək. Günün ikinci yarısında yaşananları təhlil edin, bundan sonra atacaq addımlarınızı bəlirləyin. Gərəkli informasiyanı arayın. Perspektivdə gərəyiniz ola biləcək, faydalı nə isə tapa bilərsiniz. Axşam saatları səfər üçün əlverişlidir. Oğlaq - mürəkkəb, qarışıq zamandır. İşlərdə hiperaktiv olmayın. Səhər saatlarında diqqətli olun. Cari işlərlə bağlı olmayan müzakirələr və danışıqları təxirə salın. Sərt tələblər, işdə rəhbərliklə həmkarlarınızın tələbləri sizi qıcıqlandıra bilər. Şərtləri sərtləşdirməyin. Hansısa mövzunu ifrata çatdırmayın. Günün ikinci yarısı önəmli qərar qəbul etmək üçün münasibdir. Aktiv olun, hərəkət edin. Bəzi olayların perspektivləri əlverişli olmadığından bir qədər gözləyin. Təfərrüatlara fikir verin. Qəfil etiraflara, yaşamınıza daxil olan mövzulara diqqətli yanaşın. Şəxsi münasibətlərdə qısqanclıq problemlər yaratmamalıdır. Axşam saatlarında normal istirahət edin. Dolça - uzun müddətdən bəri sizi narahat edən suala cavab tapa bilərsiniz. Təşviş, əməllərinizdən bədgümanlıq, ətrafdakı insanlardan narazılıq istisna deyil. Kənar təsirlər baş verənlərin mənzərəsini dəyişə bilər. Stress olacaq. Günün ikinci yarısında hər şey o qədər də pis deyil. Aldığınız xəbərləri, yaranan problemləri təhlil edin. Hər şey o qədər də pis deyil. Nevroz insan təsiri bağışlamayın. Cari dəyişiklikləri nəzərə alaraq bundan sonrakı fəaliyyət planlarına zəruri əlavələr edin. Axşam saatlarında münasibətlərdə sərinlik yaratmayın. Balıqlar - yaxın ətrafınızdakı insanların emosional durumuna fikir verin. Yaşamınızda yeni mövzu peyda ola bilər. Yeni maraq da istisna deyil. Narahatlıq varsa, onun səbəblərini anlamağa çalışın. Enerji tonusunuz ünsiyyət və təmaslar üçün əlverişlidir. Sizi maraqlandıran suallara cavab almağa, perspektivləri dərk etməyə can atın. Günün ikinci yarısında mənafelərin toqquşduğu məkanda mübahisələr yarana bilər. Seçim edəndə emosiyaların əsirinə çevrilməyin. Sağlam məntiqlə hərəkət edin. "Bu, mənə lazımdırmı?" sualını səsləndirin (Milli.Az).
Qoç - günün ilk yarısı intensiv dialoq, son məlumatların və informasiyaların mübadiləsi üçün əlverişlidir. İşgüzar səfər, ezamiyyət istisna deyil.Çalışdığınız kollektivdə rəhbərliklə açıq danışın.Günün ikinci yarısında fəaliyyət şəraitinizin yaxşılaşdırılması üçün konkret addımlar atmaq olar. Yeni biliklər əxz edin, təcrübənizi artırın.Sevdiyiniz adam maraqlarınızı bölüşəcək. Mübahisə etməyin. Buğa - yaxın ətrafınızdakı insanların dəstəyinə ehtiyacınız var. Maraqlı ideyalar və kreativ fikirləriniz az deyil. Onlar sizə gəlir və mənəvi rahatlıq vəd edir. Həmin ideyaları həyata keçirməyin, rifahınızı yüksəltməyin yollarını düşünün.Günün ikinci yarısında mübhəm xəbəri paylaşmasın. Bələd olmadığınız insanlara sirr verməyin. Maliyyə məsələlərində diqqətli olun. Alış-verişdə çox pul xərcləməyin.Ailə büdcəsinin qayğısına qalın. Əkizlər - cari hadisələrin çərçivəsində darıxa bilərsiniz. Gərginlik və narazılıq qəti addımlar atılmasını tələb edir.Mahiyyət etibarilə sizə indi, sadəcə, "tətiyin çəkilməsi", qəfil etiraf, informasiya gərəkdir. Bundan sonra dəyişiklikərin zəncirvari reaksiyası başlanacaq.Olduğunuz mövqelərin laxlamasının qarşısını alın.Yaxınlarınızla söhbətlər və müzakirələrin önəmi artır. Dəstəyə nail olmaq üçün səbrli və müdrik olun. Xərçəng - önəmli qərarlar qəbul etməzdən əvvəl nüfuzlu insanların mövqelərini araşdırın. Onların məsləhətlərini qulaqardına vurmayın. Dostlar və tanışlarla qayğıkeş davranın. Maddi rifahınızın inkişafında maraqlı insanları özünüzdən kənarlaşdırmayın.Günün ikinci yarısında büdcənizə zərər vurmayın. Bədxərclik etməyin. İnternet vasitəsilə nə isə ala bilərsiniz.Yaxınlarınızın qayğılarından, problemlərindən hali olun.Laqeyd insan təsiri bağışlamayın. Şir - konstruktiv dialoq sayəsində məqsədlərə çata bilərisniz. Uğurlar sizi gözləyir. Ən müxtəlif insanlarla ünsiyyətdə radikal olmayın. Mövqelərinizi möhkəmlətmək üçün bütün addımları atın.Günün ikinci yarısında bütün işlərin öhdəsindən müstəqil gəlməyə can atmayın. Kollektiv fəaliyyətdə xeyir var. Bəzi məsələlərdə fikir müxtəlifliyi ilə barışın.Sevdiyiniz insanın qəfil sualları sizi naqolay vəziyyətdə qoymamalıdır. Açıq söhbətə hazır olun. Qız - tapşırıqları qulaqardına vurmayın, səlisliyə can atın. Əsas diqqəti bilavasitə səlahiyyətlərin yerinə yetirilməsinə yönəldin. Hadisələrlə gəngin, aktiv, parlaq gündür. Passiv olmayın, yeniliklərə can atın.Günün ikinci yarısında inzibati işlərdə səhvlərə yol verməyin. İntensiv ünsiyyət zamanıdır. Dostlar arasında mübahisədə sizdən şahidlik etmək istəniləcək. Situasiyadan səbr və təmkinlə hali olun.Axşam saatlarında dəvət aldığınız yerə yollanın. Tərəzi - aktiv, mütəhərrik, çevik olun. Görduyünüz işə laqeyd yanaşmayın. İşdə rəhbərliyin tapşırıq və göstərişlərini vaxtında yerinə yetirin.Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda subordinasiyanı pozmayın. Həddən ziyadə səmimiyyət problemlər vəd edə bilər.Ailə üzvlərinizin həyatında aktiv iştirak edin. Mühüm məsələləri nəzərdən qaçırmayın. Əqrəb - özünüzü sərbəst hiss etsəniz, məqsədə doğru daha sürətlə irəliləyə bilərsiniz. Ünsiyyətə açıq olun, yeni tanışlıq imkanlarından yararlanın. Xidməti yazışma məhsuldar olacaq. Maraqlandığınız insanla təkbətək danışın.Günün ikinci yarısında prinsiplərinizin bəzisinin təftişə və təhlilə ehtiyacı var. Düzəlişlər qaçılmazdır. Yaşamla bağlı mühafizəkar baxışlarınız, ənənələrə və köhnə qaydalara sədaqətiniz qarşı tərəfin xoşuna gəlməyə bilər. Həmin insan eksperimentlərə və yeniliyə meyllidir. Oxatan - gün ərzində yaşanacaq hadisələr sizdən aktiv olmağı tələb edir. Həyatınızda bundan sonra da əvvəlki təki qalmasının mümkünsüz olduğu nəsnələrə dəyişikliklər etmək gərəkdir.Vidalaşmaq gərəkdiyi nəsnə və ya insanları intuitiv ayırd edin. Başqa mühüm işlə məşğul olmaq üçün vaxt tapın.Bu, çətin, amma vacib məsələdir.Sizi narahat edən məsələlərə praktik müstəvidən baxın.Sizin üçün mühüm insanlarla münasibətlərdlə böhran yaşana bilər. Oğlaq - pulunuzun qədrini bilin, bədxərclik etməyin. Maliyyə vəsaitinizlə mənasız risklər etməyin. Xərclər artsa da, gəlirlər dəyişmir. Borcları vaxtında qaytarın, kredit ödənişlərini gecikdirməyin. Maliyyə öhdəliklərinə unutqan yanaşmayın.Günün ikinci yarısında danışıqlarda, hesabatların tərtibatında ehtiyatlı olun.Pul məsələsi dostlar və qohumlarla münasibətlərinizi səngidə bilər.Axşam saatlarında gəzintiyə çıxın. Dolça - uğurlu, yaxşı gündür. Kommunikasiyaların effektiv olmasına çalışın. İnsan naturasının incəliklərinə bələd olmağa can atın. Danışıqlarda və müzakirələrdə qarşı tərəfi haqlı olduğunuza inandırın.Günün ikinci yarısında yalanlara aldanmayın, vədləri reallıq qismində qəbul etməyin. Sevdiyiniz insanla münasibətlərdə köhnə mübahisə yenidən alovlana bilər. Mövqeyini anlatmaq üçün arqumentləri normal qaydada seçin. Zəif yerlərə zərbə endirməyin.Axşam saatlarında normal istirahət edin. Balıqlar - dəyərlər və hisslərdə konkretləşdirməyə nail olmaq üçnü önəmli görüş, ya da müzakirəyə ehtiyac var. Kənar hadisələrlə yad təsirlərin gücü artır.Çətin gündür. Özünüzlə bağlı xoşagəlməz etiraf, habelə kiminsə rahatlığınızı və işlərinizi pozmağa çalışması istisna deyil.Günün ikinci yarısında xoş hadisələr istisna deyil. Borcun qaytarılması, önəmli məsələ ilə bağlı təlaş və ya narahatlığın əbəs olmasına dəlalət edən, çoxdan gözlənilən məlumatın alınması mümkündür (Milli.Az).
Qoç – çox şey vəd edən uzunmüddətli investisiyalar yatırmaq şansınız var. Riskə getmək baxımından çox uğurlu gündür. Təkcə gəlirlərinizi artırmaq və faydalı sövdələşmələr əldə etmək olar: peşəkarlıq intuisiyanız sizi yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı işə keçə bilərsiniz. Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Sevinc və kədər o qədər əhəmiyyətsiz olacaq ki, onlara çətin diqqət yetirəsiniz. Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər. Amma onlar öz fikirlərini sərt formada ifadə etməyəcəklər. Buğa – seçdiyiniz istiqamətdə hərəkəti davam etdirin, mövqelərinizi möhkəmləndirin. Yolunuzda çətinliklər yaranarsa, təslim olmayın. Bu gün nümayiş etdirdiyiniz inadkarlığa görə ulduzlar yaxın vaxtlarda sizi mükafatlandıracaqlar. Tezliklə qarşınızda yeni qapılar açacaq əməkdaşlığın başlanması mümkündür. Şəxsi həyatınızı köklü şəkildə dəyişdirməyə tələsməyin. Hətta hazırkı vəziyyət sizi qane etməsə belə, ehtiyatla, zərgər dəqiqliyi ilə hərəkət etmək lazımdır. Həddən artıq səy göstərməklə, boş bir problemi fəlakət həddinə qədər böyüdə bilərsiniz. Əkizlər – ətrafınızdakı baş verənlərə obyektiv reaksiya verin. Adekvat olun. Bu və digər səbəblərdən işgüzar mühitdə gərginlik yarana bilər. Həmkarlarınızı bədxah, rəhbərliyi aqressiv saymayın. Səbəbləri özünüzdə arayın. Günün ikinci yarısında başqalarının dediklərinə çox inanmayın. Nikbin olun. Həyatın ağ və qara zolaqlardan ibarət olduğunu unutmayın. Onu da bilin ki, ən zülmət qaranlıq dan yeri sökülməzdən əvvəl olur. Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. İstənilən formada düşünülməmiş addımlardan uzaq olun. Azacıq şübhə yaradan məsələnin çözümü zamanı aramla davranın, tələsməyin. Daxili laübələr və təbəddülatların əsiri olmayın. Xərçəng – günün ilk yarısı intuisiyanızı işə salın. Fəaliyyətiniz planlaşdırılmış işlərlə bağlıdırsa, diqqətli və sayıq olun. Çevik, şüurlu, hiyləgər insan təsiri bağışlayın. Axşam saatlarını sevdiyiniz insanlara həsr edin. Şir – günün ilk yarısında fikirləriniz səlis olsun. Yeniliklər və dəyişikliklər olacaq. Onların nə dərəcədə uğurlu olacağı bilavasitə sizdən, cəhdləriniz və səylərinizdən asılıdır. Qətiyyətli davranın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların davranışına diqqətlə fikir verin. Bəzi məqamlarda soyuqqanlı, bəzi situasiyalarda isə tam əksinə, aktiv davranmaq gərəkdir. Yaxşı tanımadığınız insanlarla təmaslarda ehtiyatlı davranın. Yeni texnika və avadanlıqla çalışmazdan əvvəl onları yaxşıca sınayın. Nasazlıqları dərhal aradan qaldırın. Qız – diplomatcasına hərəkət edin, naqolay vəziyyətə düşməmək üçün səhih davranın. Həmkarlar və şəriklərlə birgə fəaliyyətdə yaranan anlaşılmazlığı müzakirələrlə, danışıqlarla aradan qaldırmaq olar. Günün ikinci yarısında ani təsadüflər qarşılıqlı anlaşmanı pozmamalıdır. Xoşagəlməz situasiyaların yaranmasını önləmək üçün bir qədər sayıq olmaq yetər. Yaxın ətrafınıza diqqətlə baxın. Sizə bilərəkdən mane olan, işlərinizə pəl vuranlar var. Axşam saatlarında gəzintiyə çıxın. Tərəzi – gün bütün mənalarda əlverişlidir. Əsas məsələ yenilik və qeyri-ənənəvilikdən qorxmamaqdır. Bütün kəşflər yaxşı, bütün eksperimentlər uğurlu, bütün ideyalar heyranlığa layiqdir. Diqqət mərkəzində olsanız da, uğurlarınız həsəd yaratmayacaq. Hamı başa düşəcək ki, həm qələbəyə, həm də mükafata layiqsiniz. Sevgililər üçün əla gündür. Onlar vaxtlarını birlikdə keçirə və bir-birilərinə ən məhrəm şeylərdən danışa bilərlər. Sevgi etirafı üçün ideal gündür. Bu gün etiraflar razılıqla qarşılanacaq. Əqrəb – daha diqqətli olun, ətrafınızda baş verən hadisələrin mahiyyətindən bixəbər olmayın. Yeni avadanlıq və ya texnika ilə işin ilkin mərhələsində səhvlər, yanlışlıqlar yarana bilər. Nə isə dərhal alınmasa, ruhdan düşməyin. Günün ikinci yarısında passivliyə qapılmayın, qarşınıza qoyduğunuz məqsədlərə doğru inamla addımlayın. Aqressiv yox, sərt olun. Mövqelərinizi kimsəyə güzəştə getməyin. Səhhətinizə fikir verin. Dəyər verdiyiniz insanın sağlıq durumunda problem yaranarsa, dərhal həkim çağırın. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Oxatan – məqsədə çatmaq üçün bilik, bacarıq və təcrübənizdən mümkün qədər çox istifadə etməli olacaqsınız. İlk baxışdan xırda, önəmsiz təsir bağışlayan məqamların kölgədə qalan mənasını, problemlərin məzmununu anlamadan irəliləmək mümkün deyil. Günün ikinci yarısında maliyyə məsələlərində sayıq olun. Vəsaitinizin qədrini bilin. İnsanların gur olduğu yerdə fikirlərinizi aşkar bildirməkdən çəkinin. Yaxşı tanımadığınız insana borc verməyin. Axşam saatları anlaşma və müqavilələr, yeni iş yerində fəaliyyətə başlamaq üçün münasib zaman deyil. Oğlaq – hər şeyi mümkün qədər qısa müddətə bitirmək istəyi heç yaxşı məziyyət deyil. Maksimum sürətdən sonra uzunmüddətli istirahətə ehtiyac duyulduğundan fəaliyyət tempini dəqiq müəyyənləşdirin. Bütün işlərdə aktiv olmayın. Bəzi istiqamətlərdə yön dəyişmək olar. Günün ikinci yarısında hədəf və ya məqsədi yeniləmək olar. Özünütənqidə qapılmayın. Situasiyanı təftiş edin. Yeni layihəyə başlamaq, biznesə start vermək, iş yerini dəyişmək üçün münasib gün deyil. Cərrahiyyə əməliyyatı planlaşdırılıbsa, onu ertələyin. Sevdiyiniz insana axşam saatlarında xoş hisslər, hədiyyə bəxş edin. Dolça – hadisələrin gedişatına kənar müdaxilələrə imkan verməyin. Emosiyalarınıza məğlub olsanız, önəmli anda işlərinizdə ləngimə və ya təxirəsalmalar yarana bilər. Diqqətsizlik səhv riskini artırır. Özünüzü ələ alın, soyuqqanlı olun. Başladığınız işi maksimal dərəcədə keyfiyyətlə görməyə can atın. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların yardımlarından bəhrələnməyiniz pis olmaz. İşdə rəhbərliklə mübahisə etməyin. Dostların, dəyər verdiyiniz insanların davranışlarında qəribə məqamlar seziləcək. Huşyar olun. Belə dəyişikliklərin səbəblərini anlamağa cəhd göstərin. Balıqlar – çalışdığınız kollektivin qeyri-formal lideri olmağa can atmayın. Potensial rəqiblərin davranışlarını diqqətlə izləyin, onların planlarını qabaqlamağa çalışın. Əvvəlcədən seçdiyiniz kursun uğurlu olması ehtimalı azdır. Problemlərin sayı artacaq. Günün ikinci yarısında yanlış əməl və ya səhv qərar hesablarda çətinliklər yarada bilər. Ona görə də ən xırda detallara, təfərrüatlara belə, fikir verin. Köç, yeni layihəyə və ya biznesə başlamaq, alqı-satqı üçün yaxşı zaman deyil. Axşam saatlarında biliklərinizi və informasiyanı artırın. Milli.Az
Qoç – uğurlu, sakit, əlverişli gündür. Mühüm məsələlərin həllini təxirə salmayın. Astagəl və süst olmayın. İkinci dərəcəli işlərə həddən ziyadə önəm verməyin. Belədə əlverişli anı və şansı əldən verə bilərsiniz.Günün ikinci yarısı yarımçıq işlərin tamamlanması, şəxsi münasibətlərdə və karyerada yeni imkanların aranması üçün münasib zamandır. Dəyər verdiyiniz insanla təmaslarda səmimi olun. Onu anlamağa çalışın.Kobudluq münasibətləri korlaya bilər. Buğa – yarımçıq işləri bitirməyincə yeni işlərə başlamayın. Əvvəlki günlərdə fərqli olaraq qarışıq, laübəli zamandır. İşdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlar təşəbbüskar olmağınıza adət ediblər.Çətin situasiyada lider olun.Günün ikinci yarısında işlərinizi başqalarına həvalə etməyin. Evdə işlər artıb. Nə etməyin gərəkdiyini bilin, çaşıb qalmayın. Gəlirlər istisna deyil. Əkizlər – kollektiv fəaliyyətin daha çox nəticə verəcəyi zamandır. Təkbaşına işləmək və ətrafdan könüllü təcrid olmaq fəaliyyətin intensivliyini aşağı salacaq. Təcrübəli insanın məsləhətlərindən yararlanın.Günün ikinci yarısında mövqeyinizdə əhəmiyyətli dəyişikliklər etməyin. İşdə tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin. Sevdiyiniz insanla qaba davranmayın. Kiçik anlaşılmazlıqlar müvəqqətidir.Axşam saatlarında gəzintiyə çıxın. Xərçəng – gərgin, mürəkkəb gündür. Səbr kasanız asanlıqla daşmasın. Ən xırda məsələlərə qıcıqlansanız, bədxahlarınız bundan istifadə edəcəklər. Şübhəli insanlara inanmayın, onların sizinlə manipulyasiya etməsinə imkan verməyin.Günün ikinci yarısında düşünülməmiş, tələsik qəbul ediləcək qərarlar işgüzar əlaqələrə və şəxsi münasibətlərə pis təsir edə bilər.Əşyalarınız, pullarınız və sənədlərinizi diqqət mərkəzində saxlayın. Mühüm nəyisə itirmək və ya oğurluq qurbanına dönmək riski var. Adi günlərdən fərqli olaraq işlər çoxdur. Daha gərgin çalışmaq məcburiyyətindəsiniz. Şir – səhər saatlarından etibarən əhvalınız pis olmayacaq. Potensialınıza və qüvvənizə güvənin. Görəcəyiniz işin incəliklərini anlayın, detallarını ayırd edin.Günün ikinci yarısında potensialınızın anlaşılması problemləri sürətlə həll etməyə imkan verəcək. Fərdi potensialınızı göstərin. Məişət qayğıları artacaq. Problemlərin sayı artır.Axşam saatlarında stressdən qurtulun. Ağır fiziki işi təxirə salın. Qız – problemlərin sayı artır. Təcili görülməsi gərəkən işlər də az deyil. Yaxınlarınızın verəcəyi dəstək fəaliyyətinizdə yaxşı motivasiya rolunu oynayacaq. Ambisiya və istəklərinizdə reallıq hissini itirməyin.Günün ikinci yarısında rəqiblərinizi diqqətlə, amma ustalıqla, onları duyuq salmadan müşahidə edin. Tərəfdaşı həddən artıq ideallaşdırmayın. Onun nöqsanlarını və çatışmayan cəhətlərini görməyi bacarın.Axşam saatlarında gəzintiyə çıxın. Tərəzi – daha enerjili, aktiv olun. Süstlüyə qapılmayın, rəqiblərin sizi üstələməsinə imkan verməyin. Özünüzə qapansanız, gərəkli nəticələr əldə edə bilməyəcəksiniz. Tənhalıqda özünüzü çox yaxşı hiss edəcəyinizi düşünməyin.Günün ikinci yarısında maraqlı ideya və fikirləri unutmayın. Belə ideyalardan biri yaxın gələcəkdə əhəmiyyətli gəlir verə bilər.Axşam saatlarını sevdiyiniz insanlara, dəyər verdiyiniz şəxslərə həsr edin. Əqrəb – çoxdan bəri başa vurmaq istədiyiniz işi bitirmək, istəyinizi reallaşdırmaq üçün əlverişli zamandır. Şərtlər lehinizədir. Perspektiv layihəyə başlamaq olar. Özünüzdən bədgüman olmayın ki, qarşınızda duran öhdəlik və tapşırıqları gerçəkləşdirə biləsiniz.Günün ikinci yarısında yaranan qarışıq situasiyada çaş-baş qalmayın. Təcrübəli insandan məsləhət almaq olar. Eksperimentlərə aludə olmayın. Sınanmış metodlar və işlək vasitələr daha effektivdir.Axşam saatlarında normal istirahət edin. Oxatan – pis gün deyil, amma ehtiyatı əldən verməyin. Dünən başlamış hadisələr davam edəcək. Fəsadları aradan qaldırın, yanlışlıqları çözün. Neqativ fikirlərə qapılmayın.Günün ikinci yarısında fəaliyyətinizin maliyyə məqamlarına xüsusi fikir verin. Hesablamalarda yanılmayın. Xərcləriniz gəlirlərinizdən artıq olmamalıdır.Axşam saatlarında səhhətinizə fikir verin. Oğlaq – maraqlı, hadisələrlə zəngin gündür. Risklərə, avantüralara meylli olmayın. Səbrli və təmkinli davransanız, məqsədə doğru əhəmiyyətli irəliləyişə nail olacaqsınız.Günün ikinci yarısında vəzifənin artması, maaşınızın məbləğinin yüksəldilməsi ilə bağlı danışıqlar aparmaq olar. Sərfəli təkliflər istisna deyil. Həmkarlarınızı sonadək dinləyin. Gəlir mənbələrini daha çeşidli edin.Axşam saatlarına yaxın yalnız bəxtə belə bağlayıb qərar verməyin. Ailənizə daha çox vaxt ayırın. Dolça – günün ilk yarısı pozitiv emosiyalar vəd edir. Rutin işləri maraqlı məşğuliyyət əvəzləyəcək. Situasiyanın əlverişli olması gərəkli insanlarla əlaqələri asanlıqla yaratmağa imkan verəcək. Cari problemlərin həllində hövsələli olun.Günün ikinci yarısında sayıq olun. Yeni tanışlara inanmayın, şirin vədlərə aldanmayın.Qarşı tərəfin fikir və istəklərini qulaqardına vurmayın. Balıqlar – günün ilk yarısından etibarən kreativ ideyaları reallaşdırmağa başlayın. Diqqətli olsanız, işlərinizdə ciddi uğur qazanacaqsınız. Qüvvənizə və potensialınıza şübhə etməyin.Günün ikinci yarısında cari işlərin öhdəsindən sürətlə gələ bilərsiniz. Yeni layihəyə başlasanız, rəhbərlik bunu müsbət qiymətləndirəcək. Yaxınlarınızın tənqidinə sərt reaksiya verməyin. Yaşananlara obyektiv baxın. Uğurlarınızı və imkanlarınızı real dəyərləndirin.(milli.az)
Qoç - intellektual fəaliyyət üçün əlverişli gündür. Qarşınıza qoyulan çox çətin və mürəkkəb tapşırıqların öhdəsindən gələcəksiniz. Gərəkli informasiyanı vaxtında xatırlayın, bu məlumatı tətbiq etməyə çalışın. Danışıqlara başlamaq, yeni müttəfiqlər axtarmaq olar. İdeyalarınızı dəstəkləyən insanlar olacaq. Bu gün baş tutacaq istənilən tanışlıq sizə sərfəli olacaq. Romantik münasibət başlarsa, çox dinamik inkişaf edəcək. Nikah təklifi istisna deyil. Günün ikinci yarısında isə maliyyə itkiləri mümkündür. Buğa - günün ilk yarısında hadisələrin ənənəvi axarını dəyişməyə çalışmayın. Praktik, realist və zəhmətkeş olun. Qarşınıza qoyduğunuz məqsədlərin hamısına çata bilərsiniz. Bir şərtlə ki, qətiyyətli və iradəli olasınız. Günün ikinci yarısında istənilən situasiyada müstəqil hərəkət etməyə hazır olun. İfrat aktivliyə qapılmayın. Dostlardan və tanışlardan yardım təklifi olarsa, qəbul edin. Daha təcrübəli, müdrik insanların məsləhətlərindən yararlana bilərsiniz. Əkizlər - günün ilk yarısında hadisələrin məcrasında ciddi dəyişikliklər olacaq. İşlərin gedişatına nəzarət edin. Kontrol rıçaqlarını əldən verməyin. Maliyyə məsələlərində, hesablamalarda səhvlərə yol verməyin. İşdə rəhbərliklə münaqişəyə meylli olmayın. Günün ikinci yarısında tərəfdaş və ya şəriklərdən birinin problemləri yarana bilər. Həll prosesində mümkün qədər aktiv iştirak edin. Xərçəng - xeyli işiniz yığılıb qalıb, kiminsə üstünə atmaq da mümkün deyil, odur ki, heç istəməsəniz də, təklikdə işləməli olacaqsınız. Vəzifələrinizi mütləq yaxşı yerinə yetirməlisiniz, kimsəyə - nə rəhbərliyə, nə həmkarlara tənqid üçün bəhanə verməyin. Azacıq tənbəlləşən kimi son zamanlar əldə etdiyiniz bütün nailiyyətləriniz yaddan çıxır, nüfuzunuza ciddi xələl gəlir. Günün ikinci yarısı o qədər də vacib olmayan bir şeyi ciddi-cəhdlə əldə etmək istəyəcəksiniz. Sonra daha layiqli məqsəd seçmədiyiniz üçün peşman olacaqsınız. Özünüzü qoruyun, zədə ala bilərsiniz. Zəhərlənmək ehtimalınız da böyükdür. Şir - sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz. Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar. Qız - işlərin mövcud durumundan razılıq hissi yoxdur. Təlaşa qapılmayın, ifrat özünütənqidə varmayın. Vəziyyəti soyuqqanlı şəkildə təhlil edəndən sonra hərəkətə keçin. Süstlük etməyin. Günün ikinci yarısında yeni işə başlamaq və ya fərqli istiqaməti seçmək üçün yetərincə imkanlarınız, qüvvəniz və potensialınız var. Niyyətinizi reallaşdırmaq üçün cəsarətli olun. İrəliyə doğru sürətlə addımlayın. Geriyə baxmayın. Tərəzi - yaşmınızda müsbət dəyişikliklərə can atın. Karyeranızda inkişaf, yaşam yerinin dəyişdirilməsi, daha uyğun arealın seçilməsi üçün əlverişli zamandır. Yeni layihəyə başlayın. Öz maraqlarınızı təmin etməmiş başqalarının yardımına tələsməyin. Günün ikinci yarısında irəliləyişə və ya inkişafa mane ola biləcək hər şeydən imtina edin. Dəyər verdiyiniz insanla təmaslarınızı keyfiyyətcə yeni səviyyəyə yüksəldin. Axşam saatlarında normal istirahətə can atın. Əqrəb - baş verənlərin məğzini anlamağa çalışın. Diqqətli olun. Sizə qarşı hazırlanan planı intuitiv olaraq qabaqlamaq məcburiyyətindəsiniz. Özünüzü sığortalayın. Günün ikinci yarısında sərvaxt davranın. Şəxsi həyatınızdakı problemlərin fəaliyyətinizə sirayət etməsinə imkan verməyin. İmkanlarınızı və şanslarınızı yenidən dəyərləndirin. Bundan sonrakı hərəkət istiqamətində zəruri korrektələr edin. Oxatan - səbrli, ehtiyatlı, sayıq olun. Yaşamınızdakı yad elementləri diqqətlə müşahidə edin. Mümkün gəlirlərdən və şanslardan mütləq istifadə edin. Maliyyə məsələləri xüsusi diqqət tələb edir. Günün ikinci yarısında vergilər, kredit ödənişlər, borclar məsələsində sayıq olun. İşdə və şəxsi həyatda ifrat dərəcədə sadəlövh davranmayın. Yalançı, məkrli, saxtakar insanın toruna düşməyin. Axşam saatlarında gəzintiyə çıxın. Oğlaq - günün ilk yarısı xoş emosiyalar, nikbinlik vəd edir. Məqsədə doğru aramla, tələsmədən hərəkət edin. Hansısa vəziyyətlə bağlı koqnitiv dissonansın yaranmasına imkan verməyin. Tələsməyin, eyni vaxtda bir neçə işə başlamayın. Günün ikinci yarısında situasiyanın psixoloji fonu rəvan deyil. Qəzəbli olmayın, panikaya qapılmayın. Yaxınlarınız və ya qohumlarınız arasında kiminsə astagəlliyi aqressiv davranışınıza səbəb olmamalıdır. Çətinliklərə, anlaşılmazlığa ehtiyatlı reaksiya verin. Axşam saatlarında stressdən qurtulmağa çalışın. Dolça - çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox Oxatanlar karyera pillələri ilə yuxarı qalxa bilərlər. Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz. Balıqlar - bu gün sizin üçün praktiki olaraq mümkünsüz iş olmayacaq. Çünki müsbət təmayüllərin təsiri böyükdür və ən başlıcası, ulduzlar sizi himayə edir. İşdə ciddi uğurlara nail olaraq rəqibləri arxada qoya bilərsiniz. Rəhbərlik sizin çox dəyərli işçi olduğunuzu anlaya bilər. Əgər tələbəsinizsə, müəllim sizi anlayacaq, probleminizi həll etməyə razılaşacaq.(milli.az)
Qoç - Yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür. Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər. Buğa - Günün ilk yarısında böhranları çözmək olar. Təsadüflərdən yararlanın. İrəliləyişi sürətləndirmək üçün aktiv olun. Yaxın ətrafınızdakı insanlarla təmaslarda fəal davranın. Qeyri-standart olun, problemlərin çözümünə geniş aspektdə nəzər salın. Riskli eksperimentə başlamaq olar. Günün ikinci yarısında yeni proses pis başlamayacaq. Bununla belə, məhkəmə çəkişməsi və ya ağır müalicə proseduru da ola bilər. Daşınmaz əmlak, ev və mənzillə bağlı yaxşı perspektivlər var. Evdən uzaqda yaxşıca dincələ bilərsiniz. Əkizlər - Peşəkar məsələlər xeyli güc tələb edir. Ancaq nə vaxtsa yardım etdiyiniz insanlar köməyinizə gələcəklər. İşləriniz çox olsa da, qeyri-formal ünsiyyət üçün də vaxtınız qalacaq. Bunu əhəmiyyətsiz qoymayın: məhz belə görüşlərdə sizin üçün aktual olan bir neçə problemi həll edə bilərsiniz. Qohumlar arasındakı söz-söhbətə son qoya, ədaləti bərpa edə, sizin üçün dəyərli olan insanların arasını düzəldə bilərsiniz. Maliyyə perspektivləri pis deyil. Axşam saatlarına yaxın yeni problemlər yaratmayın. Xərçəng - Günün ilk yarısında aktiv olun. Vəd etdiyiniz görüşü, müzakirəni, səfəri əsla təxirə salmayın. Tənbəllik və süstlüyü pərdələmək üçün bəhanələr uydurmayın. Yeni məlumatlar əldə etməyə çalışın. Sifarişçilər və müştərilərin, tərəfdaşlar və şəriklərin sayını artırın. Günün ikinci yarısında dəyər verdiyiniz insanlardan biri ilə münasibətlərdəki sərinlik aradan qalxa bilər. Dostların xətrinə dəyməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərinə qulaq asın. Axşam saatlarına yaxın işində problemlər yaranmış avadanlığı dərhal təmir edin. Şir - Cari işlərə diqqət yetirmək çətindir: ürəyiniz böyük layihələr və möhtəşəm qələbələr istəyir. İddialı ideyalarınızı reallaşdıra bilərsiniz. Dəfələrlə hər şeyə qadir olduğunuzu sübut etdiyiniz adamlar bu işdə sizə yardımçı ola bilərlər. Sizi bu gün xeyli tənqid edirlər, amma bunların heç biri eyninizə deyil. Gənclərlə ünsiyyət faydalıdır - onların həyatsevərliyi və nikbinliyi sizə də sirayət edir. Özünüzdən cavan bir insanla eşq macəranız başlaya bilər. Muzey və sərgi salonlarına gedin. Qız - Ampluanı dəyişmək üçün yaxşı gündür. Maraqlı iş axtarırsınızsa, aktiv olun. Yeni ideyalardan biri irəliləyiş və gəlir vəd edir. Maneələri dəf etməkdən usanmayın. İlk cəhddən alınmayan işi başa vurun. Günün ikinci yarısında planlarınız çərçivəsində hərəkət edin. Aqressiv və kobud davranmayın. Kinli olmayın ki, qarşı tərəf də sizin nə istədiyinizi anlasın. Biliklərlə məlumatlarınızı artırın. İnformasiyalardan bəhrələnin. Cəsur və çevik insan təsiri bağışlayın. Tərəzi - Qarşınıza çıxan maneələri aradan qaldırmaq üçün var gücünüzlə çalışın. Səyahət, səfər, təhsil, məlumat və informasiya mübadiləsi üçün əlverişli zamandır. Problemləri qeyri-rəsmi toplantıda və görüşdə müzakirə etmək olar. Yeni dostlar tapa bilərsiniz. Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanın məsləhətlərinə diqqətlə qulaq asın. Kollektiv fəaliyyətin aktuallığı artacaq. Müzakirələrə qatılın. Amma mübahisələrdən yan qaçın. Əqrəb - Cari işlərin bəzilərini dostların və yaxınların yardımları ilə həll etmək mümkündür. Cari resurslardan effektiv istifadə edin. Ümumi ətalət, bilik və ideyalar qıtlığı problemlər yarada bilər. Sərmayə və ümumiyyətlə maliyyə məsələlərində uzaqgörən olun. Günün ikinci yarısında unutmayın ki, inkişaf irəliyə doğru aramsız hərəkətdir. Situasiyadan asılı olaraq pulu daha məqbul saydığınız layihəyə və ya istiqamətə yatıra bilərsiniz. İnnovasiyalar, axtarışlar, faydalı təmaslar və əlaqələrin reallaşdırılması üçün münasib zamandır. Uğurlarınızdan feyziyab olanda başqalarının səhvlərindən də nəticə çıxarmağı unutmayın. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. Oxatan - Bir qədər öncə yaranmış problemlərin fəsadlarını aradan qaldırmaqda tənbəllik etməyin. Əhvalınız yaxşılaşa bilər. Yeni gəlir mənbəyi olacaq. Yaxın ətrafınızdakı insanların yardımlarından istifadə edərək maneələri dəf edə bilərsiniz. Dəvət aldığınız yerlərə yollanın, ictimai həyatdan kənarda qalmayın. Guşənişin olmayın. Günün ikinci yarısında radikal dəyişikliklərə başlamağa tələsməyin. Dəyər verdiyiniz insanla münasibətləri reabilitasiya edə bilərsiniz. Özünüz öyrənməklə yanaşı, təcrübə və biliklərinizi sevdiyiniz insanla da bölüşün. Səfər və informasiya axtarışı uğurlu olacaq. Yeni tanışlıqlar istisna deyil. Xarici dil öyrənməyə başlayın. Oğlaq - Yeni işə, layihəyə başlaya bilərsiniz. Yeni gəlir, bilik, informasiya mənbələri arayın. Son xəbərlərdən agah olun. Məlumatsız qalmaq rəqiblər qarşısında zəif mövqelərlə könüllü razılaşmaq anlamına gəlir. İrəliləyiş üçün impulslardan yararlanın. Günün ikinci yarısında yaradıcılıq ideyalarının bazasını genişləndirin. Əlavə bacarıqlar əxz edin. Yeni, maraqlı təmaslar yarana bilər. Axşam saatlarında normal istirahət etməyə çalışın. Dolça - Münasibətlərdə qeyri-formal motivlər güclənəcək. Kommunikasiyaları aktivləşdirin. İdeyalarınızı paylaşın, son xəbərləri öyrənin. Genişmiqyaslı layihəni inkişaf etdirmək olar. Günün ikinci yarısında kompüter texnologiyaları ilə bağlı məsələdə irəliləyiş olacaq. Rutin işlərdən qaçmayın. Bilik və bacarıqlarınızı artırın. Axşam saatlarına yaxın yaxşı məsləhət ala bilərsiniz. Dəyər verdiyiniz insanların qayğısına qalın. Balıqlar - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısında sizə böyük üstünlük qazandırır. Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz (Milli.Az).
Qoç – çalışarkən yaradıcı nüsnaları unutmayın. Yeni sahələrə və ya istiqamətlərə maraq yaranacaq. Problemlərin həllində trisial olmayın. Düşüncəniz orijinal, qərarlarınız innovativ olsun.Sınanmış, köhnə metodlar günün ikinci yarısında işlək olmaya bilər. Eksperimentlər etməkdən qorxmayın. Yeni layihəyə başlamaq üçün əlverişli zamandır. Ailə üzvləri ilə ünsiyyətdə səmimi, qayğıkeş olun. Qarşınızdakı insanı anlamağa çalışın. Buğa – ən başlıca məsələ öz qüvvənizə inanmaq, bədgüman olmamaqdır. Çətin vəziyyətdə, ağır situasiyada ruhdan düşməyin. Qətiyyət və nikbinlik uğurun yarısıdır.Günün ikinci yarısında formalaşan situasiyanı məntiqlə çözməyə çalışın. Çətinlikdən qurtulmaq üçün innovativ qərarlara ehtiyac duyulur. Mühüm məsələləri ailə üzvləri ilə müzakirə etmək olar. Yaxın gələcəklə bağlı planlarınızı yalnız etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz. Əkizlər – yeni perspektivlər yaranır. Kommunikativ olun, problemlərin həllinə yaradıcı yanaşın. Maraqlarınızı bölüşəcək həmfikirlərin sayı arta bilər. Cari işlərdə sizə dəstək ola biləcək insanı arayın.Günün ikinci yarısında köhnə tanışlardan biri ilə qarşılaşa bilərsiniz. Kəsilmiş münasibətlər arasında bərpaya ehtiyac duyulanlar var. Hisslərə qapılmayın, emosional addımlar atmayın.Axşam saatlarında yarımçıq işləri tamamlayın.Stressdən qurtulmağa çalışın. Xərçəng – günün ilk yarısından etibarən situasiyada gərgin məqamların sayı artacaq. Nəzərdə tutulmamış gecikmələr, təxirəsalmalar olacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətləri pozmayın. Hisslərinizə hakim olun.Günün ikinci yarısında həmkarla və ya şəriklə kəskin mübahisələr etməyin. İmpulsiv davranış durumu ağırlaşdıra bilər. Soyuqqanlı olun. Axşam saatlarında normal istirahət etməyə çalışın.Gəzintiyə çıxa bilərsiniz. Şir – bir müddət əvvəl işlərinizdə başladığınız fasilə artıq başa çatmalıdır. Aktiv olun, irəliyə doğru hərəkət edin. Yaxın ətrafınızdakı insanlarla səmimi davranın.Günün ikinci yarıında sakit olun, amma mövqelərinizdən əsla geri çəkilməyin. Diqqətli çalışın, xırdalıqlara və detallara fikir verin. Liderlik məziyyətlərinizi nümayiş edirin. Gərəkli insanlarla əlaqələr qurun.Təcrübəli insanların biliklərindən yararlanın. İradəli olun, zəifləməyin. Qız – yeni maraqlara aludə olaraq məqsədi unutmayın. İşin zərərinə olacaq addımlar atmayın. Əks halda işdə rəhbərliyin narazılığı, həmkarların qəzəbi ilə qarşılaşa bilərsiniz.Nəzərdə tutulmayan, qəfil gəlir istisna deyil.Günün ikinci yarısında əldə etdiyiniz pulları səpələməyin. Bədxərclik etməyin. Maliyyə vəsaitinizin qədrini bilin. Pulları yaxşı işə, faydalı layihəyə yatırmaq olar.Yaxınlarınızla münasibətlərdə soyuqqanlı davranın. Mənşəyi naməlum xəbərlərə inanmayın. Səbrli, sakit olun. Tərəzi – uzunmüddətli planlar qurmayın. İllüziyalara qapılaraq imkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Ən yaxın vaxtlara hesablanmış işə başlayın və nəticəyə maksimal dərəcədə sürətlə nail olun.Günün ikinci yarısında sifarişin və ya tapşırığın öhdəsindən gəlmək üçün təcrübənizə güvənin. Məişət qayğıları sizə axşam saatlarında normal istirahət etməyə imkan verməyəcək. İmkan varsa, evdən çıxın, əylənin. Əqrəb – qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətli və ötkəm olun. Müvəqqəti çətinliklər sizi ruhdan salmasın. İradəli davranın. Hədəfləri konkretləşdirin, istəklərinizi təftiş edin.Günün ikinci yarısında nə qədər çox işləsəniz, o qədər sürətli irəliləyişə nail olacaqsınız. Yaradıcılıq üçün gərəkli zamandır. Ailə üzvlərinin qayğılarına biganə qalmayın.Axşam saatlarında təkbaşına da istirahət edə bilərisniz. Oxatan – ən mürəkkəb və çətin məsələləri həll edə bilərsiniz. Yeni layihələrə başlamaq, işləri intensivləşdirmək zamanıdır. Biliklərinizi artırın, təcrübənizi daha səbatlı edin.Günün ikinci yarısında ideyalar mübadiləsi yaxşı nəticələr verəcək. Yeni dostluq əlaqələrinin təməlini qoyun. Mövcud təmaslardakı anlaşılmazlıqları aradan qaldırın.Ailə üzvləriniz sizi sevindirəcək. Oğlaq – adi günldərdən fərqli olaraq bu gün ətrafınızdakı insanlarla dil tapmaq asan deyil. Mövqeləriniz, fikirləriniz laqeydliklə qarşılanır. Cari işlərin həllində prinsiplərinizə xəyanət etməyin.Günün ikinci yarısında situasiyanı obyektiv dəyərləndirin. Proseslər əvvəlcədən nəzərdə tutduğunuz məcrada getməzsə, təlaşlanmayın. Ciddi narahatlıq üçün heç bir səbəb yoxdur.Axşam saatlarında ağır fiziki işlərlə məşğul olmayın. Dostlar və qohumlarla birlikdə vaxt keçirin. Dolça – günün ilk yarısından təcili həllini tələb edən işlərin sayı artacaq. Zaman keçdikcə situasiyada nizamlanma hiss olunacaq, çətinliklərin sayı azalacaq. Uzun müddətdən bəri gördüyünüz işlə bağlı irəliləyişlər müşahidə olunacaq.Günün ikinci yarısında səfər, ezamiyyət, səyahət istisna deyil. Yaxşı perspektivlər vəd edən tanışlıq olacaq. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı əməkdaşlığı gücləndirin. Səmimi, qayğıkeş olun. Balıqlar – səhər saatlarından etibarən maliyyə məsələlərinin həlli çətinləşə bilər. Maddi problemlərə rəğmən narahat olmayın. Saatlar keçdikcə situasiya sabitləşəcək. Təmkinli və səbrli olun.Günün ikinci yarısında öhdəliklər və vədlərin yerinə yetirilməsi sizdən əvvəlki vaxtlarla müqayisədə daha çox eneji, zaman tələb edəcək. Ruhdan düşməyin. Hər şey yaxşı olacaq.Axşam saatları müsbət emosiyalar vəd edir. Sevdiyiniz insanla aranızdakı fikir ayrılıqları aradan qalxacaq.(milli.az)
Qoç - bu günə planlaşdırdıqlarını reallaşdırmaq çox çətin olacaq: qəfildən maneələrlə rastlaşırsınız, üstəlik müttəfiqləriniz də özlərini yaxşı aparmırlar. Bir çox başqalarının işlərini görməli, yaxud digər insanların buraxdıqları səhvləri düzəltməli olacaqsınız. Yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər. Əsasən də, yaşlı nəslin nümayəndələri ilə sözləriniz çəp gəlir. Ola bilsin ki, özünüz haqda xoşagəlməyən sözlər eşidəsiniz. Amma bu, elə də pis deyil: adətən sizə yaxşı sözlər söyləyən insanın həqiqətdə haqqınızda nə düşündüyünü öyrənəcəksiniz. Buğa - çox uğurlu gündür, iş danışıqları gözəl keçir, etibarlı köməkçi və tərəfdaş tapa bilirsiniz. Vəzifələriniz də çoxalır, amma gördüyünüz işin mükafatı özünü çox gözlətməyəcək. Maraqlı əməkdaşlıq təklifləri ala bilərsiniz. Bir çox nüanslardan bəhrələnib karyera pillələri ilə yuxarı qalxa bilərlər. Şəxsi münasibətlərdə də hər şey qaydasındadır. Sevdiyiniz insana olan hissləriniz dərin və qarşılıqlıdır. Yaxınlarınız həyatınıza ciddi maraq göstərir və yaxşı məsləhətlər verirlər. Qiymətli hədiyyə ala bilərsiniz. Əkizlər - əldə edə biləcəyiniz uğurlar yalnız sizdən, işə necə diqqət göstərəcəyinizdən asılıdır. Etibarlı dost və ya nüfuzlu insan sizə kömək edərsə, əla olar. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün gərəkli vasitələrdən istifadə edin. Günün ikinci yarısında şəxsi münasibətlərdə gərginlik yarana bilər. Dəyər verdiyiniz insanla təmasları ağırlaşdırmayın. Dediyiniz sözlərin fərqinə varın. Ailənin yaşlı üzvləri ilə qarşılıqlı anlaşmaya ehtiyac duyulur. Qayğıkeş, diqqətli olun. Alicənab insan təsiri bağışlayın. Xərçəng - birgə fəaliyyət üçün əlverişli zamandır. Kollektiv işdə rolları bölüşdürün, kimin hansı işlə məşğul olacağını müəyyənləşdirin. Ən ağır problemi əldir şəkildə çözmək olar. Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Bilik və bacarıqlarınızı mümkün qədər artırmağa can atın. Ayıq olun ki, rəqiblər sizi keçməsin. Dedi-qodulara, qeybətə əsla qatılmayın. Sevdiyiniz insanın qədrini bilin. Dəyərli şəxslərlə əlaqə saxlayın. Şir - uğurlu, düşərli gündür. Hədəfləri yeniləmək, məqsədi dəyişmək olar. Ən yaxşısını əldə etmək sizin hüququnuzdur. Passiv olmayın, kiminsə kölgəsində qalmağı ən təhlükəsiz variant hesab etməyin. İstedadınızdan - əgər varsa - bəhrələnin. Günün ikinci yarısı karyera baxımından yeni imkanlar və münasib perspektivlər vəd edir. Şansı dəyərləndirin, astagəllik etməyin. Yaxın ətrafınızdakı adamlarla səmimi olun. Danışmaqdan daha çox, dinləyin. Eqoist insan təsiri bağışlamayın. Dözümlü olun. Qız - praqmat olun. Hansısa sifarişə və ya işə razılaşmazdan əvvəl konkret mənfəəti, əldə edə biləcəyiniz gəliri düşünün. Dostlar və tanışların maraqlarına zərbə vuracaq addım atmayın. Yanlış qərardan qorunun. Yeni layihəyə başlamaq, əlavə sifariş almaq niyyətiniz varsa, potensialınızı dürüst qiymətləndirin. Günün ikinci yarısında durumu təftiş edəndə təsir rıçaqlarını görməyə çalışın. Dostlarla təmaslarda onların nə istədiklərini öyrənin. Deyilənləri qulaqardına vurmayın. Axşam saatlarında səfərə və ya gəzintiyə yollanmaq olar. Müsbət emosiyalardan bəhrələnin. Tərəzi -yarımçıq qoyduğunuz işləri başa vurun. Problemlərin həlli üçün ekstravaqant yol aramağa lüzum yoxdur. Sınanmış vasitələrdən və indiyədək özünü dəfələrlə doğrultmuş etibarlı metodlardan istifadə edin. Günün ikinci yarısında toplantı, görüş, müzakirələr normal keçəcək. Anlaşma və ya müqavilə imzalamağa tələsməyin. Yeni tanışlıqlar istisna deyil. Axşam saatları o qədər də mürəkkəb olmayacaq romantik macəra və ya qısamüddətli gəzinti üçün yaxşıdır. Stressdən qurtulun. Əqrəb - hisslərin burulğanında batmayın. Soyuqqanlı davranın. Müəyyən risk olarsa, qəti addım atmaqdan çəkinməyin. Mühüm saydığınız işləri görməyə başlamazdan əvvəl situasiyanı araşdırın. Təhlilsiz fəaliyyət avantüradır. Yalnız şans və ya uğur sizə rəqibləri üstələməyə imkan verməyəcək. Günün ikinci yarısında cari məsələlərin həllində alternativ variantlardan yararlanın. Bankdan kredit almaq, borc götürmək üçün münasib zaman deyil. Fəaliyyətin perspektiv istiqamətini bəlirləmək olar. Alış-veriş zamanı nəzərdə tutmadığınız mal, məhsul və ya əşya almayın. Bədxərclik etməyin. Oxatan - sizi çox uğurlu gün gözləyir. Bir çox işlərdə bəxtiniz gətirir. Hətta şübhə ilə yanaşdığınız layihələr də özünü doğruldur. Nədəsə peşəkarlığınız, təcrübə və biliyiniz yetməsə, narahat olmayın, kimsə mütləq köməyinizə gələcək. Pul və qiymətli hədiyyə ala bilərsiniz. Romantik və dost görüşləri üçün yaxşı gündür. Əzizlərinizlə çox vacib məsələləri müzakirə edərək ümumi fikrə gələ bilirsiniz. Fikir ayrılıqları və mübahisələr keçmişdə qaldı. İndi gələcək üçün müştərək planlar qurmaq olar. Oğlaq - günün ilk yarısında yaranacaq problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. İşgüzar əlaqələri möhkəməndirin. Anlaşmalar və sazişlərdə diqqətli olun, sənədləri diqqətlə oxuyun. İntuisiyanızdan faydalanın. Günün ikinci yarısında hadisələrə ciddi təsir imkanlarına malik insanların məsləhətlərindən yararlanın.Cari problemlərin həllində astagəllik etməyin. Məntiqlə davranın, tələsik addımlar atmayın. Düşünülməmiş sözlər sizi pərt edə bilər. Dolça - günün ilk yarısında yalnız özünüzə güvənməyin. Yaxın ətrafınızdakı insanların da dəstəyə ehtiyacı var. Sadiq dostlar, etibar etdiyiniz insanların yardımları ilə daha çox işlər görə bilərsiniz. Məqsədə doğru müstəqil hərəkət üçün resurslarınız kifayət qədər deyil. Günün ikinci yarısında tənha qalmaqdan qorxmayın. Çalışdığınız kollektivdə məhsuldar ab-hava varsa, sakit işləyin. Amma müti olmayın, mədəniyyətsiz insanın iradlarını aqressiya hesab edərək geri çəkilməyin. Korporativ ruh yaxşı nəsnə olsa da, mənəviyyat deyilən anlam var. Balıqlar - qarşınıza qoyduğunuz məqsədə doğru aparan yolu yenidən təftiş edə bilərsiniz. Belədə nəticədə də pis olmayacaq. Bilik, bacarıq və təcrübənizin yetərincə dəyərəndirilməsi üçün yaxın ətrafınızdakı insanlarla konstruktiv əməkdaşlığa ehtiyac duyulur. Günün ikinci yarısında tərəfdaş və ya şərikin köməyi ilə işlərinizdə sürətli irəliləyişə nail ola bilərsiniz. Yeniliklərə hazır olun. Dəyər verdiyiniz insanlar mövqelərinizi bölüşsələr, sizi dəstəkləsələr, əhvalınız, təbii ki, yaxşılaşacaq. Novasiyalardan çəkinməyin. Bacarıqlarınızı maksimum dərəcədə reallaşdırmağa can atın (Milli.Az).
Qoç – günün ilk yarısından etibarən dəqiq fəaliyyət planınızını tərtib edin. İş qrafikinizi pozmayın. Vəzifə səlahiyyətlərinin icrasına başdansovdu, laqeyd yanaşmayın. Dərman preparatları qəbul etməlisinizsə, bunu unutmayın.Günün ikinci yarısında yarımçıq işlərin hamısını başa vurun. Tərəfdaş və şəriklər qarşısındakı öhdəliklərlə vədlərinizi unutmayın. Axşam saatları yaxınlarınızdan biri ilə ciddi söhbət üçün əlverişlidir.Stressdən qurtulmağa çalışın. Buğa – problemlərin həllinə yaradıcı yanaşın. İctmai işlərdə fayda var. Uzun müddətdən bəri başa vurmağa çalışdığınız iş bəhrəsini verəcək.Günün ikinci yarısında situasiya kəskin dəyişəcək. Problemlərin sayı arta bilər. Diqqətli və sayıq olun. Zərurət yaranarsa, planlara sürətlə, təcili dəyişikliklər edin.Axşam saatlarında məişət qayğıları və problemlər vaxtınızı alacaq. Yaxınlarınızın əsəbləri ilə oynamayın. Əkizlər – qayğıların və problemlərin sayının sürətlə artacağı gündür. Səhər saatlarından etibarən diqqətli olun. Qüvvə və resurslarınızı boş, mənasız işlərə sərf etməyin. Əvvəlcədən planlaşdırılmış sürətlə, bəlirlənmiş istiqamətdə hərəkət edin.Günün ikinci yarısında iradə və qətiyyət bəhrəsini verəcək. İşdə rəhbərlik təşəbbüslərinizi dəyərləndirəcək. Sevdiyiniz, can atdığınız işlə axşam saatlarında məşğul ola bilərsiniz. Ailə üzvləri ilə birlikdə dincəlin. Xərçəng – həddən artıq çalışaraq özünüzü yormayın. İfrat yorğunluq fəsadlıdır. İşgüzar görüş, danışıqlar, müzakirələr üçün günün ilk yarısı məsləhətli zamandırAlış-verişdə bədxərclik etməyin.Günün ikinci yarısında ailə üzvləri, qohumlarla qayğıkeş, diqqətli olun. Onlardan uzaq durmayın. Axşam saatlarını birlikdə keçirin. Şir – peşəkar fəaliyyətiniz və şəxsi həyatınızla bağlı ən ağır problemləri həll edə bilərsiniz. Yalnız irəliyə baxın, rəqibləri geridə qoyun. Mürəkkəb, xoşagəlməz, amma həllini təcili tələb edən məsələləri dərhal çözün.Günün ikinci yarısında ağır işin öhdəsindən birgə fəaliyyətlə gələ bilərsiniz. Aramla çalışın, qüvvənizə və potensialınıza qənaət edin. Axşam saatlarında stressdən qurtulmağa çalışın.İradəli, qətiyyətli olun. Əsla geri çəkilməyin. Qız – izafi zərurət yaranmasa, planlarınızda köklü dəyişikliklər etməyə can atmayın. İşlərinizi nizamlayın, yaxın ətrafınızdakı insanlarla qarşılıqlı fəaliyyətə can atın.Günün ikinci yarısında vurnuxmalar sizi qarşınıza qoyduğunuz məqsəddən ayırmasın. Yeni ideyaları dərhal həyata keçirməyə çalışmayın. Tələsməyin, atacağınız addımları yaxşı götür-qoy edin.Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin.Axşam saatlarında stressdən qurtulmağa çalışın. Tərəzi – günün ilk yarısında peşəkar fəaliyyətinizdə aktiv olun. Qarşınıza qoyduğunuz məqsədə doğru aktiv hərəkət edin. Kiçik problemlərə və maneələrə fikir verməyin. Enerjili davranın, yaxın ətrafınızdakı insanları arxanızca aparın.Günün ikinci yarısında xidməti öhdəliklərin və tapşırıqların öhdəsindən gəlin. Səhhətinizə fikir verin. İdmanla məşğul olun.Axşam saatlarında normal istirahət edin. Əqrəb – təhlükəsizliyinizə və işinizin səlis yerinə yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə saxlayın. Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın.Səhhətinizlə bağlı problem riski var.Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin “zəif həlqə”sini nəzarətdə saxlayın.Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın. Oxatan – çoxdan bəri yığılıb qalmış iddialar və tələblər bu gün aşkarlana bilər. Ünsiyyətdə normal inetsivliyi qoruyaraq səmimi və gülərüz qalmaq çətindir.İşinizi yerinə yetirin, tapşırıqları və öhdəlikləri unutmayın. Yeni işə və ya layihəyə başlamayın. Təmkinli, soyuqqanlı davranın.Qəfil xəbər və ya təxribatların yaratdığı emosiyaya uyaraq dərhal reaksiya verərək düşünülməmiş addımlar atmayın.Yeniliklər yeni imkanlar yaradır. Oğlaq – perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin. Cari işlərə yetərincə vaxt ayırın.Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur.Axşam saatlarını özünüzə həsr edin. Dolça – tələskənliyə qapılmayın. Kəmhövsələlik, səbirsizlik ağır fəsadlı yanlışlıqlarla bitə bilər. Seçdiyiniz yoldan sapmayın. Qarşınıza qoyduğunuz məqsədə tez çatmaq istəsəniz də, hadisələri tələsdirməyin. Hər şey öz axarında olmalıdır.Günün ikini yarısında sınaqlardan üzüağ çıxmağa can atın. Tərəfdaş və şəriklərin təkliflərini praqmatikcəsinə dəyərləndirin.Axşam saatlarında gəzintiyə çıxın. Balıqlar – təcrübəli həmkar və tərəfdaşların mövqelərini nəzərə alın. Yaşlı insanların məsləhətlərini qulaqardına vurmayın. Məşğul olduğunuhz məsələ ilə bağlı sizdən daha çox informasiyaya malik şəxsləri səbrlə dinləyin.Günün ikinci yarısında qarşı tərəfin fikri sizin mövqelərinizdən köklü şəkildə fərqlənsə də, səbrli və soyuqqanlı olun. Sayğılı davranın. Maliyyə, hüquqi, əmlak məsələlərinin qaydaya salınması üçün yaxşı zamandır.Yaxınlarınızla danışanda ifrat tənqidə varmayın, kobud sözlər söyləməyin. Milli.Az
Qoç – Günün ilk yarısında işlərinizdə uğur əldə etmək istəyirsinizsə, problemlərin həllinə qeyri-standart yanaşın. Adi günlər effekt verən metodlar bu gün yararsızdır. Çətinliklər böyük sürətlə peyda olacaq. Günün ikinci yarısında dəyər verdiyiniz insanla münasibətlərinizi daha intellektual edin. Ailə problemlərini məntiqlə həll edin. Axşam saatlarında hobbinizə vaxt ayıra bilərsiniz. Normal istirahət edin. Buğa – Mühüm işlərə başlamazdan əvvəl yaxşı hazırlıq görün. İmkan varsa, zəhmətkeş və etibarlı yardımçılar tapın. Gərəkli dəstəyi alın. Bütün işləri qısa vaxtda başa vurmağa çalışmayın. Rutin, gündəlik məsələlərin çözümünə xüsusi diqqət ayırın. Günün ikinci yarısı daha irimiqyaslı işlər üçün münasibdir. Şəxsi münasibətlərdə dəyişikliklər vədəsi yetişib. Gərəksiz əlaqələrdən qurtulun. Ötənləri xatırlayıb köks ötürməyin. Əkizlər – Dönüş zamanıdır. Məcazlara aldanmayın, təhkiyələrə uymayın. Önəmli qərarlardan qaçmayın. Məhdudiyyətlərin sayını artırmayın. Yeniliklərə də aludə olmayın. Sınanmış metodlardan, özünü doğrultmuş üsullardan yararlanın. Günün ikinci yarısında zərurət yaranarsa, yeni ideyanı işlək formaya salın. Bəzi işləri dayandırmaq və ya təxirə salmaq olar. Maliyyə məsələləri üçün uğurlu zaman deyil. Axşam saatları alış-veriş üçün əlverişlidir. İntuisiyanızın səsini dinləyin. Xərçəng – Şəxsi münasibətlər üçün ağır zamandır. Mənasız söhbətlərə qatılmayın. Qətiyyət və iradə tələb olunan situasiyalarda tərəfdaşınıza yardım edin. Emosiyalarınız tündləşməsin. İşgüzar məsələlərin həllində emosional olmayın. Kompromislər zamanı deyil. Sürəkli qaydada geri çəkilsəniz, sizi zəif və iradəsiz insan sayacaqlar. Günün ikinci yarısında hərəkət istiqaməti dəyişəcək. Dəyişikliklərə nəzər salın, təmayüllərə fikir verin. Axşam saatlarına yaxın situasiya aydınlaşacaq. Planlarınızın qurulma konstruksiyasını, kiminlə işləyə biləcəyinizi müəyyənləşdirə biləcək suallara cavab alacaqsınız. Qəfil tapıntı olacaq. Dostlarla ünsiyyətdə əhvalınız normallaşacaq. Diqqətli və qayğıkeş olun. Şir – Sözlərinizə diqqət edin, spontan qərarlar verməyin. Günlə bağlı planlarınız kənar təsirlər nəticəsində təxirə düşə bilər. Manevr imkanlarınızdan bəhrələnin. Təmaslarda təşəbbüskar olun, maraqlarınızı tam təmin etməyə çalışın. Yaxşı düşünülmüş və səbatlı özülü olan işlərdə irəliləyə bilərsiniz. Fəaliyyət üçün gərəkli səviyyədə rahat şərait yaradın. Günün ikinci yarısında ilk baxışdan maraqlı təsir bağışlayan təkliflərə aldanmayın. Puç ümidlər sizi yanlış yola yönəltməsin. Yeni eksperimentlər zamanı deyil. Stabilliyinizə real təhdid yaradan vəziyyətlərdə inadkar olun. Əsla geri çəkilməyin. Qız – Önəmli məsələ ilə bağlı qərar verməzdən əvvəl situasiyanı hərtərəfli şəkildə təhlil edin. Yeni ideyalar, mövzular, insanlar istisna deyil. Planlaşdırdığınız istiqamətdə qətiyyətlə hərəkət edin. Problemli sahəni maneələrlə sədlərdən təmizləyin. Günün ikinci yarısında əlavə gəlir mənbəyi istisna deyil. Bir qədər əvvəl əldə edilmiş razılaşmanı rekonstruksiya edin. İşlərdə əsla tələsməyin. Qüvvələr düzümü, planlar və rollar axşam saatlarına yaxın dəyişəcək. Kollektivdəki situasiya sizi qıcıqlandıra bilər. Sərt reaksiya verməzdən əvvəl təfərrüatlardan hali olun. Tərəzi – Süst olmayın, laqeydliyə qapılmayın. Apatiya bu gün sizin düşməninizdir. Başladığınız işləri yarımçıq qoymayın. Yaşananları diqqətlə müşahidə edin. Emosiyalara qapılmayın, güzəştlərə meylli olun. Genişmiqyaslı fəaliyyət anına ciddi hazırlaşın. Günün ikinci yarısında yaxın perspektivə hesablanmış fəaliyyətin variantlarını şərik və tərəfdaşlarla müzakirə edin. Təşəbbüskar olun, lider mövqelərinə yiyələnin. Mövqeləriniz güclü olarsa, rəqibləri geridə qoya bilərsiniz. Axşam saatlarında gəzintiyə çıxın. Əqrəb – Hər şey göründüyü qədər sadə deyil. Buna rəğmən uğur vəd edən zamandır. Gərəkli işləri sürətlə başa vurmaq üçün var qüvvənizlə çalışın. Məsələləri vaxtında həll edin. Maraqlandığınız məsələlərlə bağlı mümkün qədər çox, geniş məlumatlar əldə edə bilsəniz, özünüzü təhlükəsizlikdə hiss edəcəksiniz. Günün ikinci yarısında ideyalarınızı tərəfdaşlarınızla müzakirə edin. Bəzi layihələrə yenidən qayıtmaq olar. Öhdəlikləri və görüləsi işləri paylaşın. Mümkün qədər çox fiziki iş görməyə can atmayın. Ehtiyatlı, sayıq olun. Əmlak, maliyyə, vərəsəlik məsələlərini həll etmək olar. Yardıma ehtiyac duyana kömək edin. Oxatan – Heç nədə ifrata varmayın. Maliyyə məsələlərində qənaətli olun. Emosiyalarınıza nəzarət edin. Mübahisəyə, şayiələrə, münaqişələrə qatılmayın. Yaşamınızda indi müəmmalı, sirli nüanslar artır. Onlardan qurtulmaq asan deyil. Dəyər verdiyiniz insanları aldatmayın. Üzrxahlıq xətadan betər olmamalıdır. Anlaşmaları yerinə yetirin. Günün ikinci yarısında zidd maraqların toqquşması qaçılmazdır. Problemlərin həlli mövcud situasiyanın göstərdiyindən də dərindədir. Effektiv olmayan təmaslardan uzaq durun. Sürətli və dəqiq qərarlar qəbul etməlisiniz. Axşam saatlarında duruma nəzarət edin. Oğlaq – Günün ilk yarısında işlərinizdə aktivləşmə müşahidə olunacaq. Cari mükəlləfiyyətlər və işlər çərçivəsində qalın. Resurs qıtlığı yarana bilər. Maliyyə vəsaitlərinizi bir daha hesablayın. Səhhətinizə fikir verin, əks halda orqanizminizdə homeostaz yaşana bilər. Günün ikinci yarısında qərarlarınız düşünülmüş, məntiqli olmalıdır. Konkret situasiya ilə bağlı, yaxın perspektivi də düşünün. Fiziki işlərdə xeyir var. Əhvalınız dəyişəcək. Təşəbbüskar olun, toplantı və müzakirələrə qatılın. Daxili protestinizə effektiv izhar yolu seçin. Hadisələrin inkişaf məcrasını təxminləməyə çalışın. Dolça – Günün ilk yarısı karyera məsələləri ilə məşğul olmaq üçün əlverişli zamandır. Müəyyən proseslər dəyişir. Yeni ideyalar, təmayüllər və təklifləri nəzərə alın. Yaxın ətrafınızdakı insanların müqavimətini hiss etsəniz, təkid və təzyiq etməyin. Çalışdığınız şəxslərlə işbirliyini möhkəmləndirin. Günün ikinci yarısında kollektivdə aktivlik artacaq. Yerdəyişmələr, xəbərlər az deyil. Maraqlarınızın təminatına çalışın. Xəbərlərin müzakirəsinə və mübahisələrə çox vaxt ayırmayın. Əlverişli situasiyada süst davranmayın. Oyun qaydalarına riayət edin, öhdəlikləri unutmayın. Vədlərinizi gerçəkləşdirin. Balıqlar – Günün ilk yarısında qarşılaşacağınız problemlərin həllində rasional yanaşma ilə bahəm, intuisiya da dadınıza çatacaq. Narahat durum, qarışıq gündür. Stress şəraitində çalışmalı olacaqsınız. Bu, əhvalınızın korlanmasına, səhhətinizdə problemlərin yaranmasına səbəb ola bilər. Günün ikinci yarısı qəflətən yaranan maneəni dəf etmək üçün intellektual imkanlarınızı işə salın. Tapmacanın cavabını tapmaq məcburiyyətində qalacaqsınız. Axşam saatlarına yaxın dəyər verdiyiniz insanlarla ünsiyyəti intensivləşdirin. Tənhalıq, tərki-dünyalıq hisslərindən qurtulun.(Milli.az)