Fiziki xəstəliklərin psixoloji səbəbləri nədir?

Louise L. Hay tərəfindən yazılan  “Düşüncə gücü ilə müalicə” adlı kitab sahib olduğumuz narahatlıqlara fərqli yöndə baxmamızı bizə öyrədir. Qeyd edilir ki, yaşadığımız əksər bədənsəl problemlər əslində daxildə keçirdiyimiz narahatlıqlar səbəbilə baş verir. Əgər düşüncələrimizi,emosiyalarımızı düzgün idarə edə bilsək, fiziki cəhətdən də gümrah olarıq. Amerikada edilən araşdırmalar sonunda məlum olmuşdu ki,xronik xəstələrin əksəriyyətində ağır psixiloji  problemlər var. Məsələn mədə problemləri, ağır stressdən, bel ağrıları həddən çox psixi yüklənmədən və.s yarana bilər. Unutmayaq ki,daxili aləmimizdə yaşadığımız hər 1 sıxıntı fiziki vəziyyətimizə də təsirsiz ötüşmür. İndi isə ən çox qarşılaşdığımız problemlər və onların psixoloji səbəblərinə nəzər salaq: Alergiyalar-İnsanlara qarşı kin,nifrət bəsləmə,öz gücünə inamsız yanaşmaqdan yarana bilər.Əgər biri ilə mübahisəniz varsa və bunu ciddi problem kimi qəbul edib o insana qarşı mənfi emosiyalar bəsləyirsizsə bədəndə reaksiyalar özünü göstərir. Alkoqolizm-özünü qəbullanmama, yararsızlıq ,günahkarlıq kimi duyğuların hökm sürdüyü insanlar daha çox alkoqolizmdən əziyyət çəkirlər. İştahsızlıq- Səbəbləri rədd edilmə, insanlar tərəfindən qəbul edilməmə kimi qorxulardır.Əgər həyata qarşı böyük qorxularınız varsa və həyatınızdan razı deyilsinizsə o zaman bu problemlə qarşılaşmağınız normaldır. Artıq çəki problemi-həyatdan qorxma, başqaları tərəfindən incidilmək və duyğularından qaçmaq istəyənlər bu problemi yaşayırlar. Yüksək Hərarət(Qızdırma)-Əsasən aqressiv,əsəbi insanlarda rast gəlinir. Həyatınızda həmişə qəzəbi hissini ön planda saxlayırsızsa tez-tez xəstələnmə halları yeterincə normaldır. Baş ağrıları,baş gicəllənmələri-özünü günahlandırma,qorxu,qərarsızlıq,dağınıq fikirlər bu problemlərə səbəb olur. Bayılmalar-burada da qorxular mühim rol oynayır.Problemli həyat tərzi keçirən insanlarda daha çox müşahidə edilir.İnsan nələrinsə öhdəsindən gələ bilməyəcəyini çox fikirləşdikdə də bu hal yarana bilər. Unutqanlıq,yaddaş zəifliyi-özünü idarə edə bilməmə qorxusundan yaranır. Boğaz ağrıları,badamcıqların iltihabı-bu problemlər ən çox söyləmək istədiklərini söyləyə bilməyən, başqa sözlə desək “hər şeyi içinə atan” insanlarda daha çox görülməkdədir. Boyun ağrıları-həyata yalnız bir istiqamətqə baxmaq.Yəni həyatın yaxşı və pis tərəflərini eyni anda görmək istəməyən,tərs insanlar bu ağrılardan ən çox əziyyət çəkənlər sırasındadırlar. Bronxit-hüzursuz bir ailə,iş çevrəsində olanlar daha çox əziyyət çəkirlər. Burun axması-əsasən daxili iztirab yaşayan insanlarda bu hal görülür. Bu sanki o insanların fəryadı,kömək diləmək formasıdır. Qulaq ağrısı-qəzəb,başqalarını dinləmək istəməmə.Bəzən mübahisələrin çox olduğu ailələrdə olan uşaqlar da bu problemdən əziyyət çəkirlər. Migrenlər-Mükəmməl olmaq istədiyi üçün özünə qarşı aşırı qəzəb duyan insanlarda daha sıx görünür. Həyatında baş verənləri qəbullanmama,cinsəl qorxular da səbəb ola bilər. Mədə problemləri-yeni bir şeyləri qəbullanmaqda çətinlik çəkən insanlarda rast gəlinir. Davamlı öskürək-bu insanlarda sanki dünyaya qışqırıb “mən də varam”, ”məni də dinləyin” kimi psixoloji problemlər olur. Bel ağrıları-həyatdan maddi, mənəvi dəstək almaq istəyən insanlarda görülür. Beləki belin aşağı tərəfində olan ağrılar pulsuz qalmaqdan qorxmaq, kimlərdənsə maliyyə dəstəyi gözləyərkən,orta hissədə olan ağrılar günahkarlıq hissindən əziyyət çəkərkən, belin üst hissəsindəki ağrılar isə duyğusal köməyə ehtiyac duyulduğu,sevilmədiyini hiss etdiyi zamanlarda yaranır. Diş ağrıları,diş əti problemləri-qərarsızlıq və ya verilən həyati qərarlandan peşmanlıq hissi keçirdərkən daha çox rast gəlinir. Dodaqda olan uçuqlar-Özünü və başqalarını davamlı olaraq tənqid edən,”hamıda hər şey pisdir” fikrinə alışıq olan və ya inciyən, qayğı əksikliyi yaşayan insanlar mütəmadi bu problemlə rastlaşırlar. Nuray Lətifzadə

Stresin yaratdığı xəstəliklər

Mənfi hisslər, idarə edə bilmədiyimiz duyğular sadəcə zehnimizi yormur, eyni zamanda daxili orqanlara da ziyan vurur. Türkiyəli professor doktor Birsel Kavaklı mənfi hisslərin orqanlara zərərlərindən danışıb. Əsəb və qaraciyər üzrə mütəxəssisin sözlərinə görə, əsəb stress hormonlarının artmasına səbəb olur. Bu da öz növbəsində qaraciyərə təsir edir: “Əsəb xroniki xəstəliklərin əsas səbəblərindəndir. Qaraciyərə ən azı siqaret və spirtli içki qədər mənfi təsir edir. Əsəb keçirən insanın ürəyi bulanır, mədəsi və başı ağrıyır. Kədər və ağciyərlər Birsel Kavaklının fikrincə, kədər hissi ən çox ağciyərlərə ziyan vurur. Böyük bir itki ilə üzləşənlər sinədə ağrı hiss edirlər. Ona görə də, depressiyada olanlara və özünü çox kədərli, dərdli hiss edənlərə açıq havada yeriməyi məsləhət görürlər. Ağciyərlərə zərər dəyməməsi üçün açıq havaya çıxın və bir neçə dəfə dərindən nəfəs alın. Bu həm daxili orqanlara, həm də psixologiyanıza yaxşı təsir edəcək”. Həkim qeyd edib ki, dərd və kədər immunitet sisteminə də mənfi təsir edir. Qorxmaq böyrəklərin büzüşməsinə səbəb olaraq onun fəaliyyətini zəiflədir.  Həddən artıq düşüncəli olmaq, çox fikirləşmək də dalaq üçün ən böyük təhlükədir. 

Qadınların cinsi münasibətdən uzaqlaşması - Vaginizm nədir?

Günümüzün artmaqda olan psixoloji problemləri arasında vaginizmin xüsusi yeri vardır.  Çox zaman bununla üzləşməyə, bu cür problemimizin olduğunu qəbullanmağa utanırıq. Nəticədə mənəvi gərginlik yaşayaraq depressiv vəziyyətlərin qurbanı oluruq. Tibbi nöqteyi-nəzərdən problemi araşdırdıqda vaginizm-mm, bulbospongiosus, levator ani, adductores femoris  qarnın ön divarı əzələlərinin qıcolma şəklində yığılmaları nəticəsində cinsi həyat mümkün olmayan nevrogen xəstəlik olduğunu görərik. Cinsi həyat pozulmalarına həmçinin onun inkişaf çatışmazlığı, ağrı, cinsi soyuqluq forması və yaxud təmin edilmə, pozğunluqlar aiddir. Araşdırmalar göstərir ki,  xəstəliyin çox az hissəsi ginekoloji  səbəblə bağlı olduğu təqdirdə, əksərən əsasında psixoloji amillər dayanır. Toy gecəsi daha çox özünü göstərən bu problemdən sonra artıq xəstələrdə cinsi həyata marağın azalması, qorxu halları artmağa başlayır. Hətta əvvəllər normal cinsi həyatı olan insanlarda belə müyyən psixoloji travmalardan, cərrahi əməliyyatlardan sonra vaginizm əlamətləri yarana bilir. Vaginizmin simptomları hansılardır? Ən geniş yayılmış əlamətləri-taxikardiya, tərləmə, geriyə çəkilmə, cinsi əlaqə zamanı yanma, ağrı və bunun nəticəsində cinsi istəksizlik, cinsəl fobiyadır. Bu cür fobiyalar nəticəsində ailədən uzaqlaşma, özünə qapanma, ailədaxili mübahisələr artır. Vaginizmin müalicəsi varmı? Vaginizm çarəsi olmayan bir problem deyil. Çox əminliklə qeyd etmək istəyirəm ki, sadəcə bir neçə psixoloji seansla siz bu problemdən çox asanlıqla azad ola bilərsiz. Praktik təcrübəmiz göstərir ki, bu halla üzləşən bir neçə passientimiz sadəcə inanib, cəasrət edib bizə müraciət etməklə heç bir dərman vasitələrindən istifadə etmədən  xoşbəxt bir şəkildə ailə həyatlarına davam etmişlər. Bu problemin sizin həyatınıza mane olmasına icazə verməyin. Gülər Məmmədova Azərbaycan Dövlət Pedoqoji Universitetinin psixologiya kafedrasının müəlliməsi

Xroniki yorğunluq sindromu nədir?

Xroniki yorğunluq sindromunun aşağıdakı əlamətləri var:- xəstəliyin qrip, adenovirus infeksiyası və ya etiologiyası dəqiqləşdirilməmiş kəskin respirator virus xəstəliklərdən dərhal sonra başlanması,- titrətmə, subfebrilitet, kəskin ümumi zəiflik, uzunmüddət qalan və gecə yuxusundan sonra belə keçməyən yorğunluq hissi,- səthi yuxu, yuxuyagetmənin çətinləşməsi, gecə yuxusundan sonra bədənədə yorğunluq hissi, - daimi zəiflik və emosional dəyişkənlik, günün işıqlı vaxtı uzanaraq istirahət etmək arzusu, - aşağı emosional tonus, pis ovqat fonunda vaxtaşırı depressiyalar, astenodepressiv sindrom, - bəzi qrup limfa düyünlərinin, 1-ci növbədə ön və arxa boyun, çənəaltı limfa düyünlərinin böyüməsi və həssaslığının artması,- splenomeqaliya,- diffuz mialgiya və artralgiya,- təkrar kəskin respirator xəstəliklər, anginalar, bronxitlər və.s.- boğazda ağrı və quruluq (qeyri-ekssudativ faringit),- fiziki cəhətdən tez yorulma və yorğunluğun uzun müddət keçməməsi,- yaddaş və intellektin zəifləməsi, diqqətin konsentrasiyasının çətinləşməsi.Xroniki yorğunluq sindromunun diaqnostikası zamanı fiziki müayinələr və anamnezin toplanması diqqətlə aparılmalıdır, əks təqdirdə yorğunluğun hər hansı digər səbəbi (məsələn; endokrin patologiyası, metobolizmin pozulması, nevroloji xəstəlik) nəzərdən qaçırıla bilər.Xroniki yorğunluq sindromunun müalicəsi adətən ailə həkimi , terapevt, allerqoloq, fibromialgiya və artritlər üzrə mütəxəssislər tərəfindən aparılır.Qanın ümumi analizi, böyrəküstü və qalxanabənzər vəzilərin funksiyasının yoxlanılması, döş qəfəsinin, sidiyin və nəcisin (qarın, mədə və bağırsaqlarda ağrı olarsa) analizlərinin olunması vacibdir.Adətən xroniki yorğunluq sindromu zamanı müayinələrin nəticəsi normaya müvafiq olur; xəstəliyin diaqnozunun qoyulması isə daha çox həkimin professionallığından asılı olur. Xəstəliyin təbiəti barədə bir sıra mülahizələr mövcuddur ki, bunların hər birinin əsasları vardır. Xroniki yorğunluq sindromunun zəhərlənmənin bir forması, depressiyaların bir növü, virus xəstəliyi, immun sistemin cavab reaksiyası hesab edənlər var. Qeyd etmək lazımdır ki, düzgün müalicə olunmadıqda xəstəlik inkişaf edərək insanın əmək qabiliyyətini itirməsinə səbəb ola bilər. Əksər hallarda xroniki yorğunluq sindromu illərlə sürərək xəstənin sinir-psixi vəziyyətini pisləşdirir. Xroniki yorğunluq sindromunun müalicəsində ozonoterapiya çox effektli nəticə verir. Vitaminoterapiya və başqa dərmanlarla birgə tətbiq olunarsa xroniki yorğunluğu aradan qaldırmaqla, iş qabiliyyətini bərpa etməklə bərabər, insanda olan digər yanaşı xəstəliklərə də, (hipertoniya, şəkərli diabet, qanazlığı, ürəyin işemik xəstəliyi, revmatizm və s.) müsbət təsir göstərir. Ozonoterapiya çox effektli, heç bir ziyanı olmayan əvəzolunmaz bir müalicədir. Onun faydalarında yararlanın. Bu növ yorğunluğun bir sıra psixoloji səbəblərinin də olması mümkündür. Buna yaşanılan stresli hadisələr, gərgin iş və s səbəb ola bilər. Bu baxımdan psixoloqa müraciət etməyiniz tövsiyə edilir.

İştahsızlığın təbii üsulla müalicəsi

İştah (lat. appetitus – arzu, istək deməkdir) - bu hissiyyat bir fizioloji mexanizm olub qidaya olan tələbatla bağlıdır, orqanizmə qida maddələrinin daxil olmasını tənzimləyir. İştah, həzm mərkəzi, xüsusilə də hipotalamus və baş beyin qabığı ilə bağlıdır. İştahanın oyanması qanda mübadilənin aralıq məhsullarının artması, onların hüceyrələr tərəfindən mənimsənilmə səviyyəsi, toxumaların susuzlaşması, boşalmış mədənin yığılması, bədən temperaturunun azalması, bir çox xarici qıcıqlandırıcıların təsiri, şərti-reflektor fəaliyyətlə (yeməyin görünüşü, qoxusu, daimi qoyulduğu yer və s.) bağlıdır. İştahanın tormozlanması isə yemək aktı zamanı, mədə divarının qida məhsulları ilə dartılması, yeyilmiş məhsulların həzmi, həzm olnumuşların qana sorulması, hormonal fonun dəyişməsi vaxtı baş verir. İştahanın azalması anoreksiya, patoloji artması isə bulimiya adlanır. Çox zaman insanlar iştahanın az olmasından şikayət edirlər. İlk öncə müalicəyə başlamazdan əvvəl iştahanın azalma səbəbləri araşdırılmalıdır, bunun üçün həkimə müraciət edilməlidir. Əsasən iştahanın azalması müəyyən xəstəliklərlə bağlı ola bilir – həzm traktının pozğunluqları, onkoloji xəstəliklər, depressiya və stress halları, müxtəlif psixi pozğunluqlar, virus mənşəli infeksion xəstəliklər, alkoqol və siqaretdən sui-istifadə, antibiotik və təzyiq əleyhinə qəbul edilən dərman preparatları və s. Reseptlər Uzun illər bal iştahaartırıcı vasitə kimi tətbiq edilmişdir. Uşağın iştahasını bərpa etmək üçün ona hər gün 1 çay qaşığı bal vermək kifayətdir. Zamanla veridiyiniz balı artıra bilərsiniz.1 ədəd limon əvvəlcə suda saxlanıb isladılır, bundan sonra blenderdən keçirilib üzərinə bir qədər şəkər tozu əlavə edilir. Gündə 1 dəfə yeməkdən əvvəl 1/2  xörək qaşığı daxilə qəbul edilir.2 xörək qaşığı melissanın üzərinə 2 stəkan qaynar su əlavə edilib 4 saat müddətinə dəmə qoyulur, alınmış dəmləmə süzülüb gündə 4 dəfə yeməkdən əvvəl 1/2 stəkan daxilə qəbul edilir.Bir neçə xörək qaşığı göyçiçək çiçəkləri 2 xörək qaşığı qaynar su ilə qarışdırılıb dəmlənilir, bundan sonra alınmış dəmləmə 3 yerə bölünərək gün ərzində yeməkdən əvvəl içilir.1 xörək qaşığı günəbaxan çiçəklərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib gündə 3 dəfə 1/2 xörək qaşığı içilir.Çəmən yoncasının hamaşçiçəkləri 500 ml araqla birgə 5-6 dəqiqə müddətinə zəif odun üzərində bişirilir. Bundan sonra soyudulub süzülür, alınmış məhluldan gündə 4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.0,5 kq qoz, 300 qr bal, 4 ədəd limonun şirəsi və 100 ml aloye şirəsi qarışdırılıb yeməkdən 30 dəqiqə əvvəl gündə 3 dəfə 1 çay qaşığı daxilə qəbul edilir.Jenşenin kökü və kökümsovundan hazırlanmış cövhərdən 25 damcı 1/3 stəkan suya əlavə edilib gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir.Xırdalanmış bağayarpağı yarpağının üzərinə 1 stəkan qaynar su əlavə edilib 20 dəqiqə müddətinə dəmlənilir. Alınmış dəmləmə gündə 3-4 dəfə yeməkdən əvvəl içilir.2 xörək qaşığı yatıqqanqal bitkisinin üzərinə 2 stəkan qaynar su əlavə edilib 35 dəqiqə müddətinə dəmə qoyulur, süzüldükdən sonra gündə 4 dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.10 qr acı yovşan bitkisinin üzərinə 200 qr qaynar su əlavə edilib dəmlənilir. Alınmış dəmləmə gündə 3 dəfə yeməkdən əvvəl 15-20 damcı daxilə qəbul edilir.1 xörək qaşığı zəncirotu kökü, hərəsindən 2 xörək qaşığı olmaqla acı yovşan otu və boymadərən bitkiləri qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə tam dolu olmayan 1 stəkan qaynar su əlavə edilir. 20 dəqiqə dəmlədikdən sonra süzülüb hər gün 4 saatdan bir yeməkdən əvvəl 1 xörək qaşığı daxilə qəbul edilir.Kəcəvərdən əldə edilmiş cövhər gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1/4 stəkan daxilə qəbul edilir.Hər gün 4 ədəd kök və 1 dəstə vəzəri şirəçəkəndən keçirilib alınan miqdar qədər su ilə durulaşdırılır. Bu qarışım yeməkdən 30 dəqiqə əvvəl daxilə qəbul edilir.Gün ərzində ədviyyatlı çay içməyə çalışın, xüsusilə də zəncəfilli və itburnulu çayı iştahanı artırır.Aktiv həyat tərzi keçirməyə çalışın. Pis vərdişləri özünüzdən uzaqlaşdırın.Gün ərzində çalışın ki, çoxlu maye, adi su qəbul edəsiniz.Turş dadlı meyvə və giləmeyvələrə üstünlük verməyə çalışın. Sevdiyiniz hər hansı bir yeməyi az porsiyalarda tez-tez yeyin.Yediyiniz yeməyin xarici görünüşünə önəm verib onu hər dəfə müxtəlif formalarda bəzəyin.  P. S.: Burada qeyd edilən bitki dəmləmələrini qəbul etmək olar. Lakin qəbul zamanı əks göstərişlər (mədədə turşu ifrazının yüksək olması, kəskin qastrit, mədə və bağırsaq xoraları və s.) də nəzərə alınmalıdır. Tam ziyansız hər kəsin rahat şəkildə istifadə etdiyi məhsul propolisdir (vərəmum). (propolis.az)

Bu tərəvəzlə süd vəzi xərçənginə qalib gəlmək olar

Rutgers Universitetindən (Rutgers Universiteti) olan tədqiqatçılar pomidor suyunun tərkibində olan karotenoid piqmentinin süd vəzi xərçənginin yaranmasının qarşısını aldığını bildiriblər. Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, tədqiqatçılar 55 yaşdan yuxarı olan 70 qadın üzərində araşdırma aparıblar. Qadınların adiponektin hormon səviyyəsi ölçülüb. Seçilən qadınlarda önəm verilən xüsusiyyətlərdən biri normadan artıq çəkisi, digəri isə irsi olaraq süd vəzi xərçənginə yoluxma riskinin yüksək olması idi. Amerikalı alimlər iddia edir ki, pomidor suyu içmək xərçəng yaradan hüceyrələrin inkişafını dayandırır. Pomidorun tərkibində pomidora qırmızı rəng verən likopen maddəsi bişiriləndə orqanizm tərəfindən daha asan qəbul olunur. Antioksidant xüsusiyyəti olan bu maddə süd vəzi xərçəngi ilə yanaşı, prostat xərçəngi ilə də mübarizədə effektlidir. Bundan başqa, likopenlər bağırsaq florasındakı sağlam bakteriyaların artımına da səbəb olur. Alimlər qadınlara 10 həftə ərzində bir stəkan pomidor suyu içməyi (ketcup, tomat sousu da olar) məsləhət görüb. 10 həftədən sonra analiz nəticələri hər kəsi təəccübləndirib. Belə ki, tədqiqatın sonunda test nəticələri adiponektinin səviyyəsinin 9% artdığını göstərib. Beləliklə, alimlər aşkar ediblər ki, bu piqment hormon səviyyəsini artırır. Tədqiqatçılardan Adana Llanos deyib ki, tərəvəzlər içərisində pomidorların istifadəsi ümumi mənada orqanizmin fəaliyyətinə müsbət təsir edir: "Bu tədqiqatı qarpız, ərik, çəhrayı qreyfrutla da edə bilərdik. Onların da tərkibində pomidor tərkibində olan piqment var. Yalnız likopen maddəsinin əsas mənbəyi pomidordur". Xatırladaq ki, amerikalı tədqiqatçıların optimist ifadələrinə baxmayaraq, ingilis ekspertlər bu araşdırmanın nəticələrinə şübhə ilə yanaşdıqlarını deyiblər.

Ayaq qoxusunun qarşısını belə alın - Üsullar

Bir çox insan ayaqlarından gələn pis iyə görə narahat olur. Xüsusən də yay aylarında ayağın tərləməsi, keyfiyyətsiz ayaqqabı və corablar səbəbindən ayaqdan gələn pis qoxu daha da artır. Psixoloq.az Ölkə.Az-a istinadən bu problemin həlli yollarını oxucuları ilə bölüşür. Soda Ən yaxşı üsullardan biridir. Bir vanna ilıq suya 2 çay qaşığı soda əlavə edin. Ayaqlarınızı 20 dəqiqə bu suda saxlayın. Bir həftə davam edin. Qoxu azalacaq və zamanla yoxa çıxacaq. Lavanda yağı Gözəl iyi olan bu yağdan 1 xörək qaşığı 1 litr suya əlavə edin. Bir həftə ərzində hər gün ayağınızı bu suya qoyub gözləyin. Gündə iki dəfə etsəniz, daha effektiv nəticə əldə edə bilərsiniz. Qara çay Qara çay ayaq tərləməsinin qarşısını alır, qoxunu azaldır. Qara çayı dəmlədikdən sonra su ilə dolu vannaya boşaldın. 20 dəqiqə ayaqlarınızı bu suda saxlayın. 10 gün təkrarlayın. Sirkə Sirkə ayaqdakı tər hüceyrələrinin işini yavaşladır və qoxunun qarşısını alır. 2 stəkan sirkəni bir litr suya əlavə edin. Ayaqlarınızı 10-15 dəqiqə bu suda saxlayın. Sonra isə ayaqlarını sabunla yuyun. Şalfey Hər dərdin dərmanıdır və ayaq qoxusunun da qarşısını alır. Vannadakı suya bir neçə yarpağını əlavə edin. 10 gün təkrarlayın. Bu üsullardan əlavə müxtəlif üsullardan da istifadə edin. Məsələn, hər gün eyni ayaqqabınıgeyinməyin. Ayaqqabı havalanmalıdır və hər gün eyni ayaqqabı geyinmək qoxunu qaçınılmaz edir. Corabınızın içinə bir az pudra tökün və ayaqlarınızın çox tərləməsinin qarşısını alın. İki gün eyni corabı geyinməyin. Hər gün dəyişdirin. Pambıq corablara üstünlük verin. Ayaqqabını geyinməyəndə içinə bir neçə ədəd mixək atın.(ölkə.az)

İnsanların qarışdırdığı problem – Diş həssaslığı ya diş iltihabı?

Diş həssaslığı bir çox insanın əziyyət çəkdiyi problemdir. Mütəmadi olaraq istifadə edilən isti-soyuq qidalar, içkilər, dişdə həssaslığın yaranmasına gətirib çıxara bilir. Ancaq bəzən adi sanılan həssaslıq böyük bir problemin başlanğıcı ola bilər. Psixoloq.az xəbər verir ki, stomotoloq Ramil Yusubovun sözlərinə görə, pasiyentlər əksər zaman diş həssaslığı ilə diş iltihabını bir birindən fərqləndirməkdə çətinlik çəkirlər: “Qeyd edim ki, diş həssaslığı zamanı ağrı ancaq şirin, isti -soyuq qidalar qəbul etdiyimiz zaman yaranır.Diş iltihabında isə ağrılar uzunmüddətli və qarşısı alınmaz şəkildə olur”. Müəllif: Şəhanə Quliyeva

Qırılmış şüşələri yapışdırır, diş ağrısını kəsir - Sarımsağın bilmədiyiniz faydaları

Sarımsaq zəngin tərkibi ilə çox faydalıdır. Ancaq elə xüsusiyyətləri var ki bəlkə də hələ də bu haqda məlumatlı deyilsiniz. Psixoloq.az sarımsağın bilinməyən faydalarını təqdim edir: Sarımsaq təbii yapışdırıcıdır. Sarımsağın yapışqan suyunu çatlamış və qırılmış şüşələri təmir etmək üçün istifadə etmək olar. Sarımsağın dişlərini əzərək içindəki yapışqan suyunu çıxarmaq olar. Sarımsağın tərkibindəki sistein maddəsi təbii ağrıkəsicidir. Ağrıyan dişinizə bir neçə dəqiqə sarımsaq sürtmək ağrıları qısa müddətlik olsa da, azaldır. Sarımsağın antiseptik və mikrob öldürücü xüsusiyyətləri ləkə, ləkə izi və dəridəki digər ləkələri yox edir. Sarımsağı dərinizə sürtün, 15 dəqiqədən sonra yuyun.

Gecə niyə yata bilmirik? - Yuxu pozuntusunun səbəbləri

Yuxusuzluq bir çox insanın  əziyyət çəkdiyi problemdir. Bəs yuxu pozğunluğunun səbəbləri nədir? Psixoloq.az həmin sözügedən məqamları təqdim edir: -         somatik ( ağrı, astma, daxili orqanların xəstəlikləri ) -         emosional ( depressiya, maniya, həyəcan ) -         xarici amillər ( səs-küy, isti, ışıq ) -         dərman qəbulu ( kofein, steroidlər, diuretiklər ) -         düzgün olmayan vərdişlər ( yuxudan əvvəl fiziki iş, ağır yeməklər ) və.s Qeyd edək ki,  yuxu pozuntularını üç qrupa bölmək olar:    1) Erkən yuxusuzluq- şəxs yata bilmir;    2)  Orta yuxusuzluq- səthi yuxulama;    3) Gecikmiş yuxusuzluq- erkən oyanma.  Yuxusuzluq sindromunun əksi yuxuculluq- hipersomniya  adlanır. Günün əksər hissəsini yatmaqla keçirən belə adamlar çox vaxt atipik depressiyadan və ya asteniyadan əziyyət çəkirlər.   Yuxu pozuntuları içərisində klinik əhəmiyyət kəsb edən formalar da mövcuddur:    1) Narkolepsiya- vaxtından asılı olmayaraq ( məsələn, gündüzlər yatmaq kimi)    2) Yuxu zamanı tənəffüsün tormozlanması ( apnoe ) xırıltılı səs çıxarmaqla təzahür edir;    3) Somnambulizm- yuxu zamanı yataqdan qalxıb huşsuz halda bir neçə dəqiqə, bəzən yarım saat gəzişmək.   Yuxu pozuntusunu bərpa etmək üçün əsas səbəbi aradan qaldırmaq lazımdır ( məsələn, somatik və ya psixi xəstəliyi müalicə etmək ). Əgər bu səbəblər mövcud deyilsə çox mürəkkəb olmayan üsullardan istifadə etmək lazımdır:      • Gündüz saatlarında fiziki yükü artırmaq, axşamlar isə azaltmaq;      • Yatmaq vaxtlarını rejimə salmaq və ona əməl etmək;      • Rahat yatmaq üçün şərait yaratmaq: səs-küyü aradan qaldırmaq, isti-soyuq, işıq problemlərini tənzimləmək;      • Yatmazdan qabaq çay, kofe içməmək, yemək qəbul etməmək;      • Yuxuya kömək edən, tərkibində triptofan olan bir stəkan süd içmək;      • Gündüz yatmaqdan çəkinmək ( hətta keçən gecə pis yatmış olsanız belə );      • Uzun müddət yuxu dərmanlarından istifadə etməmək. Bu maddələr öyrəşmə ( asılılıq ) yara bilər;      • 15-20 dəqiqə ərzində yuxunuz gəlmirsə özünüzü yatmağa məcbur etməyin. Başqa bir məşğuliyyətdən ( sakit musiqiyə qulaq asmaq, kitab oxumaq və.s ) sonra yatmağa çalışmaq;      • Sadə relaksasiya ( əzələləri boşaltmaq ) üsullarından istifadə etmək ( məsələn, 5-10 dəqiqə müddətində ritmik tənəffüs etmək – nəfəs alma, nəfəs vermə və fasilə, hər biri 3 saniyə olmaqla ). Qeyd: Yuxu pozuntusu hansısa psixoloji problemlərin əlaməti ola bilər. Uzunmüddət davam edərsə, hansısa xəstəliklərin yaranmasına səbəb ola bilər.

Uşaqların w şəklində oturmaqları zərərlidir ya faydalı?

Uşaqların sağlamlığı deyildiyində onların oturuş formalarına  da diqqət etmək əsasdır. Çünki uşaqlar xəbərimiz olmadan yanlış hərəkətlər edə bilir. Uşaqların sağlam olması üçün  sağlam hərəkətlərlə məşğul olması vacibdir. Yanlış vərdişlərdən biri azyaşlıların w oturuşudur. Bəs bu oturuş forması nədir?Bəs bu oturuş tərzinin zərərləri nədir? Bu tamamilə təbii oturuş növüdür. Hansısa xəstəliyin əlaməti deyil. İki ayağın birdən yana tam olaraq açılmasıdır. Bəzi həkimlər isə bu oturma tərzinin yanlış olduğunu bildirirlər. Bunun vücuddakı gücü azaltdığı bildirilir. Uşağın qarın və bel əzələlərini eyni anda istifadəsinə gərək olmadığından,  onlar bu şəkildə oturma formalarına daha çox üstünlük verirlər. Oturuş tərzi əzələ sərtliyinə səbəb olur. Bu sərtliyin xüsusilə də ayaqlarda yarana biləcəyi bildirilir. Bu həmçinin ayaq, belə də təsir göstərir. Xarici mütəxəssis Rachel Coley isə bu  oturma tərzinin zərərinin olmadığını bildirib: “Bu təbii haldır. Oturuş tərzi uşaqların sümüklərinin nə qədər hərəkətli olduğunu göstərir. Heç bir zərəri yoxdur”.(hekimtap.az)