Hazırda bütün dünyada, eləcə də Azərbaycanda boşanan ailələrin sayı olduqca artıb. Hətta elə olur ki, evlənən cütlüklər bir neçə aydan, hətta həftədən sonra boşanma ilə bağlı qərar verirlər. Evlilik zamanı cütlüklər arasında yaranan hər hansısa anlaşılmazlıq sonda boşanma kimi böyük problemə gətirib çıxarır. — Həyat yoldaşını mütəmadi olaraq başqaları ilə müqayisə etmək — Daim özünü yox, həyat yoldaşını günahlandırmaq — Başqalarının yanında həyat yoldaşını təhqir etmək — Sevgisini bəlli edə bilməmək — Lazımlı, lazımsız daim danışmaq — Ünsiyyət yetərsizliyi — Daim nəsə gizləyirmiş kimi şübhə oyandırmaq — Həyat yoldaşının anası haqqında pis sözlər danışmaq — Güvən əksikliyi — Keçmişi unuda bilməmək.
Hamımız yaxşı bilirik ki, səhvləri etiraf etmək çətin olur. Bəzən haqsız olduğumuzu bilə-bilə özümüzü müdafiə etməyə, küsməyə və hirslənməyə davam edirik. Nəticədə neqativ və aqressiya həm özümüzə, həm də yaxınlarımıza qayıdır. Bu halda evdə ailədaxili münaqişələr və gərginlik yaranır. Rəfiqələr də bir yerə yığışanda tez-tez öz məişət problemlərini müzakirə edir, ərlərindən şikayət etməyə başlayırlar. Lakin psixoloqlar məsləhət görür ki, qadınlar birinci növbədə öz daxili problemlərini həll etməlidir. Və əlbəttə ki, bütün kişiləri günahlandırmağı dayandırmalıdır. Psixoloq Mixail Labkovskiy əmindir ki, əgər qadın qarşı tərəfdə ancaq neqativ görürsə, özünün ailədəki mövqeyini ciddi nəzərdən keçirməyə dəyər. Xoşbəxtlik səndə gizlənib. Elə insanlar var ki, uzaqdan xoşbəxt olduqları dərhal seçilir. Onların həyatında hər şey qaydasındadır: sevimli ər, uşaqlar, gözəl kariyera və s. Belə insanlara həsəd aparmaq yox, sadəcə öyrənmək lazımdır. Əsas məsələ qavrayış və emosional durumdan asılıdır. Razı olmağı, kiçik şeylərdən sevinməyi öyrənin. Onda ətrafındakıların tamamilə dəyişdiyini özünüz də görəcəksiniz. “Qadınlara seks lazım deyil” fikri düz deyil, onların da kişilər qədər intim ehtiyacları var. Lakin bu hisslər qadınlarda nəvaziş və mehribanlıqla bağlıdır. Kişiləri ittiham etmək, onları heyvani və öz primitiv tələbatlarına görə günahlandırmaq əvəzinə təşəbbüsü öz əlinə almağa çalış. Qarşı tərəfə nə istədiyini və nələrdən xoşun gəldiyini de. Ola bilsin ki, siz bir-birinizi təəccübləndirə bildiniz. Ürəkdən istə statistikaya sığınmaq alınmayacaq! Gender rəqəmlərində boşanmaq və yenidən nikaha daxil olmaq imkanı çoxdan tarazlaşdırılıb. Bəs niyə bəzi qadınlar heç bir dəfə də olsun ailə qura bilmir, digərləri isə bir neçə dəfə ərə gedir? Məsələ psixikadadır. Burada nə zahiri görkəm, nə də xarakter rol oynamır. Hər bir insan xoşbəxt yaşaya bilər, sadəcə bunu ürəkdən istəmək lazımdır. Heç bir norma yoxdur. Əgər sənə tək yaxşıdırsa, qoy belə də olsun. Tənhalıq qorxusu 80 yaşdan sonra yaranmalıdır, ondan tez yox. Çünki təklik yalnız ölüm yatağında diskomfort verir. Sən gənc və güclüsən, təkliyi cəsarətlə təbii hal kimi qiymətləndir. Odur ki, yarın olmadığı üçün özünü kompleksə salmağa son ver! Xoşbəxtlik = sabit psixoloji durum “Harmoniya güzəştə getməkdədir” fikri əfsanədir. Güzəşt nə sənə, nə də sənin tərəf müqabilinə xoşbəxtlik gətirməyəcək. Ailədə rahat, sağlam abu-hava o zaman hökm sürəcək ki, siz ikiniz də münasibətlərinizdən razısınız. Normal münasibətlər yalnız o adamla qura bilər ki, onlar özünü və bir-birini sevirlər. Münasibətləri qurmurlar İşdən gələndə bir az dincəl. Ailə sənin ikinci işin deyil. Ona görə pul ödənilmir. Münasibətlər üzərində işləmək lazım deyil, çünki onlar ya var, ya da yoxdur. Yeganə şərt: Özünü olduğun kimi qəbul et. Eyni zamanda partniyonu dəyişdirməyə çalışma. Yenidən tərbiyə etmək, dəyişmək, düzəltmək lazım deyil. Əgər xoşuna gəlmirsə, başqasını tapmaq lazım gələcək. Ailədə harmoniyanın sirri çox sadədir. O qadında – səndə gizlənib. Sən həm müsbət, həm də mənfi emosiyaları çəkə bilərsən. Ətrafda yalnız yaxşını görməyi öyrənin, belə qərardan sonra həyatının necə dəyişdiyinə özün də təəccüb edəcəksən.
Cinsi istək pozuntuları iki qrupa ayrılır: Hipoaktiv cinsi istək pozğunluğu – Cinsi münasibət üçün istək və cinsi fantaziyaların yoxluğu və ya azlığı deməkdir. Cinsi istəksizlik – Bu zaman partner ilə cinsi təmasdan qaçınılır və ya münasibətə qarşı diksinti yaranır. Psixoloq.az xəbər verir ki, istək problemi yaşayan xəstələr, cinsi qorxular yaşayaraq cinsi arzularını öldürürlər. Cinsi istək yoxluğu evli cütlüklərdə sıx rastlanılan problemlər sırasında yer alır. Aparılan araşdırmalara görə isə bu problemdən isə qadınlar, kişilərə nisbətən daha çox təsir altına düşürlər. Şəhanə Quliyeva
Bir çox hallarda ailədə münaqişəli vəziyyət yaranır, bir-birini sevən iki insan müəyyən bir məqamda əks mövqelərdə olurlar. Bəzən bu məqamlar artmağa başlayır və nəticədə daimi xarakter alır. Bunları nə ilə izah etmək olar? Ailədə ixtilafların olması zəruridirmi? Birgə ailə həyatı zamanı fərqli ziddiyyətlər və ya problemlər yarana bilər. Bunlar iki fərqli insanların xarakterləri arasında formalaşan uyuşma üçün normal vəziyyətdir. Adətən belə hallar geyim tərzinin seçilməsində, ayrı mənzildə yaşamaq qərarında, uşağın təlim-tərbiyəsi zamanı, xanımın işə düzəlməsi istəyi ilə əlaqədar yaranır və onların həlli müəyyən ixtilaflarla bitir. Bu mənada el-oba içərisində deyirlər ki, söz- söhbətsiz ev olmaz. Məsələnin psixoloji tərəfi ixtilafın mənəvi məzmunundadır. İxtilaf ailədə ünsiyyətin təzadlı tərəfi kimi meydana çıxır. Ərin, yaxud arvadın öz mövqeyini dəqiqləşdirmək istəyi, həyat yoldaşına təsir etmək, hətta bəzən sadəcə olaraq özünütəsdiq meyllərinin ifadəsi qarşı tərəfin müqaviməti ilə qarşılaşdıqda ünsiyyət ixtilaf kimi görünməyə başlayır. Ailənin formalaşdığı ilk mərhələdə açıq və ya gizli ixtilafların müşahidə olunması da məhz bununla bağlıdır. Hər bir gənc aydın başa düşməlidir ki, ailə mədəniyyəti bir-birinə hörmətdən, səmimi münasibətdən, qarşılıqlı etimaddan, fikir və hisslərin qarşılıqlı güzəştə getməyindən, ağıllı, təmkinli yaşayışından yaranır. Ailə mədəniyyətində böyük-kiçik məsələsi yoxdur. Ailə daxili münaqişələrdə kiçik sayılan məsələni böyütmək, ciddi münaqişə səviyyəsinə çatdırmaq, ya da əksinə böyük münaqişələri səbir və təmkinlə həll etmək də mümkündür. Buna görə də cavanlar öz ailələrinin tamlığını qoruyub saxlamaq üçün ilk növbədə cəmiyyət qarşısında ciddi məsuliyyət daşıdıqlarını dərk etməlidirlər. Çünki nigahın əsasını məhəbbət hissi ilə borc və məsuliyyət hisslərinin vəhdəti təşkil edir. Əslində münaqişə ər-arvad həyatının dramasını ifadə edir, lakin o, ailə faciəsinə çevrilməməlidir. Bunun üçün ailə mədəniyyətinin tələblərinə əməl etmək lazımdır. Onlardan ən sadələri belədir: — Mübahisəyə başlamamışdan əvvəl ər və ya arvadın nədən narazı olduğunu, nə istədiyini, fikir ayrılığının mahiyyətini və onun aradan qaldırılması yollarını həssaslıqla və ağılla aydınlaşdırmaq. — Mövcud şəraitə, vəziyyətə diqqət etmək. Gördüklərini götür-qoy etmək, həyat yoldaşının əhvalını nəzərə almaq lazımdır. — Uşaqların yanında mübahisə açmamaq, açıq söhbət üçün münasib vaxt tapmaq, həyat yoldaşının etiraz və iradlarına diqqətlə qulaq asmaq, onun bütün “dəlil-sübutlarını” aydınlaşdırmaq, mübahisəli məsələləri ağıllı surətdə həll etmək, həmişə xeyirxah mövqe tutmaq vacibdir. Əks təqdirdə ailədə yaranan belə ixtilaflar boşanma ilə də nəticələnə bilər. Boşanma isə əsl faciədir. Çox maraqlıdır ki, boşanmanı təkcə sosioloqlar, demoqraflar, psixoloqlar, pedaqoqlar, həkimlər deyil, həmçinin boşananların özləri də sonralar bunun həm ər və arvad, həm də uşaqlar üçün faciə olduğunu başa düşürlər. Onlar övladının sual dolu baxışlarına cavab verə bilmir, səhv addım atdıqlarını, öz əlləri ilə öz evlərini dağıtdıqlarını, uşaqlarını onun-bunun qapısına saldıqlarını çox vaxt özləri də etiraf edirlər.(gəncailə.az)
Alimlər, psixoloqlar daim bu mövzu üzərindən araşdırma aparır, xoşbəxt ailə formulunu tapmağa çalışır. İndi sizə, aparılan araşdırma nəticələrini, alim və psixoloq rəylərini əlavə edib 55 addımda ailə xoşbəxtliyinin sirlərini bölüşəcəyik: 1) Qısa ayrılıqlar, ailədəki bağları gücləndirə bilər. Uzun ayrılıqlar isə ailənin dağılmasına səbəb ola bilər. Uzun ayrılıqlardan uzaq durmaq lazımdır. 2) Xoşbəxt bir ailə birliyi üçün tərəflər bir-birinin psixologiyasını, quruluş və xarakterlərini yaxşı tanımalıdır. Ancaq bu şəkildə ailənin dağılmasından, söz-söhbətdən uzaq qalına bilər. 3) Heç bir anlaşılmazlığın uzun, davamlı olmasına fürsət verilməməlidir. Ən qısa zamanda şirinliyə bağlanmalıdır. 4) İstər köhnə nişanlısı,istər əvvəlki yoldaşı olsun, keçmiş təcrübə və xatirələrdən danışmaq doğru olmaz. 5) Həddindən artıq idealist olunmalıdır,normal yaşamalı və qarşı tərəfdən möcüzələr gözlənilməməlidir. 6) Yoldaşlar sevgilərini hər vəsiləylə bir-birlərinə ifadə etməlidirlər. 7) Kədərə təslim olmamağa çalışılmalı; həyata davamlı ümidlə baxılıb və gülərüzlü olunmalıdır. 8) Kiçik və böyük hər qüsurda ağır tənqidlərdən çəkinilməlidir. Bağışlayıcı olunmalıdır. 9) Mübahisəni çıxdığı nöqtədə tutmağa çalışılmalıdır; keçmişdə qalmış digər bir mövzunu da içinə alacaq şəkildə genişlədilməməlidir.Təşəbbüsün əldən qaçmasına fürsət verilməməlidir. 10) Yersiz və əsassız qısqanclıq, şübhə və şübhələr dağıdıcıdır. Reallığa baxmaq lazımdır, zənnlərə görə hərəkət edilməməlidir. 11) Yoldaşına həm sənə,həm də öz-özünə güvən təlqin et. Ona güvəndiyini göstər. 12) Xoşbəxt ola bilmək üçün yaxşı bir yoldaşla evlənmiş olmaq yetərli deyil; sənin də münasib bir yoldaş olmağın lazımdır. 13) Təmizlik imanın yarısı və əbədi bir sevginin təməl şərtidir. 14) Həyat yoldaşınla xoşbəxt bir həyat üçün, şəxsiyyətinin ayrılmaz parçası saydığın bəzi şeylərdən güzəşt verməyin, elastik olmağın lazım ola bilər. 15) Özün üçün istədiyin gözəl şeyləri həyat yoldaşın üçün də istə, özünü düşündüyün qədər onu da düşün. 16) Almaq qədər verməyi də bilməlisən. Eqoist olunmamalıdır. 17) Hər kişi xanımının hər mövzuda ən yaxşısını etməyə çalışan; günəş kimi sevgi və şəfqətiylə özünü istilədən ideal bir yoldaş olmasını istər. Hər xanım da, yoldaşının tam etibarlı güclü bir şəxsiyyət sahibi, hər cür ehtiyaclarını təmin edəcək bir kimsə olmasını arzu edər. Tərəflər bu ideal standartı tutma səyi içində olmalıdır. 18) Həyatda əskik olmayan hər çətinlik və mənfilikdə dərhal yoldaşını günahlandırma; mövzuya insafla bax. 19) Tək bu günü yaşa, keçmişdə yaşanmış kədərləri və hələ gəlməyən sabahkı qayğıları bugünə daşıma. İmkanların çərçivəsini aşmadan yaşamağa bax. 20) Nigah aktının çox müqəddəs bir bağ və Allah'a verilmiş bir söz olduğunu bilməlisən. Bu mövzuda irəlidə peşman olacağın bir addımı atmadan əvvəl min dəfə düşünməlisən. 21) Ailə həyatı üçün eşq və sevgi əhəmiyyətli və zəruri olmaqla birlikdə, ailənin yalnız bunun üzərində dayanacağını sanmamalısan.Başqa xüsusiyyətlərin də lazım olduğunu bilməlisən. 22) Həyat yoldaşına qarşı nümunə davranışlar sərgiləməlisən; yaxşı şəxsiyyətini yalnız dilinlə deyil, davranışlarınla da ortaya qoymalısan. 23) Necə gəldi, qonşu və qohumlarının aranıza girməsinə fürsət verməməlisən; mümkün mərtəbə ailə içi problemləri özünüz həll etməyə çalışın. 24) Həyat yoldaşında səhv olaraq gördüyün bəzi şeyləri düzəltmədə tələsikçi olma; dəyişməsi üçün zamana ehtiyac duyan qüsurlar ola bilər. Kiçik səhvləri böyütmək lazım deyil. 25) Evliliyin öhdəçilik və məsuliyyətlərini könül xoşluğuyla qəbul etməlisən və tam bir inamla öz boynuna götürməlisən. 26) Anlaşılmazlıq və mübahisə səbəblərindən mümkün qədər çəkinməlisən. 27) Yoldaşınla müştərək işlər etməyə vaxt ayır ki, irəlidə sizin üçün xoşbəxt xatirələr qalsın və sizi bir-birinizə daha çox yaxınlaşdırsın. 28) Yoldaşına son dərəcə sərbəstcə özünü ifadə etmə və qabiliyyətlərini inkişaf etdirmə fürsəti tanımalısan. Heç bir istiqamətini lağ mövzusu etməməlisən. 29) Mailiyyə haqqlara hörmət göstərilməli və buna əsla laqeydlik edilməməlidir. Mübahisə mövzularının başında bu mövzu gəlir. 30) Mümkün olduqca, xarici problem və kədərlərinə yoldaşını ortaq etməməlisən,özün öhdəsindən gəlməyə çalışmalısan. Lakin sevinclərində də onu unutma. 31) Müşavirə-ailə həyatında əhəmiyyətli bir prinsipdir. Yoldaşlardan hər biri ailə həyatında özünü ortaq görməli və bir kənara itələnilib laqeydlik edilmədiyini hiss etməlidir. 32) Ailə xoşbəxtliyin, evdə heç bir problemlə qarşılaşmamağına deyil, problemlərin öhdəsindən gələ bilməyinə, onları çıxdığı nöqtəylə məhdud tutmağına, yoldaşınla olan əlaqələrinə mənfi təsir etməsinə fürsət verməməyinə bağlıdır. 33) Problemdən qaçmaq, hələ-hələ evi tərk etmək həll deyil. Yaxşısı, sakit başla düşünüb problemin həllinə dərhal başlamaq. 34) Bir mübahisə əsnasında yoldaşının gözəl istiqamətlərini və yaxşılıqlarını da xatırlamağa çalış; bəyənmədiyin istiqamətlərinin bütün yaxşılıqlarını örtməsinə fürsət verməməlisən. 35) Qılınc yarası keçər, dil yarası keçməz. Ailəvi mübahisələrdə, yaralayıcı sözlər sərf etməkdən çəkinməlisən, yoxsa kiçik bir məsələ ucbatından onun sevgi və əlaqəsini tamamilə itirə bilərsən. 36) "Qürurum", "qürurum" növü sözlər, şeytanın tez-tez tələ olaraq istifadə etdiyi sözlərdir. Bir mübahisə əsnasında şeytan bunları bəhanə edərək tərəflərə səhvini gözəl göstərər və barışma qapısını bağlamağa çalışar. 37) Uşaqların yanında yoldaşınla mübahisə etməkdən və ya səsini yüksəltməkdən çəkinməlisən. Çünki uşaqlar, əvvəlcə valideynlərini nümunə götürərək öyrənərlər. Bu cür problemlər və həll yolu uşağın zehnində yer edəcək və irəlidə üzərində mənfi təsirini göstərəcək. 38) Xanım yoldaşının bağlanılmağa layiq ideal bir şəxsiyyət olduğunu, özüylə fəxr etdiyini ona hiss etdirməlidir. 39) Hədiyyələr verin bir-birinizə ki, sevginiz artsın və xoşbəxtlik və sevinc hər vəsiləylə sizin adətiniz olsun. 40) Ağıllı xanım, gərək özün gərəksə uşaqlarının ehtiyac və istəklərini yerinə yetirmək və yoldaşında düzəltməsini istədiyi bir davranışı düzəltdirmək üçün ən uyğun vaxtda hərəkət etməlidir. Bəzən uyğun vaxt, zənn etdiyi gerçəkdə uyğun olmağa bilər. Yaxşı düşünməlidir. 41) Səni maraqlandırmayan mövzularda yoldaşını suallarınla böhrana salma. Sənə açmaq istəmədiyi sirlərini israrla öyrənməyə çalışmamalısan. 42) Evdə bir küncə çəkilib tək başına oturmağı adət halına gətirməməlisən, mümkün qədər yoldaşınla maraqlanmalısan. 43) İşləyən bir qadın, birinci məsuliyyət sahəsinin evi olduğunu unutmamalıdır. Evinin işləriylə, iş yerinin işlərini bir-birindən ayrı tutmasını bilməlidir. 44) Yoldaşının qohumları ziyarətə gəldiyində narazıçılıq göstərilməməlidir. Əksinə, onları gözəl bir şəkildə qarşılayıb örnək davranış sərgiləməlidir. 45) Xüsusilə qaynanana hörmət etməlisən, ona ailənin ənənələrinə görə ən gözəl şəkildə xitab etməlisən. Onunla mübahisəyə girməməlisən. İrəlidə gəlininin sənə necə davranmasını istəyirsənsə,elə davranmalısan. 46) Hər nə qədər günah qaynanada olsa da, mübahisədən çəkinilməlidir. Yoldaşınızda daha sonra bu barədə doğru məlumatı axtarmaq vacibdir. 47) Həzrəti Peyğəmbər qonşu haqqı üzərində çox dayanmışdır. Qonşuya yaxşılıq etmək, sevinc və dərdlərinə ortaq olmaq, köməyi əsirgəməmək dinimizin əmridir. 48) Davamlı görüş ayrılığı, zamanla könül ayrılığını da meydana gətirər. Bəzən, razı olmasanda yoldaşının fikrinə qatılmalısan. Yetər ki, edilən iş Allah'a üsyan sayılan bir şey olmasın. 49) Evdə yoldaşının ehtiyac duyduğu sükunəti təmin etmək üçün,uşaqları zehin inkişaf etdirici oyuncaqlarıyla əyləndirə bilərsən. 50) Uşaqlar Allahın böyük nemətləridir. Onları laqeydlik edərək, yaxşı tərbiyə etməyərək və ya başqa hər hansı bir işi daha əhəmiyyətli sayaraq,bu neməti əzab vəsiləsinə çevirməməlisən. 51) Uşaq baxımı və tərbiyəsiylə əlaqədar sağlam məlumatlar əldə etməlisən ki, hər mərhələdə onlara necə davranılacağı bilinsin. Beləcə ruhən və cismən sağlam yetişsinlər. 52) Axirət işlərində yoldaşlar bir-birinə köməkçi olmalıdır. Dünya qədər axirəti də arzulamalı və əhəmiyyət verməliyik. 53) Bədxərclik ailə xoşbəxtliyini pozar. Allahın nemətini yox edər. Allah bədxərcləri sevməz. Tutumlu olmalısan ki, yoxluq çəkməyəsən. 54) Yaxşı niyyət və xeyirxahlıq bəhanəsiylə də olsa, yoldaşlarının sənin şəxsi həyatına qarışmasına icazə verməməlisən. 55) Evinin sirlərini nə bir dostuna,nə də bir yaxınına izah etməməlisən.