Qeydiyyat BAŞLADI

Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı başlayıb. Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlər avqustun 24-dən sentyabrın 3-dək, tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlər isə avqustun 24-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər (abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər). Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.(publika.az)

Bakıda qurbanlar kəsilir, bayram qeyd olunur - VİDEO

Bayram namazından sonra insanlar qurbanlarını kəsməyə başlayıblar. İnsanlar qurbanlıq satışı məntəqələrinə üz tutublar və qurbanlıqlarını alıblar. Bir tərəfdə qurbanlıq heyvanların satışı həyata keçirilir. Digər tərəfdə isə qurbanlar kəsilərək soyulur. Başqa bir tərəfdə isə soyulan heyvanları dərisi avtomobillərə yığılır Bakıda əsl bayram ab-havası yaşanıb. Qurban yarmarkalarında sözün əsl mənasında insan izdihamı yaşanıb. Görüntülər Nərimanov rayonu təbriz küçəsi 1 ünvanında yerləşən qurbanlıq heyvanların kəsimi və satışı məntəqəsindədir. Müsəlmanların müqəddəs bayramlarından olan qurban bayramı ilə əlaqədər insanlar səhərin erkən saatlarından kəsim məntəqələrinə üz tutublar. Qurbanlar alınaraq elə yerindəcə kəsilib Kəsim və satış qaydalarına riayyət etmək ü.ünsə adiyyatı qurumun nümayəndələri nəzarət edir. Kəsim məntəqələrində Qida təhlükəsizliyi agentliyinin baytar həkimləri də xidmət göstərib. Kəsimə gətirilən heyvanların sağlamlığı elə yerindəcə yoxlanılıb. Bundan başqa qurban kəsim məntəqələrində Kənd təsərrüfatı nazirliyinin dəsdəyi ilə gətirilən heyvanların da satışı aparılır. Bu heyvanların qiyməti isə minimum 160 manatdan başlayır.

Qeyri-adi qurbanlıq xonçalar: Qiymətlər 80-150 manat arası dəyişir - VİDEO

Qurban bayramı münasibətilə mağazalarda sırf bu bayrama aid, bir birindən maraqlı xonçalar satılır. Bu xonçalar əsasən nişan mərasimləri üçün alınır. İslami dəyərləri özündə birləşdirən müxtəlifsimvollar və Qurban Bayramınına aid, biri birindən maraqlı aksesuarlar. Şokolad bağlamasının üzərində əl işlərindən hazırlanmış quzu şəkli,Qurban bayramının simvolu olan və bayram ab-havasında bəzədilmiş qoç fiquru, məscidi xatırdalan güzgülər. Bütün bunlar Qurban bayramı münasibəti ilə hazırlanan qurbanlıq xonçalarda öz əksini tapıb. Xüsusi zəhmət tələb edən və əl ilə hazırlanan qurbanlıq xonçalar bir günə ərsəyə gəlir. Nailə İsəgndərova deyir ki, bayram xonçaları xüsusilə nişan mərasimləri üçün alınır. Xonçaların qiyməti isəaksesuar və ölçüsünə görə dəyişir. Xonçaların içinə qurbanlıq qoyunlar üçün əl ilə işlənilmiş xüsusi geyimlər də qoyulur. Nailə İsgəndərova deyir ki,Qurban bayramı ilə əlaqədar qurbanlıq xonçalara endirimlər də olur.

24 ildir sosiska qızartması yeyir - Qəribə vərdişli gənc

28 yaşlı sakin 24 ildir yalnız sosiska və kartof qızartması ilə qidalanır. Psixoloq.az  xəbər verir ki,Daniel Pennok adlı ingiltərəli sakin qəribə vərdişi ilə gündəm olub.4 yaşından adı çəkilən qidalardan başqa heç nə yeməyən Daniel indi bu vərdişi tərgitmək üçün kömək istəyir."24 ildir ağzıma sosiska və kartof qızartmasından başqa heç nə dəyməyib. Arada alma və banan yemişəm, amma başqa heç nə yeyə bilmirəm. Yanımda göyərti, meyvə-tərəvəz və ya xörək olarsa, özümü xəstə kimi hiss edirəm", - deyə Pennok bildirib.

Məhərrəm ayı bu tarixdən başlayacaq

"Bu il Azərbaycanda Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra isə Aşura olacaq. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlər planı icra olunacaq". Psixoloq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, plana uyğun olaraq, görüşlər keçiriləcək, müzakirələr aparılacaq: "Məhərrəmlik ayında insanlar məscidlərdə dini ayinləri müasir dövrün tələblərinə uyğun icra edirlər. Hesab edirəm ki, bu il də bununla əlaqədar heç bir problem olmayacaq. Dini ayinlər məscidlərin imamları tərəfindən icra edilir. Həmin imamların həm namazı idarə etməsi, həm də xütbələr zamanı söylədiyi fikirlər İslami dəyərlərə söykənir. Məhərrəmlik ayındakı mərasimlərdə bəziləri xurafat elementlərini təkrarlamaq istəyir, bunlar isə yolverilməzdir". M.Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsinin çağırışı ilə hər il qanvermə aksiyası keçirilir: "Bu çağırışlar son illərdə Türkiyə və İranda da tətbiq olunur. Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir. Bunlar olacaqsa, onlar dini ayinlərin icrasında yol verilən nöqsan olacaq".

Bayram günləri "Bakmil" stansiyası necə işləyəcək?

Qurban bayramında (22-23 avqust) və qarşıdakı istirahət günlərində də (25-26 avqust) "Bakmil" stansiyası adi qaydada işləyəcək. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun  verdiyi məlumata görə, təmir işlərinin növbəti mərhələsində görüləcək işlərlə əlaqədar sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) Qurban bayramında, eləcə dəşənbə və bazar günlərində tətbiq edilməyəcək. Qeyd edilən tarixlərdə sərnişinlərimiz "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər. Məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) avqust ayının 24-də və növbəti iş həftəsinin əvvəlindən - avqust ayının 27-dən qüvvədə olacaq.(publika.az)

Boş qalan yerlərə müsabiqə nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən müsabiqənin nəticələri açıqlandı. Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Müsabiqədə iştirak edənlər iş nömrəsini 7727-ə göndərməklə müsabiqənin nəticəsi ilə tanış ola bilərlər. Nəticələr yaxın vaxtlarda Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək.(publika.az)

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: “Hörmətli həmvətənlər! Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, xalqımıza və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən İslam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir. Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub saxlamışdır. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər.Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir. İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir. Əziz bacı və qardaşlarım! Kəsdiyiniz qurbanların Allah tərəfindən qəbul olunması arzusu ilə bir daha hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!”.

Kolleclərə qəbul olanların qeydiyyatı başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 24-də başa çatacaq. Dövlət İmtahan Mərkəzindən (DİM) XəzərXəbər-ə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar avqustun 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Bu dövlət idarəsi bayram günü də işləyəcək

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri Qurban bayramı günlərində işləyəcək. Psixoloq.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Belə ki, avqustun 22-dən 24-dək qeyri-iş günləri olmasına baxmayaraq idarə və onun şöbələrdə vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi davam edəcək. İş rejimi isə səhər saat 9.00-dan axşam saat 19.00-dək olacaq.

Qonşuları “Toppuş bacını” “öldürdülər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyevada yenidən xərçəng aşkarlanıb. Psixoloq.az xəbər verir ki, sənətçi müalicəsinə davam edərək kimyaterapiya alır və şüa qəbul edir. Vəziyyəti isə yaxşıdır. Lakin aktrisanın qonşularından bir nəfər sosial şəbəkədə onun vəfat etdiyini iddia edib. O, “30 dəqiqə əvvəl keçinib. Mühafizədən soruşdum, o da təsdiqlədi”, - deyə yazıb. Ancaq məlum olub ki, Tünzalə Əliyeva hazırda terapiyadan çıxıb və evinə gedir. Bu gün sənətçinin həyat yoldaşı Röyalın doğum günüdür. Qeyd edək ki, sənətçi saytımıza açıqlamasında 25 dəfə şüa, altı dəfə isə kimyaterapiyaya gedəcəyini bildirilib. Məlumat üçün bildirək ki, “Toppuş bacı”nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi.(oxu.az)

Küçələri texnika təmizləyəcək: Bəs süpürgəçilər?

Xəbər verildiyi kimi, magistral yolarda, prospektlərdə zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq.  Bu, Bakı şəhərində yollarda təmizlik işləri aparan təsərrüfat işçilərinin əməyinin yüngülləşdirilməsi, iş prossesində onların təhlükəsizliyinin təmin olunması məqsədi daşıyır. Artıq şəhər təsərrüfatı texnikası istehsalında böyük təcrübəsi olan Almaniyanın MAN şirkətinin istehsalı olan 10-a yaxın texnika Bakıya gətirilərək təsərrüfatçılara verilib. Prosesin avtomatlaşdırılması süpürgəçilərin təhlükəsizliyi baxımından müsbət olsa da, əl əməyinin sıradan çıxması deməkdir. Bu sahədə işləyənlərin taleyinin necə olacağını öyrənmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.  Qurumun tikinti üzrə şöbə müdiri Mehman Abbasov Oxu.Az-ın müvafiq sualına cavabında bildirdi ki, istənilən halda iş prosesində əl əməyi qalacaq: “Texnikalar, əsasən, küçələrdə, xüsusilə də əsas magistral yol və prospektlərdə fəaliyyət göstərəcək. Digər ərazilərdə təmizlik işlərinin aparılmasında insan əməyindən istifadə ediləcək. Əl əməyi istənilən halda lazımdır, texnika hər yerdə cəlb oluna bilmir”.  Qeyd edək ki, “küçə təmizləyən” texnikaların gücü qiymətindən asılı olaraq dəyişir. Nəzərə alsaq ki, Bakı Şəhər İcra Hakimiyyəti Almaniyanın MAN şırkətinin texnikalarını alıb. Bir texnikanın 1000 süpürgəçi əməyini əvəzləməyə qadir olduğu irəli sürülür.