xanim

Xanım Şükürlü

Dr.Xanım Şükürlü

Fransız Bordeli Sindromu

İlk dəfə bu barədə tədqiqatçı alim Marta Makklinton demişdir. Tələbəlik illərində laboratoriya dərslərinin birində “Niyə dişi siçanların ovulyasiya dövrlərində sinxronlaşma gedir ”kimi mövzular müzakirə olunurdu.Və o birdən: Bəs siz bilirsiniz mi qadınlarda da bu belədir, deyir. Lakin ona heç kim inanmır. O isə bunu dəqiq elmi araşdırmağa başlayır. İlk dəfə bu fakta Amerikalı ginekoloqlar diqqət yetiriblər. Onlar bərabər qapalı şəraitdə, əsasən də yataqxanalarda, evlərdə yaşayan qızlarda belə hallara, yəni menstrual sikldə sinxronlaşma getdiyinə diqqət etmişdilər. Buna səbəb olaraqsa orqanizmda olan müəyyən feromenlərin ifrazını əsas olaraq göstərirdilər. Bu feromenləri qızlar özləri də bilmədən hiss edirlər və beynin hissiyat reseptorlarına  siqnal ötürülür. Menstrual sikldə müəyyən zaman aralığından sonra eyniləşmə başlayır. Yalnız çoxlu skeptiklər bunu ehtimal nəzəriyyəsi kimi dəyərləndirməyə başladılar. Bundan 30 il sonra Marta Makklinkton uzun müddətli araşdırmalardan sonra bu feromenlərin hardan gəldiyini öyrənməyə çalışdı.Bu qoltuq altı zonası imiş. Belə hallar təkcə bərabər yaşayan deyil, bir kollektivdə işləyən, ən yaxın rəfiqəniz,  daimi görüşdüyünüz  qadınlar arasında da baş verə bilər.Təbii ki, menstrual dövr iki üç aya deyil, daha uzun zamana sinxronlaşır. Sikl əsasən ən dominant, ən ünsiyyət qurmağı bacaran  qadına uyğun dəyişilməyə başlayır. Sinxonlaşma hər kəsdə deyil,bir biri ilə sıx ünsiyyətdə olan qadınlar arasında gedir. Makklinkton araşdırmasını 1971-ci ildə yataqxanada yaşayan 135 tələbə üzərində aparmışdır. Analizlər əsasında 8 sikl tədqiqatdan sonra sinxronlaşmanın yüksəldiyi sübut olunmuşdur. Makklinkton düşündü ki, bu  dövrdə iki tip feromen ixrac olunur.Hansılar ki, ya menstrual  dövrü ya sürətləndirir yada ki ləngidir. İllər sonra psixoloq Cefri Şank apardığı araşdırmalar nəticəsində Makklinktonun tədqiqatını yetərsiz görərərək, feromenlər haqqında olan hipotezin özünü doğrultmadığını dedi. Dr. Xanım Şükürlü

Gülümsəyin, cənablar! Depressiyaya qarşı botoks.

Insan nə qədər az qaşqabaqlı olarsa, hadisələrə də bir o qədər pozitiv yanaşar. Bu qərara eksperiment nəticəsində Bazeliya universitetinin psixiatrları gəliblər. Onlar öz “kliniki depressiya” diaqnozlu pasientlərinə botoks inyeksiyası daxil edirdilər ki, onlara üzün iztirablı ifadəsini qurmaq daha çətin olsun. Journal of Psychiatric Research un verdiyi məlumata görə bunun nəticəsində pasientlərdə müsbətə doğru dəyişikliklər nəzərə çarpmışdır. Botilinium toksin: Clostridium botulinum bakteriyası tərəfindən ifraz olunan zəhərli zülal kompleksidir. Onun sinirdən əzələyə doğru gedən impulsları bloklamağı sayəsində, qırışları hamarlaşdırmaq effeki baş verir. Bunu ən yaxşı ”Onun üzündə heç bir əzələ belə tərpənmədi” ifadəsi  təsvir edir. İsveçrə komandasının keçirdiyi eksperiment 6 həftə davam edirdi. Kastinqə 263 nəfər iştirakçı qatılmış və bunlardan yalnız 30 qadın və kişi iştirak edə bildi. Onların yaşı 26 dan 65 ə qədərdi və Hamiltonun depressiyaya aid kliniki testində 15 və daha yüksək  balla qiymətləndirilmişdilər. Daha sonra onları iki grupa ayırdılar. İlk qrupa həqiqi botoks inyeksiyaları daxil edilirdi, hansı ki əsasən qlabellar qırışları(qaşlar arasındakı vertikal qırışlar) blok etmək üçün istifadə olunurdu. İkinci qrupa isə plasebo effektli fizioloji məhlul istifadə olunurdu. Hər iki qrup üzvləri alınlarında sarğı ilə gəzirdilər ki, effekti güzgüdə görə bilməsinlər. Altı həftə sonra hər iki grup yenidən Hamilton testindən keçdilər.Təbii ki,birinci qrupun üzvlərinin depressiyası şkala üzrə 10 bal aşağı düşmüş, depressiyaları azalmışdır.İkinci qrupda isə cəmi 1.7 bal. Alimlər standart antidepressant müalicəsi ilə yanaşı botoks inyeksilarını da təklif edir. Çünki bu əzələləri rahatlaşdırır və emosional fonu bərpa edir.Və bu əsasən də qlabellar qırışlarda daha effektlidi hansılar ki, bizim neqativ əhval ruhiyyəmizin göstəricisidir. Belə bir eksperiment gələcəkdə yeni araşdırmalara və  daha böyük  təcrübələrə əsas verir. Bəlkə də belə alternativ üsullar standart terapiya ilə yanaşı  gələcəkdə depressiyadan əziyyət çəkən milyonlarla insanın həyat şərtlərinin yaxşılaşması üçün bir ümid olacaq. Unutmayın ki, üzümüz yalnız emosiyalarımızı ifadə edən passiv bir ekran deyildir. Bunun əks əlaqəsi də var: mimikalarımız beynimizə onun hansı hissləri  hiss etməsinin vacib olduğunu əmr edə bilər! Buna görə  “Gülümsəyin, cənablar” .  Dr. Xanım Şükürlü

Şokolad kişi məhsulu adlandırıldı

        İngiltərə və Şotlandiyalı alimlər tərəfindən 26 qadın və 16 kişini əhatə edən bir araşdırma aparılıb. Eksperiment zamanı onlar tünd, südlü vəya  ağ şokolad yeməli idilər. Bundan 2 və  6 saat sonra iştirakçıların qan və sidik testləri götürülür. Tünd şokolad istifadə edən kişilərdə trombositlərin aktivləşməsi və aqreqasiyası əhəmiyyətli dərəcədə azalıb. Və bunu 2 saat sonra da  müşahidə etmək mümkün idi. Qadınlarda isə belə bir tutarlı nəticə görülməmişdir.Yeni bir təcrübə göstərir ki, şokolad qadınlar üçün deyil, məhz kişilər üçün daha faydalıdır. Şokolad haqqında Şokolad özünəməxsus bir ətrə malikdir və tərkibində bir çox vitaminlər, aminturşuları, antioksidantlar və neyromediatorlar vardır. Tropik qurşaq boyunca yetişən kakao ağacı paxlasının yağı və tozundan hazırlanır.Nə qədər tündürsə bir o qədər də şokolad faydalıdır.Təbii ki, tünd şokolad şokoladların ən faydalıdısıdır, çünki tərkibində kakao paxlası daha çoxdur. Kişilər üçün faydası nədir? Məhsulun faydasını başa düşmək üçün təbii şokoladın tərkibini bilmək lazımdır. Təbii qara şokoladda ən azı 55% kakao olmalıdır. Dəmir; Maqnezium; Selenium; Sink; Folik turşusu; Flavonoidlər; Üzvi turşular; Beta-karoten. PP, B2, B1, E. vitaminləri. Ürək damar xəstəliklərin profilaktikası. Amerikadan olan alimlər, müntəzəm olaraq qara şokoladın istifadəsi zamanı trombların əmələ gəlməsinin azalmasını sübut ediblər. Bədəndə olan toksinlər və zərərli maddələr ixrac olunur və orqanizmda cavanlaşma prossesi gedir. Çoxlu miqdarda flavonoidlər infarkt və insultun qarşısını alır. Sübut olunub ki, bu patologiyadan kişilər qadınlardan daha çox əziyyət çəkir .Ateroskleroza qarşı- təzyiqi tənzimləmək üçün yalnız bir parça qara şokolad yemək kifayətdir. Məhsulun tərkibi damaların divarlarını xolesterol çöküntüsündən qoruyur. Ümumiyyətlə, məhsulun müntəzəm istifadəsi qanda zərərli xolesterinin səviyyəsini azaldacaq. Acı şokoladda bronxitin müalicəsi zamanı kömək edə biləcək teobromin alkoloidi var. Cinsi güc Məhsul potensiya  üçün də faydalıdır. Tünd qara  şokolad, libidonun səviyyəsini artıran afrodizyak məhsulu sayılır. Kakao paxlasının tərkibində sink elementi daxildir. O, kişi cinsi hormonu olan testosteronunun aktiv ifrazına kömək edir. Sinkin fonunda spermanın keyfiyyəti və aktivliyi yaxşılaşır. Məhsulun digər fayadları  Şokoladın güclü antidepressant adlandırıldığını xatırlatmaq lazımdır. Onun tərkibində  serotonin (xoşbəxtlik hormonu) var. Əhvalın yüksəlməsi üçün bir neçə dilim yemək kifayətdir. Həmçinin, alimlər sübut ediblər ki, o ağızda əridiyi zaman insana  bir öpüşdən daha çox xoşbəxtlik yaşadır. Qara şokolad beyin fəaliyyətini aktivləşdirir, yaddaşı gücləndirir. Ümumiyyətlə, qara şokolad həm kişilərin, həm də  qadınların mərkəzi sinir sistemi üçün faydalıdır. Məhsulun tərkib hissəsi olan maqnezium isə həzm sistemini normallaşdırır. Nə qədər yemək lazımdır? Keyfiyyətli bir məhsul seçdiyiniz halda, kakao konsentrasiyası yüksək olacaq. Buna görə gündə yalnız 30-35 qram qara şokolad yemək kifayətdir, bundan daha çoxuna ehtiyyac yoxdur. Belə bir miqdar bütün lazımi element və vitamin çatışmazlığını qarşılayacaq. Zərərləri Həddindən artıq istehlak köklüyə səbəb ola bilər. Kakao paxlası yüksək allergen məhsullara aiddir. Buna görə də allergik insanlara bu şirniyyatı yemək qadağandır. Həm də diabet, artıq çəki xəstəliyindən əziyyət çəkən insanlar bu  məhsulu yeyə bilməz. Bütün digər hallarda, məhsulun lazımi qaydada istifadəsi, yalnız faydalı ola bilər.  Tərcümə və redaktə: Dr.Xanım Şükürlü