Kubanın bir neçə əyalətində denge xəstəliyi və Zika virusu ilə yoluxma halları qeydə alınıb. Bu barədə Kubanın Səhiyyə Nazirliyi xəbər verib. Bu xəstəliklərə yoluxanların sayı barədə dəqiq məlumat yoxdur. Qeyd olunur ki, 2017-ci ildə denge xəstəliyinə yoluxma halları əvvəlki illərə nisbətən 68 faiz azalmışdı. Bununla belə, ölkənin iki əyalətində bu xəstəlik aşkar edilib. Son bir neçə həftə ərzində azı 10 nəfərin dengedən həyatını itirdiyi bildirilib. (xezerxeber)
Rusiyanın bəzi regionlarından Azərbaycana heyvan və quş ətinin gətirilməsinə qadağa qoyulub. Psixoloq.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Ryazan, Samara, Tula, Rostov, Nijeqorod vilayətlərində, Tatarıstan və Çuvaşiya Respublikalarında ev quşları arasında yüksək patogenli quş qripi (H5N8) və Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib. Məsələ ilə əlaqədar Azərbaycan tərəfi adları çəkilən bölgələrdən ölkəyə diri quş və quşçuluq məhsullarının idxalını müvəqqəti məhdudlaşdırır. QTA-dan həmçinin onuda bildiriblər ki, Rusiyanın Samara vilayətində qaramalda nodulyar dermatit xəstəliyi qeydə alındığı üçün bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə almalıdırlar.
Bakıda və Abşeron yarımadasında avqustun 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 29-34, Bakıda gecə 25-27, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanları ehtiyatlı olmağa çağırırıq. Azərbaycanın rayonlarında avqustun 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 2-3-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amildir. Avqustun 2-si gündüzdən avqustun 4-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Qoç – günün ilk yarısında iradəsiz davranmayın. Bu və digər qərarı qəbul edəndə çox düşünməyin. Şanslarınızı əldən verməyin. Vaxt itkisinin fəsadları kritik ola bilər. Həddən ziyadə fəallıq və ifrat təkidlər üçün əlverişli zaman deyil. Günün ikinci yarısında həmkarlarınız və ya tərəfdaşlarınız arasında bir şəxsin davranışı sizdə narahatlıq yarada bilər. Problemləri birgə fəaliyyət nəticəsində aradan qaldırmaq olar. İşlərin ən əhəmiyyətli hissəsini özünüz görün. Önəmli məsəlləəri başqalarına həvalə etməyin. Buğa – məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin unutmayın ki, avantüralar və məcaraların hamısı yaxşı bitmir. Məcara maraqlı olsa da, risk və təhlükələr az deyil. Aramla davranın, yüz ölçüb bir biçin. Sizə yaxın insanlarla ünsiyyətdə probelmlər yarana bilər. Onlar sizi avantüralardan qorumağa çalışacaq, yardıma tələsəcəklər. Soyuqqanlı olun, düşünülməmiş addımlar atmayın. Tənqidi ifrat aqressivliklə qarşılamayın. Əkizlər – günün ilk yarısında yaxşı tanımadığınız insanlarla birgə fəaliyyət barədə ideyaları ertələyin. Sınanmış insanla adət etdiyiniz şəraitdə çalışın Fəaliyyətinizlə bağlı müntəzəm fiziki yükə məruz qalırsınızsa, bir qədər dincəlin. Qüvvə və enerjinizi bərpa edin. Əks halda mənəvi, psixoloji və fiziki yorğunluq hiss edəcəksiniz. Günün ikinci yarısında işdə rəhbərlik sizə çeşidli tapşırıqlar verəcək. İşin öhdəsindən layiqincə gəlməyə çalışın. Eyni vaxtda bir neçə iş görməyə çalışmayın. Tələsmədən, aramla işləyin. Axşam saatlarında normal istirahət edin. Xərçəng – əvvəlcədən hazırlanmış planlara günün ilk yarısnıda nəzərdə tutulmamış əlavələr və yenilənmələr ola bilər. İşlərinizi təkbaşına görməyə çalışın. Müsbət emosiyalar irəliyə doğru hərəkətinizi daha da sürətləndirə bilər. Günün ikinci yarısında alacağınız bütün təklifləri nəzərdən keçirməyə can atmayın. Seçdiyiniz istiqamətlə hərəkət edin. Axşam saatlarına yaxın yeni tanışlıqlar və ünsiyyət istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini qulaqardına vurmayın. Şir – yaradıcılıq, planların reallaşdırılması və müzakirələr üçün münasib zamandır. Ağır və rutin işdən qaçmayın. Gəlir əldə etmək üçün ən kiçik şansları dəyərləndirin. Günün ikinci yarısında xarici görkəminizə fikir verin. Axşam saatlarında ciddi danışıqlarda mövqeyinizdən geri çəkilməyin. Kimlərinsə ani istəklərinə görə illər sərf etdiyiniz zəhmətinizi qurban verməyin. İradəli, hətta zərurət yaranarsa sərt olun. Qız – yaxın ətrafınızdakı insanların xoşuna gəlməyə çalışmayın. Müstəqil olun, diqqətli davranın. Heç nədə ifrata varmayın. Davranış və xahiri görünüşünüzdə kardinal dəyişikliklər zamanı deyil. Belə yenilikliklər xeyirdən çox zərər vəd edir. Günün ikinci yarısında işgüzar təmaslarda birmənalı olmayan sözlərə diqqətlə qulaq asın. Şirnikləndirici vədlərə inanmayın. Tərəfdaşların və ya şəriklərin fəaliyyətində qüsurlar varsa, bu barədə açıq danışın. Örtülü bazarın dostluğu pozduğunu unutmayın. Axşam saatlarında gəzintiyə çıxın. Tərəzi – günün ilkin yarısında planlarınızı təftiş edin, qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin. Yaxın ətrafınızdakı insanların suallarının hamısını cavablamaq məcburiyyətində deyilsiniz. Bununla yanaşı, qeydləri və iradları qulaqardına vurmayın. Günün ikinci yarısı yarımçıq işləri tamamlamaq üçün əla zamandır. Dostlar və müttəfiqlərin yeni planını diqqətlə dinləyin. İnanılmış, etibarlı insanlarla çalışmağa üstünlük verin. Əgər kimsə sizə sirrini etibar edisə, heç bir halda o məlumatları aşkarlamayın, orada-burada danışmayın. İşdə rəhbərlik sizdən ciddi məsələ ilə bağlı yardım istəyəcək. Sakit çalışın. Əqrəb – dəvət olunmuş yerə yollanmaq üçün yaxşı gündür. Səhər saatlarından etibarən yorulmadan, usanmadan, bezmədən çalışın. Nə qədər çox çalışsanız, maddi durumunuz bir o qədər yaxşı olar. Yaşanan anlardan həzz alın. Unutmayın ki, həyat bəzəkli lenti olmasa da, hədiyyədir. Qeyri-rəsmi şəraitdə mühüm məsələləri müzakirə edə bilərsiniz. Bəzi adamlar bu gün sizi sınağa çəkə bilərlər. Ailədə anlaşılmazlıqlarla qarşılaşacaqsınız. Oxatan – günün ilk yarısında sual doğuran məsələlər çox olacaq. Fəaliyyətinizdə önəmli məqamı nəzərdən qaçırmayın. Situasiyanı izləyin. Son xəbərlər və məlumatlardan xəbəriniz olsun. Çalışdığınız yerdəki dəyişiklikləri diqqətlə izləyin. Günün ikinci yarısında qəfil hadisə baş verəcək. Təmkinli olun, hadisələrin axarına fikir verin. Qohumlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. Dostla görüş üçün pis zaman deyil. Oğlaq – günün ilk yarısının emosional fonu gərgindir. Sizə yaxın insanlardan biri həll edə bilmədiyi problem, çözməkdə çətinlik çəkdiyi məsələ ilə üzləşib. Qayğıkeş olun, yardım edin. Peşəkar bilik və bacarıqlarınızı artırın. Günün ikinci yarısında mütəxəssis, yaxud da təcrübəli insanın məsləhətindən imtina etməyin. Qorxular, şübhələr və tərəddüdlərin əsiri olmayın. İşini bilənlərə inanın, onlara etibar edin. Daxilinizdəki neqativdən qurtulun. Axşam saatlarında gəzintiyə çıxmaq olar. Dolça – şəxsi məsələlərdə və fəaliyyət müstəvisində düşünülməmiş təşəbbüslər, mənasız aktivlik yalnız ziyan vura bilrə. Çalışdığınız kollektivdə münasibətlər nə qədər harmonik olarsa, bir o qədər yaxşıdır. Günün ikinci yarısında istənilən ağırlıqdakı problemi məntiqli yanaşma ilə həll etmək olar. Çevik və fəndgir olun. Dəyər verdiyiniz insanların qayğıya ehtiyacı var. Axşam saatlarını özünüzə həsr edin. Balıqlar – bu gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Yeni köməkçilər və işə yardımçı ola biləcək adamları arayın. İndiyədək birlikdə çalışdığınız insanlar bugünkü gərgin iş qrafikindən şikayətlənə bilərlər. Ona görə də enerji, əzm və qətiyyətlə işləyin. İşi yarımçıq qoymayın. Maliyyə məsələlərində bu gün problemlər olmayacaq. Eynən şəxsi həyatda olduğu kimi. Milli.Az
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) avqustun 1-dən avqustun 2-nə keçən gecə hərəkət məhdudlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) BakuPost-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək. Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna dairə istiqamətinə yönəldiləcək. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən publika.az-a verilən məlumata görə, III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər bu gün saat 23:59-dək http://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini (ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan, dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə “Jurnalistika” ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər. “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcəkdir. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.
Xəbər verdiyimiz kimi, Əməkdar artisti Tünzalə Əliyeva (Toppuş bacı)xərçəng xəstəliyinə görə əməliyyat olunub. Psixoloq.az xəbər verir ki, ötən gün keçirilən əməliyyat uğurla başa çatıb, aktrisa hazırda reanimasiyadadır. Bildirilir ki, sənətçidə olan xərçəng xəstəliyi uşaqlıq boynunda olan kiçik eroziyadan başlayıb. Mədə kiçiltmə əməliyyatından sonra isə Tünzalə arıqlamaq üçün yeməyi azaldıb. İmmun sisteminin zəifləməsi xəstəliyi sürətləndirib. Tünzalə Əliyevanın həyat yoldaşı Röyal isə məsələ ilə bağlı sosial mediada paylaşım edib. O, türkiyəli müğənni Mahsun Kırmızıgülün “Belalım” mahnısına çəkilmiş klipi səhifəsində yerləşdirərək xanımına görə pis olduğunu dilə gətirib: “Bəzən həyat çox amansız olur. Bəzən isə çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək istəyirsən, amma bacarmırsan. Tez qayıt, xahiş edirəm. Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın. Amin!”. Qeyd edək ki, Əliyeva həyat yoldaşı Röyalla 2013-cü ildə ailə qurub. Cütlüyün bir qızı var.
Əməkdar artist Tünzalə Əliyevada (Toppuş bacı) xərçəng xəstəliyi aşkarlanıb. Psixoloq.az xəbər verir ki, bu barədə Hacı Nuran məlumat verib. Bildirib ki, aktrisa hazırda Milli Onkologiya Mərkəzində ağır xərçəng xəstəliyi ilə mübarizə aparır. Tünzalə Əliyeva əməliyyat olunub. Qeyd edək ki, sənətçinin 45 yaşı var. O, “Çal-çağır” telelayihəsindəki “Toppuş bacı” obrazı ilə məşhurlaşıb.
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində avqustun 1-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq ki, bu da çimərliklərdə əlverişli şərait yaradacaq. Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, avqustun 1-də Abşeron yarımadasında bəzi saatlarda rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. (Ölkə.az)
Paytaxtın Xətai rayonu istiqamətində içməli suyun verilişində fasilələr yaranacaq.Paytaxtın Xətai rayonu istiqamətində içməli suyun verilişində fasilələr yaranacaq. "Azərsu" ASC-dən verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar bu gün ərzində Gəncə prospekti, M.Hadi, Vunqtau, Xudu Məmmədov, Səməd bəy Mehmandarov, General Əliağa Şıxlinski və Nəsrəddin Tusi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.(publika.az)
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) iyulun 31-dən avqustun 1-nə keçən gecə hərəkət məhdudlaşdırılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ölkə.az-a verilən məlumata görə, hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək. Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna dairə istiqamətinə yönəldiləcək. Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, iyulun 31-də Abşeron yarımadasında zəif şərq küləklərinin üstünlüyü fonunda havada rütubətliyin normadan bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.