Bu rayonlarda təbii qazın verilişində fasilələr olacaq

Bu gün saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu Tibilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə və Xutor qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. “Azəriqaz” İstehsalat Birliyindən ölkə.az-a verilən məlumata görə, fasilələr Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yeni çəkilmiş diametri 315 mm-lik qaz xəttinin mövcud şəbəkəyə qoşulması, eləcədə Binəqədi rayonu 9-cu MKR Mircəlal küçəsində istismara yararsız diametri 108 mm-lik qaz xəttinin ləğvi, həmçinin yeni çəkilmiş diametri 225 mm-lik qaz xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır. Qeyd edilib ki, görülən zəruri təmir işlərinin Yasamal rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Uzunqulağı rəngləyib zebra əvəzinə göstərdilər - FOTO

Misirin Qahirə şəhərindəki zooparkda qəribə hadisə baş verib. Psixoloq.az xəbər verir ki, uzunqulağı zebra kimi rəngləyərək nümayiş etdiriblər. Bu işin üstünü isə 18 yaşlı tələbə Mahmud Serhani açıb. Serhani bildirib ki, “zebra”ya baxanda onun zebra yox, uzunqulaq olduğunu anlayıb. Misirli tələbənin paylaşdığı foto internetdə sürətlə yayılıb. Baş verənləri baytarlar da təsdiqləyib. Qeyd edək ki, buna oxşar hadisə 2009-cu ildə Qəzzada da baş verib. Zooparkda ölən iki zebranın yerinə 2009-cu ildə Qəzzada da baş verib. Zooparkda ölən iki zebranın yerinə iki uzunqulağı rəngləmişdilər.(ölkə.az)

“Jara” səhnəsindən görüntülər - FOTO

Ötən gün start götürən “Jara” festivalı möhtəşəm görüntülərə səhnə olub. Psixoloq.az xəbər verir ki, gecədə Xalq artisti Emin Ağalarov, müğənnilər Sultan Məşədiyev, Aysel Məmmədova, Filipp Kirkorov, Nastya Kamenskix, Artem Pivovarov, Alessandro Safina,Stiven Siqal, Yeqor Krıd, MOT, Lyubov Uspenskaya, Maks Barskix, Artik və Asti və başqaları səhnəyə çıxıb. Filip Kirkorov səhnə geyimi ilə xüsusi diqqət çəkib. Gecədən olan görüntüləri təqdim edirik:

Hacı Nuran Bakıya geri döndü

Bir müddət əvvəl ağciyərində onkoloji şiş tapıldığı üçün müalicə məqsədilə Almaniyaya yola düşən Hacı Nuran Bakıya geri dönüb. Psixoloq.az xəbər verir ki, o, ötən gün “Instagram” hesabında foto paylaşıb. “Jara” festivalında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliya ilə foto çəkdirib. Qeyd edək ki, Hacı Nuran kimya terapiya almaq üçün Düsseldorf şəhərinə yollanmışdı.

Uşaqlara gülünc doğuran adlar qoymaq olar? - Komissiyadan cavab/VİDEO

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası son dövrlərdə uşaqlara Mio, Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi heç bir mənası olmayan, gülüş doğuran adların qoyulması ilə bağlı edilən müraciətlərə mənfi cavab verib.  Xezerxeber.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində uşaqlara Şeyla, Jiyan, Asenat adlarının qoyulması ilə bağlı müraciətlərə mənfi cavab verilsə də, komissiya bu adların tarixi köklərini araşdırdan sonra onların verilməsinə icazə verib. Komissiyanın məlumatına görə, hər 100 nəfərdən təxminən 60 nəfəri öz uşağına normal, gözəl ad qoyur, təxminən 20 nəfər yeni ad seçir, 20 nəfər isə mənası olmayan ad qoymaq istəyir. Sosioloq Əhməd Mansurov deyir ki, uşaqlara ad qoyarkən valideyinlər, ilk növbədə onların gələciyini nəzərə almalıdırlar.Vətəndaşlar da uşaqlara hec bir mənası olmayan, gülüş doğuran adların verilməsini düzgün hesab etmirlər.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Planetin ən yaşlı insanı vəfat edib

Yer kürəsinin ən yaşlı insanı, Yaponiya sakini Çiyo Miyako 117 yaşında Yokoqama şəhərində vəfat edib. Psixoloq.az azərtaca istinadən xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb. Çiyo Miyako 1901-ci il mayın 2-də anadan olmuşdu. Hazırda planetin ən yaşlı sakini statusu onun həmyerlisi Kane Tanakeyə keçib. K.Tanake isə 1903-cü il yanvarın 2-də dünyaya gəlib

İsraildə “Eurovision” ləğv edilə bilər

İsrailin “Kan” teleradio korporasiyası xəbərdarlıq edib ki, əgər 5 gün ərzində tədbirin avropalı kuratorlarının hesabına girov məbləği kimi 14 milyon dollar köçürülməsə, İsrail 2019-cu ildə “Eurovision” mahnı yarışını keçirmə hüququnu itirə bilər. Psixoloq.az “Times of Israel” nəşrinə istinadla xəbər verir ki, “Kan” rəhbərliyi bununla bağlı İsrail baş naziri Binyamin Netanyahu, eləcə də maliyyə və kommunikasiya nazirlərinə məktub göndərib.  Bundan əvvəl, Netanyahu xəbərdarlıq edib ki, göstərilən məbləği tədbir təşkilatçılarına ödəməyəcək.  Ümumilikdə “Eurovision” İsrailə 40 milyon dollara başa gələcək. Hökumətin fikrincə, “Kan” bu tədbirin keçirilməsi üçün məbləği illik yayım büdcəsindən xərcləməlidir.(oxu.az)

Bu abituriyentlərin imtahan nəticələri ləğv edildi

Dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bu gün bəzi abituriyentlər tələb olunan sənədləri özləri ilə gətirmədikləri üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanına buraxılmayıblar. Dövlət İmtahan Mərkəzindən (DİM) ölkə.az-a verilən məlumata görə, bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib. 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 61 binada aparılıb. İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək. İyulun 27-dən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Yanğın qurbanlarının sayı artıb - 83 nəfər...

Yunanıstanda bu ilki dəhşətli yanğınlar görünür ölkə tarixində ən dəhşətli təbii fəlakət olacaq. Psixoloq.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, ölənlərin sayı artıq 83 nəfərə çatıb, daha 100 nəfərə yaxın şəxsin isə itkin düşdüyü bildirilir. Bundan əlavə içərilərində uşaqların da olduğu 187 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Attika ərazisində hələ də fövqəladə hal vəziyyəti saxlanılır. Yanğınlara miqyası ilə əlaqədar olaraq ölkənin fövqəladə hallar xidməti ilə yanaşı bütün güc strukturları da cəlb edilib. Ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Anders Persson döyüş təyyarələri ilə 3 min metr yüksəklikdən yanğın məkanına bombalar atıldığını bildirib. O, bombaların partlayış nəticəsində yanğın yerində oksigeni məhv edərək alovların sönməsinə səbəb olduğunu qeyd edib. Qeyd edək ki, 2007-ci ildə baş vermiş yanğılar Yunanıstan tarixində ən güclü yanğın kimi qiymətləndirilirdi. Həmin il ölkənin müxtəlif bölgələrində baş vermiş yanğınlar nəticəsində ümumi olaraq 84 nəfər həyatını itirib.

“Mövsümlə bağlı şikayətlər artıb” – BNA

“Mövsümlə əlaqədar olaraq kondisionerlə bağlı şikayətlərin sayı artıb”. Bu barədə bizimyol.info-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA)ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev deyib. O qeyd edib ki, BNA bununla bağlı hər dəfə daşıyıcılara xəbərdarlıq edilir: “Ola bilsin hər hansı bir avtobusda nəsə texniki səbəbdən sərinləndirmə sistemi işləmir amma daşıyıcı buna da nəzarət etməlidir ki, bu cür problemlər olmasın”. Qeyde dək ki, hazırda şəhərdaxili marşrutlarda ümumilikdə 2100 avtobus fəaliyyət göstərir. Amma sərnişindaşımada 400-dən artıq kondisionerli avtobus fəaliyyət göstərir.

Rusiyada Bakı pomidoruna tələbat artır

2018-ci ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya pomidor idxal edən ölkələr sırasında lider olub.  Psixoloq.az xəbər verir ki, bununla bağlı Rusiya Federal Gömrük Xidməti məlumat yayıb.  Məlumatlara əsasən, Mərakeş bu siyahıda ikinci, Çin üçüncü olub.  Ötən illərlə müqayisədə bu dəfə Türkiyə siyahıda 6-cı yeri tutub. 5 ayda Türkiyədən Rusiyaya 26,6 milyon dollar dəyərində 22,9 min ton pomidor idxal edilib.  Xatırladaq ki, Türkiyənin 2015-ci ildə Rusiyaya məxsus Su-24 qırıcısını vurmasından sonra türk pomidorunun Rusiyaya idxalı qadağan olunmuşdu. Bu qadağa 2018-ci il mayın 1-də ləğv edilib. (oxu.az)

Nazirlik Bakıda müşahidə olunan toz dumanı ilə bağlı xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanı ilə bağlı xəbərdarlıq edib.  Nazirlikdən oxu.az-a verilən məlumata görə, bu gün 26 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında səhər saatlarında mülayim şimal-qərb küləyinin üstünlüyü ilə əlaqədar tozun səpələnməsi prosesi baş verib və nəticədə atmosfer havasında tozun miqdarının bir qədər azaldığı qeydə alınıb. Günün  ikinci yarısından axşama doğru şərq və cənub-şərq küləyinin üstünlüyü ilə əlaqədar tozun miqdarının artacağı gözlənilir. Xatırladaq ki, belə şərait 27 iyul 2018-ci il tarixinədək davam edəcək.