Tibbi-meteoroloji proqnoz açıqlanıb

Bu gün və sabahın tibbi-meteoroloji proqnozu açıqlanıb. Psixoloq.az xəbər verir ki, sentyabrın 1-2-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Sentyabrın ilk günü yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində sentyabrın 1-də (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.(ölkə.az)

Havada tozun miqdarı nisbətən azalıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, gecə saatlarında Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunsa da, yenə də sanitar normadan 2 dəfə yuxarı olduğu qeydə alınıb. Psixoloq.az xəbər verir ki, bu barədə ETSN məlumat yayıb. Qeyd edək ki, 30 avqust 2018-ci il tarixində saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub. Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. (ölkə.az)

Sentyabrda hava necə olacaq?

Sentyabr ayında havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabr ayının birinci ongünlüyündə hava şəraitinin sabit keçəcəyi, mülayim şimal-şərq küləyinin üstünlük təşkil edəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-23 mm) olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 16-21, ayın sonunda 10-13, gündüzlər 25-30, bəzi günlərdə 33-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-13mm) gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-18 dərəcə isti (gecələr 10-15, gündüzlər 17-22, bəzi günlərdə 25-27 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, gündüzlər 24-29, bəzi günlərdə 32-24 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (17-44 mm) olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti (gecələr 14-19, ayın sonunda 5-10, gündüzlər 20-25, bəzi günlərdə 28-31dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksədir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 33-120 mm) olacağı gözlənilir. Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 17-22, dağlarda 8-13, gündüzlər 23-28, bəzi günlərdə 30-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 50-199 mm) olacağı gözlənilir.(ölkə.az)

Araq içilən ortam uşaqlar üçün təhlükəlidir - VİDEO

Sosial şəbəkədə 7-11 yaş arasında olan bir qrup uşağın spritli içki qəbul etməsi ilə bağlı videogörüntü yayılıb. Psixoloq.az Aznyus.az-a istinadən xəbər verir ki, videogörüntüdə uşaqlar gələcək arzularını dilə gətirir, dostlarının şərəfinə badə qaldırırlar. Kiçik yaşlı uşaqların spirtli içki qəbul etməsini əks etdirən bu video böyük narazılıq yaradıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Pərviz Əliyev bildirib ki, sözügedən videogörüntü hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır: "Videodan görünür ki, uşaqlar tamaşa hazırlayıblar. Əllərindəki də içki deyil. Lakin onların kimliyini tapmaq hüquq-mühafizə orqanlarının səlahiyyətinə aiddir”. Psixoloq.az xəbər verir ki, mütəxəssislər azyaşlı uşaqların indidən bu vərdişi adət etməsi mənfi haldır. Psixoloqlar, bu vəziyyətin həm onlar üçün, həm baxan digər azyaşlılar üçün təhlükəli olduğunu qeyd ediblər. Belə ki, spirtli içki asıllığının bu andan etibarən yaranma ehtimalı yüksəkdir.  Buna səbəb isə uşaqların valideynlərdən bu hərəkəti görməsidir. Həmçinin psixoloqların sözlərinə görə, uşaqların əlindəki spirtli içki olmasa belə bu onlarda həmin ortama hazırlıq yaradır. Atanın isə buna qarşı çıxmaması, uşaqların zehnində onların, bu vəziyyəti normal hal kimi qəbul etməsinə səbəb olur.

Bu günə olan hava proqnozu

Avqustun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən verilən məlumatına görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.  Avqustun 31-də Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Mülayim cənub-şərq küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.  Rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər saatlarında dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz  31-36, dağlarda gecə 12-17, gündüz  21-26 dərəcə isti təşkil edəcək. 

Bakıda aptekdə reseptsiz psixotrop maddə satılır - ŞOK İDDİA/VİDEO

Bakıda apteklərin birində psixotrop maddələrin reseptsiz satılması barədə sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə və narahatlığa səbəb olub. Vətəndaş çəkdiyi videoda Nobel prospektində yerləşən aptekdə psixotrop maddə sayılan tramadolun yeniyetmələrə reseptsiz satıldığını iddia edir. Əməkdaşlarımız bu gün həmin iddia ilə bağlı sözügedən aptekdə olublar. Qarşılaşdıqları mənzərə isə sizi də təəccübləndirəcək. Vətəndaşlar deyirlər ki, aptekdə adi başağrı dərmanını belə tapmaq mümkün deyil. Lakin nə tapılmasa da, psixatrop maddələr bu aptekdə hər zaman tapılır. Maraqlısı burasındadır ki, çəkiliş apardığımız zaman adi başağrı dərmanının belə satılmadığı aptekin qarşısı bir dəqiqə belə müştərisiz qalmırdı. Qapının bağlı olmasına baxmayaraq, dəqiqələrlə aptekin qabağında gözləyənlər belə var idi.

Ayın son gününün HAVA PROQNOZU açıqlandı

Ölkə ərazisində avqustun 31-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 29-34° isti olacağı gözlənilir.Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 24-25°, cənub çimərliklərində-Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti olacaq. Şimal-şərq küləyi əsəcək.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 31-36° isti olacağı proqnozlaşdırılır.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 12-17°, gündüz 21-26° isti olacağı bildirilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 29-34° isti olacağı ehtimal edilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru ayrı-ayrı yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.Havanın temperaturunun gecə 16-21°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı bildirilir.Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havayağmursuz keçəcək. Havanın temperaturu gecə 18-23°, gündüz 31-36° isti olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Havanın temperaturunun gecə 20-23°, gündüz 29-34° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir. Respublikanın bölgələrdində şərq küləyi əsəsək.(publika.az)

"İnsanlar tanışlığa görə işə alınır" - Fəlsəfə doktorundan qalmaqallı status/FOTO

Azərbaycanlı uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl, sosial şəbəkədə qalmaqallı fikir bildirib. Psixoloq.az xəbər verir ki, Vasif bəy Azərbaycanda rezidenturanın öldüyünü, müəyyən yerlərə insanların bacarıqlarına görə deyil, tanışlıq əsasında işə alındığından bəhs edib.Həmin fikirləri sizə təqdim edirik:"İnkişaf etmiş cəmiyyətlərdə bu cür imkanların bölgüsü sırasında ədalətsizlik payı çox aşağıdır. Məsələn, Almaniyada asistent kimi işə düzəlmək üçün səndən pul ummurlar və ya sənin daydayına görə haqqı olan rəqibini incitmirlər. Bizim kimi cəmiyyətlər üçün isə Almaniya modeli uyğun deyil.Çünki rüşvətxoruq.Həkim olmaq üçün rezidentura şərtdir. Bu mərhələdən keçmədən ciddi peşəkarlığa yiyələnmək praktik olaraq mümkün deyildir.Azərbaycanda rezidentura sisteminin tətbiqindən sonra bizdə bir az ümid yarandı. Ancaq tezliklə ümidlərimiz puç oldu.Gənclər sistemə inanmırdılar və rezidenturaya çox vaxt hərbi xidmətdən möhlət hüququ almaq üçün müraciət edirdilər.Rezidentlərin əksəriyyəti işə gəlmir. Bunun yerinə xarici ölkələrin imtahanlarına hazırlaşırlar.Biz, öz klinikamızda işə davamiyyəti olan rezidentlərə bacarıq aşılamaq üçün namus sözü vermişik. Çünki xarici ölkələrə gedə bilməyən imkansız uşaqlar qalır burada.İndi, nəyimiz var, nəyi satırıq?Azərbaycanlı təbabət məzunu onsuz da sistemə inanmırdı.Azərbaycanlı həkimlər onsuz da rezidentlərə bir şey öyrətmək istəmirlər. Çünki çox vaxt özləri bir şey bilmirlər, ya da tamahkarlıq edirlər, guya bu günkü uşaq onun çörəyini əlindən alacaq.Nə isə. Ciddi deqradasiya gedir. Ciddi gərginlik toplanır.Bu qərarı verənlər əvvəl-axır bu el misalını xatırlayacaqlar.Qızınmadıq istisinə, kor olduq tüstüsünə".

Tozlu hava müşahidə edilir - Operativ iş rejiminə keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır. Nazirliyin Mətbuat xidmətindən  bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 10:00-da sanitar normadan 3 dəfə yuxarı olduğu qeydə alınıb. Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.(ölkə.az)

Sabaha olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində sabah (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, avqustun 30-31-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.  (ölkə.az)

Pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqından azad oluna bilər

"İcbari tibbi sığorta haqqında” qanuna edilməsi gözlənilən dəyişikliklərin bəzi ilkin detalları məlum olub. Psixoloq.az xəbər verir ki, parlamentdən Oxu.Az-a bildirilib ki, payız sessiyasında icbari tibbi sığorta ilə bağlı yeni qanun layihələrinin müzakirələrə çıxarılması, eyni zamanda, mövcud qanunlara yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur. "Artıq cəmiyyət bu məsələnin icrasını, tətbiqini çoxdan gözləyir və arzu edir. Bu, cəmiyyətin sosial sifarişi olaraq qarşıda dayanır. Eyni zamanda, dövlətin özünün bu məsələ ilə bağlı yekdil mövqeyi, iradəsi ortadır. Bu baxımdan, həm parlament, həm icbari sığorta ilə bağlı Dövlət Agentliyi, həm də Nazirlər Kabineti birlikdə bu məsələnin tətbiqinə və icrasına stimul verəcək, prosesi sürətləndirəcək qanunvericilik aktları üzərində işlərini davam etdirir. Bu sənədlər qəbul olunduqdan sonra bütün Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq. Yaxın illərdə isə icbari tibbi sığorta Azərbaycanın bütün ərazisində həyata keçiriləcək”. İcbari tibbi sığorta haqqına gəlincə, parlamentdən bildirilib ki, Azərbaycanın işləyən vətəndaşları əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər. "Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad oluna bilərlər. Dövlət bu vəzifəni öz üzərinə götürə bilər. Bu məsələ üzərində dəqiqləşdirmələr aparılır”, - deyə sonda qeyd edilib.