Son 17 il ərzində Azərbaycan ailələrində beşinci və daha çox uşağın doğulması halları 3 dəfəyədək azalıb. 2000-ci ildə Azərbaycanda 2940 uşaq ailədə sayca beşinci və daha sonrakı uşaq kimi doğulub. 2010-cu ildə belə uşaqların sayı 702, 2005-ci ildə 1285, 2010-cu ildə 702, 2011-ci ildə 643 olub. Sonrakı illərdə ailədə beşinci və daha sonrakı uşaq kimi doğulan körpələrin sayının nisbətən artmasına baxmayaraq, bu say yenə də əvvəlki həddə çata bilməyib. Beləliklə, 2015-ci ildə 1108, 2016-cı ildə 1019, 2017-ci ildə 946 uşaq ailənin sayca beşinci və daha sonrakı uşağı kimi dünyaya göz açıb. Son illər ərzində ailədə dördüncü uşağın dünyaya gətirilməsi halları bir qədər çoxalsa da, ümumilikdə son 17 il ərzində dördüncü uşağın doğulması halları da azalıb. 2000-ci ildə 6149 uşaq ailənin dördüncü uşağı kimi dünyaya gətirilib. 2005-ci ildə belə uşaqların sayı 3866, 2010-ci ildə 3018, 2011-ci ildə 3130, 2012-ci ildə 3625, 2013-cü ildə 3827, 2014-cü ildə 4509, 2015-ci ildə 4404, 2016-cı ildə 4346, 2017-ci ildə 4053 olub. Psixoloqlar arasında apardığımız sorğuya əsasən deyə bilərik ki, onlar bunun səbəbini yaşayış çətinliyi ilə əlaqələndirirlər. Belə ki, mütəxəssislərə görə, qayğının çoxluğu, ailədə iki fərdin də işləməsi, sosial çətinlik kimi səbəblər ailənin dünyaya 2 uşaqdan çox övlad gətirmək fikrini məhdudlaşdırır. Əksər valideyn az uşaq dünyaya gətirməklə onlara daha yaxşı həyat nəsib etməyi planlaşdırır. Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsini təklif edib.Onun sözlərinə görə, əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrdə 5 uşaq olurdusa, indi 3 uşaq var. Ona görə də çoxuşaqlı ailə məfhumunda 3 uşağa enmək daha düzgün olar.
Azərbaycanda sentyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 27-31° isti olacaq. Sinoptiklərin xəbərdarlığına görə, sentyabrın 17-si səhərdən 18-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal edilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 30-35° isti olacağı proqnozlaşdırılır. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti olacağı bildirilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 26-31° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 24-29° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti olacağı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 27-32° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı ehtimal edilir.
Sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq. Abşeronun şinal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sentyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək. ETSN xəbərdarlıq edir ki, sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.(ölkə.az)
Təcavüz, könülsüz bir qurbanı məcburən cinsi münasibətə qatmaqdır. Əksər zaman bu hal cinsi münasibətlə nəticələnsə də, toxunma, ağrı vermək şəkilləri də ola bilər. Burada qarşı tərəfi dəyərsizləşdirmə var. Bu isə qurbanda unudulmayan, mənfi izlər qoya bilər. Qurbanlar isə “Nə üçün mən” sualına cavab axtararlar. Belə insanlarda utanma, əsəbilik, zehni qarışıqlıq duyğuları hakim olar. Bu isə depressiya, stress pozuntusu kimi psixoloji problemlər yarada bilər. Uyğun terapiya və dərmanlarla bu hissləri azaltmaq olar. Aparılan araşdırmalara görə, təcavüzçülərin 99 faizi kişilərdir. Qurbanların 10 faizində təcavüz edən onun yaxın qohumu olur. Belə xəstələr təcili nəzarətə alınmalı və müalicələrə başlanılmalıdır. İlk olaraq antidepresant dərmanları verilməlidir. Tərcümə etdi: Quliyeva Şəhanə
Azərbaycan ərazisində sentyabrın 14-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 14-15-də Abşeron yarımadasında meteroloji amillərin zəif mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTYS) müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədi ilə əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu, hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım edir. Nazirlikdən bildirilib ki, təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır: "Ağır xəstələrin evdə rentgen və ultrasəs müayinəsinin aparılması məqsədi ilə BŞTTTYS rəqəmsal və analoji rentgen, həmçinin ultrasəs apparatları ilə təmin olunub, ağır yataq xəstələrinin müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, həkim çağırışı əsasında portativ rentgen və ya ultrasəs apparatı ilə evdə rentgen müayinəsi aparılır. BŞTTTYS-nin evdə laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur".(publika.az)
Psixoloq.az xəbər verir ki, psixologiya sahəsində peşəkarlıqları və eyni zamanda əsl olması gərəkən Azərbaycanlı ailə modeliylə və eləcədə iradəli Azərbaycan qadınının siması olaraq tanıdığımız peşəkar psixoloq Elnur Rüstəmovun ömür gün yoldaşı, tanınmış psixoloq Narınc Rüstəmova qısa zamanda artıq çəkilərə qalib gəldikdən sonra həyatında dəyişən və dəyişməyənlərlə bağlı özünə məxsus facebook sosial hesabında paylaşım etmişdir .Paylaşım Azərbaycan ailələri üçün örnək və təqdirə layiq marifləndirmə əhəmiyyəti kəsb etdiyindən həmin paylaşımı olduğu kimi diqqətinizə çatdırırıq Arıqlamağımın ən gözəl tərəfləri getdiyim yerlərdə yuxulamamaq, passiv həyatdan qurtulmaq, bir neçə xəstəliklərimə qalib gəlmək və sevimli geyimlərimə qovuşmaqdan başqa bir şey olmadı.Vallahi həyat yoldaşım necə var elədə qaldı. Yeganə dəyişməyən o oldu. Qardirobum dəyişdi, soyuducuda ərzaqlarım dəyişdi, Səhəttim dəyişdi, günlük qrafikim dəyişdi bircə Elnur müəllim dəyişmədi. Həyat yoldaşımın sevgisində bu evlilik boyu nə azalma gördüm nə artma.. Bu vəsiləylə Bizi bir- birimizə bağlayan cismimiz yox qəlbimiz olduğunu bir daha gördüm. Ona arıqlamağımı hədiyyə edərkən özümə hədiyyə etmiş oldum. Bir kişinin qəlbinə yol tapmağın bəzək olmadığının bariz nümunəsiyəm. Kişilər az danışan çox iş görən qadınları sevirlər. Kişilər ana qayğısı qarşısında ümumiyyətlə yox deyə bilmirlər. Qəlblərinə gedən yol isə mədələrindən keçir. Şərt deyil Biz bişirək əsas odur nuşi canlıqla yeməsinə şərait yaradaq. Qarnı tox oldumu baş işləyəcək. Yeməkdən öncə və yemək zamanı söhbətdən, problemlərin müzakirəsindən uzaq durmaq qızıl qaydadır. Bacarmadıqlarını yox bacardıqlarını şişirdin ki, daha çox bacarmağa çalışsın. Xarab olan əşyanı təmirini hətta bir lampanı dəyişməyi bacarmamağını deyil Sizi filmə aparmağını qabardın. Bir sözlə onlara güclü olduqlarını hiss etdirməlisiniz. Lakin mənim yanımda bu çevrə içində güclü olduqlarını unutdurmamalısınız... Sevdiyi bir geyimi geyinibsə "necədi?" sualına "qəşəngsən, yaraşır" deyil "mənə görə yaraşır, mənə görə qəşəngsən" cavabını verməyi unutmayın. Söyləməyi unutmayın ki, o da unutmasın! İşindən evinə, evindən işinə tələssin... Psixoloq.az
Bu ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486 722-dən çox ümumi müraciət daxil olub.Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət edənlərdən 43220 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 57670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7833 olub ki, bu rəqəmdə artım qeydə alınıb. Məlumata görə, pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2100 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101098, hospitalizasiya 8768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2541, hospitalizasiya 2220 olmuşdur. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə edilib. Nazirlikdən bildirilib ki, sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub. Doğuşla bağlı müraciətlərin sayı 1907, hospitalizasiya1887 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16679, hospitalizasiya 11553 olubşdur.Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 13665, hospitalizasiya olanların sayı 8871 nəfər. Statistik rəqəmlərə əsasən 2018-ci ilin 8 ayı ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 1632 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1417 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə edilir. Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılan yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 400-dən çox körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra olunub. Təcili tibbi yardıma ehtiyacı olan 254 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.(ölkə.az)
Mahnıları ilə qısa zamanda qəlblərə taxt quran məşhur müğənni Elvin Mirzəzadə falçıya getdiyini etiraf edib. Mirzəzadə, bu barədə ilk dəfə Psixoloq.az portalına məlumat verib. O, əslində fala inanmadığını ancaq təsadüfən fala baxdırdığını açıqlayıb: “Heç zaman fala inanmamışam. Bu dinə olan inancımdanmı deyim, ya Allaha olan sevgimdənmi deyim hər zaman bu istiqamətdə fikirlər bildirmişəm. Hardasa əsgərlikdən sonra gəlmişəm. Nə diplomum üzrə iş tapa bilirəm nə də özümü hansı sahələrə vururam heç bir effekt vermir. Səbrim çatmırdı. Artıq depressiv vəziyyətə düşmüşdüm. Evdən pul almağa utanırdım. Sonra padval tipli yerdə işə başladım. Günə 15-20 manata. Məsələ 2015-ci ildə baş vermişdi. Və ora bir qadın gəlir. Artıq hamı gedib. Pavilyon boşdu və kartla fala baxır. Mən də lağ-lağı formada yaxınlaşdım ki mənim də falıma bax”. Mirzəzadə falçının ona müddət qoyduğunu və haqqında dediklərinin hər birinin gerçəkləşdiyini açıqlayıb. “İndi deyəcəm amma reklam kimi anlaşılmasın amma adam ağzını açdı və hər şeyi olduğu kimi dedi. Adam mənə müddət qoydu. Mənə dedi ki, iki il müddətinə elə bir şey edəsən ki bütün Azərbaycan səndən danışacaq. İndi nələrə nail olmuşamsa elə bil qadın siyahı tutub bunları mənə öncədən demişdi”,-deyə müğənni vurğulayıb. Şəhanə Quliyeva
Azərbaycan ərazisində sentyabrın 14-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 14-15-də Abşeron yarımadasında meteroloji amillərin zəif mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Son 10 ildə dünyada xoşbəxtlik indeksi aşağı səviyyəyə düşüb. Psixoloq.az xəbər verir ki, dünyanın ən bədbəxt ölkələri sırasında ilk yeri isə Afrika ölkələri tutur. Sosioloqlar, psixoloqlar, insanların sayı, stress və narahatlıq nüanslarını nəzərə alaraq dünyanın ən bədbəxt ölkələrinin siyahısını hazırlayıb. Siyahıda ilk yeri Mərkəzi Afrika ölkələri tutub. Daxili çəkişmələr səbəbindən burada on minlərlə insan evlərini tərk edib. İkinci yerdə 59% göstərici ilə İraq gəlir. Daha sonrakı yerləri Cənubi Sudan (55%), Misir (47%) və İran (45%) tutur.(qafqazinfo)
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva vəzifəsindən azad edilib. Bu barədə publika.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, E.Əliyeva yaşı ilə əlaqədar olaraq təqaüdə göndərilib: “Elmira Əliyeva təqaüdə çıxdığına görə vəzifəsindən azad edilib. Onun yerinə Merli Veyisova təyin edilib”. M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.