İnkişafda ləngimə... - "Anormal (qeyri -tipik) uşaq" anlayışı nədir?

Normal uşaqlarla yanaşı, inkişafında ləngimə və ya çatışmazlıq olan uşaqlar da var. Belə uşaqlar "anomal uşaqlar" adlanır. Yunanca “Anomalas” normadan kənar, düzgün olmayan mənalarını verib, ümumi inkişafı fiziki və ya əqli çatışmazlıqlar səbəbindən pozulmuş uşaqları müəyyən edir. Hər hansı bir qüsur həmişə inkişaf çatışmazlığına gətirib çıxarmır. Məsələn: İnsanın bir qulağının digərindən balaca olması, gözünün bir qədər zəif olması, ayağının bir qədər qısa olması kimi çatışmazlıqlar bir şəxsin ümumi inkişafının pozulmasına səbəb olmur. Çünki eşitmə və görmə ilə informasiyanı qəbul edir. Qeyri-tipik uşaqlarda isə bu imkanın məhdudluğu onların kütləvi məktəblərdə təlim-tərbiyə almasına imkan vermir. "Anomal uşaqlar"ın tərbiyəsi dedikdə uşaq anadan olduğu gündən ta həddi buluğa çatana qədər psixoloji üsul və vasitələrlə onun tərbiyə edilməsi, inkişaf qüsurlarının uşağın psixi inkişafına təsir göstərməməsi üçün təşkil edilən xüsusi tədbirlər sisteminin təşkili həyata keçirilir. Tipik uşaqda tərbiyə işi “Korreksiya tərbiyə işi” adlanır. Həm qüsurların korreksiyası, həm də onun korreksiya prosesində tərbiyə işi başa düşülür. "Anomal uşaqlar"ın korreksiyası - Latınca “karreksio” sözündən olub düzəliş etmək mənasını verib, tibbi-pedaqoji vasitələrdən istifadə etməklə qüsurun zəiflədilməsi və ya tamamilə aradan qaldırılması prosesi başa düşülür. Korreksiya prosesi zamanı nəinki inkişaf qüsurları, həmçinin şəxsiyyət çatışmazlıqları da ya tam, ya da qismən aradan qaldırılır. Korreksiya 2 yerə ayrılır: tibbi və pedaqoji Qüsurların tibbi yolla aradan qaldırılması Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən uşaq poliklinikası, dispanser və sanatoriyalar tərəfindən təşkil cdilir. Pedaqoji korreksiya isə Təhsil Nazirliyinin tabeliyində olan məktəbəqədər, məktəb, yardımçı sinif, qrup, internat məktəb tərəfindən təşkil edilir. "Anomal uşaqlar"ın sosial adaptasiyası nədir? Latınca uyğunlaşma demekdir. Fərdi və qrup şəklində ictimai dəyərlərə yiyələnmək və sosial mühitə uyğunlaşmaqdır. Anomal uşaq özünü qeyri-adekvat, aqressiv aparır. Bu da münaqişəyə səbəb olur. Bu defektologiyada əsas anlayışlardandır. Belə uşaqlar birinci ailədə təlim-tərbiyə alır, bilik bacarığa yiyələnir, sonar isə qüsurun aradan qaldırılması istiqamətində korreksiya, kompensasiya mühüm götürülür və uşaq cəmiyyətə uyğunlaşdırılır. Defektoloq Gülnarə Səfərəliyeva Psixoloq.az

Posttravmatik stress pozuntusu

Posttravmatik stress pozuntusu (F43.1) Hər bir şəxsdə dərin stress törədə biləcək, xüsusi ilə təhlükəli və ya faciəli xarakterli stress hadisəsinə (qısa və ya uzunmüddətli)  təxirəsalınmış  və  ya  yubanmış  cavab  kimi  meydana  çıxır.  Meyl  etdirici  faktorlar,  belə  ki,  şəxsi xüsusiyyətlər (kompulsivlik, asteniklik) və ya anamnezdə sinir xəstəliyi sindromun inkişafı üçün qıcıq qapsını azalda və ya onun gedişini ağırlaşdıra bilər, amma onlar heç zaman onun yaranmasının izahı üçün vacib və kifayət olmurlar. Tipik əlamətlərə sarışan xatirələrdə («kadrlar») travma yetirmiş hadisənin təkrarlanan təəssüratlarından, təəccübdən donub  qalma  hissiyatı  fonunda  yaranan  fikirlərdən  və  ya  qarabasmalardan,  emosional  tormozlanmadan,  digər insanlardan  uzaqlaşmaqdan,  ətrafa  reaksiyasızlıqdan  və  travmanı  xatırladan  hərəkətlər  və situasiyadan qaçmaqdan ibarət   epizodlar   daxildir.   Adətən   həddən   artıq   oyanıqlıq   və   ifadə   olunmuş   yüksək   ehtiyatlılıq,   qorxuya   və yuxusuzluğa  yüksək  reaksiya  mövcud  olur.  Həyəcan  və  depressiya  çox  vaxt  yuxarıda  göstərilmiş  simptomlarla əlaqədar  olur  və  bir  çox  hallarda  özünü  öldürmə  ideyaları  da  yarana  bilər.  Pozuntu  simptomlarından  əvvəl travmadan  sonra   bir  neçə  həftədən,  bir  neçə  aya  kimi  dəyişən  latent  dövr  olur.  Pozuntunun  gedişi  müxtəlifdir, amma  əksər  hallarda  sağalma  gözləmək  olar.  Bəzi  hallarda  bu  vəziyyət  bir  neçə  il  davam  edəcək,  şəxsiyyətin davamlı dəyişilməsinə keçidlə xronik gedişə çevrilə bilər. (F62.0)Travmatik nevroz

Yoldaşınızın sizə hazırladığı ROMANTİK SÜRPRİZ...İlk ağlınıza gələn isə... - Günün ACI REALLIĞI

Yoldaşınız sizdən əvvəl evə gələrək evliliyinizin il dönümü münasibətilə  bütün otağı bəzəyib. Ortada şamlarla "I love you" yazıb, kənarına gül ləçəkləri töküb. Göydən şarlar sallanır yerdə ürək formalı tort və möhtəşəm bağlamada hədiyyə... İçəri daxil olursunuz diliniz tutulur az qalsın. Ürəyiniz çırpınır. O an nə edəcəyinizə qərar verə bilmirsiniz. Qışqırmaqmı, ağlamaqmı, gülməkmi, sevinməkmi, yoxsa yoldaşınızın boynuna sarılıb çox çox təşəkkür etməkmi??? Vəəəəə......qərarınızı verirsiniz. Tez telefonu gətirib otağın şəklini çəkirsiniz sosial şəbəkədə yerləşdirirsiniz. Niyə??? Xoşbəxtliyinizi hər kəs görsün deyə??? Bax əzizim, indi sənə çox acı bir həqiqət deyim. Siz xoşbəxt deyilsiniz. Nəisə var. Vallah ciddi deyirəm. O anın sehrini unudub yalnız bir birinizin gözlərinə səyahət etmək yerinə bunu edirsənsə nəisə bir problem var. Axtar, araşdır. Gör boşluğunuz haradadır? Xoşbəxt olanların bunu kiməsə göstərməyə ehtiyacı olmur. Heç yadına da düşmür. İnan ki, tənqid və ya qınamaq üçün demirəm. Nə həddimə? Sən yenə də bir düşün. O boşluğu tap. Müəllif: Pedaqoq Lalə Məhərrəmli

Qaçqın statusu ilə yaşayanların sayı artıb - Statistika

Bu ilin altı ayında 827 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artım deməkdir. Psixoloq.az oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib. O qeyd edib ki, daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 25 faiz artım qeydə alınıb: “1.859 nəfər daimi yaşamaq üçün icazə alıb. Bu ilin iyul ayının 1-nə ölkəmizdə 32.648 nəfər müvəqqəti,11.288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var”. O da məlum olub ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayı 23 faiz artıb. Hazırda onların sayı 75 nəfər təşkil edir.