"Yox" deməyi öyrənin

Əmək məhsuldarlığı, əsasən qarşıya qoyulan məqsəd və vəzifələrin düzgün şəkildə həyata keçirilməsindən asılıdır.Lakin insanın üzərinə düşən vəzifələrin həddindən artıq olduğu bir dövrdə bütün diqqəti işə yönəltmək olduqca çətindir.Hər hansı bir işin icrası zamanı siz bütün gücünüzü zamana qarşı mübarizəyə istiqamətləndirirsiniz.Bu zaman icra etməli olduğunuz işi daha qısa müddət ərzində bitirməyə çalışırsınız. Hətta çox xırda bir problem də insanın əmək məhsuldarlığı səviyyəsinə mənfi təsir göstərə və onun gündəlik rejimini poza bilər. Əgər bu problem ətrafda deyil, sizin beyninizdə, xüsusilə fikirlərinizdə yaranıbsa, o zaman işi əvvəlki templə davam etdirməyiniz qeyri-mümkündür. Əmək məhsuldarlığı səviyyəsini sıfra yaxınlaşdıran fikirlərlə tanış olaq.-Mən bu işin öhdəsindən gələ bilmərəm.Əksər insanlar gün ərzində bir çox işlər görsələr də, günün sonunda həmin gün üçün nəzərdə tutduqları işlərin heç birini icra etmədiklərini dərk edirlər. Bu insanlar əsas işləri əhəmiyyətsiz işlərlə əvəz edənlərdir. Sözügedən insanlar əsas işlərin icrası üçün kifayət qədər gücə, zamana və bacarığa malik olmadıqlarını düşünən insanlardır.-Bütün işləri eyni anda görə bilərəm.Təəssüf ki, heç birimiz Yuli Sezara məxsus “eyni anda bir neçə işi görmək” bacarığına sahib deyilik. Bir neçə işi eyni anda icra edərkən siz bir çox səhvlərə yol verə, bir çox detalı gözdən qaçıra və əhəmiyyətsiz işlərə həddindən artıq çox zaman sərf edə bilərsiniz.-İstirahət etmədən çalışmaq.İstirahət etmədən çalışmaq mümkündür. Lakin bu zaman sizin diqqətiniz zəifləyə, gücünüz tükənə və gözləriniz yorula bilər. Sadəcə unutmamaq lazımdır ki, istirahət - boşa keçən zaman deyil, böyük şövqlə fəaliyyətinizi davam etdirmək üçün gücüzün bərpasını təmin edən zaman kəsiyidir.-Gün ərzində görəcəyim işləri nizama salmaq üçün işləri təsnifatlaşdırmağa ehtiyac yoxdu.Bəzi insanlar düşünür ki, gün ərzində görəcəkləri işlərin siyahısını hazırlamaq onları buna bənzər vasitələrdən (cədvəl, siyahı və s.) asılı hala sala bilər. Əksinə, işləri bu formada təsnifatlaşdırmaqla, unutduğunuz vacib işi bu siyahı vasitəsilə xatırlaya bilərsiniz.-Yalnız bir dəfə internetə baxmaq fikri ilə sosial şəbəkələrə daxil olub saatlarla kompyuter qarşısında əyləşmək.Bu yalanı demək olar ki, hamımıza tanışdır:"Yalnız bir neçə dəqiqəlik internetə daxil olub,sonra işimi davam etdirəcəm”. Nəticədə isə saatlarla kompyuter qarşısında əyləşərək gün ərzində nəzərdə tutduğumuz planları icra edə bilməmişik.Əgər həqiqətən də bütün işlərinizi zamanında yerinə yetirmək istəyirsinizsə, o zaman bütün diqqətinizi yalnız bu məsələyə  yönəldin.İş zamanı telefonunuzun səsini alın, sosial şəbəkələrdən uzaqlaşın və yalnızca işlərinizlə məşğul olun.-Bütün vacib işləri bügün, vacib olmayan işləri isə sabah görəcəm.Unutmayın ki, siz günün bütün saatlarında maksimum dərəcədə diqqətli ola bilməzsiniz. Bəzi insanlar səhər, bəziləri isə axşam saatlarında özlərini enerjili və həvəsli hiss edirlər. Bu səbəbdən enerjili və işə istəkli olduğunuz vaxtlarda vacib işlərinizi, günün digər hissəsində isə daha az əhəmiyyət kəsb edən işlərinizi görün.-Bütün işlərimi yolda olarkən görə bilərəm.Bu fikrə sahib insanlar görəcəyi işləri vacib və əhəmiyyətsiz işlərə ayırmadan istənilən işin icrasına başlayırlar. Sözügedən insanlar hər bir işin ən vacib hissəsini gözdən qaçırır, görüşlərə vaxtında gəlməyi unudur, sənədləri səhv salır və digər işlərdə səhvlərə yol verirlər.-Problem deyil. Mən bütün işlərin öhdəsindən gələrəm."Yox" deməyi öyrənin. Əks təqdirdə icrasını gözləyən işlərinizin sayı-hesabı olmaz. Təsəvvür edin ki, şirkətdə bir çox işçi var, lakin siz heç kimə yox deyə bilmədiyiniz üçün sizin işiniz onlardan daha çoxdur. Bunun nəticəsində siz nəinki istirahətə, hətta yuxuya da vaxt tapmaya bilərsiniz. Buna görə də insanların təkliflərinə etiraz etməyi öyrənin. Sizin də istirahətə ehtiyac duyduğunuzu və öz məqsədlərinizin, eləcə də öz həyatınızın olduğunu unutmayın

Ağzını açmadan insanlara necə təsir etmək olar?

Mütəxəssislərə  görə, hər kişinin birlikdə olmaq istəyəcəyi bir qadın ola biləcəyinizin   sirri, bədən dilində gizlənir!  Müəllifi Tracey Cox olan  "Necə  Biri    Olmaq olar,  Necə biri    əldə edilir"  (How To Be One, How To Get One)  adlı kitab  kişilərin  bədən dilindən  istifadə edərək təsir etmə yollarını izah edir. Daily Mail qəzeti üçün  də yeni bir  xəbər olan kitab, qadınları sağlam bir əlaqə üçün istiqamətləndirir: ƏMIN ADDIMLAR ATIN * Xoşbəxt, ehtiraslı insanlar hədəflərinə doğru sürətli gedər. Məqsədləri olmayanlar isə ayaqlarını sürüyür. Qarşınızdakı  kişidə müsbət bir təsir buraxmaq üçün başınızı dik tutun və canlı addımlar atın. * Əlinizi yumruq halına gətirməməyə diqqət edin; Buraxın təbii halları qalsınlar. * Naz edin! Yeriyərkən ombalarınızı  nə qədər çox sallasanız, qadına məxsus görünüşünüz  o qədər artar! * Düz bir xətt üstündə yeriyin. Hər addımı atdığınızda , addımınızın tam qarşınıza gəlməsinə diqqət edin. * Gözlərinizi yerə dikməyin . Gələcəyi görürmüş kimi  dimdik qarşınıza baxın. * Əlinizi cibinizə salmayın. Əllərin cibdə olması, gizlənməyə ehtiyacınızın  olduğu  mesajını verir.   * Ayağınızı sürüməyin. Addımlarınız nə qədər yüngül olarsa, qəlbiniz də o qədər yüngülləşər. Xoşbəxt insanlar sanki uçacaq kimi görünən  addımlar atır.   Hazırladı : Aytən İslamzadə

Qucaqlaşmağın inanılmaz faydaları

Hər birimiz gündəlik həyatımızda  bir çox xoş təəssüratlarla qarşılaşırıq. Sevdiklərinizi qucaqlamaq və onlar tərəfindən qucaqlanmaq təbii ki, hər birimizə  müsbət təsir göstərir. Bunun  isə yalnız xoş təəssüratlar deyil, həmçinin xeyirli olduğunu təəssüf ki, çoxları bilmir. Alimlərin araşdırmaları sübüt edir ki, qucaqlaşma bildiyimizdən daha xeyirli bir prosesdir. Onlar  gündəlik qucaqlaşmanın, orqanizmin  infeksiyalarla mübarizə aparmasına təsir göstərdiyini və ürək-damar xəstəlikləri təhlükəsinin azalmasına təsir etdiyini bildirirlər. Araşdırmalara əsasən, 10 saniyəlik qucaqlaşma insan beynində stress hormonu olan "oksitosinin" azalmasına gətirir. Bunun isə müasir dövrdə nə qədər önəmli olduğunu hamımız bilirik.Yapon alimləri ağlayan körpəni qucaqlayıb yüngülcə yelləmənin onun sağlamlığı üçün daha çox faydalı olduğunu elmi olaraq sübut ediblər. Paytaxt Tokionun şimalındakı Saitamadaki Beyin Elm İnstitutunun alimlərinin apardığı araşdırmalara görə, körpə ağladığında qucaqlayan zaman özünü daha rahat hiss edir. Doktor Kumi Kuroda "Körpələr anaları tərəfindən qucaqlandığı zaman özünü daha rahat hiss edir" deyib. Yaponiyalı mütəxəssislər ağladığında qucağa alınan körpənin ürək döyüntülərinin normala döndüyünü təyin ediblər. Professor Kuroda  ağlayan körpələrin ailəsi üzərində nəzarət etməyə çalışdığına dair nəzəriyyələrin bu şəkildə səhv olduğunu da göstərdiklərini vurğulayıb. Qucaqlaşmağın faydaları Bu kimyəvi reaksiya həmçinin qan təzyiqini azaldır, infeksiya və yorğunluqla mübarizə aparır və depressiya simptomlarını azlatma gücünə malikdir. Eyni zamanda, karbohidratların mübadiləsini nizama salan "kortizol" hormonunun səviyysini azaldır. Bu isə sevdiyiniz insanla qucaqlaşmanızın çəkiyə müsbət  təsirindən  xəbər verir. Həmçinin  xəbərdar olun ki, orqanizm qucaqalaşma zamanı sevinc hormonu olan "endorfini"  istehsal edir. Qucaqlaşdıqda insan özünü yaxşı hiss edir, damarlarda qan daha tez dövr edərərək , ürək döyünməsini  və nəfəsi tənzimləyir. Bundan əlavə, proses zamanı  beyində həzz mərkəzləri aktiv olaraq, həm kişi həm də qadın orqanizmində hemoqlobin səviyyəsini artırır, bu isə  immun sistemə müsbət təsir göstərmiş olur.

Kişini ələ almağın sadə strategiyaları

Sevdiyiniz kişini özünüzə aşiq etmək və bağlamaq istəyirsinizsə, bunun sadə üsulları var. Kişini əldə etməyin sadə taktikalarını təqdim edirik. Yaxşı bu taktikalar nələrdir? Buyurun birlikdə öyrənək… I mərhələ: Söhbətə başlayın. Gülümsəyin: Bir kişinin diqqətini çəkə bilməyin ən yaxşı yolu ona baxıb şirin şirin-şirin gülümsəməkdir. Onunla qarşılaşdığınızda sizə baxdığından əmin olduqdan sonra yüngülcə gülümsəyin, amma şitini çıxartmayın. Daha sonra da “hər vaxtınız xeyir” deyib söhbət etməyə çalışın! Rahat olun: “Hər vaxtınız xeyir” dedikdən sonra söyləməyə söz tapa bilməyəcək qədər özünüzü gərgin hiss edirsinizsə, dərhal toplayın! Bəyəndiyiniz kişinin yanında maraqlı mövzular tapmaq bir az çətin görünə bilər, amma bu mərhələni hər vaxt olduğu kimi davranaraq rahatca sovuşdura bilərsiniz. Kiçik komplimentlər yaxşıdır: Ona gözəl sözlər söyləmək üçün zaman və məkanın çox əhəmiyyətli olduğunu bilməlisiniz. Söhbətinizin əvvəlindən ona yaltaqlıq etməyə başlasanız, özünüzü pis vəziyyətə sala bilərsiniz. Söhbət qızışdıqca araya kiçik təriflər deyərək yanınızda özünü rahat hiss etməsini təmin edə bilərsiniz. II mərhələ : Söhbəti artırın. Onunla söhbət etməyi bacardınız, brazo! Yaxşı, indi nə olacaq? Maraqlı olun: Özündən bəhs etməsini təmin edin. Əgər sizinlə söhbət etmək üçün çox istəkli görünür və yanınızda çox danışırsa, narahat olmağa heç bir əsas yoxdur. Bundan sonra gözlərinin içinə baxıb onu diqqətlə dinləyib mövzu ilə əlaqədar suallar soruşun. Ortaq cəhətlərinizi öyrənin: Bütün söhbətlərin sonunda tək bir ortaq nöqtə belə tapa bilmirsinizsə, bir-biriniz üçün yaradılmadığınızı düşünməyə başlaya bilərsiniz. Amma durun, dərhal önyarqılı olmayın! Sevdiyiniz kitabları sevməyə, izlədiyiniz filmlərdən zövq almaya bilər, ancaq bu, sizin razılaşa bilmədiyinizi göstərməz. Bir az səbirli olun, onun zövqlərinə hörmət edin, siz də özünüzünkülərdən bəhs edin. III mərhələ: Şifrəni həll edin! Sizinlə görüşməyə, söhbət etməyə hələ çox istəkli görünür. Yaxşı bu, sizdən həqiqətən xoşuna gəlməsi mənasına gəlirmi? Gözlərinə diqqət edin: Siz danışarkən öz ayaqlarına baxırsa, bu, utancaq olduğunun göstəricisi ola bilər. Yox, əgər ətrafa və xüsusilə gözəl qızlara baxırsa, duyğularından şübhə etməlisiniz. Onu bəyəndiyinizə dair işarələr göndərməlisiniz ki, duyğularınızdan xəbərdar ola bilsin. Onunla danışarkən, dırnaq yemək, saçlarını qurdalamaq və ya qıçını yelləmək kimi narahat olduğunun göstəricisi olan hərəkətlərə diqqət edin və mümkün qədər rahat görünməyə çalışıb gözlərinin içinə baxın! Beləcə yanında rahat olduğunuzu fərq edəcək və ona qarşı necə duyğular bəslədiyinizi asanca anlayacaqsınız!

İtirmək qorxusu münasibətə necə təsir göstərir?

Münasibət anlayışı hər insan üçün fərqli olur. Bir çox insan sığınmaq üçün liman axtarır, bəziləri isə sığınacaq liman olmağı seçirlər. Bəzi münasibətlərdə həm qadın, həm də kişi itirmək qorxusu yaşayır və çox vaxt bu qorxu səbəbi ilə böyük bir sınaqla qarşılaşırlar. İtirmək qorxusuna sahib olan tərəf qeyri-ixtiyari də olsa, hakim və repressiv rəftar göstərdiyi üçün qarşı tərəf bu hissi dəyişiklikləri qəbul etməkdə çətinlik çəkə bilər.   Heç bir şeyə tamamilə sahib ola bilməzsiniz.   Həyatdakı heç bir şey tamamilə sizə aid ola bilməz. Məsələn, ən yaxın dostunuz əbədi olaraq sizin yanınızda qalmaya bilər. Siz dəyişdikcə qərarlarınız və seçimləriniz də dəyişir. Bu gün yanınızda olan insanlar sabah yanınızda olmaya bilər.  İtirmək qorxusuna sahib olan insan münasibətini qorumaq üçün bir çox səhvlər edə bilər. Onu qorumaq məqsədi ilə qarşı tərəfi sıxan, narahat edən rəftar nümayiş etdirmək xoşbəxt bir münasibəti dözülməz bir vəziyyətə gətirə bilər.  Əgər bir insan həyatınızdan gedəcəkdirsə, bunu aradan qaldırmağın heç bir yolu olmadığını bilməlisiniz.    Yalnız yaşadığınız günü düşünərək münasibətinizi davam etdirə bilmirsinizsə, heç olmasa davranışlarınızı idarə edərək münasibətinizin idarəsini qorxu hisslərinizə deyil, ürəyinizə verməyə çalışın.   Keçmişdə yaşadığınız hadisələrin sonrakı münasibətlərinizdə başınıza gəlməyəcəyini bilin. Əgər davamlı olaraq eyni şeyləri yaşayırsınızsa, bəlkə də daxili qorxu hissləriniz səbəbi ilə eyni reaksiyaları verdiyiniz üçün yaşayırsınız. Əgər hər münasibətinizdə eyni problemlərlə qarşılaşırsınızsa, bir mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur. Beləliklə, problemin səbəbini tapıb, həll edərək münasibətinizdəki itirmək qorxusu dövrünü də bağlamış olacaqsınız.  Bundan başqa, sizin üçün həyatdakı ən vacib insan özünüz olmalısınız. Həyatınızı yaşayın və icazə verin sizi müşayiət etmək istəyənlər yanınızda olsunlar.Daha ətraflı oxu: https://www.leydi.az/munasibetler-16/itirmek-qorxusu-munasibete-nece-tesir-gosterir-1167

Xəyanəti gizlətməyin yolları

Kişilərin yuxuda adətən gizli sirlərini etiraf etdikləri məlum olub.  Gecənin bir aləmi həyat yoldaşın səni yuxudan oyadıb məşuqənin adını soruşursa, demək, yenə özünü ifşa etmisən. “Səhər hər şeyi açıqlayaram” deyib, həyat yoldaşını sakitləşdirməyə çalışırsan. Özünsə səhərədək yatmayıb məsələni necə həll edəcəyin barədə düşünürsən. Səhər yuxudan duranda anan səndən gün ərzində etdiyin, amma heç kimə deməyidiyin bir hadisəni xəbər alır. Təəccüblənmə, sən yenə də sirlərini yuxuda ifşa etmisən. Yuxuda danışmaq bir çox kişilərin başının bəlasıdır. Hətta bu xüsussiyyətinə görə ailəsi dağılanlar da olub. Qadınlar, daha "iş yoldaşımın adıdır, bütün gün bir yerdəyik də", "yuxuda mənlə bir sinifdə oxuyan qızı görürdüm, onun adını çəkmişəm", "yəqin baxdığım filmin təsirindəndir", kimi bəhanələrə inanmayın. Çünki psixoloqlar sübut ediblər ki, gecə yatarkən kişinin danışdığı sözlər realda baş verən hadisələrin nəticəsidir, özü də kişilər yuxuda ancaq sirlərini etiraf edir. Belə insanlara yuxuda danışarkən nə sual versəniz, doğru cavab alacaqsınız. Yuxuda danışmaq lunatizmin bir növüdür. Bu isə yalnız kişilərdə aşkarlanır. Gənclərin 50 faizində, yaşlı kişilərinsə 5 faizində bu xəstəliyə rast gəlmək mümkündür. Bəs bundan xilas mümkündür? Siqareti tərgidin. Xoşagəlməz halın səbəbkarlarından biri də odur. Onu tamamilə tərgitməyə çalış. Əgər çətindirsə, axşam saat 8-dən sonra çəkməməyə çalış və spritli içkilərdən uzaq dur. Başını müxtəlif çərəzlərlə qat. Efir yağı və sərin otaq. Yatmazdan əvvəl ilıq suya bir-iki damcı efir yağı töküb, əl-üzünü yu. Sonra eyvana çıxıb, 15 dəqiqə təmiz hava al. Yataq otağının gecə isti olmamasına çalış. Çünki gecə yataq otağının isti olması da hərarətin qalxmasına və lazımsız şeyləri çərənləməyə səbəb ola bilər. Bəyaz vərəq. Problemin var və onu heç kimə danışa bilmirsənsə, ağ kağız götür. Yatmazdan əvvəl problemini və heç kimə demək istəmədiyin sirlərini kağıza yazıb etibarlı bir yerə qoy. Günün ikinci yarısından sonra qəhvə içmə. Yaxşı olar ki, yatmazdan əvvəl içinə bal qatılmış süd içəsən. Yatağa getdikdən sonra qəzət, kitab və ya jurnal oxu.

Qadınlar 1 addım öndə ...

Aparılan daha bir araşdırmanın nəticəsinə görə, qadınlar kişilərdən daha çox şeyə qadirdir.  Məsələn, qadınlar insanlarla ünsiyyət qurmaqda kişilərdən daha bacarıqlıdırlar. Mehriban, anlayışlı olmaları ilə başqalarının onların yanında özlərini güvəndə hiss etmələrinə kömək edir. Qadınlar duyğu və düşüncələrini daha rahat aça bildikləri üçün kişilərdən fərqli olaraq, özlərini daha yaxşı ifadə edə bilir. Qadınlar ətrafdakı insanları özlərinə çəkən xoş qoxuya sahibdirlər. Hətta kişilərin çoxu bu cür gözəl təbii qoxuya sahib olduqları halda, qadınların başqa ətirlərdən istifadə etməsini o qədər də xoşlamır. Qadınlar kişilərdən fərqi olaraq uşaq, yaşlarında tualet vərdişlərini daha tez öyrənirlər. Qadınlar gigiyena ilə bağlı hər şeyi kişilərdən daha tez qavrayır. Qadınlar nəyin harada olduğunu hər zaman bilərlər. Hətta özünə aid olmayan, neçə müddətdir istifadə etmədiyi əşyanın belə. Çünki onlar beyinlərində hər zaman xəritə, plan hazırlamaqda mahirdir. Qadınlar bədənlərində başqa bir varlıq daşıya bilir. Son araşdırmalar zamanı qadınların kişilərdən daha yüksək İQ-ə sahib olduqları ortaya çıxıb. Qadınlar süd istehsal edərək, körpələrini əmizdirə bilirlər. Daha kiçik ölçülü bədənə sahib olduqları üçün qadınlar kişilərdən fərqli olaraq, daha az yemək yeyər, geyimləri üçün daha az parça istifadə edər, daha kiçik mebelə, maşına ehtiyac duyarlar. Eyni anda bir beçə işi birgə görmək qadınların qanında var. Bu hal kişilər üçün sıxıntı ola bilər. Qadınlar eyni anda yemək bişirə, ev təmizləyə, televizora baxa, telefonla danışa, uşağı sakitləşdirə bilər. Kişi bir neçə metr qaçanda bütün köynəyi su olar, ətrafa heç də xoş olmayan tər qoxusu yayarlar. Bu cür hallarda onu dərhal hamama göndərməkdən başqa əlac yoxdur. Ancaq qadınlar tərlədikdə cildləri nəmlənər və parıldayar. Bu onları daha seksi göstərir. Qadınlar birgə yaşadıqları kişini uğurlu edər. Uğur qazanan bir kişiylə rastlaşdığınızda onu yox, xanımını təbrik edin. Qadınlar daha uzunömürlüdürlər, çünki onlar mükəmməldir