Həyat yoldaşınızla eyni iş yerində çalışırsınızsa...

Bir-birinizi nə qədər sevsəniz sevin, həm ev həm də ofisdəki işləri birlikdə həyata keçirmək hər zaman asan olmaya bilər. Yuxu kimi bir iş günü keçirdikdən sonra evə getdiyinizdə yaşadığınız çətinlikləri ofisdə bıraxın. Evlilik də ciddi bir ortaqlıq tələb edir.İşlərinizi yatağa daşımayın...Günün sonunda ən rahatladığınız an şübhəsiz ki, başınızı yastığa qoyduğunuz anlardır. İstər istəməz yatmadan əvvəl sabahısı gün etməniz lazım olan işləri fikirləşər, layihələrin son təslim tarixləri ilə narahatlıqlar yaşaya bilərsiniz. Yanınızda yatan adamın iş ortağınız xaricində yoldaşınız olduğunu və onun da onsuz da davamlı buna baş yorduğunu unutmayın. İş danışmaq yerinə, sohbet edin, əyləncəli mövzulardan bəhs, bir-birinizlə əylənin.Professional davranın...Ofisdə davamlı olaraq sizə suallar soruşan və ya işlə əlaqədar problemlər çıxaran iş yoldaşlarınız ola bilər. Daha da pisi onlardan birinin əriniz olmasıdır. Yoldaşlarınıza nəzakət göstərmək məcburiyyətində ola bilərsiniz amma söz mövzusu yoldaşınız olduğunda bütün nəzakət qaydaları uçar gedər. Evdə əhvalı böyüdən siz olun...Ofisdə pis bir gün keçirdiyinizdə evə gedib sifət asmaq və gərginlik yaratmanın kimsəyə bir faydası olmaz. Bu nöqtədə iş sizə düşür.İpləri əlinizə almalısınız. Unutmayın sizin gün içində yaşadığınız çətinlikləri o da yaşadı. Evə gəldiyinizdə pis davransanız bu, yoldaşınızı işlə əlaqədar narahatlıqlarını də artıracaq. Bu səbəblə müsbət davranışınızdan  güzəşt verməyin. Bir-birinizin meneceri olun...Dostların bir yeməyə çıxdığınızda yoldaşınızın iş həyatında nə qədər müvəffəqiyyətli olduğundan və doğru qərarlar verərək şirkətinizi böyüməyə apardığında danışa bilərsiniz. Bir-birinizlə daim qürur duyun! Yoldaşınızın qürurunu oxşamanız sizin daha yaxşı bir sıra olmanızı təmin edəcək. Alacağınız qərarlarda əvvəl ona müraciət, iş təcrübəsinə güvənin.Böyük düşünün!Həyatın hər anında bir-birinizin yoldaşı olduğunuza görə xəyallarınız də eyni istiqamətdə olacaq. Risk etməkdən və böyük xəyallar qurmaqdan qorxmayın.  Beləcə həm müvəffəqiyyətli bir ana-ata həm də iş ortağı ola bilərsiniz. Gücünüzü  birləşdirin.

Qayınananız sizi sevmirsə, belə edin

Sevgilinizin, nişanlınızın və ya həyat yoldaşınızın anası sizi sevmirsə, nə etməlisiniz?Atalar qızlarının sevgilisinə qarşı sərt mövqe nümayiş etdirdikləri kimi, analar da oğullarının sevgilisi, nişanlısı və həyat yoldaşına qarşı eyni cür davranırlar. Oğulları üçün ən yaxşısını istəyirlər. Bəs bu vəziyyətdə qızlar necə davranmalıdırlar?Bəzi analar açıq fikirli olduğu halda, bəziləri oğlunun sevdiyi xanımda ilk olaraq pis xüsusiyyətləri görür. Əgər sevdiyiniz kişinin anasının sizi sevmədiyini müəyyən etsəniz, bunun fərqinə varmamış kimi davranın. Onun səbəbləri çox ola bilər. Hətta bu səbəblərin sizinlə əlaqəsi olmaya bilər. Sevdiyiniz kişinin anası haqqında xoşagəlməz danışırsınız, mübahisələr edir, hörmətsizlik göstərir, çox süni davranırsınızsa, əlbəttə ki, yaxşı gəlin təəssüratı yaratmayacaqsınız. Bundan başqa, sevgilinizi anası ilə sizin aranızda seçim etməsinə məcbur edirsinizsə, bu da ən əhəmiyyətli səbəblərdən biridir. Üstəlik, nəzərə alın ki, kişilərin əksəriyyəti anasını seçəcək. Sevgiliniz nəyi səhv edir?Sevdiyiniz kişinin anasının hər dediyini təsdiq etməsi ən böyük səhvlərdən biridir. Bəli ananın düşüncələri qiymətlidir. Amma əgər anasının fikrini sizinkindən daha qiymətli hesab edirsə, münasibətlərinizi nəzərdən keçirsəniz, yaxşı olar. Sevdiyiniz kişi ikinizin də fikirinə əhəmiyyət verməlidir. Lazım olduğu zaman sizi qorumalı, aranı düzəltməyə çalışmalıdır.Əgər nə sizdə, nə də sevgilinizdə bir səhv yoxdursa, həll yolları var. Psixoloqlar bunu belə izah edir:1. Sevdiyiniz kişiyə bu vəziyyəti danışın. Beləcə anası ilə sevgilisinin arasında bir problem olduğunu anlayacaq. Əgər əhəmiyyət verirsə, ikiniz arasındakı problemin həll yollarını axtaracaq. Bu müddətdə isə anasına qarşı hörmətsiz davranmamalıdır. 2. Ananızla bu barədə danışın. Bir ananın gözü ilə hadisəyə baxmağınız yaxşı olacaq. 3. Hər zaman nəzakətli olun. Sevgilinizin anası sizə nifrət edirsə, siz də ona nifrət duymayın əsla. Əksinə, bu nifrəti görməzdən gəlib gülümsəyin. Hər nə qədər sizə iynəli cavablar versə də, kübar davranın. Bu, sizi ucaldacaq. 4. Kübar, lakin özünə güvənən, iddialı biri olun. Sevdiyiniz kişi sizi müdafiə edirsə, bunu sizi hörmətli tutaraq etməlidir. Özünüzü əzdirməyin. Anasının düşüncələrinə hörmət edin və öz fikrinizi bildirin. Anasının bundan xoşu gəlməsə də, ən azından güclü xarakterli olduğunuzu görəcək.Əgər bunların heç biri işinizə yaramasa, anası heç bir formada dəyişməyəcək. Sizi sevməsi üçün məcbur etməyin və zamanın öhdəsinə buraxın. milli.az

Qarşındakının cinsi istəyini üzündən anla - Bəs necə?

Bir insanın üz quruluşuna diqqət yetirərək onun uzunmüddətli, yoxsa tək gecəlik münasibət tərəfdarı olduğunu anlamaq mümkündür. Psixoloq.az xəbər verir  ki, İngiltərədə psixoloqlar tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, bundan sonra tərəf müqabilinizin sizin haqqınızada nə dərəcə ciddi fikirləşdiyini öyrənməyiniz üçün onunla uzun müddət bir yerdə olmağınız lazım olmayacaq. Bir insanın çənəsinin, gözlərinin, burnunun quruluşu onun daxili dünyasından, sağlamlıq vəziyyətindən xəbər verdiyi kimi, bu həm də o insanın ətrafdakılara münasibəti, qarşı tərəfdən gözlədikləri haqqında da müəyyən təsəvvür yaradır.İngiltərənin “Evolution and Human Behaviour” jurnalında bu barədə araşdırma yazısı ilə çıxış edən Aberdeen Universitetinin professoru Dr. Ben Jones öz yazısında bildirib ki, qarşı tərəf əslində öz siması ilə bizə hansısa mesajlar ötürmək istəyir. Bunun üçün onunüz cizgilərinə fikir vermək lazımdır.Araşdırmalara görə, qadınlar, sərt cizgiləri, dairəvi çənəsi, büyük burnu, normaldan daha kiçik gözləri olan kişilərin uzunmüddətli, qalın dodaqları, iri gözləri olanların isə tək gecəlik münasibət tərəfdarı olduğunu düşünürlər.Qeyd edək ki, təcrübədə iştirak edən insanların 80%-i onlara təqdim edilən şəkillərə 10 dəqiqə içində düzgün diaqnoz qoymağı bacarıblar. 

Evlilik üçün psixoloji yaş əsasdır - Səbəbi...

Ailə qurarkən insanları narahat edən əsas problemlərdən biri də yaş məsələsdir. Lakin insanlar bu məsələyə birmənalı yanaşmırlar. Bəziləri yaş fərqinin çox, digərləri isə az olmağının tərəfdarıdırlar.Burada insanın tək fiziki yaşı yox, psixoloji yaşı da çox önəmlidir.Həmçinin yaş fərqindən əlavə insanın tək fiziki yaşı yox, psixoloji yaşı çox önəmlidir. Bəzən eyni yaşlı insanlar münaqişələrlə rastlaşırlar, çünki onların psixoloji yaş durumu bir-biri ilə uyğun gəlmir. Amma elə də olur ki, 10 yaş və ya 5 yaş fərq olanda uyğun gəlir. Bu insandan asılı olaraq dəyişir. Yəni elə cütlüklər var ki, qadın 10 yaş hətta daha böyükdür, amma onlar çox gözəl yola gedirlər. Burada əsas psixoloji yaş amili olmalıdır. Cütlüklərin xasiyyət və yaş baxımından uyğun olub-olmaması qeyri-müəyyən bir şeydir, yəni ki, bu ancaq münasibətin gedişatından sonra aydın ola bilər. İki insan bir neçə müddətdən sonra bunu hiss edə bilər. Psixoloq, psixoterapevt Günel Vəliməmmədova

Qısqanclıq hansı həddə olmalıdır?

Qısqanclıq bir çoxlarının daxilində mövcuddur. Bəziləri qısqanclığın tərəfdarı olsalar da, bir qism isə bunun müasit dövrə zidd olduğunu qeyd edirlər. Bəs qısqanclıq nə həddə olmalıdır? Bəzi tədqiqatların nəticələrinə əsasən qisqanc insanlar 10-15 il daha az yaşayır. Adətən onlar hipertoniya, ürək-damar xəstəliklərindən əziyyət çəkir və təxminən 60-65 yaşında vəfat edirlər. İstisnalar isə azdır. Qısqanclığın həddi müxtəlifdir. Belə ki, sivil ölkələrdə yaşayan insanlarda qısqancların sayı çoxdur. İnkişaf etməmiş ölkələrdə isə seksual inama əhəmiyyət vermirlər.Qadınlar kişilərə nisbətən daha qısqanc olurlar. Kişilərdə bu hiss ağır və qətidir. Lakin onlar iki dəfə artıq xəyanət edirlər. Sosioloqların araşdırmalarına əsasən hər 5-ci ailə qısqanclığa görə dağılır. Qısqanclıqdan boğaza yığılan partnyor (adətən qadın) həlledici dava taparaq ailəni tərk edir, hətta əsl səbəb olan qısqanclıq arxa planda qalır. Qısqanclıq çoxlu sayda zorakılıq, hətta ölüm hadisələri törədir.Son araşdırmalar göstərdi ki, qısqanclığa görə cinayət törədənlərin yalnız 25 %-i alkoqol və ya psixoloji xəstələrdir. Psixoloqların sözlərinə görə, bütün bədbəxtliklərə görə qısqanclığı günahlandırmaq lazım deyil. Məhz o, hisslərə kəskinlik, cazibə bəxş edir, həmçinin sevgini sönməyə qoymur. Əgər belədirsə, qısqanclıqla mübarizə aparmağa dəyərmi? Qısqanclıq uşaqlıqda yaranır. Əsəs səbəbi də uşaqlıq illərində axtarmaq lazımdır. Ailəyə ikinci uşağın gəlməsilə qısqanclıq hisslərinin ilkin əlamətləi hiss olunmağa başlayır. Əgər ilk uşaq valideyn qayğısının olmamasını hiss etsə qısqanclıq daha da güclənir. Daha sonralar isə bu hiss tək seksual partnyora yönəlməyəcək. Əgər valideynlər ayrılsa, körpə qorxacaq ki, anası onu atası kimi tək qoyub gedəcək. Məhz buna görə də uşaqlar əksər hallada analarını başqa kişilərə qısqanır və düşünülər ki, həmin kişi analarını onların əlindən alacaq. Bu cür psixologiyalı uşaqlara ikiqat diqqət və qayğı tələb olunur. Qısqanclığı gücləndirən faktorlar da var. Kişilərdə bu ilk növbədə alkoqolizm, reproduktiv sistemlə bağlı problemlərdir. Qadınlarda isə seksual cəhətdən təmin olunmamaq, övladsızlıq, hamiləlik və ginekoloji problemlərlə əlaqədardır. Patoloji qısqanclar ruhi xəstələr də ola bilər. Belə bir fikir var ki, patoloji qısqanclıq – baş verənlərə və ya təsəvvür olunanlara həddini aşmış reaksiya deyil, emosional ehtirasa çətin adaptasiya ilə bağlıdır. Bəzi nəticələrə əsaən isə 15-20% insanlarda qısqanclığın patoloji forması psixoz simptomları ilə oxşardır. Lakin elə insanlar var ki, onlar qəti şəkildə qısqanmırlar (onlar 3-5%-dir). Bu da digər həddir. Səbəb isə - emosional soyuqluğun həddindən çox olmasıdır. Qeyd edək ki, qısqanclığın çoxu zərər, azı isə münasibət soyuqluğu ilə nəticələnə bilər.

Qadınlar kişilərdən nə gözləyir?

Qadınların bir cümlə içində bir neçə fikir çatdıra bilərlər. Kişilər qadınlardan baş açmadığını desələr də əslində diqqət yetirsələr bunu bilmək o qədər də çətin deyil. Bəs qadınlar nə istəyir? Bir az təkid edinƏgər bir qadın sizə “yox” deyirsə, əslində “yox” demir. Amma, “hə” də demir. Belə hallarda etməli olduğunuz onu razı salmağa çalışmaq, cavabının qəti “hə” olmasına nail olmaqdır. Həddi aşmamağa çalışın.  İnancXüsusilə özünə inanmadığı zamanlarda ona inanan bir kişi hər qadının diqqətini çəkir. Yeni bir işə başlayırsa, ona bunu bacaracağını deyin. Bunu sadəcə dildə söyləməyin. Ona həqiqətən inanın və dəstək olun.  HədiyyələrƏgər qadınların sadəcə zinət əşyaları sevdiyini düşünürsünüzsə, tamamilə yanılırsınız. Sözarası sevdiyini dediyi hər hansı bir şeyi heç gözləmədiyi anda alıb gətirsəniz, daha xoşbəxt olacaq. Bu, sevdiyi bir çiçək, yaxud şokolad, şirniyyat da ola bilər.  Yumor hissi Alimlər gülməyin ən təbii afrodizyak olduğunu deyir. Onu güldürmək üçün zarafatlar edin. Təbii ki, həddinizi aşmadan.  DiqqətÇox da şitini çıxarmadan, gündüz yüz dəfə zəng etmədən, ya da gün ərzində tez-tez mesaj yazmadan da diqqətcil ola bilərsiniz. Günün sonunda səmimi şəkildə soruşacağınız “günün necə keçdi?” sualı işinizə yarayacaq.  PozitivlikDuyğusal olaraq özünü yaxşı hiss etməyən bir qadın üçün motivasiyaedici cümlələr çox romantik ola bilər. Sadəcə gülümsəyin və onu hər şeyin yoluna düşəcəyinə inandırın. Gözəl duyğular özü ilə daha da gözəllərini gətirir.  DürüstlükQadınlar bu məsələdə çox həssasdırlar. Bir yerə getmək istəmədiyiniz zaman bəhanə uydurmaq yerinə “ora getmək istəmirəm, çünki bu gün başqa bir şey etmək istəyirəm” deyərək dürüst ola bilərsiniz. Hər zaman sözün düzünü danışın.  HörmətƏgər hələ də qadınları kişilərdən daha gücsüz hesab edirsinizsə, demək, qadınlar haqqında heç bir şey bilmirsiniz. Ona layiq olduğu dəyəri verin və bunu etməkdən çəkinməyin. Münasibətdə xoşbəxtliyin açarı iki tərəfin də bir-birinə hörmətidir.

"Üstünlük kompleksi" nə sosial şəbəkələr üzərindən baxış

Artıq çoxumuz virtual aləmdən istifadə etmirik, orda həm məskunlaşmışıq, həm də sözün əsl mənasında yaşayırıq. Bir çoxumuz bunun fərqində olmadan realdan qopmuş kimi yaşayır, həyat elə belədir düşüncəsinə hakim kəsilrik. Sosial şəbəkələrdəki profillərimiz evimiz, səhifələr iş yerimiz, qruplar dostlarla söhbət, müzakirə yerinə və s. çevrilib. Hətta vəziyyət o yerə çatıb ki, sosial sahə üzrə mütəxəsəsislər insan davranışları üzərindəki testləri sosial şəbəkələr üzərindən onların xəbəri olmadan da edirlər. Təsəvvür edin, artıq minlərlə insanı qrup halında hansısa qapalı bir yerə toplamağa gərək yoxdur. Təcrübə və onun nəticələrini öyrənmək üçün sosial şəbəkələr üzərindən milyonlara çatmaq mümkündür. Bu cür yüksək texnologiya imkanlarımız mövcud ikən, mən də boş dayanmadım. Dedim kiçik bir təcrübə edim. Yazının davamında facebook sosial şəbəkəsində müşahidələrimi və nəticələrini qeyd edəcəm. Amma əvvəlcə yazının başlığına bir aydınlıq gətirim. Psixoloji lüğətdə kompleks - insanın özünün fiziki və psixoloji çatışmazlıqları haqqında səhv təsəvvürləri, onların şişirdilməsi kimi təsnif olunur. Kompleks bir növ psixoloji narahatlıqdır."Üstünlük kompleksi" anlayışı yeni psixoloji istiqamət olan fərdi psixlogiyanın yaradıcısı Avstriya alimi Alfred Adler tərəfindən ortaya qoyulub. Üstünlük kompleksi — insanda əsassız olaraq digər insanlardan daha üstün olması (ali irqə, “yaxşı” nəslə, sosial qrupa mənsub olma, özəl xüsusiyyətlərə, mədəniyyətə, qabiliyyətə, biliklərə malik olma) və bunun ona xüsusi imtiyazlar verməsi düşüncəsidir. Bu kompleksin xüsusiyyəti ondan ibarətdir ki, o insanın şüurunda məhz müdafiə mexanizmi (ilk növbədə natamamlıq və düşmənçilik kompleksindən) olaraq yaranır. Digərlərindən üstün olmaq hissi eqosentriklik yaradır və insanın ictimai həyatdan daim uzaqlaşmasına səbəb olur ki, bu da yaranmış depressiv vəziyyəti zaman keçdikcə daha də dərinləşdirir. Bu kompleks bəzən ətrafdakıların həmin insanın müsbət xüsusiyyətlərini daim göz önünə gətirməsi, tərifləməsi nəticəsində də yarana bilər. Həmin üstünlük kompleksinin də kökünə baxsaq, orda da insanın özünə olan inamının aşağı olduğunu asanlıqla görə bilərik. Sadəcə olaraq, həmin insanlar özlərini digərlərinin yanında özünəinamlı göstərirlər. Alfred Adlerə görə üstünlük kompleksi "insan olaraq özünü əskik görmək və buna əsaslanaraq daha yüksək hədəflərə çatmaq" deməkdir. Bu, aradan qaldırılmış, müalicə edilmiş köhnə natamamlıq kompleksinin nəticəsidir. Qeyd edim ki, üstünlük kompleksi hər kəsdə müəyyən qədər vardır, lakin normanı keçdikdə fərdlərin davranışlarında daha aydın nəzərə çarpır. Güclü və üstün ola bilmək çabası elə şiddətli hal alır ki, bu vəziyyətdə artıq həyatın sıradan, adiləşmiş münasibətləri heç bir şəkildə təmin edici, doydurulmuş olmur. Həyatdakı yerlərini sağlamlaşdıra bilməyən üstün komplekslilər inanılmaz çabalar xərcləyərək bunu virtual aləmdə aşmağa çalışırlar. Çünki, virtual aləmdə güc nümayiş etdirmək reala nisbətən daha asan, daha rahat və daha arxayınlıq hissi yaradır. Ruhun acı verən natamamlıq kompleksini tamamilə yox etmək üçün isə virtual aləm demək olar ki, "mükəmməl" məkandır. Virtual aləmdə (facebook sosial şəbəkəsindəki müşahidələrimə əsasən) üstünlük kompleksinə tutulmuş insanları davranışlarına görə 2 tipə ayırdım:1. Passiv üstün komplekslilər2. Aktiv üstün komplekslilər.Passiv tiplər üstünlük kompleksindən daha çox əziyyət çəkənlərdir. Onlar virtual cəmiyyət daxilində fəal iştirak edə bilmirlər. Yaradıcılıq işləri olursa da, onu üzə çıxarmaqdan, müzakirəsindən, tənqidlə qarşılaşacaqlarından çəkinirlər, qorxurlar. Bu tiplər sosial şəbəkələrdə sadəcə mövzulara, fikirlərə aqresiv , yaxud da "terminlərlə boğulmuş" rəylər bildirməklə üstünlüklərini öz aləmlərində isbatlamağa çalışırlar. Adətən rəylərində çox sayda terminlərdən istifadə edirlər ki, "terminologiya mütəxəssisi" təəssüratı yaratsınlar. Ətrafınıza baxsanız belə lovğaları siz də asanlıqla görə biləcəksiniz. Aktiv tip üstün komplekslilər passiv tiplərdən fərqli olaraq virtual meydanda daha da irəliyə gedərək , nəinki müzakirələrdə alovlu rəylərlə çıxış edir, eyni zamanda öz yaradıcılıq işlərini kütlə tərəfindən müzakirə üçün üzə çıxarırlar. Onların üstünlük kompleksi rəqib hesab etdikləri digər yazarların yazılarının "tənqid edilməsi", yaxud hansısa ideologiyaya dair (fikirləri) fasiləsiz olaraq tənqid etmələri zamanı aydın görünür.Nümunə:"Yazar filankəs dünən filan xəbər saytında belə bir yazı paylaşmışdı. Mən də oxudum dayana bilmədim və fikrimi buradan çatdırıram. Qatıq ağ deyil, qaradır deyirəm. Vəssalam!"Belə paylaşımları kənardan müşahidə edərkən, müəllifin tənqid etmə çabasına bürünməklə əslində "üstünlük kompleksinin" nümayiş etdirməsini paylaşımın sonrakı gedişatından görmək mümkündür. Paylaşmaya gələn bəyənmə sayı, rəy sayı müəllifi dəstəkləyən çevrə (çox zaman ya rəhbərlik etdiyi bir qurumun üzvləri olur, yaxud da tələbələri olur, daha çox isə eyni ideologiya tərəfdarları) tərəfindən təmin olunur. Buna bir növ "üstünlük kompleksi" altında gizlənmiş rəqabət, güc yarışması da demək olar. Bir neçə saat sonra (paylaşıma) təkrar nəzər yetirdikdə bəyənmə sayının qənaətbəxş rəqəmə (çevrildiyini görürük və bununla da) paylaşım artıq (facebook) sayt qaydalarına əsasən Ana səhifədə günün sonuna qədər başda (aktiv) görünəcəkdir. Rəylərdə "müzakirə" getmişdir. "Tənqid" olunan tərəf əməlli başlı "tənqid" olunmuşdur. Əgər tənqid (hədəfinə çevrilən) yazar özü də rəylərdə iştirak edirsə, müzakirə genişlənir, bəyənmə və rəy sayı artır. Son görünüşdə həmin profildə "Full bir müzakirə gedib " mənzərəsi ortaya çıxır. Nəticə etibarilə mənə görə aktiv üstün komlekslilər passivlərdən daha faydalıdırlar, çünki müzakirə zamanı üstünlüklərinin nümayişi səyində olsalar da, dolayısı ilə maarifləndirmə işinə də qatılmış olurlar. Müzakirəyə cəlb olunmuş çevrədə fikir mübadiləsi getmiş olur. "Üstünlük kompleksindən" xilas yolu varmı?Bəzi irəli dərəcəli üstün komlekslilər var ki, özlərini Allah, Peyğəmbər, Müqəddəs Varlıq hesab edərək psixoloji xəstəlik tapıblar, onlara artıq adi vətəndaşlar kömək edə bilməzlər, psixoterapevt müalicəsinə ehtiyacları var. Ümumiyyətlə isə, bu kompleksin təmamilə yox olması mümkün deyil. Alfred Adler özünün "İnsan təbiətini tanıma" kitabında üstünlük, eləcə də natamamlıq kompleksi olan insanlara dostca yanaşmağı, onların vəziyyətini nəzərə alaraq insanca davranmağı, heç bir şəkildə olduqları hallarından utandırmamağı təklif edib. Eyni zamanda bu hallarında tədricən qurtulmalarına kömək göstərilməsini vurğulayıb. Amma gəlin baxaq, nə qədər insan bu qədər səbrli davranmağa meyllidir? Elə üstün komplekslilər var ki, öz (vəziyyətləri) ilə ətraflarını manipulyasiya edərək (ətraflarında özqiymətləndirməsi aşağı dərəcədə olanlar da ola bilər) müxtəlif üsullarla özlərini təsdiq etmək üçün can atırlar. Onlara öz daxili dünyalarını, şəxsi inkişaflarını çətin yol olan fiziki, mənəvi, intellektual inkişaf yolu ilə üstün etmək maraqlı deyil, başqalarını kiçiltmək, əskiltmək kimi asan yol seçərək "öztəkmilləşmə" yolunda uğura yetişəcəklərini zənn edirlər. Belələrinə kömək etmək məsələsi arxa plana keçir, özünü qorumaq üçün yollar axtarmağa başlayırsan ki, əsəblərin korlanmasın. Üstünlük kompleksindən xilas olmağın bir sadə yolu əslində budur: Bəşər aləminə bir yenilik, bir töhfə, dünyanı dəyişdirən bir fikir bəxş etmədən özünü "tanınmamış dahi" kimi göstərməkdən əl çəkəcəksən. Həqiqi üstün olanların bunu nümayış etdirməsinə gərək yoxdur, dünya beləsini o gizlənsə də görəcək. Odur ki, bircə qalır davranışlardakı tarazlığı qorumaq, ölçünü qaçırmamaq. Mövlana demişkən: "Ya olduğun kimi görün, ya da göründüyün kimi ol". 

Diqqətli olun - Bu hərəkətlər qadınları ələ verir

İnsanların demədiyini əksər zaman bədən dili söyləyir. Psixoloq.az xəbər verir ki, mütəxəssislərə görə, bəyəndiyiniz yaxud sevdiyiniz qadının oturuşundan, duruşundan, hərəkətlərindən, baxışından əsl hislərini anlaya bilərsiniz.  Bəs hansı bədən dili qadını ələ verir? Başını sola əyərək dinləyir Sizi dinləyərkən, gözlərinizin içinə baxarkən, başını azca sola əyməsi, söylədiklərinizə çox bağlı olduğunun işarətidir. Hərəkətlərinizi təkrarlayır Qarşınızdakı ilə “yaxınlaşmaq” istəyənlərdə bəzən “mimetizim”  deyilən bir hadisə görülür. Fərqində olmadan sizin hərəkətlərinizi təkrarlayır. Saçınızı qaşısanız, saçını qaşıyır. Ayağınızı ayağınızın üzərinə atıtsınız, oda eynini edir. Mütəxəssislər buna yamsılama deyirlər. Özünü sizə yaxın hiss etmək istədiyini göstərir.  Qollarını birləşdirir Sizi diqqətlə dinləyən kimi edir, amma qollarını birləşdirir. Bu özünü içinə bağlama hərəkətidir,  rahat olmadığını göstərir. Aranızda bir məsafə yaradır. Eyni şəkildə aranıza çay stəkanı, çörək səbəti kimi əlinə keçəni qoyursa da, eyni hiss edir. Amma aranızdakı əşyaları qaldırıb kənara qoyarsa, doğru yoldasınız. Yalan danışırsa, diqqətinizi dağıtmaq üçün etdiyi bəzi şüursuz hərəkətlər onu ələ verəcəkdir. Danışarkən əli ilə ağzını tutursa, burnu ilə, saçları ilə davamlı oynayırsa.. yəni üzünə və başına əli nə qədər çox aparırsa, yalan demə riski də o qədər çoxdur. Çünki yalançılar əllərini məşğul etmək istəyir. Boynunu qaşıyır Söhbət sırasında, qarşınızdakı əli ilə boynunu, yaxud qolu  ilə oynayırsa, yaşadınız. Bu onun “ sizin onu tumarladığınızı xəyal etdiyini göstərir”. Yəni bu bilinc altından gələn hərkətlər boşuna, yaxud təsadüfi deyil.

Çox fərqli xarakterdə olanlar evlənə bilər? - Araşdırma

Münasibətin ilk mərhələlərində partnerinizin fərqlilikləri həyəcanlı gəlsə də zaman keçdikcə bu fərqliliklər münasibətə zərər verəcək hala gələ bilər. Psixoloq.az xəbər verir ki, buna baxmayaraq iki fərqli insanın mənfi xüsusiyyətlərini azaldıb münasibəti xoşbəxt etməyin yolları vardır. Bəs həmin yollar nədir? Zidd qütblər bir-birini çəkir. Fərqliliklərin sizi ayırmasına icazə verməyin. Partnerinizi olduğu kimi qəbul edin. Sevgilinizin xarakterini dəyişdirəməyəcəyiniz gerçəyini qəbul etməlisiniz.  Onu olduğu kimi sevin. Hörməti unutmayın – Bir-birinizin yaşayış tərzinə hörmət göstərin. Hər şeydən əvvəl sevgilinizin qərarlarına hörmət edin. Qayğı göstərin – Qarşınızdakı insanı daha yaxşı tanımaq üçün ona qayğı göstərin, sevin. Bu sizin üçün fürsətdi. Ortaq nöqtələrinizi tapın – Paylaşdığınız məqamları xatırlatmaq əsas məsələdir. Öncə sahib olduğunuz ortaq duyğulara diqqətinizi verin. İlk olaraq ortaq nöqtələrinizin siyahısını hazırlayın. Bu sizin üçün kifayət qədər motivasiya olacaq. Günahlandırmaqdan qaçının – Dərhal müdafiə mexanizmlərini işə salmayın. Sizi narahat edən məsələləri uyğun dillə yoldaşınıza anladın. Əsəbi zamanı mübahisədən qaçının. Əsəbləriniz sakitləşdikdən sonra mövzuya yenidən qayıda bilərsiniz. Şəhanə Quliyeva

Cinsi münasibəti yaxşı olanlar həyatda da xoşbəxtdirlər - Araşdırma

Kişi və qadın arasında baş qaldıran sevginin kökü yataqdan keçir. Psixoloq.az xəbər verir ki, Amerika seksoloqları cütlüklərin münasibətlərindəki çatışmazlıqları araşdırıblar. Məlum olub ki, illər ötsə də bir-birinə qarşı ehtirasını itirməyən cütlüklərin yataqla bərabər gündəlik həyatda da münasibəti daha möhkəmdir. Yataqda ehtirası qorumaq üçün isə münasibətin digər yönlərində olduğu kimi əmək sərf etmək, dəyişiklikləri sınaqdan keçirmək lazımdır. Mütəxəssislər qeyd edirlər ki, uzunmuüddətli münasibət xoşbəxt ailə demək deyil. Yataqda bir-birinə artıq adi gələn, qane etməyən cütlüklər birgə lap 30 il yaşasalar da xoşbəxt olmayacaq, xəyanətə uğrayacaqlar. Belə ki, seksdə fərqliliyə yol verməyən tərəflərdə cinsi əlaqəyə qarı şüuraltı etinasızlıq yaranır. Bədən daha az dopamin ifraz edir. Bu isə hər iki tərəfin orqanizmi üçün zərərlidir. 40 mindən çox cütlük arasında aparılan araşdırmanın sonunda bəlli olub ki, yataqdaki alovu sönməyə qoymayan ailələr cəmi 5 faizdir.(publika.az)

Qızların kişilərlə tanış olmaq istəməməsinin 10 səbəbi

Nə üçün qız tanış olmaq istəmir? Cazibədar qadın kişiləri cəlb edir. Lakin “yox” sözü onun ağzından düşmür. Axı niyə? 1. Onun sevgilisi var. Həyat yoldaşına, məşuquna xəyanət etmək mümkündür, lakin sevdiyin insana heç vaxt.  2. O, kişilərə nifrət edir. Sosial bərabərsizlik, kişilərin qadınları aşağılamaları, ona heç olmasa bu yolla revanş hiss etməyə kömək edir. 3. Acı təcrübə. Onun keçmiş sevgilisi özünü alçaq kimi göstərib. Bu stereotip mexaniki olaraq sizin üzərinizə də keçir. 4. Sizin çağırışınız düzgün vaxtda edilməyib. Qadının daxili dünyası böhran vəziyyətini yaşayır. İşdə nələrsə qaydasında deyil, sadəcə özünü pis hiss edir. Bəlkə başqa vaxt o maraqlı kişi ilə məmnuniyyətlə tanış olacaqdır. 5. Sizin xarici görkəminiz. Siz ondan daha yaxşı görünməlisiniz. Ən azı eyni səviyyədə. Bir filmdəki kəlmə yadınızdadır: “Kişinn ayaqqabıları çirkli olanda xoşuma gəlmir”. Burada artıq yazılası bir şey qalmır.  6. Nazlı qadın. Onun sizə ehtiyacı yoxdur. Ona yalnız sizin xoş sözləriniz və diqqətiniz lazımdır. Lazımi dərəcədə onları aldıqdan sonra onun sizə olan marağı sönür. Özünü qiymətləndirmə dərəcəsi lazımi həddə çatdı. 7. Uğursuz roman. Bir müddət öncə əlaqələrin pozmasından sonra qadın prostrasiya vəziyyətindədir. Ona sadəcə tanış olmağı deyil, həm də kömək etməyi təklif edin. İncə qadın qəlbini anlamayan kişiləri biraz danlayın. 8. Düzgün olmayan taktika. Sənətşünasa yaxşı tanış olan bir şey bankçı üçün başa düşülməz olacaqdır. Başa düşülməyən bir şey qəbul olunmur və hara gəldi  uzaqlaşdırılır.  9. Onun hekayəsinin qəhrəmanı deyil. O, təkcə onu gözləyir. Bu, dəqiq siz deyilsiniz. Qırağa çəkilin, onsuzda xeyiri olmayacaqdır.   10. İradəsiz kişi. Təbiətdə jeleyə bənzər kişiyə arxalanmaq mümkün deyil.  Əvvəla özünüzdə cəsarətli olmağı tərbiyyə edin. 

Boşanmaq istəyənlərə QƏRİBƏ CƏZA: 6 həftə boyunca...

Qədim zamanlarda Transilvaniyada evli insanlara ayrılmamaq üçün tətbiq edilən üsullar eşidənlərin təəccübünə səbəb olur.Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu üsullar qorxunc səslənsə də, insanların evliliklərini xilas etməsi üçün işə yarayıb.Ruminyada yerləşən Transilvaniya bölgəsində UNESCO-nun Dünya Mirası siyahısına salınan, saksonlara aid yeddi kənd mövcuddur. Biertan kəndi də bunlardan biridir. Burada yerləşən kilsənin həyətində 300 il yaşı olduğu iddia edilən bir otaq var. Keçmişdə keşişlər bu otağı qəribə məqsədlə istifadə edirmiş.Belə ki, bir-birilə yola getməyən evli cütlüklər 6 həftə boyunca bu otaqda qalırmış. Bu üsulla boşanmaq istəyən cütlüklər qərarlarından vaz keçirmiş. İddialara görə, otağın 300 illik istifadə müddəti ərzində sadəcə bir boşanma hadisəsi qeydə alınıb.Hazırda muzey kimi istifadəyə verilən otaqdakı əşyalar bir nəfəlik yataq, masa və kiçik bir sandıqdan ibarətdir.Transilvaniyada məskunlaşan saksonların dini inancı Lüterçi Protestant Xristianlığı olub. Bu din bəlli şərtlər çərçivəsində boşanmağa icazə versə də, cütlüklərin boşanmasının qarşısını almağı daha üstün tutub. Kilsənin həyətində yerləşən bu otaq da həmin cütlüklərin barışması üçün nəzərdə tutulub.Biertan kilsəsinin hazırki keşişi ənənə haqqında bunları deyib:“Çox güman ki, keçmişdə evlənən insanlar bir-birilərinə sevgi ilə bağlanmırdılar. Onların tək məqsədi işləmək və həyatda qalmaq mübarizəsi olub. Cütlüklərin 6 həftə müddətində bu otaqda kilidlənməsi bir il sonrası üçün qida toplamasına imkan verməyib. Bu səbəbdən boşanmaq istəyən cütlüklər bir an öncə barışıb öz normal həyatlarına geri qayıdıblar.Modern ailələrdə insanlar bir-birilərinə çox az vaxt ayırırlar. Yəni, biz bu laqeydliyi nəsillərimizdən miras almışıq. Buna görə bizim üçün nəyin yaxşı olduğuna qərar vermək və bizi bir arada saxlayan şeyləri bilmək üçün daha çox dialoqa girməyə ehtiyacımız var”.