Psixoloji Xəbər

Dodaqlara görə xarakterinizi öyrənin

Dodaq forması ilə  xarakter analizi aparmaq mümkündür. Dodaqların xarakterinizə təsiri barədə məlumatı təqdim edirik: Alt dodaq və üst dodaq bərabərdir Belə dodağı olan şəxslər problem həll edən, samballı adamlar olaraq tanınır. Tənqid olunmaqdan narahat olmazlar. İnsanların düşüncələrinə hörmətlə yanaşarlar. Onları hirsləndirmək imkansızdır desək yanılmarıq. Nazik, bir az qabarıq dodaqlar Belə dodaqları olan insanlar nazlı olurlar. Həyatdakı öncəlikləri öz rahatlıqları və duyğularıdır. Özlərinə qulluq etməsələr kiminsə onlarla maraqlanmayacağını düşünürlər. Çox sadiq və yaxşı dostdurlar. Çox nazik üst dodaq Liderlik ruhlarında var. Təsiretmə qabiliyyətində bacarıqlı, enerjili, çarə düşünən, möhtəşəm bir şəxsiyyətdir. Problemləri həll etməyin bir yolunu mütləq tapırlar. Qalın və yumşaq dodaqlar Belə dodaqları olan şəxslər mütləq bir başqasının məsuliyyətini üzərinə götürmək üçün doğulublar. Əgər dodaqlarınız belədirsə, uşaqlığınızın bir qismini küçədəki heyvanları qidalandıraraq, ya da onlara sahiblənərək keçirmiş ola bilərsiniz. Belə dodaqlı şəxslərin çox yaxşı valideyn olduğu düşünülür. Üst dodaq alt dodaqdan daha qalındır Bu növ dodaqları olan şəxslər diqqət mərkəzində olmağı daha çox sevirlər. Duyğusal, xarizmatik, eşq sevən və diqqət çəkməkdən xoşlanan şəxslərdir. Özlərini çox sevirlər. Maraq dairəsi olmağı xoşlayırlar. Alt dodaq üst dodaqdan daha qalındır Belə dodaqları olan şəxslər əylənməyin nə olduğunu həqiqətən yaxşı bilirlər. Enerjili bir yaşam, yeni dostlar, məkanlar, yeni kəşflər daim onlar üçün həyəcanverici olur. Nazik dodaqlar Nazik dodaqları olan şəxslər adətən yalnızlığı sevirlər. Özləri ilə olmağı seçirlər, tənha şəxs olaraq problemləri ilə yaxşı maraqlana bilirlər. Yalnızlığı sevmələrinə rəğmən sosial şəraitlərdə də xoşbəxt olur və narahatlıq duymazlar. İnsanlarla rahatlıqla ortaq bir dil tapıb dostluq da qura bilirlər.

Göz rənginə görə xarakterinizi öyrənin

Gözlər qəlbin aynasıdır deyirlər. Bəs göz rənginin insanın xarakterini təcəssüm etdirdiyini bilirdinizmi? Qara gözlər Hadisələr qarşısında çox tez həyəcanlanan, intizamlı, qayda-qanuna riayət edən insanlardır. Duyğusal olan bu insanların istər sevgisi, istərsə də kini çox güclü olur. Onlar qarşılarındakı insanı idarə etmək istəyərlər. Yaşıl gözlər Sevdiklərini heç vaxt qırmaq istəməzlər. Çox əsəbi olsalar da, qarşısındakını heç vaxt incitməzlər. Buna görə hisslərinə həmişə hakim olmağı bacarırlar. Mavi gözlər Durmağı sevməyən, enerji dolu, həmişə pozitiv qərarlar verən, əliaçıq, dəyişikliklərdən qorxmayan biridir. Boz gözlər Pisi, yaxşını seçməyi bacaran, həssas qəlbə sahib insanlardır. Qürurlu olduqlarından qırıldığında bağışlamazlar. Qəhvəyi gözlər Başqalarının onları idarə etməsini sevməzlər. Sirlərini hər kəsə deyən insanlardır. Dünyaya bağlı gözlərlə baxarlar.

Qərarlı ya həyəcanlı... Hansı xarakter tipinə aidsiniz?

İnsanları bir-birlərindən fərqləndirən şəxsiyyətin davamlı fərdi psixi xassələrindən biri də xarakterdir. Adətən, insanları fərqləndirərkən onların xasiyyətini, xarakterini ön plana çəkirlər. Xarakter insanın yalnız özünəməxsus davranış formasını əks etdirir. Bəs xarakterin hansı tipləri var? Onları qısa şəkildə nəzərdən keçirək: 1. Gipertim tip- bu tipə mənsub olan adamlar həddindən artıq təmasda olmağı sevməklə, ifadəli jest, mimika və pantomimikaları, çox danışan, az danışan, başladıqları söhbətdən sponton şəkildə uzaqlaşmaları, həmişə birinci olaraq konflikt yaratmaları ilə fərqlənirlər. Müsbət cəhətlərinə gəldikdə bu cür adamlar, həmsöhbəti cəlb edən, optimist, təşəbbüskar olurlar. Onlar çətin işi və tənhalığı sevmirlər. 2. Distim tip- onlar üçün zəif təmas, az danışmaq, pessimist əhval-ruhiyyənin üstünlüyü xarakterik haldır. Konfliktə az girir, qapalı həyat keçirməyə meyillidirlər. Onlarla dostluq edəni sevir, ona tabe olmağa hazırdırlar. Ciddiliyi, həqiqəti sevirlər. Passivlik, lənglik, fərdiyyətçilik onlar üçün xarakterik haldır. 3. Tsikloid  tip- belə tip insanlar üçün əhval-ruhiyyənin tez-tez dəyişməsi xarakterikdir, bu səbəbdən ətrafdakılarla ünsiyyət qaydaları da dəyişir, əhvalları yaxşı olduqda ünsiyyətli, pis olduqda isə qapalı olurlar. 4. Təsirlənən( qıcıqlanan ) tip- ünsiyyətdə təmasa az həvəsliliyə, mübahisələr və söyüşə meyillidirlər. 5. Ləngiyən tip- orta ünsiyyətli, öyüd-nəsihət verməyə meyillilik, azdanışan, bəzən həddən artıq özünə güvənən, qısqanc, şöhrətpərəst, yaxınlarına və işçilərinə ifrat tələblər irəli sürəndir. 6. Pedant ( xırdaçı ) tip- münaqişəyə çox az halda girişir, mübahisələrdə passiv mövqe tutur, işdə özünü bürokrat kimi aparır. Səliqəli, ciddi, konfiliktə meyilli olurlar. 7. Həyəcanlı tip- ünsiyyəti sevmir, özünə inamsızlıq, qorxaqlıq göstərir, qəmgin əhval-ruhiyyədə olur, az hallarda münaqişəyə girirlər. Dostluğa, özünü tənqidə, işgüzarlığa meyillidirlər. 8. Emativ tip- seçdiyi çox az adamla ünsiyyətdə olmağı üstün tutur, həddən artıq həssas və ağlağandır. 9. Nümayişkar tip- ünsiyyətlidir, liderliyə can atır,  hakimiyyətə və  tərifə çox həvəslidir. İnsanlara yüksək uyğunlaşma qabiliyyətini və bununla birlikdə xüdbinlik, ikiüzlülük, lovğalıqa meyillidirlər. 10. Ekstravert tip- ünsiyyətlidir, onların çoxlu dostları var, hər bir məlumatı müzakirə etməyi xoşlayırlar, itaət etməyi və kölgədə qalmağı üstün tuturlar, tez təsirə düşürlər. 11. İntrovert tip- az təmaslıdır, qapalıdır, xəyalpərvərdir, filosofluğa meyillidir, təkliyi sevirlər, təmkinlilik kimi cəzbedici xüsusiyyətlərə malikdirlər. 12. Qərarsız tip- əhval-ruhiyyəsi həddən artıq tez-tez, həm də daha çox gözlənilməz surətdə dəyişir. 13. Şizoid tip- əsas xüsusiyyətlərindən biri qapalılığıdır. Onların iç dünyası müxtəlif fantaziyalarla zəngindir. Hisslərini biruzə verməkdə onlar kifayət qədər təmkinlidirlər, qaradinməz, bir iş olanda özünü kənara çəkəndir. 14. Epileptoid tip- bu tip şəxslər tez-tez ağlayırlar, ətrafdakıları təngə gətirirlər, tipik xüsusiyyətləri- qəddarlıq, hökmranlıq, özünə vurğunluqdur. 15. İsteroid tip- bu tipin əsas əlamətləri eqosentrizm, şəxsən özünə daima diqqət duyğusudur, ətrafdakıların diqqətini özünə cəlb etmək və öz ünvanına ona məftun olduqlarını, təriflədiklərini eşitmək arzusu ən zəruri ehtiyaclarından birinə çevrilib.

Təyyarə qorxusuna necə qalib gəlmək olar ?

Cəmiyyətin təxminən hər 10 nəfərindən birində rast gəlinən uçuş həyəcanının elmi adı “aviofobiyadır”. Bəzi yerlərdə bu problemin adına təyyarə qoruxusu da deyirlər.Bu bir xəstəlikdir və insanın həyat fəaliyyətinə, uğurlarına təsir etməyə başlayırsa peşakar birindən müalicə alınması mütləqdir. Fobiya nədir? Qorxu olduqca normal və insan psixologiyasına yad olmayan bir hissdir.Bir insan özünü təhlükədə hiss etdiyini düşünürsə yaşadığı hiss qorxudur.Qorxu hissinə biz o halda fobiya deyirik ki, şəxs qorxulan şeyin əslində qorxulu olmadığını bilir, bunun məntiqsiz olduğunu düşünür lakin bütün bunlara baxmayaraq hələ də ifrat dərəcədə qorxmağa davam edir və bu qorxu hissi həmin insanın həyatını məhdudlaşdırmağa başlayır.Fobiyası olan insan məhz həmin fobiyası olduğu obyektdən qaçır həyatının başqa məqamlarında kifayət qədər cəsurdur. Yəni bir insanın fobiyasının olması onun qorxaq olması mənasına gəlməməlidir.Uçmaq insan fitrətinə yad bir şey olduğu üçün insan psixologiyası uçuşu təhlükəli məqam olaraq qəbul edir. Əksər hallarda təkrarlanan davamlı uçuşlardan sonra bu hiss əhəmiyyətli dərəcədə azalır və ya tamamilə itib gedir. Uçuş qorxusu hansı şəxslərdə olur? Uçuş qorxusunun ən çox müşahidə edildiyi insanlar paralel olaraq panik pozuntu və ya aqrofobiya xəstəliyindən əziyyət çəkən insanlardır.Belə ki, bu şəxslər uçuş zamanı bir panik atak keçirmə ehtimalına və onlara tibbi yardımın gec çatma ehtimalına görə təyyarə səfərlərindən birmənalı şəkildə ya imtina edirlər və ya hədsiz diskomfort yaşayırlar. Uçuş qorxusunun əlamətləri nələrdir? Bütün fobiyalar kimi bu fobiya zamanı da qorxulan obyektlə qarşılaşan zaman ürək döyüntülərinin sayının artması, nəfəs darlığı, mədə - bağırsaq nahiyəsində narahatçılıq, baş gicəllənməsi tərləmə, ağızda quruluq, ölüm qoruxusu , pis nəsə baş verəcəyi düşüncəsi hakim kəsilir.Bəzi adamlarda bu hisslər hətta təyyarə biletinin alındığı vaxtdan başlayır və uçuş tarixinə qədər gedərək artmağa davam edir. Təyyarə qorxusu yaşayan insana necə kömək etməli ? İlk növbədə siz təyyarədən nədən qorxduğunuzu özünüz üçün ayırd edib bunun risklərini yəni reallaşma ehtimalını müzakirə etməlisiniz.Daha sonra təyyarə və uçuş haqqında sizin qorxularınıza təsir edəcək səviyyədə bəzi texniki biliklərə yiyələnməlisiniz. Məsələn “hava boşluğu, trübulans nədir, təyyarənin motoru dayana bilərmi, yanacaq qurtara bilərmi və sair”.Texniki biliklərdən başqa bəzi statistik məlumatlar da sizin qorxunuza qalib gəlməyinizə xeyli köməklik edəcəkdir.Bu statistik bilgilərdən birincisi isə təyyarənin dünyadakı ən etibar nəqliyyat növü olmasını və qəza etmə sayının olduqca az olduğudur.Bu standart bilgilərdən sonra isə bəzi texnikları da bilməniz önəmlidir.Bunlara aşağıda qeyd etdiklərimiz daxildir - Düzgün tənəffüs texnikası : burunla nəfəsi alıb biraz saxladıqdan sonra ağızla “fit” çalırmış kimi nəfəsi asta - asta vermək lazımdır. Bunu bir müddət etdikdə bədəninizdə müəyyən sakitlik hissi yaranacaq və bu texnika sizə gələcəkdə həyəcanlı vəziyyətlərdə həyəcanınızı dəf etməyə kömək edəcəkdir.- Düçüncədə canlandırma texnikası: Siz “təyyarədə olduğunuzu” təssəvür edib həyəcan səviyyənizi idarə etməyə çalışın.Əgər düşüncədə canlandırma zamanı sizdə həyəcan səviyyəsi düşübsə artıq siz realda qorxuduğunuz obyektlə qarşılaşa bilərsiniz.- Realda qarşılaşma texnikası : Mümkünsə əgər hava limanı ərazisində təyyarələrin enib qalxmasını müşahidə edin, mütəmadi təşkil olunan təyyarə tanışlıqlarından istifadə edinƏgər yuxarıda qeyd etdiyimiz texnikalar sizin təyyarə qorxunuza qalib gəlməyə kömək etmədisə peşakar yardım almağa çalışın.Müəyyən periodlarda aparılan psixoterapiya seansları əmin olun ki, təyyarə səfərlərindən sizə yenidən zövq almanıza kömək edəcəkdir.Bəzi hallarda həkim müayinəsi sonrası sizə məhz uçuş zamanı qorxunuzu götürə biləcək dərman peraparatları da təyin oluna bilər.