Psixoloji Xəbər

Uşaqların immun sistemi bu cür MƏHV OLUR

Valideynlərin əksəriyyəti təmizlik baxımından uşaqlarına qarşı çox həssas olurlar. Xüsusilə 1-3 yaşa qədər körpəsi olan analarda bunu daha çox müşahidə etmək olar.Mütəxəssislərin dediyinə görə, uşaqları ifrat dərəcədə təmiz saxlamaq əslində onların immun sisteminə xeyirdən çox ziyan vurur.Psixoloq.az sağlamolun.az a istinadla xəbər verir ki, həkim-pediatr Qoşqar İsmayılov deyib: "Bəzən 1-2 yaşında körpələr iməkləməyə başlayarkən valideynlər onların natəmizliklə üzləşməməsi üçün buna icazə vermir, onları daha çox qucaqlarında saxlamağa öyrədirlər. Uşaqların bu dərəcədə təmiz saxlanılması, əllərinin tez-tez yumağa öyrəşdirilməsi onlarda tez-tez xəstəliklər yaranmasına səbəb olur, çünki immun sistemi mikrobları uşaqlıqdan tanımır və orqanizmdə ona qarşı müqavimət yaranmır. Bu, gələcəkdə hər hansı bir mikrobla üzləşərkən onlarda müxtəlif klinik əlamətlərin və xəstəliklərin əmələ gəlməsinə səbəb olur".Hər hansı mikrobla təmas zamanı orqanizmdə onlara qarşı mübarizə reaksiyası formalaşır. Ona görə də hər şeyi steril etmək tövsiyə olunmur. Psixoloqların fikrincə, belə uşaqlar böyüyəndə özünəinam problemi ilə üzləşirlər.Psixoloq Könül Cəfərova bu barədə deyib: "Bəzi valideynlər ifrat dərəcədə təmizlik aludəçisidir. Uşaq valideyndə gördüyü əksər keyfiyyət və vərdişləri özünə aşılayır. Onun həmin vərdişlərə ifrat dərəcədə alidə olması gələcəkdə cəmiyyətdə özünə yer tutmaq, özünü təsdiq etmək və özünəinam hissinin olmasında problemlər yaradır. Belə xarakterə malik olmaq gələcəkdə onun sosial uyğunlaşmasına da təsir göstərir".Mütəxəssislər bildirirlər ki, bu məsələdə ortaq nöqtəni tapmaq əhəmiyyətlidir. Əgər uşaqlar tez-tez xəstələnirsə, onu dərin həkim müayinəsindən keçirmək tövsiyə olunur.

“21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans

Psixoloq.az bildirir ki,“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  6-7 mart 2021-ci il tarixlərində “21-ci əsrin Ailə Qadın və Uşaq Psixoloji Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.  Konfransın həyata keçirilməsində məqsəd ailə institunun möhkəmləndirilməsini, qadın və uşaq hüquqlarının qorunmasını, ölkədə fəaliyyət göstərən mütəxəssislərin ixtisaslaşmasını və psixologiya sahəsinin inkişafını təmin etməkdən ibarətdir. Konfrans 2 gün olmaqla 6-7 mart tarixlərində Zoom proqramı vasitəsilə həyata keçiriləcək. Konfransda Türkiyə və Rusiyanın tanınmış psixoloq, psixoterapevt və həkimləri bir sıra aktual mövzularda çıxış edəcəklər. İştirakçılar Beynəlxalq Sertifikatla təltif ediləcək. Konfrans çərçivəsində aşağıdakı mövzular haqqında çıxışlar ediləcək: Təranə Paşayeva  – Klinik psixololoq, psixologiya üzrə fəlsəfə doktoru – “Travma və yas terapiyası” Marina Borisovna – Tibb və Psixologiya elmləri doktoru – “Ailə psixologiyası” Umut Kısa – Fəlsəfə doktoru, təlimçi və yazar – “Uşaq və yeniyetmələrdə rəqəmsal asılılıq” İqor Dobryakov – Psixiatr, Tibb elmləri doktoru – “Perinatal psixologiya” Elmira Mirzəyeva – Psixologiya üzrə fəlsəfə doktoru – “Sağlam uşağı dünyaya necə gətirməli?” Banu Bostancı – Klinik Psixoloq – “Gizli hamiləlik” Atanur Akar – Psixoloq, fəlsəfə doktoru – “Yeniyetməlik dövrünün psixoloji problemləri” Obengül Ejder – Tibb elmlər doktoru, psixoterapevt – “Uşaqlıq dönəmində cinsi istismarın yetkinlik dövrünə təsiri və qarşısının alınması” Anna Fedorova – Tibb elmlər doktoru, professor –  “Cinsi terapiyanın əsasları” Ətraflı məlumat və qeydiyyat üçün: 050 899 46 48

Axır zamanın Filosof uşaqları-"İndiqo Kristal" İnsan proekti-Video

Psixoloq.az xəbər verir ki,Türkiyənin bir anda gündəmini bir birinə vuran filosof uşaq Atakan Kayalar bu indiqo uşaq mövzusunu  gündəmdə daha da canlandıraraq,insanları və bilim adamlarını bu barədə yenidən düşünməyə vadar etdi.Bu barədə Türkiyənin yotuberi Tuncer özünün  -Gizem avcısı youtube kanalında maraqlı araşdırma təqdim etmişdir.Həmin videonu sizlərə təqdim edirik. 

Martin İden Sindromu -Psixoloq Ofelia Əliyeva -Video

Psixoloq.az bildirir ki, bu sindrom Cek Londonun məşhur əsərinin adı ilə bağlıdır. Martin İden sindromuna tutulanlar əməksevərdirlər. Onlar gecə-gündüz var gücləri ilə işləyə bilərlər. Ancaq bir problem var: onlar bu gün üçün yaşamırlar. Hansısa naməlum gələcək üçün yaşayırlar.İstirahətlərini də bu naməlum gələcəyə görə heç edirlər. Məqsədləri heç vaxt dəqiq bilinmir. Hansısa məqsədlərinə çatanda ondan imtina edirlər. Düşünürlər ki, heç nə belə asan deyil. Bu insanlar gərgin rejimlə işləyirlər. İstirahəti itirilən xoşbəxtlik hesab edirlər. Məqsədləri yaşadıqları həyatdan üstündür. Bütün bunlar onları ruh düşkünlüyünə gətirib çıxarır və beləliklə, depressiyaya yuvarlanırlar.Martin İden sindromu ilə bağlı bu günlərdə özünün sosial hesablarında marifləndirmə aparan Psixoloq Ofelia Əliyeva  bu barədə maraqlı videosüjet hazırlamış,sindromun yaranma səbəblərindən və çıxış yolları barədə danışmışdır.Sindrom haqqında ətraflı məlumat ala bilməniz üçün həmin videonu sizinlə paylaşırıq.

Dejavu ilə gələcəyi görə bilərikmi?

İlk dəfə yaşadığımız dejavunun yaratdığı qəribə və ani hissləri çoğumuz bilirik.Fransız dilindən tərcümədə "çoxdan görülmüş” mənasını gələn dejavu bizdə əsrarəngiz hisslər yaradır. Yeni araşdırmalarda isə bunun hissiyatdan başqa heç nə olmadığı müəyyənləşib.Bu vəziyyəti açıqlayan bir çox nəzəriyyə mövcuddur. Amma ən qəbul olunan açıqlama yaddaşla bağlıdır. Sözlər dilimizin ucunda olduğu kimi xatirələr də beynimizin ucqar yerlərində ola bilər.Kolorado Universitetinin koqnitiv psixoloqu Anna Kleri araşdırmalarında bu fenomenin hisslərdən başqa bir şey olmadığını qeyd edib. Dejavu yaşayan insan kor-koranə divarın arxa tərəfində nə görəcəyini bilməyən insan kimidir. Digər elm adamları dejavunun xatirələrlə əlaqəli olduğunu müəyyən edib. Ancaq Kleri bundan öncəki araşdırmasında açıqladığı hipotezin qoruyucu açar olduğunu qeyd etmişdi. Xatirələrlə əlaqəsi olmadan, anidən ağlımıza gələn hər hansı məkan və hətta üz başqa bir məkana və ya üzə oxşaya bilər. Kleri qeyd edir ki, öncəki hadisələri xatırlamasaq da beynimiz bu oxşarlığı hiss edir.Kleri deyir ki, sınaqlara aid hesabatlar göstərir ki, dejavuda yaşanan hisslər gələcəyi təxmin edə bilər. 1959-cu ildə temporal korteksə uyğun olaraq, dejavuya səbəb olan hisslərin aradan qaldırıldığı müəyyən olunmuşdu. Bunlar sınaqda iştirak edən iştirakçılar tərəfindən hesabat şəklində qeydə alınıb. Kleri bundan öncəki sınaqlarda iştirakçıların sayını artıraraq 298 nəfərə çatdırıb. Komanda "The Sims” oyununda məkan olaraq eyni, amma quruluş baxımından fərqli olan bağça və tullantı sahəsi yaratmağa başlayıblar. Başqa bir təcrübədə iştirakçıların dejavu hissini yaşadığı təsdiq olunub. Yeni təcrübədə iştirakçılara bir neçə seriyadan ibarət tullantı məkanı və ya akvarium səhnəciklərində qadın səsi ilə səsləndirilən filmlərin adlarını təkrarlamaq tapşırılmışdı.Daha sonra sınaq videolarında üz baxımından fərqli, ancaq eyni tipli hazırlanmış videolar göstərilib. Əsas məqamda videoları dayandırıb, iştirakçılardan dejavu yaşayıb yaşamadıqlarını və bundan sonrakı hissədə nələr baş veriləcəyi soruşulub.İştirakçıların təxminən yarısı dejavu yaşadığını desə də, yerdə qalan heç nə hiss etmədiklərini bildiriblər. Buna görə də gələcəyi təxmim etmək kimi anlayış yoxdur.(xezerxeber)

Psixoloq pasiyent konsultasiyasının gizliliyi nə zaman pozula bilər?

Psixoloq pasiyent söhbəti hər zaman gizli qalır. Məhz bunun üçündür ki, pasiyentlər söhbət zamanı daha rahat olurlar. Bəs bu məxfilik pozula bilərmi? Psixoloq.az məxfiliyin pozula biləcəyi məqamları təqim edir: - Pasiyent özü və digər adamlar üçün riskli olarsa; - Yetkinliyə çatmamış şəxslərlə konsultasiya zamanı cinayətkar hərəkətlər aşkarlanarsa (zorakılıq, əxlaq pozğunluğu, münaqişə və s.);- Pasiyentin xəstəxanaya yerləşdirilməsi vacibdirsə; - Pasiyentin özü və digər adamlar narkotiklərin yayılmasında və cinayət hərəkətlərinin baş verməsində iştirak edirsə. Konsultant konsultasiya zamanı müəyyən edərsə ki, pasiyent kimin üçünsə təhlükəlidi, potensial qurbanı müdafiə etmək üçün ölçü götürməli, onun özü, yaxınlarına, qanunverici orqanlara məlumat verməlidir. Konsultant həmçinin pasiyentə nə etmək istədiyini deməlidir.

Hər növ problemlərin həlli - Psixoloji konsultasiyanın istiqamətləri

Psixoloq.az psixoloji konsultasiyanın bir çox istiqamətlərini təqdim edir: İntim-fərdi konsultasiya. Pasiyentin daxili problemi həll etməyi qarşısına məqsəd qoyur. (buraya həyatın mənasını anlamaq, insanlarla münasibətdə həyəcan, aqressiyanı aradan qaldırmaq və s. daxildir).Ailə konsultasiyası. Buraya təkcə ailə cütlükləri aparılan konsultasiya aid edilmir. Eyni zamanda ailə qurmağı planlayan cütlüklər, sevgili olanlar, valideyn-uşaq münasibətlərini, ailə üzvləri arasında münasibətlərin motivini anlamaq və s. məqamlar daxildi.Peşəkar fəaliyyətlə bağlı konsultasiya. Bu konsultasiya prosesinə peşə seçimi ilə bağlı ortaya çıxan suallara cavab axtarmaq, düzgün seçim etmək kimi məqamlar daxildi.   Təşkilati məsələlərlə bağlı aparılan konsultasiya. Buraya təşkilat daxilində çalışan işçilər arasında münasibət, motivasiyanın formalaşdırılması, uğurlu idarəetmə və s bu kimi məqamlara aydınlıq gətirmək daxildi.

"Sosial şəbəkələr narkotik asıllığı kimidir"

Sosial şəbəkələrin hər bir insana zərərindən bir çoxları xəbərdardır. Ancaq narkotik asıllı yarada biləcəyindən xəbərdarsınız? Psixoloq.az xəbər verir ki,  psixoloq Gülnarə İnanc bildirib ki, müasir günümüzü sosial şəbəkələrsiz təsəvvür etmək mümkünsüzdür:  "Sosial şəbəkələrdən konkret məqsədlər üçün istifadə etmək olar, həm də tam əksi olaraq sistemsiz istifadə də mümkündür. Sosial şəbəkələrə bağlılıq narkotik asılığı kimidir. İnsanlar bütünlüklə sosial şəbəkəyə çəkiləndə ailə münasibətləri inkişaf etmir".

Pul insanı dəyişir? - Araşdırma

Son illərin bir çox araşdırmaları göstərib ki, insan nə qədər zənginləşsə o qədər xəsis və ləyaqətsiz olur. Son illərin bir çox araşdırmaları göstərib ki, insan nə qədər zənginləşsə o qədər xəsis və ləyaqətsiz olur. Lakin buradan belə bir sual meydana çıxır: Onların belə xəsis olması varlanmaqlarına səbəb olub, yoxsa pul onların mənəviyyatını dəyişə bilib? Alimlər bunu bir neçə üsullarla müəyyənləşdirməyə cəhd göstəriblər. Məsələn, 1993-cü ildə aparılan araşdırmaya əsasən məlum olub ki,  iqtisadiyyat fakultəsində təhsil alan tələbələrin çoxu psixologiya və memarlıqda təhsil alanlardan daha xəsisdilər. Ümimilkdə  müəyyən edilib ki, pulun çoxluğu tədricən insanı eqoist birinə çevirə bilir. Sosial eksperiment olaraq bir psixoloq San Fransiskoda bir eksperiment keçirib.  Onun eksperimenti piyada yollarının müşahidəsi olub. Məlum olub ki, piyada yollarında bahalı maşınlara sahib insanlar piyadalara daha az yol verirlər. Lakin daha ucuz avtomobili olan adamlar piyadalara daha tez yol verirlər. Bu tədqiqatların əksini iddia edən tədqiqatçılar da var. Onlar bildirirlər ki, əslində az imkanlı insanlar  çox pul xərcləyə bilmirlər.(milli.az)

Uşaqlarınıza yaşıl rəngli paltarlar geyindirməyin - Səbəbi?

Qidalar orqanizmi bəslədiyi kimi, rənglər də ruhu bəsləyir. Həyatı rənglərsiz təsəvvür etmək çətin olar. Çünki təbiətin, rastlaşdığımız hər bir obyektin, hətta insanların xarakterinin belə öz rəngi var. Psixoloq.az xəbər verir ki, psixoloq Xatirə Səfərova Baku TV-yə açıqlamasında deyib ki, rənglər insan psixologiyasında böyük rol oynayır: "İstər müştəri xidmətlərində, istər iqtisadi cəhətdən formalaşmasında, iş biznesinin planlamasında, uşaqların inkişafında çox böyük önəmi var".  O, əvvəlcə qırmızı rəngin mənasından danışıb: "Qırmızı rəngi enerjili, daha çox riskli, aqressiyası çox olan və cəsarətli insanlar sevir. Qırmızı rəng iştahaaçıcı rəngdir. Əgər bir insanın iştahası aşağıdırsa, ona qırmızı rəngi məsləhət görürlər". Müsahibimiz mavi rəngi iş görüşmələrinə geyinməyi tövsiyə edib: "Mavi rəng sakitləşdirici, intellekt rəngidir. İş görüşmələrinə gedəndə mavi rəngli paltarın geyinilməsi ağıllı, səmimi söhbətə gətirib-çıxarır. Mavi rəngdən çox istifadə olunması insanı daim gərginlikdə saxlayır. Tünd mavi rəng isə siyasi görüşlərin rəngidir. Tünd göy rəngə müraciət edən insanlar özlərini daim idarə edə bilənlərdir. Uğurlu biznesmenlər tünd göy rəngdən istifadə edirlər". O, yaşıl rəngli geyimləri uşaqlara geyindirməməyi məsləhət görüb: "Yaşıl rəng təbiətin rəngidir. Həmin rəng sakitləşdirici, təmizlik effekti verir. Yaşıl rəng ondan çox istifadə edən insanlarda sakitlik yaradır. Uşaqlara bu rəngi çox geyindirmək olmaz. Çünki uşaqlar öz energetik qabiliyyətlərini, daxili dünyasını çıxara bilmir. Bir növ donub qalır". Xatirə Səfərova digər rənglərin xarakteristikasından da danışıb: "Bənövşəyi rəngi sevənlər yenilikçidirlər, tərifi çox sevirlər və eqolu olurlar. Sarı rəng işıqdır, enerjidir, optimist insanların rəngidir. Sarı rəngi sevənlərin əksəriyyəti fikirlərini tez-tez dəyişirlər. Eyni zamanda, onlar müvəqqəti bir yerdə qalmağı sevmirlər. Sarı rəngi sevən insanlar iddialı olurlar, diqqət çəkməyi bacarırlar. Sarı rəngin mənfi cəhəti də var. O, uşaqların inkişafına yaxşı təsir etmir". O, ölkədə tünd rəngli geyimlərin çox istifadə olunmasının səbəblərini də qeyd edib: "Çəhrayı rəngi sevən insanlar "mən buradayam" deyir. Bu rəngi xoşlayanlar konfliktə meyilli olurlar. Ağ rəngə üstünlük vermək təmizlik, işgüzarlıq qabiliyyətlərinin olduğunu göstərir. İddialı, əmin, inkaredici xarakterə malik insanlardır. Şərq millətləri pessimistliyə meyilli olduğu üçün qara rəngi sevirlər".

Psixoloji inkişaf yoxlanması hansı aylarda olmalıdır?

Uşaqlar bir birindən fərqli şəkildə böyüyür və inkişafları boyunca fərqli davranış formaları ortaya qoyurlar. Bununla yanaşı, uşağınızın ilk gülümsəməsi, ilk addımı, ilk kəlmələri həm vaxt olaraq həm də forma olaraq başqa uşaqlardan fərqlilik göstərə bilər. İnsanın həyatı boyunca qət etdiyi inkişaf mərhələləri sadəcə uşaqlıq və yeniyetməlik dövrlərində sabitdir deyilə bilər. Aidiyyəti üzrə kifayət qədər elastik olan bu mərhələlərin zamanında və gözlənildiyi kimi yaşana bilməməsi inkişaf baxımından bəzi ipucları ortaya çıxarda bilər. İnkişaf baxımından ortaya çıxan pozuntular vəya ləngimələr vaxtında və erkən təsbit edildiyində lazım olan müdaxilələrlə düzəldilə bilər.İnkişaf mütəxəssisləri həm müşahidəyə bağlı olaraq həm də müasir inkişaf inventarlarının köməyi ilə inkişaf pozuntularını təyin edə bilməkdədir. Bir sıra inkişaf etmiş ölkələrdə İnkişaf Yoxlaması (Developmental Screening) adıyla bu cür müayinə və qiymətləndirmələr məcburidir. İnkişaf Yoxlaması pediatr, uşaq və yeniyetmə psixiatrı, uşaq və inkişaf terapevti kimi mütəxəssislər tərəfindən tətbiq olunur. Ameika Pediatrlar Akademiyası inkişaf yoxlamasını hər uşaq üçün 9-cu ay, 18-ci ay, 24-cü ay və 30-cu aylarda tətbiq olunmasını və bu dövrlər üçün keçərli olan standardların ödənilib ödənilməməsinin təyin olunmasını tövsiyyə edir.(Meduna.az)

Evdən çölə çıxmamaq - Baş verən fobiyanın səbəbləri nədir?

Bəziləri evdən çölə çıxa bilmir. Və ya çıxdıqları zaman başlarına bəla gələcəyini düşünürlər. Bəs aqorafobiyanın səbəbləri nədir? 1. Sinir sistemində meydana gələn problemlərdən qaynaqlana bilər. Bu vəziyyət biolojik vəziyyətdən də qaynaqlana bilər.2. Ailə içində aqorafobiyalı biri varsa, bu ehtimal daha çoxdur. Yəni genetik səbəblərdən qaynaqlana bilər.3. Şəxs hansısa travma keçiribsə, bu da həmin fobiyaya səbəb ola bilər.Qeyd edək ki, müalicə üsulu üçün psixoloq terapiyasına müraciət etmək lazımdır. Bəzi dərman və antidepressantlarla müalicəsi mümkündür.