Psixoloq.az xəbər verir ki,gənc psixoloq Leyla Qasımova bir müddət öncə sosial şəbəkələrdə böyük marağa səbəb olan Dinlə layihəsini təqdim etmişdir.Yüksək əhval ruhiyyə ilə hazırlanmış Dinlə layihəsi öyrədici və marifləndirici layihə olmaqla yanaşı psixoterapevtik təsirə malikdir.Həmin video motivasiyalardan birini sizə təqdim edirik.
Bu metodun ixtiraçısı Prof.Dr.Alfred Tomatis 1920-2001- ci illər arasında yaşamış bir qulaq, burun, boğaz həkimi və səs alimidir. Tomatis eyni zamanda Antropoloji və Psixoloji sahələrində ixtisaslaşıb. Fransada ixtisası olan karlıq üzrə çalışmalar həyata keçirərək məşhur müğənnilərə uzun illər şəxsi məsləhətçilik edib. Tomatis metodu sağ və sol qulağın balanslı işləməsini və yaxşı səs analizini apara bilməsini həyata keçirir. Metodun başqa bir məqsədində isə sağ qulağın daha təzyiqli olması hədəflənir. Sağ qulaq sol beyinə gedən ən qısa və ən tez yoldur. Sol beyin analitikdir və məntiqlə idarə olunur. Sol qulaq sağ beyinə gedən yol isə daha emosional , yaradıcı, sosiallığı çox yüksək , empati quran şəxsləri təmsil edir. Şagird(öyrənən) yaxşı eşitdiyi və eşitdiyini doğru analiz edəbildiyi müddətcə dərslərini dinləməkdən zövq alır, diqqətini və əsasəndə seçici diqqətini artırır, özünə olan güvəni yerinə gəlir, beləliklə də qabiliyyəti yüksəlir. Bundan başqa əlaqə qurmaq qabiliyyəti qüvvətlənir, nitqində axıcılıq yaranır, sosiallaşması artır, stress və narahatlığı azalır(əsasən öyrənənlərin daha sıx yaşadığı imtahan həyəcanı,narahatlığı və stressi), oxuma və oxuduğunu anlama və yazma bacarıqları qüvvətlənir, motor bacarıqlarında problem varsa onları aradan qaldırır, akademik bacarıqları artırır, hiperaktivlik problemlərini və planlama təşkilatçılıq pozuntularını, autizm, depressiya, sinir kimi duyğu və davranış problemlərində də gözlə görüləbiləcək bir dəyişiklik yaradır.Tomatisə görə qulaq sadəcə bir dinləmə, eşitmə orqanı deyil, eyni zamanda koordinasya mərkəzi (vestibulyar sistem) , beynin ən önəmli enerji qaynağı ve sinir sistemimizə açılan bir qapıdır. Səsin, qulaqlıq vasitəsi ilə həm sümük həm də sinxron olaraq havadan qulağa gəlməsini təmin edir, daha diqqətli bir dinləmə və bu səbəbdən daha təmiz nitqi təmin edən bir alternativ metoddur Qulaqlar daha az eşitməyə başlayanda lazımi səsləri qulağa tam olaraq çatdıra bilmədiyində beyində əksik və ya yanlış qəbuletmələr ola bilər. Bunun nəticəsində yorğunluqdan depressiyaya,öyrənmə çətinliyindən əlaqə pozulmasına, diqqət əksikliyi sindromundan qulaq küyünə qədər bir çox problemə səbəb olur. Bəzən isə eşidirik ancaq dinləmirik.Qulağa düzgün tezliklərlə düzgün səslər yönləndirildiyində isə tam əksinə olaraq bir sıra xəstəliklərin sağalmasına şərait yaranır. Tomatis metodu da tam bu nöqtədə hərəkətə keçir. Tomatis metodu autizmdən öyrənmə çətinliyinə, depressiyadan diqqət pozuntusuna qədər fərqli problemlər üçün yaxşı bir həll yoludur. Bəs dinləmə seansları hansı müddətdə davam edir? Hər bir şəxsə ayrı-ayrılıqda yaşadığı problemə görə dinləmə proqramı hazırlanır və qulaqlıq ilə seçilən musiqilər dinlədilir. Şəxsə uyğun hazırlanan dinləmə seansları 14 gün ərzində hər gün 30-120 dəqiqə arası olmaqla davam edir və 4 və ya 6 həftəlik aradan sonra şəxsin ehtiyacına və aparılan testlərin nəticəsinə uyğun olaraq lazım bilinərsə ikinci 14 günlük proqrama başlanılır. Dinləmə müalicəsində necə musiqilər dinlətdirilir? Xüsusi seçilmiş musiqilər şəxsin ehtiyacına və problemlərinə görə təyin olunur və qulaqlıq vasitəsilə dinlətdirilir. Dr.Tomatisə görə qulağın erkən inkişafının səbəbi sinir sisteminin inkişafına enerji təmin etməkdə oynadığı roldur. Məhz bundan faydalanaraq Dr.Tomatis seçilmiş səslərdən istifadə etməyə qərar vermiş və qulağın səsləri ayırdetmə funksiyasının asanlaşdırılması yolunu tapmışdır. 4000 hz ətrafında filtrasiya xidməti sayəsində beyin özünü müəyyən sahələrin akustik analizinə yönləndirir. Musiqilərdə əsasən tezlikləri və şiddətləri dəyişdirilmiş Mozart musiqiləri istifadə edilir. Tomatis metodundan hansı vəziyyətlərdə faydalanılır? Uşaqlar üçün istifadə sahələri: Aksiyete(narahatlıq,qorxu,gərginlik,sıxıntı halı) İmtahan stressi və narahatlığı Diqqət əksikliyi hiperaktivlik pozuntusu(DDHP) Danışıq və ifadəetmə bacarıqlarının gücləndirilməsi Kəkələmə və nitqdə ləngimə Konsentrasiya əksikliyi Özünə inam əksikliyi Öyrənmədə çətinlik Disleksiya Çox rastlanan inkişaf pozuntusu Fiziki qüsurlu(Daun,serebral iflic) Autizm Disqrafiya Asperger sindromu Yetkinlər üçün istifadə sahələri Stress İmtahan narahatlığı Depressiya Effektiv emosional pozuntu Yorğunluq,enerjisizlik Yuxu problemləri Təşkilati pozulmalar Özünə inam əksikliyi Psixo-somatik xəstəliklər(Migren,panik atak və s.) Konsentrasiya əksikliyi Səs və musiqi duyumunun inkişafı Elaqə və ifadə etmə zəifliyi Diqqət əksikliyi Ana namizədləri üçün istifadə olunan sahələr Rahatlama Stressdən qorunma Doğuş qorxusu və narahatlığı Əmizdirmə çətinlikləri Qorxuları azaltma Körpə ilə daha yaxşı əlaqəyə girmə Yuxu keyfiyyətinin artması Körpənin həyata uyğunlaşma müddətini qısaltmaq.
Rəqs terapiyası–bədən və hərəkətlərin vasitəsi ilə şəxsin öz hisslərini və konfliktlərini yaşamasına, tanımasına və ifadə etməsinə kömək etməsi üçün psixoterapiya metodudur. Rəqs terapiyasının inkişafına mühüm töhvəni Wilhelm Reich`in “мышечный панцирь” nəzəriyyəsi gətirib. O ilk dəfə sübut edib ki, insanın əzələ spazmı, sıxıntısı ( “мышечный панцирь”) uşaqlıqda yaranır, bu da daha çox cəzalandırılmaq qorxusu (misal:valideyn uşağını tərbiyə edərək hər hansısa qadağalar qoyur və bəzən də cəzalar verə bilər, bu zamanda uşağın əzələlərində müəyyən sıxıntılar yarana bilər), qəzəb, narahatlıq və daim insanın cinsi duyğularının basdırılmaq gərəkliyi ilə əlaqəli olur. Nəticədə komplekslər və sıxıntılar bədəndə yığılır və müxtəlif zehni və somatik xəstəliklərə yol aça bilər. Wilhelm Reich pasiyentlərin spontan bədən hərəkətləri ilə düzgün tənəffüs zamanı əzələ gərginliyini, sıxıntıları azalda bilər, hansılar ki insanın yaşamasına mane olur. Rəqs terapiyasının faydaları Rəqs terapiyası bir çox problemlərlə mübarizə aparmaq üçün istifadə edilə bilər: Emosiyaların əks etdirilməsi, emosional vəziyyətin yaxşılaşması.Fərqindəliyin artması (özünü dərk etmə), özünə inam, müstəqil və sağlam fərdiləşdirmə bacarığı,Düşüncə, duyğu və hərəkət arasındakı əlaqələrin qurulması,Adaptiv mexanizmlərin inkişafı və dəyişənlərin öhdəsindən gəlmə qabiliyyəti,Dominant, intensiv düşüncələr və hisslərlə başa çıxma (öhdəsindən gəlmək) və onları ifadə edə bilmək,Uğursuzluq qorxusu,Şəxslərarası konfliktlər,ünsiyət bacarığının olmaması, kommunikativ bacarığın çatışmaması (ünsiyyət bacarığının əksikliyi),Rəqs terapiyası daha çox problemləri haqqında birbaşa danışmağı bacarmayan, danışmaq istəməyən şəxslər üçün məsləhət görülür. Müəllif: Klinik psixoloq Nərmin Sucayeva
Pozitiv psixoterapiya qısa müddətə hesablanmış psixoterapiya metodu olmaqla Nüsrət Pezeşkian tərəfindən 1968-ci ildə yaradılmışdır. Bu metod istənilən, hətta ən mürəkkəb vəziyyətlərdə pozitiv qərarların qəbul edilməsi üçün insanın daxili resurslarının səfərbər edilməsinə yönəlmişdir. Bu metod humanistik, psixodinamik və inteqrativ bir metod olmaqla effektivliyi Almaniyada klinik tədqiqatlarla sübut edilmiş və Almaniyanın ən yüksək Richard-Merten elm mükafatına layiq görülmüşdür. Metodun psixosomatika sahəsində tətbiqi ilə bağlı geniş tədqiqatlar aparılmış və onların nəticələri "Pozitiv psixoterapiya psixosomatikada" adlı kitabda toplanmışdır. Nə üçün məhz pozitiv psixoterapiya? Metodun adı latınca “positum” (gerçəkdə olan, real, mövcud) sözündən götürülmüşdür. Burada əsas ideya insanın xəstəliyi, simptomlar və ya problemlə deyil, onun aktual qabiliyyətləri ilə işdir. Aktual qabiliyyətlər şəxsiyyətin o cəhətləridir ki, insanın gündəlik həyatında müxtəlif vəziyyətlərdə həmişə özünü göstərir. Pozitiv psixoterapiyanın əsas ideyasından çıxış edərək, demək olar: sağlam o insan deyil ki, problemi yoxdur, o insandır ki, meydana çıxan çətinliklərin öhdəsindən necə gəlməyi bilir, problemli vəziyyətlərin həllində mümkün ən yaxşı həll yolunu tapmağı bacarır. Pozitiv psixoterapiya bir metoddur ki, insanın özü haqqında bilik verir, ona ətraf dünya ilə konfliktə girməyi deyil, gerçəkliyi bütün tərəfləri və rənglər qamması ilə qəbul etməyi öyrədir. Pozitiv psixoterapiyanın əsas müddəaları 1. Metodun ideyasına görə, insan haqqında pozitiv təsəvvür bu fikirdən qaynaqlanır ki, hər bir insan doğuşdan iki əsas (baza) qabiliyyətə malikdir: dərk etmək və sevmək. Anadangəlmə fiziki xüsusiyyətlərdən, ətraf mühitdən (ailə və mədəni mühit), o insanın yaşadığı dövrün spesifik cəhətlərindən asılı olaraq bu iki qabiliyyət – “bilmək” və “sevmək” bir-birindən ayrılır (differensasiya olunur) və formalaşır. Bununla da şəxsiyyətin əsas xasiyyətlərinin təkrarolunmaz kombinasiyası yaranır. Hər iki baza qabiliyyət bir-birilə sıx şəkildə əlaqədardır:bunlardan birinin inkişaf səviyyəsi digərinin inkişafını asanlaşdırır və dəstəkləyir. Pozitiv psixoterapiyada insan haqqında təsəvvür bu postulat üzərində qurulur: insan təbiəti, mahiyyəti etibarilə xeyirdir (pozitivdir) və fitrətən xeyirə can atmağa meyillidir. 2. Pozitiv psixoterapiya metodu belə bir dərin inama əsaslanır ki, hər kəsə xoşbəxt yaşamaq üçün bütün zəruri fərdi qabiliyyətlər verilmişdir. Hər bir insanın öz şəxsi inkişafı, potensialının açılması və fərdi özünüdərki üçün həyatın sonsuz imkanlarına əli çatır. İnsan belə yaradılmışdır ki, insanın ən qiymətli şeyləri onun içində gizlənmişdir və yaxud bu şeylər kiçik toxumlar şəklindədir ki, bütün həyatımız boyu inkişaf edir. İnsan qiymətli cəvahirlə dolu bir mədəndir. Əsas məsələ bu qiymətli xəzinəni tapmaq, onu insanın qəlbinin dərinliyindən çıxarmaq və qabiliyyət və istedad şəklində göstərməkdir ki, bu da son nəticədə insanın missiyasının gerçəkləşməsinə gətirib çıxarır. Şəxsi həyati missiyanın həyata keçməsi məmnuniyyət və xoşbəxtliyin əsasıdır. 3. Bu metodun mübahisəsiz üstünlüyü onun fundamentallığı, universallığı, bunlarla yanaşı, bütün sosial və yaş kateqoriyalarından olan insanların əlinin ona yetməsinin asan olmasıdır. Dilin sadəliyi, sistemli yanaşma, özünə kömək etməyin öyrədilməsi, müxtəlif peşəkar qruplardan olan getdikcə daha çox insanları cəlb edir. Sadəlik və universallıq prinsipi hər kəsə imkan verir ki, Pezeşkianın ideyalarını öz həyatında hətta elementar psixoloji təhsil olmadan belə, gündəlik həyatında tətbiq edə bilsin. 4. Bu psixoterapiya metodunun dəyəri ondadır ki, burada problemə transkultural yanaşma bucağından baxılır. Bu metod üzrə mütəxəssis dünya xalqlarının çox müxtəlif mənəvi və mədəni xüsusiyyətləri barədə xüsusi həssaslığa və qiymətli biliklərə malikdir. İnsanın doğulduğu mühitin spesifikası, mənəvi ortama önyarğı ilə baxılmır, əksinə, hörmətlə yanaşılır. Metodun transkultural yanaşması fikri, insanlığın fərqlərində deyil, oxşarlıqlarında toplamağı təklif edir. Metodun diqqət mərkəzində iki məsələ araşdırılır: • İnsanlarda ümumi olan nədir? • İnsanlar nə ilə fərqlənirlər? 5. Pozitiv psixoterapiyanın fəlsəfəsi insana onun dəyişmə (inkişaf və transformasiya) prosesində kompleks halda baxır: həm bədənin, həm də ruhun inkişafı qəbul edilir, onlar arasındakı sıx əlaqə və qarşılıqlı təsir təhlil edilir. Psixoterapiya zamanı mütəxəssisin diqqət mərkəzində şəxsiyyətin fərdi-bioloji, psixososial və mənəvi cəhətləri dayanır. Bu cür yanaşma daxili bütövlük əldə etməyə kömək edir, insan varlığının bütün cəhətləri nəzərə alınır. 6. Bu metodun prinsiplərinin tətbiqi yalnız psixoterapiya və konsultasiya ilə məhdudlaşmır, o digər tətbiqi sahələrdə də işlədilir. Metodun ideyaları təhsildə, təlimlər aparılmasında, səhiyyə profilaktikasında və biznesin idarə olunmasında səmərəli istifadə edilir. Metod, həmçinin, müasir bazarda kouçinq xidmətləri sferasında da özünü doğrultmuşdur. 7. Çoxlu psixoterapevtik məktəblər diqqəti şəxsiyyətin patoloji pozğunluqlarına, xəstəliklərə çəkirlər. Pozitiv psixoterapiyada isə psixoterapevtlə klientin qarşılıqlı əlaqəsində əsas vurğu insanın daxili imkanlarına vurulur – bu prosesdə daxili resurslar əsas və birinci dərəcəli yaxşılaşma – müalicə amilləridir. Metod şəxsiyyətin problemlərinin səbəbini insanları arasındakı ünsiyyətdə boğulmuş və inkişaf etməmiş aktual qabiliyyətlər sferalarında axtarır. Bu, konfliktlərin, həyatdakı problemlərin mənbəyinə gətirib çıxarır. 8. Metodun əsasında üç mühüm prinsip dayanır: Ümid prinsipi - bu insanın resursları üzərində fokuslanır. O, qabiliyyətləri hiss etməyə, şəxsi həyatda baş verən hər şey üçün məsuliyyəti qəbul etməyə kömək edir. Balans prinsipi – insanın həyatını və onun inkişafını dörd geniş və mühüm sfera çərçivəsində görür: - Bədən;(fiziki, bioloji funksiya, duyğular) - Nailiyyətlər (rasional) - Kontaktlar(münasibətlər) - Gələcək (fantaziya, məna, ideal) Bu prinsipin mahiyyəti - onlar arasında təbii harmoniyanın, ahəngin bərpa edilməsinə çalışmaqdır. İnsan həyatının bu dörd sferasından birində diqqət və ya inkişaf çatışmazlığı ahəngi, harmoniyanı pozur, müəyyən bir çatışmazlıq yaradır ki, bu da həyatda narazılıq, ümidsizlik, məyusluq və ya xəstəlik kimi üzə çıxır. Özünə kömək prinsipi - bu prinsip pozitiv psixoterapiya metodu daxilində 5 mərhələli metamodel şəklində təqdim edilir. O, şəxsiyyətin ətraf mühit və daxili dünyası ilə bir ahəngə düşməsi, adaptasiyası və inkişafı məqsədilə bir strategiya kimi istifadə edilir. Bu strategiyanı əvvəlcə psixoterapevt, sonra isə özünə kömək prosesində insanın özü onu tətbiq edir və ətrafındakı insanlara: ailə üzvlərinə, iş yoldaşlarına və dostlarına kömək edir. 9. Metodun mübahisəsiz üstünlüyü onun inkişafa və gələcəyə yönəlik olmasıdır. Bu metod indiki zamanın vəziyyətini qəbul edib gələcəyi formalaşdırmağı öyrədir. Həyatı üçün tam məsuliyyətin dərk və qəbul edilməsi hər kəsə kömək edir ki, öz gerçək vəziyyətini dəyişmək üçün konket addımlar atsın. Bu prinsipin mahiyyətini belə bir müdrik kəlamla ifadə etmək olar: “Əgər sən sabah heç vaxt malik olmadığın bir şeyə sahib olmaq istəyirsənsə, onda bu gün qərar qəbul edib heç vaxt etmədiyin şeyi etməlisən.” 10. Çox mühüm prinsip şəxsiyyətin unikallığıdır(bənzərsizliyidir). Həyatda standartlar yoxdur. İnsanın xoşbəxtliyinin mənbələrinin müxtəlifliyi və çoxcəhətliliyi məhz bundadır ki, “ola biləcək və ya kaş ki” olanlardan deyil, hal-hazırda “əlində olanı” istifadə etsin və məmnuniyyət hiss etsin. Bu günkü reallıqda insanı xoşbəxt edə biləcək, öz məqsədlərinə doğru irəli konkret atmaqda ona güc verəcək və ondan sevinc duyacaq şeyləri görə bilmək qabiliyyəti hər kəsi özünün “Mən”inin yaradıcısına çevirir və ona həyat müdrikliyi verir. Pozitiv psixoterapiya insanın öz həyatının balanslaşdırılması yollarından biridir, o, insana necə öz həyatının Müəllifi olmağı öyrədir. Pozitiv yanaşma dünyanı və ətraf aləmi insana tam “çəhrayı gözlüklərdən” göstərmir. Pozitiv yanaşma – hazırkı zaman anında əldə olan mövqedir, reallıq və imkandır. Pozitiv, gerçəkçi və konstruktiv olmaqdır, sadəlövh nikbinlik deyil. Pozitiv psixoterapiya bir metod kimi epoxanın gur hadisələr axınında itməmək, özünü tapmaq və belə bir fikrə inanmaqda insana kömək etmək məqsədi daşıyır ki, quş uçmaq üçün yaradıldığı kimi, insan da xoşbəxt olmaq üçün yaradılmışdır.
CBT psixi pozuntular üzərində işləyərkən və onların səbəbini araşdıran zaman psixiatriya elminə istinad edir. Terapiya prosesində istifadə olunan söz və davranış metodları da bu elmə əsaslanır. Bu müalicə üsulunun effektivliyi elmi araşdırmalar nəticəsində sübuta yetirilmiş və yüzlərcə klinik araşdırmalarla təsdiq olunmuşdur. Digər psixoterapiya metodlarından fərqli olaraq CBTda terapiyanın strukturu müddət və məzmun şəklində qurulub. Belə ki, öncə diqqət pasiyentin aktual problemlərinə yetirilir, daha məhdud müddət daxilində daha çox problemi həll etmək hədəf kimi seçilir. CBT təkcə konkret aktual problemlərin həllinə yönəlməklə qalmır, həm də müraciət edənlərin bütün yaşamları müddətində öz problemlərini həll etməkdə kömək olacaq bir sıra vərdişlərə yiyələndirir. Bu vərdişlər "əyri" düşüncələri təmir etmək, inanclarını dəyişdirmək, ətraf aləmlə yeni əlaqələr qurmaq, və davranış dəyişiklikləridir. Hadisələri necə qəbul ediriksə, onlara hansı prizmadan baxırıqsa, həyatımız da həmin yöndə dəyişər. Bu KBT-nın əsas çıxış nöqtəsidir.. Yəni "HADİSƏLƏRİ OLDUĞU KİMİ DEYİL, OLDUĞUMUZ KİMİ GÖRÜRÜK". Məsələn, bu yazını oxuyarkən oxuduqlarımızı qiymətləndirməyə və şərh etməyə başladıq. Bu sətirləri oxuyan bir adamın "çox gözəl, tam da mənim axtardığım, ehtiyacım olan terapiya növüdür" deyə düşündüyünü fərz edək, bu adam özünü xoşbəxt, həvəsli hiss edəcək. Başqa bir adamın isə bura qədər yazılanları oxuyarkən ağılından "yaxşı kimi görünür, amma mən edə bilməm, mən də işə yaramaz" şəklində düşüncələr keçmişsə bu adam da özünü həvəssiz və istəksiz hiss edəcək. Yəni, bu sətirləri oxuyan hər bir kəs zehnində buna münasibətini,şərhini verir, qiymətləndirir. Bu fikir duyğularımıza və davranışlarımıza təsir göstərir. Yəni, insanın reaksiyası birbaşa hal-hazırda olan durum, vəziyyətdən deyil (məsələn, bu yazını oxumaq) bununla bağlı düşüncələrdən təsirlənir. İnsan ağ bir lövhə kimi doğulur, ətrafdan ona üç cür mesaj gəlir: -Özümüz haqqında məlumat -Digər insanlar haqqında məlumat -Yaşadığımız dünya haqqında məlumat Biz onlara ƏSAS VƏ YA TƏMƏL İNANCLAR deyirik. Əslində heç birimiz bunların fərqində belə deyilik.Lakin sırf bu faktorlar bizim hadisələri analiz etmək qabiliyyətimizdə və hadisələrə verdiyimiz reaksiyalarda ortaya çıxır. Məsələn, bir uşağa davamlı olaraq sən gözəlsən, ağıllısan, bacarıqlısan, dəyərlisən deyilsə uşaq həyatı boyu özünü elə təsəvvür edəcək, elə qələmə verəcək. SEANSLAR Müalicədə pasiyentlə terapist müxtəlif problemləri üzə çıxarmaq və anlamaq üçün, əməkdaşlıq edir, bir-birinə yardım göstərir və duyğu və davranışlar arasındakı münasibətləri açmağa çalışır. Bu terapiya növü ümumiyyətlə "İNDİI VƏ BURADA" prinsipinə, yəni həmin anda aktual olan problem və ya çətinliyə fokuslanır. Terapist və pasiyent birlikdə işləyirlər və qarşılarına qoyduğu məqsədə çatmaq, dəyişim yarada bilmək üçün seans zamanı aldıqları qərarları pasiyent senaslar arasında icra edir.. Seans zamanı alınan qərarların, davranışlarda təzahür etdirilməsi üçün pasiyentə ev tapşırıqları verilir. Terapist və pasiyent birlikdə pasiyentin problemi haqqında ortaq bir fikir əldə edərək problemi birlikdə anlamağa, mövcud problemin pasiyentin DÜŞÜNCƏ, DUYĞU VƏ DAVRANIŞLARINI və gün ərzində fəaliyyətinə necə təsir etdiyini tədqiq etməyə çalışırlar.. Müalicənin məqsədi pasiyentin problemlərini həll etməyində hələ də istifadə etdiyi klassik üsullarından daha faydalı ola biləcək YENİ HƏLLƏR YARADA BİLMƏSİNİ təmin etməkdir. MÜALİCƏ MÜDDƏTİ Hər hansı istisnai hallar nəzərə alınnmadıqda CBT-nın müddətinə terapist və pasiyent birlikdə qərar verir. Adətən hər bir psixoloqun 2-3 seansdan sonra ilk seansda müzakirə edilmiş məqsədlərə nə qədər müddətdə çatıla biləcəyi mövzusunda bir hipotezi yaranır. Bəzi pasiyentlər üçün 6-10 seans kimi çox qısa bir müddət kafi ola bilər. Daha ağır problemləri olan pasiyentlər aylarla hətta bir ili keçən bir müddət boyunca müalicədə qalmağı seçə bilərlər. Müliacənin əvvəlində əgər riskli bir durum yoxdursa (məsələn. intihar riski, cinayətə meyillilik və s) bu zaman seans həftədə bir dəfəyə təyin edilir. Müsbət nəticələr əldə etməyə başladıqca seanslar arasındakı zaman intervalı artmalıdır, əvvəl 15 gündə bir daha sonra üç həftədə birə doğru görüşmələr pilləli olaraq seyrəkləşdirilir. Bu hələ müalicə zamanı öyrənilən bacarıqların gündəlik həyatda tətbiq olunaraq sınanması şansını verir. Müalicə sona çatdıqdan 3, 6 və 12 ay sonra bir möhkəmləndirmə seansı keçirilir. DƏRMAN CBT ilə dərman müalicəsinin paralel getməsi mümkündür. Dərman istifadəsi məsləhət görülən hallarda terapist bunun pasiyentlə müzakirə etməli, bunun müsbət və mənfi nəticələrini öncədən qeyd etməlidir.Dərmansız, yalnız terapiya ilə müalicə oluna bilən xəstəliklər olduğu kimi, terapiyasız, sadəcə dərmanla müalicə oluna bilən psixi pozğunluqlar da ola bilər. Əgər problem hər iki cür həll oluna bilərsə bu zaman seçimi pasiyent özü etməlidir. Bəzən, hər iki müalicə növünün tətbiqi məsləhət görülür. NƏTİCƏLƏR Bir çox pasiyent əgər güvənərək və inanaraq seanslara davam edər və seans xarici zamanlarda təklif edilən texnikaları hər gün gündəlik həyatlarında istifadə etsələr 4-5 seans sonra psixopatalojiəlamətlərində bir azalma yarandığının fərqinə varacaq. Eyni zamanda pasiyent mütəmadi olaraq bir sıra psixoloji testlərdən keçirlir ki, testin nəticəsində də müalicənin effektivliyi özünü göstərir. CBT: ÇƏTİNLİK YARADAN SİMPTOLARI HƏDƏFLƏYƏN NARAHATLIĞI AZALTMAĞI DÜŞÜNCƏ TƏRZİNİ YENIDEN GÖZDƏN KEÇİRMƏYİ PROBLEMİN HƏLLİNDƏ YENİ METODLARIN, ÜSULLARIN YARADILMASINI AŞILAYAN təsirliliyi araşdırmalarla sübut olunmuş bir psixoterapiya növüdür. CBT uşaq və yeniyetmələr üzərində də mübət nəticələr verir. Ümumiyyətlə DEPRESSİYA, MÜXTƏLİF PSİXOLOJİ POZUNTULAR, DİQQƏT ƏKSİKLİYİ VƏ HİPERAKTİVLİK, ENUREZ HALLARINDA, TRAVMA VƏ TRAVMA SONRASI YARANAN STRES ilə əlaqəli simptomların müalicəsində istifadə edilir. Bu müalicə növünün təsirliliyini göstərən elmi məlumatlar mövcuddur. Bu məlumatlar KBTnınaşağıdagöstərilən və sıx müşahidə olunan psixi pozğunluqların müalicəsində təsirli olduğunu göstərmişdir: • OBSESSİV KOMPULSIV POZUNTU • PANIK ATAK • TRAVMA SONRASI STRESS POZUNTUSU • DEPRESSİYA • AİLƏ VƏ CÜTLÜK PROBLEMLƏRİ • ASILILIQLAR • QİDALANMA POZUNTULARI • SOSİAL FOBIYA • SPESİFİK FOBİYALAR • DAVRANIŞ POZUNTULARI • ŞIZOFRENIYA • BİPOLYAR POZUNTU • YUXU POZUNTULARI Aytən Eminova Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs
Tranzakt analiz ” Tranzaktio” latınca sövdələşmə,sözləşmə; “Analiz” parçalanma, ayrılma deməkdir.Erik Bern tərəfindən yaradılıb.Bernin nəzəriyyəsi şəxsiyyətin strukturunun analizin uğrunda qurulub. Məqsəd : Şəxsiyyətin dəyişilməsinə yönəlib.Tranzakt analiz 2 modelə ayrılıb : struktur və funksional model.Struktur:Valideyn eqo vəziyyətiYetkin eqo vəziyyətiUşaq eqo vəziyyətiFunksional :Valideyn – Kontrol edən valideyn,Tərbiyə edən valideynYetkin – dəyişilmirUşaq- Azad uşaq, Adaptativ uşaqValideyn eqo vəziyyəti – valideyndən götürülmüş hisslər,fikirlər,davranış; yəni hazır prinsiplərlə davranış modelini himayə edir.Yetkin eqo vəziyyəti – indi və burada prinsipinə əsaslanır, bu prinsipin əsasını fikirlər,davranış və hisslər yetkin insan kimi qərar vermək nəzərdə tutulur.Uşaq eqo vəziyyəti – uşaqlıq dövrünə aid fikirləri, davranışı uşaq kimi özünü aparmaq.Uşaqlıqda olduğumuz vəziyyətdə oluruq.TA-in əsas məqsədi şəxsiyyətin dəyişməsinə istiqamətlənir. Şəxsiyyətin problemlərinin dərk olunmasına son məqsəd kimi baxılmır.Əksinə, dərketmə şəxsiyyətin dəyişdirilməsinin əsas aləti hesab olunur.Əvvəlcə qərar qəbul olunur və daha sonra həyata keçirilir. Belə müddətdə terapiya uzun müddət aparılır.İlk dəfə ssenari nəzəriyyəsini Erik Bern tərəfindən işlənilmişdir.Daha sonra Klod Steiner bu nəzəriyyə ilə məşğul olmuşdur. O vaxtdan çox müəlliflər öz ideyalarını irəli sürmüşlər.Həyat ssenarisi TA-in əsas konsepsiyasını irəli sürür.– Ssenari bu həyatın planıdır.– Ssenari hesablaşmaya(finala aparır)– İnsan özü ssenari haqqında qərar qəbul edir– Ssenari valideynlər tərəfindən möhkəmləndirilir– Ssenari dərk olunmur– Biz ssenariyə “bəraət ” qazandıraraq reallığı təhrif edirik.Ssenari prosesi:“Hələ deyil”“Sonra”“Heç vaxt ”“Həmişə ”“Demək olar ki”“Açıq son”
EMDR (Göz hərəkətləriylə laqeydləşdirmə və yenidən emal) 1987-ci ildə Amerikalı psixoloq Francine Shapiro tərəfindən kəşf edilən psixoterapiya texnikasıdır.Aspirantura tezisiylə məşğul olduğu sırada, könüllü göz hərəkətləriylə birlikdə narahat edici düşüncələri düşünəndə,bu düşüncələrin yaratdığı mənfi hisslərin azaldığını görən Shapiro,bu kəşfinin fəaliyyətini araşdırmaq adına travma sonrası stress pozğunluğu olan Vyetnam veteranlarıyla,təcavüz və cinsi istismar mağdurlarıyla araşdırmalar etmişdir.Bu araşdırmalar nəticəsində göz hərəkətləriylə laqeydləşdirmə (EMDR) travmatik yaşantıların mənfi təsirlərinin mənalı dərəcədə azaltdığını görmüşdür. Araşdırmalarına davam edən Shapiro,göz hərəkətləriylə laqeydləşdirmə (EMDR) tətbiq etdiyi konsultantların və EMDR\'ni tətbiq edən digər kliniklərin verdiyi əks reaksiya çərçivəsində,müalicə sonrası xəstələrdə travmatik həyatla əlaqədar yaranan fikir və idrak dəyişiklikləri də əlavə edərək, EMDR texnikasını inkişaf etdirərək bu gün istifadə edilən şəklini vermişdir (EMDR). Shapiro EMDR\'nin işləyişini və fəaliyyətini açıqlamaq adına \"İnformasiya Generasiya Nəzəriyyəsi\" adını verdiyi bir nəzəriyyə ortaya çıxarmışdır.Bu nəzəriyyəyə görə bütün insanların fizioloji əsaslı bir məlumat emal sistemi vardır.Bu sistem,bizim təcrübələrimiz və xatirələrimizin onlara çataraq ən təsirli şəkildə fəaliyyətini təmin edir.Xatirələrimiz,zehində onlarla əlaqədar düşüncələr,şəkillər,duyğular və hisslər şəklində saxlanılır.Öyrənmə prosesi,yeni məlumatların,yaddaşımızda hal-hazırda olan köhnə məlumatlarla əlaqəyə keçə bilməsiylə olur.Çox mənfi ya da travmatik bir hadisə yaşananda,bu hadisəylə bağlı yaranan mənfi duyğular,informasiya emal prosesinə müdaxilə etməkdə və bu əməliyyatın yarıda qalmasına səbəb olmaqdadır.Beləcə travmatik anının,yaddaşın digər qisimlərində tutulan digər məlumatlarla əlaqəsi qopmuş olur. Məsələn,bir təcavüz qurbanı,yaşadığı hadisənin təcavüzcünün günahı olduğunu bilir,lakin bu məlumatla,travma sonrası yaranan özünü günahlandırma hissi ilə əlaqəyə keçə bilmədiyi üçün hücumun öz günahı olduğunu düşünməyə davam edir.Bir adam yaşadığı zədəni düşünərkən,ya da bu travmatik anı bənzər vəziyyətlərdə ya da mühitlərdə tətikləndiyini,o hadisəni təkrar yaşadığını hiss edə bilir.Travmatik hadisə zamanı ortaya çıxan güclü mənfi fiziki və emosional reaksiyaları yalnız hadisə ağlına gəldiyində belə göstərə bilir.Travma sonrası stress pozğunluğu (TSSP) simptomları olan travmayla əlaqədar məcburedici və birdən araya girən düşüncələr,romantik narahatlıq və özü ilə əlaqədar mənfi inanclar,travmatik anının düzgün bir şəkildə işlənə bilinməmsindən qaynaqlanmaqdadır. Shapiro EMDR\'nin,işlənmə müddəti yarıda qalan travmatik xatirələri sağlam bir şəkildə işləyərək,bu xatirəyə bağlı ortaya çıxan narahatlıqların aradan qaldırılmasını təmin etdiyini ifadə etmişdir. İnformasiya Generasiya prosesi,travmatik anının zehində uyğun bir şəkildə saxlanmasını təmin etməkdədir.Bu prosesin davamında travmatik təcrübə,uyğun duyğular,hisslər və fərdi inanclarla birlikdə kodlanmaqda və adamın bu anıya ətf etdiyi mənfi düşüncə və duyğuların müsbət bir şəkildə kodlanması təmin edilməkdədir. EMDR müxtəlif psixoterapiya yanaşmalarını bünyəsində saxlayan (psixodinamik,koqnitiv-bihevioral, təcrübi,bədən-mərkəzli) əhatəli və bütünləyici bir psixoterapiya texnikasıdır.EMDR\'nin qurulmuş bir protokolunun olması,müalicənin effektivliyini olduqca artırmaqdadır.Bu protokol,travmanın gətirib çıxardığı mənfi duyğu,inanc və bədən duyumlarına qarşı duyarsızlaşdıran və müsbət bir şəkildə yenidən işlənməsini təmin edən 8 addımdan meydana gəlməkdədir. Texnika əsnasında göz hərəkətləriylə,səslərlə və ya bədəndə edilən kiçik toxunuşlarla cüt tərəfli (beynin sağ və sol tərəfi) tabeçilik təmin edilir.Bu tabeçilik əsnasında pasiyent keçmiş xatirələrinə,o xatirələri tətikləyən bu gün yaşadığı hadisələrə və gələcəkdə yaşamaq istədiyi müsbət təcrübələrə gedir.Bu müddət boyunca pasiyent fikir qazanmaq,xatirələrdə dəyişmə yaşamağı,ya da yeni əlaqələr qurmağı təcrübə edə bilər. EMDR\'nin səkkiz addımı: 1)İlk addım pasiyent keçmişiylə əlaqədar məlumat almaqdır.Terapevt pasiyent EMDR üçün uyğunluğunu analiz edir,uyğun bir müalicə planı çıxarır və EMDR\'lə çalışılacaq hadisə müəyyən edilir. 2)Terapevt pasiyentə EMDR müddətini açıqlayır və pasiyentdən təsdiq alır.Terapevt pasiyentlə birlikdə,seanslar müddətində və ya sonrasında onu rahatlaşdıracaq bir \"etibarlı yer\" müəyyənləşdirir. 3)3-6 addımlarından EMDR ilə çalışılacaq anı müəyyən edilir və EMDR proseduru istifadə edilməyə başlanılır.Pasiyent çalışmaq istədiyi anını ən yaxşı izah edən rəsmi seçir və bu şəkilə baxdığında özüylə əlaqədar düşündüyü mənfi inancı təyin edir.Bu mənfi inancın yerinə o şəkilə baxanda özüylə əlaqədar nəyə inanmaq istədiyi müəyyən edilir və bu anda şəkilə baxanda özüylə əlaqədar müsbət inancın nə qədər etibarlı olduğunu 1 ilə 7 arasında qiymətləndirir O,şəkillə əlaqədar duyğuları, 0 ilə 10 arasında narahatlıq dərəcəsi və bu rəsmi düşündüyündə bədənində olan çətinlikləri təyin etdikdən sonra növbəti addım olan laqeydləşdirməyə keçir. 4)Laqeydləşdirmə mərhələsində pasiyent çalışmaq istədiyi rəsmi,bu şəkilə baxdığında özüylə əlaqədar düşündüyü mənfi inancı,duyğularını,bədənində yaşadığı çətinliyi düşünərək terapevtin etdiyi cüt tərəfli stimulyasiyanı (göz hərəkətləri, səs və ya kiçik toxunuşlara) yönəlmişdir. 5)Yerləşdirmə mərhələsində pasiyent özüylə əlaqədar təyin etdiyi müsbət inancı cüt tərəfli stimulyasiyayla yerləşdirilir. 6)Bədən axtarış mərhələsində pasiyent onu narahat edən rəsmi düşünüb bədənini arayır və bədənində hər hansı bir narahatlıq olub-olmadığını müəyyənləşdirir.Somatik narahatlıqlar cüt tərəfli stimulyasiya istifadə edərək laqeydləşdirilir və yenidən işlənərək aradan qaldırılır. 7)Bağlanma mərhələsində terapevt pasiyentə bir sonrakı seansa qədər çalışılan şəkillə əlaqədar ortaya çıxan duyğu,görünüş və ya fiziki sensasiyanı qeyd etməsini bildirir və bu kimi vəziyyətlərlə başa çıxa bilməsi üçün müxtəlif rahatlama məşqləri göstərir. 8)Bir sonrakı seans,qiymətləndirmə mərhələsiylə başlayır.Bir əvvəli seans və daha sonrasında ortaya çıxan dəyişmələr qiymətləndirilir.EMDR seanslarından sonra pasiyentlər ümumiyyətlə,çalışılan xatirəyə bağlı romantik narahatlığın ortadan qalxdığını və ya böyük bir ölçüdə azaldığını və əhəmiyyətli bir ölçüdə fikir qazandıqlarını bildirirlər. Əldə edilən bu duyğusal və koqnitiv dəyişikliklər,məsləhətləşənlərin davranışlarında və fərdi həyatlarında müsbət dəyişikliklərə gətirib çıxarmaqdadır.EMDR travma başda olmaq üzrə bir çox psixoloji çətinliklə başa çıxmada fəaliyyəti sübut edilmiş və geniş miqyasda istifadə edilən bir psixoterapiya texnikasıdır. EMDR haralarda istifadə edilir? Shapiro\'nun inkişaf etdirdiyi standart EMDR protokolu zaman içərisində müxtəlif psixoloji narahatlıqlarla çalışan kliniklər tərəfindən inkişaf etdirilmişdir. Edilən işlərdə EMDR\'nin yalnız travma sonrası stress pozğunluğu\'nun (TSSP) müalicəsində deyil,bir çox dəyişik psixoloji narahatlıqların müalicəsində fəaliyyət göstərdiyi müxtəlif işlərlə göstərilmişdir. EMDR\'nin aşağıda göstərilən psixoloji narahatlıqların müalicəsində fəaliyyəti,edilən işlərlə dəstəklənmişdir. 1) İraq,Əfqanıstan,Vyetnam,Koreya və 2.Dünya Müharibəsində döyüşmüş TSSP simptomları göstərən və müalicəyə müqavimətli əsgərlərlə edilən işlərdə EMDR seanslarından sonra məsləhətləşənlərin TSSP\'na bağlı yaşadıqları flashback\'lərin (hadisəyə geri dönmə),kabusların və digər TSSP simptomlarının itdiyi görülmüşdür. 2) Fobiya, Panik pozğunluq və geniş yayılmış itirmə Pozğunluğu yaşayan şəxslərin EMDR\'dən sonra qorxuları və simptomlarında sürətli azalma olduğunu ifadə ediblər. 3) Cinayətdən zərər çəkənlər,polislər,xilasedicilər və sahə işçiləri kimi hücuma məruz qalan və ya işlərinin təbiəti gərəyi sıx stress altında çalışan kəslərin,EMDR\'dən sonra bunlara bağlı narahatlıqlarının itdiyini ifadə etmişlər. 4) Bir yaxının itkisinə bağlı olaraq sıx kədər və yas yaşayan kəslərin EMDR seanslarından sonra yas müddətini daha rahat keçirdikləri müşahidə edilmişdir. 5) Uşaqlar və yeniyetmələrin yaşamış olduqları zədələrə bağlı inkişaf edən simptomlarda yaxşılaşma görülmüşdür. 6) Təbii fəlakət və ya insan əliylə yaradılan fəlakət qurbanları normal həyatlarını davam etdirə bilməkdədir. 7) Qəza,əməliyyat,ya da yanıqlara məruz qalan və buna bağlı olaraq duyğusal və fiziki baxımdan narahatlıq duyan kəslərin EMDR seanslarından sonra məhsuldar həyatlar yaşamağa başladıqları müşahidə edilmişdir. 8) Ailə,evlilik problemləri və cinsi problemlər yaşayan kəslərin sağlam əlaqələr qura bilməsini təmin edən təsirli bir texnika olduğu görülmüşdür. 10) Dissosiativ Pozğunluğu olan şəxslərin yaxşılaşma prosesinin EMDR ilə,ənənəvi müalicə metodlarına nəzərən,daha qısa müddətdə reallaşdığı görülmüşdür. 11) Performans qayğısı yaşayan,ya da məktəbdə,işdə,sənət və idman sahələriylə məşğul olarkən əksiklik yaşayan fərdlərin performansının artırılmasında təsirli bir şəkildə istifadə edilməkdədir. 12) Somatik və ya somatoform pozğunluq,migren ağrısı,xroniki ağrı,xroniki ekzema,mədə-bağırsaq problemləri, mənfi bədən forması yaşayan fərdlərin müalicəsində istifadə edilməkdədir. 13) Kəskin travma,travma sonrası stress pozğunluğu və travma əsaslı şəxsiyyət problemlərinin müalicəsində bilinən ən təsirli psixoterapiya texnikalarından biridir. Nərmin QuliyevaXəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi
Psixoanaliz- psixoloqiyanın XIX əsrin axırlarında Avsriyali psixiatr və psixoloq Ziqmund Freyd tərəfindən yaradılmış mühüm bir istiqamətidir. Öncə psixoanaliz isterik nevrozların öyrənilməsi və müalicəsi metodu kimi yaranmışdır. Psixoterapevtik praktikanın nəticələrinin, həmçinin normal psixi həyatın müxtəlif hadisələri- yuxugörmənin, dil çaşmalarının, yanlış hərəkətlərin, zarafatların analizi- Freyd tərəfindən ümumi psixoloji mexanizmlərin fəaliyyətinin nəticəsi kimi şərh edilmişdir.Psixoanaliz nəzəriyyəsinin əsas müddəalarından biri psixikanı şüurlu və şüursuz hissələrə ayirmasıdır. İnsanın bildiyi, bu dəgigə dərk etdiyi hər bir şey şuurlu hesab olunur. Unutduğu, tam dərk etmədiyi və ya dərk etmək sərf etmədiyi üçün şuurundan kənarda qalan bütün başqa şeylər isə onun şuursuz sferasını təşkil edir.İnsanın təfəkkürünü, hislərini və davranışını-- kökü uşaqlıq dövrünün psixotravmatik təəssüratlarına gedən və ya cəmiyyətdə mövcud olan əxlaq və mədəni normalarla toqquşan şüuraltı istəklər təyin edir. Beləliklə daxili psixoloji konfliktlər yaranır. Bu konfliktlərin həll edilməsi şüurdan pis, lakin təbii instinktlərin və arzuların kənarlaşdırılması ilə yerinə yetirilir. Şüurdan kənarlaşdırılmış bu istək və arzular izsiz keçmir. Onlar insan psixikasının dərinliyinə keçir, əvvəl-axır gərginlik yaradaraq özünü hər hansı bir formada biruzə verir. Psixoanaliz nədir?Birinci növbədə psixoanaliz -müalicə metodudur, indiki dövrdə demək olar ki, bütün psixoanalitiklər-həkimlərdir. Psixoanalitik çalışır ki, xəstənin simptomlarını aradan qaldırsın- onu lazımsız şübhələrdən, əsassız günah hissindən, öz-özünü günahlandırmaq kimi əzabverici emosiyalardan, yanlış mülahizələrdən və səbəbsiz həyəcanlanmalardan azad etsin. Bundan başqa pcixoanalitik öz qarşısına məqsəd qoymalıdır ki, xəstəni sakitləşdirməklə yanaşı, onun şəxsiyyətini təhlil etsin. Psixoanalitik terapiyanın əsas məqsədlərdən biri də insanın özünü tam dərk etməsidir. İnsan yalnöz nə istədiyini, nədən qorxduğunu, nəyə qarşı biganə olduğunu biləndən, yəni özü-özü ilə tam səmimi olmağı öyrəndikdən sonra xoşbəxt ola bilər. Məhz buna psixoalitik terapiya nail olmağa çalışır. Lakin psixoanalitik -yalnız rəhbər və müşahidəçidir, sonda bütün prosesin nəticəsinə cavabdeh pasientdir. İkinci-psixoanaliz ümumiyyətlə insanın, xüsusən istəklərin, impulsların, motivlərin, yuxugörmələrin, fantaziyaların, şəxsiyyətin erkən inkişafının, emosional dəyişikliklərinin elmi müşahidəsi və tədqiqi metodudur. Psixoanaliz necə aparılır? Psixoanaliz prosesi şəxsiyyətin öyrənilməsi, tətqiqi və yenidən qurulmasından ibarətdir: bu ona görə edilir ki, fərd öz gərginliyini onu çıxartmaq vaxtı gələnə qədər çətinlik çəkmədən saxlaya bilsin. Gərginliyə səbəb olan şüuraltı fikri şüurlu etmək və lazımsız gərginliyi nəzarət altına almaq vacibdir. Psixoanaliz uzun müddət bəzən illərlə davam edən bir prosesdir. Psixoanalitik ilə pasient həftədə 2-3 dəfə, 1saat davam edən seanslarda görüşür. Ənənəvi psixoanaliz seansı zamanı xəstə kuşetkada uzandırılır, analitik isə görmə sahəsində olmamaq üçün onun baş tərəfində oturur. Bu zaman xəstənin psixikası yayınmadan işləyə bilir. Bu metod həkimi də artıq gərginlikdən azad edir, həkim xəstənin danışıqları üzərində fikrini daha yaxşı cəmləşdirə bilir. Analitikin əsas vəzifəsi pasienti diqqətlə dinləmək, lazım olanda onu istiqamətləndirmək, problemləri müzakirə etmək, yaranmış suallara cavab verməkdi. Psixoanalizdin bir metodu da sərbəst assosiasiya metodudur. Bu o deməkdir ki, fikirlər, ideyalar cərbəst, qarşısı alınmadan senzurasız ifadə olunur. Pasient ağlına gələn hər bir şeyi düşünmədən, utanmadan danışmalıdır. Sərbəst asossasiya (şüurda ayrı-ayrı təsəvvürlər arasındakı əlaqə) vəziyyətində xəstənin psixikası adətən arzularla, hislərlə, xatirələrlə, fantaziyalarla, mülahizələrlə və yeni baxış nöqtələri ilə dolur, bütün bunlar ilk baxışda tam qarışıq şəkildə olur. Lakin qarışıqlığa və dalğınlığa baxmayaraq, hər bir fikrin və hər bir jestin müəyyən gərginliklə əlaqəli mənası var. Saatlar və günlər keçdikcə qarışıq hörümçək toruna bənzər fikirlərdən məna və əlaqə yaranmağa başlayır. Uzun müddət ərzində tədricən bəzi mərkəzi mövzular yaranır. Bunlar xəstənin şəxsiyyətinin əsas strukturunu təşkil edən və onun bütün simptomlarının, assossasiyasının mənbəyi olan, çoxdan şüuraltında saxlanılmış və şəxs tərəfindən dərk oluna dilməyən, erkən uşaqlıq dövründən təmin olunmamış qalan tələbatlar və hisslərə aid olan mövzulardır. Psixoanalitik terapiya davam etdikcə bir müddətdən sonra axtarım- transfer fenomeni meydana çıxır. Bu nə deməkdir? Pasient kökü erkən uşaqlıq dövrünə aid olan, öz həll olunmamış emosianal problemlərini analitikin şəxsiyyətinə yönəldir. Bu zaman pasientdə analitikə qarşı sevgi, nifrət və s. bu kimi güclü hisslər yarana bilər. Analitik bu hisslərin transfer olduğunu pasientə izah etməli, və birgə müzakirə etməklə suursuz sferadan informasiyaların suura keçməsinəvə beləliklə daxili konfliktlərin həll olmasına şətait yaratmalıdır.Analitikin xəstəyə münasibəti ciddi şəkildə tam neytral olmalıdır. Analitikin əsas işi xəstə özünü hər dəfə aldatdıqda ona bunu söyləməkdir. Ona görə həkim həmişə özünətənqidi mövqeyini qorumalıdır, xəstəyə qarşı olan rəğbət və ya qəzəb kimi hisslərini aşkarlamamağa çalışmalıdır. Çünkü bunlar xəstəyə, həkimi və özünü aldatmaq imkanı verə bilər. Analitikdə xəstəyə qarşı arzuolunmayan emosional münasibətlərin yaranmasına qarşıaxtarım (kontrtransfer) deyilir. Lakin psixoanalitik nəzəriyyə inkişaf etdikcə kontrtransferdən də istifadə olunmağa başlandı. Yəni psixoanalitik özündə pasientə qarşi yaranmış emosiyalarını analiz edərək həm pasienti daha yaxşı anlayır, onun əhatəsində olan insanlarla münasıbətini daha yaxşı dərk edir, və bütün bunları pasientlə müzakirə etmək imkanı əldə edir.Bəzən belə sual yaranır. Psixoanaliz kiməsə zərər verə bilərmi? Ən böyük təhlükə -psixozun sərhəddində olan xəstənin, onun həqiqi vəziyyəti haqqında məlumatı olmayan analitik tərəfindən müalicəsidir. Analitik həmçinin nevrozları beynin digər xəstəliklərindən və hormonal dəyişikliklərdən fərqləndirilməsində ehtiyyatlı olmalıdır.Üçüncü-psixoanaliz elmi psixologiyanın bir sistemidir, yəni insan davranışı və evlilik, valideynlərlə uşaqlar arasındakı əlaqələr kimi insani münasibətlərin nəticəsini proqnozlaşdırmaqda psixoanalizdən istifadə etmək olar.