Nərgiz üçün siz də yardıma qoşulun - VİDEO

Gözəl körpə Nərgizin sizin köməyinizə ehtiyacı var. Qeyd edək ki, Nərgiz "spinal muscular atrophy" yəni əzələ əriməsi xəstəliyindən əziyyət çəkir. Tək çarəsi isə xaricdə vurulacaq iynədir. Bu iynənin adı "Spinraza"dır. Qiyməti isə 125.000 min dollardır. Nərgiz balanın vəziyyəti getdikcə daha da ağırlaşır... Həyatda qalması və sağalması isə sizin edəcəyiniz köməyə bağlıdır. Unutmayın ki edilən 1 azn belə ailə üçün çox dəyərlidir. Gözəl balaya gözəl həyat bəxş etmək üçün bir gəzintinizə ayıracağınız pulu kömək olaraq verin. Unutmayın hər etdiyiniz köməklik körpənin üzünü güldürəcək. Necə kömək edəcəyiniz aşağıdakı şəklin üzərində qeyd edilib. Əlavə sualı olanlar [email protected] mail adresinə yaza bilərlər. İstədiyiniz təqdirdə sizi ailə ilə də görüşdürə bilərik.

Magistraturaya ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır. Psixoloq.az xəbər verir ki, bu barədə ölkə.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA magistraturalarının boş qalan yerlərinə qəbul fevralın 25-də və iyunun 3-də keçirilən ikimərhələli qəbul imtahanında toplanılan ballar əsasında müsabiqə yolu ilə aparılır. Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün bu gün saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (eservices.dim.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər. Avqustun 13-ü saat 9:25-ə olan məlumata əsasən, 570 bakalavr elektron ixtisaslaşma seçimi ərizəsini təsdiq edib. Boş qalan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsini təsdiq edir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir.

Ali məktəblərə ixtisas seçimi başa çatır

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi iyulun 30-da başlayıb və bu gün saat 23:59-dək davam edəcək. Bu barədə ölkə.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Mərkəzdən bildirilib ki, ixtisas seçimi etmək sadə bir prosesdir və hər bir abituriyent bunu özü edə bilər. Bunun üçün hər hansı bir şəxsə müraciət etməyə ehtiyac yoxdur. Qeyd edək ki, müsabiqəyə buraxılan abituriyentlərin sayı I qrup üzrə 16649, II qrup üzrə 11698 , III qrup üzrə 14143, IV qrup üzrə 4079, V qrup üzrə isə 3786 nəfərdir. 13 avqust saat 10:00-a olan məlumata əsasən, ixtisas seçimi edib ərizəsini təsdiq edənlərin sayı I qrup üzrə 14392, II qrup üzrə 10829, III qrup üzrə 12185, IV qrup üzrə 3548, V qrup üzrə isə 3538 nəfərdir. Ümumilikdə, 714 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib. Abituriyentlərə qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməyi və ixtisas seçimi edib ərizələrini təsdiq etməyi tövsiyə edirik. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

“Tonqal” restoranında 13 nəfər zəhərləndi – 3-ü azyaşlıdır

Qida Təhlükəsizliyi Agentliyi avqustun 11-də “Tonqal” restoranında baş vermis zəhərlənmə ilə bağlı açıqlama yayıb. Psixoloq.az xəbər verir ki, agentlikdən virtualaz.org-a bildiriblər ki, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən “Tonqal” restoranında kütləvi zəhərlənmə olub. Qida Təhlükəsizliyi Agentliyində operativ işçi qrupu yaradılıb, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanılıb. İlkin məlumatlara əsasən, axşam saat 20:00-da “Tonqal” restoranında iki ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri müşahidə edilib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla 13 nəfər zəhərlənib. Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və aidiyyəti üzrə laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməmiş ət və ət məhsullarından hazırlanan qidalar olub. Bundan əlavə hadisənin baş verdiyi “Tonqal” restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunub. Araşdırmalar davam etdirilir, nəticəsi ilə bağlı açıqlama veriləcək. Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılıb, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir.

Səhiyyə naziri baş həkimlərə tapşırıq verdi

Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisələrinin rəhbərləri və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tapşırıqlar verib. Səhiyyə Nazirliyindən Bizimyol.info-ya verilən məlumata görə, nazirin “Səhiyyə Nazirliyinin müəssisələrinin 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə” imzaladığı əmrə əsasən, Nazirliyin müəssisələrinin 2018-2019-cü illərin payız-qış mövsümündə istilik ilə təchiz olunması, elektrik enerjisi ilə dayanıqlı təminatı və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bakı Şəhər Baş Səhiyyə idarəsinin rəisinə, şəhər və rayon səhiyyə idarə və şöbələrinin müdirlərinə, Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrin rəhbərlərinə və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırılıb ki, sentyabrın 15-nə kimi payız-qış mövsümü ilə əlaqədar təsərrüfat sahəsində görüləcək işlərin müəyyənləşdirilməsi, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanmaqla cavabdeh şəxslər təyin edilsin. Bununla yanaşı tapşırıqda deyilir ki, qazanxana maşinistləri ilə (ocaqçılarla) əməyin mühafizəsi sahəsində plandankənar təlimat keçirilsin, yalnız xüsusi kurs keçmiş, işə buraxılış vəsiqəsi olan və hər il əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bilikləri yoxlanılan ocaqçılar işə buraxılsın, şöbələrdə, kabinetlərdə, təyinatından asılı olmayaraq bütün iş sahələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilsin, qeyri-standart və istifadəyə yararsız olan odun və qaz sobalarından, elektrik qızdırıcılarından istifadə qadağan edilsin, qaz təsərrüfatına cavabdeh şəxsin Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti və Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərın Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” ilə əlaqədar bilikləri yoxlanılsın, müəssisənin ehtiyat elektrik enerjisi mənbəyi olan dizel generatorlarına texniki xıdmət mütəmadi olaraq həyata keçirilsin. Qeyd edək ki, nazir iyulun 3-də respublikanın elektrik təminatı sistemində baş vermis açılmalar zamanı bəzi səhiyyə müəssisələrinin elektrik generatorlarında yaranan texniki nasazlıqların gələcəkdə baş verməməsi üçün də “Respublikanın səhiyyə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təminatı barədə” əmr verib. Bu əmrlə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, rəhbərlik etdikləri müəssisədə mövcud olan generatorlar mütəmadi olaraq müvafiq texniki müayinədən keçirilsin, elektrik generatorlarının daima işlək vəziyyətdə saxlanılmasına nəzarət üçün müvafiq məsul şəxs təyin edilsin, nasazlıq aşkar olunduğu hallar dərhal aradan qaldırılsın, elektrik generatorları üçün zəruri olan ehtiyat yanacaq təminatı daim nəzarətdə saxlanılsın.

Sürücülərin nəzərinə — Bu yollarda dəyişikliklər edildi

Pik saatlarında yaranan sıxlığı aradan qaldırmaq məqsədi ilə yolda dəyişiklik edilib. Psixoloq.az Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsindən gedir. Sözügedən yol artıq bir neçə gündür ki,''Bolluq'' bazarı kimi tanınan ərazinin yanından bir tərəfli olub. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yolun bir tərəfli edilməsində məqsəd günün pik saatlarında sıxlığı aradan qaldırmaqdır. Sürücülər də bu dəyşikliyin müsbət nəticə verəcəyini deyirlər. Amma buna baxmayaraq, hələ də bu nişana fikir verməyib əks yola çıxan sürücülər var. Baxmayaraq ki, dəyşiklik zamanı yolda nişanlama xətləri və lazımi yol nişanları da qoyulub. Onu da qeyd edək ki, ''Dərnəgül'' metrostansiyası və ''Bolluq'' bazarı istiqamətindən gələn sürücülər şəhər mərkəzinə doğru getmək üçün ''Azadlıq'' metrosu yaxınlığında geri dönüş etməklə hərəkətə davam edirlər. Sözügedən dəyşiklik zamanı minik avtomobilləri ilə yanaşı 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının hərəkəti də rahatlaşıb. Burdakı dəyşiklik də sürücülərin ürəyincədir.

Yeni iş həftəsində hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun 13-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, proqnozlara görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. "Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-23°, gündüz 24-27° isti təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) mülayim şimal-qərb küləyi arabir güclənəcək, dəniz suyunun temperaturu 23-24° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir", - deyə məlumatda bildirilir.

Dünya bu qızdan danışır - 8 aylığından...

İngiltərənin ən ağıllı qızı olan 3 yaşlı Ofeliya 171 İQ balı ilə Eynşteyni də kölgədə qoyub. Psixoloq.az xəbər verir ki, ilk dəfə 8 aylıq olanda danışmağa başlayan kiçik qız bir yaşından əvvəl olan xatirələrini də unutmayıb. Qızı ilə qürur duyan anası Natali bildirir ki, Ofeliyaya müntəzəm olaraq kitab oxuyurlar. Ofeliya rəqəmləri, məktubları və kompüteri çox sevir. Ofeliya əlifbanı və rəqəmləri çox sürətlə öyrənib. Anası onu İQ testinə aparıb. Məlum olub ki, Ofeliyanın İQ xalı 171-dir. Eynşteynin isə bu sınaqdan topladığı bal 160-dır. Bu nəticə ilə də 3 yaşlı Ofeliya İQ nəticəsi ilə İngiltərənin ağıllı uşaqları-11 yaşlı Arnav Şarma (162 bal) və 12 yaşlı Rahul Doşinin (162 bal) rekordunu yeniləyib. Ofeliya özü yaşda bir uşaqdan iki dəfə çox intelelktual məlumatlara sahibdir.(ölkə.az)

Azərbaycanda benzinin qiyməti qalxmayacaq – AÇIQLAMA

Bir neçə gündür cəmiyyətdə avtomobil yanacağının qiymətinin artacağı ilə bağlı müzakirələr gedir. İddialara görə, sSentyabr ayından Aİ 92 markalı benzinin qiyməti 90 qəpikdən 1 manata, Aİ 95 markalı benzinin qiyməti isə 1,25 manatdan 1,35 manata qalaxacaq. Maraqlıdır, görəsən bu iddialar təsdiqini tapacaq? Məsələ ilə bağlı modern.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, sosial şəbəkələrdə benzinin qiymətinin qalxması ilə bağlı müzakirələr gedir, amma rəsmi olaraq elə bir məlumat yoxdur. “Hazırda Azərbaycanda benzinin qiymətinin qalxmasına elə bir ehtiyac yoxdur. Azərbaycanın dövlət büdcəsində kifayət qədər vəsait var. 45 milyard dollara yaxın ehtiyatımız var. Ona görə də benzinin qiymətinin artmasına ehtiyac yoxdur”. Deputat bildirib ki, benzinin qiymətinin artması bütün məhsulların qiymətinin artmasına səbəb olur. “Belə hesab edirəm ki, hələlik bu məsələyə toxunmaq olmaz. Əhalinin maaşını, pensiyasını, sosial təminatını nəzərə alaraq hələlik bu məsələni saxlamaq lazımdır. Cəmiyyətdə belə müzakirələr getsə də, rəsmi orqanlardan bu barədə heçnə eşitməmişəm”.

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - RƏSMİ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xezerxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22°, gündüz 25-30° isti, Bakıda gecə 20-22°, gündüz 27-29° isti təşkil edəcək. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45% olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Avqustun 13-ü gündüzdən 15-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 28-33° isti, dağlarda gecə 10-15°, gündüz 16-21° isti təşkil edəcək. Avqustun 13-14-də əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Qızmar istilər balıqların kütləvi qırılmasına səbəb olub

Çexiyanın Brjetslav şəhəri ətrafında balıqların kütləvi qırılması qeydə alınıb. Psixoloq.az azertaca istinadən xəbər verir ki, hadisə təqribən 300 hektar ərazini əhatə edən, Moraviyanın ən böyük, ölkənin ən iri süni balıq göllərindən biri olan Nesytda baş verib. Güclü istilər nəticəsində 40 ton balıq tələf olub. Təsərrüfata milyonlarla kron ziyan dəyib.

Müəllim olmaq istəyənlər üçün müsahibə mərhələsinin VAXTI AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri barədə məlumat avqustun 10-da namizədlərin şəxsi səhifələrinə göndərilib. Təhsil Nazirliyindən publika.az-a verilən məlumata görə, namizədlər test mərhələsinin nəticələri əsas tutulmaqla proqram təminatı tərəfindən elektron yerləşdirmədə iştirak ediblər. Bu mərhələni uğurla keçən 4337 namizəd müsabiqənin yekun – müsahibə mərhələsində iştirak edəcək. Həmin namizədlərin şəxsi səhifələrinə müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat göndərilib. Avqustun 13-dən etibarən keçiriləcək müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaqdır.