İlk yaşandı - Körpəni atası əmizdirdi/FOTO

ABŞ-da yaşayan Maksamilian və April Neybour adlı cütlük qəribə hadisə ilə rastlaşıb. Psixoloq.az xarici KİV-ə istinadən xəbər verir ki, uzun müddət müalicədən sonra Aprilin övladı dünyaya gəlib. Uşağı doğan ananın halı pisləşdiyi üçün onu reanimasiyaya aparıblar.Yeni doğulan körpəni isə atası yedirtməli olub. Tibb bacısı Maksamiliandan oğlunu əmizdirmək istəyib-istəmədiyini soruşub. Əvvəlcə bunun zarafat olduğunu düşünən ata sonradan məsələnin ciddi olduğunu görüb və razılaşıb.Tibb bacısı ona xüsusi qurğu taxıb və Maksamilian övladını əmizdirib.Dünyada uşağı əmizdirən ilk ata olan Maksamilian xoşbəxt olduğunu bildirib. 

Azərbaycan dilinə 2650 yeni söz daxil edilib

Azərbaycan dilinə yeni daxil olan daha 2 650 söz müəyyən edilib. Psixoloq.az xəbər verir ki, bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib:  "İkinci yeni sözlər lüğəti artıq hazırdır, lüğət hazırda çap olunma mərhələsindədir. Onun sentyabr-oktyabr aylarında işıq üzü görməsi nəzərdə tutulur". Komissiyanın sədr müavini əlavə edib ki, yeni sözlər lüğətə daxil edilməmişdən əvvəl alimlər tərəfindən geniş müzakirə edilib. O, yeni sözlərin daha sonra hazırlanan orfoqrafiya lüğətinə və Azərbaycan dilinin çoxcildli izahlı lüğətinə daxil ediləcəyini də söyləyib. Onun sözlərinə görə, dilçi alimlər tərəfindən son 3 il ərzində Azərbaycan dilinə 5 150 yeni sözün daxil olduğu müəyyənləşdirilib. S.Sadıqova qeyd edib ki, Azərbaycan dilinin 2015-ci ildə çap olunan ilk yeni sözlər lüğətinə 2 500 söz daxil edilib. Dilimizə daxil olan yeni sözlərin müəyyənləşdirilməsi istiqamətində işlərin hazırda da davam etdiyini deyən S.Sadıqova əlavə edib ki, yeni sözlərin çoxu tibb, informatika, jurnalistika, loqistika, iqtisadiyyat sahəsi üzrədir: "Biz riyaziyyat və fizika sahəsinə aid olan o qədər yeni söz tapa bilmirik. Ancaq logistika, informatika, gömrük sahələrində yeni sözlər daxil olur. Onların arasında alınma sözlər, eyni zamanda Azərbaycan dilinin daxili imkanları hesabına yaranan sözlər də var".

İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?

Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib. DİM-dən publika.az-a verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub. II və III ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar iyulun 26-da keçiriləcək qəbul imtahanlarının nəticələri elan edildikdən sonra çap ediləcək. İxtisas seçimi edəcək abituriyentlər müvafiq ixtisas qrupları üzrə 2017-ci ildə mövcud olmuş vəziyyətlə aşağıdakı keçirdlərdən tanış ola bilərlər. İxtisas seçimi etməmişdən əvvəl plan yerləri və statistik göstəriciləri müqayisə etməyi tövsiyə edilir. İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (I qrup, 2017) İxtisas seçimi zamanı nələrə diqqət yetirməli? (IV qrup, 2017)

Dünyada ilk - Çətənədən pivə düzəltdilər

Kanadanın Ontario şəhərindəki kiçik bir laboratoriyanın mütəxəssisləri dünyada ilk dəfə olaraq çətənə kolundan pivə hazırlayıblar. Psixoloq.az xəbər verir ki, bu pivə, açıq psixotrop effekti verən (yəni nəşələndirən) alkoqolsuz içki sayılır.  Ekspertlər bildiriblər ki, içkinin böyük bir hissəsi, yəni “çətənədən olan pivə”-, çətənə yağı əlavə edilmiş adi pivədir. Pivəni hazırlayanlar isə maraqlı açıqlama ilə çıxış ediblər. Onları tərkibində spirtli içki olmayan pivənin də zərərli olduğundan bəhs ediblər: “ Mariuxana sizin sağlamlığınıza zərər verir, bizim pivə də. Bu gündə beş dəfə içilən və ya yuxudan duran kimi içiləsi olan şey deyil”.

Nabranda itkin düşən 3 yaşlı uşağın SON HALI - FOTO

Xəbər verdiyimiz üzrə iyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.(apa)

Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir?

Son günlər hava şəraitinin küləkli keçməsinə baxmayaraq, dənizə gedənlərin sayı az deyil.Psixoloq.az-ın “Xəzər” TV-yə istinadən məlumatına görə, həftəsonu istirahəti fürsət bilən paytaxt sakinləri çimərliklərə üz tutublar.Pulsuz çimərliklərlə yanaşı, özəl çimərliklərə gedənlər də az deyil. Odur ki, özəl çimərliklərə gedənlərin sayının çox olması buradakı xidmətlərin qiymətini də gündəmə gətirir.İstirahətə gedənlərin bəziləri özləri ilə müxtəlif qidalar aparırlar, amma bəzi şəxslər üz tutduğu məkanda yeməyə üstünlük verirlər.Özəl çimərliklərin bəzilərində dənizə giriş pulsuz olsa da, göstərilən xidmətlərin hamısı ödənişlidir.Belə çimərliklərdə iki nəfərlik istirahət orta hesabla 30-50 manata başa gəlir. Çimərliklərdə ən çox tələb bisetkalaradır. Minimum dörd nəfərlik bisetkanın günlük qiyməti 10 manatdır. Bundan başqa, mürəbbə ilə çay 10 manatdır.Çimərliklərdə tələb olunan yeməklərin başında kabab gəlir. Kababların qiyməti isə 5 manatdan başlayır.Sorğu zamanı məlum oldu ki, istirahətə gələnlər orta hesabla iki nəfər üçün minimum 20 manatdan çox pul xərcləməlidir. Bundan başqa, həftə sonları canlı musiqi təşkil olunan çimərliklər də var.

İtkin düşən 3 yaşlı uşaq tapılıb

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb. Psixoloq.az apa-a istinadən xəbər verir ki,  2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu Nabrandakıı istirahət mərkəzlərindən birinin ərazisindən axan çayın kənarında aşkarlanıb.

Bu tərkibli dərman vasitələrinin idxalı qadağan edildi

Azərbaycan ərazisinə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə etmiş şirkətlərin valsartan tərkibli dərman vasitələrinin idxalı qadağan edilib. Analitik Ekspertiza Mərkəzindən publika.az-a verilən məlumata görə, Avropa Dərman Agentliyi (EMA) Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edən şirkətlərin valsartan tərkibli dərman vasitələrinin qiymətləndirilməsini həyata keçirir. Bu tədbir Avropa Birliyində bir-sıra şirkətlərin valsartan tərkibli dərman vasitələrinin istehsalında valsartan təsiredici maddə substansiyası olaraq istifadə etdikləri Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasında N-nitrosodimethylamine (NDMA) maddəsinin tapılması ilə əlaqədardır. Laborator testlərin nəticələrinə əsasən N-nitrosodimethylamine (NDMA) maddəsi kanserogen xüsusiyyətlərə malik ola biləcək bir maddə olaraq qiymətləndirilir. Qiymətləndirmə və araşdırmaların aparıldığı bir mərhələdə Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edən şirkətlərin valsartan tərkibli dərman vasitələri Avropa Birliyi ölkələrində, ABŞ və bir çox başqa ölkələrdə geri çağrılıb. Bu barədə EMA, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrin dərman vasitələrini tənzimləyən rəsmi qurumları öz rəsmi saytlarında məlumat veriblər. Valsartan arterial hipertenziyalı xəstələrin müalicəsi üçün, həmçinin ürək çatışmazlığı və ya miokard infarktı keçirmiş xəstələrin kombinə olunmuş müalicəsinin tərkibində istifadə edilir. Mərkəzdən bildirilib ki, Azərbaycan ərazisində istifadə olunan valsartan tərkibli dərman vasitələrindən müxtəlif doza və qablaşdırmada olan yalnız üç adda dərman vasitəsinin (VALZ, VALZ H, KoValsar-Denk) istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilib Mərkəzdən qeyd edilib ki, Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilərək istehsal olunmuş valsartan tərkibli dərman vasitələri - VALZ, örtüklü tabletlər №28, valsartan 80mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ, örtüklü tabletlər №28, valsartan 160mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ H, örtüklü tabletlər №28, valsartan/hydrochlorothiazide 80mg/12.5mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), VALZ H, örtüklü tabletlər №28, valsartan/hydrochlorothiazide 160mg/12.5mg (Balkanfarma-Dupnitsa AD, Bolqarıstan), KoValsar-Denk, örtüklü tabletlər №28 (4x7), valsartan/hydrochlorothiazide 80mg/12.5mg (“Denk Pharma GmbH & Co.KG”, Almaniya), KoValsar-Denk, örtüklü tabletlər №28 (4x7), valsartan/hydrochlorothiazide 160mg/12.5mg (“Denk Pharma GmbH & Co.KG”, Almaniya), KoValsar-Denk, örtüklü tabletlər №28 (4x7), valsartan/hydrochlorothiazide 320mg/12.5mg (“Denk Pharma GmbH & Co.KG”, Almaniya) geri çağrılıb. Azərbaycan ərazisində istifadə olunan digər valsartan tərkibli dərman vasitələrinin istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilməyib. Əldə olan məlumatlara əsasən, bu dərman vasitələrinin istehsalında istifadə olunan substansiyalarda qeyd edilən N-nitrosodimethylamine (NDMA) maddəsi yoxdur. Buna əsasən bu dərman vasitələri geri çağırılmırlar və bundan sonra da istifadə təlimatlarında göstərilən göstərişlərə və tövsiyyələrə uyğun istifadə oluna bilərlər: “Valsartan tərkibli dərman vasitələrinin istehsalında istifadə olunan substansiyada gözlənilməyən maddə tapılmışdır. Azərbaycan Respublikası ərazisində istifadə olunan valsartan tərkibli dərman vasitələrindən müxtəlif doza və qablaşdırmada olan yalnız üç adda dərman vasitəsinin (VALZ, VALZ H, KoValsar-Denk) istehsalında Çinin Zhejiang Huahai Pharmaceuticals şirkətinin istehsalı olan valsartan təsiredici maddə substansiyasından istifadə edilib. VALZ , VALZ H və KoValsar-Denk dərman vasitələri geri çağırılıb. Müalicə həkiminizin göstərişi olmadan valsartan qəbulunu dayandırmayın”.

Cinsi əlaqə yaşı 14-ə endirildi

Belçika parlamenti cinsi əlaqə yaşını endirib.Cinsi əlaqə yaşı 16-dan 14-ə salınıb. Dəyişikliyin gəncləri incitmədən qanun layihəsini günün tələblərinə uyğunlaşmarmaq məqsədi ilə aparıldığı açıqlanıb.Belçikada 1900-cü illərin əvvəllərində qəbul olunan qanun layişəsində cinsi əlaqə yaşı 16 göstərilmişdi. Amma hazırda bu həddin reallığı əks etdirmədiyi bildirilib. Bu səbəbdən minimum hədd 2 il aşağı endirilib. Amma qanun layihəsinə yaş həddi ilə bağlı bəzi qoruyucu maddələr əlavə olunub.Yeni qanun layihəsinə görə, 14 yaşlı birinin cinsi əlaqəyə girdiyi insan ondan 5 yaşdan artıq böyük olmamalıdır. Bu həddi aşanlar təcavüz ittihamı ilə həbs ediləcək. Məsələn, 14 yaşlı birinin 20 və artıq yaşlı biri ilə münasibətdə olması qadağandır və təcavüz hesab edilir.Qanunda dəyişiklikliklər Flaman cinsi sağlamlıq mərkəzi olan “Sensoa”nun təklifi ilə edilib. “Sensoa”nun rəsmisi Erika Frans Flaman televiziyasına (VRT) açıqlamasında 16 yaş həddinin reallıqları əks etdirmədiyini bildirib:“15 yaşlı bir gənc özündən 5 yaş böyük biri ilə cinsi əlaqəyə girə bilər. Bu bir həqiqətdir”.Qanunda edilən dəyişiklikdən sonra təcavüz və cinsi qaydaların pozulmasına görə verilən cəzalar sərtləşdirilib.qaynarinfo

İstilər qayıdır - Hazır olun

İyul ayının 24-ü gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.Psixoloq.az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.Onun sözlərinə görə, sabah əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunsa da, iyul ayının 25-i gecə saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Bakıda növbəti iki gün ərzində müşahidə olunacaq hava şəraitinə gəlincə direktor bildirib ki, iyul ayının 24-25-də paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "İyul ayının 24-də arabir güclənən şimal-şərq küləyi ayın 25-də mülayim cənub şərq küləyi ilə əvəz olunacaq".G.Məmmədova qeyd edib ki, havanın temperaturu iyul ayının 25-də bugünlərlə müqayisədə tədricən yüksələcək.

İt pasportları gəmirdi - Bahalı istirahətləri baş tutmadı

35 yaşlı Rassel Mak və 32 yaşlı Ella Arandell İspaniyanın Mayorka kurortuna bir həftəlik istirahət səfərini təxirə salmalı olublar. İngiltərənin Vinçester şəhərində yaşayan ailə pərişandır.Psixoloq.az bildirir ki, səbəb Beyli adlı köpəyin ailədəki uşaqların pasportlarını gəmirməsidir.Üç övlad anası Ella Arrandell dörd gün əvvəl bütün sənədləri yığaraq səfərə hazırlaşmağa başlamışdı. Lakin Beyli pasportların olduğu çantanı tapıb və sənədləri gəmirib.9 yaşıl Erin, 6 yaşlı Tilli və 2 yaşlı Harrinin istirahət arzuları baş tutmayıb.Halbuki ailə Mayorkada bir həftəlik istirahət üçün 2500 funt-sterlinq ödəmişdilər.

Nabranda 3 yaşlı uşaq itkin düşdü - Havaya helikopter qaldırıldı

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub. Psixoloq.az xəbər verir ki, bu barədə publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edək ki, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.