DİM-dən abituriyentlərə MÜRACİƏT

Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri” işlərini davam etdirirlər. Psixoloq.az xəbər verir ki, bu haqda Modern.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz köməklik göstərirlər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzinə” müraciət edə bilərlər. “Abituriyent Məsləhət Mərkəzləri” aşağıda qeyd olunan ünvanlarda həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək fəaliyyət göstərirlər. Bakı şəhəri Azərbaycan Universiteti Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71. Qərbi Kaspi Universiteti Əsas bina Ünvan:Azərbaycan, Bakı, İstiqlaliyyət 27 Telefon:+994 12 492 74 18 Dizayn və Memarlıq Məktəbi Ünvan:Nazim Hacıyev 6 Telefon:(+994 12) 567 29 35 Qərbi Kaspi Universitetinin Kolleci Ünvan:Cəfər Xəndan küç. 15 B Telefon:+994 12 5635542 Dövlət İmtahan Mərkəzinin regional bölmələri Naxçıvan MR Regional Bölməsi Naxçıvan şəhəri, Nizami küçəsi, 10 +99 (036 5) 44 04 02; Göyçay Regional Bölməsi Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43 +99 (020 27) 4 66 74; Şəki Regional Bölməsi Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182 +99 (024 24) 4 66 14; Xaçmaz Regional Bölməsi Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b +99 (023 32) 5 01 21; Lənkəran Regional Bölməsi Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52 +99 (025 25) 5 24 82; Gəncə Regional Bölməsi Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina +99 (022 25) 6 50 67; Şirvan Regional Bölməsi Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19 (021 21) 5 15 23; Bərdə Regional Bölməsi Bərdə ş., H.Əliyev prospekti, 100 (020) 205-01-86.  Şəmkir Regional Bölməsi Şəmkir ş., Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”

Azərbaycana gələn turistlərin ən çox gecələdiyi bölgələr - SİYAHI

2018-ci ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanalarda 1 288,9 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz çoxdur. Psixoloq.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin 62 faizi Bakıda, 9,7 faizi Qəbələdə, 5,1 faizi Qusarda, 4,5 faizi Naftalanda, 3,6 faizi Qubada, 3,4 faizi Naxçıvan Muxtar Respublikasında, 1,5 faizi Xaçmazda, 1,1 faizi Ağstafada, 9,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 935,2 min təşkil edib ki, bu da ümumi gecələmələrin 72,6 faizini təşkil edir. Gecələmələrin 14,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 14,1 faizi Rusiya Federasiyası, 6,6 faizi İran, 4,5 faizi Türkiyə, 4,3 faizi Səudiyyə Ərəbistanı, 3,4 faizi Böyük Britaniya, hər biri üzrə 3,3 faiz olmaqla Hindistan və ABŞ, 3,2 faizi İsrail, 2,9 faizi Qətər, 2,8 faizi Küveyt, 2,1 faizi İraq, 2,0 faizi Pakistan, 1,7 faizi Qazaxıstan, 1,6 faizi Almaniya, 1,3 faizi Ukrayna, 28,6 faizi digər ölkələrin vətəndaşlarının payına düşüb. Cari ilin birinci yarısında mehmanxanaların gəlirləri 167,0 milyon manat olub ki, onun 66,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,8 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 6,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 20,8 faiz olub. Bu göstərici Naftalanda 58,6 faiz, Ağstafada 48,5 faiz, Bakıda 33,7 faiz, Şirvanda 33,0 faiz, Kürdəmirdə 28,3 faiz, Qəbələdə 27,5 faiz, Zərdabda 25,9 faiz, Qazaxda 23,9 faiz, Mingəçevirdə 22,9 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.(modern.az)

Yollar ödənişli olacaq?

“Hazırda Azərbaycanda ödənişli ola biləcək avtomobil yolları hələ ki, yoxdur”. Psixoloq.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib. Ekspertin sözlərinə görə, ödənişli avtomobil yolları ilə bağlı qanunda qoyulan 2 vacib şərt təmin edilməlidir: “Birincisi, ödənişli yolun mütləq ödənişsiz alternativi olmalıdır. Ödənişli yolun alternativi olan ödənişsiz yol da texniki göstəricilərinə görə bütün satandart və tələblərə uyğun, təhlükəsiz və rahat hərəkət üçün abadlaşdırılmış olmalıdır. Məsələn, yaxın gələcək üçün hədəflənən Ələt-Astara yolunun yeni salınmış hissəsi yalnız o halda ödənişli ola bilər ki, onun alternativi olan köhnə yol, yəni Biləsuvar və Cəlilabaddan keçən yol tam bərpa olunaraq ideal vəziyyətə gətirilsin. Hazırda həmin köhnə yol çox bərbad vəziyyətdədir. Belə vəziyyət tam aradan qaldırılana qədər yeni yolun ödənişli olması mümkün deyil”. Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov bildirib ki, Ələt-Astara yolunun və Bakı-Quba yolunun ödənişli sistemin tətbiq edilməsi ilə bağlı qərar var: “Bu qərarın icra edilməsi üçün zaman lazımdır. Ödənişli yollar konsepsiyası müzakirə olunan zaman alternativ yolların olması da müzakirə edilib. Alternativ yolların keyfiyyəti ödənişli yolla eyni səviyyədə olmalıdır. Sadəcə ödənişli yollarda sürət həddi yüksək ola bilər ki sürücülər təyinat yerinə daha tez çatsın. Əsas məsələlərdən biri də odur ki, ödənişli yolların qiyməti orta statistik azərbaycanlı sürücünün imkanları daxilində olmalıdır”.(bizimyol.info)

Bakıda avtobus və metroda gediş haqqı artacaq? – Rəsmi açıqlama

“Müntəzəm marşrut xətləri üzrə avtobuslarının gediş haqqının artırılması məsələsi Bakı Nəqliyyat Agentliyində müzakirə edilmir”. Psixoloq.az xəbər verir ki, bunu bizimyol.info-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib. O, bildirib ki, gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət olunmayıb. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov isə metroda gedişhaqqı ilə bağlı məsələnin müzakirə mövzusu olmadığını bildirdi. Qeyd edək ki, iyulun 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı 10 faiz artırılacaqdır.

Başqalarından qabağa keçmək istədi, qatar vurdu

Bu gün Bakı metropolitenində qəza baş verib. Psixoloq.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında baş verib: “Neftçilər” metrostansiyasına daxil olan qatarın güzgüsü platformada dayanan gənc oğlanı vurub. Sərnişin, 1996-cı il təvəllüdlü Orxan Qurbanov qatar gələn zaman istəyib ki, digər vətəndaşlardan önə keçsin. Nəticədə o, sərnişinlərin hüdud xəttin keçib. Qatarın güzgüsü onu yıxıb və eynəyi alnını cızıb”. Bəxtiyar Məmmədov qeyd edib ki, o, təcili tibbi yardımın çağırılmasını istəməyib: “Amma əməkdaşlar təcili tibbi yardım briqadası çağırıblar. Yüngül xəsarət alıb”.

Qatarlarda gediş haqqı artırılır

İyul 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək. Psixoloq.az-ın məlumatına görə, bu barədəoxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Məlumatda qeyd edilib ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları təxminən 10% artırılacaq.

Sabahın hava proqnozu

Azərbaycanda iyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək. Abşeron çimərliklərində iyulun 25-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında iyulun 25-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin günün birinci yarısında Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza görə, iyulun 25-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Matəm elan olunub - Ölənlərin sayı artır

Yunanıstanda matəm elan olunub. Psixoloq.az xəbər verir ki, baş nazir Aleksis Tsipras bununla bağlı sərəncam imzalayıb. Meşə yanğınları nəticəsində ölənlərin sayı artıq 50 nəfəri keçib.

Aptekə basqın olub

Bakı şəhərində aptekə basqın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in "102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Zeynallı olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Güclü meşə yanğını baş verdi - 20 nəfər ölüb

Yunanıstanın Afina şəhərinin ətrafındakı meşədə yanğın baş verib. Psixoloq.az xəbər verir ki, yanğınlar 20 nəfərin həyatına son qoyub. 100 nəfərdən çox insan xəsarət alıb. 69 nəfər xəstəxanalara çatdırılıb. Onlardan bir çoxunun vəziyyəti ağırdır. Alovdan qorunmaq üçün qayıqla dənizə açılan turistlərin taleyi naməlumdur. Hazırda sahil mühafizə xidməti turistlərin axtarışı ilə məşğuldur. 

Bu ərazilərdə su olmayacaq

Xətai və Nizami rayonlarında gün ərzində içməli suyun verilişi dayandırılacaq. Psixoloq.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib. Məlumata görə, Babək prospektinin yenidən qurulması layihəsi çərçivəsində yeni çəkilmiş magistral kəmərin şəbəkəyə qoşulması və köhnə magistral xətlərin ləğvi ilə əlaqədr Xətai və Nizami rayonlarının bir hissəsinə (Qara və Ağ şəhər əraziləri, NZS, UPD, Keşlə qəsəbəsinin, Əhmədli kəndinin bir hissəsinə və Babək prospekti boyunca ərazilərə gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq. "Azərsu" ASC-i yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyir.

İki üzlü körpə doğulub - Həyatı təhlükədədir/ FOTO

İki üzlü və bir cüt beyinli körpə doğulub.  Psixoloq.az xəbər verir ki, hadisə İndoneziyada baş verib.  Qilan Endikaadlı uşaq İndoneziyanın Batam şəhərində dünyaya gəlib. Hazırda o, iki aylıqdır. Onun bir bədəni, iki ayağı və iki əli var, ancaq onun əkiz qardaşı ana bətnində inkişaf edə bilməyib və başı deformasiya olub. Bu patologiya 250 min haldan birində baş verir.  Əkiz qardaşın başı körpənin həyatı üçün təhlükə törədir. Yerli həkimlər bu vəziyyətdə ona kömək edə bilməyəcəklərini deyiblər. Hələlik uşaq mütəxəssislərin nəzarəti altında xəstəxanada saxlanılıb.  Qeyd edək ki, Qilanın anası, doğuma qədər körpənin vəziyyətindən xəbərsiz olduğunu bildirib.