Gələn ilin Ay tutulmalarının vaxtı açıqlanıb. Psixoloq.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov "Report"a açıqlamasında bildirib ki, 2019-cu ildə iki Ay tutulması hadisəsi baş verəcək. O deyib ki, ilk tutulma yanvarın 21-də olacaq: “Təbiət hadisəsi Bakı vaxtı ilə saat 07.34-də başlayacaq və 10.51-də sona çatacaq. Ay səthinin tam tutulması isə saat 08.41-də start götürəcək və 09.43-də yekunlaşacaq. Tam tutulma 1 saat 2 dəqiqə çəkəcək”. Rəsədxana rəsmisi əlavə edib ki, ilk Ay tutulmasını Azərbaycanda müşahidə etmək mümkün olmayacaq: “Buna səbəb təbiət hadisəsinin səhər saatlarında baş verməsidir. Prosesi Sakit Okean, Amerika, Afrika və Avropanın bir hissəsində izləmək mümkün olacaq”. X.Mikayılov qeyd edib ki, ikinci tutulma hadisəsi isə iyulun 17-də olacaq: “Qismən baş verəcək tutulma saat 00.03-də başlayacaq və saat 02.59-da yekunlaşacaq. Tutulmanın maksimum həddi saat 01.31-də qeydə alınacaq. Bu tutulma da Azərbaycanda müşahidə olunmayacaq. Onu Cənubi Amerikada, Qərbi Avropanın cənub hissəsində, Afrikada, Asiyanın cənubunda, Avstraliyada müşahidə etmək mümkün olacaq. İkinci tutulmaya əsasən cənub tutulması deyilir”.
Bu gün gənclər arasında ailə qurmaq ciddi problemə çevrilib. İnsanlarımız 30 yaşa qədər ailə qurmaq istəmirlər. Araşdırmalar nəticəsində insanların 70 faizi buna səbəb kimi maddi imkanlarını əsas gətirirlər. Sosioloq Əhməd Qəşəmoğlu Moderator.az-a açıqlamasında evlilik yaşının artmasının müxtəlif səbəblərinin olduğunu bildirdi: “İndi cəmiyyətdə baş verən faktora yalnız bir tərəfdən baxmaq düzgün deyil. Buna səbəb təbii ki, iqtisadi tərəfdi, insanların bir çoxlarında ailə qurmaq üçün maddi imkanlar və mənzil şəraiti onların ailə qurmasına imkan vermir. Digər tərəfdən, mənəvi amillərdə buna öz təsirini göstərir, yəni 30 il, 50 il bundan qabaq böyüyən gənc bilirdi ki, onun evlilik yaşı çatıbsa, bu bir vəzifədir, evlənmək lazımdır. Burda ictimai qınağı da nəzərə alırdılar. İndi cəmiyyətdə artıq o münasibətlər dəyişib. Ailələrdə o qədər gərginlik var ki, əksər gənclər ailə qurmağa qorxurlar. Çünki bəziləri ilə söhbət etmişəm və deyiblər ki, “Filankəs evləndi və bir neçə ay sonra boşandı. İndi ailə qurmaq çətindi”. İndi evlənmək üçün özünə seçəcəyin adamı tapmaq da çətinləşib. Qabaqlar ümumi bir standart həyat şəraiti var idi, oğlanlar və qızlar elə bir səviyyədə böyüyürdü ki, hər biri ailə məsələlərini çox yaxşı bilirdi. Sovet dövründə evlənmək mənəvi tərəflərə daha çox əsaslanırdı. İndi isə evlilik daha çox mənəvi dəyərlərin təsiri altında yox, nəyinsə hesablanmalarına görə baş verir. Bir müddət sonra mənəvi faktorular işə düşür və həmin ailələrdə gərginlik yaranır. Bizdə ailə haqqında təsəvvürlər aydınlaşdırılmalıdır. Ailə quran gənclərə köməkliklər olmalıdır. Ailə qurmaq məsələsində iqtisadi, mənəvi və dünya görüşü faktorları rol oynayır. Hər bir davranışın arxasında üç mühüm amil dayanır: mühit, informasiya və üstünlük verilən dəyərlər. Amma bəzən elə olur ki, hər bir şəraiti olan gənc ailə qurmağa ehtiyyat edir”. Xatırladaq ki, Azərbaycanda son 27 il ərzində ilk dəfə olaraq, ötən il kişilər arasında ən yüksək orta nikah yaşı qeydə alınıb. Belə ki, 2003-cü ildə kişilərin nikaha daxil olma üçün orta yaş həddi 28,6 (28 yaş 6 ay), qadınlar üçün 23,7 (23 yaş 7 ay) olub. 2008-ci ildə nikaha daxil olanların yaş həddində (kişilər üçün 28, qadınlar üçün 23,4) nisbətən azalma olsa da, sonrakı illərdə nikah yaşı yenidən artıb. 2013-cü ildı kişilər üçün nikah yaşı 28,4, qadınlar üçün 24, 2016-cı ildə kişilər üçün 28,6, qadınlar üçün 24,1, 2017-ci ildə kişilər üçün 28,8, qadınlar üçün 24,2 olub. Azərbaycanda qadınlar arasında nikaha daxil olanların orta yaşı üzrə ən yüksək göstərici 1990-cı ildə qyed alınıb. Həmin ilin göstəricilərinə görə qadınlar arasında nikaha daxil olanların orta yaşı 24,3, ötən il isə 24,2 olub. Rəqəmlər göstərir ki, kişilərin nikaha daxil olma yaşında daha çox artma qeyd alınır. Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumatdan ar-arda üçün ilin şəhər və kənd yerləri üzrə rəsmi qeydə alınan nikahların sayı isə belədir: 2014-cüq ildə nikahların sayı 84 min 912 olubsa, 2015-ci ildə bu rəqəm 68 min 773, 2016-cı ildə isə 667 min 71-ə enib.
Azərbaycan ərazisində sentyabrın 19-na olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-20, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 19-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 19-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
Dünən futzal üzrə İkinci Liqada mövsümə start verildi. Psixoloq.az xəbər verir ki,“Baku Fire-2” – “Borçalı” FK qarşılaşması dramatikliyi ilə yadda qaldı. Oyunun başa çatmasına 30 saniyə qalmış 3:2 hesabı ilə öndə olan debütant 20 saniyə ərzində 2 top buraxmaqla xalsız qaldı. Oyun ərzində azarkeş dəstəyinə görə xüsusi seçilən komandanın baş məşqçisi Vüsal Mustafayev qarşılaşma başa çatdıqdan sonra açıqlama verib. Baş məşqçi əvvəlcə futzal çempionatına qatılmaqla bağlı danışıb: "Futzaldan əvvəl Mini-Futbol Assosiasiyasının təşkil etdiyi yarışda iştirk etdik. Sonra qərara gəldik ki, futzal üzrə ölkə çempionatının İkinci Liqasında gücümüzü sınadıq. Bütün yarışlarda gözlənildiyi kimi, birinci oyunlar hər zaman çətin, gərgin keçir. Bunun bir daha şahidi olduq. Məğlub olsaq da, komandanın oyununu qənaətbəxş hesab etmək olar. Gələcək oyunlarda yüksək nəticələr qazanacağımıza ümid edirik". Vüsal bəy həmçinin “Bakı Fire”nin futzal yarışında iki komanda ilə çıxış etdiyini qeyd edib. "Güclüləri Birinci Liqada, ikinci komandaları isə İkinci Liqada oynayır. Təcrübəli, oturuşmuş heyətə malik olduqlarını bilirdik. Bu amil sona 20 saniyə qalmış qələbəni əldən verməyimizə səbəb oldu",-deyə V.Mustafayev açıqlayıb. Jurnalistin "Planlar necədi? Addım-addım yüksəlmək, yoxsa İkinci Liqada qalıcı olmaq?" sualını isə məşqçi bu cür cavablandırıb: "Təbii ki, hədəflərimiz, məqsədlərimiz var. Pillə-pillə yüksəlməyi fikirləşirik. Bunu gələcək göstərəcək".
Aparılan araşdırmalara görə, hər il dünyada 800 000 –dən çox insan intihar edir. Xüsusilə də 15-19 yaş arası insanlarda ölüm faktı çoxalıb. İntiharın əsas səbəbi isə psixi pozuntular və zərərli alkoqol istifadəsi göstərilib. Qeyd edək ki, insanların vəziyyətini erkən müəyyən etmə və vəziyyətin aktif olaraq idarəsi insanların lazım olan psixoloji dəstəyi almasında əhəmiyyətli rola malikdir.
Son 17 il ərzində Azərbaycan ailələrində beşinci və daha çox uşağın doğulması halları 3 dəfəyədək azalıb. 2000-ci ildə Azərbaycanda 2940 uşaq ailədə sayca beşinci və daha sonrakı uşaq kimi doğulub. 2010-cu ildə belə uşaqların sayı 702, 2005-ci ildə 1285, 2010-cu ildə 702, 2011-ci ildə 643 olub. Sonrakı illərdə ailədə beşinci və daha sonrakı uşaq kimi doğulan körpələrin sayının nisbətən artmasına baxmayaraq, bu say yenə də əvvəlki həddə çata bilməyib. Beləliklə, 2015-ci ildə 1108, 2016-cı ildə 1019, 2017-ci ildə 946 uşaq ailənin sayca beşinci və daha sonrakı uşağı kimi dünyaya göz açıb. Son illər ərzində ailədə dördüncü uşağın dünyaya gətirilməsi halları bir qədər çoxalsa da, ümumilikdə son 17 il ərzində dördüncü uşağın doğulması halları da azalıb. 2000-ci ildə 6149 uşaq ailənin dördüncü uşağı kimi dünyaya gətirilib. 2005-ci ildə belə uşaqların sayı 3866, 2010-ci ildə 3018, 2011-ci ildə 3130, 2012-ci ildə 3625, 2013-cü ildə 3827, 2014-cü ildə 4509, 2015-ci ildə 4404, 2016-cı ildə 4346, 2017-ci ildə 4053 olub. Psixoloqlar arasında apardığımız sorğuya əsasən deyə bilərik ki, onlar bunun səbəbini yaşayış çətinliyi ilə əlaqələndirirlər. Belə ki, mütəxəssislərə görə, qayğının çoxluğu, ailədə iki fərdin də işləməsi, sosial çətinlik kimi səbəblər ailənin dünyaya 2 uşaqdan çox övlad gətirmək fikrini məhdudlaşdırır. Əksər valideyn az uşaq dünyaya gətirməklə onlara daha yaxşı həyat nəsib etməyi planlaşdırır. Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda çoxuşaqlı ailə anlayışının dəyişdirilməsini təklif edib.Onun sözlərinə görə, əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrdə 5 uşaq olurdusa, indi 3 uşaq var. Ona görə də çoxuşaqlı ailə məfhumunda 3 uşağa enmək daha düzgün olar.
Sərin hava var idi. Qonaqlar toplaşmışdı. Yaxın ailə, deyib-gülən üzlər... Hər yaşdan adam var. Ən böyüyü 50-55 yaşlı orta kişi, ən kiçiyi 17 yaş. Birdən kişi uşağa gülümsəyərək dedi: “Yemək bişirməyi, çay süzməyi də öyrən. Ərə gedəndə bilməlisən. Söyməsinlər bizi”... Bir anlıq düşündüm bu qədər bəsitmi hər şey, bir qızın həyatı bir çay dəmləməyə bağlıdırmı? Budur yerə-göyə sığdırmadığımız ağsaqqal tövsiyəsi? Psixoloqlara görə, evlənən cütlüklər bir-birlərinə dost, yoldaş, dərddaş olmalıdır. Seçim zamanı bu xüsusiyyətlər ön planda tutulmalıdır. Bəs bu zehniyyətin açıqlaması nədir? Kimsə demir iş bilməsin, öyrənməsin. Amma hələ evlənmək istəyən şəxs sevgidən, əxlaq, həyat yoldaşından öncə sadəcə bir qadını qulluqçu kimi görmək, arzulamaq doğrudur? Bəs hanı müsbət keyfiyyətlər? Haradadı düzgün insan? Qızın yaxşılığı onun işindənmi bəllidir? Müasir zaman desək də qalmışıq daş dövründə... Yəni “iş bilməsə söyəcəklər” düşüncəsi hansı qəbildən insanın məntiqidir? Niyə evlilik bu qədər ucuz, qadın bu qədər dəyərsizləşib? Belə nəticə çıxara bildim ki, təhsilin, xanımın öz üzərində çalışması, valideynə, dövlətinə layiqli şəxs olması bir ütü bilməməsi ilə silindi. Bir səhv nəinki 3, hətta ömrünü dəyərsizləşdirməyə kifayət etdi. Məncə bu zehniyyətlə psixoloqlar belə bacara bilməz. Şəhanə Quliyeva
Azərbaycanda sentyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 18-22°, gündüz 27-31° isti olacaq. Sinoptiklərin xəbərdarlığına görə, sentyabrın 17-si səhərdən 18-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb, şimal küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal edilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz 30-35° isti olacağı proqnozlaşdırılır. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti olacağı bildirilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 26-31° isti olacağı gözlənilir. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 24-29° isti, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacaq. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 28-33° isti olacağı ehtimalı var. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-22°, gündüz 27-32° isti, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacağı ehtimal edilir.
Sentyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq. Abşeronun şinal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sentyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək. ETSN xəbərdarlıq edir ki, sentyabrın 17-si axşam şimal və qərb rayonlarından başlayaraq sentyabrın 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.(ölkə.az)
Təcavüz, könülsüz bir qurbanı məcburən cinsi münasibətə qatmaqdır. Əksər zaman bu hal cinsi münasibətlə nəticələnsə də, toxunma, ağrı vermək şəkilləri də ola bilər. Burada qarşı tərəfi dəyərsizləşdirmə var. Bu isə qurbanda unudulmayan, mənfi izlər qoya bilər. Qurbanlar isə “Nə üçün mən” sualına cavab axtararlar. Belə insanlarda utanma, əsəbilik, zehni qarışıqlıq duyğuları hakim olar. Bu isə depressiya, stress pozuntusu kimi psixoloji problemlər yarada bilər. Uyğun terapiya və dərmanlarla bu hissləri azaltmaq olar. Aparılan araşdırmalara görə, təcavüzçülərin 99 faizi kişilərdir. Qurbanların 10 faizində təcavüz edən onun yaxın qohumu olur. Belə xəstələr təcili nəzarətə alınmalı və müalicələrə başlanılmalıdır. İlk olaraq antidepresant dərmanları verilməlidir. Tərcümə etdi: Quliyeva Şəhanə
Azərbaycan ərazisində sentyabrın 14-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 14-15-də Abşeron yarımadasında meteroloji amillərin zəif mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTYS) müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədi ilə əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır. Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu, hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım edir. Nazirlikdən bildirilib ki, təcili tibbi yardım göstərilməsi məqsədi ilə istifadə olunan dərman preparatlarının siyahisi müalicə metodik şöbə tərəfindən mütəmadi olaraq araşdırılır: "Ağır xəstələrin evdə rentgen və ultrasəs müayinəsinin aparılması məqsədi ilə BŞTTTYS rəqəmsal və analoji rentgen, həmçinin ultrasəs apparatları ilə təmin olunub, ağır yataq xəstələrinin müayinəsinin aparılmasına tibbi göstəriş olarsa, həkim çağırışı əsasında portativ rentgen və ya ultrasəs apparatı ilə evdə rentgen müayinəsi aparılır. BŞTTTYS-nin evdə laborator müayinəsi apara bilən xüsusi briqadası da mövcuddur".(publika.az)