Sentyabrın 23-ü "BookZone" Kitab evində, Parafraz Nəşrlərinin ilk kitabı "Qurbağa öpüşü" adlı kitabın təqdimat mərasimi keçirilib. Psixoloq.az xəbər verir ki, çoxsaylı oxucular, media nümayəndələri, eləcə də ədəbiyyat adamlarının iştirak etdiyi tədbiri Parafraz Nəşrlərinin rəhbəri, yazıçı, jurnalist Cavid Qədir açaraq yeni yaranan qurumun hədəfləri haqqında danışıb. Bildirib ki, Parafraz Nəşrlərinin əsas məqsədi kitab industriyasını canlandırmaq, oxucuları keyfiyyətli tərcümə və çap materialları ilə təmin etmək, gənc qələm sahiblərinə dəstək olmaqdır. Kitab 12 hekayədən ibarətdir. Kitabın müəllifi Ceylan Mumoğlu Psixoloq.az saytına açıqlama verərək kitabda daha çox psixoloji mövzulara toxunduğunu bildirib: "Çünki bu mövzu mənimçün maraqlıdır. “Qurbağa öpüşü” yeni yaranmış Parafraz Nəşrlərinin ilk kitabıdır. Düşünürəm ki, elə “Qurbağa öpüşü” hekayəmlə oxucuları təəccübləndirə biləcəyəm". Mumoğlu, qarşıda duran məqsədlərindən də bəhs edib. "Planlarım böyükdür. Tərcümə işlərimə davam edirəm. Yeni ildən yazıçılıq yolunda bədii mütaliə ilə yanaşı daha çox metodiki kitabları oxumağı qarşıma məqsəd qoymuşam. İlk romanımı yazmağa başlamışam. Mövzu uzun zamandır, beynimdəydi, artıq onu üzə çıxarmağın vaxtı yetişib. Daha çox yazmaq və daha çox oxumağı hədəf seçmişəm",-deyə Ceylan Mumoğlu qeyd edib. Qeyd edək ki, bununla yanaşı təqdimatda "Kitabsevərlər" hərəkatının rəhbərlərindən Səbuhi Şahmursoy, Fariz Bayramov, Rəşad Babalı, yazıçılar Dalğa Xatınoğlu, Ülviyyə Tahir, psixoloq Kamil Həmidov, "Erməni zindanında səkkiz gün" kitabının müəllifi, Xocalı faciəsinin şahidlərindən olan Dürdanə Ağayeva, "Qurbağa öpüşü" kitabının korrektoru Rəna İsayevə çıxış edərək Ceylan Mumoğlu və Parafraz Nəşrlərinə uğur arzulayıb, hazırkı vəziyyətdə kitab bazarına yeni nəfəsin gətirilməsinin vacibliyini vurğulayıblar. Şəhanə Quliyeva
Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-i səhərədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, havanın temperaturu ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək. Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Psixoloq.az xəbər verir ki, xəbərdarlıqda qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 26-sı gündüzdən 28-dək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 2-4 dərəcə aşağı aşağı enəcək. Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzdən 28-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Amerikalı uşaqların 56%-nin sosial media hesabı var. Sosial media hesabı açan uşaqların orta yaşı isə 12-dir. Bu barədə San-Fransiskoda yerləşən "Common Sense Media” adlı qeyri-hökumət təşkilatının 2016-cı ilə aid tərtib etdiyi hesabatda bildirilir. Təşkilatın valideynlik üzrə eksperti Kerolayn Knorr deyirki, əgər "övladınız 10 yaşını keçibsə, bir gün, dərs ilinin başlanğıcında gəlib "internetdən filan şeyi endirmək istəyirəm” deməsini gözləməlisiniz”.Bəs uşaqların hansı yaşda sosial media hesabı açması düzgündür? Knorrun sözlərinə görə, ABŞ-da 12-yaşlı uşaqların artıq hər hansı formada sosial media hesabı olur. Bu məlumat onun təmsil etdiyi təşkilatın 2016-cı ilə aid hesabatında da əksini tapıb. Hesabat ABŞ-da yaşayan, övladlarının yaşı 8-18 arasında olan 1786 valideyn arasında keçirilmiş sorğuya əsaslanır. Uşaqları yaşa görə təsnif edəndə bəlli olub ki, 13-18 yaşlıların 80%-nin öz sosial media hesabı var. 8-12 yaşlıların yalnız 23%-nin sosial media hesabı var imiş. Birminqemdəki Alabama Universitetindən uşaq psixoloqu Vivian Fridman yaşı 6-12 arasında olanların konkret düşünmə bacarıqlarının inkişaf etdiyini, 12-18 yaşlar arasında isə abstrakt düşüncə bacarıqlarına yiyələndiklərini deyir. Mütəxəssis hesab edir ki, uşaqlar yeniyetməlikdən öncə daha konkret düşündükləri üçün bəziləri sosial media ilə bağlı abstrakt məsələlərin həqiqiliyini tam təhlil edə bilmir: "Məncə, bunu etməyin ən yaxşı yolu birlikdə oturub övladınızın işlətmək istədiyi proqramı və onların işlədə biləcəyi məxfilik ayarlarını müzakirə etməkdir. Sonra valideynlərlə uşaqların nəyi paylaşıb-paylaşmamağın düzgünlüyünü müzakirə etməsi vacibdir. Hesab edirəm ki, 12 yaş civarı uşaqların sizin qaydalarınıza əməl etmək və onların təhlükəsizlik baxımından vacibliyini anlamaq iqtidarında olduğu dövrdür”, – deyə o bildirir. ABŞ qanunları valideynlərə saytlarda bütün məlumatlar üzərində nəzarət imkanı verir. Qanunlara görə, operatorlar, saytlar və onlayn xidmətlər valideynlərin icazəsi olmadan yaşı 13-dən aşağı olan uşaqlardan hər hansı şəxsi məlumat istəmir və belə məlumatları paylaşmır. Məsələn, "Facebook” bildirir ki, bu platformadan istifadə edən hər kəsin ən azı 13 yaşının tamam olması vacibdir: "Yanlış məlumatla hesab açmaq bizim qaydalarımıza ziddir”, – "Facebook” yazır. "Facebook” eyni səhifədə 13 yaşına çatmamış uşağınız özünə hesab açarsa, onu necə bağlayacağınız haqda təlimat da verir. Burada yaşı çatmayan şəxsin hesabı ilə bağlı şikayət etmək üçün xüsusi forma da verilib. "Valideynlərin çoxu elə bilir ki, bu qaydanın məqsədi uşaqların təhlükəsizliyini qorumaqdır. Əslində isə səbəb odur ki, əksər sosial media platformaları məlumatı paylaşır və məlumat toplayır. Ancaq onların 13 yaşdan aşağı istifadəçilərlə bunu etməyə ixtiyarları yoxdur”, – Knorr deyir. Alabama uşaq xəstəxanasının pediatrı və Birminqemdəki Alabama Universitetinin professoru Kendis Day məsləhət görür ki, valideynlər övladları ilə sosial media hesabı haqda danışsınlar: "Onlara deyin ki, bir adamı tanımırsa və o, dost olmağı təklif edirsə, onu qəbul etməsinlər. Kimsə təhqiramiz bir hərəkət edirsə, onu dostluqdan çıxarsınlar…”, – K. Day deyir. Məxfilik və təhlükəsizlik məsələləri vacib olsa da, Knorr, ümumiyyətlə, uşaqların ekran qarşısında keçirdiyi vaxtı uşaqların sosial mediaya gəlməsi baxımından ən ciddi problemlərdən biri sayır. Amerika Pediatrlar Akademiyası 5-18 yaşlı uşaqların yataq otağında cihazların olmamasını, yatmazdan öncəki bir saat ərzində və ailəvi yemək zamanı hər hansı cihaz işlətməməsini tövsiyə edir. Qurum valideynlərə kompüter qarşısında keçirilən vaxtın artıq çəki, yuxu problemləri, kiber-hədə, uşaqların məktəbdə zəif oxuması və digər problemlər ortaya çıxaracağı haqda xəbərdarlıq edir. Bəs Azərbaycanda sosial mediadan istifadə edən azyaşlılarla bağlı vəziyyət necədir? Sosial şəbəkələrin istifadəçisi olan uşaqlarla bağlı statistika məlumdurmu? Araşdırma zamanı məlum olur ki, Dövlət Statistika Komitəsi hər il internet istifadəçilərinin yaş tərkibinə görə hesabat tərtib etsə də, burada azyaşlıların sosial şəbəkələrdən istifadəsi ilə bağlı statistika əksini tapmayıb. Hesabatdan məlum olur ki, Azərbaycanda ümumi internet istifadəçilərinin əksəriyyətini yaşı 24-dən aşağı olan şəxslər təşkil edir. Məsələn, 2015-ci ildə bu rəqəm 42,9, 2016-cı ildə isə 42,5 faiz olub. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün virtualaz.org-a bildirdiyinə görə, sosial şəbəkələrdə yaş məhdudiyyəti olmasına baxmayaraq, Azərbaycanda azyaşlılar da sosial şəbəkələrdən yetərincə istifadə edirlər. "Azərbaycanda internetdən istifadə elə sosial şəbəkələrdən istifadə deməkdir. Çünki bizdə internetdən sosial şəbəkələrdən istifadə üçün istifadə edirlər. Azərbaycanda azyaşlıların sosial şəbəkələrdə qeydiyyatdan keçmələri onların mobil telefonlardan istifadəsi ilə bağlıdır. 10-12 yaşlı uşaqlar sosial şəbəkələrədn istifadə edirsə, artıq burada təhlükə var. Əgər valideyn 9-10 yaşında uşağa bütün imkanları olan "ağıllı” telefon və ya notebook verirsə, yaxşı internet verirsə, o başa düşməlidir ki, burada təhlükə yox, çox böyük təhlükə var. Uşaq nəzarətdə olmalıdır. Əgər o sosial şəbəkədə istifadə edirsə belə, birinci dostu valideyn olmalıdır. Valideyn onun ətrafına, dostluğuna nəzarət etməlidir”, – deyə Osman Gündüz bildirir. Ekspert deyir ki, sosial media resurslarının sahibləri öz resurslarında yaşla bağlı məhdudiyyəti qoyurlar və bunu elan edirlər. Amma buna nəzarət etmək, icrasına nail olmaq mümkün deyil. Çünki uşaqlar yaşlarını az göstərərk rahatca qeydiyyatdan keçə bilirlər: "Uşaqlar üçün sosial şəbəkələrdə xeyli oyunlar var ki, onların psixikasına çox mənfi təsir edir, onları intihara sürükləyir. Biz bununla bağlı zaman-zaman açıqlamalar veririk. Uşaq hüquqlarını qoruyan təşkilatlar bunun üçün təsis edilir. Amma buna nəzarət etməli olan təkcə hökumət və ya provayder deyil, həm də cəmiyyətdir, medaiadır, valideynlərdir. Uşaqların sosial mediada daha çox evdə istifadə edir. Ona görə də valideynin bilik və bacarıcığı yetərli olmalıdır. Təhsil müəssisələrində bununla bağlı mütəmadi olaraq məlumat verilməlidir”. O. Gündüz deyir ki, son dövrlərdə qanunvericilik azyaşlıların internetin zərərlərindən qorumaq istiqamətində xeyli təkmilləşdirilib. Telekomunikasiya qanununa görə, istifadəçinin, yəni valideynin provayderdən təhlükəsiz – "halal” internet tələb etməyə haqqı var. Provayder öz informasiya sistemində ciddi dəyişiklik etməli, çeşidlənmiş, süzgəcdən keçirilmiş informasiyaları ötürməlidir.
Türkiyənin məşhur müğənnisi Yıldız Tilbə Bakıda konsert verəcək. Psixoloq.az xəbər verir ki, tədbir 13 oktyabr, Bakı Konqres Mərkəzində baş tutacaq. Çizgim Event-Noya Yapımın Bakıdakı səlahiyyətçisi Türkay Kıztaşın məlumatına görə, şənbə günü təşkil olunacaq konsertə indidən böyük maraq var: "3400 nəfərlik tutuma malik Bakı Konqres Mərkəzində konsert keçirəcək Yıldız Tilbe ilk dəfə Azərbaycan mahnılarını səsləndirəcəyi üçün olduqca həyəcanlıdır". Verilən məlumatda qeyd edilir ki, konsertə eyni zamanda sponsor firmaların rəhbərləri və bir çox iş, incəsənət, idman, film, media və qabaqcıl türk firmalarının rəhbərləri, Türk Baş konsulluğu, Türkiyə Mədəniyyət və Təqdimat Müşavirliyindən də qonaqlar olaraq dəvət ediliblər. Qeyd edək ki, biletləri şəhərin bütün kassalarından, 28 Mall, Gənclik Mall ticarət mərkəzlərindən, ASAN Xidmət mərkəzlərindən və www.iticket.az -dan əldə edə bilərsiniz.Əlaqə üçün :051 330 5262
Sentyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 22-də gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 22-23-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir. ETSN xəbərdarlıq edir ki, sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında sentyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 65-75 faiz olacaq. Sabah bölgələrdə dəgün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-17 dərəcə isti təşkil edəcək. Sentyabrın 22-23-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir. Sentyabrın 22-si gündüzdən 24-ü gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
Sentyabrın 21-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 25-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi dağlıq rayonlarda duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 21-də Abşeron yarımadasında biometeoroloji amillərin iqlim norması daxilində tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əlverişlidir.
Hər bir psixoloqun özü ilk olaraq psixoanalizdən keçməlidir. Psixologiyanın bütün sahələrinə dərindən yiyələnməli və empatiya qura bilməlidir. Bildiyimiz üzrə uşaq və böyük olmaqla psixoloqlar adətən qrupa bölünür. Belə ki, uşaq psixoloqları adətən azyaşlı və yeniyetmələrlə çalışır. Ancaq psixoanalizlər zamanı isə hər bir insanın uşaqlığına nəzər salınır. Bu məqamda isə belə bir sual meydana çıxır. Bütün psixoloqlar uşaq psixikasını bilməlidirmi? Psixoloq.az xəbər verir ki, mütləq şəkildə uşaq psixologiyasını, bu sahəyə məxsus hər bir mütəxəssis bilməlidir. Çünki qeyd etdiyimiz kimi müəyyən mərhələlər var ki bunu hər insan keçir. Hansı ki uşaqlıq dövrü, sonradan yaranan eqo, yeniyetməlik və s. Psixoloq isə bunları dərindən bilməlidir ki, pasiyenti psixoanaliz edən zaman bu dövrdə yaşanılan problemləri, travmaları və digər məsələləri analiz edə bilsin. Qeyd edək ki, uşaqlarla işləyən psixoloqlar böyüklərlə də işləməyi bacarırlar. Şəhanə Quliyeva
Bir insan yolla gedir. Onu bıçaqlayıb, pullarını da oğurlayıb qaçırlar. Bir insan ağır xəstə olur. Əməliyyat masasında onu da bıçaqla yarırlar, sonra yardıqları yerdə işlərin bitirib qapadırlar. Hər iki halda insana bıçaq dəyir amma demək olmaz ki hər iki hal insanın zərərinədir. Bəzən sıxıntılar da əməliyyat masasında bizi yaran bıçaq kimidir. Yaran Yaradandandır. Bəlkə də o yarılan yerdə əməliyyat gedir, bitdikdən sonra daha sağlam davam edəcəksiniz həyatınıza. Bu həyatda hadisələrin gedişatını dəyişə bilməyən yeganə şey üsyan, göz yaşı, dərd çəkmək və depressiyadır. Amma ən çox müraciət edilən də onlardır. Bəs nədən, necə başlayaq? Başlamayacaqsınız... bitirəcəksiniz...1. Öncə boş zaman keçirməyi ( mütləq etməyə birşey tapılar)2. Pis təsir edən film, serial və proqramları.3. Özünüzü içinizdə deyil çölünüzdə axtarmağı.4. Yalnız həyatda problemləri görməyi :) Problemlər bir ovuc duz kimidir. Siz fincan yox, göl olun. O duzu içinizdə həll edin, dağıdın getsin.Pedaqoq Lalə MəhərrəmliPsixoloq.az
"Bir dəfə Aşura günündən bir gün əvvəl İranda idim. Orada mərasimə hazırlıq mərhələsini gördüm. İnsanlar meydanda içərisi qırmızı maddə ilə dolu (qana bənzər) şarlar düzəldiblər. Yanımdakı insanlardan soruşdum ki, bunlar nə edir. Dedilər ki, sabah bu şarlar xəncərlərlə kəsiləcək və bu onu göstərir ki, İmam Hüseynin qanı belə axıb. Bu hədsiz dərəcədə cahillikdir. Bax ona gör deyirəm ki, sabah həmin günün anılması, o gün canından keçən insanların xatirəsinə hörmət əlaməti olaraq düzgün şəkildə məscidlərə gedib o günü yad etmək məqbuldur. Məscidlərdə yaxşı olar ki o günün mahiyyəti haqqında danışılsın. İnsanlara məlumat verilsin. Elə məclis qurumalıdır ki, insanlar, hətta azyaşlı uşaqlar belə oradan mənəvi qida alsınlar. Təəssüf ki, bu gün bizim məclislərimiz buna hazır deyil”. Psixoloq.az xəbər verir ki, bu sözləri publika.az-a sosioloq Əhməd Qəşəmoğlu deyib. Sosioloq onu da qeyd edib ki, bu gün ölkədə keçirilən Aşura məclislərində cəhalət elementləri o qədər güclüdür ki, böyüklərdən tutmuş, uşaqlara qədər psixoloji təsir edə bilər: “Mən şəxsən bu səbəbdən istəməzdim ki, bu mərasimlərə azyaşlı uşaqlar aparılsın. Bu mərasimlərdə insanların qollarına qara ip bağlayaraq bununla nəzir toplayanlara da rast gəlirik. Bütün bunlar dinimizdə yoxdur. Bu heç xoşa gələn, arzu edilən nüasnlar deyil. Biz bu mərasimləri yığışdıra bilmərik. İslam aləmin birləşdirən günlərdən biridir. Amma mərasimlərin keçirilməsinin bu şəkildə də davam etməsinə şərait yaratmaq olmaz. Yaxşı olardı ki, ümumiyyətlə qan tökmək, baş yarmaq olmasın. “Qurani-Kərim”də bu davranışlar qətiyyətlə pislənir". Psixoloqlar isə bu mərasimlərə azyaşlı uşaqların aparılmasının əleyhinədir. Çünki uşaqların dərk etmədikləri yaşda qan görməkləri, vəhşilik simvolu olan hərəkətlər onlarda travmaya səbəb ola bilər. Məsləhətdir ki, bu günün xüsusiyyəti barədə uşaqlara elmi məlumatlar ötürülərək maarifləndirilsinlər.
Azərbaycan ərazisində sentyabrın 20-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-20, gündüz 24-28, Bakıda gecə 18-20, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq. Azərbaycanın rayonlarında sentyabrın 20-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi şərq rayonlarında yağışın leysan xarakterli olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 26-31, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.