Psixoloq.az xəbər verir ki, psixologiya sahəsində peşəkarlıqları və eyni zamanda əsl olması gərəkən Azərbaycanlı ailə modeliylə və eləcədə iradəli Azərbaycan qadınının siması olaraq tanıdığımız peşəkar psixoloq Elnur Rüstəmovun ömür gün yoldaşı, tanınmış psixoloq Narınc Rüstəmova qısa zamanda artıq çəkilərə qalib gəldikdən sonra həyatında dəyişən və dəyişməyənlərlə bağlı özünə məxsus facebook sosial hesabında paylaşım etmişdir .Paylaşım Azərbaycan ailələri üçün örnək və təqdirə layiq marifləndirmə əhəmiyyəti kəsb etdiyindən həmin paylaşımı olduğu kimi diqqətinizə çatdırırıq Arıqlamağımın ən gözəl tərəfləri getdiyim yerlərdə yuxulamamaq, passiv həyatdan qurtulmaq, bir neçə xəstəliklərimə qalib gəlmək və sevimli geyimlərimə qovuşmaqdan başqa bir şey olmadı.Vallahi həyat yoldaşım necə var elədə qaldı. Yeganə dəyişməyən o oldu. Qardirobum dəyişdi, soyuducuda ərzaqlarım dəyişdi, Səhəttim dəyişdi, günlük qrafikim dəyişdi bircə Elnur müəllim dəyişmədi. Həyat yoldaşımın sevgisində bu evlilik boyu nə azalma gördüm nə artma.. Bu vəsiləylə Bizi bir- birimizə bağlayan cismimiz yox qəlbimiz olduğunu bir daha gördüm. Ona arıqlamağımı hədiyyə edərkən özümə hədiyyə etmiş oldum. Bir kişinin qəlbinə yol tapmağın bəzək olmadığının bariz nümunəsiyəm. Kişilər az danışan çox iş görən qadınları sevirlər. Kişilər ana qayğısı qarşısında ümumiyyətlə yox deyə bilmirlər. Qəlblərinə gedən yol isə mədələrindən keçir. Şərt deyil Biz bişirək əsas odur nuşi canlıqla yeməsinə şərait yaradaq. Qarnı tox oldumu baş işləyəcək. Yeməkdən öncə və yemək zamanı söhbətdən, problemlərin müzakirəsindən uzaq durmaq qızıl qaydadır. Bacarmadıqlarını yox bacardıqlarını şişirdin ki, daha çox bacarmağa çalışsın. Xarab olan əşyanı təmirini hətta bir lampanı dəyişməyi bacarmamağını deyil Sizi filmə aparmağını qabardın. Bir sözlə onlara güclü olduqlarını hiss etdirməlisiniz. Lakin mənim yanımda bu çevrə içində güclü olduqlarını unutdurmamalısınız... Sevdiyi bir geyimi geyinibsə "necədi?" sualına "qəşəngsən, yaraşır" deyil "mənə görə yaraşır, mənə görə qəşəngsən" cavabını verməyi unutmayın. Söyləməyi unutmayın ki, o da unutmasın! İşindən evinə, evindən işinə tələssin... Psixoloq.az
Psixoloq.az xəbər verir ki, son zamanlarda maraqlı layihələri ,özünə məxsus kreativ ideyaları,bacarığı və istedadı ilə diqqət çəkən Yaşam Kouçu Psixoloq Zümrüd Əsədova Xəzər televiziyasında yayımlanan İmtahan serialında psixoloq obrazını canlandırmışdır.Bu barədə Psixoloq Zümrüd Əsədova özünün facebook hesabında paylaşım etmişdir.Həmin paylaşımı və İmtahan serialından görüntüləri sizlərə təqdim edirik . Hər insanın öz həqiqəti, hər kəsin öz reallığı var.. İnsan yaxşı niyyətlə etdiklərinin necə bir nəticəyə səbəb olacağını öncədən bilmir. Başqasına yaxşı olsun deyə vazgeçdiklərimiz o insanında bizdən vazgeçməyinə səbəb ola bilər...
Bu ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486 722-dən çox ümumi müraciət daxil olub.Səhiyyə Nazirliyindən verilən məlumata görə, müraciət edənlərdən 43220 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 57670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7833 olub ki, bu rəqəmdə artım qeydə alınıb. Məlumata görə, pediatrik çağırışları Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrində fəaliyyət göstərən pediatrik briqadalar tərəfindən icra olunmasına üstünlük verilib. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2100 nəfərdən çox olub. Ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101098, hospitalizasiya 8768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2541, hospitalizasiya 2220 olmuşdur. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə edilib. Nazirlikdən bildirilib ki, sinir sistemi xəstəlikləri ilə əlaqədar müraciətlərin sayı artdığından, belə xəstələrə göstərilən tibbi yardımın keyfiyyətini yüksəltmək məqsədi ilə, nevrologiya üzrə ixtisasartırma kurslarında dəfələrlə iştirak edən həkimlərdən ibarət xüsusiləşmiş briqadalar təşkil olunub. Doğuşla bağlı müraciətlərin sayı 1907, hospitalizasiya1887 olub. Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 16679, hospitalizasiya 11553 olubşdur.Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər sədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 13665, hospitalizasiya olanların sayı 8871 nəfər. Statistik rəqəmlərə əsasən 2018-ci ilin 8 ayı ərzində BŞT və TTYS-na nəqliyyat hadisəsi səbəbindən 1632 müraciət daxil olub. Bu hadisələr nəticəsində 1417 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə edilir. Qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən ayrılan yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 15 nəfər və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 400-dən çox körpənin Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra olunub. Təcili tibbi yardıma ehtiyacı olan 254 nəfər yaşayış yeri məlum olmayan şəxs, ilkin tibbi yardım göstərilərək cərrah, travmatoloq, toksikoloq və rentgen müayinəsindən keçdikdən, təmiz geyimlə təmin edildikdən sonra müvafiq xəstəxanalara yerləşdirilib.(ölkə.az)
Mahnıları ilə qısa zamanda qəlblərə taxt quran məşhur müğənni Elvin Mirzəzadə falçıya getdiyini etiraf edib. Mirzəzadə, bu barədə ilk dəfə Psixoloq.az portalına məlumat verib. O, əslində fala inanmadığını ancaq təsadüfən fala baxdırdığını açıqlayıb: “Heç zaman fala inanmamışam. Bu dinə olan inancımdanmı deyim, ya Allaha olan sevgimdənmi deyim hər zaman bu istiqamətdə fikirlər bildirmişəm. Hardasa əsgərlikdən sonra gəlmişəm. Nə diplomum üzrə iş tapa bilirəm nə də özümü hansı sahələrə vururam heç bir effekt vermir. Səbrim çatmırdı. Artıq depressiv vəziyyətə düşmüşdüm. Evdən pul almağa utanırdım. Sonra padval tipli yerdə işə başladım. Günə 15-20 manata. Məsələ 2015-ci ildə baş vermişdi. Və ora bir qadın gəlir. Artıq hamı gedib. Pavilyon boşdu və kartla fala baxır. Mən də lağ-lağı formada yaxınlaşdım ki mənim də falıma bax”. Mirzəzadə falçının ona müddət qoyduğunu və haqqında dediklərinin hər birinin gerçəkləşdiyini açıqlayıb. “İndi deyəcəm amma reklam kimi anlaşılmasın amma adam ağzını açdı və hər şeyi olduğu kimi dedi. Adam mənə müddət qoydu. Mənə dedi ki, iki il müddətinə elə bir şey edəsən ki bütün Azərbaycan səndən danışacaq. İndi nələrə nail olmuşamsa elə bil qadın siyahı tutub bunları mənə öncədən demişdi”,-deyə müğənni vurğulayıb. Şəhanə Quliyeva
Azərbaycan ərazisində sentyabrın 14-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 27-32, Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim cənub küləyi əsəcək. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 14-15-də Abşeron yarımadasında meteroloji amillərin zəif mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Son 10 ildə dünyada xoşbəxtlik indeksi aşağı səviyyəyə düşüb. Psixoloq.az xəbər verir ki, dünyanın ən bədbəxt ölkələri sırasında ilk yeri isə Afrika ölkələri tutur. Sosioloqlar, psixoloqlar, insanların sayı, stress və narahatlıq nüanslarını nəzərə alaraq dünyanın ən bədbəxt ölkələrinin siyahısını hazırlayıb. Siyahıda ilk yeri Mərkəzi Afrika ölkələri tutub. Daxili çəkişmələr səbəbindən burada on minlərlə insan evlərini tərk edib. İkinci yerdə 59% göstərici ilə İraq gəlir. Daha sonrakı yerləri Cənubi Sudan (55%), Misir (47%) və İran (45%) tutur.(qafqazinfo)
Azərbaycanda 1 iyun 2015-ci il tarixindən 31 avqust 2018-ci il tarixinədək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, talassemiyanın profilaktikası labaratoriyasında ümumi 457 422 nikaha daxil olan şəxs müayinədən keçib, onlardan 16 847 nəfərdə talassemiya daşıyıcılığı, 1575 nəfərdə siflis, 387 nəfərdə HİV1/2 (QİÇS) aşkarlanıb. 2018-ci il 1 yanvar tarixindən 31 avqustadək cəmi müayinə olunanların sayı 93 138, onlardan 2773 nəfərdə talassemiya daşıyıcılığı, 242 nəfərdə siflis, 105 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb. Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.(ölkə.az)
Azərbaycan ərazisində sentyabrın 12-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-23, gündüz 26-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində sentyabrın 12-də (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-qərb küləyi gün ərzində arabir güclənəcək. Azərbaycanın rayonlarında sentyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 12-də Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi fonunda komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. ETSN xəbərdarlıq edir ki, sentyabrın 12-dən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Sentyabrın 12-də bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağışın intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.(ölkə.az)
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva vəzifəsindən azad edilib. Bu barədə publika.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, E.Əliyeva yaşı ilə əlaqədar olaraq təqaüdə göndərilib: “Elmira Əliyeva təqaüdə çıxdığına görə vəzifəsindən azad edilib. Onun yerinə Merli Veyisova təyin edilib”. M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.
Ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal küləyi əsəcək, axşam arabir güclənəcək. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Sentyabrın 11-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.(Publika.az)
Qadınlar oturan vəziyyətdə və ya ayaq üstə dayanarkən asanlıqla yalan danışa bilirlər. Bunu belçikalı alimlər müəyyənləşdiriblər.Psixoloq.az xəbər verir ki, professor Bruno Verçuerin rəhbərliyilə aparılan tədqiqat nəticəsində məlum olub ki, qadınlar ayaq üstə və oturaq vəziyyətdə rahatlıqla yalan danışa bilir. Ancaq uzanan vəziyyətdə yalan danışa bilmirlər. Əgər qadın uzanıbsa, bu halda yalan danışmaqda çətinlik hiss edir. 123 qadının arasında aparılan tədqiqat zamanı onların məhz oturarkən və ya ayaq üstə dayanarkən asanlıqla yalan danışdığı sübut olunub. Alimlər bunun səbəbini müəyyənləşdirə bilmədiyi üçün araşdırmanın davam etdirilməsini qərara alıblar.Araşdırmada o da məlum olub ki, qadınlar munasibətlərində ən çox muraciət etdikləri yalanları adətən özlərini qorumaq üçün istifadə edirlər. Sanki kişilərin etdiyi heç bir hərəkətə onların ürəyi sıxılmır və ya incimirlər. Bu yalan qarşıdakı insanın səhvinə çox da əhəmiyyət verilmədiyini göstərmək üçün işlədilə bilər. Məsələn, sevgilisi ad gününü yaddan çıxanda onlar adətən bunun mühüm olmadığını deyirlər. Amma kişilər bunun ağ yalan olduğunu hiss edə bilirlər. Çünki hər bir qadın özəl günlərində xatırlanmağı və həmin günün unudulmaz keçməsini istəyirlər.publika.az
Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata əsasən, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22°, gündüz 27-31° isti, Bakıda gecə 20-22°, gündüz 29-31° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq. Abşeron çimərliklərinin şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Cənub çimərlikləri - Türkan, Hövsan, Sahil, Şıxda mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 25-26° isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 31-36° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti təşkil edəcək.