Qızların kişilərlə tanış olmaq istəməməsinin 10 səbəbi

Nə üçün qız tanış olmaq istəmir? Cazibədar qadın kişiləri cəlb edir. Lakin “yox” sözü onun ağzından düşmür. Axı niyə? 1. Onun sevgilisi var. Həyat yoldaşına, məşuquna xəyanət etmək mümkündür, lakin sevdiyin insana heç vaxt.  2. O, kişilərə nifrət edir. Sosial bərabərsizlik, kişilərin qadınları aşağılamaları, ona heç olmasa bu yolla revanş hiss etməyə kömək edir. 3. Acı təcrübə. Onun keçmiş sevgilisi özünü alçaq kimi göstərib. Bu stereotip mexaniki olaraq sizin üzərinizə də keçir. 4. Sizin çağırışınız düzgün vaxtda edilməyib. Qadının daxili dünyası böhran vəziyyətini yaşayır. İşdə nələrsə qaydasında deyil, sadəcə özünü pis hiss edir. Bəlkə başqa vaxt o maraqlı kişi ilə məmnuniyyətlə tanış olacaqdır. 5. Sizin xarici görkəminiz. Siz ondan daha yaxşı görünməlisiniz. Ən azı eyni səviyyədə. Bir filmdəki kəlmə yadınızdadır: “Kişinn ayaqqabıları çirkli olanda xoşuma gəlmir”. Burada artıq yazılası bir şey qalmır.  6. Nazlı qadın. Onun sizə ehtiyacı yoxdur. Ona yalnız sizin xoş sözləriniz və diqqətiniz lazımdır. Lazımi dərəcədə onları aldıqdan sonra onun sizə olan marağı sönür. Özünü qiymətləndirmə dərəcəsi lazımi həddə çatdı. 7. Uğursuz roman. Bir müddət öncə əlaqələrin pozmasından sonra qadın prostrasiya vəziyyətindədir. Ona sadəcə tanış olmağı deyil, həm də kömək etməyi təklif edin. İncə qadın qəlbini anlamayan kişiləri biraz danlayın. 8. Düzgün olmayan taktika. Sənətşünasa yaxşı tanış olan bir şey bankçı üçün başa düşülməz olacaqdır. Başa düşülməyən bir şey qəbul olunmur və hara gəldi  uzaqlaşdırılır.  9. Onun hekayəsinin qəhrəmanı deyil. O, təkcə onu gözləyir. Bu, dəqiq siz deyilsiniz. Qırağa çəkilin, onsuzda xeyiri olmayacaqdır.   10. İradəsiz kişi. Təbiətdə jeleyə bənzər kişiyə arxalanmaq mümkün deyil.  Əvvəla özünüzdə cəsarətli olmağı tərbiyyə edin. 

Boşanmaq istəyənlərə QƏRİBƏ CƏZA: 6 həftə boyunca...

Qədim zamanlarda Transilvaniyada evli insanlara ayrılmamaq üçün tətbiq edilən üsullar eşidənlərin təəccübünə səbəb olur.Psixoloq.az publika.az-a istinadən xəbər verir ki, bu üsullar qorxunc səslənsə də, insanların evliliklərini xilas etməsi üçün işə yarayıb.Ruminyada yerləşən Transilvaniya bölgəsində UNESCO-nun Dünya Mirası siyahısına salınan, saksonlara aid yeddi kənd mövcuddur. Biertan kəndi də bunlardan biridir. Burada yerləşən kilsənin həyətində 300 il yaşı olduğu iddia edilən bir otaq var. Keçmişdə keşişlər bu otağı qəribə məqsədlə istifadə edirmiş.Belə ki, bir-birilə yola getməyən evli cütlüklər 6 həftə boyunca bu otaqda qalırmış. Bu üsulla boşanmaq istəyən cütlüklər qərarlarından vaz keçirmiş. İddialara görə, otağın 300 illik istifadə müddəti ərzində sadəcə bir boşanma hadisəsi qeydə alınıb.Hazırda muzey kimi istifadəyə verilən otaqdakı əşyalar bir nəfəlik yataq, masa və kiçik bir sandıqdan ibarətdir.Transilvaniyada məskunlaşan saksonların dini inancı Lüterçi Protestant Xristianlığı olub. Bu din bəlli şərtlər çərçivəsində boşanmağa icazə versə də, cütlüklərin boşanmasının qarşısını almağı daha üstün tutub. Kilsənin həyətində yerləşən bu otaq da həmin cütlüklərin barışması üçün nəzərdə tutulub.Biertan kilsəsinin hazırki keşişi ənənə haqqında bunları deyib:“Çox güman ki, keçmişdə evlənən insanlar bir-birilərinə sevgi ilə bağlanmırdılar. Onların tək məqsədi işləmək və həyatda qalmaq mübarizəsi olub. Cütlüklərin 6 həftə müddətində bu otaqda kilidlənməsi bir il sonrası üçün qida toplamasına imkan verməyib. Bu səbəbdən boşanmaq istəyən cütlüklər bir an öncə barışıb öz normal həyatlarına geri qayıdıblar.Modern ailələrdə insanlar bir-birilərinə çox az vaxt ayırırlar. Yəni, biz bu laqeydliyi nəsillərimizdən miras almışıq. Buna görə bizim üçün nəyin yaxşı olduğuna qərar vermək və bizi bir arada saxlayan şeyləri bilmək üçün daha çox dialoqa girməyə ehtiyacımız var”.

Azərbaycanlılar niyə boşanırlar? - RƏY

Boşanmaların sayının artmasına səbəb artıq ailədə dəyərlər sisteminin çat verməsidir. Bunu oxu.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib. Onun sözlərinə görə, boşanmaların səbəbləri çoxdur: “İlk növbədə odur ki, bəzi insanlar ailəni köhnə qayda ilə idarə edirlər. Təbii ki, bununla razılaşmayanlar olur və münasibətlərdə problem yaranır. Nəticədə isə cütlüklər boşanır. Eyni zamanda, erkən nikah qurmağa məcbur edilənlər, yaşı keçdiyinə görə məcburi ərə verilənlər, işsizlik, xəyanət də rol oynayır. Elə qadınlar var ki, öz azadlıqlarının zorla məhdudalaşdırılmasını istəmirlər”. Mehriban Zeynalova bidirib ki, boşanmaların qarşısını almaq mümkün deyil: “Dəyərlər sistemi çat verib. Hansısa formada boşanmaların qarşısını almaq mümkün deyil. Proses özü tənzimlənəcək. Şüurlu ailə qurma prosesi olana kimi bü cür davam edəcək”. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubovbildirib ki, hazırda Azrbaycanda ən böyük problem milli-mənəvi dəyərlərin aşınmasıdır: “İnternet, sosial şəbəkələr, insanlar arasında qəddarlığın yüksəlməsi bu dəyərlərin aşınmasına gətirib-çıxarır.  Əvəllər dolanışıq yaxşı olmasa da, insanlar bir-biri ilə yola gedir, anlaşırdılar. İndi heç nədən problemlər yaranır, böyüyür, bir-birini qəbul etmirlər və boşanırlar. Araşdırdıqda isə məlum olur ki, cütlüklər arasında olan problem boşanmaq üçün səbəb deyil”. Nizami Əyyubov bildirib ki, son 10 ildə boşanmaların sayı 70-80 faizə qədər artıb: “Müstəqillik illərindən əvvəlki və indiki dövrü müqayisə etsək, hazırda boşanma sayı daha kəskindir. Ölkədə təbii artım azalıb və düşməkdə davam edir. Təbii artım hər 1000 nəfərə 19-20-dən doqquza düşüb. Dövlət tərəfindən demoqrafiya problemlərinin həlli üçün proqramlar qəbul olunub. Amma hazırda da təbii artım azalmaya doğru gedir. Səbəb isə cütlüklərin boşanması və doğulanların kəskin azalmasıdır. Boşanan adam uşaq istəyərmi? Təbii ki, yox”. Şöbə müdiri qeyd edib ki, ölkədə təbii azalma prosesi bir müddət davam edəcək: “Hazırda Azərbaycanda əhalinin sayı həm təbii artım hesabına, həm də ölkəyə gələnlərin sayına görə artmaqdadır. Əvvəllər də miqrasiya balansı mənfi idi. Eyni zamanda, təbii artımın bir hissəsi ölkədən kənara çıxırdı. İndi isə belə deyil. Ermənistanda isə təbii artım və əhalinin sayı bizdən üç dəfə azdır. Artımın çox hissəsi kənara gedir. Həm də miqrasiya və demoqrafiq artımı aşağıdır. Ermənistanla müqayisə edəndə, bizdə vəziyyət çox yaxşıdır. Amma ölkədə milli-mənəvi dəyərlərin aşınmasının qarşısı mütləq alınmalıdır”. Qeyd edək ki, 2018-ci ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 27525 nikah, 7219 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub. Ötən ilin müvafiq dövründə isə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində  40256 nikah və 9787 boşanma halları qeydə alınıb. Hər 1000 nəfərə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub. Nəticəyə əsasən, deyə bilərik ki, nikah və boşanmaların sayı azalıb.

Xoşbəxtliyi pul ilə almaq mümkündür...

Hamımız maddi şeylərin insanları xoşbəxt edə bilmədiyini eşitmişik. Lakin insanların bir qismi yenə də etdikləri alış-verişin özlərini xoşbəxt edəcəyini düşünür və daha çox pul xərcləyərək xoşbəxt olacaqlarını güman edirlər. Bu tip insanlara baxanda, qarderoblarının geyinilməmiş paltarlar və ayaqqabılarla dolu olduğunu görərsiniz. Həyat yoldaşlarından və digər sevdiklərindən həmişə bir hədiyyə gözləyirlər, lakin aldıqları hədiyyə nə olursa olsun, həyatlarında bir fərq yaratmır.  Yazının başlığının əksinə deyirəm ki, xoşbəxtlik pul ilə  alına biləcək bir şey deyil. Özümüz üçün xərclədiyimiz pul yalnız həyat standartlarının daha yaxşı olmasına yardımçı olmağa yarayır. İndi görək pul həqiqətən xoşbəxtlik gətirir, yoxsa xoşbəxtlik başqa şeylərdə gizlidir? Təcrübələr Bundan bir il öncə ananızın sizə aldığı hədiyyə sizi bu gün xoşbəxt etməyəndə, onunla yaşamış olduğunuz gözəl bir təcrübə, şirin bir xatirə, xoşbəxt bir an sizi bu gün yenidən güldürüb sevincli edə bilər. Bu səbəbdən xüsusilə həyat yoldaşınıza hədiyyə alarkən bahalı köynək, brilliant bir boyunbağı kimi gəlib keçici şeylər əvəzinə, fərqli və gözəl təcrübə yaşadacaq hədiyyələr seçilməlidir. Övladınıza aldığınız son model bir mobil telefonu onu müvəqqəti olaraq həyəcanlandırırsa və xoşbəxt etsə də, birlikdə tutduğu komandanın oyununa getməyiniz qədər xoşbəxt edə bilməz. Çünki telefon köhnələcək, yeni modelləri çıxacaq. Amma yaşadığınız o gözəl xatirə hər xatırlayanda oğlunuzu xoşbəxt etməyə yetəcək. Bu səbəblə çox bahalı hədiyyələrin insanları xoşbəxt etmədiyini, əksinə, doyumsuzlaşdırıb məyus olacağına səbəb olduğunu qeyd etməliyəm. Amma yaşadığınız gözəl təcrübə və xatirələr həm sizi həm qarşınızdakını uzun bir zaman xoşbəxt edəcəkdir. Xobbi Bu gün çox bahalı xobbilərə malik insanların varlığını bilirik. Amma bu xoşbəxtliyi gətirəcəyi mənasını daşımaz. Halbuki tikiş tikmə kimi bir xobbisi olduğunu bildiyiniz qız qardaşınız üçün alacağınız tikiş maşını onu uzun müddət xoşbəxt edəcəkdir. Ya da gitaraya maraqlı övladınıza aldığınız bir gitara və yazdığınız gitara kursu, onu bir kompüter oyunundan çox daha xoşbəxt edə bilər. Sevdiklərinizin xobbilərini bilib onlara, xobbilərinə qarşı hədiyyələr almaq xoşbəxt olmalarını təmin edəcəkdir. Unutmayın birinin xoşbəxt olmasına vəsilə olmaq sizi də ən az onun qədər xoşbəxt edəcəkdir. Çünki xoşbəxtlik yoluxucudur. Praktik Ehtiyaclar Sevdiklərinizin gündəlik işlərinə yardımçı olacaq praktik ehtiyaclarını təmin etməyiniz, onları xoşbəxt etməyiniz üçün bir vasitədir. Ananızın artıq köhnələn və iş görməz hala gələn elektrikli süpürgəni dəyişməyiniz onu xoşbəxt edəcəkdir. Ya da həyat yoldaşınıza, ev işlərində yardımçı olacaq bir kiçik ev alətləri hədiyyə etməyiniz onun xoşbəxt olmasına səbəb ola bilər. Eyni zamanda həyat yoldaşınızın gündəlik həyatını asanlaşdırmaq nəticəsində sizə və uşaqlarınıza daha çox vaxt ayırması ilə bu xoşbəxtliyin çoxalması mənasını da daşıyır. Bu üzdən istədiklərimizin həyatını asanlaşdıracaq hədiyyələr onları lazımsız və bahalı hədiyyələrdən daha çox xoşbəxt edəcəkdir. İl ərzində hədiyyələşmək Hədiyyələşmək dinimizcə sünnidir. Hədiyyələşməyi bayram, ad günü, tanışlıq ildönümü, ya da evlilik ildönümü kimi yalnız xüsusi günlərlə məhdud tutulmamalıdır. Kiçik amma sevdiklərimizi xoşbəxt edəcək hədiyyələri il ərzində, sevdiklərimizə təqdim edə bilərik. Bəzən bir çiçək dəstəsi, bəzən öz əlimizlə qurduğumuz bir jaket, bir şal istədiklərimizi xoşbəxt etməyə yetəcəkdir. Xeyriyyə işlərində iştirak etmək İndi yazının başlığını burada təkrar edirəm. Xoşbəxtliyi pul ilə satın almaq mümkündür. Amma bu işin bir sirri var. O da əvəzsiz şəkildə yaxşılıq etməkdir. Xeyir iş görmək insanı xoşbəxt edən ən böyük nemətdir. İnsan sadəcə yaxşılıq edərək xoşbəxt ola bilər. Pulunuzu qarşılıqsız, heç bir gözlənti içinə girmədən verməyiniz sizi çox xoşbəxt edəcəkdir. Xoşbəxtliyi pul ilə satın almaq ancaq bu şəkildə mümkün ola bilər. Yaxşılıq etməyin ləzzətinə varanları bu işdən imtina etdirmək isə qeyri-mümkündür. Əlbəttə, bunda da yenə bir ölçü vardır. Bu da yaxşı əməlinizi bir siz biləcəksiniz bir də Allah. Yəni dinimizin əmr etdiyi şəkildə sağ əlin verdiyini sol əl bilməzsə xoşbəxt olarsınız. Yoxsa reklam üçün və ya mənfəət məqsədi ilə vermək sizi nəinki xoşbəxt etməyi, peşman da edə bilər. Verdiyiniz bir şokoladı alarkən, tanımadığınız o balaca əllərin sahibinin o utancaq xoşbəxtliyini görmək, insanı xoşbəxt etməyə və bütün dünya dərdlərini unutdurmağa yetəcək. İnsan verərək, bölərək, bölüşərək xoşbəxt ola bilər. Babək Bayramov

Üzeyir Hacıbəyov - Evlənmək məsələsi

Dünyada hər şey asandır, amma bircə şey çətindir. O şey - evlənmək. Bu әyyamda bizdә hәr bir şey aziatski vә yevropeyski olduğuna görә, arvadlarımız da hәmçinin aziatski vә yevropeyskidir. Aziatski, yәni, oxumamış arvad almaq çox asan şeydir vә nәticәsi dә qorxulu deyildir. O iş at almaq kimi bir şeydir. Mәsәlәn, sәn istәyirsәn bir at alasan, pulun da var. Gәlirsәn dәllal yanına, o sәnin üçün bir at alır. Sәn dә o atı gәtirib töylәdә bağlayırsan.Bәs oxumamış arvad almaq da buna bәnzәr bir şeydir. Mәsәlәn, sәn arvad almaq istәyirsәn. Anana, ya bacına deyirsәn ki, “Get, mәnim üçün bir qız al”. Anan, ya bacın çarşabını başına salıb gedir, oranı axtarır, buranı axtarır, axırda öz xoşuna gәlәn bir qız seçir. Sәn dә o qızı alırsan. Qız olur sәnin arvadın vә oturub evdә saqqız çeynәyir. İndi bu gün sәn durub, [….] yә gedәsәn vә ya pulunu qumara uduzasan vә ya piyaniskә olasan vә ya matişkә saxlayasan, sәnin arvadın heç vaxt demәz ki, “Ey mәnim sahibim, nә üçün mәn burada dura-dura, sәn pis-pis işlәr görürsәn?” Arvad bu sözü demәz. Amma oxumamış arvadın evinә gedәrsәn, otaq sәliqәsiz, zir-zibil, çirk, toz-torpaq… Süpürәn yox, sünürtdürәn yox. Balış üzü, keçinәcәk, әrin tuman köynәyi sap-sarı…. Yuyan yox, yudurtduran yox. Uşağın üzünü it yalasa doyar… Tәmizlәyәn yox, tәmizlәtdirәn yox. Ona görә bizim elm oxumuş vә kamal qazanmış cavanlarımız aziyatski arvad almaq istәmirlәr. Onlar axtarıb yevropeyskisini tapırlar. Qıraxmal taxan cavanlarımız da ki, — onların bir çoxu sövdәgәr oğlanlarıdırlar vә özlәri dә türk dilini matişkәlәrdәn öyrәniblәr — elmli cavanlarımızın bu işini görüb hәvәsә düşürlәr vә deyirlәr ki, “Kәrbәlayı Novruzun oğlu hәrçәnd kurs qurtarıbdır, amma onun heç dövlәti yoxdur, bununla belә gedib bir oxumuş müsәlman qızı aldı. Mәn hәrçәnd kurs qurtarmışam, amma pulum çoxdur, gәrәk mәn dә oxumuş qız alam." Qıraxmal taxan cavan bu hәvәsә düşüb, özünü verir oxumuşlar cәrgәsinә; deyir, danışır, gülür, cibindәki puldan söhbәt salır, barmağındakı brilyant üzüyü göstәrir vә elmü-kәmalını bildirmәk üçün deyir: “On kәrә Mәskovuya getmişәm, iki kәrә Fitilbörkә, bir kәrә dә istәdim Parijә gedim, amma tәk sәbir gәldi”. Qәrәz, bir növlә oxumuş qız alır. Alandan sonra hәvәsi yatır. Axşam durur bir yerә getmәyә, arvad soruşur ki, hara gedirsәn? Deyir:– Heç, yoldaşlarımgilә gedirәm.Arvad deyir:– Mәn dә gedәcәyәm.Bu razı olmur ki, orada qumar oynanılacaqdır, şәrab içilәcәkdir. Arvad deyir:– Elә isә, mәn sәni o cürә yerә qoymaram.– Qoymazsan?– Bәli, qoymaram. Qıraxmal taxan görür ki, xeyr, bu oxumuş arvad xatalı şeydir. Bunun әl-ayağını bağlayacaqdır. Deyir, “vaxsey, mәn özümü әcәb işә saldım….” Fikir edir vә deyir ki, yaxşı, әlbәt, bir gün olar, özümü salaram Mәskovuya. O gün olur. Cavan gedir Moskvaya vә şәhәrә çatan kimi özünü ölü kimi salır kafe-şantana. Matişkәlәr düzülür bunun dörd әtrafına. Arvad-filan yaddan çıxır. Kef nә kef!… Pul xәzәl kimi sәpәlәnir. Hәr gecә belә, hәr gecә belә….Amma heyf, iş belә gәtirir ki, bunun oxumuş arvadının student qardaşı vә ya bir qohumu Moskvada olub, cavanın bu hәrәkәtini görür vә deyir ki, filankәs, bu, yaxşı iş deyildir ki, sәn edirsәn. İndiyә qәdәr kef çәkirdin, çünki subay idin. Amma indi sәn evli adamsan, arvadın da oxumuşdur. Belә şeylәri eşidib bilsә, sәndәn inciyәr vә razı olmaz ki, azarlı matişkәlәrdәn sonra gedib onu da azarladasan. Qıraxmal taxan cavan görür ki, evlәnmәk onun üçün böyük әngәl oldu. Deyir: “Yox, gәrәk, evә qayıdan kimi arvadı çadralayam. Çünki çadrası olsa, danışmaz”. Amma arvad çadraya girmәk istәmir; dava düşür, qalmaqal çıxır, sәs-küy qalxır, axırda baş yarılır. Qәrәz, pis-pis işlәr әmәlә gәlir vә qıraxmal taxan cavan deyir: “O günә bir daş düşәydi ki, mәn oxumuş arvad almaq fikrinә düşdüm. Baisin evi yıxılsın….” Bәs bundan mәlum olur ki, elm vә kamalı bir qıraxmal taxıb, düşbәrә papaq geymәkdәn ibarәt bilәn cavanlardan ötәri oxumuş arvad almaq “xәtadır”. Mәsәl var ki, zәr qәdrini zәrgәr bilәr

Həyat yoldaşınızdan ayrılmamağınız üçün səbəblər-Xanıımlara özəl

İndiki dövrdə boşanmaların artdığını hamımız yaxşı bilirik. Bəs bu boşanmalar niyə durmadan artır? Bəzi insanlar kişili, qadınlı deyirlər ki, münasibətlərimiz soyumuşdu. Artıq əvvəlki həyəcan qalmamışdı. Amma bu bir səbəb deyil. Çünki ailə asan qurula bilər bəlkə, amma asan dağılmır. İndiki cavan nəsil evliliyi uşaq oyuncağına çeviriblər deyən, yaşlı nəslin nümayəndələri də az deyil. Böyük problemlər olduqda boşanmaq olar bəlkə, amma bunu da 100 ölçüb, bir biçməlisiniz. Həyatınızda aşağıda yazdığımız kimi kişi varsa, onu itirməyin. Hətta belə kişi varsa, onun üçün əlinizdən gələni edin ki, həyatınızda qalmağa davam etsin. Çünki indiki dövrdə belə kişi tapmaq çətindir. Buyurun oxuyun. Səbəbsiz yerə sizi qucaqlayırsa, Xəstə olanda sizə baxırsa, Ailəniz onu sevir və hörmət edirsə, Ailəniz və yaxınlarınızla dil tapa bilirsə, Yorğun-arğın işdən gəldikdən sonra yataqda sizi qucaqlamaq üçün oyaq qalırsa, Makiyajsız daha gözəl olduğunuzu deyirsə, Ən sevdiyiniz şeyləri bilirsə və onları sizin üçün edirsə, Dava etdiyiniz zaman həmin gün sizinlə barışırsa, Heç bir ev işi üçün "Bu qadın işidir" demir və sizə kömək edirsə, Sizə qarşı qıcıq yaradan insanlara nifrət edirsə, O biri otaqdan sizə heyranlıqla baxırsa, Gecə bir səs eşitdiyiniz vaxt qorxduğunuzu anlayıb, evə baxırsa, Sizi anası ilə qarşılaşdırmırsa, Yata bilmədiyiniz zaman sizinlə birlikdə oyaq qalırsa (nə qədər yorğun olursa, olsun), Ona aldığınız hədiyyələri istifadə edirsə, Sizə toxunduğu an sizdə şok dalğaları yarada bilirsə, Sizi sevdiyini hər gün qulağınıza fısıldayırsa, Sizə hörmət edib, fikirlərinizə hörmətlə yanaşırsa, Yanında olmağınızın doğru olduğunu hiss edirsə, Yaxşı ata və yaxşı həyat yoldaşı ola bilirsə. Belələrini itirməyin xanımlar. Bu da həyat yoldaşınızdan ayrılmamağınız üçün səbəblər. Əlbəttə, hər bir yazılan hər kişiyə uyğun gəlməyə bilər amma əgər bu yazdıqlarımızın çox hissəsi o insanda varsa, ondan ayrılmayın.

Qadınlarda hansı keyfiyyətlər kişiləri cəlb edir?

Kişilər bir deyil, atam balası”. Ramiz Rövşənin bu misrasını kim bilmir ki? Amma eyni məntiq qadınlarla bağlı məsələdə də doğrudur. Hərçənd bu, kişiləri az maraqlandırır. Amma mövzumuz bu deyil. Bu dəfə sizə zərif cinsin nümayəndələrinin kişilərdə maraq doğuran bir sıra xüsusiyyətlərindən danışacağıq . Başqa sözlə, bu suala cavab tapmağa çalışacağıq: Kişinin ağlını başından necə almaq olar?.. Əslində, bu çox asandır. Zəriflik, səmimilik, qayğıkeşlik, minnətdarlıq kimi xüsusiyyətlər yetər. Detallara gəlincə, materialın davamını oxuyun. Beləliklə də, kişiləri cəlb edən qadın xasiyyətlərinin siyahısını təqdim edir: Səmimilik Çox zaman kişilərin qarşısına olduğumuz kimi çıxmaqdan ehtiyat edirik. Sanki, qüsurları və çatışmayan xüsusiyyətlərimizi tərəf müqabilimizdən gizlətməyə çalışırıq. Məsələn, qadınlar kişilərin xoşuna gəlmək üçün futbolla maraqlanır, final matçlarını izləyib kişilərlə müzakirə aparırılar. Lakin illər sonra qadın futboldan “iyrənir” və matçları izləmək əvəzinə həmin vaxtı alış-verişə sərf edir. Kişi isə nə baş verdiyini başa düşmür. Bəzənsə, heç dəyişikliyin fərqində də olmur. Elə buna görə də, nəyin xoşunuza gəlib-gəlmədiyini ona əvvəldən deyin. Kişilər bəyənilmək üçün edilən saxta hərəkətləri yox, səmimiliyi sevirlər. Bundan əlavə, səmimi olmaq sizin özünüzə dəyər verməyinizdən xəbər verir.  Zəriflik Qızların qadın nəvazişi kişiləri maqnit kimi cəlb edir. Yəqin, bu ana sevgisinə və ya güclü cinsin nümayəndələrinin özlərində olmayan zərifliyə ehtiyacından irəli gəlir. Hər nədirsə, nəticə dəyişmir: qadın nəvazişi kişiləri dəli edir. Bundan əlavə, zərif qızın yanında kişilər özünü daha güclü hesab edirlər. Minnətdarlıq Kişilərin etdiyi hər bir yaxşılıq və diqqətin əvəzində “çox sağ ol” deməyiniz sizi onların qarşısında daha da qiymətli edir. Buna görə də, sevgiliniz sizə gül dəstəsi verəndə və ya evin zibilini atanda hər dəfə ona minnətdarlıq etməyi unutmayın. Kişilərin dediyinə görə, onlar təşəkkürünü bildirən qadına 100 dəfədən də artıq yaxşılıq etmək istəyirlər. Qayğıkeşlik Kişi işdən yorğun-arğın gəlibsə, onunla münasibətləri aydınlaşdırmağa çalışmayın. Bu halda o, istəməsə belə, kobudluq göstərə bilər. Kişilərin dediyinə görə, qadınlarda anlayışın olmaması ucundan tez-tez boş yerə qalmaqal yaranır. Onların fikrincə, ideal tərəf müqabili hansı məqamda ciddi söhbətlərin, hansı yerdə isə susmağın lazım olduğunu bilməlidir. Əlbəttə, qayğıkeşlik özündə həm də başqa keyfiyyətləri əks etdirir. Məsələn, kişi xəstəlibsə, işə getməzdən əvvəl onun cibinə dərman qoyun. Gülərüzlülük Sözsüz ki, hər zaman gülərüz olmaq mümkün deyil. Lakin kişilərə daim pozitiv və onları hər şeyin yaxşı olacağına əmin edən qadın lazımdır. Ağlayan, daim həyatından şikayət edən, hətta iri gül buketi alarkən yalnız onun qiyməti ilə maraqlanan qadın hər bir kişini qorxudur. Elə çox vaxt da münasibətlər belə şeylərə görə korlanır. Kişi qadınına baxanda ondan ruh yüksəkliyi almaq istəyir. Dinləmə qabiliyyəti Kişilər danışarkən qadının ona maraqla baxmasını istəyir. Onun sözünü kəsən, əsnəyən, söhbəti dəyişən qadın kişilərdə qıcıq yaradır. İnanmaq bacarığı Kişi əgər bir dəfə sizi məyus edibsə, bunu ona hər dəfə xatırlatmaq və ya yaşanmış situasiyanı şişirdib hadisələri gərginləşdirmək lazım deyil. Kişilər etmədiyi şeyə görə özünü təmizə çıxarmağı sevmir. Bundan əlavə, inamsızlıq göstərib hər 15 dəqiqədən bir zəng etməyiniz də onu özündən çıxara bilər.

"Yox" deməyi öyrənin

Əmək məhsuldarlığı, əsasən qarşıya qoyulan məqsəd və vəzifələrin düzgün şəkildə həyata keçirilməsindən asılıdır.Lakin insanın üzərinə düşən vəzifələrin həddindən artıq olduğu bir dövrdə bütün diqqəti işə yönəltmək olduqca çətindir.Hər hansı bir işin icrası zamanı siz bütün gücünüzü zamana qarşı mübarizəyə istiqamətləndirirsiniz.Bu zaman icra etməli olduğunuz işi daha qısa müddət ərzində bitirməyə çalışırsınız. Hətta çox xırda bir problem də insanın əmək məhsuldarlığı səviyyəsinə mənfi təsir göstərə və onun gündəlik rejimini poza bilər. Əgər bu problem ətrafda deyil, sizin beyninizdə, xüsusilə fikirlərinizdə yaranıbsa, o zaman işi əvvəlki templə davam etdirməyiniz qeyri-mümkündür. Əmək məhsuldarlığı səviyyəsini sıfra yaxınlaşdıran fikirlərlə tanış olaq.-Mən bu işin öhdəsindən gələ bilmərəm.Əksər insanlar gün ərzində bir çox işlər görsələr də, günün sonunda həmin gün üçün nəzərdə tutduqları işlərin heç birini icra etmədiklərini dərk edirlər. Bu insanlar əsas işləri əhəmiyyətsiz işlərlə əvəz edənlərdir. Sözügedən insanlar əsas işlərin icrası üçün kifayət qədər gücə, zamana və bacarığa malik olmadıqlarını düşünən insanlardır.-Bütün işləri eyni anda görə bilərəm.Təəssüf ki, heç birimiz Yuli Sezara məxsus “eyni anda bir neçə işi görmək” bacarığına sahib deyilik. Bir neçə işi eyni anda icra edərkən siz bir çox səhvlərə yol verə, bir çox detalı gözdən qaçıra və əhəmiyyətsiz işlərə həddindən artıq çox zaman sərf edə bilərsiniz.-İstirahət etmədən çalışmaq.İstirahət etmədən çalışmaq mümkündür. Lakin bu zaman sizin diqqətiniz zəifləyə, gücünüz tükənə və gözləriniz yorula bilər. Sadəcə unutmamaq lazımdır ki, istirahət - boşa keçən zaman deyil, böyük şövqlə fəaliyyətinizi davam etdirmək üçün gücüzün bərpasını təmin edən zaman kəsiyidir.-Gün ərzində görəcəyim işləri nizama salmaq üçün işləri təsnifatlaşdırmağa ehtiyac yoxdu.Bəzi insanlar düşünür ki, gün ərzində görəcəkləri işlərin siyahısını hazırlamaq onları buna bənzər vasitələrdən (cədvəl, siyahı və s.) asılı hala sala bilər. Əksinə, işləri bu formada təsnifatlaşdırmaqla, unutduğunuz vacib işi bu siyahı vasitəsilə xatırlaya bilərsiniz.-Yalnız bir dəfə internetə baxmaq fikri ilə sosial şəbəkələrə daxil olub saatlarla kompyuter qarşısında əyləşmək.Bu yalanı demək olar ki, hamımıza tanışdır:"Yalnız bir neçə dəqiqəlik internetə daxil olub,sonra işimi davam etdirəcəm”. Nəticədə isə saatlarla kompyuter qarşısında əyləşərək gün ərzində nəzərdə tutduğumuz planları icra edə bilməmişik.Əgər həqiqətən də bütün işlərinizi zamanında yerinə yetirmək istəyirsinizsə, o zaman bütün diqqətinizi yalnız bu məsələyə  yönəldin.İş zamanı telefonunuzun səsini alın, sosial şəbəkələrdən uzaqlaşın və yalnızca işlərinizlə məşğul olun.-Bütün vacib işləri bügün, vacib olmayan işləri isə sabah görəcəm.Unutmayın ki, siz günün bütün saatlarında maksimum dərəcədə diqqətli ola bilməzsiniz. Bəzi insanlar səhər, bəziləri isə axşam saatlarında özlərini enerjili və həvəsli hiss edirlər. Bu səbəbdən enerjili və işə istəkli olduğunuz vaxtlarda vacib işlərinizi, günün digər hissəsində isə daha az əhəmiyyət kəsb edən işlərinizi görün.-Bütün işlərimi yolda olarkən görə bilərəm.Bu fikrə sahib insanlar görəcəyi işləri vacib və əhəmiyyətsiz işlərə ayırmadan istənilən işin icrasına başlayırlar. Sözügedən insanlar hər bir işin ən vacib hissəsini gözdən qaçırır, görüşlərə vaxtında gəlməyi unudur, sənədləri səhv salır və digər işlərdə səhvlərə yol verirlər.-Problem deyil. Mən bütün işlərin öhdəsindən gələrəm."Yox" deməyi öyrənin. Əks təqdirdə icrasını gözləyən işlərinizin sayı-hesabı olmaz. Təsəvvür edin ki, şirkətdə bir çox işçi var, lakin siz heç kimə yox deyə bilmədiyiniz üçün sizin işiniz onlardan daha çoxdur. Bunun nəticəsində siz nəinki istirahətə, hətta yuxuya da vaxt tapmaya bilərsiniz. Buna görə də insanların təkliflərinə etiraz etməyi öyrənin. Sizin də istirahətə ehtiyac duyduğunuzu və öz məqsədlərinizin, eləcə də öz həyatınızın olduğunu unutmayın

Ağzını açmadan insanlara necə təsir etmək olar?

Mütəxəssislərə  görə, hər kişinin birlikdə olmaq istəyəcəyi bir qadın ola biləcəyinizin   sirri, bədən dilində gizlənir!  Müəllifi Tracey Cox olan  "Necə  Biri    Olmaq olar,  Necə biri    əldə edilir"  (How To Be One, How To Get One)  adlı kitab  kişilərin  bədən dilindən  istifadə edərək təsir etmə yollarını izah edir. Daily Mail qəzeti üçün  də yeni bir  xəbər olan kitab, qadınları sağlam bir əlaqə üçün istiqamətləndirir: ƏMIN ADDIMLAR ATIN * Xoşbəxt, ehtiraslı insanlar hədəflərinə doğru sürətli gedər. Məqsədləri olmayanlar isə ayaqlarını sürüyür. Qarşınızdakı  kişidə müsbət bir təsir buraxmaq üçün başınızı dik tutun və canlı addımlar atın. * Əlinizi yumruq halına gətirməməyə diqqət edin; Buraxın təbii halları qalsınlar. * Naz edin! Yeriyərkən ombalarınızı  nə qədər çox sallasanız, qadına məxsus görünüşünüz  o qədər artar! * Düz bir xətt üstündə yeriyin. Hər addımı atdığınızda , addımınızın tam qarşınıza gəlməsinə diqqət edin. * Gözlərinizi yerə dikməyin . Gələcəyi görürmüş kimi  dimdik qarşınıza baxın. * Əlinizi cibinizə salmayın. Əllərin cibdə olması, gizlənməyə ehtiyacınızın  olduğu  mesajını verir.   * Ayağınızı sürüməyin. Addımlarınız nə qədər yüngül olarsa, qəlbiniz də o qədər yüngülləşər. Xoşbəxt insanlar sanki uçacaq kimi görünən  addımlar atır.   Hazırladı : Aytən İslamzadə

Qucaqlaşmağın inanılmaz faydaları

Hər birimiz gündəlik həyatımızda  bir çox xoş təəssüratlarla qarşılaşırıq. Sevdiklərinizi qucaqlamaq və onlar tərəfindən qucaqlanmaq təbii ki, hər birimizə  müsbət təsir göstərir. Bunun  isə yalnız xoş təəssüratlar deyil, həmçinin xeyirli olduğunu təəssüf ki, çoxları bilmir. Alimlərin araşdırmaları sübüt edir ki, qucaqlaşma bildiyimizdən daha xeyirli bir prosesdir. Onlar  gündəlik qucaqlaşmanın, orqanizmin  infeksiyalarla mübarizə aparmasına təsir göstərdiyini və ürək-damar xəstəlikləri təhlükəsinin azalmasına təsir etdiyini bildirirlər. Araşdırmalara əsasən, 10 saniyəlik qucaqlaşma insan beynində stress hormonu olan "oksitosinin" azalmasına gətirir. Bunun isə müasir dövrdə nə qədər önəmli olduğunu hamımız bilirik.Yapon alimləri ağlayan körpəni qucaqlayıb yüngülcə yelləmənin onun sağlamlığı üçün daha çox faydalı olduğunu elmi olaraq sübut ediblər. Paytaxt Tokionun şimalındakı Saitamadaki Beyin Elm İnstitutunun alimlərinin apardığı araşdırmalara görə, körpə ağladığında qucaqlayan zaman özünü daha rahat hiss edir. Doktor Kumi Kuroda "Körpələr anaları tərəfindən qucaqlandığı zaman özünü daha rahat hiss edir" deyib. Yaponiyalı mütəxəssislər ağladığında qucağa alınan körpənin ürək döyüntülərinin normala döndüyünü təyin ediblər. Professor Kuroda  ağlayan körpələrin ailəsi üzərində nəzarət etməyə çalışdığına dair nəzəriyyələrin bu şəkildə səhv olduğunu da göstərdiklərini vurğulayıb. Qucaqlaşmağın faydaları Bu kimyəvi reaksiya həmçinin qan təzyiqini azaldır, infeksiya və yorğunluqla mübarizə aparır və depressiya simptomlarını azlatma gücünə malikdir. Eyni zamanda, karbohidratların mübadiləsini nizama salan "kortizol" hormonunun səviyysini azaldır. Bu isə sevdiyiniz insanla qucaqlaşmanızın çəkiyə müsbət  təsirindən  xəbər verir. Həmçinin  xəbərdar olun ki, orqanizm qucaqalaşma zamanı sevinc hormonu olan "endorfini"  istehsal edir. Qucaqlaşdıqda insan özünü yaxşı hiss edir, damarlarda qan daha tez dövr edərərək , ürək döyünməsini  və nəfəsi tənzimləyir. Bundan əlavə, proses zamanı  beyində həzz mərkəzləri aktiv olaraq, həm kişi həm də qadın orqanizmində hemoqlobin səviyyəsini artırır, bu isə  immun sistemə müsbət təsir göstərmiş olur.

Kişini ələ almağın sadə strategiyaları

Sevdiyiniz kişini özünüzə aşiq etmək və bağlamaq istəyirsinizsə, bunun sadə üsulları var. Kişini əldə etməyin sadə taktikalarını təqdim edirik. Yaxşı bu taktikalar nələrdir? Buyurun birlikdə öyrənək… I mərhələ: Söhbətə başlayın. Gülümsəyin: Bir kişinin diqqətini çəkə bilməyin ən yaxşı yolu ona baxıb şirin şirin-şirin gülümsəməkdir. Onunla qarşılaşdığınızda sizə baxdığından əmin olduqdan sonra yüngülcə gülümsəyin, amma şitini çıxartmayın. Daha sonra da “hər vaxtınız xeyir” deyib söhbət etməyə çalışın! Rahat olun: “Hər vaxtınız xeyir” dedikdən sonra söyləməyə söz tapa bilməyəcək qədər özünüzü gərgin hiss edirsinizsə, dərhal toplayın! Bəyəndiyiniz kişinin yanında maraqlı mövzular tapmaq bir az çətin görünə bilər, amma bu mərhələni hər vaxt olduğu kimi davranaraq rahatca sovuşdura bilərsiniz. Kiçik komplimentlər yaxşıdır: Ona gözəl sözlər söyləmək üçün zaman və məkanın çox əhəmiyyətli olduğunu bilməlisiniz. Söhbətinizin əvvəlindən ona yaltaqlıq etməyə başlasanız, özünüzü pis vəziyyətə sala bilərsiniz. Söhbət qızışdıqca araya kiçik təriflər deyərək yanınızda özünü rahat hiss etməsini təmin edə bilərsiniz. II mərhələ : Söhbəti artırın. Onunla söhbət etməyi bacardınız, brazo! Yaxşı, indi nə olacaq? Maraqlı olun: Özündən bəhs etməsini təmin edin. Əgər sizinlə söhbət etmək üçün çox istəkli görünür və yanınızda çox danışırsa, narahat olmağa heç bir əsas yoxdur. Bundan sonra gözlərinin içinə baxıb onu diqqətlə dinləyib mövzu ilə əlaqədar suallar soruşun. Ortaq cəhətlərinizi öyrənin: Bütün söhbətlərin sonunda tək bir ortaq nöqtə belə tapa bilmirsinizsə, bir-biriniz üçün yaradılmadığınızı düşünməyə başlaya bilərsiniz. Amma durun, dərhal önyarqılı olmayın! Sevdiyiniz kitabları sevməyə, izlədiyiniz filmlərdən zövq almaya bilər, ancaq bu, sizin razılaşa bilmədiyinizi göstərməz. Bir az səbirli olun, onun zövqlərinə hörmət edin, siz də özünüzünkülərdən bəhs edin. III mərhələ: Şifrəni həll edin! Sizinlə görüşməyə, söhbət etməyə hələ çox istəkli görünür. Yaxşı bu, sizdən həqiqətən xoşuna gəlməsi mənasına gəlirmi? Gözlərinə diqqət edin: Siz danışarkən öz ayaqlarına baxırsa, bu, utancaq olduğunun göstəricisi ola bilər. Yox, əgər ətrafa və xüsusilə gözəl qızlara baxırsa, duyğularından şübhə etməlisiniz. Onu bəyəndiyinizə dair işarələr göndərməlisiniz ki, duyğularınızdan xəbərdar ola bilsin. Onunla danışarkən, dırnaq yemək, saçlarını qurdalamaq və ya qıçını yelləmək kimi narahat olduğunun göstəricisi olan hərəkətlərə diqqət edin və mümkün qədər rahat görünməyə çalışıb gözlərinin içinə baxın! Beləcə yanında rahat olduğunuzu fərq edəcək və ona qarşı necə duyğular bəslədiyinizi asanca anlayacaqsınız!

İtirmək qorxusu münasibətə necə təsir göstərir?

Münasibət anlayışı hər insan üçün fərqli olur. Bir çox insan sığınmaq üçün liman axtarır, bəziləri isə sığınacaq liman olmağı seçirlər. Bəzi münasibətlərdə həm qadın, həm də kişi itirmək qorxusu yaşayır və çox vaxt bu qorxu səbəbi ilə böyük bir sınaqla qarşılaşırlar. İtirmək qorxusuna sahib olan tərəf qeyri-ixtiyari də olsa, hakim və repressiv rəftar göstərdiyi üçün qarşı tərəf bu hissi dəyişiklikləri qəbul etməkdə çətinlik çəkə bilər.   Heç bir şeyə tamamilə sahib ola bilməzsiniz.   Həyatdakı heç bir şey tamamilə sizə aid ola bilməz. Məsələn, ən yaxın dostunuz əbədi olaraq sizin yanınızda qalmaya bilər. Siz dəyişdikcə qərarlarınız və seçimləriniz də dəyişir. Bu gün yanınızda olan insanlar sabah yanınızda olmaya bilər.  İtirmək qorxusuna sahib olan insan münasibətini qorumaq üçün bir çox səhvlər edə bilər. Onu qorumaq məqsədi ilə qarşı tərəfi sıxan, narahat edən rəftar nümayiş etdirmək xoşbəxt bir münasibəti dözülməz bir vəziyyətə gətirə bilər.  Əgər bir insan həyatınızdan gedəcəkdirsə, bunu aradan qaldırmağın heç bir yolu olmadığını bilməlisiniz.    Yalnız yaşadığınız günü düşünərək münasibətinizi davam etdirə bilmirsinizsə, heç olmasa davranışlarınızı idarə edərək münasibətinizin idarəsini qorxu hisslərinizə deyil, ürəyinizə verməyə çalışın.   Keçmişdə yaşadığınız hadisələrin sonrakı münasibətlərinizdə başınıza gəlməyəcəyini bilin. Əgər davamlı olaraq eyni şeyləri yaşayırsınızsa, bəlkə də daxili qorxu hissləriniz səbəbi ilə eyni reaksiyaları verdiyiniz üçün yaşayırsınız. Əgər hər münasibətinizdə eyni problemlərlə qarşılaşırsınızsa, bir mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur. Beləliklə, problemin səbəbini tapıb, həll edərək münasibətinizdəki itirmək qorxusu dövrünü də bağlamış olacaqsınız.  Bundan başqa, sizin üçün həyatdakı ən vacib insan özünüz olmalısınız. Həyatınızı yaşayın və icazə verin sizi müşayiət etmək istəyənlər yanınızda olsunlar.Daha ətraflı oxu: https://www.leydi.az/munasibetler-16/itirmek-qorxusu-munasibete-nece-tesir-gosterir-1167