Öz əkiz ruhunu tapa bilməyən, məhəbbətsiz qurulan ailələr

İnsanlar arası münasibətləri məqsədlər tənzimləyir. Bütün məqsədlərin də məğzində daha yüksək məqsədlər dayanır. Əslində, bütün insanların bir-birilə dərin duyğu bağı var. Fərqinə varmısınızmı, qohumlarla genetik əlaqəmiz olsa da rəfiqələr, dostlar, tanışlar və hətta tanış olmayanlar arasında ruh əkizimiz olur. İki hissəyə bölünən eyni enerji ayrı-ayrı fiziki bədənlərdə yerləşərək ruh əkizləri yaradır. Əkiz ruhlar çarəsizliyi, səbri, dəyəri və şərtsiz sevməyi bir-birindən öyrənərlər. Onları tapmaq heç da asan deyil. İki enerjiyə bölünərək bir-birindən çox fərqli həyatlar yaşaya bilən əkiz ruhlar daim olacaq. Həyat davam edir, reallıq amansızdı. Öz əkiz ruhunu tapa bilməyən, məhəbbətsiz qurulan ailələr minlərlədı. Yaşanan travmalardan, zaman keçdikcə reallıqla barışan və ya usanan, bir-birinə qarşı amansız olan cütlüklərin mübarizəsindən ruhən, mənən, bəzən də fiziki olaraq əziyyət çəkən övladlardı. Səbəblər müxtəlifdi. Kişi və qadının birlikdə öhdəsindən gələ bilmədiyi maddi problemlər zaman keçdikcə sevgi və hörmətin yox olmasına gətirib çıxarır. Ödəməkdə çətinlik çəkilən borclar kimi, həddindən artıq israfçılıq da boşanma ilə nəticələnir. Yalan söyləmək də münasibətlərin kökünü sarsıdır. Artıq kişi və qadın bir-birinə etibarsız yanaşır. Dürüst və açıq sözlü olmaq, qısa müddətə problemlərə səbəb olsa da yalan danışmağın geriyə dönüşü olduqca çətindir. Şəxsiyyət formalaşmadan gənc yaşda qurulan evliliklər də illər keçdikcə peşmançılıq yarada bilir. Fiziki və mənəvi şiddət, evliliyin bitməsi üçün əsas səbəblərdəndir. Liderlik həvəsində olan, ailədə bir sözünün iki edilməsinə dözə bilməyən, öz uğursuzluqlarını qadına şiddətdən çıxarmağa alışanlar, adətən, əsəbi olurlar və ailə - uşaqla düşməncə davranırlar. Əgər evdə bir şey mükəmməl deyilsə, bu adam əsəbləşər, neqativ təpkilər göstərər, ən cüzi dəyişiklik canını sıxar, çox rasional olar, evdə nəyinsə dəyişməsini, ailədə yeniliyi istəməzlər. Vərdişlərinin köləsi olarlar. Üstünlüyün onlarda olmasını istərlər, dava salar, lakin heç vaxt tabe olmazlar. Alçaldıb sonra ürək almaq isə zəif kişilərin əsas əlamətidir. Zəif qadın, kişi diqqətsizliyini onun daima zamanının olmaması kimi anlaya bilər. Ruhi problemlər, içkiyə düşkünlük də şiddət doğuran səbəbdi. Bəzən də mazoxistlər kimi həyatlarında mübarizə, maneə olmasa məyus olan, özünü incitməyi sevən qadın növü var ki, onlar sakit yaşaya bilmir, həmişə özlərinə çətinlik yaradır. Ətrafdakıları bunda ittiham edirlər. Əzabkeş obrazı yaradırlar. Belə qadınlarla çox çətin olur. Adətən qərarsız, məsuliyyətsiz kişiləri seçirlər ki, həyatlarında daşımağa yük olsun. Fərqli sosial mühitlərdə böyüyən iki insan çox vaxt evliliyini uzun müddət davam etdirə bilmir. Qadının getdikcə güclənməsi və hüquqlarını dərk edərək düşdüyü bataqlıqdan (məhəbbəti tükənməyibsə) çıxması mümkündü. O, mənəvi inkişafın pillələrində aşağı enməyi özünə rəva bilməz. O, intellektini yüksəltməyə çalışar, çox mütaliə edər, işləyər, özünə dəyər verər və dəyərli olmağı qiymətləndirə bilər.Yaşadığımız cəmiyyətdə çətinliyə düşüb nəticə çıxarmış güclənmiş qadınların sayı artdıqca müasirliyin siması da dəyişir. Yeganə İskəndərova

Kişini özünə bağlamağın 15 yolu

Çox hallarda qadınlar kişiləri başa düşülməz qədər cətin bir varlıq olduğu düşüncəsindədirlər. Onları idarə edə bilməyin psixoloji yollarını bilmək isinizi asanlaşdıracaq. Kişilərin nə istədiyi işinizi cətinləşdirir. Əslində isə... 1 - Pozitiv olHeç bir oğlan yanında tez-tez hər şeyə ağız əyən, mızmızlanan, hər şeyə bir qüsur tapan qızlardan xoşlanmazlar.Pozitiv olan, olduğu mühitdən zövq alan və gülər üzlü qızlar hər zaman daha üstün tutular. 2 - Səmimi olmaqdan qorxma Ona qarşı olan duyğularını bildirməyin səni kiçiltməz, əksinə ucaldar.Tez-tez baxışmağınıza baxmayaraq, hələ tanışmaq cəhdi etməyibsə, ilk adımı sən ata bilərsən. 3 - Özünə inan Heç bir şey özünə inam qədər cazibə yarada bilməz.Dostlarının fikirləriylə hərəkət etməydən imtina et və nə qədər inandığını ona göstər. 4 - Təqlidçi olma Məqsədin onun diqqətini çəkmək olduğuna görə bu yolla heç bir şey əldə edə bilməzsən.Hərəkətlərinlə, geyim tərzinlə, danışığınla özünə xas ol, kimsəni təqlid etmə.qadınlar.biz ə istinadən 5 - Mədəniyyət qaydalarına əməl etUcadan gülüş, jarqon kəlimələr və saqqız şişirtmək - belə hərəkətlərlə olsan olsan onun yaxın dostu olarsan 6 - Həddindən artıq makiyajdan uzaq olunYoxsa hər kəsin diqqətini çəkmək istəyən və özünə inamı olmayan bir qız obrazı yaradarsan.Bu da səni məqsədindən uzaqlaşdırar. 7 - Dostlarını yaxşı seçNə demişlər: "Mənə dostunu söylə, sənə kim olduğunu söyləyim". 8 - Özünü inkişaf elətdirOnunla bir yerdəykən danışacaq iki kəlimə belə tapa bilmirsənsə, münasibətiniz başlamadan bitər.Xarici görünüşün qədər intellektual inkişafına da zaman ayır. Bol-bol kitab oxu. 9 - Bir az özündən razı ol Heç kəsi vecinə almayan, özündən əmin qızlar hər zaman diqqət mərkəzində olar.Əgər bunu bacarmırsansa, səssiz qalmağı üstün tut. Beləcə əsrarəngiz bir hava yarada bilərsən. 10 - Kompleksli olma Bəzən özündə qüsur olaraq gördüyün şeylər ona çəkici gələ bilər. 11 - Mənalı baxmağı öyrənTəbii ki, bu onu gözlərinlə taciz edəcəyin mənasına gəlmir.Ona ondan xoşun gəldiyini bildirən bir baxış at, amma davamını gətirmə. 12 - Hər zaman baxımlı ol Bunun mənası sadəcə makiyaj etmək demək deyil. Saçların, manikür və pedikürün həmişə yerində olsun.Çantandan təcili anlar üçün bir nəmləndirici, parladıcı və əlbəttə seksi ətirini əksik etmə. 13 - Geyiminə diqqət et Onun diqqətini çəkmək üçün bahalı və moda geyimlərə ehtiyacın yoxdur.Dəyişik tərzləri qarışdıraraq, düzəltdiyiniz kombinasiyalarla yaradıcılığınızı göstərin. 14 - Dostlarıyla əlaqələrini yaxşı tut Əsasən də can dostuyla!Əgər dostunun gözünə girmisənsə, deməli bir problem yoxdur. 15 - Təbii ol Bütün bu məsləhətlərə əməl edərkən, təbii olmağı unutma. Bunu bacarmayacaqsansa, heç etmə! Təbiiymiş kimi davranmaq əsasən də ilk görüşdə ediləcək ən büyük səhvlərdən biridir. Əgər səni təbii halınla bəyənməyəcəyini düşünürsənsə, yanılırsan deməkdir.Oğlanların çoxu belə qadınlardansa, arada bir küfr edən, hətta dozunu qaçırmamaq şərtiylə baxımsız qadınları daha çəkici hiss etdiklərini etiraf edirlər.

Kişilərin qadınlardan uzaqlaşma səbəbi

Yeni bir münasibətə başladığınızda münasibətdə olduğunuz insanın yanında çox rahat davranmaq üçün özünüzə bir az zaman verin. Münasibətin ilk günündə sosial şəbəkədə haqqındakı detallar ya da mədənizdəki problemlərdən bəhs etməyin. Kişilər, bu kimi vəziyyətləri dərininə bilmək istəməzlər Şahzadə olmaq arzusu Gələcək planlarınız həqiqi olmayan xəyallarla çox doludursa ya da istəkləriniz həddindən artıq dərəcədə şişirdilmişdirsə sevgiliniz bu vəziyyətdən xoşlanmaya bilər. Əlaqənizin ilk mərhələlərində ona bu xəyallardan bəhs etməyə başladığınızda sizi ilk olaraq dinləyəcək. Ancaq zaman keçdikcə sizdən sürətlicə uzaqlaşmağa başlayacaq. Hər şeydən şikayət etmək Hər şeydən şikayət etmək və heç cür məmnun ola bilməmək vəziyyəti, münasibətlərin ən böyük qatilidir deyə bilərik. Əlaqənin ilk mərhələləri hər vaxt daha həssas detallarla doludur və bu tip mız-mız vəziyyətlər kişilər tərəfindən heç xoş qarşılanmaz. Sevgiliniz, diş pastasını ortadan sıxırsa buna ilişməyin, çox dağınıq biridirsə bir müddət görməməzlikdən gəlin. Əlaqəniz irəlilədikcə bu kiçik problemləri asanlıqla aşacağınızı görəcəksiniz. Davamlı diyetdə bir həyat Sağlam qidalanmağla yaxından əlaqədar bir qadınsınızsa, paylarınızın böyük əksəriyyətində daha yüngül yeməklər və diyet təriflər iştirak edir. Siz bu vəziyyətdən çox xoşlansanız da eyni şey sevgiliniz üçün keçərli olmaya bilər. Çünki bir çox kişi, yemək mövzusunda çox həssasdır və ləzzətli yeməklər yemək istəyər. Diyetinizə uyğun olmasa da arada sırada birlikdə ləzzətli yeməklər yeyin. Onu dəyişdirməyə çalışmaq Sevgilinizi dəyişdirməyə çalışmaq yalnız zaman itkisinə gətirib çıxara bilər. Onu dəyişdirməyə çalışmaq yerinə bütün qüsurlarıyla qəbul etməlisiniz. Olduğu kimi qəbul edib sevdiyinizdə əlaqənizin daha möhkəm bir təməl üzərində qurulduğunu görəcəksiniz. Eqoizm etmək Eqoizm etmək münasibətə ən çox zərər verən şeylərin başında gəlir. Hər vaxt önə çıxmaq və yalnız öz problemlərinizdən bəhs etmək yerinə bir az da qarşınızdakını dinləməyə çalışın. Onu bu mövzuda maraqsız buraxdığınızda sizdən soyumasına şəraət yaratdığınızı unutmayın. Etibarsızlıq problemi Sevgilinizin harada olduğunu və kiminlə nə etdiyini maraqlana bilərsiniz. Ancaq bu vəziyyəti ona davamlı əks etdirdiyinizdə əlaqədə bəzi zəlzələlərin başlayacağını unutmayın. Etibarsızlıq problemi, əlaqələrin ən böyük düşmənlərindən biridir. Sevdiyiniz insana inanmağı bacara bilməsinizsə, bu əlaqənin də uzun sürməyəcəyini bilməlisiniz. Kompliment deməyə məcbur etmək Biz qadınlar, sevdiyimiz kişidən iltifat eşitməməyə başladığımızda onu bu mövzuda bir az məcbur edə bilərik. Ancaq unutmayın ki, kişilər bu vəziyyətdən heç də xoşlanmır. Kompliment deməyə məcbur etmək yerinə buraxın özü istədiyi zaman sizə nə qədər gözəl göründüyünüzü dilə gətirsin. Bu vəziyyət həm sizin, həm də onun daha çox xoşuna gələcək. Ona zaman vermək Sevgilinizlə daha çox zaman keçirmək və hər fürsətdə onunla plan etmək istəyirsiniz? Əgər vəziyyət belədirsə diqqətli olmanızda fayda var! Çünki kişilər bir az da kişi yoldaşlarıyla vaxt keçirmək istəyər. Ona yoldaşlarıyla kefli vaxt keçirməsi üçün zaman verin. Əhəmiyyətli bir futbol oyununu izləyərkən, ya da bir oyun gecəsində yoldaşlarıyla rəqabət edərkən kişi kişiyə əylənməsinə icazə verin.

Siz kədərli və tənhasızsa bu sətirləri oxuyun

Maks Ermann ingilis əsilli Amerikalı yazıçı, şair, vəkil kimi tanınıb. Terre Haut - İndianada 26 sentyabr 1872 – cı tarıxındə dünyaya göz açıb. 9 sentyabr 1945 – ci ildə vəfat edib. Tez - tez mənəvi mövzularda esselər yazıb. Sizə təqdim etdiyim "Maks Ermanın gündəliyi”ndən kiçik bir hissənin  tərcüməsidir.     Əgər Siz kədərli və tənhasınızsa, o zaman bu sətirləri oxuyun: Dünyanın din və səs - küyü arasında öz cıgırınızla sakit addımlamağın mümkün olduğunu heç vaxt unutmayın. Özünüzü dəyişdirmədən insanlarla yaxşı münasibətdə olmaqla yaşamağın mümkün olduğuna inanın. Insanlarla münasibətdə yumşaq, aydın, səlis danışmağı özünə vərdiş etməklə yanaşı, hətta qəbul etmədiyiniz, savadına şübhə etdiyiniz adamların fikirlərinə hörmət edib onları dinləyin. Aqressiv, səs - küylü, əhvalınızı pozmağa çalişan adamlardan kənar gəzin. Özünüzü hec kimlə müqayisə etməyin, Sizdən güclü və zəif olan həmişə olacaqdir. Öz planlarınıza da başqasına sevindiyiniz kimi sevinin. İşinizə  diqqətli yanaşın, dünya pislərdən xali deyil. Dostluqda və məhəbbətdə özünüz olun, rol oynamayın. İldən - ilə Sizi tərk edən gəncliyinizi ruh yüksəkliyi, geniş ürəklə, özünüzə dərd etmədən qəbul edin. Ruhunuzu təsadüfi bədbəxtlikdən qoruyun, özünüzə zülm etməyin. Bütün qorxularınız yorğunluq və tənhalıqdandı. Dəyərinizi bilin və sağlamlığınıza qarşı diqqətli olun. Ulduzlar və  ağaclar kimi Siz də kainatın yetirməsisiniz. Dünya Sizdən əvvəl də mövcud idi. Allahla olun, yetər. Nə ilə məşgul olsanız da  nə arzulasanız da səsli - küylü siluetinizi dünyanı dərk etdiyiniz kimi öz qəlbinizdə qoruyun. Bütün çətinliklərinizlə yanaşı dünyanın gözəl olduğuna inanın. Psixoloq Yeganə İskəndərova

Sevgi münasibətlərində bağlanma tərzləri

Bağlanma nədir və necə yaranır? Bağlanma, həyatımızda önəmli yer tutan insanlara qarşı yaranan duygusal bağdır. İnsanlara bağlanma tərzimiz uşaqlıq dövründən formalaşmaqdadır. İnsanların sahip olduğu bağlanma tərzi körpə ikən ehtiyaclarını qarşılayaraq, ona baxan insan ilə  arasında yaranır. Bu insan isə bir çox durumda uşağın anası olur. Uşağa baxan insanla körpə arasında yaranan bağlılıq uşağa güvəndə olduğu hissini verir. Körpə uşaqın baxıcısına qarşı müsbət duygular bəsləməsi irəliləyən yaş dönəmlərində digər insanlara qarşı  münasibəti və hansı bağlanma tərzinə sahib olmasına önəmli dərəcədə  təsir edəcəkdir. Bu səbəplə 0 ilə 3 yaş arası uşağın hansı bağlanma tərzinə sahip olmasında önəmli dönəmdir. Hansı bağlanma tərzləri vardır? Bağlanma tərzlərini izzah etmək üçün fərqli araştırmacılar fərqli tipologiyalar ayırmışdır. Hazan ve Shaver isə “güvənən”, “təşvişli-qərarsız” ve “təşvişli-qaçan” olaraq üç yetişkin bağlanma növünü fəqrləndirdi. Hazan və Shaver (1987) bağlama nəzəriyyəsi ilə sevgi münasibətlərinə yeni bir  baxışla  baxılacaqına inanaraq, sevgi münasibətlərində bağlanma tərzinin vacibliyini vurğuladılar. Bağlanma tərzinə görə sevgi münasibətlərində hansı davranışlar göstərilir? Güvənən bağlanma- bu bağlanma stilinə sahib şəxslərin özünə inamı digər bağlanma tərzlərinə sahip insanlara nisbətən daha yüksəkdir. Bu şəxslər bağlandıqları insandan ayrıldıqları zaman  narahatlıq, təşviş duyğusu yaşamırlar amma onlarla yenidən barışdıqlarında isə ruhən ​​rahatlıq hiss edirlər. Güvənli bağlanma tərzinə sahip olan insanlar partnyorlarını daha az qısqanırlar. Özlərinə və partnyorlarına olan  inamı isə başqalarından daha yüksəkdir. Münasibətlərində problem yaşadıqda isə münasibətlərini qorumaq üçün daha çox çalışırlar. Təşvişli və qərarsız bağlanma- bu tərz bağlanmaya sahib olan insanlar yeni münasibətlər qurmağa daha çox can atırlar. Amma bununla birlikdə, münasibətlərinin ayrılıqla sonlanacağı qorxusunu da  yaşayırlar. Bu bağlanma stilinə sahib olan şəxslərin özünə inamı isə digər bağlanma üslublarına nisbətən daha aşağıdır. Bu şəxslər partnyorlarından ayrıldıqlarında, daha çox stres və narahatlıq keçirirlər. Ən yüksək qısqanclıq və sahiblənmə davranışları da  bu insanlarda müşahidə olunur. Təşvişli-qaçan bağlanma stili - bu bağlanma stilinə sahip insanlar digər insanlarla yaxın münasibət qurmaqdan və onlara bağlı qalmaqdan narahatlıq keçirirlər. Bu insanlar sevgi münasibətləri qurmağa həvəslidirlər amma keçmişdə yaşadıqları xoş olmayan təcrübələrini nəzərə alaraq sevgi münasibətləri qurmaqdan çəkinirlər. Birlikdə olduqları şəxsdən ayrıldıqlarında isə xüsusi bir reaksiya göstərmirlər və barışdıqları zaman yaxınlıq qurma davranışlarını partyorlarından gözləyirlər. Bu bağlanma stilinə sahib olan insanlar digər insanlara görə daha az qısqanclıq duyğusu yaşayırlar. Bu isə onların duyğularından qaçmaları və onları bastırmaqlarından irəli gəlir. Bu insanlar qısqanclıqla qarşılaşdıqda isə, münasibətdəki üçüncü şəxsə qarşı daha çox qəzəb və emosional reaksiya göstərirlər. Təşvişli-qaçan bağlanma stilinə sahib şəxslər münasibətlərində problemlərlə qarşılaşdıqlarında münasibəti qorumaya yönəlik davranışları ən az göstərən şəxslərdir. Onlar sevgi münasibətlərindəki problemləri partnyorlarından qaçaraq və ya ayrılaraq həll etməyə çalışırlar. Bağlanma tərzi dəyişdirilə bilərmi? Sahip olduğumuz bağlanma tərzini dəyişdirilib dəyişdirliməməsi ilə bağlı fərqli fikirlər mövcuddur. Amma bağlanma tərzlərinin bilinməsi sevgi münasibətlərində yol verilən xətaların və yaşanan çətinliklərin ortadan qaldırılması və uyğun addımların atılması üçün önəmlidir. 

Ruh kimi yoxa çıxan Ghosting nədir?-Video

Son zamanlarda çox sıx-sıx eşidilməyə başlanan əsasən də sosyal medyanın istifadəsinin artdığı zaman yayılan Ghosting nədir? Necə baş verir? Sosyal medyanın və müxtəlif tanışlıq saytlarının istifadəsinə başlamaqla birlikdə tanışlıq, flört etmə daha asan bir hal olmağa başladı. Yaxın dost və ya tanışı vasitəsiylə instagramda, getdiyiniz bi məkanda ya da hər hansı bir yerdə tanışmış ola bilərsiniz. İlk baxışda xoş enerji, səmimi söhbət, zafatcıl ünsiyyət və s.. Telefon nömrələri alındı, mesajlar atıldı, yoxlamalar başlanıldı. Görüşmə üçün vaxt təyin edildi.. Görüşüldü, danışıldı.. Birlikdə çox gözəl zaman keçirdiniz və xoşbəxt ayrıldınız. Təkrar görüşmə üşün gün seçildi təkrar görüşdünüz bu dəfə daha yaxın münasibət əl-ələ tutdunuz.. Qırılma nöqtəsi bundan sonra başlayır. Bir neçə həftə vəya ay sonra bir ya da iki gözəl görüşmə sonrası tam bu dəfə oldu, kimyamız tutdu artıq xoşbəxtlik mənim də qapımı döydü dediyiniz an... qarşı tərəf fərqli davranmağa başlayır. Axtaran, soruşan o zarafatcıl adam ortada yoxdur. Ardında isə çaşmış, özgüvəni zədələnmiş, tükənmiş birini qoyur.  Romantik münasibətlərdə sağlam bir başlanğıc üçün sağlam təməl və ünsiyyət bacarıqları lazımdır. Amma bəzən tərəflərdən biri danışmaq istəmir və ortadan yox olur. Bu ortadan yox olma situasiyasını izah edən bir termin vardır. Bu 2000-cə ilin ortalarından istifadə edilməyə başlanan Ghostingdir. Bəzən münasibətlərdə tərəflərdən biri heç bir səbəb göstərmədən birdən-birə ortadan yox olaraq münasibəti bitir. Və partnyorunun nə zəng nə də mesajlarına cavab vermir. Görməzdən gəlmək kimi hiss edilən bu vəziyyət münasibətlərdə ghosting olaraq adlandırılır. Ghosting əvvəlcə rəddedilmə və ya tərkedilmə kimi düşünülə bilir. Ghostingə uğrayan şəxs qız vəya oğlan səssizlik səbəbiylə münasibətin bitib bitmədiyinə də əmin ola bilmir. 2018-ci ildə edilmiş bir araşdırmaya görə insanların təxminən 25%-i həyatlarının müxtəlif zamanlarında ghostingə məruz qalırlar. Əsasən 18-29 yaşındakı insanlar bu vəziyyətlə dah sıx qarşılaşırlar. Ghostingin səbəbləri nələrdir? 1.      Qorxu- İnsanların bir qismi yeni bir insan tanımaqdan, emosional münasibətlərdən qorxa bilirlər. Bu səbəbdən işlər çox dərinləşmədən ortadan yox olurlar. 2.      Bir nəticənin olmaması- Birinə ayrılmaq istədiyinizi deyəndə mənfi vəya müsbət bir reaksiya ilə qarşılaşırsınız. Ghosting tətbiq edən insan bunlarla yəni ayrılma səbəbini açıqlamaqla məşğul olmaq istəmir. 3.      Öz xeyirini güdmək- Bəzi münasibətlər bizə mənfi təsir edə bilər. Belə vəziyyətlərdə ayrılmaq açıqlamsı etmədən sadəcə uzaqlaşa bilərsiniz. Bu özü bir ghostindir. 4.      Münasibətin gətirdiyi məsuliyyətdən qaçma- Biriyə tanışdığınız zaman ilk başda olan həyəcan zamanla yerini qorxuya verə bilər. Bu vəziyyətdə bağlanmaqdan qorxan insanlar da ghosting tətbiq edə bilər. Ghosting`ə məruz qalmanın əlamətləri 1.      Zənglərə sıx-sıx cavab verilmirsə- Bəzən telefona zəng çatmaya vəya məşğul ola bilər. Amma partnyorunuz sıx-sıx ortadan yox olursa və zənglərinizi uzun müddət cavabsız qoyursa buna diqqət etmək lazımdır. 2.      Münasibətinizdə dəyişiklik varsa- Münasibətinizin təkrarlanmasının qarşısını almalısınız. Əgər münasibət hər zamankı kimi deyilsə və aranızda bir məsafə olduğunu düşünürsünüzsə bunun üstündə düşünmək lazımdır 3.      İkinizdən birinin həyatında böyük bir problem varsa-  Partnyorunuzun vəya sizin həyatında yolunda getməyən birşeylər olduğu zaman tək qalmaq və problemə fokuslanmaq istəyə bilərsiniz. Fiziki və ya emosional məsafə artdıqca ayaq uydurmaq imkansız görünə bilər. Bu səbələ ghosting qaçınılmaz bir yol kimi gələ bilər.  Ghosting’i uğradıqda edilməlidir? Əgər partnyorunuz tərəfindən ghostingə məruz qaldığınızı düşünürsünüzsə, israr etmək yerinə vəziyyəti qəbul edib uzaqlaşmaq daha yaxşı nəticə verə bilər. Münasibətin başlanğıcında olsanız belə,  belə bir durumun sizdə yaradacağı emosional təsir böyük ola bilər. Ghosting özgüvəninizə mənfi təsir edə bilər. Bu vəziyyətdə edəcəyiniz bir neçə yol var. Sərhədlərinizi müəyyən edin- Duyğularınıza diqqət edin və yaşadığınız bu vəziyyətlə bağlı özünüzə sərhədlər qoyun. Hər gün onun sosyal hesablarına baxmaq vəya ondan mesaj gözləmək yerinə özünüzə qarşı dürüst olun və onunla bağlı mövzuları düşünməkdən uzaqlaşın. Özünüzü günahlandırmayın- Partnyorunuzun nə səbəbə münasibəti bitirdiyinə dair əlinizdə heç bir dəlil yoxdur. Buna görə də ağlınızda fərqli senariyalar qurub özünüzü günahlandırmayın. Əlbəttə ki, bir cavab axtarışındasınız amma özünüzü günahlandıraraq daha fərqlə senariyalarla emosional olaraq daha çox zerər görə bilərsiniz. Onun üçün bir zaman məhdudiyyəti qoyun- Bir neçə gün və ya həftə ondan xəbər almadınız gözləməkdən yoruldunuz mu O zaman ona bu vəziyyətlə bağlı bir mesaj yaza bilərsiniz. “Gələcək hftə içində səndən bir mesaj və ya zəng gözləyirəm” şəklində. Yenə də yazmadığı təqdirdə münasibətin bittiyini düşünə bilərsiniz. Bunu düşünmək çətin olsa belə bu kontrolun sizdə olduğunu hiss etdirir. Duyğularınızla üzləşin- Belə bir vəziyyətdə mütləq duyğularınızla üzləşməlisiniz. Üzüntünüzdən qaçmaq üçün pis vərdişlər qazanmaqdansa bütün üzüntünüzlə üzləşin. Duyğularınızı yazaraq vəya dostlarınızla paylaşaraq bunu edə bilərsiniz.

İnsanlar niyə pis bir münasibəti davam etdirir?

Yəqin ki hamı ətrafında yaxşı getməyən bir münasibəti israrla davam etdirən dost, qohum, yaxın bir insan görmüş və ya özünü heç cür bitirə bilmədiyi bir münasibətin içində tapmışdır. Kənardan baxıldığında zərərli bir münasibəti niyə davam etdirdiyi üçün bəlkə o insanlara hətta hirslənmisiz də. Qınamağı bir kənara qoyub zərərli bir münasibətdə qalmaqda davam edən insanları anlamaq üçün bunun psixoloji səbəblərinə baxmaqda fayda var. Bu səbəblərə nəzər salaq: 1. Qorxu və ya təşvişdən qaçmaq – artıq bir münasibətin içində olan şəxs bu münasibət bitdikdən sonra həyatı ilə nə edəcəyini, onu nələr gözlədiyini bilmir və bu qorxu ilə üzləşmək istəmir. Gələcək təşvişi, bitirmək qərarı almağa mane olur. 2. Depressiya və üzüntüdən qaçmaq – münasibət nə qədər pis olsa da sevgi hissi asanlıqla bitmir və şəxs tək qalacağı zaman mövcud partnyoru üçün darıxacağını düşünür, tək olarsa bunun öhdəsindən necə gələcəyini bilmir və münasibəti davam etdirməyi seçir. 3. Utanc – bəzən yaxşı bir münasibətə sahib olmaq, cəmiyyət üçün özünü təstiq etmə mənası daşıyır və alınmayan, pozulan münasibəti yaxınlara, dostlara demək şəxsə utanc hissi verir, onlara xəyal qırıqlığı yaşadacağını düşünür və bu səbəbdən düzəlməyən problemlərə baxmayaraq münasibət davam etdirilir. 4. Günahkarlıq və borclu hiss etmək – bu hissləri keçirən şəxs ona qayğı, sevgi göstərən insana qarşı borclu hiss edir və onu tərk etmək düşüncəsi günahkarlıq duyğusu yaradır. Bir növ uşaqlıqda ona qayğı göstərən valideynlərinə olan borcunu ödəmək fantaziyasını daşıyır. Bir başqa deyişlə şəxs əsl borclu olduğu insanlarla üzləşmək yerinə partnyoruna bu hissləri köçürür. 5. Asılılıq – öhdəlikləri öz üzərinə götürən, nəyin doğru nəyin yanlış olduğuna həmişə qərar verən, məsuliyyəti alan bir partnyoru itirməklə bərabər şəxs öz həyatının məsuliyyətini almaq məcburiyyətində qalmaqdan, yəni böyüməkdən qorxur. 6. Aşağı olan özgüvən – şəxs, mövcud partnyordan daha yaxşısını tapa bilməyəcəyini, çünki buna layiq olmadığını düşünür. 7. Bezginlik – düşüncələrin içində itmiş şəxs sağlam düşünə bilmir və problem həll etmə bacarıqları azalır. Bu şəkildə o artıq problem ilə bağlı düşünməməyə başlayır, ancaq, düşüncələri eşitməzdən gəlsə də hissi səviyyədə buna nail olmaq mümkün olmur. 8. Partnyoru dəyişmək ümidi – baxmayaraq ki təcrübələr çox vaxt əksini göstərir, pis bir münasibətdə olan şəxs partnyorun dəyişəcəyi və hər şeyin yaxşı olacağı fantaziyasını qorumağa çalışır və bu fantaziyadan qurtulub münasibəti bitirmək üçün addım ata bilmir. Unudulmamalıdır ki bu sadəcə bir fantaziyadır. Nəzərə alaq ki, cütlük terapiyasında həmişə məqsəd münasibəti düzəltmək deyil, bəzən bitən bir münasibət terapiyayanın uğurlu olduğunu göstərir.  Uzman Psixoloq Cəmilə Rəhimli

Ailə və münasibətlər.

Ormanda sıxlıq olan sahədə torpaqdan cücərib boy atmağa başlayan ağacla bağçada əkilən və qulluq olunan  ağac arasında fərq çox böyükdür. Sıxlıqda bitən ağac böyüdükcə ətrafında olan böyük ağac və kolların budaqları həmişə ona mane olur, günəş işığının üzərinə düşməsinin qarşısını alır, üzərinə aylarla toz-torpaq düşür, amma küləyin o tozu üstündən təmizləməyə gücü yetmir. Hələ bir də yaşlı, ömrünü sona verən çürük bir ağac üstünə yıxılsa qabığını zədələyər, qol-budağını sındırar, böyüməsinə mane olar. Gənc agac məcburdur ki, müəyyən istiqamətə əyilsin, maneəni dəf edib boy artımına davam etsin. Ona görə də heç vaxt o dik dayana bilməz. Bağçadakı agac bu prosesləri yaşamır, rahat və sərbəst boy atıb böyüyür.    Təsəvvür edək ki, bu gənc ağaclar fərqli iki ailədə böyüyən uşaqlardır. Ailədəki münasib olmayan mühit uşağı sıxıntıya salır, dedi-qodu, yersiz münaqişə və mübahisələr, valideyn və övladların bir-birilərinə qarşı olan soyuq münasibətləri, evdəki rahatsızlıq, iman və səmimiyyətin olmaması günəş işığından məhrum olmağa bənzəyir. Bütün bunlar uşağı üzür, düşüncəsi mənfi fikirlərlə yüklənir, üstünə toz qonmuş yarpağa dönür sanki, illər lazım gəlir o çirkab toz təmizlənsin. Uşağa diqqətsizlik, problemlərinin vaxtında aşkarlanıb yoluna qoyulmaması üstünə ağac düşmüş mənzərəni xatırladır. Belə mühitdə böyüyən uşaq cəmiyyətdə özünü tapa bilmir, cəmiyyətin də belə uşağı formalaşdırması uzun illərə söykənir, o da yenə onun düşdüyü mühitə bağlıdır .     Bir anlıq da olsa gözünüzün önündə bu hadisələri canlandırın və düşünün ... 

Xəyanət probleminə psixoloji baxış…

Bildiyimiz kimi xəyanət problem cəmiyyətimizdə mövcud olan ən aktual problemlərdən biridir. Əksəriyyətimiz xəyanət dedikdə fiziki (cinsi) xəyanəti nəzərdə tuturuq və bizim üçün ən ağırı fiziki xəyanətdir deyə düşünürük. Xəyanətin isə formaları var: Fiziki, psixi və sosial xəyanət…Fiziki xəyanət adından da göründüyü kimi cinsi xəyanətdi. Psixi xəyanət dedikdə isə daha geniş mənada başa düşülür. Yəni yanında biri, düşüncədə isə başqa birisi olur ki, bu da psixi xəyanəti tam mənasıyla açıqlayır. Sosial xəyanət isə ailədə bəzən kişi öz xanımına işləməyə icazə vermir. Sanki onu cəmiyyətdən uzaqlaşdırır… XƏYANƏT…Bu söz nə qədər qorxulu və arzu olunmaz olsa da Yer kürəsinin 79 %-i onunla üzləşir.Qadınlara elə gəlirki dünya qurulandan kişilər xəyanətkar doğulublar və onlar kənarda eşq yaşamasalar dözə bilməzlər.Kişilər üçünsə əksinə….Nə qədər çox qadınla tanış olsalar bir o qədər şərəflidir. Xəyanətkar- bu kişilərə yaraşmayan sözdür. Onların fikrincə xəyanətkar qadınlardır.Hər bir nigah müəyyən müddətdən sonra darıxdırıcı olur.Qadın ərində hər gün bu sözləri eşidir :Yemək hazırdır? Yatım tezdən işə getməliyəm? Nə deyim özün bilirsənki, səni çox istəyirəm? Kişi isə arvadından daha çox bu cümlələri eşidir :Sən yat mən paltarları yumalıyam? Köynəklərin hazırdı? Uşaqların əlindən bezmişəm…Bu yorğun vaxtımda sən nə istəyirsən axı ???Bu sözlər nə qədər çox işlənirsə siz bir o qədər xəyanətə yaxınlaşırsız. Və əgər ailədə xəyanət varsa bu birərəfli deyil. Yəni həm kişinin həm qadının günah payı var.Azərbaycanda qadınların evə ailəyə bağlılıqı və ətrafdan qorxusu o qədər böyükdür ki, onlar özlərini tamam soyuq hissiz ailədə belə dinib-danişmadan ömür keçirməyə məcbur edirlər.Amma kişilər zaman keçdikcə xanımı qarşısında hislər borc hissinə çevrilir: Evə bazarlıq, uşaqlara xərclik, həyat yoldaşına ayda 2 dəfə mehribanlıq…Sırf öz ölkəmizdən danışırıqsa onu da qeyd etmək məcburiyyətindəyəm ki, bizdə ailə quranda sanki hər şey bitir və xanımlar sanki özlərinə elə buna hazırlayırdılar..Təki ailə qurum…Bu düşüncənin özü belə yetər ki, ailədə xəyanət baş versin..Elə yalnışa da bax burda yol verirlər..Ailə qurulanda son yox yeni bir başlangıc yaranır..Kişi xəyanət edirsə bu, ərini belə addım atmağa sövq edən qadının səhvidir. Öz vaxtının həyatının öz istəklərini və nəhayət öz bədəninin qiymətini bilməyən qadına taleyin töhvəsi nə ola bilərki ?Statistikaya görə qadın ərinə toydan 5-7 il sonra xəyanət etməyə risk edir. Kişi isə evlənəndən cəmi 1 həftə sonra bu addımı atmağa hazırdır.Xəyanətkar qadınlardan kişilərin 70 % boşanır. Xəyanətkar kişiləri isə cəmi 30 % qadın tərk edir.Psixoloqların qənaətinə görə qadınlar kişilərə nisbətən öz gizli əməllərini ört basdır edə bilirlər.Britaniyalı alimlərin açıqlamasına görə kişi hər nə qədər savadlı, dünya görüşlü və maddi tərəfdən təminatlıdırsa bir o qədərdə çox sevgili axtarışına çıxır.Orta təhsilli kişi və qadınlar xəyanətə daha az meyl göstərirlər.Evdar – günü mətbəxdə keçən qadınlar ən çox xəyanətə məruz qalırlar.Savadlı işləyən xanımları ərləri daha çox istəyir və qiymətləndirir. Axı belə qadınları aldatmaq bir az çətindir…Sonda xəyanətə sırf psixoanaliz istiqamətindən yanaşsaq. Psixoanalizdə qeyd olunur ki bir kişi xəyanət edirsə öz anasından intiqam alır, qadın xəyanət edirsə öz atasından intiqam alır. Psixoanalizin əsasını qoyan Z.Freydin edip (oğulun öz anasına olan sevgisi) və elektro (qızın atasına olan sevgisi) kompleksinə görə qadın xəyanət edirsə, onun əsasında atası qızını yox onun anasını seçdiyinə görə gələcəkdə ondan qisas almaq istəyi durur (təbii ki şüuraltı olaraq)…Kişi xəyanət edirsə anası onu yox atasını seçdiyinə görə gələcəkdə ondan intiqam almaq istəyi onun şüuraltısında olur..Nəticə etibarilə hamı potensial xəyanətkar ola bilər.Yəni necə ki bir insanda həm sevinc, həm nifrət həm aqressiya həm kədər hissləri varsa xəyanətkarlıq da var... Amma psixoanaliz bu vəziyyəti tam açıqlayır və bizim bu prosesi öyrənməyimizə yardımçı olur.(psixotest.az)Allahverdiyeva LaləPsixoloq

Evlilik qorxusu nədir?

“Evlənməkdən qorxuram. Evləndikdən sonra evimi təmin edə bilməyəcəyimdən narahatam. Nə edə bilərəm?” Hər qorxunun arxasında qorxuya səbəb olan, onu oyandıran səbəblər var. Qorxu yaradan səbəblər əgər tapılsa, onun neqativtəsirlərindən də qurtulmaq olar. Müalicədən əvvəl xəstəliyin səbəbini araşdırmaq nə qədər önəmlidirsə, qorxunun aradan qaldırılmasında da qorxunu meydana gətirən səbəblərin, fikirlərin tapılması o qədər önəmlidir. Evlilikdəki qorxulardan bir neçəsini saymaq lazımdırsa “dolanışıq” qorxusu, “Xöşbəxt ola bilmərəm, sevilmərəm” qorxusu başda gəlir. Bir insanın evliliklə bağlı qorxuları eyni zamanda onun evliliyə baxış tərzindən də asılıdır.Məsələn deyək ki, bir insanda evliliklə bağlı dolanışıq qorxusu var. “Evlənsəm, ailəmi dolandıra bilərəmmi?“ Belə bir vəziyyətdə bu insan evlənəcəyi insanın gözləntilərinə diqqət yetirməlidir. Əgər evlənəcəyi insanın gözləntiləri çox yüksəkdirsə, məsələn, Londondan ətir gətirtdirən biridirsə təbii ki, bu qorxunun olması normaldır. Maddi gücü çox yaxşı olmayan birisinin belə bir evlilik nəticəsində dolanışıq problemi yaşayacağı açıqca görülən bir gerçəklikdir.Ərköyün böyüdülmüş, həyatın heç bir çətinliyindən xəbərdar olmayan , sanki, saraylarda yaşamış bir insanla evlənirsizsə, onun haqlı olaraq təlabatlarını, gözləntilərini düşünməlisiniz. Buna görə də evlənəcək olan insanların evlilikdən qabaq öz maddi durumlarını açıq və dürüst şəkildə çatdırmaları çox önəmlidir.KİMİNLƏ EVLƏNDİYİMİZİ BİLMƏYİMİZ EVLİLİYƏ SAĞLAM BAŞLAMAĞIN İLK ADDIMIDIR.Ancaq bunu da bildirməliyəm ki, evlilikdə maddi qayğılardan çox sevgi ön plandadırsa sevgi davam etdiyi müddətdə maddi problemlər , gözləntilər ikinci planda qalır və cütlüklərin xöşbəxtliyinə maneə olmur.Ümumilikdə isə araşdırmalarda daha çox rast gəldiyimiz evlilik qorxuları bunlardır:Ailədə ana ata arasında böyük problemlər yaşanıbsa, hələ ailə çevrəsində boşanmalar çox sıx baş vermişsə, bu vəziyyət evlənəcək olan insanlarda “Mən də evlənsəm eyni şeyləri yaşayaram” şəklində bir qorxuya səbəb olur. Bu düşüncə bir tərəfdən haqlı olaraq ortaya çıxır.Bəzi evliliklərdə qız uşaqlarının oxudulmasını zəruri sayırlar. Çünki, düşünürlər ki, əgər qız məktəb , universitet oxuyarsa , gələcəkdə bir peşəyə sahib olarsa və ailəsində problemlər yaşansa, boşanmaq məcburiyyətində qalarsa heç olmasa əlində bir sənəti olsun, öz ayaqlarının üstündə dura bilsin. Burda da evliliklə bağlı müəyyən qorxuların olduğu açıq görünür.Yenə də ailə içindəki sıxıntılar səbəbindən atasının yanlış davranışlarını görən bir qız “atam kimi bir yoldaşım olacaqsa, heç olmasın daha yaxşıdı” kimi fikirləşə bilər. Belə bir fikrin evlilik qorxusuna səbəb olacaq fikirlərdən biri olduğunu unudulmamalıdır.Bir uşaq evliliklə bağlı qorxu və qayğılar yaşayırsa, bunun ana və ata ilə bağlı bir yönünün olduğu bilinməlidir. Bu vəziyyət eyni zamanda ana və atanın uşaqlarına yaxşı bir evlilik modeli göstərmədiklərinin açıq göstəricisidir.Psixoloq Gülnar Həbibova 

Patoloji qısqanclıq nə zaman yaranır?

Qısqanclıq insanlıq tarixi qədər çox qədim məsələdir və bir çox insanların münasibətlərinə dərindən təsir edərək, ciddi problemlərə yol açır. Birinin sevdiyi insana qarşı bu hissi yaşaması və həddini aşması “patoloji qısqanclıq” və ya “Otello sindromu” adlanır. Bir çox qadın və kişilər qısqanclığı sevginin ifadəsi kimi qəbul edirlər. Əslində, bu, yalnış düşüncədir. Sevdiyinə sevgini ifadə etmənin başqa normal yolları da var.Özünə güvənən insanlar qarşısındakı insanı xəstəlikli formada qısqanmırlar. İnsanlardan niyə qısqandıqlarını soruşanda “çünki onu itirməkdən qorxuram” cavabıyla tez-tez rastlaşırıq. Qadınların əksəriyyəti çox qısqanılmaqdan sıxıldığı halda, bəziləri bunu sevir. Onlar düşünür ki, əgər kişi qısqanırsa, deməli sevir. Ən çox qısqanılan tərəf də hər zaman qadın olub.Başqasına güvənə bilmək üçün öncə özünə güvənmək lazımdır. Güvənsiz yaşanan bir sevgi içindən çıxmaq mümkün olmayan bir çuxurdur. “Qısqanmağım mənim sevgilimə, həyat yoldaşıma, ərimə güvənmirəm demək deyil, mən ona güvənirəm, ancaq ətrafdakı qadın və kişilərə güvənmirəm". Yəqin ki, qısqanc adamlardan ən çox eşitdiyiniz cavab məhz budu.Həddən çox qısqanan insanların sədaqətsizlik göstərmə ehtimalı çox yüksəkdir. Bir insanı sevmək üçün ilk öncə özünüzə güvənməlisiniz. O sizin uşağınız, ata-ananız deyil ki, ona güvənmədən onu sevirsiniz. Qısqanc insanlar yenə də bu deyilənlərlə razı olmayıb, qısqanmalarını sevgilərinin ifadəsi kimi qəbul edib, özlərinə haqq qazandırmağa çalışırlar.    Fərizə Əhmədova

“Mən niyə zəng edirəm, o etsin” - İnsan içindəki cinlərdən necə qurtulmalı

İnsanlar sosiallaşsa da, real həyatda münasibət qurmaq, o münasibəti davam etdirmək gənclərin aktual probleminə çevrilib. "Nəsə olur və mən nə olduğunu bilmirəm, lakin münasibətim bitir”, "Münasibətə başlaya bilmirəm”, "Bəzən hər şey yolunda gedir, lakin anidən baxıram ki, münasibətimin altı üstünə gəlib və bitib” kimi suallarla psixoloqlara müraciət edənlərin sayı getdikcə artır. Bəziləri uçun bu vəziyyət kəskin ruh düşkünlüyinə, depressiyaya yol açır. Bir qisim insanlar isə bu ruh halını qeyri-real qüvvələrə bağlayır, özləninin arzulamadığı duruma düşmələrini, istəmədiyi addımları atmalarını "cinlərim gəlmişdi” ifadəsi ilə izah etməyə çalışırlar. Bəs bu halın, gənclərin "cin”lərinin tibbi adı nədir? Türkiyənin uzman psixoloqu Özləm Ataoğlu bununla bağlı maraqlı yazı ilə çıxış edib. Psixoloq.az həmin yazını təqdim edir: Həmin ruh halı gəldikdə yaşadığımız ilk hiss rəddedilmə qorxusu olur. Bu, əlbəttə quracağımız münasibətləri kasadlaşdıran, bizi hərəkətə keçməyə qoymayan, rədd edildikdə daxildən bizi cəzalandıracaq bir səs eşidilməsindən qaynaqlanan qorxudur ki, həm də irəli getməyimizə mane olur. "Yox cavabı alıb, özünü biabır edəcəyinə, otur oturduğun yerdə” deyən bu səs bizim bəlkə də həyatımızın fürsətlərini qaçırmağımıza səbəb olub. Bu, həm də özüylə sonrakı peşmançılıq hissini də gətirir. Digər səbəb isə hövsələsiz davranmağımızdır. Bu, adətən şübhə duyğusu ilə müşayiət olunur. Qarşımızdakı şəxslə münasibətlərin dərinliyi yaşamaq yerinə, onun niyyətini anlamağa çalışırıq, nişan alıb hər an tətiyi çəkməyə hazır vəziyyətdə yaşayırıq. Onun düşüncələri gözləntilərimiz və istəklərimizlə uyğun gəlmirsə, bəri başdan söyləməsini istəyirik, vəziyyət də budursa münasibətə başlamamağı seçirik. Halbuki münasibət müddətində qarşı tərəfin fikirləri, düşüncələri dəyişə bilər. Bu vəziyyətdə səbirsizlik qorxuyla paralel olur – rədd edilməkdən, tərk edilməkdən, yaxud münasibətin bitməsindən qorxuruq. Belə olduqda insan münasibəti planlı yaşamağa başlayır. Onu nə qədər istədiyimizi gizlətmək, o zəng etmədən ona zəng etməmək, görüşə kimi özümüzü ələ verməmək... Bunların hamısı "münasibət kodları”na görə bizim əleyhimizə işləyir. Halbuki dürüst rəftar bizim həqiqi və gözəl bir münasibət qurmağımıza kömək edə bilər. Münasibətlərin təməlində bir şey dayanır: hər şeyi qəlizləşdirməmək, duyğularımızın məsuliyyətini dərk edib kontrol hissini boş buraxmaq, yaşanacaq hər cür ssenarinin mümkünlüyünü və qəbul etməyin o qədər də çətin olmadığını dərk etmək, bu məsələdə qarşı tərəflə həmfikir olmaq və anı yaşamaq. Ancaq və ancaq bunun sayəsində düzgün münasibət qura və onu davam etdirə bilərsiniz.(medicina.az)