Sevir ya sevmir? Testlə yoxlayın. Ancaq unutmayın ki yenə də bu testlər hissləri dəqiq öyrənməyə kifayət etmir. Test -1 Onu vərəqə sizin adınızdan nəsə yazmağa məcbur edin. Məsələn, sizin iş yoldaşınız və ya rəfiqəniz üçün təbrik məktubu yazmağını xahiş edin.* Əgər onun yazdığı təbrik məktubuda sözlər bir-birinə yaxındırsa və məktub səliqə ilə yazılıbsa o zaman siz eyni fikirli, eyni düşüncə tərzinı malik adamlarsınız. Sizdən yaxşı dost olar.* Əgər yazılan məktubda sizin adınız xırda və əyri xəttlərlə yazılıbsda o zaman deməli o sizinlə yanlız sekslə məşğul olmaq üçün görüşür.* Məktubda öz adını səliqə ilə sizin adınızı isə pis xətlə yazıbsa deməli o zaman o heç vaxt sizi sevməyib və sevməyəcək.* Əgər yazıda sizin adınızı iri hərflərlə yazıbsa deməli sizi ürəkdən sevir və sizə sadiqdir.Test - 2O öz tanışlarının arasında dayanarkən sizi gördükdə nə edər?* Əgər sizi görməməzdən gələrsə o zaman sizinlə əlaqələrini kəsmək istəyir.* Ayaqlarını oynadarsa, özünü məşğul göstərəsə deməli onun yeganə məqsədi sizinlə yatmaqdır.* Əgər o əllərini sinəsinin üstünə qoyaraq dayanarsa sizinlə görüşmək onun üçün xoşdur.* Əllərini qaldıraraq sizə salam verir və yaxınlaşdıqda qolunuzdan və ya əlinizdən tutarsa deməli sizi ürəkdən sevir.Test - 3Sizinlə bir yerdə şəkil çəkdirməyini xahiş edin və şəkildə necə durduğuna diqqət yetirin.* Şəkil çəkdirdiyiniz zaman əgər çiyninizdən qucaqlayırsa deməli sizi dost kimi sevir.* Çiynizizə yüngül toxunursa o zaman sizə toxunmaqdan qorxur.* Əgər saçlarınıza toxunaraq şəkil çəkdirirsə sizi əldə etmək istəyir.* Əgər sizə toxunmadan şəkil çəkdirisə deməli sizdən uzaq durmaq istəyir.* Əgər şəkil çəkdirərkən əllərini sizin budunuza və ya bel hissənizə toxundurarsa deməli ilk fürsətdə sizi yatağa çəkmək istəyir.
Qarın gərmə əməliyyatı çəki azaltmaq üçün tətbiq edilməyən, əksinə bədəni düzgün formaya salmaq üçün icra olunan əməliyyatdır. Psixoloq.az-a açıqlama verən ümumi, transplant və bariatrik cərrah Bəhruz Səlimovun sözlərinə görə, qarın gərmə proseduru narkozla icra olunan əməliyyatdır: "Xanımda olan problemin miqyasından asılı olaraq təxminən 2-3 saat davam edə bilər. Əməliyyatdan sonra klinikada qalış müddəti təqribən 2-3 gündür. Reabilitasiya müddəti orta hesabla 2 həftədir". Bəhruz bəy, əməliyyatdan sonra qarının ön divarında və toxumalarında ödəmin 2-6 ay ərzində olmasının mümkünlüyünü vurğulayıb. "Bu xanımın çəkisindən və orqanizminin xüsusiyyətindəm asılı olaraq dəyişə bilər",-deyə doktor Səlimov qeyd edib. Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz. Tel: 070 -579-88 -33 Şəhanə Quliyeva
Hamımız öz prinsip və ideallarımızla yaşayırıq. Lakin ümumi, dünyəvi qanunlar var ki, biz onları adlaya bilmərik. Bunun üçün bəzən öz istəklərimizi qurban veririk ki, nəticədə yenə də qalib tərəf biz oluruq. Müəyyən şəxsiyyət tipləri var ki, onlar nəinki öz prinsiplərini qurban vermirlər, hətta hamını bu prinsiplə yaşamağa məcbur edirlər. Və əgər bir prinsipi “ideal” formada reallaşmazsa bu insan, həyatını “qaralamaq” nəticəsinə gəlir. Hər bir detala diqqət yetirən bu insanın həyatında eybəcər, əyri və ya səhv bir şey olmamalıdır. Hər bir addım qabaqcadan fikirləşilir və detallara qədər düşünülür. Pedantik və inadkar olan bu insanlar həmişə səhv axtarıb onu düzəltməyə çalışırlar. Bu insanların daim şübhələrlə yaşaması onların həyatı dolğun yaşamasına imkan vermir. Əslində şübhələrinin real olmasını istəyirlər – çünki istəkləri “mənim şübhələrim düz oldu. Mən səhv düşünə bilmərəm” şəklindədir. Bütün bunlar eqonun artmasına gətirib çıxarır. Insanın məhsuldarlığı daim aşağı və nəticədə nailiyyətlərin olmaması daha da ideallığa can atmağa məcbur edir. Dairə qapanır – sıfirdan yaradılan hər bir şey nəticədə yenidən məhv edilir, çünki hər yaradılan getdikcə ideallıqdan daha uzaq qəbul edilir. Xəstəliklərin Beynəlxalq Təsnifatında belə ideallığa can atmaq, şübhələnmək, tərəddüd edən, detallara diqqət yetirən bu şəxsiyyətləri F60.5 aşağıdakı simptomları özündə ehtiva edir: Hədsiz xırdaçılıqTəmkinlilikInadkarlıqEhtiyatlılıqŞübhəli olmaqRigidlikPedantiklik Belə şəxsiyyətlər həyatda nəinki özünün, həmdə ətrafın həyatını keyfiyyətsiz etmək iqtidarındadır. Gözəl bir kəlmə “ideal heç bir şey yoxdur”. Və məhz bu çatışmayan cəhətlər insanı gözəl və seçilən edir. Biz robot deyil, adi insanlarıq. Aydan Xasməmmədzadə. Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu
Ailə münasibətlərində ərlə-arvad arasında baş verən konfliktlər əsas rol oynayır və ailənin inkişafına mane olur. Bu da əsasən ərlə-arvadın bir-birinə olan tələbatlarının ödənilməməsindən qaynaqlanır. Belə ki; —Öz “məni”nin tələblərinin ödənilməsi, bir-birinin mənlik hisslərinə hörmətsizlik — Müsbət emosiyalara olan tələbatın ödənilməməsi — İstirahət vaxtının təşkilinə, ərlə-arvadın tələblərinin müxtəlifliyi — Müsbət emosiyalara olan tələbatın ödənilməməsi: diqqət, başa düşmək, yumşaq münasibət və s. Bunlarla yanaşı başqa faktorlar da ailə münasibətlərinə pis təsir edir. Buna hər şeydən əvvəl ailənin inkişafında böhranlı dövrlərin olması nümunə göstərilə bilər. Bunlar hansılardır? Ailə həyatının birinci ili — bu dövr ərlə-arvadın bir-birinə uyğunlaşması dövrüdür. Bu, iki “mən” birləşib bir “biz” olmasıdır. Bu zaman hisslər inkişaf edir, sevgi, məhəbətin bir qədər azalması, subyektlərin həyatda olduğu kimi qavranılması başlayır. Bu dövrdə gənc ailədə tez-tez konfiliktlər baş verə bilər. Belə bir dönəmdə hər iki tərəfini valideynləri gənc ailədə dəstək olmalıdır. Çünki yeni qurulmuş ailə iki-üç ilə ancaq tam olaraq formalaşır. İkinci böhranlı dövr — uşaqların dünyaya gəlməsiylə bağlıdır. Hələ ki tam möhkəmlənməmiş “biz” sistemi ciddi imtahanları rastlaşır. Gəlin nəzər salaq, bu zaman baş verən konfliktlərin əsasın nə təşkil edir? — Uşaqların tərbiyəsində ərlə-arvadın fikir ayrılığı — Uşağa xidmətləri bağlı qadın yorğunluğu (özünə diqqət göstərməmək və s) — Onların fəaliyyətində şəxsi maraqları ilə bağlı fərqlilik — Kişidə sosial inkişaf gedir, qadında isə tam əksinə. Üçüncü böhranlı dövr — ərlə-arvadın birlikdə yaşamasının orta illərinə təsadüf olunur. Subyektlərin bir-birindən doyması baş verir. Hisslərdə yenilik olmur. Bu dövrü hətta duyğu və hisslərin aclıq dövrü də adlandırırlar. Dördüncü böhranlı dövr — ərlə-arvadın münasibətlərində konfliktlər təxminən 18-24 illik ailə həyatından sonra baş verməyə başlayır. Bunun baş vermə səbəbləri uşaqların ailədən getməsi (ailə qurmaqları, xaricdə təhsil alması və s.) ilə təklik hissinin baş qaldırması, arvadın emosional asılılığının artması və s. səbəblərlə bağlı olur. Beləliklə ərlə-arvadın arasında konfliktlərin baş verməsində xarici faktorların da təsiri var. Ər və ya arvadın isə həddən artıq zaman ayırması, iqtisadi çətinliklər, ailə subyektlərindən birinin işə düzələ bilməməsi, yaşayış üçün mənzilin olmaması və s. Bunlarla yanaşı, makro faktorlar da ailədə konfliktlərə yol aça bilir. Məsələn: müasir dövrdə cəmiyyətimizdə sosial vəziyyət, mənəvi dəyərlərin qiymətsizləşməsi, ailədə qadının ənənəvi vəziyyətinin dəyişilməsi qadının iqtisadi müstəqilliyi, maliyyə çətinlikləri və s. Statistik hesablamalara görə ailələrin təxminən 80-85%-də konfliktlər baş verir, qalan 15-20%-də isə narazılıqlar özünü göstərir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Sevda Xəlilova
Pediatr Vaqif Qarayev, övladı birinci sinfə getməyə hazırlaşan valideynlərə xəbərdarlıq edib. Psixoloq.az xəbər verir ki, pediatr hər bir uşağın qavrama qabiliyyətinin fərqli olduğunu, bu səbəbdən onlara əsəbləşməyin yersiz olduğunu qeyd edib. Mütəxəssisin sosial şəbəkədə paylaşdığı yazısını təqdim edirik: "Hörmətli valideynlər! Birinci sinfə gedən uşaqlarınızdan iki həftə ərzində Eynşteyn düzəltməyə çalışmayın! Hər uşağın diqqət konsentrasiyası, qavrama qabiliyyəti, dərsə(kitab-dəftərə) marağı fərdidi...ona görə qonşu partada oturan uşaqla müqayisə etməyin övladınızı...İmkan verin özündə maraq, həvəs yaransın...ola bilər bu, bir il vaxt aparsın... Evdə aqressiv münasibət görən uşaq məktəbdə də oxşar halla qarşılaşır...6 YAŞLI UŞAQ! Nəticədə psixoloji diskomfort yaşayır...diqqəti daha da yayınır, yaddaşı pozulur, pis yeyir, pis yatir...ya oyanıq olur, ya da özünə qapanır və s. Bütün bunlar uşağın immunitetinə təsir edir....stressə dözmür körpə balalar...payız fəslini də nəzərə alsaq xəstəliklər qaçılmaz olur". Şəhanə Quliyeva
Azərbaycan ərazisində sentyabrın 6-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 6-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-21, gündüz 27-30, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında sentyabrın 6-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. (ölkə.az)
Şiddət psixologiyanın araşdırdığı aktual məsələlərdən biridir. Bu mövzu haqda bir çox fikirlər irəli sürülmüşdür, lakin biz Erich Fromnun bu mövzu haqda araşdırmasını sizə təqdim etmək istəyirik. Erich Fromm sevginin və şiddətin qaynağı adlı kitabında şiddətin qaynaqlandığı səbəblərin bəzi növlərini araşdırmış və qeyd edib. İnsan davranışlarının öyrənilməsində şüuraltının nəzərə alınmasının vacibliyini qeyd edən psixoanaltik, şiddəti öyrənərəkən də şüuraltı məsələsini unutmamışdır.Erich Fromm qeyd edirdi ki, şiddətin ən sadə növü oyun və ya yarışmalarda ortaya çıxan şiddətdir. Bu şiddət növü nifrətdən, yıxıcıılığa meyillilikdən yox hünər və ya cəsarəti nümayiş etdirmə istəyindən yaranır. Bu cür oyunlarda məqsəd öldürmək deyildir, əgər oyun ölümlə nəticələnərsə, bu rəqibin yanlış mövqedə olduğunu göstərər. Şiddətin başqa bir növü də reaktiv şiddətdir. Reaktiv şiddət dedikdə bir insanın özünün və ya başqasının həyatını, azadlığını, namus və malını qorumaq üçün tədbiq etdiyi şiddət başa düşürük. Bu cür şiddətin qaynağı qorxudur və ən çox rast gəlinən şiddət növüdür. Bu şiddətin seçiciliyi ondadır ki, məqsəd ölüm yox həyatdır. Mənəvi yüksəkliyə sahib insanlar öldürmənin, müdafiə xarakterli belə olsa, əxlaqi baxımdan doğru olmadığı fikrini irəli sürürlər, lakin həyatını qorumaq üçün şiddətə əl atanlarla sırf öldürmək məqsədli şiddət göstərməyin eyni olmadığını da qəbul etməlidirlər.Reaktiv şiddətə bənzər, amma daha çox patoloji olan şiddət növü qisasdır. Reaktiv şiddətdə məqsəd gəlməkdə olan zərərin başqa tərəfə yönəldilməsi olduğu halda, qisasalıcı şiddətdə artıq zərər var deyə müdafiə xarakteri daşımır. Qisasalıcı şiddəti ibtidai və mədəni cəmiyyətlərdə olduğu kimi ayrı-ayrı fərdlərdə də görə bilərik. İntiqam hissi bir cəmiyyətin və ya fərdin gücü və yaradıcılıq qabiliyyəti ilə tərs-mütənasibdir. Zərər görən gücsüz insanların baş vura biləcəyi tək bir yol isə qisasdır. Başqa bir bir şiddət növü də inancın məhv edilməsindən yaranan şiddətdir. Bu daha çox uşaqlarda rast gəlinən haldır. Uşaqlar həyatlarına sevgiyə, yaxşılığa, ədalətə inanaraq başlayırlar. Bu inanclar insanların çoxunda elə uşaqkən məhv olur. Uşaq atasının yalan danışmasının şahidi olur, atasının anasından qorxduğunu, onun anasını məmnun etmək üçün övladından üz çevirməyə hazır olduğunu görür. Anası və atası arasında olan cinsi əlaqəyə şahid olmuş uşaq atasını vəhşi heyvan kimi təsəvvür edir. Uşağın valideynlərinin sevgisinə, doğruluğuna və ədalətinə olan inancı bununla da məhv olur. Bəzən dini təlimlərlə yetişdirilən uşaqlarda bu inancların məhv olması birbaşa Tanrıya olan inancın itirilməsinə səbəb olur. Amma burada məhv olan inancın insana və ya Tanrıya olan inanc olması vacib deyil. Məhv olmuş inanc hər zaman həyata, həyatın təhlükəsiz olmasına duyulan inancdır. Aldadılmış və xəyal qırıqlığına uğramış bir şəxs həyata nifrət edə bilər. İnanacağı heç kəs yoxdursa, heç nə mövcud deyilsə, şəxsin yaxşılığa və ədalətə olan inancı axmaqca bir illuziyadırsa, həyatı Tanrı yox Şeytan idarə edirsə, onda həqiqətən həyat nifrət ediləcək bir şeydir; insan artıq xəyal qırıqlığının gətirdiyi əzaba dözə bilmir. Həyata inanan, yaşamağı sevən, amma xəyal qırıqlığına uğrayan bir şəxs beləcə ətarafa nifrət edən birinə çevrilər.Şiddətin başqa bir növü də kompensasiyaedici şiddətdir. İnsan, sadəcə özünün dəyişidirilməyi ilə kifayətlənməz, dünyaya möhürünü vurmaq, onu da dəyişdirməyə çalışar. Bu ilk qayaüstü rəsmlərdə, incəsənətdə, işdə və cinsi münasibətlərdə özünü göstərir. Bir insanın öz qabiliyyətlərini bir yolda istifadə edə bilmə bacarığı güclülükdür. İnsan öz gücünü itirdikdə acı çəkməyə başlayar, gücsüzlüyün yaratdığı bu acı insanın gücsüz olmağı qəbul etməməsindən qaynaqlanır. Kompensasiyaedici şiddət gücsüzlükdən yaranan, gücsüzlüyü kompensasiya edən bir şiddət növüdür. Yaşaya bilməyən insan başqalarının da yaşamasını istəməz.Şiddətin digər bir növü isə qana susamaqdır. Bu xəstə yox, tamamilə sağlam olan bir insanın öldürmək ehtirasıdır. İbtidai insan təkamüldən, tamamilə insan olmaqdan qorxduğundan ondakı bu öldürmə ehtirası yeni bir mərhələyə keçməsinə səbəb olur. Öldürmək ibtidai səviyyədə ən böyük sərxoşluq, ən böyük özünütəsdiq metodudur. Muxtar Haşim
Yaxın keçmişdə tələb olunan ixtisaslar sabah gərəksiz ola bilər. Əgər siz kənarda qalmaq istəmirsizsə, gələcək üçün tələb olunan ixtisaslara yiyələnə bilərsiz. İnteraktiv dizayner - auditoriyanı baş verənləri təkcə passiv şəkildə müşahidə etməyə yox, həm də müxtəlif tədbirlərdə aktiv iştirak etməyə çağıran layihələr yaradan mütəxəssis. Rəqəmsal transformasiya üzrə mütəxəssis - süni intellektdən, virtual reallıqdan, robototexnikadan, internet resurslarından başı çıxmalıdır. Həmin adam informasiya və rəqəmsal texnologiyalarından istifadə edərək, xüsusi rəqəmsal sfera yaratmaq və müştəridə istifadəçi təcrübəsi formalaşdırmaqla şirkətin gəlirini artırmağa çalışmalıdır. Şouranner - bu adam müxtəlif teleseriallar yaratmaq prosesini idarə edir. Onun öhdəiliyinə ssenari yazmaq, prodakşn öncəsi məsələlərin həlli, layihənin təqdimatı və gerçəkləşdirməsinə nəzarət durur. İşıq dizayneri - bir çox sahələrdə tələb olunur. Bu, həm kino, həm müxtəlif televiziya verlişləri, həm də təqdimatların təşkilatçılığıdır. İşıq üzrə mütəxəssis, özü də işıq dizayneri dizayn, elektrotexnika, memarlıq barədə də məlumata malik olmalıdır. Məhz bu zaman o, yaxşı qazana bilər və onun xidmətləri daim tələb olunacaq. Yeni media produseri - Reklam daha ticarəti hərəkətə gətirən yeganə vasitə sayılmır. İndi sosial şəbəkələrdə olan bir sıra faydalı kanallar məşhurluq əldə edir ki, burada müştərilər üçün bir sıra mətn və videolar hazırlanır. Redaktorların işi asan olsa da, keyfiyyətli videokontent hazırlamağı bacaran produser tapmaq olduqca çətindir. Yeni peşəyə malik olmaq üçün marketinqin qaydalarını bilmək lazımdır. Habelə kommunikasiyanın əsas xüsusiyyətlərini və prinsiplərini bilmək, rejissorluq, produserlik bacarığına malik olmaq, ssenari yazmağı bacarmaq da gərəkdir. Əgər siz rəsm çəkməyi bacarırsızsa, öz gücünüzü filmdə, animasiyada, oyunlarda və sair əyləncələrdəki bütün obrazların vizualizasiyasına cavab verən konsept-rəssamlıqda sınaya bilərsiz.
Qarşılıqlı münasibətlərdə ən çətin məsələ insanı tanımaqdır. Bəzən bunun üçün uzun illər tələb olunur. Gündəlik ünsiyyətdə olduğumuz şəxsi daha yaxşı tanımaq üçün onun davranışına, həyat tərzinə, əxlaqına, yaxın ətrafına və sair bu kimi faktorlara diqqət yetirib nəticə çıxarmağa çalışırıq. Bunlarla yanaşı, insanın xarakterini müəyyənləşdirməyin daha rahat bir üsulu da var. Bunun üçün sadəcə tanımaq istədiyiniz adamın hansı meyvəni daha çox xoşladığını bilmək kifayətdir.Almaya üstünlük verənlər zəhmətkeş, əməyi sevən, heç bir çətinlikdən qorxmayan insanlardır. Belə insanlar dara düşən adamlardan köməklərini əsirgəmirlər. Almanı sevənlər özlərinə inamlı, ətrafdakılara etibarlı olurlar. Bu meyvəni xoşlayanlar nikbindirlər, gələcəyə böyük ümidlə baxırlar.Armudu xoşlayanlar münasibətlərə yüksək qiymət verirlər, dostluqda etibarlı olurlar, təkliyi sevmirlər, məclislərdə şən olmaları ilə fərqlənirlər. Bu meyvəyə üstünlük verənlər zövqlü olurlar, alış-veriş zamanı seçimlərinə xüsusi diqqət yetirirlər.Üzümü xoşlayanlar sözünün üstündə durmağı, sirr saxlamağı bacaran insanlardır. Onlar açıq olmağı, özləri haqqında danışmağı çox da xoşlamırlar. Qapalılığı sevən bu insanlar sadə həyat tərzinə üstünlük verirlər və onlara həvalə olunan işə çox ciddi və məsuliyyətlə yanaşırlar.Çiyələyi sevənlər ünsiyyətcil, ən çətin adamlarla belə dil tapmağı bacarırlar. Çiyələk dadından zövq alanlar problemlərini şirin dillə, mülayimliklə həll etməyə üstünlük verirlər. Onları özlərindən çıxarmaq çətin olur, daxilən sakit olmaları baş verən hadisələrə soyuq başla yanaşmağa imkan verir.Qarpızı xoşlayanlar həyatın reallıqları ilə barışmağı bacaran insanlardır. Bu insanlar mübahisələri, şikayətlənməyi, fikirləri ilə kimi isə bezdirməyi, nəyi isə inandırmağı sevmirlər. Qarpıza üstünlük verənlərin öz həyat fəlsəfəsi olur və onlar həyatda istədiklərinə nail olmağı bacarırlar.Banan güclü və mərd insanların sevdiyi meyvədir. Bu meyvəni sevənlər xeyirxah, xoş niyyətli olurlar. Onlar güclü olsalar da sadəlövhlükləri ucbatından ətrafdakılara tez inanırlar. Bu səbəbdən də arzularının həyata keçirilməsində problemlərlə tez-tez üzləşirlər.Şaftalını sevənlər geniş ürəyə malik olurlar. Bu insanlar ilk baxışdan qətiyyətsiz insan təəssüratı yaratsalar da qısa ünsiyyətdən sonra özlərini tanıda bilirlər. Onlar üçün həyatlarında ən önəmli insan azadlığı, fikirlərinin sərbəst ifadə etməsidir. Şaftalı həvəskarları istədiklərinə asanlıqla nail ola bilirlər.Gilas və gilənarı sevənlər uşaqlıq dövrlərini unutmayanlardır. Bu meyvələrə üstünlük verənlər zarafatı, şıltaqlığı sevən insanlardır. Bu seçimdə olanlar həmçinin səmimiyyətləri ilə fərqlənirlər. Onlar öz doğmaları üçün həyatlarındakı hər şeyi qurban verməyə hazırdırlar.Kivi şən insanların meyvəsidir. Onlar heç vaxt deyinmirlər, yerli-yersiz şikayətlənməyi, narazı qalmağı sevmirlər. Həmişə bayram əhvalında olan kivi sevərlər ətrafdakılara xoş ovqat bəxş etməkdən zövq alırlar.Moruq özünə güvənənlərin seçimidir. Onlar gördükləri işi elə-belə həyata keçirmirlər. Moruğu sevənlər onlara olan ehtiyacın ifadə olunmasını sevirlər. Eqoistlikləri ilə seçilən bu insanlar adətən həyatdakı bütün işlərin icrasında mükəmməl olurlar.Limon həvəskarlarının işləri çətinlikdən keçsə də onlar problemlərinin həllində mübariz olmağa qadir olan insanlardır. Limonu sevən insanlarla hətta kəşfiyyata da getmək olar. Turş zövqlü bu insanlara ən çətin məqamlarda belə etibar etmək olar.Ananas gözəllik aşiqlərinin meyvəsidir. Onlar bütün məsələlərdə gözəllik axtaranlardır. Bu meyvənin həvəskarları sevməyi və sevilməyi, ətrafdakı insanları özlərinə cəlb etməyi bacarırlar.
Qoç - Mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qoçlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir. Buğa - Yaradıcılıq potensialı və özünüzə inam yüksəkdir. Sizin üçün qeyri-mümkün heç nə yoxdur. Cəsur planlar qurmaqdan qorxmayın, başqalarının bacarmadığı işlərə cəsarətlə girişin. Vacib məsələlərin müzakirəsi üçün münasib gündür.Təəssüf ki, gün təhlükələrdən də xali deyil. Bunlardan ən əsası odur ki, başqalarının təsiri altına həmişəkindən daha çox düşə bilərsiniz. Əkizlər - Ev qayğıları günüdür. O qədər də məhsuldar deyil, bununla belə, xoşdur. Xırda işlərlə məşğul olacaq, onları sona çatdırmaqdan zövq alacaqsınız. Qadınlarla, xüsusilə, yaşlı qohumlarınızla ünsiyyət üçün əlverişli gündür. Pul gələ bilər.Bazarlıq etmək, əyləncəyə iri pullar xərcləməyə tələsməyin. İndi bunun üçün münasib vaxt deyil. Qərar qəbul edərkən ənənə və stereotiplərə yox, şəraitlə bağlı öz təsəvvürlərinizə əsaslanın. Xərçəng - Asan gün deyil. Özünüzü sərt, demək olar ki, aqressiv aparırsınız. Sizinlə iş görmək çətindir. Bir çox Xərçənglər düşünülməmiş hərəkətlərə yol verəcək və yəqin ki, sonra buna görə peşiman olacaqlar. Bürcün nümayəndələri tez-tez mübarizəyə girişsələr də, ondan qalib kimi çıxıb-çıxmayacaqlarını bilmirlər. Kişi Xərçənglər çətin məsələləri güc yolu ilə həll etməyə meyllidirlər. Amma bu, xeyir gətirməyəcək.Yaxınlarınızla ünsiyyətdə yumşaq olmağa çalışın, öz iradənizi sevdiklərinizə sırımağa cəhd etməyin. Müstəqillik hüququ tələb edən uşaqlarla münasibətlərdə gərginlik mümkündür. Xərcləri azaltmaq tövsiyə olunur. Şir - Təəssüf ki, bu gün mənfi tendensiyaların təsiri güclü olacaq. Siz yeni təəssüratlar və müsbət emosiyalar təşnəsindəsiniz. Yaxınlarınız sizə gözlədiyiniz diqqəti göstərməyəcəklər. Buna çox əsəbiləşəcəksiniz.İstənilən xırda şeyi ürəyinizə salır, boş şeylərə görə həyəcanlanırsınız. Fırıldaq qurbanı olmaq və ya bədxahlarınızın intriqası üzündən zərər çəkmək təhlükəsi var. Odla ehtiyatlı olun. Qız - Çətin və dolaşıq işlərə girişməyə dəyməz. Ən yaxşısı, sadə və aydın işlərlə kifayətlənməkdir. Gücünüzdən yeni sahədə istifadə etmək, riskə getmək üçün münasib gün deyil. Qadınların məsləhətinə qulaq asın. Bu, düzəldilməsi mümkün olmayan səhvlərdən yayınmağa kömək edəcək.Ətrafdakılarla harmonik münasibətləri qorumaq çətindir. Sevdiyiniz adamla ciddi inciklik mümkündür. Romantik görüşlər üçün əlverişli gün deyil. Tərəzi - Sakitliyi qorumaq çətindir. Tərəzilər emosiya ilə hərəkət edəcək, xeyli artıq şey danışacaq, sonradan peşman olacaqları hərəkətlərə yol verəcəklər. Yaxınlarla münasibətlər korlanacaq. Düşünmədən verdiyiniz sözləri unudacaq və istənilən tənqidə çox ağrılı reaksiya verəcəksiniz.Hətta, xırda problemlər də bəzən həlli qeyri-mümkün görünə, istənilən xırda şey sizi çıxılmaz vəziyyətə sala bilər. Yeni tanışlıqlar üçün münasib gün deyil. Tənhalıqda özünüzü heç həmişə rahat hiss etməyəcəksiniz, xoşagəlməz fikirlərə yeniləcəksiniz. Əqrəb - Çətin, amma məhsuldar gündür. Siz məqsədə çatmaq üçün səy göstərməyə hazırsınız və əməyiniz hədər getməyəcək. Təşəbbüs göstərmək, ideya və planları bölüşmək, birbaşa və açıq danışmaq olar. Yeni tanışlar etibarınızı asanlıqla qazanacaq, yaxınlarınızla çətinlik çəkmədən dil tapacaqsınız.Əvvəlcədən tutduğunuz qrafikdən çıxmamağa çalışın, planlaşdırdığınız işləri təxirə salmayın. Xırda itkilər, əsassız xərclər mümkündür. Maliyyə məsələləri ilə məşğul olmaq, valyuta və xarici şirkətlərin qiymətli kağızlarını almaq tövsiyə olunmur. Oxatan - Xırda xoşagəlməzliklər, əhəmyyətsiz, amma çoxsaylı çətinliklər günüdür. Ətrafdakılar sizə pis heç nə etməyəcəklər. Amma inciməyə, hətta, kin saxlamağa bəhanə tapacaqsınız. Siz üzdə sülh və harmoniyaya can atsanız da, nəzakətsiz sözlərdən, bəzən isə sərt iradlardan istifadə edirsiniz.Bir çox Oxatanlar bu gün lazım olduğundan çox xərcləyirlər və bunun mümkün nəticəsi barədə düşünmürlər. Yeni tanışlarınızla yaxşı təəssürat yaratmağa çalışarkən ciddi səhvlərə yol verə bilərsiniz. Oğlaq - Günü əlverişli hesab etmək olmaz. Amma ilk baxışdan göründüyü qədər də pis deyil. Yaxınlarınızla yaranan fikir ayrılıqlarına sakit yanaşın, diskussiyaları konstruktiv məcrada aparın. Əgər səmimi şəkildə istəsəniz, razılığa gəlmək olar. İri xərclər, planlaşdırılmamış böyük baxarlıqlar tövsiyə olunmur.Nə qədər güclü olsalar da, arzularınıza əsasən hərəkət etməyin. Bu gün sağlam düşüncə intuisiyadan yaxşı köməkçidir. Dolça - Bu gün əvvəlki ilə müqayisədə daha əlverişli və asandır. Siz işlərin öhdəsindən asanlıqla gələcək, qeyri-standart qərarlar qəbul edəcək və aldığınız informasiyadan düzgün istifadə edəcəksiniz. Son vaxtlar aldığınız həyat təcrübəsi faydalı olacaq. Ən ağıllı Dolçalar başqalarının səhvlərindən öyrənəcəklər.Xeyriyyə aksiyalarında iştirak etmək, ehtiyacı olanlara əl tutmaq tövsiyə olunur. Başqalarına görə məsuliyyəti üzərinizə götürməyə, ailədə və ya dostların arasında liderə çevrilməyə hazır olun. Gün hüquqi məsələlərin həlli üçün münasibdir. Balıqlar - Bu gün əlverişsiz tendensiyaların təsiri güclü olacaq. Amma məyus olmayın. Nə baş verməsindən asılı olmayaraq, vəziyyəti nəzarət altına almaq gücündəsiniz. Maliyyə məsələləri ehtiyat tələb edir. Hədər xərclərdən və düşünülməmiş bazarlıqlardan çəkinin. Əyləncə və asudə vaxtın təşkilinə çəkilən xərcləri minimuma endirməyə çalışın.Günün ortası xırda ev işləri, mənzildə qayda yaratmaq üçün münasibdir. Milli.Az
Tənhalıq bəzən duyğusuzluq kimi görünsə də, duyğusuz qalmaqdır, sevilməməkdir, özünü sevdirə bilməməkdir. Tənhalıq insanın özünü çarəsiz,dəyərsiz hiss etməsinə səbəb olur. İnsana əsl ağır gələn tənha qalması deyil, ehtiyacı olduğu zaman heç kimi yanında tapa bilməyəcəyini bilməsidir. Əsas tənhalıq qısa müddətli tənhalıq deyil. Bu tənhalıq zamanı özümüzlə hesablaşmaqdır. İnsan tənha qalıb,öz həyatı, həyatını,duyğu və düşüncələrini mühakimə etməli, bu proses sonunda özünü tanımalıdır. Bəzən kütlələr içində də özümüzü çox tənha hiss edə bilərik. Tənhalıq hissi insanda öz içində həll yolları istehsal etməkdədir. Amma bu həll bəzən ani və tamamilə həzz prinsipinə müraciət edə bilər. Tənha insanlar internet və ya komputer oyunlarından asılı olurlar. Davamlı izdihamlara qarışıb tənhalığını görməməzliyə vururlar. Tənha insanlar özlərini işlərinə həsr edir, bununla bağlı olaraq da uğur qazanırlar. Lakin bu onları qane etmir. Davamlı olduğu mühitdən və ya cəmiyyətdən özünə qarşı maraq gözləməkdə tənha insanlara aid xüsusiyyətdir. Bu insanlar intensiv emosional-sosial əlaqələr yaşamaqdan-bağlanmaqdan qaçırlar. İctimai münasibətlərdə səthi olurlar. Yaşadıqları hadisələr nəticəsində cəmiyyətdən uzaq qalmağı seçirlər (təcavüzə məruz qalmaq, qəsb və s.) Bütün insanlar cəmiyyətdə dəyər görmək, sevilmək qayğı görmək istəyirlər. Amma bəzən dəyər görmək istəyən fərd, özünü dəyər görmək istədiyi insana, qrupa, birliyə üstünlük davranışı nümayiş etdirər. Üstün olduğunu fərqli olduğun göstərərək dəyər və qayğı gözləyərlər. Məhz burada ideoloji və davranışsal xətanın ilk nəticəsi insanın tək qalmasıdır. Nəticədə insanlar özlərindən fərqli olana, uzaq olana, üstün olana deyil, özünə oxşayana, eyni səviyyədə olana dəyər verirlər. Əgər, şəxsin həyat yoldaşıyla arasında məsafə məsələsi varsa bu bir evdə iki nəfərlik tənhalıq yaşamaq deməkdir. Daxili o tənhalığı həyat yoldaşı doldurmaz. Beləliklə, yoldaşlardan biri davamlı bir bədbəxtlik və axtarış içində olur. Evli insanların tənhalığı daha ağır olur. İnsan bunu qəbul etmir. Bu səbəblə bu hal birlikdə həll olunmalıdır.Yaşlılar, yaxınları ilə birlikdə yaşadıqları zaman daha xoşbəxt olurlar. Bu zaman yaşlılar özlərini təhlükəsizlikdə hiss edirlər. Yaşlıların ən böyük problemi tək qalmaqdır. Çünki ailələrin uşaq sahibi olmalarının əsas məqsədlərindən biri də tənha qalmamaqdır. Tənha insanlar tənhalıqla başa çıxmaq üçün aşağıdakıları yerinə yetirməlidir: Özümüzü mühakimə etməliyik. Biz niyə dost tapa bilmirik?Münasibətlərimizdə gündəlik gözləntiləri deyil, uzunmüddətli hədəfləri qarşımıza məqsəd qoymalıyıq.İnsanlara güvənmək barədə fikirlərimizlə deyil, şərait və ünsiyyətin xarakterinə görə hərəkət etməliyik. İnsanlara güvənmədiyimiz müddətcə dərin və etibarlı əlaqələr qura bilmərik.Yoldaşlıq və dostluq meyarlarını həqiqətlər üzərində qurmalıyıq.Qarşı cinslə olan münasibətlərdə qarşılıqlı gözləntilərə həssas olmalıyıq.Tənhalığa qalib gəlmək üçün real olmayan üsullar əvəzinə bizi inkişaf etdirəcək fəaliyyətlər tapmalıyıq.Əgər içimizdəki duyğusal tənhalığın səbəbini bilmiriksə bu zaman bir mütəxəssisdən kömək almalıyıq. Bu hal həyati bir qalıq və ya psixoloji bir problemin göstəricisi ola bilər. Mustafayeva Sünbül
Yeniyetməlik insan həyatında dəyişikliyin ən çox yaşandığı çətin bir dövrdür. Bu dövrdə valideynlərin öhdəsinə çox iş düşür. Həm fiziki, həm də əqli cəhətdən fərqli olan uşaq yetkin olmağa çalışarkən bir yandan da uşaq qalmaq istəyir. Yeniyetməliklə birgə istəkləri, zövqləri, vərdişləri fərqli olur, ana-atadan uzaqlaşır, sorğulama və rədd etmə mərhələsi başlayır. "Bu dövrdə yeniyetmələrə necə yanaşmalıyıq?"sualına cavab tapa bilsək, özlərini çarəsiz hiss edən valideynlərə yol göstərə bilərik. Tənqiddə simic, tərifdə comərd olun Yeniyetmələrin qəbul edilmə, qiymətləndirilmə və bəyənilmə ehtiyacları hədsizdir. Uşaqlıq dövründə böyüklərin dediklərini doğru bilən yeniyetmələr bu dövrdə sorğulamaya başlayar və öz doğrularını tapmağa çalışarlar. Daha çox "mən"ə diqqət yönəldən fərd bu dövrdə daha çox daxili səsini dinləyər, duyğuları ilə məntiqi arasında balans yaratmağa çalışar və ətraf səslərdən narahat olarlar. Valideynlərin dediklərini dinləməz, dostlarının dediklərini isə canla-başla eşidərlər. Buna görə onun bu yolda atdığı addımlarını izləmək, səhvlərini görməzdən gəlmək, ona hiss etdirmədən yolunu asanlaşdırmaq üzərindəki təzyiqi azaldacaq. Etdiyi yaxşı işlər üçün tərif dolu sözlər demək, bir sonrakı addımı atması üçün həvəsləndirmək lazımdır. Təriflərinizi eşitmir, ya da heç vecinə deyilmiş kimi davransa da, əslində önəmsəyir. Fərqli olduqlarını qəbul edin Uşaqlarımız bizimlə eyni dövrdə dünyaya gəlməyib. Onların dövrü texnologiya dövrü sayılır. Sosiallaşmanı virtual dostlar tapmaq kimi qavrayan yeni nəsillə aramızda həm yaşam, həm də dünyagörüşü fərqinin olduğunu qəbul etməliyik. Bizim doğrularımızla onlarınkı eyni ola bilməz. Bizə keçmiş düşüncəli deyə bilərlər. Məsələn, siz də vaxtilə öz valideynlərinizlə eyni mövzularda mübahisə etmisiniz yeqin. Nələrdən zövq aldıqlarını, günün trendlərini eyni dildə danışa bilmək aradakı bağın zəifləməsini əngəlləyəcək. Ancaq şəxsi həyatlarına müdaxilə etməkdən, dostları ilə virtual aləmdəki söhbətlərinə burun soxmaqdan qaçın. Ana və atanın münasibəti güvən ehtiva edirsə, uşaq da yalan deməyəcək, gizlətmək ehtiyacı duymayacaq. Ancaq telefonu, sosial şəbəkələri yoxlanılan bir yeniyetmə bunu hiss edərsə, yaşayacağı güvənsizlik duyğusu tamamilə ailədən uzaqlaşmasına, güvənəcəyi başqa bir liman axtarmasına, özünə qapanmasına səbəb olacaq. Bu dövrün müvəqqəti olduğunu özünüzə tez-tez xatırladın Valideynlər bəzən özlərini çarəsiz hiss edə bilər. Çıxış nöqtəsi tapmaqda çətinlik çəkə bilərlər. Həmişə uşaqla mübahisə etmək, söz dinlətməyə çalışmaq, etdiyi səhvləri görüb tənqid etməmək çətindir, əlbəttə. Amma keçmişə baxıb eyni yolları bizim də keçdiyimizi xatırlamaq işə yaraya bilər. Bir müddət sonra fırtınanın sakitləşəcəyini bilmək sizi rahatlada bilər. Yeniyetmənin tək istədiyi bir an əvvəl bu dövrün bitməsi, bədəninin yetkinləşməsi, dediklərinin qəbul edilməsidir. Onu rahat buraxmaq, kənardan müşahidə etmək, güvənini qazanmaq, önündə, ya arxasında deyil, yanında olduğumuzu hiss etdirmək çox vacibdir. Hər zaman yaxşı dostları olmayacağını bilin Həyat bizə yaxşı ilə pisi ayırd etməyi təcrübələr yaşadıqlarımız əsasında öyrədir. Dostlarla yaxın əlaqələri çox vacibdir. Onlarla birlikdə ikən təcrübə qazanır. Nəticələri o an üçün mənasızdır. Sınamaq, yanılmaq, yenə sınamaq öyrənməyin təməl formuldur. Biz nə desək, yenə havada qalacaq. Yıxılacaq, qalxacaq, yıxılacaq, yenə qalxacaq. Ətrafında yaxşı dostları olduğu kimi, mənfi dostları da olacaq. Heç birinin təsadüfən qarşılarına çıxmadığını, hər fərddən öyrəncəyi bir şeylər olduğunu bilmək, səbrli olmaq işimizə yarayacaq.
Yeniyetməlik dövrü uşaqlıqdan yetkinliyə keçid, bioloji, psixoloji, fizioloji, ictimai inkişafın müşahidə olunduğu dövrdür. Yeniyetməlik dəyişmə müddətidir. Şəxsiyyətin ortaya çıxmasının reallaşdığı, sorğuların başladığı, qarışıqlıq və qərarsızlıqlar müddətidir. Valideynlərdən ayrılıb müstəqilliklərini qazanmaq istəyinin olduğu, lakin eyni zamanda yetkin olmanın tələb məsuliyyətlərdən qaçmadır. Bütün bunları nəzərə alsaq yeniyetmə olmaq asan deyil. Eyni şey ana, atalar üçün də etibarlıdır, yeniyetmə valideyni olmaq heç də asan deyil. Yeniyetmə artıq valideyndən uzaqlaşma, onların səhvlərini tapmaq, zəifliklərinin fərqinə varmağa və yoldaşlarına daha çox yönəlməyə başlayır. Bu nöqtədə də valideynlərin qorxuları dövrəyə girir. Övladlarının səhv dostluqlar quraraq yanlış istiqamətə yönəlməsi, risk alma, maddə və spirt istifadə riski, aqressiv davranışların artması, dərs, iş davranışında problemlərin meydana gəlməsi və akademik həyata maraqsızlıq kimi onları narahat edən hallar ortaya çıxır. Burada yarana biləcək emosional qırıqlığı nəzərə alaraq bir mütəxəssisdən yardım almaq və çətin prosesin öhdəsindən gəlmək həm yeniyetməni həm də valideyni rahatlaşdırar. Hansı hallarda psixomola ola bilər? — Yeniyetmə ilə kommunikativ olaraq qopuqluq yaşanmağa başlanıbsa, — Şəxsiyyət qarışıqlığı yaşanırsa, — Valideyn olaraq, yeniyetmə övladınızla necə davranacağınızı bilmirsinizsə,— Akademik müvəffəqiyyət düşürsə, — Spirtli içki və maddə istifadəsinə başlayırsa — Agresif davranışları artırsa— Sosial uzaqlaşma və bənzəri hallarda psixoloqa müraciət edilə bilər. Əgər yuxarıda qeyd olunan hallar övladınızda da müşahidə olunursa mütəxəssisə müraciət etməyiniz mütləqdir. Unutmayaq ki, yeniyetməlik dövrü bizim həyata sağlam formalaşmış fərd kimi addım atmağımız üçün mühüm bir keçid dövrüdür. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Validə Abbasova
Ailə qurarkən insanları narahat edən əsas problemlərdən biri də yaş məsələsdir. Lakin insanlar bu məsələyə birmənalı yanaşmırlar. Bəziləri yaş fərqinin çox, digərləri isə az olmağının tərəfdarıdırlar.Burada insanın tək fiziki yaşı yox, psixoloji yaşı da çox önəmlidir.Həmçinin yaş fərqindən əlavə insanın tək fiziki yaşı yox, psixoloji yaşı çox önəmlidir. Bəzən eyni yaşlı insanlar münaqişələrlə rastlaşırlar, çünki onların psixoloji yaş durumu bir-biri ilə uyğun gəlmir. Amma elə də olur ki, 10 yaş və ya 5 yaş fərq olanda uyğun gəlir. Bu insandan asılı olaraq dəyişir. Yəni elə cütlüklər var ki, qadın 10 yaş hətta daha böyükdür, amma onlar çox gözəl yola gedirlər. Burada əsas psixoloji yaş amili olmalıdır. Cütlüklərin xasiyyət və yaş baxımından uyğun olub-olmaması qeyri-müəyyən bir şeydir, yəni ki, bu ancaq münasibətin gedişatından sonra aydın ola bilər. İki insan bir neçə müddətdən sonra bunu hiss edə bilər. Psixoloq, psixoterapevt Günel Vəliməmmədova
Məktəblərin açılmasına günlər azaldıqca bir çox valideynlər uşaqlarının məktəb fobiyası ilə rastlaşırlar. Ən çox birinci sinifə yeni qədəm qoyacaq 6-7 yaş arası uşaqlarda rast gəlinin bu fobiyanın başlıca səbəblərindən biri uşaqların həmişə valideyn nəzarətində olması və müstəqil olaraq heç nə etməmələridir. O yaşa kimi ana atasından hətta nənə babasından ayrı qalmayan uşaqlar üçün məktəbdə 3-4 saat parta arxasında oturmaq ciddi sürətdə narahatedici və maraqsızdır. Bu hallarda bir müddət sonra uşağınız mədə ağrısı,ürək bulatısı kimi somotik simptoplarla şikayət etməyə başlayacaqdır. Məktəbə getdiyində ağlamaq, əlinizi sıxmaq, hətta müəllimlərin onunla maraqlanmadığını deyib məktəbi sevmədiyini sizin onu araya göndərməməniz üçün israr edəcəkdir. Belə hallarda valideynlər nə etməli? 1. Məktəb qorxusu yaxud valideynsiz qala bilməmək qorxusu varsa uşaqda əvvəlcə uşağa müstəqillik aşılanmalıdır. O yaşına kimi valideyndən ayrı qalmadığı üçün məktəb müəlliməsi və valideyn ortaq çalışmalı, onun özgüvənini yaratmalıdırlar. 2.Uşağınızın məktəbdə ağlaması yaxud sizdən ayrıla bilməməsi ilə onu lağa qoyub gülməyin. 3. Uşağınızın qorxularını başa düşün və onu anladığınızı ona sakit dil ilə başa salmağa çalışın . 4. Uşağınıza təkcə qala bilməsi ilə bağlı cəsarətləndirin, ona inandığınızı söyləyib siz olmasanız belə adi problemərin öhdəsindən gələcəyinə inandırın. Bunu bacardığı zaman mütləq ki qiymətləndirin və ona hədiyyələr alın. 5. Məktəbə gedən nağıl personajları uydurun, yaxud cizgi filimləri izlədin. Ona bol bol məktəbdə xoşbəxt olan uşaqların hekayəsini danışın. Onun da bacaracağına dair özgüvən yaradıb, inandırın. 6. Məktəb alış-verişinə gedin. Orda dəftər və qələmlərin uşağınızın seçməsinə diqqət edin. 7. Ona məktəbin gözəl tərəflərini danışın. (onun anlaya biləcəyi mövzular olması şərtdir) 8. Uşağınıza niyə məktəbə getməli olduğunu başa salın. 9. Uşağınızı səhərlər maraqlı oyadın, öpərək ya da mahnı oxuyaraq oyada bilərsiniz. Səhər yeməyində onunla söhbət edin, uşağınızı bol-bol dinləyin. Məktəbdə olduğu müddətcə onun üçün darıxacağınızı söyləyin. Evə gələndə mütləq məktəbdə olanları sizə danışmasını xahiş edin, əgər özündən balaca bacısı, qardaşı varsa onlara məktəbi başa salmasını istəyin . 10. Qərarlı olun. Onun bəhanələrinə uyub bu gün də dərsə getməsin kimi halları artırmayın. Siz onu nə qədər evdə saxlasanız o qədər məktəbdən uzaq qalacaq. 11. Əgər uşağın yanında ata anasından hansı daha ciddi və sözünü keçirə biləndirsə uşağı məktəbə o aparmalıdır. 12. Mütləq ki, məktəbin qapısında uşağınızı qucaqlayın və onu sevdiyinizi deyin. 13. Heç vaxt uşağınıza şərt qoymayın. Əgər bu gün məktəbə getsən sənə istədiyin oyuncağı alacam ya da istədiyin parka gedəcəyik kimi hallar olmasın. Yalnız doğru olanı etdiyi zaman mükafatlandırın. Əks halda sonra qarşısını ala bilməyəcəksiniz. 14. Ən əsası bu 13 maddədən sonra uşağınız hələ də məktəbə getməməkdə qərarlıdırsa mütləq məktəb psixoloquna müraciət edin.
Podaqra (podos ayaq, agre tələ - ayaq tələdədir deməkdir) orqanizmin müxtəlif toxumalarında urat kristallarının natrium-monourat və ya sidik turşusu şəklində çökməsi nəticəsində yaranır. Xəstəliyin əsasında sidik turşusunun normadan artıq yaranması, böyrəklərlə az xaric olması və qanda sidik turşusunun artması (hiperurikemiya) durur. Oynaqlarda podaqrik düyünlər (tofuslar) yaranmağa başlayır. Kişilərdə daha çox rast gəlinir. 100 qr sürtgəcdən keçirilmiş kök 1 xörək qaşığı bitki yağı ilə qarışdırılıb hər gün yeyilir.3 baş sarımsaq və 4 ədəd tumları təmizlənmiş limon ət maşınından keçirilib üzərinə 7 stəkan qaynar su əlavə edilir. Qarışıq 1 sutka ərzində saxlanır, daha sonra qarışıq süzülür və süzülmüş maye gündə 1 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı içilir.1 xörək qaşığı xırdalanmış qıtıqotunun üzərinə 2 stəkan qaynar su əlavə edilib 1 saat müddətinə dəmlənir. Tənzif bu dəmləmədə isladılıb ağrılı oynaqların üzərinə kompres şəklində qoyulur.Çiyələyin giləmeyvələri və şəkər tozu 5:1 nisbətində qarışdırılıb 5 saat müddətinə saxlanır. Süzüldükdən sonra şirə emallı qaba yığılır. Şirədən 0.5 stəkan gündə 3 dəfə yeməkdən əvvəl içilir.1 xörək qaşığı dağtərxununun çiçək səbətlərinin üzərinə 1 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmə qoyulur. Dəmləndikdən sonra süzülür və yeməkdən 20 dəqiqə əvvəl gündə 3-4 dəfə 1 xörək qaşığı içilir.1 xörək qaşığı xırdalanmış təzə kərəviz köklərinin üzərinə 2 stəkan qaynar su əlavə edilib 4 saat müddətinə dəmlənir. Dəmləndikdən sonra süzülür və gündə 3-4 dəfə yeməkdən 30 dəqiqə əvvəl 2 xörək qaşığı içilir.Təzə kərəvizin yarpaqlarının şirəsi çıxarılıb gündə 2-3 dəfə 1-2 çay qaşığı daxilə qəbul edilir.20 qr gəndalaş çiçəklərinin üzərinə 1 litr qaynar su əlavə edilib bütün gecəni termosda dəmdə saxlanılır. Səhər süzüldükdən sonra gündə 3 dəfə 1 stəkan içilir.Yatıqqanqal otu adi çay kimi dəmlənərək gün ərzində içilir.3 xörək qaşığı dazıotunun üzərinə 4 stəkan qaynar su əlavə edilib 2 saat müddətinə dəmlənir. Dəmləndikdən sonra gündə 3 dəfə 0.3 stəkan yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti 1-2 aydır.Gündə 3 dəfə 1 stəkan erkən yazda toplanmış tozağacı şirəsi içilir. Bu şirə podaqra ağrılarını yüngülləşdirmək qabiliyyətinə malikdir.1-2 çay qaşığı kasnı otunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənir və soyudulur. Gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 0.5 stəkan daxilə qəbul edilir.15 qr ardıc meyvələrinin üzərinə 100 ml qaynar su əlavə edilib dəmlənir. Dəmləndikdən sonra alınmış maye ilə ağrılı nahiyələr silinir.Hərəsindən 5 hissə olmaqla qaraqınıq və kəklikotu otu, 3 hissə itburnu meyvələri və 2 hissə böyürtkən yarpaqları qarışdırılıb dəmlənir, adi çay kimi gün ərzində içilir. Fitoterapevt Elnur Rəhimov
Qırmızı rəngQırmızı sevginin və arzunun rəngidir. Sevinci təmsil edir və insanların iştahını qaldırır. Ən diqqət çəkən rəng olduğu üçün insanların üzərində canlı və həyacan verici təsir bağışlayır. Təzyiqi yüksəldir və qan dövranını yüksəldir. Nə qədər parlaq olsa da, heç bir rəng qırmızı qədər diqqət çəkə bilməz. Bu rəngi sevənlər, özünə inamlı, çılğın, bəzən isə ehtiyatsız davranmaq kimi xarakterləri var. Sevgiyə və məhəbbətə ehtirasla bağlanırlar. Lakin yeni bir sevgiyə hər zaman hazır vəziyyətdə olurlar. Yaşıl rəng İnam və hüzur verir. Buna görə də bankaların qapağında çox zaman yaşıl rəngdən istifadə olunur. Yataq otağı üçün ideal rəngdir. Yaşıl həm də insanların yaradıcılıq qabiliyyətini artırır. Həmçinin yaşıl rəng olan yerdə insanların mədə ağrıları daha az olur. Sakitləşdirici təsirlə yanaşı, dostluq və şəfqət hissini də aşılayır. Həmçinin insanlara ümid bəxş edir. Yaşıla vurğun insanlar, durğun, ağırbaşlı və sabitliyə əhəmiyyət verir. Sevgidə azadlıq axtarırlar. Qara rəng Gücü və qüvvəti təmsil edir. Qərbdə qara rəng matəmi təmsil edir, Orta Asiyada isə qara rəng sevinc deməkdir. Qara rəng fonda istifadə edilən zaman pissimistliyi əks etdirir. Qara rəngi bəyənənlər, arzulu, ehtiraslı, dominant və iqtidara sahib olan bir partniyor olurlar. Sevgini ürəkdən və səmimi şəkildə yaşayırlar. Lakin onlar üçün monotonluq dözülməz bir haldır. Sevgidə monotonluq onları bezdirir. Mavi rəngSakitliyi təmsil edir. Sakitləçdirici və sərinləşdici təsiri var. Ərəblər mavi rəngin qan dövranını azaltdığına inanırlar. Hüzur verir və gərginliyi yox edir. Xüsusən də açıq mavi tonları evdə mütləq istifadə edilməlidir. Bu rəngi sevənlər inam və sədaqət həyatlarının əvəzolunmaz üsnsürləridir. Sevgi dolu bir eşq yaşayırlar. Uğuru təmsil etməklərinə baxmayaraq, ən kiçik şübhə və inamsızlıq sevgilərinə mənfi təsir edir.Göy rəngKosmik rəng kimi istifadə edilir. Sonsuzluğu, nüfuzu və məhsuldarlığı təmsil edir. Xüxusən də vacib iş görüşlərinə gedərkən bu rəngdən istifadə etmək məsləhətdir. Göy rəng geyinən insanlar özlərini daha xarizmatik və inamlı hiss edir. Buna görə də bir çox şirkətlərin loqosu göy rəngdə olur. Həzm sistemini gücləndirir. Özünü xüsusi hiss etdirir. Göy rəngi sevənlər çox danışılan və sensasiyalı sevgi axtarır. Sevgidə dəyişkən və cəlbedicdilər. Bənövşəyi rəngSinirləri və əsəbləri üzə çıxardığına görə, insanların şüur altında qorxu hissi yaradır. Hafizəni yeniləyən bir hiss yaradır. Təntənə və dəbdəbənin ən son zirvəsidir. Bu rəngi sevənlər, səmimiyyətini ön plana çıxaran, xəyal dünyası zəngin, sənətə düşkün xarakterə malik olurlar. Sevgidə ruh əkizlərini axtarırlar. Çəhrayı rəngİnsanları rahat hiss etdirən və sakitləşdirən bir rəngdir. Buna görə də mağazaların önündə bu rəngdən istifadə edilir. Sevgi və uşaqlıq rəngidir, eyni zamanda şəfqət duyğularını da hərəkətə gətirir. Şirinliyi və sevgini bildirir. Çəhrayı rəngi sevənlər əyləncəli və həyəcan verici həyatları olur. Diqqət görmək istəyirlər. Sarı rəng Gəncliyin və cəlbediciliyin simvoludur. Sarı günəş rəngi olduğu üçün insanların gündəlik həyatına hakim rəngdir. Xüsusən də açıq sarı insana rahatlıq gətirir. Əsəbləri korlanmış insanlar sarı rəngin hakim olduğu bir məkanda özlərini daha yaxşı hiss edir. Sevgiləri sarı rəngdə olanlar, mübariz, ağıllı, intellektual bəzən isə inadcıl xarakterə malik olurlar. Sevgidə həmişə ümidli olurlar. Şən və istiqanlı insanılardır. Xəyanətə meylli olurlar. Ağ rəng Nüfuzu, təmizliyi simvolizə edir. Ağ rəng insanı tarazlaşdırır. Həmçinin ağ məsuluğun və saflığın rəngidir. Ağı rəngi sevənlər sevgidə mümkün qədər səmimi və mehriban olmağa çalışırlar. Qəhvəyi rəng İnsan xarakterini sürətləndirir. Qəhvəyi rəngin hakim olduğu yerdə uzun müddət oturmaq çətin olur. Bu rəngi sevənlərin sevgiləri çox təbii olur və paylaşmağı sevirlər. Narıncı rəng Şən olurlar. Sosiallaşmağı və yardım etməyi sevirlər. Bu rəngi sevənlər duyğusal və həssas xarakterə malik olur. Sevgidə yaradıcılıq qabiliyyəti yüksəkdir.
Azərbaycan ərazisində sentyabrın 5-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 18-22, gündüz 28-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək. Abşeron çimərliklərində sentyabrın 5-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Azərbaycanın rayonlarında sentyabrın 5-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoza görə, sentyabrın 5-6-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunmuşdur. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, aşağıda adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz. Psixoloq.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir. Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Bioloji fəallığa malik qida əlavəsi kimi idxalı, istifadəsi və satışı qadağan olunmuş dərman vasitələri Sıra sayı Məhsulun adı İstehsalçı (firma və ölkə) Müayinənin nəticəsi 1 CEREBROVİT B 12 "Fortex Nutraceuticals Ltd", Bolqarstan dərman vasitəsi 2 Nutraxin Vitamin C "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 3 Nutraxin Ginkgo Biloba "BİOTABİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 4 Kullinar kapsul №30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi 5 İNTRONEF "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi 6 NUTRAXİN PROPOLİS "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 7 Nutraxin A-Oxi formula "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 8 Zanuvit D3 damcı 20 ml "Santasya İlaç Kozm. Med. İtr. Paz. Sağ. və İnş Hizm. San Tic. Ltd. Şti.," Türkiyə dərman vasitəsi 9 ZİNOFEN FM kapsul №30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi 10 LUZAKTOL kapsul No.30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi 11 İNOSTRES tablet No.30 "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi 12 MULTİ_DAY kapsul No.30 "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi 13 FERSİLON tablet No.30 "GH YILDIZ İLAÇ VE KOZMETİK SAN.TİC.LTD.ŞTİ" TÜRKİYƏ dərman vasitəsi 14 Montana tablet No.30 "Vega İlaç Kozmetik Gida İmalat San. Tic. Ltd. Şti." Türkiyə dərman vasitəsi 15 Sharks "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi 16 EROCTİVE "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi 17 PERKALSİN Laboratoarele Remedia, Ruminiya dərman vasitəsi 18 MAXİDAY Koç İlaç Ksisel Bakım ve Bitkisel Ürünler Sağ.Paz.İth.Uhr.San.Tic.Ltd.Sti./Koc Pharmaceuticals Co.LTD.-Türkiyə dərman vasitəsi 19 Vitaritm Vega İlaç Kozmetik Gida İmalat San.TicşLtd.Sti -Türkiyə dərman vasitəsi 20 MAKSİKOR Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 21 DEMETRA Par Pak d.o.o-Serbiya dərman vasitəsi 22 Enuro-N Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 23 LOVİSTERON Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 24 MELAC-B6 Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 25 RINASEPT BAL-LIMON Lozen Pharma-Hindistan dərman vasitəsi 26 Natural qurd qovucu Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə dərman vasitəsi 27 Likefil Afsannyl Bitkisel ve Kozmetik Ürünler Ticareti İthalatı İhracatı-Türkiyə dərman vasitəsi 28 Natural Multi Vitamin şərbət Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə dərman vasitəsi 29 NATURAL Kalsium Pharma Rosso Gida İlaç Kozmetik Medikal San.Diş.Tic.Ltd.Şti.-Türkiyə dərman vasitəsi 30 FURİYA Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 31 Avitron(tablet N60) GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə dərman vasitəsi 32 ASCORKAP West-pharma-East-Litva dərman vasitəsi 33 Immunitex tablet N30 Ornado Medicine S.R.L-İtaliya dərman vasitəsi 34 SWISS ENERGY VITAMIN C 550 mg N20 KENDLY LTD-Bolqarıstan dərman vasitəsi 35 GRENOVIT(istehsalçı ölkədə MULTİOMEGA) Domowa Apteczka-Polşa dərman vasitəsi 36 Enzo plus, kapsul N30 Vega İlaç Kozmetik Gida İmalat San.Tic.Ltd.Sti -Türkiyə dərman vasitəsi 37 Brocsevin Gricar Chemical SRL-İtaliya dərman vasitəsi 38 MEDEFER Grand Medical-Polşa dərman vasitəsi 39 HEPAMAR Fortex Nutraceuticals LTD-Bolqariya dərman vasitəsi 40 HELON Deva Ticaret-Türkiyə dərman vasitəsi 41 İntroserebral GH Yıldız İlaç ve Kozmetik San.Tic.Ltd.ŞTİ - Türkiyə dərman vasitəsi 42 Ginbevit Pharmacy Laboratories s.c.-Polşa dərman vasitəsi 43 GUTROL Fortex Nutraceuticals LTD-Bolqariya dərman vasitəsi 44 PROSVENT SC Laboratoarele Medical S.R.L Rumıniyanın dərman vasitəsi 45 MAMATON “Ceego Labs Pvt.Ltd” Hindistan dərman vasitəsi 46 CARTİSİN “Ceego Labs Pvt.Ltd” Hindistan dərman vasitəsi 47 “NUTRAXİN ULTRA MEN” "BİOTA BİTKİSEL İLAÇ VE KOZMOTİK LABARATUARLARI A,Ş" Türkiyə dərman vasitəsi 48 “SİBERİAN GİNSENG” “Sirio Pharma Co.Ltd.” Çin dərman vasitəsi 49 İMPULSİN "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi 50 Hero Active "Saşera-Med" MMC" Rusiya dərman vasitəsi (Ölkə.az)
Qoç – Fenomenal iş qabiliyyətiniz sizin uğurunuzun açarıdır. Enerji və inadkarlıq tələb edən işlərdə sizin rəqibiniz yoxdur. Yorulmaq nə olduğunu bilmirsiniz, eyni işlə uzun müddət məşğul olsanız da, bezmirsiniz. Hərəkətsiz işlərə tez-tez yaradıcı nöqteyi-nəzərdən yanaşırsınız. Gəlirlərinizi artıra biləcək yaxşı ideyalar fikirləşə bilərsiniz. Yüngül fikirlər və özünüzə həddən artıq güvənməyiniz sizi pis vəziyyətdə qoya bilər. Vacib işləri axırıncı ana saxlamayın. Ümid etməyin ki, həmin işlərlə tez bacara bilərsiniz. Hər işdə ehtiyatlı olmaq tövsiyə olunur. Buğa – Bu gün hansısa qeyri-adi təcrübə qazanmağınızla bağlı ola bilər. Sizin həyatınızda baş verən hadisələri məntiqlə və sağlam düşüncə ilə izah etmək olmur. Bu bürcün ən həssas nümayəndələri belə hiss edəcəklər ki, həyat məcrasından çıxır, harasa aparan şiddətli bir axına düşür. Lakin yadda saxlayın ki, baş verənlərə görə məsuliyyət sizin üzərinizə düşəcək. Tələsik hərəkətlər yolverilməzdir, hər bir addımınızı diqqətlə düşünməlisiniz. Böyüklərin məsləhətlərinə qulaq asmağa dəyər. Əkizlər – Xarici təsir qarşısında həssassınız və arada sizə təzyiq göstərmək istəyən insanlar qarşısında müdafiəsizsiniz. Yanınızda çox yumşaqlıq etməyə, güzəştə getməyə yol verməyən insan olsa yaxşıdır. Çünki bu yumşaqlıq və güzəştlər sizin üçün mənfi nəticələnə bilər. Gün incəsənətə, şou-biznesə marağın artması ilə də bağlıdır. Əntiq əşyalar və ya bəzək əşyaları almağınız mümkündür. Siz öz həyatınızı daha parlaq və qeyri-adi etmək istəyəcəksiniz. Bürcün bəzi nümayəndələri yaşadıqları məkanı ekstravaqant etmək üçün dəyişikliklər etmək istəyəcəklər. Xərçəng – Bütün vacib işlərinizi günün birinci yarısında başa vurmağa çalışın, çünki günün ikinci yarısı daha faydalı olacaq. İşgüzar münasibətlər həddən artıq qeyri-sabitdir. Ayırd etmək çətindir ki, kim doğrudan da sizin müttəfiqinizdir, kim sizdən, sadəcə olaraq, öz məqsədinə çatmaq üçün istifadə edir. Anlaşılmazlıqlar da ola bilər. Onlar xırda və əhəmiyyətsiz olacaq, ancaq sayı çox olacaq. Bu xırda anlaşılmazlıqlar sizin yolunuzda maneəyə çevrilə bilər. Nüfuzlu insanın vaxtında müdaxiləsi vəziyyəti yaxşılığa doğru dəyişəcək. Şir – Ev qayğıları o qədər çox olacaq ki, şirlərin bəzi nümayəndələrinin fikri işdən yayınacaq. Bəzi pis niyyətli insanlar bu vəziyyətdən yararlanmaq istəyəcəklər. Bundan başqa, özünüzə qarşı rəhbərliyin hiddətini cəlb edə bilərsiniz, nəticələr isə pis olacaq. Ətrafda baş verən hər şeyə həddən artıq emosional yanaşırsınız. Bu da bəzən ətrafınızdakıları çıxılmaz vəziyyətə sala bilər. Bir qədər səbirli olsanız, vəziyyətin sizin xeyrinizə dəyişdiyini hiss edəcəksiniz. Qız – Günün birinci yarısı işlə məşğul olmaq üçün əla vaxtdır. Siz vaxtında təşəbbüslər göstərəcəksiniz, enerjinizi doğru istiqamətdə sərf edəcəksiniz və tərəfdaşlarınızla münasibətlərdə özünüzü müdrik aparacaqsınız. Ən çətin anlarda belə sakitliyinizi qoruya biləcəksiniz. Ətrafınızdakılar məsləhət üçün sizə müraciət edəcəklər. Şəxsi məsələlərin və ev işlərinin həlli üçün yaxşı gündür. Siz nəinki öz emosiyalarınızı, o cümlədən başqalarının emosiyalarını da nəzarətdə saxlayırsınız. Tərəzi – Əlverişli gündür. Həm işgüzar, həm də şəxsi məsələlərdə yaranmış problemlərin öhdəsindən asanlıqla gəlirsiniz. Əks cinsin nümayəndələri sizə yüksək maraq göstərirlər. Bu gün romantik münasibətlərin başlanğıcı üçün uyğundur. Şəxsi cazibəniz işgüzar görüşlərdə işinizə yaraya bilər. Öz xarakterinizin ən gözəl cəhətləri nümayiş olunan bu gündə sizə qarşı rəğbətlər anlaşılandır. Yaxın səyahətlər sizi xoş sürprizlərlə sevindirə bilər. Gözlənilməz pul gəlirləri də istisna olunmur. Əqrəb – Bu gün bir qədər uğursuzdur. Neqativ tendensiyalar sizi axşama qədər izləyə bilər. Ətrafdakıların diqqətini özünüzə cəlb etməyə çalışırsınız, lakin bu, baş verəndə sizin xoşunuza gəlmir. Münaqişələr və uzun müddət sizin gizli düşməniniz olan insanla açıq qarşıdurmalar ola bilər. Maliyyə vəziyyətiniz o qədər də ürəkaçan deyil. Qənaətcil olmağınız tövsiyə olunur. Öz ünvanınıza tənqidlər də eşidə bilərsiniz. Oxatan – Bu gün özünüz haqda daha çox düşünəcəksiniz. Qarşıda qoyulmuş məqsədlərə çatırsınız, bu isə sizi daha da ruhlandırır. Yaradıcılıq imkanlarınız geniş olduğuna görə, gözəl ideyalar baxımından çatışmazlıq olmayacaq. Sərmayələr, alış-veriş və maliyyə məsələlərinin həlli üçün münasib gündür. Yeni bir şeylər öyrənmək imkanını əldən verməyin. Bu, sizin üçün çox faydalı olacaq. Zövq almaq üçün daha çox cəhd göstərəcəksiniz ki, bu da cari işlərdən yayınmağınıza səbəb olacaq. Oğlaq – İnsanlarla qarşılıqlı anlayışa nail olmaq, lazım olan sözləri demək çətin olacaq. Məhz bu hal əvvəlcədən əldə olunmuş razılaşmaların ləğv olunmasına, işgüzar və şəxsi münasibətlərin pozulmasına səbəb ola bilər. Şəxsi mənafelərinizi qorumağa cəhd göstərərkən, özünüzü çox sərt aparırsınız. O qədər əhəmiyyətsiz güzəştlərə gedirsiniz ki, qarşı tərəf bunu hiss edə bilmir. Bu gün lazımsız xərclər də çox ola bilər. Sizin üçün qiymətli olan əşyanı itirmək ehtimalı da var. İşgüzar aktivliyi aşağı salmaq tövsiyə olunur. Sevdiyiniz insanları danlamaqdan çəkinin və nəzərə alın ki, hər bir zarafatınız insanların xətrinə dəyə bilər. Dolça – Uğurların asanlıqla qazanıldığı, heç bir problem üzərində uzun müddət düşünməyə ehtiyac olmadığı xoş bir gündür. Demək olmaz ki, bu gün mühüm qələbələrlə yadda qalacaq, lakin siz baş verənlərdən razı qalacaqsınız. Öz maraqlarınızı qorumağa hazır olun və yaxınlarınız sizin şəxsi və ya iş həyatınıza müdaxilə etmək istəsələr, bu müdaxilələri dəf edin. İşdə əlverişli emosional situasiya formalaşacaq. Pis niyyətli adamlar sizin sakitliyinizi görüb təsim olacaqlar. Balıqlar – Həyat potensialının yüksəlməsi ilə bağlı bir gündür. Bu da sizə xoş əhval, işgüzarlılıq və enerji bəxş edəcək. Qələbə çaldığınızda belə, narahatlığınız sona çatmayacaq və emosional dəstəyə ehtiyac duyacaqsınız. Belə olan halda pis niyyətli insanlar yaltaqlıqla sizin etimadınızı qazanmağa çalışacaqlar. Siz pullara qarşı düşüncəsiz münasibət bəsləyirsiniz, bəzən onları lazımsız yerlərə xərcləyirsiniz. Biletlər və səyahət üçün əşyalar almaq tövsiyə olunmur. Milli.Az
Müdriklərdən birinin kəlamlarından oxuyuruq: "Sevgidə günəş kimi ol"... Necə ola bilər, axı? Günəş kimi olmaq mümkündürmü? Biz hara, Günəş hara? "Özümüzü bədii çalara bürünmüş bu şeir parçası ilə niyə aldadaq?" – fikri bəzi oxucuların zehnindən keçə də bilər. Uşaq kitablarından oxuyuruq: "Günəş bizdən təxminən 150 milyon km məsafədə yerləşir. Məsafənin uzaqlığı Yerdə yaşayan canlıların onun istiliyi və işığından faydalanmasına mane olmur. Əgər Günəş sönsə, işıq, istilik verməsə, yer üzündə olan su, hətta hava donar. İnsanlar, heyvanlar, bitkilər məhv olar". Geniş izah yazmıram, özünüz müqayisə edin. Dünyanın ağrısını-acısını, duzlusunu-şirinini görmüş müdrik qocanın gəldiyi nəticə və uşaqların ilk oxuya başladıqları zamanda öyrəndikləri həqiqət. Bir sabah oyandım, sosial şəbəkələrdə xəbərləri izləyərkən bir gəncin intihar etdiyini öyrəndim. Profilinə daxil olub, əvvəlki günlərdə qəmgin, həyatdan küskünlük dolu statuslarını oxudum. Əvvəl içimi heyifslənmə hissi bürüdü. Kaş bu gənc mənim də dostluğumda olaydı, yazdığı statusları görər, müəyyən üsullarla müdaxilə edər, ən azından statusunun altına bir ümidverici rəy yazardım. Sonra ana səhifədə həmin intiharla bağlı yayımlanan xəbərlərə nəzər saldım. Kimisi oğlanın maddi durumunun aşağı olmasından, kimisi sevgilisi tərəfindən tərk edilməsindən, bəziləri də ümumi ruh halının pessimist notlar üzərində qurulmaısndan bəhs edirdi. Belə həyatla yaşamaqdansa intihar etmək yaxşıdır fikrinə haqq qazandıranlar da vardı, intihar çıxış yolu deyil, günahdır deyənlər də. Səbəb təkcə maddi durumun çətin olmasıdır? Xeyr. Sevgilisinin onu tərk etməsidir? Xeyr. Öz ruh halının pessimist olmasıdır? Xeyr. Hər üç məsələ intihara götürəcək qədər dəhşətli səbəb deyil. Bəs nədir səbəb? Sevgisizlik... Daxildən gələn sevgi işığının bitməsi, qaynağın tükədilməsi, Günəşin sönməsi. Bəzən bunu fərd fərqində olmadan tükədir, proses sona çatdıqda, artıq gec olur. Onu düşdüyü quyudan çəkib çıxarmaq müşkül məsələyə çevrilir. Uzun ip atırsan ki, çıxarasan, ipi tutub yuxarı dartınsa belə, yarıda kəsir, yenidən qaranlığın dərinliyinə düşür, özünü məhv edir. Çünki daxilində sevgi işığını, günəşini söndürüb, yenidən yandırmaq ağlına gəlmir. Yaxud başqa misal: Belə bir həyat düşünün, uşaq uğursuz ailədə dünyaya göz açıb, yaşadığı şəraitdə sevgisiz böyüyüb, dəyər görməyib, hiss və düşüncələri nə soruşulub, nə də ciddiyə alınıb. Bu şəkildə həqiqi sevgidən xəbərsiz gənc yaşa çatıb. Daxilən həyatındakı inkişafın tərs getdiyini hiss edir, amma ağlı hələ ona nələr olduğunu göstərə bilmir, çünki dərketmə baş verməyib. Bu səbəbdən rastına çıxan, dəyər verən ilk şəxsə özünü təslim edib. Sanki təslim olmasa, "onu sevməyəcək, tərk edəcək" düşüncəsini daşıyıb. Çox rastlanan bu hisslə yetişən bir çox insan qarşısına çıxan gənclərdən sevgi “dilənməyə” davam edir. Ailəsindən görmədiyi sevgini, hörməti, dəyərli olmağı kənarda axtarır. Hansı ana, ata uşağının bu vəziyyətə gəlməsini istəyər? Amma fərqindədirlərmi, bilirlərmi? Uşağı öz gözündə uğurlu hiss etməsini təmin edə bilməyən "sevən" valideynlər ona hansı uğurlu gələcək verə bilərlər? Bu da üzərində dayanılası başqa problem. Həyatın ən vacib hədiyyəsi, həqiqi sevgi ilə böyüməkdən məhrum olan uşaqlar "Mən dəyərliyəm", "Sevilirəm", "Əhəmiyyətliyəm", "Mənə güvənirlər", "Mən ailəmin bir parçasıyam və eyni zamanda azadam" hisslərini yaşamayıbsa, bu hisslərin acına çevrilir, onların yerini doldurmaq üçün sevgini kənarda axtarırlar. Sevgisiz böyüyən insan inkişafdan dayanmış kimi bir vəziyyətə düşür. Fiziki cəhətdən böyüsə də, mənəvi tərəfi yoxsul qalır. Sevgi aclığı duz və vitamin əskikliyi kimi xəstəlik olur. Humanist psixologiyanın nümayəndələrindən olan amerika psixoloqu Abraham Maslau özünün "Ehtiyaclar piramidası" haqqındakı əsərində xüsusi bölməni "sevgiyə tələbat və mənsubiyyət"ə ayırıb. Sevgi ehtiyacı insanların ən əsas ehtiyaclarındandır. İstər uşaq olsun, istər yetkin şəxs olsun, hər insanın sevgiyə ehtiyacı var. XX əsrin görkəmli sosioloq, filosof və psixoloqu Erix From da "Sevmək sənəti" əsərində yazıb: "sevgi haqqında danışmaq "mocüzə etmək" deyil, ona görə ki, bu, hər insan məxluqunun təbiətinin ali, həqiqi tələbatları haqqında danışmaq deməkdir. Bu tələbatın gizli olması hələ onun heç olmaması demək deyil". Bəs çarə nədir? Sevgi işığını (Günəşi) söndürməmək üçün nə etmək lazımdır? Gördüyümüz hər işə, hər xüsusiyyətimizə, bütövlükdə xarakterimizə sevgi qatsaq, həqiqi insan olmağımızda böyük məsafələr qət etməyimizə kömək edəcək. Ümidsizlik qəlbi dağıdır, sevgi isə möcüzələr yaradır. Sevgidən uca və gözəl olanı yoxdur, yalnız o, insanlara səadət və azadlığı bəxş edə bilər. Atılmalı birinci addım – sevginin yaşamaq kimi, sənət olduğunu dərk etməkdir: əgər sevməyi öyrənmək istəyiriksə, onda tutalım rəssamlıq, xarrat işi, tibb və ya mühəndislik sənətini öyrənmək istəyərkən etdiyimizi etməliyik (Erix From). Sevgiyə dərin ehtiyaca baxmayaraq ondan başqa hər şey daha vacib hesab olunur: uğur, nüfuz, pul, hakimiyyət. Demək olar, bütün enerjimiz bu məqsədlərin öyrənilməsinə sərf olunur, sevgi sənətinəsə heç nə sərf olunmur. Sevgi insanda aktiv qüvvədir, elə qüvvə ki, insanı öz yaxınlarından ayıran divarları yıxmaq qabiliyyətinə malikdir; onu digər insanlarla qovuşdurur; sevgi ona təcridolunma və tənhalıq duyğularının öhdəsindən gəlməyə kömək edir, özü olaraq qalmağa, bütövlüyünü qorumağa kömək edir. Sevgi –sevdiyimiz kiminsə, nəyinsə həyatına, inkişafına aktiv maraqdır. Aktiv maraq olmadığı yerdə sevgi də yoxdur. Sevgisiz zəka, bizi lovğa edər. Sevgisiz ədalət bizi amansız edər. Sevgisiz diplomatiya bizi ikiüzlü edər. Sevgisiz uğur bizi təkəbbürlü edər. Sevgisiz zənginlik bizi həris edər. Sevgisiz itaətkarlıq bizi xidmətçi edər. Sevgisiz kasıblıq bizi deyingən edər. Sevgisiz gözəllik bizi gülünc edər. Sevgisiz qüdrət bizi despot edər. Sevgisiz işləmək bizi kölə edər. Sevgisiz sadəlik bizi dəyərsiz edər. Sevgisiz qanun bizi dustaq edər. Sevgisiz siyasət bizi eqoist edər. Sevgisiz inanc bizi fanatik edər. Aydınlığın olduğu yerdə qaranlıq özünü qoruya bilmədiyi kimi, sevginin olduğu yerdə də neqativ hisslər qoruna bilməz. Böyük yazıçı Fyodor Dostoyevski "Cəhənnəm insan həyatında sevginin bitdiyi yerdir" fikrini sadəcə romana rəng qatmaq üçün yazmayıb. Bu həqiqətdir.
Karl Qustav Yunq yaradıcılığının öyrənilməsində bir neçə mübahisəli məqam və versiya mövcuddur. Yunqu oxumağa nədən başlamağı konkret demək çətindir. Bəzilərinə görə, avtobioqrafiyasından, başqa birilərinə görə, "Tavistok mühazirələri"ndən, üçüncülərə görəsə "İnsan və simvolları" kitabından başlamaq lazımdır. Təklif etdiyim oxu sistemi bir neçə dəfə yoxlanıb və oxucunun müəyyən nəticəyə gəlməsinə kömək edəcək. Yeni başlayanlara Yunqun özündən deyil, ideyalarını populyarlaşdıranların kitablarından başlamağı tövsiyə edirəm. Bu baxımdan Robin Robertsonun "Yunq psixologiyasına giriş" kitabı oxuculara analitik psixologiya haqqında lazımi baza anlayışı əldə etməyə kömək edəcək. Daha sonra Yunqu aşağıdakı qayda üzrə oxumağı tövsiyə edirəm: 1) İlk növbədə Yunq və ən yaxşı tələbələrinin birlikdə hazırladıqları "İnsan və simvolları" məqalələr toplusunu oxumaqda fayda var. Burada analitik psixologiyanın əsas ideyaları ən sadə üsullarla izah edilib. Bu işlərdə yuxuların təhlilinin əlifbası, kölgə, anima, animus, arxetiplər (hərfi mənası "ilkin modellər") kimi anlayışların izahı verilib, psixikanın şüurun iradəsindən asılı olmayan azad həyatından sübutlar göstərilib. 2) "Tavistok mühazirələri" – Yunq bu mühazirə kurslarında ən sadə sözlərlə təliminin mahiyyətinə aydınlıq gətirir. Psixoloji tipologiya, yuxuların təhlili, aktiv təsəvvür, arxetiplər burada nisbətən başqa, akademik bucaqdan izah edilir, ona görə də kitab biliklərinizin dərinləşməsində əhəmiyyətli rol oynayacaq. Oxucu istəyinə görə, birinci və ikinci kitabların yerini dəyişərək "Tavistoks mühazirələri"ni oxuduqdan sonra "İnsan və simvolları"na keçə bilər. 3) Yuxarıdakı iki bənddə verilmiş kitablardan sonra oxucu analitik psixologiyaya nə qədər yaxın olduğunu anlayacaq. Öyrənməyə "İndividuasiyanın altı arxetipi" kitabı ilə davam etmək lazımdır. Bu kitabda nəzəriyyədən praktikaya keçəcəksiniz. Yunq arxiteplərə aid insanların inandırıcı portretlərini verir. Yunqun təsvir etdiyi çoxsaylı arxetiplərin sırasında Şəxsiyyət, Kölgə, Günəş Allahlığı, Allah, Ölüm, Ana Uşaq, Qəhrəman, Müdrik İnsan və s. var. Bunlardan ən vacib arxetip "Ana Uşaq və Mənlik"dir. Sonuncu arxitep transformasiya arxitepidir. Transformasiya – azadlıq axtaran üçün açar sözdür, psixikanın bir vəziyyətindən başqa vəziyyətinə keçiddir. Reinkarnasiya, metempsixozis, təşəbbüs, enantiodromiya, bir sözlə, bu məqalədən sonra bir sıra əhəmiyyətli ideyalar açılır. 4) Bir qədər daha mürəkkəb sayılan "Dövrümüzün mənəvi problemləri" məqalələr toplusu ilə daha sonra tanış olmağı məsləhət görürük. Hər məqalə konkret sualı cavablayır, buna görə də əlavə şərh tələb olunmur. "Müasir insanın mənəvi problemi", "Müasir psixiatriyanın problemləri", "Freyd və Yunq qarşıdurması", "Psixoloji tipologiya", "Ruh və torpaq", "Arxaik insan", "Həyat sərhədi", "Analitik psixologiya və dünyagörüşü", "Kompleks və mif", "Ruhun quruluşu", "Nikah psixoloji münasibət kimi" məqalələrin adları özləri haqqında danışır. Məqalələri oxumaqla tədricən Yunq təliminin ürəyinə yaxınlaşmış oluruq. 5) Yuxarıda göstərilən dörd bənddəki materialları oxuduqdan sonra Yunq bioqrafiyasını "Xatirələr, yuxular, düşüncələr"i öyrənməkdə fayda var. Bu kitabın oxunması hətta hazırlıqlı oxucu üçün sarsıntı gətirə bilər. Yunqun təsvir etdiyi xəyallar faktik olaraq psixologiya və magiya, kimyaçılar və Yunq individuasiyası arasındakı körpü yaradır. Kitab Yunq təlimi sarayına daxil olmaq üçün körpü rolunu oynayır, onu oxumaqla qnostisizm tədqiqatlarını qəbul etməyə hazır olursunuz. Çox vacibdir ki, oxuduğunuz avtobioqrafiya variantında Yunqun şəxsi kəşfi, təliminin simvolik kvintesensiyası "Ölülərə yeddi nəsihət" olsun. Yunqçuların bəziləri bioqrafiyadan başlamağı tövsiyə edirlər, amma bu yol mənə səmərəli görünmür, çünki hazırlıqsız oxucuya bəzi ideyalar anlaşılmaz qalacaq. 6) Yunq qnosizmi ilə bağlı əsas işləri öyrənməyə başlamazdan əvvəl iki kitabını öyrənməkdə fayda var. Kitablardan biri "Transformasiya simvolları" adlanır. Bu kitab Yunqun özü üçün də dönüş nöqtəsi olub, həm də Freydlə münasibətlərinin pozulmasına səbəb olan kitabdır. Ancaq kitabda qeyd edilən bəzi ideyalar Yunq tərəfindən təkzib edilib, kitabın ehtiyatlılıq ölçüsü böyükdür. Yunq xəbərdar edir ki, "uşağın qurban edilməsi" – yəni, arxetip dünyasında daxil olmazdan əvvəl eqonun infantil quruluşunu tamamilə dağıdıb özünü qurban verməsi vacibdir. Əks halda infantil şüurla şüursuzluq qüvvələri qarşısında dəli olmaq təhlükəsi böyük olur. 7) İkinci diqqətlə öyrənilməsi lazım gələn kitab "Eqo və şüursuzluq arasındakı əlaqə"dir. Bu kitab arxetipin güclü təsirinə məruz qalan şüurun mümkün fəsadından qorunmaq üçün yaxşı mənbədir. Burada şüursuzluqla qarşılaşdıqda eqonu gözləyən təhlükələr, eləcə də individuasiya adlanan şüur və şüursuzluğun qarşılıqlı təsirinin yeganə modeli çox yaxşı təsvir edilib. Həmçinin məhz bu kitabda Yunq Freyd və Adlerin mövqeyini tamamilə rədd edir. 8) "Sinxronluq". Yunqun Fizika üzrə Nobel mükafatı laureatı Volvqand Paulla birlikdə keçirdiyi təcrübələr şok yaratmaq qüvvəsinə malikdir. Təcrübələr nəticəsində sadəlövh materializm devrildi – hadisələr arasında marksizmin öyrətdiyi kimi yalnız qarşılıqlı səbəb-nəticə əlaqəsi mövcud deyil, daha başqa – dərin və gizli məna əlaqəsi mövcuddur. Bu kəşf hər şeyi alt-üst edir. Yunq qeyri-mümkün olana müvəffəq oldu, elmi şəkildə Daonun mövcudluğunu, astrologiyanın riyazi həqiqiliyini sübut etdi. 9) Bu biliklərlə silahlandıqdan sonra risk edib ziddiyylətli münasibətlərin mürəkkəb problemlərinə diqqəti artıra bilərsiniz. Söhbət Yunqun ən mürəkkəb işlərindən olan "Aion" kitabından gedir. Burada hər şey var: qnostik simvolizm, Məsih və Antiməsih birliyi, insanlıq tarixində baş verən hadisələrdə astroloji dövrlərin paradoksal asılılığı. "Aion" - əgər onu analamağa gücümüz yetərsə, gerçəklik haqqında təsəvvürləri sökən kitabdır. Çox mürəkkəb olduğu üçün, əvvəl Edvard Edinqerin "Eqo və Arxetip" kitabını oxumağı tövsiyə edirəm. Nisbətən daha asan dildə yazılıb, "Aion"nun mürəkkəb sistemini anlamaq üçün zəmin hazırlayır. Əgər magiya, okkultizm ənənələriylə kifayət qədər yaxşı tanışsınızsa, onda bu kitabdan sonra dərhal Yunqla yaxından tanış olmağa başlaya bilərsiniz. 10) "Psixologiya və kimyagərlik". Burada kimyagərliyin qədim simvollarının müasir insan yuxusunda necə təzahür etməsi, kimyaçılıqla dinin hansı münasibətdə olmasını öyrənəcəksiniz. Yunq bu əsərində mənliyi tapmaq üçün kimyagərlik, qnostisizm xəzinəsinə müraciət edilməli olduğunu sübut edir. Kimyagərlik haqqında mənfəətin qızı, kimyanın anası təsəvvürləri bu işlə yıxılır. Beləliklə, Yunqun "kimyaçılıq" kitablarını oxumazdan əvvəl tələbəsi olmuş Luiza Fon Fransın "Kimyagərlik" kitabını oxumağı tövsiyə edirəm. Bu kitab son dərəcə sadə dillə yazılıb, kimyaçılıq simvolları konkret nümunələrlə izah edilib. 10) Kimyagərlik simvolizmi məsələləri sizdə çox maraq oyadıbsa, Yunqun bu mövzuda digər qısa kitablarını da oxuya bilərsiniz: "Merkurinin ruhu" və "Parasels". Vacib olan budur ki, kitabları oxuyarkən, kimyaçılğın hansısa keçmiş, arxaikləşmiş yalançı elm olduğunu deyil, psixoloji dinamikanın canlı, ən təmiz əks olunması kimi başa düşmək lazımdır. 11) "Psixologiya və din". Karl Yunqun ən əhəmiyyətli əsərlərindəndir. Bu əsərində Yunq inqilabi ideyaları üçün zəmin hazırlayır. 12) "Üçlük haqqında mifin psixoloji izahı cəhdi". "Budur, üç nəfər, bəs dördüncü hardadır?", Platonun qədim sualını təkrarlayaraq Höte "Faust" da soruşur. Misirdən xristianlığa qədər üçlük arxetipi. Üçlük və dördlük, dördüncü elementin inteqrasiyası, Allah və İblisin insan qəlbində birləşməsi - Yunqun qoyduğu məsələlər bunlardır. 13) "Kütlədə transformasiya simvolları". Maya sivilizasiyasından katolik kilsəsinə qədər ayin arxitepindən bəhs edir. 14)"Misteriya birləşməsi". Bütün tarix boyu kimyaçılıq simvolizminin ən ətraflı tədqiqatı. 15) "İovaya cavab". Ölümündən bir neçə ay əvvəl Yunq heyrətamiz ifadə işlətdi: "Əgər bütün həyat boyu yazdıqlarımı yenidən yazmaq imkanım olsaydı, bunu edərdim, təkcə "İovaya cavab"ı dəyişməzdim". Bu kitab Yunq metafizikasının zirvəsidir. Yunq insan mövcudluğunun mənası haqqında suala çox sərt, qeyri-standart cavab verməyə risk edir. "İovaya cavab" kitabındakı ideyaları daha ətraflı Edvarq Edinqerin "Şüurun yaranması" kitabından öyrənə bilərsiniz. Yunqun digər köməkçi və xüsusi işləri: 1) Yunqun erkən (Freyddən ayrılmadan qabaq) şizofreniya tədqiqatı 2) "Yoqa və Qərb" bu məqalələr toplusu özündə Şərq fəlsəfəsinin cazibədarlığını hiss edən oxuculara maraqlı olacaq. Yunq Qərb adamının Şərq təcrübəsini mənimsəməsini rəsmi inkar etsə də, Şərq hər zaman öz sirriylə onu cəlb edib. Yoqa və Qərb, ölülərin Tibet kitabına şərh, hind müqəddəsi haqqında, şərq meditasiyası psixologiyası, "qızılgül sirri"nə şərh... 3) "Psixoterapiya" toplusunda "Psixoterapiyanın məqsədləri", "Psixoterapiya haqqında bəzi prinsipial fikirlər", "Psixoterapiyanın əsas məsələləri" adlı məqalələr var. 4) "Psixologiya və incəsənət" kitabı Yunqun bədii yaradıcılığın dərk edilməsinə həsr olunmuş əhəmiyyətli işlərinin yekunudur. Arxetip incəsənət əsərlərində necə yaranır? İncəsənət əsərlərini hansı kateqoriyalara bölmək olar? Dahi Pikasso və Coysun təbiəti necədir? 5) "Şüursuzluq məsələlərinə dair" məqalələr toplusunda Yunqun yuxu nəzəriyyəsini mənimsəmək, şüursuzluq nəzəriyyəsi haqqında bəzi dəqiqləşdirmələrini öyrənmək mümkündür. Yuxular haqqında hansı yanaşmalar var, yuxu şüurlu ağıla necə təsir edir, bunlar toplunun əsas ideyalarıdır. "Yuxuların mənası", "təhtəlşüurda keçmiş və gələcək", "yuxuların funskiyası", "yuxuların təhlili", "tiplərin problemi", "yuxu simvolizmində arxetiplər", "insanın ruhu", "simvolların mənası", "bölünmənin müalicəsi", "yuxu təhlillərinin praktikada istifadəsi", "psixoterapiya və dünyagörüşü", "əqli və psixi pozuqluq". 6) "Transsendent funksiya" məqalələr toplusu Yunqçuluq dünyagörüşünü daha da genişləndirir. "Transsendent funksiya" ziddiyyətlərin birləşməsini, "Kəşf olunmamış mənlik" individuasiya fenomenini, "Votan" və "Kölgə ilə mübarizə" narsizm fenomenini kollektiv şüursuzluq dinamikası baxımından təsvir edir. Tərcümə: Ceylan MUMOĞLU
Vərdiş 1: Məsuliyyətdən qaçmaq Kasıb adam heç vaxt məsuliyyəti öz üzərinə götürmür. O, daha çox öz uğursuzluğunda iş yoldaşlarını, müdiri, yaxud sistemi günahlandıracaqdır. Ancaq öz məğlubiyyətini boynuna almayacaq. Kasıb adam belə düşünür: “Əgər onlar olmasaydı, mən çoxdan uğurlu adam olardım”. “Mənə hamı mane olur, mən heç nə edə bilmirəm”. Vərdiş 2: Vaxtı uzatmaq Uşaqlıqdan bizə qədim atalar sözünü misal çəkirlər: “Yeddi dəfə ölç, bir dəfə biç”. Vaxt gedir, ancaq siz ölçməyi düşünürsüz və nəticədə daha “zirək” biri ortaya çıxır və aylarla ölçdüyünüzü qabağınızdaca biçir. İlk addımı atmağa və risk etməyə qorxmayan adam qələbə çalır. O kəs ki, öz ideyalarını gerçəkləşdirməyə çalışır, nəinki onları beyninin bir küncündə saxlayır. Kasıb təfəkküründə olan insan həmişə vaxtı uzadır, öz hərəkətsizliyinə bəhanə axtarır və əlbəttə ki, bunu özgələrinin boynuna atır. Vərdiş 3: Yəqinliklə hərəkət etmək Kasıb adamlar riski sevmir, onlara stabillik bəs edir, qoy lap az maaşla olsa belə. Nəticədə maaşdan-maaşa yaşayırlar. Ancaq düşünürlər ki, buna dəyər. Çünki stabillik qanadının altındadırlar. Vərdiş 4: Pulsuz öyrənmək Adi kasıb insan çox sayda pulsuz treninq və seminarlara yazılır, demək olar ki, onların çox hissəsinə isə heç qulaq da asmır. Nəticədə insan təhsil illyuziyası altında yaşayır, ancaq əməldə heç bir inkişaf olmur. Pulsuz pendirin harada olması hamıya məlumdur. Uğurlu sahibkar olmaq üçün müəlliminlə canlı rabitədə olmalısan, dəqiq hərəkət planı lazımdır və irəliyə hədəf qoyulmalıdır. Treninqin qiyməti, təkcə gələcək uğurun göstəricisi deyil, həm də sizin motivasiyanızın göstəricisidir. Vərdiş 5: Başqalarının zəhmətini qiymətləndirməmək Kasıb təfəkküründə olan insan başqalarının hesabına yaşayır. Mahnı, treninq, film, yaxud kompyuter proqramlarını torrent saytlarından yükləyir. Onun fəlsəfəsi pullu xidmətləri və ya avadanlıqları pulsuz əldə etməkdir. Ona görə də kasıbların kasıblar üçün yaratdığı qara bazardan, yaxud quldurluq yolları ilə yaradılan vasitələrdən yararlanmağa çalışır. Pullu xidməti pulsuz əldə etmək oğurluqdur. Başqasının intellektual xüsusiyyətini oğurlamaq və aldatmaq insanı daim kasıblıqda yaşamağa vadar edir. Vərdiş 6: Özünə yazığı gəlmək Adətən insanlar öz problemlərinin kökünü şəxsi vəziyyətlərində görürlər. İstər bu vəziyyət xoşagəlməz coğrafi ərazi olsun, yaxud uyğunsuz bədən quruluşu, yaxud kasıb ailədə doğulmaq, ya da kifayət qədər təhsil almamaq və ya arzuladığı ölkədə yaşamaq olsun və sair. Kasıb adamın arsenalında özünə yazığı gəlməsi üçün kifayət qədər səbəb vardır. Ancaq bu yolla kapital qazanmaq mümkün deyil. Vərdiş 7: Ahu-zar və şikayət etmək Sirr deyil ki, pulsuzluq neqativ emosiyalara səbəb olur. Kasıbdan fərqli olaraq, zəngin təfəkkürü olan adam uğursuzluğu uğura doğru addım hesab edir. O, zırıldamır və taleyə şikayət etmir. Adətən adam istəyir ki, ona yazıqları gəlsin deyə, danışsın və sözünü desin. Ancaq bundan adamın halı yaxşı olmur, həm də cibindəki pulu da artmayacaqdır. Vərdiş 8: Başqalarının nə deyəcəyini düşünmək Uğurlu adam öz individuallığını qoruyub saxlayır, ətraf mühitin düşüncələrindən asılıb qalmır. Kasıb adam, əksinə öz əsas vaxtını və enerjisini başqa insanları qane etmək üçün çalışır. Bu isə onları özündən daha üstün tutmağa çalışmaq sayılır ki, müqayisədə ona heç bir fayda gətirmir və yenə də zırıldamağa başlayır. Vərdiş 9: Pulları boş-boşuna xərcləmək Kasıb adamın iqtisadi strategiyası olmur. Onun məqsədi yalnız qazanmaq və xərcləməkdir. Varlı insan isə, əksinə zəhmət çəkib pul əldə etməyə çalışır ki, bununla yatırım edib, kapital qazansın. Belə bir durumda ən çox yayılan düşüncə budur: “Əgər mənim pulum yoxdursa, yatırım edə bilmərəm”. Pul ona görə yoxdur ki, insan gələcək haqqında düşünmür. Varlı adam çox pul qazanan adam deyil, öz gəlirindən savadlı şəkildə istifadə edən kəsdir. Vərdiş 10: Dərhal mənfəət əldə etmək axtarışı Kasıb adamlar yeni bir şey öyrənmək istəmirlər, onlar prespektivə işləmirlər. Sadəcə indi, bu dəqiqə pul qazanmaq istəyirlər. Buna aydın misal onların davranışıdır. İnsan hər şeyi dərhal istəyir və bunun qarşılığında ən az zəhmət çəkməyə çalışır. Bunun misalı əkinçiyə bənzəyir ki, yazda kartof əkməyi düşünmədən, əkin məhsulunu qışda yeyir. Vərdiş 11: Sevmədiyi işlə məşğul olmaq Kasıbın həmişə günahkar bildiyi adamı var, 100 bəhanəsi, 1000 səbəbi də vardır ki, bunlara əsaslanıb, sevmədiyi işə getsin. O, cümə gününün xəyalı ilə yaşayır, rəhbərliyi lənətləyir, ancaq hər bazar ertəsi yenə də eyni şeyi edir. Sadəcə sevdiyi işlə məşğul olmaq üçün cəsarəti çatmır. Beləcə, heç bir şeyi dəyişmədən, öz həyatını yaşaya bilmir və illər ötüb keçir. Vərdiş 12: Vaxtı səmərəsiz, bihudə keçirtmək Kasıb təfəkkürə malik olan adam sual verir ki, öz vaxtımı necə “öldürə” bilərəm? Bu isə olduqca neqativ haldır. Düzgün variant isə belə sual verməkdir: Mən öz vaxtımdan necə son dərəcə fayda əldə edə bilərəm? Beləcə, hər kəs nail olmağa çalışdığına yetişir. Kasıb öz vaxtını “öldürür” və öz həyatını yaşayır. Varlı isə öz vaxtından istifadə edir və daha da zənginləşir.